Post Views: 52 “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin (DTMQ) İdarə Heyətinin sədri Şahin Seyidzadə Özbəkistan Respublikasının Xarəzm vilayəti hökumətinin nümayəndəsi Maksud Bekçanovun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb. Qoruq İdarəsindən AZƏRTAC-a bildiriblər ki, görüşdə iki tarixi qoruq arasında “Qarşılıqlı Anlaşma və Əməkdaşlıq haqqında Protokol” imzalanıb. “İçərişəhər” DTMQ-nin İdarə Heyətinin sədri Şahin Seyidzadə və “İçan-Qala” Dövlət Muzey …
Xalq artisti Rəşid Behbudovun xatirəsinə həsr olunmuş konsert proqramı keçiriləcək
Post Views: 52 Dekabrın 14-də Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasında əvəzolunmaz müğənni, Xalq artisti, Dövlət mükafatı laureatı, Sosialist Əməyi Qəhrəmanı Rəşid Behbudovun anadan olmasının 109 illiyi münasibətilə konsert proqramı təşkil olunacaq. AZƏRTAC xəbər verir ki, konsertdə Rəşid Behbudovun repertuarından mahnılar səsləndiriləcək. Tədbirdə Filarmoniyanın musiqiçiləri, solistləri ilə yanaşı Bakıdan da incəsənət nümayəndələrinin iştirakı nəzərdə tutulur. Mənbə: https://azertag.az/
İtaliya azərbaycanlıların gözü ilə: Bolonya
Post Views: 60 Bolonya şəhəri İtaliyanın mərkəzi və şimal hissələrində yerləşən Emiliya-Romanya regionunun inzibati mərkəzidir. Bu ölkənin ən böyük əyalətlərindən birində Ferrara, Modena, Parma, Ravenna, Rimini kimi vilayət və şəhərlər də yerləşir. Emiliya-Romanya şəhərlərinin zəngin tarixi-mədəni irsi sayəsində bu əraziyə çoxlu sayda turistlər gəlirlər. Burada Adriatik dənizi sahilində istirahət etmək, yerli kulinariyanın Parmigiano Reggiano pendiri, …
Qəhvənin türk mədəniyyətində rolu – qonaqpərvərliyin əvəzsiz elementi
Post Views: 45 Çoxlarının xoşladığı içki olan qəhvənin türk mədəniyyətində mühüm yeri var. Qəhvənin dəmləmə texnikası, aromatik dadı, fərqli köpüklü tərkibi və təqdimatı Türk qonaqpərvərliyinin və dostluğunun əvəzsiz elementidir. Türkiyə ənənələrinin vacib hissəsi olan qəhvə insanları bir yerə toplamaqla, ictimailəşməyə kömək edən sosial vasitəçidir. Əsas görüşlər və ya yemək sonrası söhbətlər “Qəhvənizi necə istərdiniz?” sualı …
Mədəniyyət naziri qazaxıstanlı həmkarı ilə görüşüb
Post Views: 40 Mədəniyyət naziri Adil Kərimli ölkəmizdə səfərdə olan Qazaxıstanın mədəniyyət və informasiya naziri Aidə Balayeva ilə görüşüb. Nazirlikdən AZƏRTAC-a bildirilib ki, nazir Aidə Balayevanın rəhbərlik etdiyi nümayəndə heyəti dekabrın 2-dən 4-dək Bakıda keçirilən Qazaxıstan Mədəniyyəti Günləri ilə bağlı ölkəmizə səfərə gəlib. Görüşdə nazir Adil Kərimli ölkələrimizin əməkdaşlıq əlaqələrindən bəhs edərək bildirib ki, Azərbaycan Prezidenti …
“Apple” və “Paramount” öz yayım xidmətlərinin birləşdirilməsini müzakirə ediblər
Post Views: 42 “Apple” və “Paramount” şirkətləri öz onlayn-kinoteatr xidmətlərinin birləşdirilməsi məsələsini müzakirə ediblər. Bu, əyləncə sahəsində rəqabət aparan nəhəng şirkətlərin öz təkliflərini daha əlçatan və cəlbedici etmək üçün birləşmək cəhdidir. AZƏRTAC “The Wall Street Journal”-a istinadla xəbər verir ki, şirkətlər, hər iki xidmətə ayrı-ayrılıqda abunə olmaqdan daha ucuz başa gələcək “Paramount + və Apple TV+” …
Astaralı Şeyx ZİYADXAN.Yeni şeirlər
Post Views: 67 Zaman qardaşıma! Bahar çiçəyi tək açılsın ömrün, Düşməsin tufana həyatın Zaman! Dostların içində anılsın sözün, Günəştək nur saçsın sabahın Zaman. ******** Arzum var göylərə ucalsın başın, Atasan qəm ilə qüssənin daşın, Yüzdən artıq olsun qoy sənin yaşın, Xoş keçsin dəqiqən, saatın Zaman. ******** Ziyadxan söz yazıb, mətləbə çataq, Səninlə hər zaman oturub-duraq. …
