Sayt 2012-ci il fevral ayının 14-də Bakı şəhərində gerçəkləşdirilən "Çağdaş Azərbaycan ədəbiyyatının inkişafına dəstək" layihəsi çərçivəsində istifadəyə verilib. Əlaqə telefonu: 051 785 44 33, E-poçt: edebiyyat-az.com@mail.ru Ünvan: Azərbaycan Respublikası, Bakı şəhəri

Göstərir: 4081 - 4140 of 6. 755 NƏTİCƏLƏR
Azərbaycan ədəbiyyatı

Esmira RƏHİMLİ.”Yalan” (Hekayə)

Post Views: 109 Yalın dizlərimi yerə vura-vura ona doğru irəlilədim. Qapının yanındakı stulda oturmuşdu. Əynində yumşaq yun parçadan açıq sarı rəngdə gözəl paltar var idi. Həyəcanla ayaqlarını qucaqlayıb üzümü dizlərinə yapışdırdım. – Yaxşı, söhbəti dəyiş, indi ağlayacaq… Bibimin sözləri indiki kimi qulaqlarımdadır. Anamın bundan bir neçə dəqiqə əvvəl dediklərini o dəqiqə anlamışdım: “Ölsəydim bunlara kim …

Azərbaycan ədəbiyyatı

İltimas İSMAYIL.”Seni unutmam…”

Post Views: 93 Geri gelmen belki imkânsız ama Her zaman anarım seni unutmam Bindiğin o gemi dümensiz ama Rüzgâra dönerim, seni unutmam. Güneş batar, ay’ı gizler geceler Sabah akşam dilim seni heceler Ahım yerde durmaz, göğe yüceler Mum gibi sönerim seni unutmam. Simurq bir kez sever ömrü boyunca Ateşle aşkını yaşar doyunca Vefasız sevdaya gönül …

Azərbaycan ədəbiyyatı

İltimas İSMAYIL.”Şəhidlər ölməzdir, vətən bölünməz”

Post Views: 111 Şəhidlər ölməzdir, vətən bölünməz Qarabağ bizimdir, əsla verilməz Əsgərlər sipərdir sədler geçilmez Şəhidlər ölməzdir, vətən bölünməz. Bütün dünya duysun haqq səsimizi Vətənə verdik son nəfəsimizi Söndürməz ölüm də həvəsimizi Şəhidlər ölməzdir, vətən bölünməz. Haydı igidlərim siraya durun Düşmənın bağrına yaralar vurun Göylerdə ucalıq taxtını qurun Şəhidlər ölməzdir, vətən bölünməz. Qəhrəman ordumuz dastanlar …

Azərbaycan ədəbiyyatı

Müzəffər MƏZAHİM.”Durdun sırasında…”

Post Views: 94 Gözəl şairimiz Saday Şəkərliyə azadlıq arzusu ilə Azadlıq əbədi haqqındır sənin, Bir gün alacaqsan haqqını, qardaş. Bəxtə daş atanlar qalmaz cəzasız,- Günahdır, tapdanmaz haqq qını, qardaş. Keçdin bu dünyanın qıl körpüsündən, Səni qorxutmadı qır qazanları. Nahaqqın önündə pəs edərmi heç, Tanrı aşiqləri, haqq ozanları? Sözü əlac bildin dərdlərinmizə, Yazdın, şəfa tapsın yaralı …

Azərbaycan ədəbiyyatı

İltimas İSMAYIL.”Sen benimsin”

Post Views: 104 Nazlı yarım Yazlı yarım Sazlı yarım Sen benimsin. Kara gözlüm Tatlı sözlüm Güzel yüzlum Sen benimsin. Günahkarım Tevbekarım Sebepkarım Sen benimsin. Çıkak düze Gedek bize Söyle yüze Sen benimsin. Dön tanıma Ak kanıma Gel yanıma Sen benimsin. Eller biler Kalbim diler Yaşım siler Sen benimsin. Efkar oydu Gönlüm doydu Her kez duydu …

Azərbaycan ədəbiyyatı

İltimas İSMAYIL.”Kaç gün oldu haber almadım senden”

Post Views: 105 Yüzüm kederlidir, gözlerim sulu Kaç gün oldu haber almadım senden Boğazım dügümlü , yüregim dolu Kaç gün oldu haber almadım senden. Bulutlar toplansın, yağmur ağlasın Gök yüzü tutulsun, kara bağlasın Yıldırımlar yağsın, yeri dağlasın Kaç gün oldu haber almadım senden. Sanki Güneş küsmüş yüzü gülmüyor Geceler bitmiyor, tanım gelmiyor Gözlerim arıyor, yarı …

Azərbaycan ədəbiyyatı

Zeynəb Dərbədlini doğum günü münasibətilə təbrik edirik! (25 iyun 1970-ci il)

