378919_305452112890305_381999687_n

TƏRCÜMEYİ-HAL

Raciv Recebov 1985-ci il mart ayının 20-də Kəlbəcər rayonunun İsti su qəsəbəsinde doğulub. 1991-il də Çıraq kənd orta məktəbinde birinci sinfinə qəbul olub. 2002-ci ilde Kəlbəcər rayon 31 saylı orta mektebi bitirb. 2009-cu ildə Sumqayıt Dövlət Universitetinin Filologiya fakültəsinə daxil olub.
Hələ orta məktəb illərindən poeziyaya maraq göstərir.Dövri mətbuatda ara-sıra şeirləri ilə çıxış edib.ilk şeirlerini 14-15 yaşlarında qələmə alıb.Gənc yazar Raciv Rəcəbovun şeirləri, hekayələri “Sumqayıt Universiteti”,“Sözün Sehri”, “Yenilik Press”, “Möhtəşəm Azərbaycan”, “Elimiz.günümüz” qəzetlərində, “Ziyalı Ocağı” jurnalında, müxtəlif ədəbiyyat, o cümlədən Mədəniyyət və Ədəbiyyat Portallarında dərc olunub.Hal-hazırda “Gənc Yazarlar” Ədəbi Birliyinin və “Ziyalı Ocağı” İctimai Birliyinin üzvüdür.Sumqayıt Dövlət Universitetinin mətbu orqanı “Sumqayıt Universiteti” qəzeti ilə sıx əməkdaşlıq əlaqələri saxlamaqdadır.
2012-ci il oktyabr ayının 6-da “Ziyalı Ocağı” İctimai Birliyinin elektron orqanı Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Birinci Qurultayında Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Redaksiya, Yaradıcı, Nümayəndə Heyətlərinin üzvü və Ədəbiyyat, Publisistika, Elektron kitablar bölməsinin əməkdaşı seçilmişdir.Gənc yazar Raciv Rəcəbov şeirlər, hekayələr, məqalələr müəllifidir.

* * *

Məndən sevgi umma sən,
Sev səssiz, həm səmirsiz.
Düşəcəyəm dalınca,
Nişanəsiz, ləpirsiz…

Gecə ay doğan kimi,
Ağladır soğan kimi,
Gecəni yorğan kimi,
Üstümə sər xəbərsiz.

Nəfəsin aldı sevgi,
Üzümə güldü sevgi,
İçimdə oldu sevgi,
Baş daşısız, qəbirsiz.

* * *

Var ürəyə gedən yolda,
Sevginin dar dalanları.
Bu yollara işıq salır,
Sevginin ağ yalanları.

Göz yaşın yanağında sel,
Əlim islandl elə bil.
Öpdüyüm barmağınla sil,
Göz yaşından qalanları.

Bulud salır kölgə indi,
Bağınıza yekə indi.
Ağlayırsan bəlkə indi,
Yada salıb olanları.

* * *

Xəritədə əlim boyda,
Ağzımda dilim boydasan, Vətən…
İki uşaq qarışı boyda,
Bir qocanın alnının qarışı boydasan, Vətən…
Mənimçün dərd kimisən,
Yeyirsən məni, Vətən!