Sayt 2012-ci il fevral ayının 14-də Bakı şəhərində gerçəkləşdirilən "Çağdaş Azərbaycan ədəbiyyatının inkişafına dəstək" layihəsi çərçivəsində istifadəyə verilib. Əlaqə telefonu: 070 424 00 35, E-poçt: edebiyyat-az.com@mail.ru Ünvan: Azərbaycan Respublikası, Bakı və Sumqayıt şəhərləri

Azərbaycan ədəbiyyatı

Aynur QAFARLI.Yeni şeirlər (2021) I hissə

Post Views: 86 Taleyimi gözlərimdən oxu, bil, İçimdəki qüssə-qəmi soruşma. Niyə belə tez saraldı baharda, Nəyə görə, yaşıl zəmi? Soruşma! İndi daha dərddən-qəmdən gözüm tox, Dərd quyusu çox dərindir, bəyim, çox, O çağların dönməyinə ümid yox, Getdi ömrün gözəl dəmi, soruşma. Bəxt yoluma işığını salmadı, Ağız büzdü, salam verdim, almadı, Ürəyimdə tək biri də qalmadı, …

Mədəniyyət

Şair-publisist İbrahim İLYASLI Azərbaycan Yazıçılar Birliyi Poeziya Seksiyasının sədri seçilib

Post Views: 38 Azərbaycan Respublikasının Prezident Təqaüd Fondunun təqaüdçüsü, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Sumqayıt Bürösunun Rəhbəri Şair-publisist İbrahim İLYASLI Azərbaycan Yazıçılar Birliyi Poeziya Seksiyasının sədri seçilib. Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Mətbuat xidməti və İctimaiyyətlə əlaqələr şöbəsi.

Azərbaycan ədəbiyyatı

Xalq şairi Vahid ƏZİZ.”DOYMURAM GECƏNİN QARANLIĞINDAN…”

Post Views: 32 Doymuram gecənin qaranlığından, saçların qoynuma tökülü qalır, yastığı o qədər qucaqlayıram, çırpırlar,yenə də bükülü qalır, Yer soyuq–atılmış bir qucaq kimi, zülm olmaz bu,olmuş olacaq kimi! göz yaşı söndürmüş bir ocaq kimi, ürək həm közərir,həm külü qalır, İllər yaşatdığı gerçəyə baxır; ağarmış saqqala,birçəyə baxır, gülüm,bu özü də çiçəyə baxır– ya dönür xəzələ,ya gülü …

Azərbaycan ədəbiyyatı

Xalq şairi Vahid ƏZİZ.”MƏKTƏB ONA GÖRƏ MÜQƏDDƏSDİ Kİ…”

Post Views: 29 Hərdən ayrılıram öz məhvərimdən, gözlərim yol çəkir,səsim alınır, qulağım oyanır cingiltilərdən, elə bil hardasa adım hallanlr, Təyyarə qanadı,vaqon təkəri… hər kəsi biy yana apardı yollar, cingilti-eyniylə məktəb zəngləri, şagird dostlarımdı xatırlayanlar, İndi anlayıram–dəyər hər şeyə, hər biri o şirin xatirələrin, sonra həsrətini az çəkək deyə, üstünə bir il də gəldi on ilin, …

Azərbaycan ədəbiyyatı

Xalq şairi Vahid ƏZİZ.”QORXURAM…”

Post Views: 41 Həyatın yolları eniş–yoxuşdu, “ho-hodan”qorxuram, “toşdan”qorxuram, payız bağbana da,mənə də xoşdu; əynim nazik olur–qışdan qorxuram. Vaxt-hərdən canıma bir qada salıb, oynadıb,cırnadıb,it-bata salıb, qapim açıq qalıb-it yada salıb, get-gedə azalan huşdan qorxuram, Maral,gendə dolan,kəmənd atan çox, hər şey bazarlanar; alıb-satan çox, arabir yan keçər–sürüşkəndi ox, yuvasız quş kimi daşdan qorxuram! Deyirlər–bələkdə yaman kürmüşəm, həyata …

Azərbaycan ədəbiyyatı

Xalq şairi Vahid ƏZİZ.”BU ARAQ NECƏ DƏ QƏRİBƏ ŞEYMIŞ…”

Post Views: 31 (zarafatyana və ciddi) Bu araq necə də qəribə şeymiş !? həyat dərk olunmur ayıq baş ilə, hər bir şərayitdə gözəl gedirmiş, həm soğan-çörəknən,həm bozbaş ilə. Könlüm arasında bəm ilə zilin, bezdik tənəsindən zirin-zibilin! arabir lap topuq vursa da dilin, səni danışdırar gözlə-qaş ilə. Məclis yaraşığı,həm də xoxandı, kişini ucaldan,yerə soxandı! “girmə küpəsinə”,adam …

Azərbaycan ədəbiyyatı

Xalq şairi Vahid ƏZİZ.”MƏNİ APAR…”

Post Views: 39 (Sevən bir qızın dılindən) Az oyna qəlbimin sönən közüynən- özünnən,imanlı ol,məni apar! bezdim dərdləşməkdən çeşmə gözüynən- yarpazam,su içib,yol-məni apar. Atma yarı yolda-özgə qaldırar, sevən yar–yarına könül aldırar! bahar-lalələri erkən soldurar, dönüm bənəvşəyə,kol,məni apar. Görsən lal-dinməzəm,biraz ərk elə, ya sev,ya könlümü tamam tərk elə! sarmana bilməsəm-bilərzik elə, yapış barmağımdan,qol,məni apar. Gəlsən,gecələrdə,de-ayıq olum, sən …