Gənc istedadların “Qızıl kitab”ı və xüsusi təqaüdü haqqında ƏSASNAMƏ
Post Views: 73 Gənc istedadların “Qızıl kitab”ı və xüsusi təqaüdü haqqında ƏSASNAMƏ Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 30 noyabr tarixli Fərmanı ilə təsdiq edilmişdir 1. Ümumi müddəalar 1.1. Bu Əsasnamə “Azərbaycanda gənc istedadlara dövlət qayğısı haqqında” Azərbaycan Respublikası Prezidentinin 1996-cı il 22 iyun tarixli 464 nömrəli Fərmanına uyğun olaraq hazırlanmışdır və Azərbaycanın gənc istedadlarının adlarının …
“Gənc istedadların “Qızıl kitab”ı və xüsusi təqaüdü haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı
Post Views: 89 “Gənc istedadların “Qızıl kitab”ı və xüsusi təqaüdü haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram: 1. “Gənc istedadların “Qızıl kitab”ı və xüsusi təqaüdü haqqında Əsasnamə” təsdiq edilsin (əlavə olunur). 2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Fərmandan irəli gələn məsələləri həll …
USTAD AŞIQ AAB-NİN QONAĞI OLUB
Post Views: 45 2023-cü il noyabrın 30-da Şirvan aşıq mühitinin tanınmış nümayəndəsi, ustad aşıq Cavid Əmiraslanov Azərbaycan Aşıqlar Birliyinin qonağı olub. Qonağı qəbul edən Birliyin sədri, Əməkdar elm xadimi, professor Məhərrəm Qasımlı ustad sənətkarı anadan olmasının 85 illik yubileyi münasibəti ilə təbrik edib, ona aşıq sənətinin inkişafı naminə yorulmaz fəaliyyətində uğurlar arzulayıb. Bu il Azərbaycan …
ŞAİR SƏFƏRİN 100 İLLİK YUBİLEYİ QEYD OLUNUB
Post Views: 53 Goranboy rayon Mədəniyyət Mərkəzində Azərbaycan Aşıqlar Birliyi Gəncə regional şöbəsinin və Gəncə-Daşkəsən regional mədəniyyət mərkəzi Goranboy rayon Mədəniyyət idarəsinin təşkilatçılığı ilə tanınmış el sənətkarı Şair Səfərin – Səfər Həsənovun anadan olmasının 100 illik yubileyinə həsr olunmuş “Azərbaycanlıyam, Azər səsiyəm…” adli ədəbi-bədii gecə keçirilib. Tədbirdə respublikanın ədəbi mühitini təmsil edən tanınmış simalar, aşıqlar, …
GƏNC AŞIQLARLA BAĞLI YENİ LAYİHƏ
Post Views: 49 Son illərdə bir-birindən maraqlı layihələr həyata keçirən Azərbaycan Aşıqlar Birliyində daha bir layihəyə start verilib. Gənc aşıqlarla bağlı olan bu layihənin həyata keçirilməsində məqsəd bölgələrdə yeniyetmə və gənclər arasında aşıq sənətinə marağı gücləndirmək və dəstək olmaqdır. Bu məqsədlə aşıq sənətinin daha güclü inkişaf etdiyi ayrı-ayrı bölgələrdən olan gənc aşıqlarla ayrıca iş aparılır, …
Görkəmli şair Rasim KƏRİMLİ.”Verilmədi”
Post Views: 168 Yetirin dərdimi naşı təbibə,Deyin ki, dərmanım düz verilmədi.Sərraflar əlindən düşməyən zərəMisgər bazarında üz verilmədi. İstəsən qəlbinə nur ələsin dağ.Zirvəyə qartalın gözləriylə bax.Günəşin nurunu sevməz yapalax.Əzəldən bayquşa göz verilmədi. Rasim, tək olanda hünər də laldı,Yalqızın talehi gümana qaldı.Qarğa qarıldadı, mükafat aldı.Biçarə bülbülə söz verilmədi Mənbə: https://manera.az/
Görkəmli şair Rasim KƏRİMLİ.”Əlindən”
Post Views: 178 Hər incə mətləbi anlamaz naşı,Tez düşər, tez düşər kaman əlindən.Könlüm zirvələrlə görüşmək istər,Yol tapa bilmirəm duman əlindən. Ziyarət etdirən bağı bar imiş,Ən uca dağların başı qar imiş.Nə yaxşı, dünyada yaxşı var imiş,Yoxsa tərk olardıq yaman əlindən. Rasim, bu dünyanın nurudur insan,Kim bilməz qədrini yaratsan, yansan.Sən elin, Vətənin haqqını dansan,Yıxılsan tutarmı zaman əlindən? …
Görkəmli şair Rasim KƏRİMLİ.”Səndən savayı”
Post Views: 111 Məftunu olmayıb könlüm heç kəsin,Ay xumar baxışlım səndən savayı.Sığındım eşqinə bir pay görmədim,Dumandan savayı, çəndən savayı. Qaytar eşq havası çalan günləri,Ağlımı başımdan alan günləri.Ömürdən saymıram qalan günləriOduna yandığım gündən savayı. Hanı sədasına uçduğum o səs,Dərdə düşməyənlər dərdimi bilməz.Tərk etdin Rasimi, demədinmi bəsYoxdur bir kimsəsi məndən savayı. Mənbə: https://manera.az/
