Post Views: 81 Azərbaycan yazıçılarının hörmətli Prezidentimizin səmimi təbrik məktubuyla başlanan XIII Qurultayı demokratik yolla seçilmiş 300-ə yaxın nümayəndənin və mötəbər qonaqların iştirakıyla möhtəşəm şəkildə keçirildi. Bu Qurultayın özəlliyi ondaydı ki, qalib ölkənin yazıçıları onu böyük qürur və fərəh hissiylə keçirdilər. Bu da, təbii ki, məğlub ölkənin maraqlarına xidmət edən içimizdəki manqurtların hədsiz qəzəbinə və …
Publisistika
İlahə ALLAHVERDİYEVA.”Mən çeynənən bir ölkənin, haqq bağıran səsiyəm-Əhməd Cavad”
Post Views: 149 Soranlara mən bu yurdun, Anlatayım nəsiyəm: Mən çeynənən bir ölkənin Haqq bağıran səsiyəm. ” Mən kiməm” adlı şeirindəki bu misralarla özünü xarakterizə edən istiqlal şairimiz Əh- məd Cavad 1892-ci il may ayının 5-də Gəncə qəzasının Şəmkir dairəsi Seyfəli kəndi Mehrili tirsində ruhani ailəsində anadan olmuşdur. Altı yaşında …
Azərbaycanlı jurnalist İlahə ALLAHVERDİYEVA
Post Views: 234 Allahverdiyeva İlahə Eyvaz qızı 1982-ci ildə Naxçıvan Muxtar Respublikasınin Kəngərli rayonunun Qarabağlar kəndində dünyaya göz açıb. Orta məktəbi fərqlənmə ilə bitirib. Hal- hazırda Naxçıvan Dövlət Universitetinin Jurnalistika ixtisası üzrə IV kurs tələbəsidir. Təhsildə göstərdiyi yüksək nəticələrə görə universitet tərəfindən Heydər Əliyev adına təqaüdə layiq görülüb. Müxtəlif mövzularda məqalələr yazan İlahə Allahverdiyevanin yazıları …
Ali canlı olan insanın vəhşi heyvandan fərqi
Post Views: 92 Nemət Tahir yazır Canlılar içərisində yeganə canlı insandır ki, öləcəyini bilir. Yəni bu mahiyyəti ali də olmasa, dərk edir. Orta ömürlü bir insan özü ölənədək çox dəfnlər görür. Gözləri ilə görür ki, insanı axırda aparıb 2-3 m² torpağa atıb üzərini də torpaqlayırlar. Əslində, ölümün nə olduğunu bilməyən canlılar insanların etdikləri rəzillikləri etməlidirlər. …
“Peç üstündə palçıqlı çörəyi yenidən bişirərək yeyirdik…”
Post Views: 92 Emin Piri yazır Ağdanın işğaldan azad olunmasının 2-ci ildönümü münasibəti ilə Ağdam mənimçün həssas nöqtələrdən olub. Zabit kimi gəncliyimi Ağdam səngərində keçirməyim, əsgərlərimlə metr-metr səngər qazaraq daha irəliyə post çəkərək vətən torpağının metrlərlə azadlığına sevinmək və s. doğmalaşdırmışdı. Öldürdüyümüz düşmən, verdiyimiz şəhid mənə ağdamlı günləri şərəfli ömrə çevirmişdi. Hə, özümü sumqayıtlı saysam …
Xalq yazıçısı ANAR.”Koroğlu – Goroğlu -“
Post Views: 296 XVI-XVII əsrlərə aid edilən “Koroğlu” dastanı türk xalqlarının ən möhtəşəm folklor abidələrindəndir. Koroğlunun adı Baykaldan Balkanlaracan, Altaylardan Anadoluyacan türk xalqlarının yaşadıqları torpaqlarda məşhurdur. Koroğlunun şöhrəti XIX əsrdə rus tənqidçisi Çernışevskidən fransız yazıçısı Jorj Sanda qədər müxtəlif əhli-qələmlərin diqqətindən yayınmamışdır. Koroğlu türk olmayan xalqların şifahi ədəbiyyatında da yer tutur. Məsələn, taciklərdə “Qurqulu” adıyla məşhurdur. …
Xalq yazıçısı ANAR.”Eldar Quliyev və Həsən Seyidbəyli haqqında “