Azərbaycan ədəbiyyatı

Şair-ədəbiyyatşünas Rafiq YUSİFOĞLU.”GÜLÜM, MƏHƏBBƏTLƏ ZARAFAT OLMAZ”

Post Views: 43 Asanmı sanırdın mehri, ülfəti? – Heç vaxt incimirdin sözümdən mənim. Əyləncə bilirdin sən məhəbbəti? – Qorxmadan öpürdün üzümdən mənim. Hisslərin əlində oldun əsir sən, Körpə bir məhəbbət düşdü sazağa. İndi titrəyirsən, indi əsirsən, Qaçmaq istəyirsən məndən uzağa. Geriyə yol varmı ancaq sevgidə? – Ürəyim titrəyir, yol çəkir gözüm. Alın yazısıdı elə sevgi …

Azərbaycan ədəbiyyatı

Şair-publisist Əli Rza XƏLƏFLİ.”ALLAHIN ƏMANƏT YOLU”

Post Views: 66 Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycan Respublikası Prezidenti Təqaüd Fondunun təqaüdçüsü, “Kredo” qəzetinin Baş redaktoru  Vaqif Bəhmənliyə Oxudum şerini Vaqif Bəhmənli, Hər misran pir daşı , ocaq daşıdır… Xatirə yolların dumanlı , çənli Gördüyün zirvələr dağlar başıdır… Məmməd Araz yolu…anlamaq dərdi, Əzablar içində yaşamaq yolu… Allahın pay böldü, əmanət verdi, Sənindi dərdləri daşımaq …

Azərbaycan ədəbiyyatı

Şair-publisist Hikmət MƏLİKZADƏ.”Eşq dərdin sonuncu mərtəbəsidi…”

Post Views: 41 Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycan Respublikasının Prezident Təqaüd Fondunun təqaüdçüsü Eşq dərdin sonuncu mərtəbəsidi… Eşq dərdin sonuncu mərtəbəsidi… Qəlb ora adamı dillə çıxardır. Yuxuda gördüyüm alagöz gəlin, Qışın bu vaxtında çillə çıxardır. Mənim də içimdə eşq odu sönüb, …Eh, mənə bu kəndin havası düşmür. Anam ocaq çatır, külək söndürür, Anamla küləyin davası düşmür… …

Azərbaycan ədəbiyyatı

Azərbaycanlı şairə-publisist Nəcibə İLKİN.”Burax əllərimi…”

Post Views: 55 Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, Azərbaycan Respublikası Prezidenti Təqaüd Fəndunun təqaüdçüsü, “Azad qələm” ədəbi-bədii, ictimai-publisistik qəzetinin və “Ali Ziya” ədəbi-bədii, elmi-publisistik jurnalının təsisçisi və baş redaktoru Burax əllərimi, qoy çıxım gedim, Nəyinə lazımdır sənin bu sevgi. Həsrəti gözümə qoy sıxım gedim, Olsun ürəyimə qənim, bu sevgi. Nə əhlət daşıyam, nə ümid …

Azərbaycan ədəbiyyatı

Şairə-publisist Xalidə NURAY.”Qığılcımdan doğan alov”

Post Views: 45 Çalıb haqqımızı taxtımız üstə, Yurdsuz kafirlərə taxt yaratdılar. Saxta Erevanı tarixə yazıb, İrəvan qalasın söküb atdılar. Böyük Ermənistan xülyası ilə Haya arxa oldu fitnəkar ruslar. Acgöz caqqallar tək doymadı gözü, Qarabağı tutdu xain-cəsuslar. Doğma yurdumuzdan didərgin salıb, Otuz il Cıdırda at oynatdılar. Yağılar vətəndə göz dağı olub, Qeyrət yaramızı çox qanatdılar. Dığalar …

Azərbaycan ədəbiyyatı

Xəyalə SEVİL.Yeni şeirlər (V hissə)

Post Views: 34 “Gənc Ədiblər Məktəbi”nin müdavimi, Azərbaycan Yazıçılar Birliyinin (AYB) üzvü, Azərbaycan Respublikası Prezidenti təqaüd fondunun təqaüdçüsü * * * Ürəyincəmi? Bu ruhsuz, duyğusuz Halım necədi? İndi, yoxsa öncəmi?.. Qəfil ürəktutmasıtək Tutmuşam ürəyimi. Hara qoyum? Küncəmi? Təzə-təzə sevinirdim, Təzə-təzə sevirdim. Dağıtmısan, Qoparmısan qönçəmi. Özünü bir özgəsiylə Nə vaxt dəyişir insan? Nə vaxt? “Böyüyüncəmi?” * …

Azərbaycan ədəbiyyatı

Xəyalə SEVİL.Yeni şeirlər (IV hissə)

Post Views: 32 “Gənc Ədiblər Məktəbi”nin müdavimi, Azərbaycan Yazıçılar Birliyinin (AYB) üzvü, Azərbaycan Respublikası Prezidenti təqaüd fondunun təqaüdçüsü Həyat bu qədər sadə… Bu küçə də Axırıncı vaqon kimi Boşaltdı adamlarını. Və bu gecə də Qaranlıq qara kəlağayını Saldı şəhərin boynuna. Yol boyu uzanan gecə işıqları Açdı gözlərini. Külək deyinə-deyinə Oyatdı yuxudan yarpaqları. Yəni, Həyat bu …