Görkəmli şair Rasim KƏRİMLİ.”Qurban olum”
Post Views: 260 Vətən sənin torpağınınQüdrətinə qurban olumKoroğlunun, BabəkininQeyrətinə qurban olum Nurlu yolu, haqqın yolu,Bir sahilsiz çayın qoluDünya dolu, tarix doluŞöhrətinə qurban olum Dəfinə var dənizində,Hər dağında, hər düzündəNəyin yoxdur yer üzündəSərvətinə qurban olum Aşıb-daşan illərinin,Nəğmə qoşan dillərininNur çeşməli göllərininHikmətinə qurban olum Yaz arzulu, yaz diləkli,Duz-çörəkli, düz çörəkliRasim deyər, dağ ürəkliMillətinə qurban olum Mənbə: https://manera.az/
Görkəmli şair Rasim KƏRİMLİ.”Min yaşasın”
Post Views: 138 Dünya mərdlər dünyasıdır,Ərənləri min yaşasın.Sinəsini tufanlaraGərənləri min yaşasın. Nə gözəldir dağ qüruru,Bulaq kimi gözlər duru.İnsanlara həyat nuruVerənləri min yaşasın. Öz adı var el yanında,Yaxşının da, yamanın da.Hər bir kəsi öz donundaGörənləri min yaşasın. El tanınar çörəyiylə,Torpaq gülü, çiçəyiylə.Nəbzi xalqın ürəyiyləVuranları min yaşasın. Könül gülər beşiyində,Öz evində, eşiyində.Həqiqətin keşiyindəDuranları min yaşasın. Mənbə: https://manera.az/
Şair Dəyanət Osmanlının “Anlar… Və… Anılar…” adlı yeni kitabı işıq üzü görüb
Post Views: 49 Çağdaş Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Azərbaycan Yazıçılar Birliyi İdarə Heytənin üzvü, Prezident təqaüdçüsü, Azərbaycanda ATATÜRK Mərkəzinin Baş redaktoru,şair Dəyanət Osmanlının “Anlar… Və… Anılar…” adlı yeni kitabı işıq üzü görüb. Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Mətbuat xidməti və İctimaiyyətlə əlaqələr şöbəsi.
Azərbaycanlı gənc xanım Zəhra HƏŞİMOVAnın məqaləsi beynəlxalq simpoziumda dərc olunub
Post Views: 40 Yeni nəsil Azərbaycan gəncliyinin istedadlı nümayəndəsi, Sumqayıt Dövlət Universitetinin Filologiya (Azərbaycan dili və ədəbiyyatı) fakültəsinin məzunu, Azərbaycan Dillər Universitetinin magistrantı, gənc xanım yazar Zəhra Həşimova “Türkay” aylıq ədəbiyyat dərgisinin rəsmi elektron orqanı-Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Sumqayıt Bürosunun Rəhbəri Zəhra HƏŞİMOVAnın məqaləsi INTERNATIONAL SCIENTIFIC SYMPOSIUM KARABAKH IS AZERBAIJAN beynəlxalq simpoziumda dərc olunub Azərbaycanın Mədəniyyət və …
Azərbaycanlı gənc xanım Zəhra HƏŞİMOVA beynəlxalq sertifikata layiq görülüb
Post Views: 66 Yeni nəsil Azərbaycan gəncliyinin istedadlı nümayəndəsi, Sumqayıt Dövlət Universitetinin Filologiya (Azərbaycan dili və ədəbiyyatı) fakültəsinin məzunu, Azərbaycan Dillər Universitetinin magistrantı, gənc xanım yazar Zəhra Həşimova “Türkay” aylıq ədəbiyyat dərgisinin rəsmi elektron orqanı-Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Sumqayıt Bürosunun Rəhbəri Zəhra HƏŞİMOVA INTERNATIONAL SCIENTIFICSYMPOSIUM KARABAKH IS AZERBAIJAN simpoziumunda beynəlxalq sertifikata layiq görülüb. Azərbaycanın Mədəniyyət və Ədəbiyyat …
“Heydər Əliyev və Gürcüstan” kitabı Tbilisidə təqdim olunub
Post Views: 43 “Heydər Əliyev İli”nə töhfə olaraq Tbilisidə nəşr olunmuş “Heydər Əliyev və Gürcüstan” kitabının təqdimat mərasimi keçirilib. Bu barədə AZƏRTAC-a Dövlət Tərcümə Mərkəzindən bildirilib. Gürcüstan Parlamentinin böyük akt zalında baş tutan tədbiri giriş sözü ilə Gürcüstan Yazıçılar Birliyinin sədri, Rustaveli Dövlət Mükafatı laureatı Makvala Qonaşvili açaraq tarixin çətin dönəmlərində Heydər Əliyevin Gürcüstanın siyasi-iqtisadi, sosial …
Azərbaycanda ilk dəfə olaraq “Mədəni irs” mövzusunda forum keçiriləcək