Post Views: 95 Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının Gündəlik Analitik İnformasiya Agentliyinin Rəhbərliyi Sizi Çağdaş Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsini, Azərbaycan Yazıçılar Birliyinin üzvünü, “Cəsarətli qələm” media mükafatı laureatını, sevimli nəğməkar şairini doğum gününüz münasibətilə səmimi qəlbdən təbrik edir, Sizə uzun ömür, möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə uğurlar diləyir! Dodaqlarınzdan gülüş, yanaqlarınızdan təbəssüm əskik olmasın! Sevib, …

Azərbaycan ədəbiyyatı

Müzəffər MƏZAHİM.”Vətəndir”

Post Views: 77 Sənə çörək, su verən, Bolluca ruzu verən, Şip-şirin arzu verən, Ulu torpaq Vətəndir. Müqəddəsdir Ana tək, Qoynu əlvan gül-çiçək, Qoyma sola, becər,ək, Bu barlı bağ Vətəndir. Bu gördüyün çöl-çəmən, Sarı zəmi, bollu dən, Zirvəsi bulud əmən, Vüqarlı dağ Vətəndur. Gözəl göllər, guşələr, Şəlalələr, köşələr, Gur çaylar, sıx meşələr, Qaynar bulaq Vətəndir. Ayla, …

Azərbaycan ədəbiyyatı

Abdulla MƏMMƏD.”Qadası”

Post Views: 100 Mən bu yolda saçlarımı ağartdım, Ağarmadı sənsiz günüm,qadası. Qədərimə de, nə qədər göz yumum? Ötüşməyir çənsiz günüm qadası. Göz yaşınam-quru dərdə yaşam mən, Sel deyiləm dağ çayı tək daşam mən. Bəlkə sənin nəzərində daşam mən? Üzə gülmür ayım, günüm, qadası. Nəsibimmiş şimşək kimi çaxmağın, İntizarın od püskürən çaxmağım… Olmasaydı eşq qapısın çaxmağın, …

Azərbaycan ədəbiyyatı

Rahilə DÖVRAN.”Vəfasız”

Post Views: 101 Şairə-jurnalist-publisist Azərbaycan Yazıçılar Birliyinin üzvü, “Qızıl qələm” media mükafatı laureatı, Nə vaxtdır həsrətə dalıb qalmışam, Şəklini əlimə alıb qalmışam, Sənsiz xəzan olub ,solub qalmısam, Vəfasız,vəfasız,vəfasız yarım! Köçəri quş kimi uçub getmisən, Əyləcsiz qatartək keçib getmisən, Bivəfa ismini seçib getmisən, Vəfasız,vəfasız,vəfasız yarım! Oduma alışıb yanan olmuşdun, Arifdin,dərdimi qanan olmuşdun, Hanı bəs sən mənə …

Azərbaycan ədəbiyyatı

Rahilə DÖVRAN.”Nəsihət”

Post Views: 85 Şairə-jurnalist-publisist Azərbaycan Yazıçılar Birliyinin üzvü, “Qızıl qələm” media mükafatı laureatı, Hələ gəncsən, bahar kimin süstləmisən donunu, Qasırğalar,fırtınalar kəsməyibdir yolunu, Fürsət varkən bir də düşün,axır günü,sonunu, Caxar şimşək,qopar tufan,qönçə ikən solarsan. Kimsə qoşa ata bilməz qismətinin zərini, Gücü yetməz dayandırsın çərxi-fələk pərini. Zaman bükər qəd-qaməti,artırar-dərd sərini, Cavanlığım hanı deyib,caç-başını yolarsan. Xatirələr gəmisində hey …

Azərbaycan ədəbiyyatı

Şəfa VƏLİYEVA.”Biz deyə bilmədik” (Hekayə)

Post Views: 97 “Gənc Ədiblər Məktəbi”nin müdavimi, AYB və AJB üzvü, Prezident təqaüdçüsü, Gənclər müfakatçısı – Gülüşündən bir qucaq sevda asılmışdı. Elə bilirdim ki, indicə dodaqlarının kənarındakı qırışlar açılacaq, o bir qucaq sevda küləkdən qorxmuş gilənarlar kimi ayaqlarım altına səpələnəcək. Mənsə, bax, bunu istəmirdim. Onun gülüşündən asılmış o bir qucaq sevdaya möhtac idim. Yaşamaq istəyirdim… …

Azərbaycan ədəbiyyatı

Şəfa VƏLİYEVA.”Ölü doğulan şeir” (Hekayə)

Post Views: 131 “Gənc Ədiblər Məktəbi”nin müdavimi, AYB və AJB üzvü, Prezident təqaüdçüsü, Gənclər müfakatçısı Bu gün üçün qurduğu planlar yaman çox idi. Təzə iş yerində aynaları silməli, iki qapı o yandakı köhnə iş yerində kitab rəflərini səliqəyə salmalı, bazara gedib rayona gəlin köçmüş qızı üçün bir “təkərək” əvəlik almalı, günorta evə qayıdıb oğlu üçün …

Azərbaycan ədəbiyyatı

Cabir ALBANTÜRK.”Yuğlama”