Azərbaycan ədəbiyyatı

Xatirə FƏRƏCLİ.Yeni şeirlər (VII hissə)

Post Views: 31 Söz oyununda İçimə çəkilib daldalanmışam Dəli duyğularım öz oyununda, Təpədən dırnağa misralanmışam Çarpışan fikirlər söz oyununda. İntizarım bilmir nə hədd, nə hüdud, Itir, güman itir, üzülür umud, Yüklənən kirpiklər toqquşan bulud Yaşlar qıraq gedir göz oyununda. Sən qutsal sandığın kimində oyun, Aşkarında oyun, sirrində oyun, Ömrümüz illərin əlində oyun, Özümüz taleyin boz …

Azərbaycan ədəbiyyatı

Xatirə FƏRƏCLİ.Yeni şeirlər (VI hissə)

Post Views: 64 Qış ağacları Ümidləri yaza, günəşə, talanıb yaşılı, rəngi-ruhu bomboz, yolub saçlarını sərxoş küləklər, döyür təpəsinə dünyanın qışının dolusu, qarı, pəjmürdə görkəmin düzəltmək üçün yağış damlasından sırğalar taxıb bu çör-çöp ağaclar, qış ağacları. Can vətənim Gözlərimin yaşındasan, vətənim, ürəyimin başındasan, tikə-tikə, parça-parça vətənim. Yetim əlində yağlı tikə olmusan hər zaman. Hər istəyən bir …

Publisistika

Adilə NƏZƏR.”SİZ ÖZÜNÜZLƏ DANIŞIRSINIZ?”

Post Views: 39 Filologiya üzrə fəlsəfə doktoru,Azərbaycan Yazıçılar Birliyinin üzvü, “Kitab Evi” İctimai Birliyinin sədri Dərgilərdən birinin “Özüylə söhbət” rubrikasına yazı vermək təklifi aldığımda ilk ağlıma gələn rubrikanın adının anlamı oldu. Və düşündüm ki, hər bir insan başqası ilə söhbət edə bilmək üçün öncə özü ilə söhbət etməyi bacarmalıdır. Haradasa oxumuşdum ki, insan psixoloji baxımdan …

Azərbaycan ədəbiyyatı

Adilə NƏZƏR.Yeni şeirlər (2021)

Post Views: 32 Filologiya üzrə fəlsəfə doktoru,Azərbaycan Yazıçılar Birliyinin üzvü, “Kitab Evi” İctimai Birliyinin sədri FƏSİLLƏR DƏYİŞİR Sözalır göydə Günəş yellər uyudur bu yeri, Dağılır odlu yayın səltənəti, bax, solaraq. Yox olur təbiətin yazdığı ilk yaz əsəri, Pozulur gülbaharın rəngi, itib yox olaraq. Ruhu sarsır zəminin sapsarı çılpaq düzəni, Gücü çoxdan tükənibdir işaran boz günəşin. …

Azərbaycan ədəbiyyatı

Ay Bəniz ƏLİYAR.Yeni şeirlər (2021)

Post Views: 35 Və bir gün adamın əlləri qadının qırmızı donunun qanına bulaşdı… Göz yaşları çiçəklərin açdığı yerdə, hər sabah kitab oxuyan adama bənzədi. Gözləri şişkindi. Bir udum hava kimi ətirləndiyi güllərə borcun ödəmək istəyəndə, əlləri yadına düşmüşdü. Qadını qırmızı donunun içindən çəkib çıxartmışdı adam. Qadın yenə də ölümünə gülümsünmüşdü. Bir qadının ölümü bir adamın …

Azərbaycan ədəbiyyatı

Ay Bəniz ƏLİYAR.”Keşkə məzarda da pəncərə olsa”

Post Views: 28 . Keşkə məzarda da pəncərə olsa, Ordan bu dünyaya boylana bilsəm. Dünyanın qapısın açırmış kimi, Döyüb pəncərəni dünyaya gəlsəm. Bir quş dimdikləsə şüşələrini, Bu peşman ürəyim bəlkə kiriyə. Arada yaylıqla silsəm tərini, Arada boylansam üzü bəriyə. Belə bir məzarda ölsəm, kaş elə, Boylana-boylana qalsam, kaş elə. Bitməyən yazıma boylana bilsəm, Oğluma, qızıma …

"Yeni nəşrlər"

Şairə Ay Bəniz Əliyarlının “Vətən andı” adlı yeni kitabı işıq üzü görüb

Post Views: 41 Azərbaycan Yazıçılar Birliyinin üzvü, Prezident təqaüdçüsü, şair AY Bəniz Əliyarın “Vətən andı” adlı yeni kitabı işıq üzü görüb. Kitab müəllifin öz oxucuları ilə sayca doqquzuncu görüşüdür. Geniş oxucu auditoriyası üçün nəzərdə tutulub. Ədəbiyyatsevərlər, şeir, sənət aşiqləri tərəfindən maraqla qarşılanacağına, dərin oxucu rəğbətini qazanacağına ümid edirik. “Vətən andı” kitabında şair AY Bəniz Əliyarın …