Post Views: 61 18-20 dekabr 2023-cü il tarixlərində Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə ölkəmizdə ilk dəfə “Mədəni irs” forumu keçiriləcək. Forum Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan tədbirlər çərçivəsində baş tutacaq. Tanınmış tarixçi, arxeoloq, rəssam, memar, heykəltəraş, sənətkar və sahə üzrə digər mütəxəssislərin iştirakı ilə geniş müzakirələrin aparılacağı forumda mədəniyyətimizin …
Film layihələri müsabiqəsinin layihələrin müdafiəsi (pitçinq) mərhələsi keçirilib
Post Views: 45 23-24 noyabr tarixində Azərbaycan Respublikasının Kino Agentliyinin elan etdiyi film layihələri müsabiqəsinin layihələrin müdafiəsi (pitçinq) mərhələsi baş tutub. Bu mərhələdə layihələr Seçim Komissiyasının üzvləri və Mədəniyyət Nazirliyi tərəfindən yaradılmış kinematoqrafiya, rəqəmsal və digər audiovizual əsərlərin məzmununun qiymətləndirilməsi üzrə Ekspert şurasının nümayəndələri tərəfindən qiymətləndirilib. Dövlət sifarişi, kommersiya, sənət filmi istiqamətində 1 qısametrajlı, 3 …
Kəlbəcərli şair Məmməd Aslanın “Seçmə şeirlər”i işıq üzü görüb
Post Views: 54 Türk sevdalısı, aşıq-ozan törənli, milli dəyərlərimizin yorulmaz təbliğatçısı, Azərbaycan folklorunun bilicisi ustad şair Məmməd Aslanın bu kitabına müəllifin müxtəlif illərdə qələmə aldığı seçmə şeirləri daxil edilib. “Qanun” nəşriyyatının yeni layihəsi “Azərbaycan poeziyasından seçmə şeirlər” adlanır. Ümid edirik ki, kitabda toplanmış şeirlər poetik ovqatınıza işıq tutacaq, Məmməd Aslan yaradıcılığı ilə yaxından tanış olmağınız …
Görkəmli şair Baba Pünhanın “Seçmə şeirlər”i işıq üzü görüb
Post Views: 172 Azərbaycan satirik şerinin ən sevilən simalarından biri olan Baba Pünhan (1948‒2004) öz yaradıcılığı ilə Q.B.Zakir, S.Ə.Şirvani, M.Ə.Sabir və “Molla Nəsrəddin” ədəbi məktəbinin layiqli davamçısı idi. Yaradıcılığı həm xalq, həm də oxucular tərəfindən rəğbətlə qarşılanan Baba Pünhanın şeirləri dillər əzbəri olmaqla yanaşı, bütün dövrlərin insanlarına xas çirkinliklərinə, eybəcərliklərinə, haqsızlıqlarına ayna tuturdu. Şeirlərini əruz …
Görkəmli şair Məhəmməd Hadinin “Seçmə şeirlər”i işıq üzü görüb
Post Views: 132 Məhəmməd Hadi XX əsr romantizminin ən məşhur simalarından biridir. O, Vətən və hürriyyət mövzusundakı şeirləri ilə daha çox tanınır. “Qanun” nəşriyyatının yeni layihəsi olan “Azərbaycan poeziyası seçmə şeirlər” silsiləsində sizə təqdim etdiyimiz bu kitab oxucularımızın Məhəmməd Hadi yaradıcılığı ilə yaxından tanış olması üçün yeni fürsətdir. Kitaba 1906-1919-cu illərdə qələmə alınmış seçmə şeirlər …
Görkəmli şair Məhəmməd Füzulinin “Seçmə şeirlər”i işıq üzü görüb
Post Views: 93 O, Azərbaycan klassik şeirinin zirvəsidir. Yaradıcılığı ilə həm Şərq, həm də dünya ədəbiyyatında sönməyən ulduz kimi daima parlayır. Adı Homer, Nizami, Dante və Şekspirlə yanaşı çəkilir. Beş əsrdən artıqdır ki, söz mülkündəki sultanlığını qoruyub saxlayır. Aşiqanə-lirik qəzəlləri ilə yanaşı, ictimai-siyasi mövzuda qələmə aldığı müxtəlif janrlı əsərlər dövrünün ictimai mənzərəsinə ayna tutur. Əlbəttə, …
Şair Abbas İlhamın “Sevənlərin məskəni” adlı şeirlər kitabı işıq üzü görüb
Post Views: 43 Azərbaycanlı şair Abbas İlhamın “Sevənlərin məskəni” adlı şeirlər kitabı işıq üzü görüb. Kitabın redaktoru Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, Azərbaycan Respublikası Prezidenti Təqaüd Fondunun təqaüdçüsü, “Azad qələm” ədəbi-bədii, ictimai-publisistik qəzetinin və “Ali Ziya” ədəbi-bədii, elmi-publisistik jurnalının təsisçisi və baş redaktoru Nəcibə İlkindir.