Post Views: 150 Vətən taleyini “vecinə alma”, Milli taleyini “düşünmə”, bala. Yad-yağı düşməndən “öcünü alma”, Arvadın olsa da “boşanma”, bala… Yazın şerinizi ki, “yazı”nızdır, Vətənin, Millətin “nicatı” sizlər. Yeməyə şirinçay-şor bəsinizdir – “Sevginin boyatı, dərdin təzəsi”. Sizin “cihadınız” cığalı sözlər, Çalıb-oxuyanlar məclis məzəsi…

Azərbaycan ədəbiyyatı

Cabir ALBANTÜRK.”Yalıncıq törəmələri gümüş olanda”

Post Views: 123 Özgələr bu xalqın dərdini “çəkir”, Güya doğmadılar, sanki özdülər… Üzlərindən bədlik, özgəlik səkir – Arxada rişxəndlə dodaq büzdülər… Məhrəm mövzularla şan-şöhrət əkir, Döyüşmək gərəksə, xəstə qazdılar… Ocaq qırağında yadlar kirlikir, Sanki sonumuzu güdən gözdülər… Türk görəndə titrəyənlər dirilib, Bu xalqı əzməyə fürsət gəzdilər… 28.12.2015

Azərbaycan ədəbiyyatı

Rafiq ODAY.”Yaşadım”

Post Views: 134 Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, Azərbaycan Jurnalistlər Birliyinin Sumqayıt şəhər təşkilatının sədri, ”Möhtəşəm Azərbaycan” müstəqil ictimai-siyasi, ədəbi-bədii qəzetinin təsisçisi və baş redaktoru, ”Qızıl qələm”, “Həsən bəy Zərdabi”, “Qafqaz-Media” mükafatları laureatı, Əməkdar jurnalist Düz əlli il ömür adlı, Kürkün içində yaşadım. Apaydın səma altında, Bürkü içində yaşadım. Xəbər yollayın Orxana, Dünya özü …

Azərbaycan ədəbiyyatı

Günel ƏLİYEVA.”Unudarmı heç”

Post Views: 88 ŞAGİRDLƏ MÜƏLLİM ŞEİR Şagird Günlər ötdü ,illər keçdi. Nələr oldu ,nələr bitdi. Hər xatirə gözəl idi. Unutmarıq sizi ,müəllim! Unutmayın bizi siz də. Unutmayın bizi ,müəllim! Müəllim Yağdı yağış ,qopdu tufan, Həyat yolu çətin yaman. Aman Allah ,nə tez ötdü, Gəldi keçdi erkən zaman. Kədər dolu bu ömürdə Sevinc dolu xatirələr Yaddaşlardan …

Azərbaycan ədəbiyyatı

Cabir ALBANTÜRK.”Beş hallı bayatı”

Post Views: 143 Əzizim, ağlamazdım, Hər cövrə ağrımazdım. Sənsiz elə dağıldım, Qəhrindən ağlım azdı… Bu dərdi bölmək olmaz, Bu dərdlə ölmək olmaz. Dərdi bölünməyənin Sonunu bilmək olmaz… Ağlama, gözəl, ağlama, Gözünü yaşla bağlama. Özünə dərd olan kəsi Göz yaşınla ayaqlama… Göylərin ağlı qandı, Buludlar ağlağandı. Ürək yağışa vurğun İndi gəl ağlı qandır… Xəyallara vəkildim, Çəkilməmiş …

Azərbaycan ədəbiyyatı

Abdulla MƏMMƏD.”Ağla sətir-sətir məni

Post Views: 121 Küssə ocaq qoru yar tək, Dərdim məni qoruyar tək. Ya Rəbb, yarı qoru yar tək, Gül yarıma yetir məni. Yar yolunda yorğun güləm, Həsrətimə vurğun güləm. Eşq bağında solğun güləm, Dər, dərdimdən götür məni. Boğazımda qəmli yuxam, Kim deyir ki, qəmlə yoxam! Yaxalaşıb qəmlə yaxam, Ağla sətir-sətir məni. Ürəyimi üzə-üzə, Üzə durdu …

Azərbaycan ədəbiyyatı

Rahilə DÖVRAN.”Dədə”

Post Views: 179 Şairə-jurnalist-publisist Azərbaycan Yazıçılar Birliyinin üzvü, “Qızıl qələm” media mükafatı laureatı, Bir ömür sovurub versəm də yelə, Yaş gəlib əlliyə çatsa da belə. Atəşim,alovum dönsə də külə, Zamanla alışdım,sönmədim,Dədə. Zəmanə çox çəkdi məni sınağa, Şaşmadım həyatda heç sola-sağa. Fələyin gözünə dik baxa-baxa, Mən Haqqın yolundan dönmədim,Dədə. Atalar çox deyib :-“Zaval yox düzə.” Peşiman …

Azərbaycan ədəbiyyatı

İltimas İSMAYIL.”Dünya”

