Post Views: 94 UNUDARSAN BƏLKƏ DƏ Gözlərimin rəngini, Tellərimin ətrini, Şeirimin hər sətrini, Unudarsan ,bəlkə də. Sevdiyin gülüşümü, Hərdən ərköyünlüyümü, Elə mənim özümü, Əzaba dözümümü, Unudarsan, bəlkə də. Könlümün həsrətini, Yoxluğunun dərdini, Sənlə ömrümə gələn Cəhənnəmin qəsdini, Çarəsiz bir xəstəni, Unudarsan ,bəlkə də.
Azərbaycan ədəbiyyatı
Etibar VƏLİYEV.Yeni şeirlər
Post Views: 92 MƏN DƏ QARABAĞLIYAM Azəriyəm, alqış olsun dilimə. İslam adlı, imanıma, dinimə. Qurban olum vətənimə, elimə. Yurdum Lerik dağ başında, dağlıyam. Lənkərandı, Masallıdı, Ləkidi. Bu Bakıdı, bu Gəncədi, Şəkidi. Bu vətəndi, torpağımın təkidi. Vətənimə, torpağıma bağlıyam. İmişli, Beyləqan,Quba, Qusarda. Salyanda, Şirvanda, Ağsu, Ucarda. Hər yer vətənimdi doğma diyarda. Mən də Naxçıvanlı, Qaradağlıyam. Şüşa …
Abbas SƏFƏROV.Yeni şeirlər
Post Views: 104 Ağlayar Başımın üstünə pəri dolanır, Dünyamın xəyalı, bir qız ağlayar. Göylərin üzündə od tutub yanır, Ulduzlar sönübdü, aysız ağlayar. Boğulub qəhərdən, susub dillərim, Danışmır sözümü, daha sellərim. İtirmiş rəngləri, yaşıl cöllərim, Cüt gəzən sonalar, taysız ağlayar. Ürəkdən gülənlər,daha gülməyir, Sevgini duyanlar,daha duymayır. Ürəyi yananlar, daha yanmayır, Yetimlər qalıbdı, paysız ağlayar. Çiçək də …
Şəfaqət CAVANŞİRLİ.”Sevginin gözləri” romanının XXVI hissəsi
Post Views: 128 Düşünməkdən Eldarın başı ağrıdı. Fidanın yatdığına əmin olduqdan sonra uzandığı yerdən qalxdı. Fidanın başından öpüb, oğlunun burnuna barmağını toxundurduqdan sonra otaqdan çıxdı. Evdən çıxmaq üçün qapını açanda Rəşadın səsini eşitdi. – Hara gedirsən? – İti basdırmağa. Ola bilsin gecə qayıtmaram. Mən gələnə qədər yanlarında ol. – Arxayın ol. Eldar evdən çıxdı. Maşının …
Pərviz Həkimovu doğum günü münasibətilə təbrik edirik! (26 noyabr)
Post Views: 99 Gündəlik Analitik İnformasiya Agentliyinin Rəhbərliyi Sizi, yeni nəsil Azərbaycan gəcliyinin istedadlı nümayəndəsini, istedadlı gənc yazarı yazarı doğum gününüz münasibətilə səmimi qəlbdən təbrik edir, Sizə uzun ömür, möhkəm cansağlığı, xoşbəxtlik, ədəbi-bədii yaradıcılığınızda bol-bol uğurlar diləyir! Sevib, sevdiyiniz insanların əhatə dairəsində olun! Mətbuat xidməti Özünü sevdirən sən oldun mənə Özümü də yordum,səni də yordum, …
“Azərikimya” İstehsalat Birliyində pedaqoq, şair-publisist, dramaturq Əvəz Mahmud Lələdağın 80 illik yubileyi qeyd olunmuşdur
Post Views: 99 “Azərikimya” İstehsalat Birliyinin konfrans zalında Sumqayıt Dövlət Universitetinin müəllimi, Qabaqcıl Maarif Əlaçısı, “Tərəqqi” medallı pedaqoq, şair-publisist, dramaturq Əvəz Mahmud Lələdağın 80 illik yubileyi münasibətilə tədbir keşirilmişdir. Əvəz Mahmud Lələdağın qələm və peşə dostlarının, şəhər ictimaiyyəti nümayəndələrinin iştirak etdiyi tədbiri giriş sözü ilə «Azərikimya» İstehsalat Birliyinin Müşahidə Şurasının sədri, Milli Məclisin deputatı Muxtar …
Kamran KARANİ.”Cəllada dikildi baxışlar o gün…”
Post Views: 93 Edama sürdülər bu məhəbbəti, Son sözün,istəyin nədir dedilər. Ruhuna asılmış qara kəndirin Önündə saxtaca kədərləndilər.. Son sözü söyləmək nəyə gərəkdir? Qərarın dəyişməz bunun,bilirlər! Əlində kəndiri tutan cəlladın Tutduğu kəndirin sonun bilirlər! Gözləri bağlanıb baxan hər kəsin, Cəllada dikildi baxışlar o gün… Bəlkə də kədərdən üzülən oldu, Yenə də susaraq baxdılar o gün… …
Əziz MUSA.Yeni şeirlər
Post Views: 91 Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, “İlham çeşməsi” qəzetinin təsisçisi və baş redaktoru AĞLAYACAQ Ağlayanı çoxdu elin, Çaşmasın heç zaman dilin, Gözündə qalmasın əlin, Saz sınıb, sim ağlayacaq. Özgələr bu dərdi bilməz, Kimsə göz yaşını silməz, Nə qədər ki, elim gülməz, Yanıb, içim ağlayacaq. Həsrətik doğma yaylağa, Əl yetişmir Qarabağa, Arandan qalxmasa …
Məhəmməd TURAN.Yeni şeirlər
Post Views: 106 Xəzər… Coş ay Xəzər… Ümmanları , dalğaları Sinən üstdə yellə biraz… nə olar ki qırma mənim ürəyimi… Bir az nazlan cilvə elə Vallah gələr Xoş ay Xəzər… Coş ay Xəzər Ağla biraz O yelkənli dalğalarda Ümid gətir… mənə biraz sevinc gətir Həsrətimə vüsal gətir… Coş ay Xəzər… Coş ay Xəzər..