Post Views: 106 Görkəmli kino xadimlərimiz Həsən Seyidbəyliyə və Eldar Quliyevə həsr etdiyim bu iki yazı vaxtilə rus dilində “Литература, Искусство, Культура (ЛИК) Азербайджана” kitabımda dərc olunmuşdu. Bu yaxınlarda yubileylərini qeyd etdiyimiz ustad sənətkarlarımıza aid yazılarımı ilk dəfə Azərbaycan oxucularına təqdim edirəm. (Anar) ANAR Rejissor Eldar Quliyev Gənc (o illərdə gənc) azərbaycanlı kinorejissor Eldar Quliyev …
Xalq yazıçısı ANAR.”Tahir Salahovla söhbət”
Post Views: 99 Dünya şöhrətli rəssam Tahir Salahovla Xalq yazıçısı Anarın bu söhbəti 2018-ci ilin dekabr ayında qələmə alınıb. O zamanlar ki, görkəmli rəssam dərin səmimiyyətlə deyirdi: “Son işlərimdən biri Xalq yazıçısı Anarın portretidir. Anar bütöv bir dünyadır. Onu sonsuz dəfə çəkmək olar. Seans zamanı öz dünyasına çəkilir, fikirlərinə qərq olur, səninlə birgə duyur”. Aradan illər …
Xalq yazıçısı ANAR.”Bir məhəllənin insanları”-Xatirə
Post Views: 97 Yaşasaydı, Tofiq Qəhrəmanovun bu il 75 yaşı tamam olardı. Əfsus ki, istedadlı yazıçının ömrü 54 yaşında qırıldı. Tənqidçi, alim Tehran Əlişanoğlu “Azərbaycan. Yeni nəsr” kitabına belə bir epiqraf qoyub: “Ədəbiyyat təsəvvürlərimin təşəkkülündə əsaslı rol oynamış 60-cı illər nasirlərinə, məxsusən Anara və bir də bu ünvanı, bu yolu mənə tanıtmış ilk müəllimim Tofiq …
Xalq yazıçısı ANAR.”Nizami bizimlədir, burdadır…”
Post Views: 77 ..Ölkələr və xalqlar arasında sərhədləri hökmdarlar, hökumətlər qurur, şairlər isə bu sərhədləri dağıdırlar. Gəncədə doğulmuş və bütün ömrünü orda sürmüş Azərbaycan oğlu Nizami bütün bəşəriyyətə mənsubdur. Təkcə Azərbaycanın deyil, həm də İranın, eləcə də digər Şərq ölkələrinin ədəbiyyatlarını Nizamisiz təsəvvür etmək mümkün deyil. Bütün dünya mədəniyyəti Nizamisiz daha kasıb, daha yoxsul görünərdi. …
Bənövşə MAHMUDQIZI.”TƏKLİK VƏ FİRUZƏLƏR”
Post Views: 134 Mən çoxdan anlamışam ki, bu fani həyatda valideynlərim, bacılarım olsa belə, kimsəsizəm mən. Noyabrın 16sı 28 yaşım tamam olacaq. 2022-ci il mənim üçün çətin keçdi. Digər illərdən 2021-i nisbətən yaxşı olaraq, yadımda qalıb. Zaman keçdikcə, insanın həyatındakı süzgəc, buna ələk də demək olar ki, lazımsız hər bir insanı sənin həyatından ələyir. Bəzən …
Xalq yazıçısı Çingiz ABDULLAYEV.””Bu gün sevinən təkcə qarabağlılar deyil”
Post Views: 93 BU GÜNLƏR BÜTÜN AZƏRBAYCAN QARABAĞDIR Qarabağın ən böyük şəhəri olan Ağdam öz ölkəsinə qovuşur. BMT Təhlükəsizlik Şurasının 1993-cü il iyulun 29-da qəbul etdiyi 853 nömrəli Qətnaməsində irəli sürülmüş Ağdamın işğaldan dərhal azad olunması tələbi hələ də yerinə yetirilməmişdi! 27 il! İndi Azərbaycan Ordusunun qəhrəmanlığı və möhtərəm Prezidentimizin iradəsi ilə şəhər öz …
Xalq yazıçısı ANAR.”Nida işarəsindən Dəmir yumruğa”
Post Views: 109 Prezident İlham Əliyevin 60 yaşı tamam olur. Xalqımıza, milyonlarla insanımıza, o cümlədən mənə doğma Qarabağımızı azad görmək bəxtiyarlığını yaşadan hörmətli Prezidentimiz haqqında bir neçə ürək sözümü yazmağa ehtiyac duyuram. İlham Əliyevi onun yeniyetməlik yaşlarından tanıyıram. Unudulmaz öndər Heydər Əliyevin Şuşaya səfərlərində mən də iştirak etmişdim. Vaqif məqbərəsinin açılışında və Üzeyir bəyin …