Post Views: 128 Serseri rüzgarlar içten sarıyor Dağıtıyor bizi parenk parenk Dağlara, taşlara hızla çarpıyor Kırıyor, döküyor param parça ediyor, Ağaçlarda ki yaprak, Ayaklarımızın altında ki toprak gibi ofalanıyoruz, Koruyacak yürek kalmadı Kollayacak vicdan olmadı İnsan oğlu gülmedi. Bölündük, dağıldık, hırpalandık, Dünyanın dört bir yanına serpildik “Yardım et”sesleri Arşa yükseldi. Dünya yardım etmiyordu, Edemiyordu, Edenlerin …

Azərbaycan ədəbiyyatı

Müzəffər MƏZAHİM.”Xanbulançay”

Post Views: 101 Biz gözəllik amanında,- Göründü sübh dumanında, Dan ulduzu Xanbulançay. Gözəlliyi bir tamaşa, Saflığından göz qamaşar, Dağlar qızı Xanbulançay. Gəlindir ağ cünasında, Əks etdirir aynasında, Yurdumuzu Xanbulançay. Bürünübdür yaşıl dona, Təbiətin biz insana şirin nazı Xanbulançay. Yol gəlmişik sorağında, Qoy dincələk qucağında, Bütün yazı, Xanbulançay. Buludlara səda düşdü, Gözlərimiz oda düşdü, Şimşəklərin çaxışından. …

Azərbaycan ədəbiyyatı

Fidan ABBASOVA.”Dünyanın sən adlı yeri olsaydı”

Post Views: 98 Dünyanın sən adlı yeri olsaydı qaçardım baş açıq, ayağı yalın Desəm dayan zaman bir an dursaydı ən yaxın zamansa mənimçün yarın…. Nə indi gözümdə dəyişəcəksən nə də ki dünənim dəyişəcəkdir mən hara gedsəmdə sən mənimləsən unutmaq isdəsən birləşəcəkdir. Barı öz dərdimi çəkim sən Allah məni öz dərdinə ortaq eyləmə sevgi insan üçün …

Azərbaycan ədəbiyyatı

Fidan ABBASOVA.”Bir yol çıxdım sonu bəli gedirəm”

Post Views: 148 Bir yol çıxdım sonu bəli gedirəm bu minvalla hara çatır əllərim elə bilki ilk günki tək sevirəm boğur məni sənsiz qalmış gözlərim… Darıxanda xəyalını qucuram dalıb gecə sükutunu pozuram min xəyallar arasında azıram həsrət çəkir sənsiz qalmış gözlərim… Duyğularım dara çəkir qəlbimi uca tanrı gözəl yazıb ömrümü tuta bilsəm soyuq buz tək …

Azərbaycan ədəbiyyatı

Şəhla RAMAZANQIZI.”“Yarım”-deyib seçdi, canım”

Post Views: 89 Sənin kasıb olduğunu Tənə ilə vuran oldu, Məhəbbətin yollarında Önümüzdə duran oldu. Bizim təmiz hislərimiz Sınaqlardan keçdi, canım. Səni qəlbim milyonlardan “Yarım”-deyib seçdi, canım. Hər kəs bilir ürəyimin Ritmini sən dəyişmisən. Hədiyyə verəndə Tanrım, Mənə hədiyyə düşmüsən. Duyğuları öldürməyə Kimsələrin gücü çatmaz Ürəyimdə təkcə sənsən, Gözlər kimsəni aldatmaz.

Azərbaycan ədəbiyyatı

Şəhla RAMAZANQIZI.”Ayrılıq Küləyi”

Post Views: 122 Nə üçün sevgimizə dəydi ayrılıq küləyi? Qapımı, pəncərəmi döydü ayrılıq küləyi. İnlətdi duyğuları Habilin kamanı kimi, Zərif eşq pöhrəsini əydi ayrılıq küləyi. Sovurdu, səpdi qəlbə kül olmuş xəyallarımı, Hər şeyi tərs çevirdi nəydi, ayrılıq küləyi?! Həsrəti, intizarı səpdi yollarım uzunu, Bu əməlilə özün öydü, ayrılıq küləyi. Kim buna rütbə verib, incidir aşiqləri …

Azərbaycan ədəbiyyatı

Şəfa VƏLİYEVA.”Qapı acıq, taybatay”

Post Views: 83 “Gənc Ədiblər Məktəbi”nin müdavimi, AYB və AJB üzvü, Prezident təqaüdçüsü, Gənclər müfakatçısı Qapı acıq, taybatay, Getmək ürək istəyir. Bax bu il… elə bu ay Ölmək ürək istəyir. Ölməyə söz vermirəm, Gedirəm… bax, gedirəm. Sənə vida etmirəm, Dərdə qonaq gedirəm. Gedişlər möhtəşəmdi, Yola salan sağ olsun. Dilimdə pörşələndi, Burax, sözüm dağ olsun. Könlünə …

Azərbaycan ədəbiyyatı

Şəfa VƏLİYEVA.”Duman-duman çəkilir ey…”

