522840_226065284166369_1398022798_n

Gülnar SƏMA 1986-cı il aprel ayının 22-də Tovuz rayonunun Dondarquşçu kəndində anadan olub.1992-2003-cü illərdə Tovuz rayon Dondar quşçu kəndində orta təhsil, 2003-2008-ci illərdə Bakı Dövlət Universitetinin Filologiya fakültəsində bakalavr dərəcəsi üzrə ali təhsil alıb.2013P-cü ildən Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Fəxri üzvüdür.

* * *

Məhəbbətim həsrət çəkir könlümə,
Bir yol buldu çox-çox şükür, könlümə.
Nə sirri var özü bükür könlümə,
Sevənləri sevilənlər sevmiş ki.

Bitməzləri becərməyə gücüm yox,
Xam torpaqda cücərməyə gücüm yox,
Ağır gələn bu cərməyə gücüm yox,
Axı mənim haqqımı kim yemiş ki?!

Nuxulular misdən gümüş yapmadı,
Çox “şeyxlər” yollarından sapmadı,
Qızıl sözlər qızıl qiymət tapmadı,
“Şahnamə”nin qiyməti də gümüş ki.

Dayanmadan elə çıxır səfərə,
Başımıza dolandıqca bu kürə
Gözlərim böyüdü çox əbəs yerə,
Dünya elə özü boyda imiş ki.

Bar verdikcə baş aşağı əyərsən,
Vaxtlı-vaxtsız haqq qapısın döyərsən,
Gecikdinsə xurcunundan yeyərsən,
Bu sözləri atalar da demiş ki.

Olacaqdan geri qaça bilməkçün,
Olanlardan baş da aça bilməkçün,
Səmalarda rahat uça bilməkçün,
Tanrı bizə hər bir şeyi vermiş ki.

GEDƏSƏN

Mənim ürəyimdir, sənin məskənin,
Qoymaram, qəlbimdən çıxıb, gedəsən.
Özgə bir könüldə taxt qurmaq üçün,
Mənim qəlb evimi yıxıb, gedəsən.

Qoymaram bu eşqə çökə qaranlıq,
Yaxşılıq əvəzi, etmə yamanlıq,
Eşqimlə gəldiyin yola bir anlıq.
Bəs niyə, dəhşətlə baxıb gedəsən?!

Eşqin göylərdədir, ey Səma, öyün,
Onu parçalama, verərsən, bütün,
Məhəbbətin səndən üz döndərən gün,
Sevgi əllərini sıxıb gedəsən!