XƏTRİNƏ DƏYMƏLİ DEYİLDİM AXI…
(Sevimli tələbə yoldaşım Müzəffərova Gülnara)
Günah işlədib qadın qəlbinə dəydim. Həmin gün özümü
günahkar hiss etdim. Bu misralar həmin münasibətlə yazılıb.
Müəllif.
Bir Allah hökmüylə illər uzunu,
bəlkə yaxşılığı görməmisən sən?!.
Xətrinə dəyməli
deyildim axı,
necə ki xətrimə dəyməmisən sən.
SƏNİ ALQIŞLAYACAM
(Sevimli tələbə yoldaşım Müzəffərova Gülnara)
Şeir yazsan, inan ki, səni alqışlayacam.
Sənə hədiyyə kimi, kitab bağışlayacam.
Qayğılara bürünüb, güləssən əvvəlki tək.
Sənin dodaqlarında açacaq yeni çiçək.
Ömrünün hər anında qayğıya bürünəssən,
Səmimi gülüşünlə sən gözəl görünəssən.
Yenə də kövrək qəlbin axşamacan coşacaq,
Şair qardaşın sənə yeni şeir qoşacaq.
Daha tökülməyəcək gözündən həsrət yaşı,
Atacaqsan çiynindən asılan yükü, daşı.