Post Views: 84 “Gənc Ədiblər Məktəbi”nin müdavimi, AYB və AJB üzvü, Prezident təqaüdçüsü, Gənclər müfakatçısı Başımdan sevda havası Duman-duman çəkilir ey… Kədərlə sevinc davası Baxış-baxış sökülür ey… Ey… bəxti olmayan sevdam, Xoşuna gələn bəddimi? Ey… yoxluğuyla ovudan Hisslərimin sərhədini… Yox-dediyin əbədi Var! Var-dediyin könlü yıxar. Adında eşq məbədi var, Əlim günbəzinə qalxar…

Azərbaycan ədəbiyyatı

Gülnarə İSRAFİL.”Özüm gedərəm”

Post Views: 87 Sən getmə, əzizim, özüm gedərəm, Yollar ayağımın həsrətindədi. Getmisən, yamanca qəribsəmişəm, Bu hikmət dizimin əsməsindədi. Səni soruşuram, yollar lal olur, İzini gəzirəm, izin qar olur. Nəfəs alammıram, köksüm daralır, Nəfəsim izinin kəsməsindədi. Sən getmə, dön geri, özüm gedərəm, Yoluna səcdələr düzüm, gedərəm. Çökərəm diz üstə dizin gedərəm, Sevgin dizlərimin gəzməsindədi.

Azərbaycan ədəbiyyatı

Gülnarə İSRAFİL.”Gözüməmi düşüb gözünün izi”

Post Views: 84 Gözüməmi düşüb gözünün izi, Elə bil üzümdən yad külək ötüb. Ağrılar süzülüb dodaqlarından, Gözümün yaşını sərt külək öpüb. Nə vaxtsa ayrılıq ümidi gəlib, Nə vaxtsa firtına itirib məni. Nə vaxtsa ömrümə bahar ələnib Çəməndə, bağçada bitirib məni. İndi isti anım, sazax anımdı. Sakitcə meh əsib üşüdür hərdən. Demə könül evim yasaxlanıbdı, Göylərə …

Azərbaycan ədəbiyyatı

Vüsal YURDOĞLU.”Duyursanmı məni?”

Post Views: 86 Gecə… Yağış yağır… Uzaqlardasan… Duyursanmı məni? Hardan duyasan?! ***** Gecə… Hüzn dolub boş otağıma. Yenə gözüm yolda, səni gözlərəm. Səslərəm, xəyalın gəlməz yanıma, Dərdimi içimdə necə gizlərəm?! ***** De gülüm, hardasan?… Bu gecə vaxtı, Bəlkə, telefona dikilib gözün?! Nə deyə bilərəm?… Çətin həyatdır, Bəlkə, sən deyəsən, qalıbsa sözün?… ***** Demə!…, Heç danışma, …

Azərbaycan ədəbiyyatı

Vüsal YURDOĞLU.”Sənin üçün…”

Post Views: 93 Qəm yemə gəl ömür boyu, Dama-dama dolar quyu. Axmasın gözünün suyu, Mən axaram sənin üçün! Vəfa etməz ömür bizə, Heyfslənməz eşqimizə. Qıfıl vursa bəxtimizə, Mən açaram sənin üçün! Sən sevsən də, sevməsən də, Sevgi nədir bilməsən də, Həsrətimdən ölməsən də, Mən ölərəm sənin üçün! İmtahan et, məni yoxla, İşim yoxdur acla, toxla. …

Azərbaycan ədəbiyyatı

Rafiq ODAY.”Dur, atına süvar ol”

Post Views: 87 Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, Azərbaycan Jurnalistlər Birliyinin Sumqayıt şəhər təşkilatının sədri, ”Möhtəşəm Azərbaycan” müstəqil ictimai-siyasi, ədəbi-bədii qəzetinin təsisçisi və baş redaktoru, ”Qızıl qələm”, “Həsən bəy Zərdabi”, “Qafqaz-Media” mükafatları laureatı, Əməkdar jurnalist Bu yolun taleyilə Ötən barışa bilmir. Bir yanıqlı ney kimi Tütən barışa bilmir. Ondan üz çevirənlə Vətən barışa bilmir. …

Azərbaycan ədəbiyyatı

Rafiq ODAY.”Bilirəm”

Post Views: 88 Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, Azərbaycan Jurnalistlər Birliyinin Sumqayıt şəhər təşkilatının sədri, ”Möhtəşəm Azərbaycan” müstəqil ictimai-siyasi, ədəbi-bədii qəzetinin təsisçisi və baş redaktoru, ”Qızıl qələm”, “Həsən bəy Zərdabi”, “Qafqaz-Media” mükafatları laureatı, Əməkdar jurnalist Mənim virana könlümü, Eşq abad eylər, bilirəm. Gahdan da abad olanı Aşqabad eylər, bilirəm. Könül verdinsə təkliyə, Ömrü dərd-qəm …

Azərbaycan ədəbiyyatı

Cabir ALBANTÜRK.”Ruhunun işığında”

