ATATÜRK RUHUNA SALAMLAR OLSUN!

“Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir.Azərbaycan sevinirsə, biz də sevinirik.Azərbaycan üzülürsə, biz də üzülürük”.

Mustafa Kamal Atatürk.

Ulu öndərimdi babam ATATÜRK,
Ruhuna hər zaman rəhmətim olsun!
Türküstan elində, ulu diyarda,-
Adını anmağım hörmətim olsun!

Ruhuyla gecələr dərdləşməyim də,
Mənim üçün ən böyük söhbətim olsun!
Türküstan şerinin yayılmağında,
Şairəm, mənim də zəhmətim olsun!

Cümhur Başkanımız Atatürk sözü,
Şeir dünyasında külfətim olsun.
Qardaş Türkiyənin hər bölgəsiylə,
Bu gözəl dünyada ülfətim olsun!

“Türküstan və Türklər bölünməz”-deyən,
Şeir dünyasında ümmətim olsun!
Qəbrini ziyarət etmək hər zaman,
Dünyada ən böyük niyyətim olsun!

Kənan AYDINOĞLU.
“Hüseyn Arif” Ədəbi Birliyinin üzvü.
3 iyul 2013.Bakı şəhəri.