Xalq şairi Süleyman Rüstəmin “Seçmə şeirlər”i işıq üzü görüb
Post Views: 83 Azərbaycanın Xalq şairi, həm əruz, həm heca vəznində gözəl şeirlər yazan, lirikasında vətən, torpaq, övlad, sevgi kimi əbədi mövzulara ilhamla söz çələngi hörən Süleyman Rüstəmin bu kitabına şairin seçmə şeirləri daxil edilib. İkiyə bölünmüş Azərbaycanın yenidən qovuşub hürr olacağı günə qətiyyətlə inanan S.Rüstəmin Cənub mövzusuna həsr etdiyi şeirlərin bir qismi ilə bu …
Xalq şairi Nəbi Xəzrinin “Seçmə şeirlər”i işıq üzü görüb
Post Views: 69 “Qanun” nəşriyyatının “Azərbaycan poeziyası seçmə şeirlər” adlı yeni layihəsində bu dəfə Xalq şairi Nəbi Xəzri yaradıcılığından incilər təqdim edirik. Kitab şairin oğlu Arzu Babayevin seçdiyi şeirlər əsasında tərtib olunub. Şeir mənim üçün bir kainatdır, Onun ulduzları, günəşləri var. Şeir mənim üçün sirli həyatdır, Onun öz sevinci, öz kədəri var. Mənbə: https://www.qanun.az/
Şah İsmayıl Xətainin “Seçmə şeirlər”i işıq üzü görüb
Post Views: 107 Şah İsmayıl Xətayi klassik Azərbaycan şeirinin ən parlaq simalarından biridir. Onun qəzəlləri, qoşmaları, gəraylıları, bayatıları və varsağıları milli söz xəzinəmizi daha da zənginləşdirir. Xətayinin adı beş yüz ildən artıqdır ki, sevilərək və ehtiramla anılır. I Şah İsmayıl (Xətayi) həm də Azərbaycan Səfəvilər dövlətinin qurucusudur. Görkəmli siyasi xadimdir. “Qanun” nəşriyyatının “Azərbaycan poeziyasından seçmə …
Molla Vəli Vidadinin “Seçmə şeirlər”i işıq üzü görüb
Post Views: 64 Molla Vəli Vidadinin 18-ci əsr Azərbaycan poeziyasında xüsusi yeri vardır. Onun qoşmaları, qəzəlləri, müxəmməsləri öz bədii dəyəri ilə seçilir. Şairin yaradıcılığı üç əsrdən artıqdır ki, milli ədəbiyyatımızın klassikası səviyyəsinə yüksələrək yaşayır. Vidadi öz savadı, dünyagörüşü və nümunəvi həyat tərzi ilə dövrünün ziyalılarına örnək olub. Başqa bir klassik şairimizin – Molla Pənah Vaqifin …
Molla Pənah Vaqifin “Seçmə şeirlər”i işıq üzü görüb
Post Views: 61 Milli poeziyamızın görkəmli simalarından olan Molla Pənah Vaqif həm lirik şair, həm də tarixi şəxsiyyət kimi dəyərlidir. Yaradıcılığı üç əsrdən artıqdır ki, Azərbaycanla yanaşı Asiya ölkələrində, qardaş türk dövlətlərində maraqla qarşılanır. Qarabağ hakimi İbrahimxəlil xanın vəziri və dostu olan Vaqif maraqlı, həm də təzadlı bir ömür yolu keçib. O, İbrahimxəlil xandan sonra …
Xalq şairi Ramiz RÖVŞƏN.”Gəldim”
Post Views: 1. 345 Mən bu ağlamalı, mən bu gülməliDünyaya ağlayıb-gülməyə gəldim.Bir dünya tapılmaz bundan ölməli,Mən də tamahlanıb ölməyə gəldim. Hələ bu dünyada izim yoxuydu,Hər şeyi görürdüm, gözüm yoxuydu,Hələ ruhum vardı, özüm yoxuydum,Mən bura özümü görməyə gəldim. Mənə də yer çatar, dünya dar deyil,Biz balıq deyilik, dünya tor deyil,“Allah göydən baxır, Allah kor deyil!..” –Sizə bunu …
Coşqun XƏLİLOĞLU.”CAVİD”
Post Views: 54 Bakı şəhərində doğulmuş, ADNSU-nun məzunu, Qarabağın azad edilməsi uğrunda Vətən müharibəsində qəhrəmanlıqla şəhid olmuş Cavid Mikayıl oğlu Həsənovun ölməz xatirəsinə ithaf edirəm. Qarabağ savaşında şanlı zəfər çalmışıq,Göydən düşən pay deyil, yüz yol istə, qələbə.Müqəddəs torpaqları yağılardan almışıq,Asan başa gəlməyib düşmən üstə, qələbə. Şirin canından keçdi, saysız qəhrəman igid,Vətənə qurban olmaq, bu da …
Azərbaycanlı şairə-publisist Nəcibə İLKİN.”Canımda qalmayıb dözüm”
