
Yada düşür Kür çayı,
Analı vaxtımıydı.
Bizim Poylu vağzalı
Mənim paytaxtımıydı!
Bilmirdim qayğı nəydi.
Ağrı nəydi, fikir nə!
Mən meydan oxuyurdum
Bu dünyanın özünə.
Əyilib bu torpağı
Öpürəm indi, Tanrım!
O günləri, ayları
Kaş görəm indi, Tanrım!
Bakı şəhəri. 13.7.2025.
QEYD: Bu şeir görkəmli Azərbaycan yazıçısı Varis Yolçuyevin facebbok səhifəsindən götürülmüşdür.