1399377238_1399354517_1399118025_10312028_1471761573041474_1534860754_n

Nurundan dünya canlandı,
Ulduzlar, günəş yarandı,
Şeytanın qəlbi dağlandı,
Risalətin son nidası.
Yaradanın Mustafası.

Allahın hüzurunda sən,
Əxlaq libası geymisən,
Meracdan söz endirmisən,
Möminlərin eşq duası.
Yaradanın Mustafası.

Sənə bəşər dedi cahil,
Sənə məcnun dedi cahil,
Sənə sonsuz dedi cahil,
Kövsərin gəldi sədası.
Yaradanın Mustafası.

Yolunu bağladı ümmət,
Sinəni dağladı ümmət,
Oturub ağladı ümmət,
Sən bəşərin nur atası.
Yaradanın Mustafası.