Post Views: 74 Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, Azərbaycan Respublikası Prezidenti Təqaüd Fondunun təqaüdçüsü, “Azad qələm” ədəbi-bədii, ictimai-publisistik qəzetinin və “Ali Ziya” ədəbi-bədii, elmi-publisistik jurnalının təsisçisi və baş redaktoru Canımda qalmayıb dözüm,Dodağımda donub sözüm,Yollarına baxan gözüm,Tutulaydı görməyəydi. Qəm şələsi çəkdi ilim,Daha dinmir şirin dilim,Qırılaydı iki əlim,Sevda gülün dərməyəydi. Yoxmu sonu bu həsrətin,Vüsal dada yetə, …
Şəfa VƏLİYEVA.”…Qapılara toxunmayın…”
Post Views: 51 “Gənc Ədiblər Məktəbi”nin müdavimi, Azərbaycan Yazıçılar Birliyi Gənclər Şurasının və Azərbaycan Jurnalistlər Birliyinin üzvü, Prezident təqaüdçüsü, “İlin gənci” müfakatçısı, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Baş redaktoru Nağıllamaq istəyirəm bu gün… Bir az içəridən çıxmaq lazımdır hərdən, içərinin həmişə daha içəriyə açılan bir qapısı olduğunu bilənlər yazıq olur yoxsa. Yadınıza düşənin “Nisbilik nəzəriyyəsi” …
Banu MUHARREM.”Dön getdiyin qollara”
Post Views: 52 Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Baş redaktor müavini Sən gedəndən pəncərəmişıq üzü görməyib.Bayırda nə baş verirYadıma da düşməyib. Günəşi gözüm görmür,Kədər ovcuma dolur.Mənim sənli gicgahımXatirələr yoğurur. Niyə getdin, bilmədim,Mən ki kiçik deyildim.Səndən böyük sevgimləMən nəyinə yetmədim?! Məni atmağa nə var?İki cümlə tabında.Səndən böyük qürur varGördüyün bu qadında. İşdi, birdən qayıtsanO biz gedən …
Xəyalə SEVİL.”Gözümdən itən kimi”
Post Views: 59 “Gənc Ədiblər Məktəbi”nin müdavimi, Azərbaycan Yazıçılar Birliyinin (AYB) üzvü, Azərbaycan Respublikası Prezidenti təqaüd fondunun təqaüdçüsü, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının GƏNCƏ Bürosunun Rəhbəri Gözümdən itən kimiXəyalın canlandısa,Yarım qalan hər şeyimTək səninlə tamdısa. Gülü solan güldanınTəkliyidi mənimki.Dərd yığılıb üst-üstə,Bu nə birdi, nə iki. Bu payız bir başqadı,Bu yağış kəsən deyil…Məni ki sevənlərinHamısı bir sən …
Arzu HÜSEYN.Yeni şeirlər (2023)
Post Views: 54 Azərbaycan Yazıçılar Birliyinin üzvü, Prezident mükafatçısı, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının BAKI Bürosunun Rəhbəri * * * Bu şəhərdə payız tənbəl, sarışın,Bu şəhərin küçələri yuxulu.Səsin gəlmir, başın kimə qarışıb?Gülüşlərim sevinclərim yox olub. Qulağını şəkləyibdir qorxular,Yuxularım tədirgindi, qırıqdı.Otağımın hər küncündə qoxun var,Ciyərimə çəkə-çəkə darıxdım. Darıxdıqca dalğalandım, kükrədim,Darıxdıqca leysan oldum, yel oldum.Yenə səni ürəyimdən sökmədim,Yenə …
Zəhra HƏŞİMOVA.”“SƏYAVUŞ” ƏSƏRİNDƏ MÜƏLLİF İDEYALARI”
Post Views: 76 “Türkay” aylıq ədəbiyyat dərgisinin rəsmi elektron orqanı-Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Sumqayıt Bürosunun Rəhbəri Azərbaycan ədəbiyyatında romantizm ədəbi cərəyanın əsas nümayəndəsi, milli romantik şeir və mənzum faciənin banisi böyük mütəfəkkir Hüseyn Cavid yaradıcılığında 1932-ci ildə-Firdovsinin 1000 illik yubileyi ərəfəsində yazdığı beş pərdəli faciəsi olan “Səyavuş “ əsəri mühüm yer tutur. Müəllif …
“Yaradıcı Həftə”də Musiqi Sənayesi Platforması təşkil olunacaq
Post Views: 45 Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə “Yaradıcı Həftə” çərçivəsində “Musiqi Sənayesi Platforması” (MİP) təşkil olunacaq, Azərbaycanın musiqi sənayesinin imkanları və çağırışları bu sahəyə öz töhfəsini verən şəxslərin iştirakı ilə noyabrın 30-da Heydər Əliyev Mərkəzində platforma çərçivəsində müzakirə ediləcək. Əsas məqsəd son illərdə bu sənayedə mövcud olan trendləri, hadisələri müzakirə etmək, musiqi sənayesinin inkişafı …
“Yaradıcı Həftə”də “GƏL, YARAT!”