Mədəniyyət

Azərbaycanda polyak izlərinin turizm potensialından bəhs edən broşür hazırlanıb

Post Views: 37 Azərbaycanda polyak memarların ərsəyə gətirdiyi abidələrdən, həmçinin ölkəmizdə yaşayıb-yaratmış məşhur polyaklardan bəhs edən broşür hazırlanıb. Dövlət Turizm Agentliyindən AZƏRTAC-a bildirilib ki, Azərbaycanda polyak izlərinin turizm potensialını vurğulamaq məqsədilə hazırlanmış broşür Azərbaycan Turizm Bürosunun Polşanın ölkəmizdəki səfirliyi ilə əməkdaşlığı çərçivəsində ərsəyə gətirilib. Broşürdə neft bumu dövründə Bakının xüsusi görünüşünü formalaşdıran 4 görkəmli polyak memar …

Mədəniyyət

Milli Xalça Muzeyində növbəti tədbir – “Rəssam və xalça: bu gün və sabah”

Post Views: 35 Prezident İlham Əliyevin Sərəncamına uyğun olaraq oktyabrın 21-22-də Milli Xalça Muzeyində Xalq rəssamı Kamil Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Rəssam və xalça: bu gün və sabah” adlı beynəlxalq elmi-praktik konfrans təşkil olunacaq. Konfrans Mədəniyyət Nazirliyi və Milli Xalça Muzeyinin təşkilatçılığı ilə reallaşacaq. Milli Xalça Muzeyindən AZƏRTAC-a bildirilib ki, konfransa Azərbaycan, Türkiyə, Yaponiya, …

Mədəniyyət

20 oktyabr-Beynəlxalq Kulinariya Günüdür

Post Views: 39 Ümumdünya Kulinariya Təşkilatları Birliyi 2004-cü ildə İrlandiyanın Dublin şəhərində keçirdiyi beynəlxalq konfransda hər il oktyabrın 20-nin Beynəlxalq Kulinariya Günü kimi keçirilməsi haqda qərar qəbul edib. AZƏRTAC xəbər verir ki, Beynəlxalq Kulinariya Günü Azərbaycanda 2007-ci ildən etibarən hər il təntənəli şəkildə qeyd olunur. Bu günün ölkəmizdə keçirilməsi gənc nəslin Azərbaycanın milli kulinariyasının sirlərinə yaxından …

Mədəniyyət

Uşaqlar üçün yazılan “İki qardaş” poeması Respublika Uşaq Kitabxanasına hədiyyə edilib

Post Views: 30 Uşaqlar üçün yazılan “İki qardaş” poeması F.Köçərli adına Respublika Uşaq Kitabxanasına hədiyyə edilib. AZƏRTAC xəbər verir ki, “İki qardaş” uşaq poeması 1912-ci ildə lirik, satirik şeirləri, vətənpərvərlik ruhunda qəzəlləri, mənzumə və rübailəri ilə tanınan şair Abbas Ağa (Nazir) Qayıbzadə tərəfindən yazılıb. Poema iki qardaşdan (ağıllı və tənbəl) bəhs edir. Kitabın orijinalı 108 il …

Mədəniyyət

Bakıda “Qələbə hünəri” Respublika Yaradıcılıq Sərgisi açılacaq

Post Views: 32 Mədəniyyət Nazirliyi, Azərbaycan Rəssamlar İttifaqının dəstəyi, “Bakı” Rəsm Qalereyasının, Azərbaycan Dövlət Rəsm Qalereyası və Xətai Sənət Mərkəzinin təşkilatçılığı ilə noyabrın 5-də Vətən müharibəsində Qələbəmizin ildönümünə həsr olunmuş “Qələbə hünəri” adlı sərgi təşkil olunacaq. Dövlət Rəsm Qalereyasından AZƏRTAC-a bildirilib ki, sərgi rəssamlarımızın yaradıcılığında Azərbaycanın, xüsusən də işğaldan azad olunmuş ərazilərin təbiət gözəlliklərinin tərənnümü, Ali …

Mədəniyyət

Ədəbiyyat İnstitutunda “Ədəbiyyat qəzeti”nin “Nizami Gəncəvi İli” Xüsusi buraxılışının təqdimatı keçirilib

Post Views: 30 “Ədəbiyyat qəzeti”nin Azərbaycan Milli Elmlər Akademiyası Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu və “Ulduz” jurnalı ilə birlikdə hazırladığı “Nizami Gəncəvi İli” Xüsusi buraxılışının təqdimatı keçirilib. Əvvəlcə tədbir iştirakçıları institutun foyesində Nizami Gəncəvi ilə bağlı nəşr olunmuş kitablardan ibarət sərgi ilə tanış olublar. Tədbiri AMEA-nın vitse-prezidenti, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun baş direktoru, akademik …

Azərbaycan ədəbiyyatı

Xalq şairi Zəlimxan YAQUB.”XATİRƏ”

Post Views: 74 Bir körpə var idi Kəpənəkçidə,Sevgisi dumduru bir bulağıydı.Hələ qayğılarla yüklənməmişdi,Hələ qayğılardan çox uzağıydı. Məhəbbət dərində, istək dərində,Hərə öz işində, dərdi-sərində.Nənələr, babalar həndəvərində,Bir evin gözündə şam çırağıydı. Hələ içəridən yeyilməmişdi,Köntöy baxışlarla döyülməmişdi.Hələ yetimliyə əyilməmişdi,Ana gümrahıydı, ata sağıydı. Elə bil dünəndi çəndə itdiyi,Gözə görünmədi vaxtın ötdüyü.Görüb götürdüyü, gəlib getdiyi,Qışda aranıydı, yayda dağıydı. Yamyaşıl çəmənlər …