Xalq yazıçısı ANAR.”Dilimizi yaşadanlar”
Post Views: 124 Ədəbiyyatımızda, özəlliklə şeir tariximizdə folklorun yeri başqa xalqların söz sənətindəkindən daha böyük, daha önəmlidir. Doğma oğuz dillərində (Türkiyə və Azərbaycan türkcəsi, türkməncə, qaqauzca) yaranmış folklor örnəklərini rus şifahi ədəbiyyatıyla tutuşdurduqda bu daha aydın görünür. Fikir, duyğu, obrazlılıq, ifadə əlvanlığı, həyatın ən çeşidli və ciddi məsələlərinə münasibət baxımından bayatılarımız rus çastuşkalarından çox-çox zəngindir. …
Xalq yazıçısı ANAR.”Nizami bizimlədir, burdadır…”
Post Views: 102 …Ölkələr və xalqlar arasında sərhədləri hökmdarlar, hökumətlər qurur, şairlər isə bu sərhədləri dağıdırlar. Gəncədə doğulmuş və bütün ömrünü orda sürmüş Azərbaycan oğlu Nizami bütün bəşəriyyətə mənsubdur. Təkcə Azərbaycanın deyil, həm də İranın, eləcə də digər Şərq ölkələrinin ədəbiyyatlarını Nizamisiz təsəvvür etmək mümkün deyil. Bütün dünya mədəniyyəti Nizamisiz daha kasıb, daha yoxsul görünərdi. …
Xalq yazıçısı ANAR.”Bir hekayə və bir tərcümə haqqında”
Post Views: 118 “Təhminənin son sirri” hekayəsi haqqında elə “Beşmərtəbəli evin altıncı mərtəbəsi” romanı kimi müxtəlif fikirlər, müxtəlif rəylər, müxtəlif yanaşmalar olacağını bilirdim. Belə də oldu. Mən internetə girmirəm, amma saytlarda hekayəm haqqında müxtəlif yazıları kağızda çıxarıb mənə gətirdilər. İlk öncə hekayəni bəyənənlərə də, bəyənməyənlərə də təşəkkürümü bildirmək istəyirəm. Ən azı ona görə ki, bizim günlərdə, …
Xalq yazıçısı ANAR.”Altmışıncılar və son altmış ilin ədəbi həyatı”ndan səhifələr”
Post Views: 116 Üzərində bir ildən artıq işlədiyim 1000 səhifəlik “Altmışıncılar və son 60 ilin ədəbi həyatı” kitabını bitirmişəm. Əsərdən bəzi fəsillər “525-ci qəzet”in bir neçə sayında (7-13 aprel) dərc olunub. Kitabın bir parçasını da “Ədəbiyyat qəzeti”nin oxucularına təqdim edirəm Azərbaycan Yazıçılar İttifaqının Birinci katibi, Xalq yazıçısı İsmayıl Şıxlı səhhətiylə əlaqədar vəzifəsindən istefa vermişdi. 1987-ci …
İlahə ALLAHVERDİYEVA.”Əsərləri ilə fikir dünyamızı aydınladan sənətkar “
Post Views: 129 Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portal Naxçıvan Bölməsinin Rəhbəri Sənətkarın böyüklüyü yalnız əsərlərinin dərinliyində, yüksək bədii səviyyəsində deyil. Əgər onun yaradıcılığı cəmiyyətin həyatında mühüm rol oynayırsa, böyük bir mərhələ təşkil edirsə, mədəniyyət hadisəsinə çevrilibsə o zaman böyük sənətkar olur. Türk mədəniyyəti coğrafiyasının unudulmaz yazıçılarından olan Çingiz Aytmatov da belə sənətkarlardandır. Əsində türk …
Cavidanə sevir, Cavidanə yaşayır, Cavidanə susuruq…
Post Views: 139 Hər dəfə Cavidlə bağlı yazmaq məsələsi gündəmə gəldikdə mənə elə gəlir ki, onunla bağlı artıq hər şey yazılıb… Bu düşüncələr beynimdə canlanarkən gözüm kitabxanama sataşır. Saysız-hesabsız tədqiqatlar, publisistik yazılar, bədii materiallar dəyir gözümə rəflərdə… Elə tək “Cavidnamə” kifayətdir deyə düşünürəm. Ancaq sonra deyirəm öz-özümə ki, yox yazmaq lazımdır, təkrar-təkrar Cavidi oxumaq, oxutmaq …