Etibar VƏLİYEV.”Niyə?”
Post Views: 101 Niyə xırdalanıb, satılırıq biz. Var dövlət görəndə havalanırıq. Niyə hər oyuna qatılırıq biz. Niyə hər qazanda çalxalanırıq. Niyə dəyişilir hə gün üzümüz. Rəng verib, rəng alan göy üzü kimi. Bu dünya malından doymur gözümüz. Nəfsimiz acgözdür, lap özü kimi. Niyə əmanətə xəyanət edib, Niyə itiririk imanımızı. Niyə xəyanəti bir adət edib, Niyə …
Təranə ŞƏMS.Yeni şeirlər
Post Views: 119 NƏ İSTƏDİM Kİ… Tükənib bitməyən hörgü istədim, Allahdan payımı,bölgü istədim, Anlamaq, eşitmək bilgi istədim, İstəyin, məramın, əgər sevgisə, Ay dəlim, sevmişəm nə istədim ki?! Qəlbini dinləsən, öyə bilərsən, Bu mənəm, sən isə dönə bilərsən, Alışıb yanmasan sönə bilərsən, Zəmi tək, biçilən əgər sevgisə, Qəlbində cücərdim mən itmədim ki?! Yazılan taleyin toruna düşdün, …
Kənan AYDINOĞLU.”Kədəri sevinclə gözlərindən çək”
Post Views: 98 “Çəkdim həsrətin desəm, sənə mən, Bəlkə inanmazsan sözlərimə sən?!”. Müəllif. Qəlbindən süzülən duyğularını, Mənə söylədilər o vaxtı, gülüm. Məndə ki, o vaxtı coşub-daşırdım, Dəyişdi şairin bir baxtı, gülüm. Səhərdən-axşama narahat qəlbdə, Ən incə duyğular süzülüb gəldi. Dastanlar qoşanda qəlbimdə artıq, Torpaqdan qəlbimə düzülüb gəldi. O gündən bu günə mənim qəlbimin, Döyünən, çıpınan …
Şəfa VƏLİYEVA.”Bütün Gəncə ağlayır…”
Post Views: 104 AYB, DGTYB və “Gənc Ədiblər Məktəbi”nin üzvü, Azərbaycan Respublikası Prezidentinin Təqaüd Fondunun təqaüdçüsü Kim dedi ki, səninçün Bir qız təkcə ağlayır? Bürünüb küçələrə Bütün Gəncə ağlayır… Kim dedi axı sənə Bu qız ölür dərdindən? Gizlənib döngələrə Gəncə susur qəhrindən… Kim uydurub bu sözü: -Bu qız sənsiz öləcək… Inanma, ömrüm-günüm, Qıymaz sevənə Gəncə…
“Yuxuların günahı olmur” və “Paralanmış ürək” kitablarının təqdimatı keçirilib
Post Views: 80 21 noyabr 2015-ci il tarixində, saat 15:00-da, Bakı şəhərində yerləşən “Kitabevim” mağazasında yeni nəsil Azərbaycan gəncliyinin nümayəndəsi, istedadlı qələm sahibi, “Vehdet.Org” saytının təsisçisi və baş redaktoru, gənc xanım yazar Gülnarə Sadiqin “Yuxuların günahı olmur” ilk şeirlər və “Paralanmış ürək” dlı hekayə və povestlər kitablarının təqdimat mərasimi keçirilib.Kütləvi informasiya vasitələrinin nümayəndələrinin iştirakı ilə …
Zeynəb DƏRBƏNDLİ.”Dayaq dur!”