Azərbaycan ədəbiyyatı

Xalq şairi Zəlimxan YAQUB.”GƏLİB”

Post Views: 35 Üzdən ağladığım yadıma gəlmir,Ağlasam, göz yaşım ürəkdən gəlib.Sevgim də, sözüm də, məhəbbətim də,Nə varsa beşikdən, bələkdən gəlib. Gah sola boylandım, gah da ki, sağa,Yeridim başıma qar yağa-yağa.Qalxa bilmişəmsə uca bir dağa,Bu, təmiz arzudan, diləkdən gəlib. Varlığım titrəyər, ürəyim əsər,Qəmli söz qəlbimi doğrayar, kəsər.Qəriblər dilində saldığım əsər,Durnanın saldığı lələkdən gəlib. Ancaq özümündü itən …

Azərbaycan ədəbiyyatı

Xalq şairi Zəlimxan YAQUB.”TANRI HƏDİYYƏSİ”

Post Views: 35 Açın mənim qəlbimi, oxuyun kitab kimi,Orda ilham adında cilvəli bir pəri var.Təkcə nazlanmaq deyil onun işi, peşəsi,Qayğıların içində min bir dərdi-səri var. Duyğuların, hisslərin gah zilidi, gah pəsi,Çeşmələrin, çayların, bülbüllərin səsidi.İlham nə yaradırsa, Tanrı hədiyyəsidir,Qələm adlı qızılı, dəftər adlı zəri var. Buluddan sıyrılan Ay, haqdan yanan şam mənə,Yuxusuz gecələrim ləzzət mənə, tam …

Kateqoriyasız

Xalq şairi Zəlimxan YAQUB.”GECİKDİRMƏ”

Post Views: 42 Səhərləri açan kişi,Aç səhəri, gecikdirmə.Üfüqlərdən üstümüzəYağan zəri gecikdirmə. Gecə laldı, qaranlıq kar,Fikrim geniş, meydanım dar.Səhərlərə səfərim var,Bu səfəri gecikdirmə. Sən balıq ver, tilov məndə,Sən çınqı ver, alov məndə.Sən bir at ver, cilov məndə,Ağ kəhəri gecikdirmə. Ölüm varsa, qalım yoxdur,Ölüm qədər zalım yoxdur,Bəd xəbərə halım yoxdur,Xoş xəbəri gecikdirmə. Bir gün toya, bir gün …

Azərbaycan ədəbiyyatı

Xalq şairi Zəlimxan YAQUB.”Səninkidir”

Post Views: 31 Boylan, başın üstə yüksəkliyə bax, insan,Əllərin çatmasa da, o uzaq səninkidir.Yeridiyin yerləri yerişinlə möhürlə,Ayağın altındakı bu torpaq səninkidir. Doğan Günəş, yağan qar qismətədi, baxtadı,Ömrün, günün yolunda gah bürkü, gah şaxtadı.Beşiyində ağacdı, tabutunda taxtadı,Bu palıd səninkidir, o qovaq səninkidir. Bir alın yazısı var hər kəsdə, hər adamda,Ölməz bir kimsə yoxdur, ömür bişmişdə, xamda.İstər …

Azərbaycan ədəbiyyatı

Xalq şairi Nəriman HƏSƏNZADƏ.”Əsa götürmə!”

Post Views: 37 “…Çəkilmişəm qınıma…Qorxaram mən,-yalan desəm Tanrıdan,doğru desəm bəndədən…” __ B.Vahabzadə Sən belə demədin bir zaman şair,-Başında şimşəklər çaxanda belə!Qırx il sətiraltı qışqıran şair,Susarmı səngərdən qalxanda belə?! Bəndənin evini yıxdı yalanlar,O başa düşmədi faş olanacan.Özün deyirdin ki,heykəl olanlarDaşa basılıblar daş olanacan. Qoy daşa bassınlar,o daş arxadır,Zirvənin himnini tufanlar deyir.Qartal-ildırımla əlbəyaxadır,Yerdə-çəyirtkəni sərçələr yeyir. Şair qəsddən …

Azərbaycan ədəbiyyatı

Xalq şairi Nəriman HƏSƏNZADƏ.”LƏYAQƏT”

Post Views: 45 Nə qədər ağırdı səndən ayrılıbBaşqa bir iqlimə səfər eləmək.Sonra da hardasa könlümü alıbBir qəlb ağrısıyla “darıxma” demək. Ayrılıq qəm verir,görüş səadət,Qəmi də sən verdin səadət kimi.Yaraşır insana məncə,ey afət,Qəm də bir mənəvi ləyaqət kimi. Üşüdür ruhunu nəfəsi qışın,Bəzən bir paxılın buz baxışı da.Bəzən bir həyasız geriqalmışınTəkidlə özünə çağırışı da. Sirli, maraqlıdır bu …

Azərbaycan ədəbiyyatı

Azərbaycanlı şairə-publisist Nəcibə İLKİN.”Gəlmə görüşümə..”

