
“Gənc Ədiblər Məktəbi”nin müdavimi, Azərbaycan Yazıçılar Birliyinin (AYB) üzvü, Azərbaycan Respublikası Prezidenti təqaüd fondunun təqaüdçüsü, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının GƏNCƏ Bürosunun Rəhbəri.
O məni sevmədi,
Məni sevmədi.
Mənim adımdakı şairi sevdi,
Dediyim, yazdığım şeiri sevdi.
Sevdi azdan-çoxdan olan adımı,
Çoxuna maraqlı gələn qadını.
Bir yol ürəyimi görə bilmədi,
Töküldü ürəyim yerə, bilmədi.
O məni sevmədi,
Məni sevmədi.
Yaxşı ki, kimdənsə öyrənmiş idim
Onu unutmaqda bu çevikliyi-
Guya nə qaldı ki, ondan geriyə?
Ürək təkliyi və bədən təkliyi.
O məni sevmədi,
Məni sevmədi-
Özümə dediyim ən ağır cümlə!
Nə bilim.
Bəlkə də mən onu
Sevirəm hələ!