Post Views: 89 Azərbaycan Jurnalistlər Birliyinin Sumqayıt şəhər təşkilatının Gündəlik Analitik İnformasiya Agentliyi və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının “Cənubi Qafqaz Xalqları üzrə xüsusi müxbir”i, Azərbaycan Yazıçılar Birliyinin üzvü Bu nə dərddir, bu nə müsibətdir, ay Allah Haqq yolundan azıb, bu millət, ay Allah Quyuya düşüb həqiqət, ay Allah Nə olar bu millətimə dayaq dur. …
Şəfa VƏLİYEVA.”Əlindən düşməyən şəkil…”
Post Views: 76 AYB, DGTYB və “Gənc Ədiblər Məktəbi”nin üzvü, Azərbaycan Respublikası Prezidentinin Təqaüd Fondunun təqaüdçüsü Adamı elə yandırır Əlindən düşməyən şəkil… Öz-özündən utandırır… Güzgülərdən yana çəkir… Adamı elə göynədir Sevilmədiyini dərk etmək… Adı üstündə:-sevməkdir Öz ölümünə ərk etmək… Adamı elə söylədir “O”ndan gizlədilən sözlər… Gedəni yoldan əylədir Yollara ağlayan gözlər…
Fidan ABBASOVA.”Uzaqlar çəkidirir həsrət qəlbimə”
Post Views: 77 Uzaqlar çəkidirir həsrət qəlbimə yaxında olmağın önəmli deyil Varlığın bəs edir hər gün ömürümə gözlərim sevginə salıbdır meyil… Bəzən darıxanda baxıb rəsminə fikirlər aparır məni əksinə baş qoyub rahatlıq tapdığım sinə Sən demə əslində isyançı deyil… Məni öz sehrinə salıb ürəyin bütün arzularım, bütün diləyim, Sən varsan sevgimə hər an baş əyim …
Ramiz FƏRƏCOĞLU.Yeni şeirlər
Post Views: 102 Hz. Əli Rəbbim olaraq başda, Məhəbbətim Əlidir… Cavan və ahıl yaşda, Güc ,qüvvətim Əlidir… İslamın sərkərdəsi, Hüccətullah Əlidir. Lərzə salar nərəsi, Əldə silah Əlidir… Qoy deyim olsun əyan, Hər dir kəs bilməlidir… Allah, Mühəmməd,quran, Arxasında Əlidir… Əldə zülfüqar olan, Səlləllahi Əlidir… Söyləsəm olmaz yalan, Din səbahi Əlidir… Elmim Hüseyn Kəbəla, Güc-qüdrətim Əlidir. …
Şəfaqət CAVANŞİRLİ.”Arzunda arzunammı?”
Post Views: 82 Gözlərim yol çəkər Sənə qədər. Həyatında yerim yox. Kaş biləydim xəyalında yerim nə. Arzunda arzunammı? Kaş biləydim o arzuda yumruq boyda çırpınan ürəyində yerim nə Kaş biləydim o ürəyin niyyətində yerim nə Qorxum tənhalıq deyil, Tək qalmağa nə var ki, Dörd divar arasında sakit səni dinləyən məzlum qonaq olarsan. Hərdən özün də …
Elşən SABİROĞLU.Yeni şeirlər
Post Views: 158 Bu qəmli çağlarda,bu ağır gündə, Aldığım bəd xəbər sarsıtdı məni. Gözüm yaşla dolu,kədər içində, Bir daha izlədim “Muxtarnamə”ni. Zalım,lənət olsun sənə hər zaman, Atdığın yenə də dəydi hədəfə. Həzrəti Hüseynin qisasın alan, Muxtar şəhid oldu ikinci dəfə. Hər bir epizodu,hər bir səhnəni, Saldın məharətlə ürəyimizə. Muxtartək tanıdıq filmdən səni, Özünü Muxtar tək …
Eldar Nəsibli Sibirel.Şeirlər
Post Views: 113 YAŞAYIR GÖZÜMDƏ SƏNİN HƏSRƏTİN 1978 Yaşayır gözümdə sənin həsrətin, İlk eşqin ağrısı, acısı kimi. Sənin şübhələrin bu məhəbbətin Qalıb xarirəmdə qayğısı kimi. Gözlərdən yayınıb, gəlib durardım, Pəncərən önündə qərib kimi mən. Gedib xəyalınla ovundurardım, Körpətək ağlayan ürəyimi mən. Mənim gəlişimlə qanadlanardı, Zirvəyə qalxardı qürurun o gün. Bir anda qəlbində ümid yanardı, Daşardı …
Eldar Nəsibli Sibirel.”Yaddaş” (Poema)
Post Views: 89 Ön söz yerinə Vətəndən uzaqda doğulsam da mən, Bu torpağa verdim könül varımı. Tənzif əvəzinə ümidlərimlə Sarıdım sağalmaz yaralarımı. Çəkdiyim əzabla, udduğum qəmlə Çoxu elə sandı, öləcəyəm mən. Ancaq bilmədilər, gün işığında, Bahar arzularının yaşıllığında Təzədən dünyaya gələcəyəm mən. Mən başdan-ayağa səbrəm,dözüməm, Zaman çox sınayıb səbrimi mənim. Otuz yeddidən bəri hər gün …
Etibar VƏLİYEV.Yeni şeirlər