Post Views: 32 Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, Azərbaycan Respublikası Prezidenti Təqaüd Fəndunun təqaüdçüsü, “Azad qələm” ədəbi-bədii, ictimai-publisistik qəzetinin və “Ali Ziya” ədəbi-bədii, elmi-publisistik jurnalının təsisçisi və baş redaktoru Gəlmə görüşümə, gəlmə, Heç zəng də eləmə… Unut olub keçənləri, O mənli xatirələri… Heç olmamış kimi Qara bir örtüyə bük, bərk-bərk! Üstündən qara bir xətt …

Azərbaycan ədəbiyyatı

Azərbaycanlı şairə-publisist Nəcibə İLKİN.”Bu axşam bir şeir yazmağım gəlir”

Post Views: 44 Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, Azərbaycan Respublikası Prezidenti Təqaüd Fəndunun təqaüdçüsü, “Azad qələm” ədəbi-bədii, ictimai-publisistik qəzetinin və “Ali Ziya” ədəbi-bədii, elmi-publisistik jurnalının təsisçisi və baş redaktoru Baxıram həyata necə buz kimi, Qaldım xəyallarda yuxusuz kimi, Eşqi qərib düşən nakam qız kimi, Bu axşam bir şeir yazmağım gəlir. Könlümün səhrası düzəndi, düzdü, …

Azərbaycan ədəbiyyatı

Təranə Turan RƏHİMLi.”SƏNİ XATIRLAMIRAM”

Post Views: 40 Azərbaycan və Yazıçılar Birliklərinin üzvü, Prezident təqaüdçüsü, Dünya Gənc Türk Yazar Birliyi (DGTYB) Məsləhət Şurasının üzvü, filologiya üzrə fəlsəfə doktoru, dosent, şair, tənqidçi, ədəbiyyatşünas Səni xatırlamıram, Hansı ildə ölmüsən? Bəxtini hansı daşa Çırpıb yüzə bölmüsən? Bu leysanın yuduğu İzin hansı sənindi? O çoxdan unutduğum Sözün hansı sənindi? Qapqara təbəssümün Nədən his çəkib …

Azərbaycan ədəbiyyatı

Şəfa VƏLİYEVA.”Açın qapıları, küssün açarlar”

Post Views: 37 “Gənc Ədiblər Məktəbi”nin müdavimi, Azərbaycan Yazıçılar Birliyi Gənclər Şurasının və Azərbaycan Jurnalistlər Birliyinin üzvü, Prezident təqaüdçüsü, “İlin gənci” müfakatçısı, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Baş redaktoru Açın qapıları, küssün açarlar, Kəsilsin ümidi barmaqlıqların… Yıxın hasarları, Kəsə yol tapsın Gücünü çəlikdən uman qocalar… Dələlər, sərçələr utanmasınlar Yuvadan yayılan zümzümələrdən… Tutuşun əl-ələ, Qaçın bu …

Mədəniyyət

Azərbaycan Milli Elmlər Akademiyası Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda Zahid Xəlilin “Dəmir yumruq dastanı” kitabının təqdimatı keçirilib

Post Views: 29 Azərbaycan Milli Elmlər Akademiyası Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda 18 Oktyabr – Müstəqilliyin Bərpası Gününə həsr olunmuş görkəmli uşaq yazıçısı Zahid Xəlilin “Dəmir yumruq dastanı” kitabının təqdimatı keçirilib. Tədbiri AMEA-nın vitse-prezidenti, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun baş direktoru, akademik İsa Həbibbəyli açaraq giriş nitqi söyləyib. Akademik İsa Həbibbəyli çıxışında bildirib ki, müstəqilliyin …

Mədəniyyət

Yeni “Yarasa adam”da superqəhrəmanı Robert Pattinson canlandıracaq

Post Views: 32 “Warner Bros. Pictures” şirkəti ilk dəfə superqəhrəmanı canlandıran Robert Pattinsonun iştirakı ilə “Yarasa adam” filminin treylerini yayımlayıb. AZƏRTAC TASS agentliyinə istinadla xəbər verir ki, şirkət treyleri öz sosial şəbəkələrdəki hesablarında yerləşdirib. Treylerdə yarasa adamdan başqa, Selina Kaylı (pişik adam), pinqvin və tapmaca deyən obrazlarını da görmək olar. Mett Rivzin rejissorluğu ilə çəkilən “Yarasa …

Mədəniyyət

Bakıda “Qələbə hünəri” adlı rəsm sərgisi açılacaq

Post Views: 42 Noyabrın 6-da Mədəniyyət Nazirliyi, Azərbaycan Rəssamlar İttifaqının dəstəyi, Azərbaycan Dövlət Rəsm Qalereyası və Xətai Sənət Mərkəzinin təşkilatçılığı ilə Vətən müharibəsində Qələbəmizin ildönümünə həsr olunmuş “Qələbə hünəri” adlı respublika yaradıcılıq sərgisi açılacaq. Dövlət Rəsm Qalereyasından AZƏRTAC-a bildirilib ki, sərgi Azərbaycanın, xüsusən də işğaldan azad olunmuş ərazilərin təbiət gözəlliklərinin tərənnümü, Ali Baş Komandanın rəhbərliyi altında …

