* * *
Həsrət öldürəcək…
Ağlıma gəlməzdi yağış yağacaq,
Düzü istəmirdim yağmağını da.
Pəncərə önündə dayanıb bu vaxt
Yollara kədərlə baxmağımı da.
Indi nə fərqi var, hansı fəsildir,
Dolaşar içimdə ümüdlər ancaq.
Mənə arzuların odu bəs idi
Hardan biləydim ki, yağış yaşacaq.
Dörd divar içində ürək darıxır,
Yer tapa bilmirəm evin içində.
Səninçün nə qədər gərək darıxım,
Səni mən nə qədər sevim içimdə.
Çəkir sənə çəkir bu gecə məni
Həsrət öldürəcək indicə məni.
* * *
Məni apar anamı yox…
Get-gedə səbrim tükənir,
Öz əlimdən yoruluram.
Evdə otura bilmirəm,
Qonaq getdim çətin qalam.
Küçələrdə adam dolu
Sanki hamı yaddır mənə.
Yarpaq olub qarışaydım
Bu şəhərin yellərinə.
Buludların kölgəsi dar,
Yağışların aramı yox.
Ölüm, gəlsəm məni apar,
Məni apar anamı yox…