Arif Buzovnalının 50 yaşına – Səlim BABULLAOĞLU
Post Views: 97 Yeniyetməydik, gənc idik, biləndə ki, filankəsin 40, ya 50 yaşı var, sanki qədim, hansısa uzaq dünyadan əks-səda eşitmiş kimi birtəhər olurduq. İndi Arif Buzovnalının 50 yaşı tamam olur. “Necə keçdi bu illər?” – cavab almaq üçün vermirəm sualı. “Necə tez keçdi bu illər?” – bu sual da təəssüf və cavab üçün deyil. …
Keçmişə gələcək naminə – Səlim BABULLAOĞLU
Post Views: 153 2014-2022-ci illərdə tərcümə işinin vəziyyəti: Azərbaycan Yazıçılar Birliyinin nəşrləri əsasında Əvvəli burada Gerçəkləşdirilən layihələr çərçivəsində (Rusiya Yazıçılar Birliyi ilə imzalanan “Əməkdaşlıq Memorandumu” və Monteneqro yazıçıları ilə razılaşma əsasında) Mərkəz “Ədəbiyyat qəzeti” və “Ulduz” jurnalında “Rusiya” “Moldoca” və “Monteneqro” xüsusi buraxılışlarını hazırlayıb. Azərbaycan – Monteneqro Mədəni və İqtisadi Mərkəzinin iştirakı, tövsiyyələri ilə hazırlanan …
Əməkdar mədəniyyət işçisi Musa NƏBİOĞLU.”HÜSEYN SARAÇLININ SONUNCU ŞƏYİRDİ”
Post Views: 100 Layihənin istiqaməti: Azərbaycanın dövlətçilik tarixinin, milli adət-ənənələrinin, elm və mədəniyyətinin təbliğiMurad Kövrək (Murad Əli oğlu Sarıyev) 1952-ci il iyulun 7-də Borçalıda – Bolnisi rayonunun Dəllər (Muşevani) kəndində anadan olub. Burada orta məktəbi bitirib. Ustad aşıq Hüseyn Saraçlının sonuncu şəyirdidir. Bu gün dədə-baba aşıqlarını xatırlayanda ilk növbədə yada düşənlərdən biri də Kövrək Muraddır. …
Əməkdar mədəniyyət işçisi Musa NƏBİOĞLU.”ŞEİRLƏRİNDƏN KƏNDİN QOXUSU GƏLƏN ŞAİR”
Post Views: 106 Şakir Nadiroğlunu çoxdan tanıyıram. Tanışlığımızın kökündə xalqımızın özü qədər qədim tarixə malik olan SAZ durur. Uzun illərdir ki, İctimai televiziyada çalışır, aşıq sənəti ilə bağlı radio və televiziya verilişlərinin hazırlanmasında böyük xidmətləri var. Təbii ki, bizi bir-birimizə bağlayan saza, aşıq sənətinə və bütövlükdə folklorumuza olan münasibətimizlə yanaşı, həm də hər ikimizin Borçalıdan …
Gülnar SƏMA.”Elçin İsgəndərzadənin poeziyası”
Post Views: 116 Elçin İsgəndərzadənin yaradıcılığında elmi dəqiqliklə bədii ehtimal bir-birini təkzib etmir. Texniki elmlərdə dillərdən düşməyən, humanitar elmlərin isə yadına düşməyən elə sözləri poeziyaya gətirir ki, ortaq məxrəclə razılaşmalı olursan. Məsələn, Xudu Məmmədovdan bəhs edən “Bu qala bizim qala” simfonik poemasında işlətdiyi “kristal” sözü kimi. Bu söz bədiilikdən uzaq, məcazlıqdan qaçaq sözdür. Lakin adı …
Ədalət RƏSULOVA.”Süleyman Rəhimov xatirələrdə”
Post Views: 144 Süleyman Rəhimov Azərbaycan epopiyasının yaranması və inkişafında xüsusi mövqeyi olan qüdrətli söz ustalarındandır. Xalq şairi Səməd Vurğun yazıçını Azərbaycan nəsrinin yaddaşlarda qalan “uzaqgörən topu” hesab edərək demişdir: S.Rəhimov geniş müşahidə qabiliyyətinə, zəngin təcrübəyə, epik yazı manerasına malik olan böyük sənətkarın əsərlərində kənd həyatının təsviri əsas mövzulardan biri kimi geniş yer tutur. …