Post Views: 118 MƏN DƏ QARABAĞLIYAM Azəriyəm, alqış olsun dilimə. İslam adlı, imanıma, dinimə. Qurban olum vətənimə, elimə. Yurdum Lerik dağ başında, dağlıyam. Lənkərandı, Masallıdı, Ləkidi. Bu Bakıdı, bu Gəncədi, Şəkidi. Bu vətəndi, torpağımın təkidi. Vətənimə, torpağıma bağlıyam. İmişli, Beyləqan,Quba, Qusarda. Salyanda, Şirvanda, Ağsu, Ucarda. Hər yer vətənimdi doğma diyarda. Mən də Naxçıvanlı, Qaradağlıyam. Şüşa …
Aqil SABİROĞLU.”Maraqlı dünyadır…”
Post Views: 84 Kimiyə zülmət, Kimiyə çıraqlı dünyadır. Birinin pulu,sərvəti, Birinin qeyrəti on yeddi ton. Birinin zəkası,düşüncəsi, Birinin quru söhbəti on yeddi ton. Kiminin başına düşən, Kiminin başının daşı on yeddi ton. Kiminin gülüşü, Kiminin gözünün yaşı on yeddi ton. Birinin ölüsü, Birinin dirisi on yeddi ton. Birinin gövdəsi, Birinin gerisi on yeddi ton. Cəfərin …
Abdulla MƏMMƏD.”Payiz yaman tələsdi”
Post Views: 118 Külək çaldi yel kökləyən kamançani, Şahə qalxdi ağaclarin həyəcani. Yarpaq örtdü yay ətirli göy xonçani, Payiz yaman tələsdi. Susdu şirin nəğməsi də turaclarin, Doluxsundu nanəsi də yamaclarin. Həna yaxib əllərinə ağaclarin Payiz yaman tələsdi. Gözüm düşdü ağaclarin sirğasina, Əsmə külək, sirğa düşər, sirğa sinar! Həsrət qaldi bu cöllər də durnasina, Payiz yaman …
Qalib ŞAMXALOĞLU.Qıfılbənd
Post Views: 83 Lap əzəldən elm onunla başlayır , Altı-üstü , solu vardır , sağı yox . Çoxarvadlı olmağı çox xoşlayır , Hamısının saqqalı var , bığı yox . O nədi ki , hər ölçüdə lax olur , Boyu kiçik , amma , gücü çox olur . Qara düşsə müvəqqəti yox olur , Suyu vardır …
Rahilə DÖVRAN.Yeni şeirlər
Post Views: 143 ƏLİNCƏ Günəş uca zirvəsindən boylanır, Yamacları çən- dumandır Əlincə. Hər qayadan bir salnamə oyanır, Tariximə şöhrət, şandır Əlincə. Qan rəngində çox qayası, çox yeri, Sinəsində nizə yeri, ox yeri. Şahinləri bürc üstündə əsgəri, Düşmən gəzir nə zamandır, Əlincə. Sınmış daşdır dəbilqələr, zirehlər, Sınmış daşdır cahangirlər, fatehlər, Daşdan qeyrət, daş cəsarət, daş hünər, …
Rəhim MEHNƏT.Yeni şeirlər
Post Views: 140 ELƏMİ Mən dəliyəm, sən adlı eşq əlində, Dolanıram sən sevdanın yelində. Gecə-gündüz adın mənim dilimdə, Sən də mənlə alışmısan, eləmi? Ayrı olsan ağ saçıma dən düşər, Kədər gələr, sevinc məndən gen düşər. Baxışınla həyatıma gün düşər. Sən də nura qarışmısan, eləmi? Yandırıb qəlbimi döndər kömürə, Soyuq suya salıb döndər dəmirə. Ruhunu mənimlə …
Elnurə AĞAZADƏ.”Azərbaycan şairi”
Post Views: 101 Dünya yarananda lal idi insan, Şüuru olmayan can idi insan Dünyanı insana tanıtdırdı söz, İnsan ağlına hakim oldu söz . Sözdən inci kimi düzüldü cümlə, Hissi fikirlə yaşatdı cümlə Tanrı ilhamı verdi şairə, Şair sevdirdi şeiri qəzəllə Söz nəsihətdir elin sərvəti, Azərbaycandır şairlər evi Mənim vətənimdir şerin elçisi Muğam üstündə qəzəl sevgisi. …
Gülnar SƏMA.Yeni şeirlər
Post Views: 118 AYB, DGTYB və “Gənc Ədiblər Məktəbi”nin üzvü, Azərbaycan Respublikası Prezidentinin Təqaüd Fondunun təqaüdçüsü Göyçək Fatma Mən Göyçək Fatmayam, düşüb başmağım Sizin küçənizin o tərəfinə. Bir sevgi nəğməsi zümzümə etdin, Düşdü həyatının qu tərəfinə. İlk və son nəğməni dilə gətirdin, Amma bir dinləyən olmadı onu. Mənimçün ölərək düşdü tarixə- O boyda ömrünün tək …
Təranə Turan RƏHİMLİ.Yeni şeirlər
Post Views: 93 *** Həyat – heçdən, yoxluqdan Var olmağa gəlməkdi. Ölüm – həyatda nə varsa Son anda qədrin bilməkdi. Ömür – hara getdiyini Bildiyin yola çıxmaqdı. Yol – qalaq-qalaq arzuyla Yazıq ürəyi sıxmaqdı. Sevgi – qəlbin hasarından Yaxın bir qəlbə aşmaqdı. Ad günü – bir addım daha Ölümə yaxınlaşmaqdı. İLAHİ SÖZDÜR ŞEİR İlahi sözdür …
Elnur RƏSULOĞLU.”İlk məhəbbətim!”
