“Ədəbiyyat-Az.Com” portalına növbəti məktub redaksiyamıza istedadlı şairə Sofiya Kərimova tərəfindən göndərilib. Həmin şeiri oxuculara təqdim edirik.

Həyat
Şeytana ibadətdir,
Pis adama yaxşılıq etmək.
Damcı üçün səhralar əl açıb, dilənməz.
Bir insan düşün — həm qurtarıcı, həm zəhər.
Sən nə etdin, Haber?!

Zırıldayır axşamlar cırcıramalar.
Bir həyatdır onlarınkı da.
Sonluq axtarırdım
Yarımçıqlarda.
Bildiyim nə idi ki,
Öləcəyimdən başqa.

Qeyd: Şeirdəki “Haber” alman kimyaçısı Fritz Haber-ə istinaddır — o, havadan azot ayıraraq süni gübrə istehsalını mümkün edib, milyonları aclıqdan xilas edib, eyni zamanda I Dünya müharibəsində kimyəvi silahların yaradıcısı olub. Bu ikili miras şeirin əsas ziddiyyətini — xilaskarlıq və zəhərin eyni insanda birləşməsini — simvolizə edir.