Post Views: 36 “Yaradıcı Həftə” çərçivəsində Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə 1-3 dekabr tarixlərində YARAT Müasir İncəsənət Məkanında “GƏL, YARAT” Yaradıcılıq üzrə Marafon təşkil olunacaq. Marafon müxtəlif yaradıcı klasterlərdə birgə məhsul yaratmağa yönəlmiş kollektiv tədbirdir. Üç gün davam edəcək marafonda beş fərqli istiqamət (animasiya, kino, qrafik dizayn, teatr və 3D çap) müəyyən edilib. Hər istiqamət …
“CINEMO” Mobil Film Festivalının açılışı baş tutacaq
Post Views: 40 Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə keçiriləcək “Yaradıcı Həftə” çərçivəsində Azərbaycan Respublikası Kino Agentliyinin dəstəyi ilə “CINEMO” Mobil Film Festivalının açılış mərasimi baş tutacaq. Layihənin məqsədi Azərbaycanda gənclərin yaradıcı fəallığının dəstəklənməsi, onlar arasında mobil telefon vasitəsi ilə film istehsalının daha geniş tanıdılması, mobil çəkiliş sahəsində biliklərinin artırılması, istedadlı mobiloqraf və kinematoqrafların üzə çıxarılması, mobil …
“Yaradıcı Həftə”də “CulTech” və “GameTech” hakatonları keçiriləcək
Post Views: 49 “Yaradıcı Həftə” çərçivəsində Mədəniyyət Nazirliyinin dəstəyi ilə 1-3 dekabr tarixlərində Nizami Kino Mərkəzində “Cultech” (mədəniyyət sahəsində startaplar) və “GameTech” (oyun texnologiyaları) hakatonları keçiriləcək. “CulTech” hakatonu kreativ sektorda olan məsələlərə innovativ həll yolları tapmağa çalışan komandaları bir araya gətirən intensiv proqramdır. Müsabiqədə 48 saat müddətində komandalar mentor dəstəyi alacaq və öz yaradıcı …
“Mədəniyyət və Yaradıcı Sənayelər Sərgisi” keçiriləcək
Post Views: 45 “Yaradıcı Həftə” çərçivəsində Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə 28-30 noyabr tarixlərində Heydər Əliyev Mərkəzində kreativ məhsulların və yaradıcı sənaye nümayəndələrinin fəaliyyətinin tanıdılması məqsədilə “Mədəniyyət və Yaradıcı Sənayelər Sərgisi” (MY EXPO 2023) keçiriləcək. Sərgi kino, animasiya, musiqi, cultech (mədəniyyət sahəsində startaplar), gametech (oyun texnologiyaları), dəb, dizayn kimi yaradıcı klasterləri, eləcə də yaradıcı məkan və …
Şuşa şəhərinin 2024-cü il üçün “İslam dünyasının mədəniyyət paytaxtı” elan edilməsi ilə bağlı tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Post Views: 55 Şuşa şəhərinin 2024-cü il üçün “İslam dünyasının mədəniyyət paytaxtı” elan edilməsi ilə bağlı tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı 2023-cü il sentyabrın 25-də Qətər Dövlətinin paytaxtı Doha şəhərində keçirilən İslam Dünyası Mədəniyyət Nazirlərinin 12-ci Konfransında Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhəri 2024-cü il üçün “İslam dünyasının mədəniyyət paytaxtı” elan edilmişdir. Bu qərar Azərbaycanın …
Esmira RƏHİMLİ.”İbad” (Hekayə)
Post Views: 84 Azərbaycan Rəssamlar İttifaqının üzvü Göy üzü buludlu, hava isti, sular bumbuz idi. Uzaqdan bir atlı aramla göy çəməndə çiçək toplayan qızlara doğru gəlirdi. Yaxınlaşanda qızlar onun İbad olduğunu gördülər. O kəndin ən yaraşıqlı oğlanı idi. Qızlar onu görüb pıçıldaşaraq Bircəbəyimə qaş-göz eləyib gülüşməyə başladılar. İbad atın belində Bircəbəyimə yaxınlaşdı. Qoynundan bir …
Esmira RƏHİMLİ.Yeni şeirlər
Post Views: 54 Azərbaycan Rəssamlar İttifaqının üzvü Səhv Hamının səhvini bağışlayıram, Mən özüm çox şeyi məhv etdiyimçün. Əgər bu dünyaya bir də gəlseydim Yenə səhv edərdim, səhv etdiyimçün. Çoxunun üzünə tüpürdü dünya, Mənə tüpürcəyi çata bilmədi. İffəti, namusu süpürdü dünya, Mənə dişləriylə bata bilmədi. Hər bir şirin meyvə, gül həyatını Kökündə iylənən peyindən alır. İnsan …
Zəhra HƏŞİMOVA.”Jan Pol Sartrın “Divar” hekayəsində fəlsəfi cərəyanlar”
Post Views: 63 “Türkay” aylıq ədəbiyyat dərgisinin rəsmi elektron orqanı-Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Sumqayıt Bürosunun Rəhbəri Giriş Ekzistensializm fəlsəfi ədəbi cərəyanının Martin Haidiggerdən sonra ən böyük qələm sahibi olmuş nümayəndəsi olan Jan Pol Sartr öz əsərlərində Nitşe fəlsəfəsinin yarım qalmış nihilizmini varoluşculuk ilə tamamlayaraq, absurdizmin “yabancılaşma “ fikri ilə mükəmməl bir həddə …
“Türkay” aylıq ədəbiyyat dərgisinin rəsmi elektron orqanı-Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Sumqayıt Bürosunun Rəhbəri Zəhra HƏŞİMOVA
Post Views: 71 Zəhra HƏŞİMOVA (Həşimova Zəhra Elman qızı) 22 iyun 1999-cu il tarixində Sumqayıt şəhərində anadan olub. 2005-ci ildə Qubadlı rayon Süleyman Rəhimov adına Mahruzlu kənd tam orta məktəbində təhsil almağa başlayıb. 2015-ci ildə rayonun ümumtəhsil məktəblərinin IX-XI sinif şagirdləri arasında “Heydər Əliyev və Azərbaycan gəncliyi “ mövzusunda keçirilmiş inşa yazı müsabiqəsində Qubadlı rayon …
