“Ədəbiyyat-Az.Com” portalının Redaksiyasının poçtundakı növbəti məktubu redaksiyamıza Tarix üzrə fəlsəfə doktoru, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Fərdi Prezident təqaüdçüsü, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının QARABAĞ Bürosunun Rəhbəri, Azərbaycanlı şairə Həyat Şəmi istedadlı şair Abdulla Məmmədin şeirini göndərib. Həmin şeirləri oxuculara təqdim edirik.

Dəyişən bir sənsən, bir də ki zaman,
Yer də həmən yerdir,göy də həmən göy.
Sənin bu dünyayla işin olmasın,
Yetər,deyindiyin arxasınca hey!

Bir damla göz yaşın sonda ölən köz,
Dilinlə gor eşmə ürəyim də sən.
Dünən sevincimə şərik olan,qız,
Bu gün kədərinlə ürəyimdəsən.

Əllərim bulaşır göz yaşlarına,
Alın yazısıdır-göz yaşı deyil.
Qucub dizlərini hönkürmə belə,
Dizlərin eşqinə baş daşı deyil.