DARIXMIŞAM…
Diləyin, lal arzunun sorğusu sən
Ürəyin ,sevən qəlbin oğrusu sən
Xəyalların düzü sən, doğrusu sən
Düzlərinçün darıxmışam deyəsən
Biz ölməzik, ayrılığı dan deyən
Eşqim ilə alış deyən, yan deyən
Hər dinəndə şirin dilə can deyən
Sözlərinçün darıxmışam deyəsən
Qərib hissə, duyğulara ad salan
Sevinc verən, qəm qüssəni yad salan
Hər baxanda bu könlümə od salan
Gözlərinçün darıxmışam deyəsən
DÜNYANIN!
Azmayıb yolunu, çərxi çönməyib
Fırlanıb, düz gedib, geri dönməyib
Bəlkə də günəş hirsindən sönməyib
Əzəldən ərimir yağı dünyanın
Bəlkə yuxudadır, hələ yatıbdı
Bəlkə də körpədir kimsə atıbdı
Zülmətlər içində itib, batıbdı
Ondandır görünmür ağı dünyanın
Səs verir tufana, güc verir yelə
Sakitdir , çağlayıb dönməyir selə
Ölüsə niyə də fırlanır hələ
Bilinmir nə solu, sağı dünyanın
Uğrunda döyüşlər canlar alıbdı
Doğulan meylini ona salıbdı
Gör necə səmadan aslı qalıbdı
Hardadır düyünü, bağı dünyanın
Hər bulağ gözündə yaş dənəsidir
Hər damcı istəyin qəm meyvəsidir
Hərəsi bir eşqin nişanəsidir
Xeylidir köksündə dağı dünyanın
SUBAYLIĞ!
Düşünmə başında tacı qalacağ
Şahlığı devrilən candı subaylığ
Nə vaxtsa saçına dən də salacağ
Yaşanan zamandı , andı subaylığ
Birgəlik ağırdı qızlıdan, ləldən
Tənhalıq yıxandı, deyil düzəldən
Görəsən nə üçün ta ki əzəldən
Deyiblər sultandı, xandı Subaylığ?!
Ömürdən sökülən günləri alar
Alışan ocaqsan, geri kül qalar
Məsləhət sizlərə budur, TƏNHALAR
İnanma qayğıdan yandı sunaylığ.
Ay üzlü yarım
Əlində gül tək saralıb solaydım
Axan yaş tək gözlərinə dolaydım
Kaş arzularına günəş olaydım
İşıqlar saçaydım , ay üzlü yarım
Eşq ilə yaranıb ağ da, qara da
Eşq ilə sarınıb dərin yara da
Körpülər yaradıb sənlə arada
Qəlbinə qaçaydım, ay üzlü yarım
Ümüdlər düzəydim tellərin üstə
Ataydım günahı illərin üstə
Uzadıb əlimi əllərin üstə
Sevincdən uçaydım ,ay üzlü yarım
Unudub səninlə dərdləri ,səri
Unudub səninlə qəmi ,kədəri
Günəşdən güc alan parlaq səhəri
Səninlə açaydım, ay üzlü yarım
Məhəbbət
Bəzən işıqlıdı, bəzən qaranlıq
Qəlblərdən qəlblərə yoldu məhəbbət
Əvəli çox şirin olsada inan
Həsrətlə, kədərlə boldu məhəbbət
Bilmirəm gündüzdü, yoxsa ki gecə
Gah ucaldar, gah da endirər heçə
Hardan yol tapır ki, o keçir necə
Qəlblərə yol tapıb doldu məhəbbət
Dəyişkəndi, yoxdu qəlbdə qərarı
Gah sağdı, gah da soldu məhəbbət
Qəlbdən sevənləri bağlayan körpü
Aşiqdən uzanan qoldu məhəbbət