Kitabxanada “Ruhumun çağırışları” kitabının təqdimatı olub
Post Views: 62 Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında şair Eldar Hüseynovun “Ruhumun çağırışları” kitabının təqdimat mərasimi keçirilib. Kitabxanadan AZƏRTAC-a bildirilib ki, əvvəlcə Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Tədbiri giriş sözü ilə açan kitabxananın Elmi işlər üzrə direktor müavini Günay Həsənova bu səpkili tədbirlərin, kitab təqdimatlarının, …
Vaqif Sultanlının “İnsan dənizi” və “Ölüm yuxusu” romanları İngiltərədə yayımlanıb
Post Views: 46 Bu günlərdə yazıçı Vaqif Sultanlının “İnsan dənizi” və “Ölüm yuxusu” (The Human Sea &The Dream of Death) romanlarından ibarət kitabı Londonda nəşr edilib. AZƏRTAC xəbər verir ki, tanınmış ingilis yazıçısı və ədəbiyyat araşdırıcısı Maykl Brannokun redaktəsi ilə yayımlanmış kitab Böyük Britaniyanın “Rossendale Books” nəşriyyatı tərəfindən “Modern dünya nəsri” seriyası ilə oxuculara təqdim olunub. …
Heydər Əliyevin həyat yolu – Vətənə, xalqa xidmətin misilsiz nümunəsi
Post Views: 55 Bakı Kitab Mərkəzində məşhur özbək yazıçısı, publisisti və şairi İsmət Kuçiyevin “Триумф Азербайджана” (“Azərbaycanın zəfəri”) kitabının və “Триумф Гейдара Алиева” (“Heydər Əliyevin zəfəri”) poemasının təqdimatı keçirilib. AZƏRTAC xəbər verir ki, əvvəlcə Ulu Öndər Heydər Əliyevə həsr olunan videoçarx nümayiş etdirilib. Özbəkistan və Azərbaycan xalqlarının qardaş olduğunu qeyd edən Azərbaycan Yazıçılar Birliyinin (AYB) sədri, …
Zəhra HƏŞİMOVA.” Əhməd Ümidin “Qar qoxusu” əsəri”
Post Views: 57 “Türkay” aylıq ədəbiyyat dərgisinin rəsmi elektron orqanı-Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Sumqayıt Bürosunun Rəhbəri Bir çox dünya ölkələri ədəbiyyatınım müxtəlif mərhələlərində rast gəlinən və haqqında ədəbiyyatşünaslar tərəfindən çeşidli fikirlər səsləndirilmiş dedektiv janrı Türk adəbiyyatında özünə lazım olan yeri daha gec almışdır. Türk ədəbiyyatının keçdıyi mərhələlərdəki əsas əsərlərdə detektiv janr mövzusuna demək …
Zəhra HƏŞİMOVA.”MİLLƏTLƏR ARASI ƏLAQƏ İDEALARININ ŞARL LUİ MONTESKYÖNÜN “QANUNLARIN RUHU HAQQINDA” ƏSƏRİNDƏKİ TƏZAHÜRÜ”
Post Views: 83 “Türkay” aylıq ədəbiyyat dərgisinin rəsmi elektron orqanı-Azərbaycanın Mədəniyyət vəƏdəbiyyat Portalının Sumqayıt Bürosunun Rəhbəri Müəllif ilə əlaqə: zehrahesimovah@gmail.com Açar sözlər: Şarl Lui Monteskyö, “Qanunların ruhu haqqında”, dini düşüncələr, millətlərarası əlaqə, qanunvericilik Keywords: Charles Louis Montesquieu, “On the Spirit of Laws”, religious thoughts, international relations, legislation Maarifçilik dövründə Monteskyö görkəmli siyasi filosof idi. O, …
Bakıda “Disney” studiyasının 100 illiyi qeyd olunacaq
Post Views: 56 Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə “Yaradıcı Həftə” çərçivəsində dekabrın 3-də dünyanın ən böyük animasiya studiyası olan “The Walt Disney Studio”nun yaradılmasının 100 illiyi münasibətilə yubiley tədbiri keçiriləcək. Nizami Kino Mərkəzində baş tutacaq tədbir Azərbaycan Animasiya Assosiasiyasının dəstəyi ilə reallaşacaq. Tədbir çərçivəsində saat 18:00-da “Mulan” (1998) filminin nümayişi nəzərdə tutulub. 1923-cü ildə Uolt Disney …
“A-Hub Akselerasiya Proqramı”nın milli final mərhələsi baş tutacaq
Post Views: 55 Noyabrın 29-da “Yaradıcı Həftə” çərçivəsində Heydər Əliyev Mərkəzində “A-Hub Akselerasiya Proqramı”nın milli final mərhələsi baş tutacaq. Mədəniyyət Nazirliyi və İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatı dəstəyi ilə reallaşan layihə ICESCO-nun üzvü olan ölkələrdə 2021-ci ildən etibarən innovativ inkişaf sahəsində təşəbbüslərin dəstəklənməsi, biznes subyektlərinin və gənclərin bu sahəyə marağının artırılması, mədəniyyət sahəsi …
Xalq artistləri Rasim Ocaqov və Həsən Məmmədovun doğum günlərində məzarları ziyarət olunub
Post Views: 45 Noyabrın 22-də Azərbaycan kino sənətinin görkəmli nümayəndəsi, rejissor, operator, SSRİ və Azərbaycanın Dövlət mükafatları laureatı, Xalq artisti Rasim Ocaqovun (1933-2006) anadan olmasının 90-cı ildönümü tamam oldu. Bu münasibətlə Azərbaycan Respublikası Birinci vitse-prezidentinin Katibliyinin rəisi Altay Həsənov, Mədəniyyət Nazirliyinin məsul şəxsləri, kino xadimləri və sənətkarın ailə üzvləri II Fəxri xiyabanda Rasim Ocaqovun məzarını …