
“Gənc Ədiblər Məktəbi”nin müdavimi, Azərbaycan Yazıçılar Birliyinin (AYB) üzvü, Azərbaycan Respublikası Prezidenti təqaüd fondunun təqaüdçüsü, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının AĞSTAFA Bürosunun Rəhbəri
Allah, bu qədər kütləşən,
Beyindən xəbərin varmı?
Nahaq tökülən qanların,
İyindən xəbərin varmı?
Boş-boşuna baş gəzdirən,
Baş üstündə daş gəzdirən.
Həmin başı boş gəzdirən,
Çiyindən xəbərin varmı?
Biz görüb susuruq, ancaq,
Bəlkə sən deyəsən, Allah!
Ey özgəni güdən alçaq,
Öyündən* xəbərin varmı?!
Deyən yoxdur ey bəndə, sən,
Daha şeytandan öndəsən.
Axı, niyə bu gündəsən?!
Huyundan xəbərin varmı?
Məndə günah, suç olmasa,
Gələcəyəm, gec olmasa…
Sən Allah de, heç olmasa,
Göyündən xəbərin varmı?!
08.07.2026