Post Views: 95 Uduzdum sevgidə, bir gün həyatda Sən uduzacaqsan, ilk məhəbbətim! Bilirəm, olanda dövlətim, varım Məni pusacaqsan, ilk məhəbbətim! Qulaq asdın, baxdın əğyar deyənə, Alçaldın, əyildin səni əyənə. Cəh-cəlal içində qızıl ləyənə Al qan qusacaqsan, ilk məhəbbətim! Ölsən, izin qalmaz bu yer üzündə, Sən də diriləssən məhşər günündə. Günahkarsan, durub Tanrı önündə Laltək susacaqsan, …
Şəfaqət CAVANŞİRLİ.”Sevginin gözləri” romanının XXIV hissəsi
Post Views: 108 Fidan Eldarın üzünə deyə bilmir: Bu nigah ancaq bir il davam edəcək. Bir ildən sonra biz boşanacağıq. Eldar üçün də ağırdır, Fidanla nigah bağlamaq. Fidanı tək qoymağa da ürəyi gəlmir. Fidan sadə ağ don geyinmişdi. Eldar da həmişə geydiyi – kostyumunu geyinmişdi. Nigah məmurunu gətirmək üçün Rəşad evdən çıxmışdı. Təhminə Fidanın həyəcanını …
Eyvaz ZEYNALOV.”Psixologiya müəllimi” (Hekayə)
Post Views: 100 Yadımdadı, istitutda oxuyan zaman semestr imtahanlarını verib Bakıdan rayona, evimizə qayıdan kimi anam məni yanına salıb qardaşıgilə, dayımla görüşməyə aparardı. Bunu bir adət, ənənə halına salmış, mənim üçün şərəf işinə çevirmişdi. İndi onun yolunu bacım davam etdirirdi. Qış imtahanlarını təzəcə başa vurub tətilə gələn oğlunu bizə, mənim görüşümə gətirmişdi. Bacım oğlu universitetin …
Eyvaz ZEYNALOV.”Qonşunun qonağı” (Hekayə)
Post Views: 109 Axşamtərəfi qayınatam onu Salyan şossesinə aparmağımı xahiş etdi. Yol maşınlarından birinə minib Səngəçala gedəcəkdi. Orda yaşayırdı. Salyan şossesinə yaxınlaşanda yolun əks tərəfindəki dayanacaqda durmuş gəlinlə balaca bir qız uşağını mənə göstərib: – Sən allah, geri qayıdanda onları da götür, – dedi. – Yəqin Lökbatana gedirlər. Yazıqdılar, qaranlığa qalar, yağışa düşərlər. Onunla qohum …
Əziz MUSA.”Niyə şair oldum”
Post Views: 85 Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, “İlham çeşməsi” qəzetinin təsisçisi və baş redaktoru niyə şair oldum, Allahım niyə, vətənə şair yox ,əsgər gərəkdir. bu yurda, torpağa qeyrətli yiyə, yurdu qorumağa bir nər gərəkdir. yurd əldən getməzdi qorunsa əgər, bizim qəlbimizdə təpər olmadı. şeirimi, sözümü oxuyan əsgər, gedib bir qarış da torpaq almadı. …
Günel ƏJDƏRQIZI.”Kənddə bir gün…” (Hekayə)
Post Views: 149 Yuxudan ayılanda otağdakı hər şey Murada qəribə gəldi. Köhnə, lakin olduqca səliqə-səhmanlı ev onların deyildi. Başı yaman ağrıyırdı. Gözləri yuxudan açılmırdı. Evin pəncəri açıq idi. Gözəl yaz havası insana ləzzət verirdi. Sacda bişmiş lavaşın qoxusunu duyanda hər şey Muradın yadına düşdü. Dünən gecə qohumlarının toyunda iş yoldaşlarının sözünü yerə sala bilməmiş, xeyli …
Eldar Nəsibli Sibirel.Şeirlər
