Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, Prezident təqaüdçüsü, Beynəlxalq R.RZA diplomu mükafatçısı,
Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının NEFTÇALA BÜROSUNUN RƏHBƏRİ.

* * *

Harda elədim bu səhvi,
Səni niyə sevdim axı?
Bilməliydim aşiqlərin
Sevilməyidir günahı.

Eh, sənə nə var, nə var e,
Unutqanlığindı gülür.
Mənçün adam öləndə yox,
Tək unudulanda ölür.

Eh,uzaqların adamı,
Bilsən,nə qədər yaxınsan?
Özün uzaq, xəyalımda
Xəyalımı buraxmırsan.

* * *

Aləmə itlər hürüşdü,
Bizə çaqqal da hürmədi.
Sevinc bəxtimizə düşdü,
Ömrün bir an da sürmədi.

Gəldim, baxdım,yatdım,susam,
Gördüm yuxumdu qan qusan.
Onda ayıldım məhbusam,
Gördüm ki, dünya türmədi.

Qışqırdım dan yeri pörtdü,
Qışqırtım çox səsi örtdü.
Səsim boyumu da ötdü,
Boyum mənə boy vermədi.