Post Views: 148 28 yaşında maşın qəzası nəticəsində həlak olmuş həmkəndlimiz, rəssam dostum Eldar Sadıq oğlu Muradovun əziz xatirəsinə Həyat borclu bu dünya bir dayanacaq, Hərəmiz bir sınağa can… Gəlib çıxar maşın – əcəl Dünya bizi, Biz dünyanı dərk eləyib duyanacan… Hər səhər yuxumuzdan, Yapışıb yaxamızdan ölümmü, həyatmı bizi oyadan, Yoxsa qismət adlı alın yazısı, …

Azərbaycan ədəbiyyatı

Cabir ALBANTÜRK.”9 işıq aydınlığına doğru”

Post Views: 95 Qoca dövran türk üzünə gülməz heç, Dil yalana, əl harama uyunca – Əlindən, dilindən ölməyə başlar, Ruhundan, kökündən üzülməyə də; At ilxısız, türküm atsız olunca – Qanda od mürgülər, gözündə yaşlar. Haramlar qarında qat bağladıqca, Yalanlar ayaqdan at bağladıqca Dərdimiz dözməyə qul axtarırmış. Uşaqlıqda çubuq atı səyirdıb, Yuxularda at çapdıqca boz çölə …

Azərbaycan ədəbiyyatı

Harika UFUK.”Can Azerbaycan”

Post Views: 82 Azerbaycanın Kültür ve Edebiyat Portalının Türkiye temssilcisi Kafkasya’nın gülü Azerbaycan’ım, Türk’üm, Kafkaslarda Azerbaycan’ım! Feda olsun size varlığım, canım, Türk’üm, Kafkaslarda Azerbaycan’ım! Bayrak rengi mavi, yeşil, kırmızı, Bayrağıma benzer, ayla yıldızı, Merttir Azerî’nin oğlu ve kızı, Türk’üm, Kafkaslarda Azerbaycan’ım! Dokuz çeşit iklim sende görülür, Sevgi, dostluk, barış sende örülür, Düşmanın defteri sende dürülür, …

Azərbaycan ədəbiyyatı

Müzəffər MƏZAHİM.”Unutduq”

Post Views: 80 Qaçanı qova-qova, Döndük oda, alova, Ürəyini dərd ovan, Dayanmışı unutduq. Dost gəzdik dərd qandıraq, Dərdimizi andıraq, And içdik inandıraq, İnanmışı unutduq. Duymadıq şər-xatanı, Ər bildik yurd satanı, Harayladıq yatanı, Oyanmışı unutduq. Neçə inamı əzdik, Öyünməyə tələsdik, Sınaq meydanı gəzdik, Sınanmışı unutduq.

Azərbaycan ədəbiyyatı

Müzəffər MƏZAHİM.”Qoru məsləkini”

Post Views: 145 (Gənc həmvətənlərimə) Sən hələ dünyadan umacaqlısan, Həyat sənin üçün təzədən təzə. Tükənməz eşqinlə elə bağlısan, Cavansan, bənzəyir ömrün dənizə. Baxdığın məhəbbət kinolarıtək, Günləri bənzərsiz görürsən hələ. Şahmat taxtasının xanalarıtək, Yolların hər yerdən çıxır sahilə. Səninçün keçmiş yox, xoş gələcək var, Yeganə xatirən dünənki görüş. Səni zirvələrə aparan yollar, Əqidə ölçündür, əbədi yürüş. …

Azərbaycan ədəbiyyatı

Nisə QƏDİROVA.”Belə”

Post Views: 85 Azərbycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, “Qızıl Qələm” Media Mükafatı laureatı, “Möhtəşəm Azərbaycan” müstəqil ictimai-siyasi, ədəbi-bədii qəzetinin redaktoru, Ağlatma gəl sinən üstə sazını, Hərdən-birdən gülə-gülə çal belə. Dərd sarılıb boğazıma ilantək, Zəhər dadır, qadan alım, bal belə. Qəlb ovunmur, ayrı jdüşüb elindən, Dad dostların fitnəsindən felindən. Qoy söyləyim kəm bəxtimin əlindən Necə …

Azərbaycan ədəbiyyatı

Nisə QƏDİROVA.”Sənsiz quru daşam”

Post Views: 84 Azərbycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, “Qızıl Qələm” Media Mükafatı laureatı, “Möhtəşəm Azərbaycan” müstəqil ictimai-siyasi, ədəbi-bədii qəzetinin redaktoru, Kaş oda ataydın külüm qalaydı, Kaş ölüb gedəydim zülüm qalaydı. Əlimdə saralmış gülüm qalaydı, Sinəmdə viranə könül qalınca. Mən səni de hansı sözlə ağlayım, Kamanla ağlayım, sazla ağlayım, Ürəklə ağlayım, gözlə ağlayım, Bəlkə özüm …

Azərbaycan ədəbiyyatı

Müzəffər MƏZAHİM.”Elmdar”