Post Views: 87 ƏYİLMƏZ BAŞINI UCA TUT VƏTƏN-1990 Ağlama yaraşmır sənə göz yaşı, Qurut gözləriyin yaşını, vətən. Axı qalda gərək igidin başı, Uca tut əyilməz başını, vətən. Yamanca ağırmış Vətən, daşımız, Onu qaldırmağa “dostlar” can çəkir. Yox, daha oyanıb qan yaddaşımız, Bizi azadlığa daha qan çəkir. Zaman dost-düşməni bir-bir tanıdır, Ölməyir Əsliyçün Kərəmlərimiz. Sinəmiz Şəhidlər …
İlkin ABBAS.”Dəyiş”
Post Views: 143 İnsan, çox oynadın şeytan rolunda, Bir az da mələk ol, rolunu dəyiş. Yolçusan sən də bu ömür yolunda, Sağın savab yazır, solunu dəyiş. Nə qədər gözlərdə kədər doğacaq? Nə qədər kipriklər yaşlar sıxacaq? Nə qədər həsrətdən, qəmdən yağacaq? İlahi, yağışı, dolunu dəyiş. Bəndə gərəkdir ki daim söz tuta, Həyatda layiqli, təmiz iz …
Etibar VƏLİYEV.”Vətənimə qayıdaram”
Post Views: 96 Zirvələri soraqlayıb, Ulduzlara səfər etsəm, Asimanı daraqlayıb, Günəşidə gedib ötsəm. Gecə ayı haraylayıb, Onu qucsam, hara getsəm. Öz elimə qayıdaram, Vətənimə qayıdaram. Yollarımı duman alsa, Qarşısında dayanmaram. Yüz yaşasam , min yaşasam, Vətənimdən doyammaram. Qurbət bit el cənnət olsa, Yenə orda qalammaram. Öz elimə qayıdaram, Vətənimə qayıdaram. Mən arzuma , kama yetsəm. …
Rəhim MEHNƏT.Yeni şeirlər
Post Views: 88 ŞAH DAMARISAN Olmasan qəlbimin rəngi bilinmir, Gəlməsən ürəyim dolur, qaralır. Sən mənim könlümün şah damarısan, Sənsiz mən yazığın qəlbi yaradır. Nazlı baxışların alır canımı, Az qalır ürəyim dayana mənim. Hər gecə yuxuda kəsib yanımı, Cismim əllərində oyana mənim. Əlini əlimdən kənara çəkmə, Gözüm yollarına dikilib, durar. İncə gülüşünü gözündə bükmə, Sənsizlik üstümə …
Turan Novruzu doğum günü münasibətilə təbrik edirik! (12 noyabr)
Post Views: 109 Gündəlik Analitik İnformasiya Agentliyinin Rəhbərliyi Sizi, yeni nəsil Azərbaaycan gəncliyinin istedadlı nümayəndəsini, gənc xanım yazarını, Gündəlik İnformasiya Agentliyinin və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Baş redaktor müavinini doğum günü münasibətilə səmimi qəlbdən təbrik edir, Sizə uzun ömür, möhkəm cansağlığı, xoşbəxtlik, ailə səadəti, ədəbi-bədii yaradıcılığında bol-bol uğurlar diləyir! Sevib, sevdiyiniz insanların əhatə dairəsində …
Hüseyn RAZİ.Şeirlər
Post Views: 346 QARABAĞDADIR Çılğın fırtına var ürəyimizdə, Qəzəbdən gərilmiş əsəblər yanır. Təmkinli görünə bilsək də üzdə, Ruhumuz alışıb qasırğalanır. İnamla köksünü qabardıb vətən, Ədalət kiçilir, haqq təpiklənir. Sanki qiyamətin sur düdüyündən Bizə faciəli xəbərlər gəlir. Seli şahə qalxır bir təlatümün Cabbarın, Səidin, Xanın səsindən. Qəzəbli bir haray ucalır bu gün Dünyaya Vaqifin məqbərəsindən. Qarabağ …
“Başın sağ olsun, VƏTƏN!”
