1624494_1460995930784705_1510059136_n

Insan arzularla, ümidlərlə yaşayır. Ümidlərin də sona dirəndiyi yer varmış. Orda həyatın mənası ölür… orda hər şey bitir. Sevgi hesab etdiyin ülvü duyğular səni sonsuzluqda azdırır, yox olursan itirsən sonra ayılırsan ki, bu da bir yuxu imiş. Sadəcə yatmısan. ömür boyu yatdığın kimi. Gəncliyini yuxulayıb qocalığın yellərinə veriyin kimi. Hər yeni gün ömrünün günəşi çıxacağına ümid bəsləyərək yuxudan oyanırsan. Hər səhər bu günəş mənim ömrümə doğdu deyirsən axşam yenə də, zülmətlərə qərq olursan. Ümidini itirmədən yoluna davam edirsən bir qarın ac, bir qarın tox, bir libas geyinir beşini geyinmədən. Təbəssümə möhtac qalır gözlərin. Kədər dolu gülümsəyən gözlərin ətrafdakıları aldadır. O baxışlar altında xoşbəxt görünürsən. Hamının bildiyi heç nə səni incidir. Adı heçnə olan bu hər şeyi yalnızca sən anlayırsan. Başqaları, sənin zərif duyğularından xəbərsiz… yenə də yoluna davam edirsən ümidlərlə… ümidin payız yarpaqları kimi ürəyində saraldığını görürsən. Artıq yaş o yaş deyil. Bu dəfə ömrünün günəşinin batdığının şahidi olursan. ümidin isə dirəndiyinin. Ömrün günəşi nədən çıxmadı? deyib yerə çökürsən. Orda hər şey bitir. Düşünürsən görəsən nədən yaşaya bilmədim. Yoxsa ümidlərmi aldadaraq son mənzil yolunun başına gətirdi. Bəzən deyilir ki, ümid sonda ölür. Heç sonda da, ölmür. amma ümidin dirəndiyi yer göz yaşının axdığı, Günəşin doqduğu yer imiş demə…Hər şeyi qazanmadan itirdiyin. Dadını bilmədən dadından danışdığın həyatının bitdiyi yer. Bunca illər həsrətlə yaşamaq istədiyin həyatın bitəcəyi gün. tökülən göz yaşının atəşində yandığın günlərin. Buda sən və sənin ömrün. Qalaq- qalaq hekayələrin, nəyə yaradı. yaşamadan başqasını necə yaşadacaqsan?! sus danışma insan… danışma. Sənin danışmağındansa süsmağın daha qiymətlidir…tökül bu dünyanın budaqlarından. Qoy ürəyi istəyənlər səni ayaqlasın…heçnə olmamış kimi keçsin məzarından…buda sən və sənin ömrün. Bəlkə də qəbrini taptalayanlar, doğulduğundan taptalayan ataların anaların övladlarıdır. Onsuz da taptalanmağa alışqan deyilsənmi nədən narahat olursan qoy taptalasınlar. O ayaqların da bir hesabı var…bu da sənin dünyanın günəşi soyuq məzardan boylanan işıqlı sabahın…Aç ürəyini dünyaya sev dünyanı…Yaşamadığın günlərin acısını çürüyərək çıxar. Burda da, günəşin hərarətindən yanacağın günü gözlə…Ümidlə ümidsizlik arsında qalmadan…
Əgər dünyada yaşamadınsa yaşayacağın şeylər səni qorxutmasın…onsuzda dadını bilmədiyin bir xoşbəxtlik sənə ikinci dünyanda da, yaxın gələn deyil. Bacara bilmədiyin şeyi necə yaşaya bilərsən axı…Dünyada sənə verilən saysız nemətlərin qədrini bilmədən keçindiyin kimi burda da keçinəcəksən. Sənə verilsə belə insan… Yaxşısı budur vücudunu torpağa, ruhunu isə burax sənə üfürənə qoy istədiyi yerə yerləşdirsin…O, insanlar kimi, yaratdığını taptalamaz bəlkədə… Amma Onsuzluğun atəşində də yanacağını gözə al…