Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycan Respublikasının Əməkdar mədəniyyət içisi, filologiya elmləri doktoru, professor, görkəmli şair, ədəbiyyatşünas.

Bəxtimin ülkəri deyərdim sənə,
Dayandıq üz-üzə, alışdıq, söndük.
Nə vaxt uzaqdaydın, doğmaydın mənə,
Nə vaxt yaxınlaşdıq,
ögeyə döndük.

Bu görüş, bu vüsal yalanmış, yalan,
Başımın üstünü aldı qarlı qış.
Demə, o duyğular kül altda qalan
Közün axırıncı işartısıymış…

Ürəyim – günbəgün soyuyan torpaq,
O sevgi – bir payız çiçəyi imiş.
Göz yaşın – budaqdan düşən son yarpaq,
Ahların – son bahar küləyi imiş…

Əl çək hisslərimin daş yaxasından,
Danışma, gözündən yaş tökə-tökə.
Mənim ürəyimi qış yuxusundan
Bir bahar çiçəyi oyada bəlkə?!