Post Views: 105 Bu ilin aprel döyüşlərində Neftçala rayonunun Aşağı Qaramanlı kəndindən şəhid olmuş Elmdar Səlimxan oğlu Səfərova Gördün ki, qalıb torpağımız darda, Elmdar, Gənc ömrünü qurban elədin yurda, Elmdar. Qəlbində Vətən eşqi, yolun haqqa səfərbər, Qüsl aldın amalıdakı o nurda, Elmdar. Sayəndə şərəfləndi yenə milli qürurum, Qüdsal əməlindən od alıb tar da, Elmdar. Tərlanlara …

Azərbaycan ədəbiyyatı

Müzəffər MƏZAHİM.”Çingiz”

Post Views: 92 Bu gün şəhid jurnalist, telereportiyor, Milli qəhrəman Çingiz Mustafayevin anım günüdür. Vətən aşiqiydi, el vurğunuydu, Zirvəyə ucalan cığırdır Çingiz. Sevgi buluduydu, sonsuz eşq ilə, Bu yurdun köksünə yağırdı Çingiz. Qorxdular Vətənə sədaqətindən, “Şəhər uşağı”nın cəsarətindən, Xalqın sevgisindən, məhəbbətindən, Bütün təltiflərdən ağırdı Çingiz. Güllə yağışında islandı hər gün, Halal haqqımızı tanıtmaq üçün, Bilirdi …

Azərbaycan ədəbiyyatı

Cabir ALBANTÜRK.”Xankəndindən Şuşayacan”

Post Views: 94 Xankəndində körüklənən “Ocaq” közü İrəvandan. Sumqayıtda sürüklənən Cinayətin başı – “yan”dan. 20 yanvar yuxusu Qəbrə əkildi millətin. Qırıldı, amma qorxusu Səbrə çəkildi millətin… Vertalyotda qırılandan Dövlətimin qanadları, Milətimin qollarında Məğlubiyyət qandalları… Daşaltıda düşdüyümüz Daş altından çıxmalıyıq. 25 il deşdiyimiz Yaraları sıxmalıyıq… Qart dünyanın vecinəmi Xocalımın soyqırımı?! Bəşər, yoxsa əcinnəmi Daşnaksütun – hay …

Azərbaycan ədəbiyyatı

Cabir ALBANTÜRK.”Şəhər şeirlərindən”

Post Views: 80 Bu şeiri kimlərsə yazıb bəlkə də, Mövzu məlum bir az, söz tanış gəlir. Torpağın üstündə üzlük kölgədə, Üzlüyün altında torpaq təşnədir… Yanır hər ikisi, gündüz-günorta, Susuzluğdan biri, istidən biri. Təntiyən torpağdan gəlməz hənirti, Bu asfalt üzlüyün yoxmu abırı?! Asfalt altındaki torpaq kimiydim, Yanan pöhrələrim yırtdı üzlüyü… Yetmiş il “şərti”də dustaq kimiydim, Hələ …

Azərbaycan ədəbiyyatı

Əziz MUSA.Yeni şeirlər

Post Views: 98 Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, “İlham çeşməsi” qəzetinin təsisçisi və baş redaktoru, Azərbaycan Respublikası Prezidentinin Təqaüd Fondunun təqaüdçüsü GETDİ Ağağıma toxunmayan, Yolda, izdə daş qalmadı, Yanağımı islatmağa, Gözlərimdə yaş qalmadı. Bu ürəyim can üyüdür, Daha gözümü çən tutub, Gümanım özümə qalıb, Fələklər məni unudub. Dərd də əl şəkmir yaxamdan, Qaçıb gözümün …

Azərbaycan ədəbiyyatı

Əziz MUSA.Yeni şeirlər

Post Views: 80 Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, “İlham çeşməsi” qəzetinin təsisçisi və baş redaktoru, Azərbaycan Respublikası Prezidentinin Təqaüd Fondunun təqaüdçüsü QURUMUR Saçlarıma səpilir dən, Gözlərimi tutubdu çən, Anam köçüb gedən gündən, Gözlərimdə yaş qurumur. Qəm dönüb sinəmdə dağa, Bülbül qonmur tay budağa, Dönüb bir coşqun bulağa, Gözlərimdə yaş qurumur. Gəlmir tez-tez qohum-qardaş, Günəş …

Azərbaycan ədəbiyyatı

Şəfaqət CAVANŞİRZADƏ.”Sevginin gözləri” romanının XXXVII hissəsi

Post Views: 89 Eldar Rəşadla Təhminəni Qadirin evinə gətirdi. Təhminənin ağlamaqdan gözləri qızarmışdı. Eldar da Fidansız keçirdiyi dəqiqələri biruzə verməsə də pis olurdu. Rəşad Təhminəni sakitləşdirməyə çalışırdı. – Ağlama Təhminə. Dua elə ki, sağ-salamat alçağın əlindən qurtara bilək Təhminə – Camal qisas üçün qayıdıb. Çox kinli adamdı. Siz onu mənim qədər tanımırsız. Eldar Təhminənin sözlərinə …