Mədəniyyət

İsveçrədə üzərində “Xarıbülbül” əks olunmuş poçt markası buraxılıb

Post Views: 38 İsveçrədə Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 30 illiyi münasibətilə üzərində Zəfərin rəmzi “Xarıbülbül” təsviri olan poçt markası buraxılıb. Bu barədə razılaşma Azərbaycan səfirliyi ilə bu ölkənin dövlət poçt müəssisəsi olan “İsveçrə Poçt” Səhmdar Cəmiyyəti (“Schweizerische Post“ AG) arasında əldə edilib. Azərbaycanın İsveçrədəki səfirliyindən AZƏRTAC-a verilən məlumatda bildirilir ki, həmin poçt markaları qeyri-kommersiya məqsədilə buraxılıb …

Mədəniyyət

Milli Kitabxanada Müstəqilliyin Bərpası Günü ilə bağlı sərgi hazırlanıb

Post Views: 35 Oktyabrın 18-i Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpa edilməsinin otuzuncu ildönümü tamam olur. Bu illər ərzində demokratik, hüquqi və dünyəvi dövlətin qurulması xalqımızın tarixi nailiyyətidir. Bu tarixi gün münasibətilə M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasının əməkdaşları tərəfindən “18 Oktyabr – Dövlət Müstəqilliyinin Bərpası Günü” adlı virtual sərgi hazırlanıb. Kitabxanadan AZƏRTAC-a bildirilib ki, virtual sərgidə Azərbaycanın …

Mədəniyyət

Özbəkistanda Azərbaycan mədəniyyəti və ədəbiyyatı günləri təşkil ediləcək

Post Views: 36 Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin (AMM) təşəbbüsü ilə oktyabrın 20-dən 23-dək bu ölkənin Qaraqalpaqstan Respublikasında və Xarəzm vilayətində Azərbaycan mədəniyyəti və ədəbiyyatı günləri keçiriləcək. AZƏRTAC xəbər verir ki, layihəyə Azərbaycanın və Özbəkistanın mədəniyyət nazirlikləri, ölkəmizin Özbəkistandakı səfirliyi, habelə bu vilayətlərin rəhbərlikləri dəstək göstərir. İlk olaraq Azərbaycan mədəniyyəti və ədəbiyyatı günlərinin Nukus …

Azərbaycan Prezidenti

Azərbaycan Respublikasının mədəniyyət xadimlərinin təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Post Views: 55 Azərbaycan Respublikasının mədəniyyət xadimlərinin təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram: Azərbaycan mədəniyyətinin inkişafında xidmətlərinə görə aşağıdakı şəxslər təltif edilsinlər: 3-cü dərəcəli “Əmək” ordeni ilə Ələsgərov Arif Məmməd Hüseyn oğlu İsgəndərov Zeynalabdin Əli oğlu Qurbanov Eldar Hacı Baba oğlu Məmmədov Tahir …

Azərbaycan Prezidenti

Azərbaycan Respublikasının mədəniyyət xadimlərinə fəxri adların verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Post Views: 41 Azərbaycan Respublikasının mədəniyyət xadimlərinə fəxri adların verilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı zərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram: Azərbaycan mədəniyyətinin inkişafında xidmətlərinə görə aşağıdakı şəxslərə Azərbaycan Respublikasının fəxri adları verilsin: “Xalq rəssamı” Alimirzəyev Əlyar Alimirzə oğlu Haqverdiyev Hüseyn Həsən oğlu Rəcəbov Aydın Məmmədağa oğlu “Əməkdar artist” Abasquliyev …

Mədəniyyət

Ankarada 25-ci Beynəlxalq Caz Festivalı keçirilir

Post Views: 38 Türkiyə Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi və Türkiyə Caz Dərnəyinin təşkilatçılığı ilə Ankarada 25-ci Beynəlxalq Caz Festivalı keçirilir. AZƏRTAC xəbər verir ki, festivalın builki mövzusu “Cazda davamlılıq”dır. Yerli sənətçilərlə yanaşı 4 ölkədən olan musiqiçilərin də qatıldığı festivalın açılış mərasimi Hərbi Hava Qüvvələri Komandanlığının Qartal Caz Orkestrinin konsert proqramı ilə gerçəkləşib. Konsertdən əvvəl Türkiyə …

Mədəniyyət

Vokalçılar festivalının ikinci günündə “Arşın mal alan” operettası təqdim edilib

Post Views: 36 Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi və Heydər Əliyev Sarayının təşkilatçılığı ilə keçirilən İkinci Azərbaycan Beynəlxalq Vokalçılar Festivalı çərçivəsində Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında Üzeyir Hacıbəylinin “Arşın mal alan” operettası təqdim olunub. AZƏRTAC xəbər verir ki, rolları Xalq artisti Gülyaz Məmmədova, Əməkdar artistlər Fərid Əliyev, İnarə Babayeva, Cahangir Qurbanov, Gülüstan Əliyeva, Tural …

Mədəniyyət

“Bir millət –iki dövlət” adlı vizual tamaşa nümayiş olunacaq

Post Views: 39 Oktyabrın 22-də Ankaranın Konqres və Sərgi Mərkəzində “Bir millət –iki dövlət” adlı vizual tamaşa nümayiş olunacaq. AZƏRTAC xəbər verir ki, Türkiyə və Azərbaycandan 100 sənətçinin iştirakı ilə lirik, müasir və xalq rəqsləri, teatral səhnələrin bir arada olduğu təqdimat tamaşaçılara unudulmaz anlar yaşadacaq. Beş il sürən məşq sayəsində ərsəyə gələn ikihissəli (hərəsi 45 dəqiqə) …

"Yeni nəşrlər"