Post Views: 198 Şəhid Elman Müslüm oğlu Abbasovun unudulmaz xatirəsinə I Ataxal kəndində gəldi dünyaya, Dolaşdı hər dağı, dərəni Elman. Yaxşı tanıyırdı mahir ovçutək, Bu yerdə hər bəndi, bərəni Elman. Ataya, anaya ümid payıydı, Babanın-nənənin hay-harayıydı, Hamı bu oğlanı doğma sayırdı, Sevirdi doğmatək hərəni Elman. “Cəngi” üstündəydi sazının simi, Yox idi zərrəcə kəsiri, kəmi. Düşmən …
Rahilə Veysəllinin yeni kitabı işıq üzü görüb
Post Views: 83 Çağdaş Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, istedadlı qələm sahibi Rahilə Veysəllinin (şəhid Abbasov Elman Müslüm oğlunun unudulmaz xatirəsinə) “Həsrət yanğısı” kitabı 2015-ci ildə Balı şəhərində fəaliyyət göstərən “Elm və təhsil” nəşriyyatı tərəfindən 112 səhifə həcmində işıq üzü görüb. Kitabın redaktoru Çağdaş Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsini, Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, Azərbaycan Jurnalistlər …
“Torpaq–uğrunda ölən varsa, Vətəndir…” və yaxud Ölümləri ilə torpağı Vətənləşdirən oğullar
Post Views: 180 Şəhid – bu dünyada insan övladının ala biləcəyi ən müqəddəs ad! Şəhidlik zirvəsi – ən ali zirvə! O zirvəyə ucalmaq da, o ada sahiblənmək də hər kəsə nəsib olmur. “Şəhidlər ölməzdir!” – Qarabağ müharibəsi zamanı, eləcə də atəşkəs dövründə tez-tez eşitdiyimiz ifadədir. Bəli, şəhidlər ölməzdir. Ölməzdir – ona görə ki, bu vətən …
Şəfa VƏLİYEVA.”Alın ayrılığın əlindən məni…”
Post Views: 128 AYB, DGTYB və “Gənc Ədiblər Məktəbi”nin üzvü, Azərbaycan Respublikası Prezidentinin Təqaüd Fondunun təqaüdçüsü ümidi çiyninə atıb aparır, mənim günahıma batıb aparır, hər gün göz yaşımdan tutub aparır, alın ayrılığın əlindən məni… üzü yoxluğuna gül axtarıram, gələrsə…gəlməzsə… söz toxuyuram… susub gizlənirəm… dinib qorxuram, alın ayrılığın əlindən məni… qaçmağa düz səmtə cığır gəzirəm, belə …
“Azərbaycan folklor nümunələrində milli-mənəvi dəyərlərin təcəssümü” adlı elmi konfrans keçirilib
Post Views: 88 10 noyabr 2015-ci il tarixində Bakı Dövlət Universitetinin Filologiya fakültəsində “Azərbaycan folklor nümunələrində milli-mənəvi dəyərlərin təcəssümü” adlı elmi konfrans keçirilib. Fakültə dekanı, dosent Məhərrəm Vəliyev Təhsil Nazirliyinin verdiyi əmrə əsasən keçirilən elmi konfransın əhəmiyyətindən danışıb. Ümummilli lider Heydər Əliyevin “Xalqımızın mənəviyyatını qorumağı və zənginləşdirməyi başlıca amilə çevirməliyik” sözlərini xatırladaraq prezident İlham Əliyevin …
Şəhriyyə Qəzənfərqızını doğum günü münasibətilə təbrik edirik! (11 noyabr 1981-ci il)
Post Views: 104 Gündəlik Analitik İnformasiya Agentliyinin Rəhbərliyi Sizi, yeni nəsil Azərbaycan gəcliyinin istedadlı nümayəndəsini, gənc xanım yazarı doğum gününüz münasibətilə səmimi qəlbdən təbrik edir, Sizə uzun ömür, möhkəm cansağlığı, xoşbəxtlik, ədəbi-bədii yaradıcılığınızda bol-bol uğurlar diləyir! Sevib, sevdiyiniz insanların əhatə dairəsində olun! Mətbuat xidməti İşığımda aydınlan Iki yol arasında idim. Bir tərəfdə qızım , bir …
Eldar Nəsibli Sibirel.Şeirlər
Post Views: 106 Sən Gələndən… Sən gələndən könlüm, gözüm isinib Sən gələndən dünya mənə bahardır. Bənövşə tək ürəyimə sığınıb Eşqim bir vaxt yollarına baxardı. Dodağında çiçəklərin gülüşü, Gözləyirdim nə vaxtdan bu gəlişi. Bir vüsalın quzeyinə gün düşüb, Sən gələndən ömrüm axar-baxardı. Çovğun günü alov olur, donmayır. Od içində buza dönür, yanmayır, Dəli həsrət qandırmayır, qanmayır, …
Şəfaqət CAVANŞİRLİ.”Sevginin gözləri” romanının XXIII hissəsi
Post Views: 95 Səfər Fidanın qarşısına çıxmağa utanırdı. Fidanın evlənib-evlənməməyi, harda qaldığı maraqlıydı ona. Maşınına oturub Fidanın mindiyi taksini uzaqdan izlədi Fidanla yaşadıqlarını xatırlayırdı. İlk öpüşləri, toxunuşları elə bil qarşısında canlandı. Qefilden yeraltı keçidi keçməyə tənbəllik edən ortayaşlı bir kişini az qala maşınla vuracaqdı. Səfər maşını saxladı. Əsəbdən öz-özünə deyinməyə başladı. ” Ay kişi, canın …