Azərbaycan ədəbiyyatı

Günel FƏRHADQIZI.“Q” hərfi

Post Views: 89 Q hərfi – mənim üçün Qarabağdır, Qara bağdır, Qardaş, qara daşdır, Qandır, qisasdır… Q hərfi – mənim üçün Qadın, qeyrətdi, Qızım, qazancımdır, Qəbirdir, qazamatdır… Q hərfi – mənim üçün Qəfəsdir, qəlbimdir… Qənaət etməkdir hisslərimə, Qürurdur həm də… Q hərfi – mənim üçün Qocalmağa gedən yoldur, Qələbəmdir, quş tək uçmaqdır, Qaçmaqdır hər kəsdən …

Azərbaycan ədəbiyyatı

Müzəffər MƏZAHİM.”Dünyanın”

Post Views: 96 Açdı həqiqəti bu torpaq mənə. Nəslimdən başlayır yaşı dünyanın. Həzin pıçıldadı bir yarpaq mənə: -Ömrümə son qoydu qışı dünyanın. Şərikdir insanın hər diləyinə, Salıb arzuları öz ələyinə, Baxıb keçmişinə, gələcəyinə, Heyrətdən hərlənir başı dünyanın. Damlayıq bir ümman qayğı içində, Acizik min sual-sorğu içində, Yaşayir ömrünü qorxu içində, İnsanı, ağacı, quşu dünyanın. Əsməyib …

Azərbaycan ədəbiyyatı

Rafiq ODAY.Yeni şeirlər

Post Views: 106 Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, Azərbaycan Jurnalistlər Birliyinin Sumqayıt şəhər təşkilatının sədri, ”Möhtəşəm Azərbaycan” müstəqil ictimai-siyasi, ədəbi-bədii qəzetinin təsisçisi və baş redaktoru, ”Qızıl qələm”, “Həsən bəy Zərdabi”, “Qafqaz-Media” mükafatları laureatı, Əməkdar jurnalist GÖTÜRMÜR Əsmə hər bir yarpaq üstə, Bu ağac balta götürmür. Yük olanı torpaq üstə, Torpağın altı götürmür. Nə sızlarsan, …

Azərbaycan ədəbiyyatı

Kənan AYDINOĞLU.”Diləməsən, istəməsən, ey bütün ərşin sahibi!”

Post Views: 99 İstəməsən yaşamaram süzülən göz yaşı kimi, Bircə zərrəm də od saçmaz Qobustanın daşı kimi. Səpilmərəm bu torpağa ömrümün yetkin çağında, Bir cənublu qardaşımın çatılan ağ qaşı kimi. Diləməsən, istəməsən, ey bütün ərşin sahibi! Gözəllərin tellərinə hörük kimi düzülməzdim, Zərrə-zərrə, damla-damla bir sümüyə tökülməzdim. Coşan qəlbim şair kimi dərd-kədəri unutmazdı, Ruhdan cana, candan …

Azərbaycan ədəbiyyatı

Rahilə DÖVRAN.”Cilalayır səbrimizi”

Post Views: 123 Şairə-jurnalist-publisist Azərbaycan Yazıçılar Birliyinin üzvü, “Qızıl qələm” media mükafatı laureatı, Günahımız nədir görən, Əzdi zalim əyyam bizii. El pərişan, pərən-pərən, Kimə açaq dərdimizi? Əlif qamət dönüb lama, Həsrət qalıb vüsal kama. Necə gəlsin qəlb ilhama? Dərd, sər sarıb qəlbimizi. Hiss etmədən dolduq yaşa, Bəyaz qırov qondu başa. Uzaq olduq dost, sirdaşa, Həsrət …

Azərbaycan ədəbiyyatı

Rahilə DÖVRAN.”Xəyal dənizim”

Post Views: 88 Şairə-jurnalist-publisist Azərbaycan Yazıçılar Birliyinin üzvü, “Qızıl qələm” media mükafatı laureatı, Yenə ləpələndi xəyal dənizim, Apardı dalğalar, gözdən itincə. Dedim o yerləri bir daha gəzim, Yurd yerim göründü,ləpə bitincə. Göz açıb dünyaya gəldiyim eldən, Qalmayıb bu günə, bir qırıq kərpic. Necə qəddar olub,gör bir hökm edən, O gözəl məkandan qalmır heç bir iz. …

Azərbaycan ədəbiyyatı

Aysel NƏSİRZADƏ.”Allah amanında vətən əsgəri”

Post Views: 111 Öc almaq zamanı,qisas zamanı, Qələbə yolundan dönməyin geri. Düşmənə cəhənnəm edin dünyanı Allah amanında vətən əsgəri. Kəsilin var güclə düşmənə qənim, Şumlayın torpaqdan alaq-ot kimi. Alın qisasını “Mübarizlərin”, Allah amanında vətən əsgəri. Tapacaq yerini bir gün ədalət Qarabağ azaddır deyək nəhayət Siz Allaha,Vətən sizə əmanət Allah amanında vətən əsgəri. 03.04 2016