“Ölümü ömür seçənlər” adlı kitab nəşr olunub

Post Views: 37 AMEA-nın Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin Aran filialının müdiri, filologiya üzrə fəlsəfə doktoru Yaqut Bahadurqızının “Ölümü ömür seçənlər” kitabı işıq üzü görüb. Nəşrdə 27 sentyabr 2020-ci ildə başlayan və 44 gün davam edən Vətən  müharibəsinində tarix yazan, Vətən uğrunda qəhrəmancasına döyüşərək canını fəda edən 39 kürdəmirli şəhiddən bəhs olunur. 721 səhifədən …

"Yeni nəşrlər"

“Dalğına tor quran dünya” adlı şeirlər toplusu nəşr olunub

Post Views: 42 AMEA-nın vitse-prezidentinin xidmətinin elmi katibi, filologiya üzrə fəlsəfə doktoru, dosent Zümrüd Mənsimovanın tərtib və toplama materialları əsasında aşıq Cahangir Dalğının “Dalğına tor quran dünya” adlı şeirlər toplusu nəşr olunub. Azərbaycan Aşıqlar Birliyinin qərarı ilə işıq üzü görən kitabın elmi məsləhətçisi Əməkdar elm xadimi, filologiya elmləri doktoru, professor Məhərrəm Qasımlı, redaktoru filologiya üzrə …

"Yeni nəşrlər"

Tanınmış Pakistan şairi Məhəmməd İqbalın “Seçilmiş əsərləri” nəşr olunub

Post Views: 32 AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu və Azərbaycan Yazıçılar Birliyi tərəfindən Pakistan şairi Məhəmməd İqbalın “Seçilmiş əsərləri” nəşr olunub. Vəsait  Ədəbiyyat İnstitutunun Elmi şurasının 13 sentyabr 2021-ci il tarixli qərarı ilə işıq üzü görüb. “Pakistanın mütəfəkkir şairi və azadlıq carçısı” adlı “Ön söz”ünün müəllifi AMEA-nın vitse-prezidenti, Ədəbiyyat İnstitutunun baş direktoru, akademik İsa Həbibbəylidir. …

"Yeni nəşrlər"

“Nizami “Xəmsə”sində akustik obrazlar (linqvopoetik təhlil)” kitabı işıq üzü görüb

Post Views: 70 Nizami Gəncəvinin anadan olmasının 880 illik yubileyinin  ölkə miqyasında geniş qeyd edilməsi münasibətilə Prezident İlham Əliyev 5 yanvar 2021-ci il tarixdə Sərəncam imzalayıb. Sərəncama əsasən, Azərbaycan Respublikasında 2021-ci il “Nizami Gəncəvi ili” elan olunub. Bu ədəbi hadisə klassik irsimizin dahi şəxsiyyətlərinin həyat və yaradıcılığına ölkəmizdə göstərilən diqqət və qayğının bariz nümunəsidir. Cari ildə …

Azərbaycan ədəbiyyatı

Xalq şairi Vahid ƏZİZ.”HƏLƏ SUYA DÖNÜB İÇİLMİR DUMAN…”

Post Views: 65 Solur lalələr də,bənəvşələr də, çəmən necə dözür,kollar ağlamır? alışa bilməzdi bu cürə dərdə, çinar ona görə çiçək bağlamır. Nə əyri çömçəyəm,nə sınıq boşqab, ürəyim nələrə tab gətirdi,tab! Yatmış “Qaraçuxam” bağlı bir kitab, doğmalar oxumur,yad varaqlamır. Səbrim ölümlərdəni məni saxladıb, eşqlər cünün kimi məni dağladıb, nakişi olanlar məni ağladıb; sonra danlayıb ki:”Kişi ağlamır!”. …

Azərbaycan ədəbiyyatı

Xalq şairi Vahid ƏZİZ.”HƏRBİÇİ PALTARI GEYİNDİ QIZLAR”

Post Views: 40 Savaş ara vermir toylar çalına, yenə evlər yıxar “Qara kağızlar”, salıb subaylığın tərs damarına- hərbiçi paltarı geyindi qızlar! “Dirilik suyudur” qadın sevgisi- “ölüm qəlpəsinə” nəğmə oxudar, Snayperlik qızlarda Tanrı vergisi- eşqi də,kini də ürək dağıdar. Ağlını çaşdırmaz barlar,maşınlar, unutsa-biryolluq unudar səni, vəfalı mələkdir hərbiçi qızlar, ölsən-ürəyindən asar şəklini! Vətəndən savayı heç nəyi …

Azərbaycan ədəbiyyatı

Xalq şairi Vahid ƏZİZ.”BİR YANDAN KƏPƏNƏK,BİR YANDAN ARI…”

Post Views: 38 Hərdən unuduram-nə qədər varam? Gəlib-gedən huşum il qarışdırır, Sönmüş köz altına maşa salıram- İnciyir,eləcə kül qarışdırır. Ömür gedə-gedə tiftiklənibdi, İndi əlimdəki sapdı,iynədi, Özünə qalsaydı-bulanmaq nədi? Sellər çeşmələrə lil qarışdırır. Dünyanın ən gözəl fəsli-baharı, Bərəkət gətirər durna qatarı, Bir yandan kəpənək,bir yandan arı- gecələr yuxusun gül qarışdırır. Ağlıma gəlməzdi bu cür qocalam; Gecəni-gündüzlə …