Şəfa VƏLİYEVA.”Varlığına ağlayaram…”
Post Views: 158 AYB, DGTYB və “Gənc Ədiblər Məktəbi”nin üzvü, Azərbaycan Respublikası Prezidentinin Təqaüd Fondunun təqaüdçüsü Sözlərindən külək əsər, Qarışdırar hisslərimi… Ürəyim olar dərdəcər… Adı olmaz istəyimin… Varlığına ağlayaram… Varsan… əlimə çatmırsan Özüm sənə oxşadaram, Bəlkə üzümə baxarsan… Adı olmayan hisslərin Ünvanı bir qanlıq olar… Deyirəm, qoruyum səni… Ölsəm, adın “qanlım” olar…
Esmira RƏHİMLİ.”Dua” (Povest)
Post Views: 105 Maşın əfsanəvi gözəlliyi olan kənd yolları ilə yavaş-yavaş irəliləyirdi. Yol get-gedə daralırdı. Görünür bir neçə gün öncə yağan yağış torpağı islatdığı üçün yolun kənarları sürüşmüşdü. Hələ də yağışdan nəm olan torpaq qızılı qəhvəyi rəngə çalırdı. Yola döşənən daşlar sürüşərək seyrəldiyindən yol çala-çuxur olmuşdu. Sürücü maşını saxlayıb: – Daha sürə bilmirəm. Yollar pisdir, …
Şəfaqət CAVANŞİRLİ.”Satılmışlar” (Hekayə)
Post Views: 100 Şəhərə yenicə qədəm qoymuş qışın soyuğundan qorxmurdu. içində odun dolu balaca köhnə soba olan bir otaqlı mənzildə iki azyaşlı uşağıyla; qızı və oğluyla bir il əvvəl tanış olduğu bu şəhərdə yaşayırdılar. Qonaq kimi, ömür boyu sakin kimi yaşayacaqları hələ məlum deyil… Övladları yatdığı üçün işığı söndürmüşdü. Əvvəlcədən aldığı şamı yandırdı, sobaya yaxın …
Gülnarə MAHMUD.”Ağbutalı səma” (Hekayə)
Post Views: 97 Ülkərin bir xəstə üçün nəziri var idi. Xəstədən ümidverici xəbər eşitdiyindən bu dəfə nəzirini gecikdirmək istəmirdi. İşə gedəndə yolüstü verəcəkdi. İşi İçərişəhərdə, lakin nəzirinin ünvanı Təzə Pir məscidi olduğun dan ayrı-ayrı səmtlərdə yerləşirdi. İşəgecikməsin deyə hər dəfə təxirə salır, bu da nəzirini gecikdirməsinə səbəb olurdu. Bu gün səhər işə tez getməli idi. …
“Ədəbiyyat, Musiqi, Təsviri sənət və Gənclik” adlı layihə çərçivəsində silsilə tədbirlərə start verilib
Post Views: 93 Dünya Gənc Türk Yazarlar Birliyinin Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun (AzGF) dəstəyi ilə gerçəkləşdirdiyi “Ədəbiyyat, Musiqi, Təsviri sənət və Gənclik” adlı layihə çərçivəsində noyabrın 5-dən başlayaraq, 3 gün ərzində silsilə tədbirlərə start verilib.Silsilə tədbirlərdən biri 5 noyabr 2015-ci il tarixində “Hədəf” Kurslarının Mərkəzi qərargahında baş tutdu.Kütləvi informasiya vasitələrinin nümayəndələrinin iştirakı ilə …
Aqil SABİROĞLU.”Səs verməyə parlaq, şəffaf”
Post Views: 79 Səs verməyə parlaq,şəffaf, Qutu bizdə. Qızınmağa neftin,qazın, Odu bizdə. Sağalmayan xəstəliyin dəvaları, Otu bizdə. Döyüş vaxtı düşmənlərin bağrın yaran, Koroğlunun atı bizdə. Tarixlərin açılmayan səhifəsi, Qatı bizdə. Evlənməyə ən gözəl qız- Ayna bizdə, Tutu bizdə. Qınamayın məni,qardaş, Bircə… Bircə vicdan yoxdu bizdə…
Müzəffər MƏZAHİM.”Hələ”
Post Views: 84 Mən öz məsləkimin, öz amalımın, Bir arzu qanadlı quşuyam hələ. Gərək sədlər aşan xoş xəyalımın, Şirin dünyasında yaşayam hələ. Kürə pıçıldayır dərdini Araz, Həsrət payımıza çox düşüb”bir az”, Qəlbimi didsə də yrtişmiş muraz, Gərək ürəyimdə daşıyam hələ. Fikir üyüdürəm, söz ələyirəm, Sönmüş ocaqları çözələyirəm, Vətənin dərdini təzələyirəm. Yara bağlamaqda naşıyam hələ. Yojum …
Qalib ŞAMXALOĞLU.Qəzəl
Post Views: 102 Can deyib , can eşidək , eşqi məhəbbətlə , gülüm Tanısın dünya bizi əhdə sədaqətlə , gülüm . Nə qədər naz eləsən , eylə mənə , çün yeri var , Çəkərəm hər nazını , bil ki , dəyanətlə , gülüm . Lütfini əsirgəmə , aşiqə ehsan eylə O lətif təbəssümü , hər …
Məhəmməd TURAN.Yeni şeirlər
Post Views: 116 * * * aşır-daşır sığışammır Bu dünyaya şair təbim… Açılanda yığışammır köz-köz olur şair təbim… Aşır ömrümün boyunu Aşır könlümün boyunu Oyuna qatır oyunu Kövrələndə şair təbim… Aparır sabaha məni Bəlkə neçə əsrlərə… Başıma salacaq dəni Ömrümə yox şair təbim… Paydı vallah əvəzi yox kədərin də ləzzəti çox… Tutacaqdır hər zaman tox …