* * *
Bilirəm darıxır ürəyin mənsiz
qürurun qoymayır yazasan mənə
gizlin bir duyğudur içində səssiz
aman vermir ürək bir anlıq dinə.
Nə bilim bəlkəmdə yalnış zamanın
yalnış qonağıyıq hər ikimizdə
sənə bəslədiyim doğru yalanın
mənası qalmadı bitirdik bizdə.
Deyirəm bir anlıq isdək ölürmüş
çünkü sevgi diqqət nəvaziş isdər
kim getsə yerinə biri gəlirmiş
əbədi qalansa sədaqət isdər.
Fidan sonu deyil zamanla keçir
həsrət bir günlükdür kədər bir anlıq
yaxşını hər zaman göydəki seçir
ölüb bu dünyada daha insanlıq……………….