Ədalət RƏSULOVA.”Müstəqilliyimizin şair qurbanı – 130″
Post Views: 108 Əhməd Cavad Məhəmmədəli oğlu Axundzadə 1892-ci ildə may ayının 5-də Şəmkirin Seyfəli kəndində gəlmişdir. Babaları Cənubi Azərbaycandan olmuşdur. Atası molla Məhəmmədəli dövrünün zəngin bilikli ziyalılarından biri kimi tanınmışdır. O, 1898-ci ildə vəfat etmişdir. Hələ çox kiçik olan Əhməd zehinli, uşaq kimi hamının rəğbətini qazanmışdır. İlk təhsilini doğma kəndindəki mollaxanada almış, sonra …
Gülnar SƏMA.”Müstəqillik dövründə Azərbaycanda özbək əsərlərinin nəşrinə bir baxış “
Post Views: 96 Türk dünyasının önəmli dövlətlərindən biri olan Özbəkistan ədəbiyyatının Azərbaycanda tədqiq və təbliğ tarixinə nəzər salarkən bu iki ölkə arasında ədəbi-mədəni əlaqələrin qədimliyini unutmaq olmaz. İstər orta əsrlərdə və sovet dövründə, istərsə də müstəqillik illərində hər iki ölkənin ədəbi əlaqələrinin qarşılıqlı inkişaf dinamikasını Almaz Ülvinin “Azərbaycan-özbək (çağatay) ədəbi əlaqələri” kitabından izləmək oldu. Hər …
Şəkidən rənglər
Post Views: 91 Gözəlliklər yurdu Şəkidən bir günlük təəssüratlarım Azərbaycanımız dünyanın ən qədim yaşayış məskənlərindən biri olmaqla bərabər, həm də coğrafi şəraiti, iqlimi və göz oxşayan təbiəti ilə seçilir. Qədim gözəlliklər yurdu olan vətənimizin tarixdə iz qoyan və bu gün də sayılıb-seçilən oğul və qızları ilə çağdaş tarixə imza atan bölgələrindən biri də Şəkidir. Bura …
Gülnar SƏMA.”Dəyanət Osmanlının lirikası”
Post Views: 112 Dəyanət Osmanlının lirikasını ədəbiyyatşünaslığın ümumi meyarları ilə təhlil etmək çətin olsa da, şairin şeirlərini formal olaraq mövzu əhatəsinə görə sistemləşdirmək mümkündür. Belə ki, türkçülük, turançılıq məfkurəsi onun poeziyasında əsas motivlərdən biridir: ƏtraflıTürk olmaq çox çəkilməz bir dərddiTanrı dərdi türkə görə yaratmış. Və şah tacından şərəflidiTürk adını savunmaq… Bu misraların sözünə qüvvət olaraq əlavə edə bilərik …
Gülnar SƏMA.”Sabir Mustafanın “Qayıdış” poeması”
Post Views: 374 Türk dünyasının bəşəriyyətə bəxş etdiyi fenomenal şəxsiyyətlərdən olan Heydər Əliyevə ithaf olunmuş əsərlərdən biri də Sabir Mustafanın “Qayıdış” poemasıdır. Poema proloq, “Qayıdış” və epiloq hissələrindən ibarət olub, əvvəldən axıra kimi heca vəznində qələmə alınmışdır. İlk baxışdan üçlük şeir şəklinə bənzəyən (aba, cdc qafiyələnməsi) əsər əslində dördlük şəklində (abab) yazılmışdır. Şair proloqda hər …
Nailə AXUNDOVA.”Günümüzün reallığı”
Post Views: 158 Mənbə: https://vetenim-azerbaycandir.az
Gülnar SƏMA.Fərid Hüseyn “Təkrarın tənhalığı”nda
Post Views: 138 “Mənim ömrüm bir Füzuli qəzəlinin ardıymış, həyata bəhanəymiş elə-belə” – misraları Fərid Hüseynin “Təkrarın tənhalığı” kitabındandır. Füzulinin qəzəlləri nəinki Azərbaycan, hətta dünya ədəbiyyatının qəzəl zirvəsidir. Deməli, müəllifin söylədiyi “…həyata bəhanəymiş elə-belə” sətirləri sadəcə gözdən pərdə asmaq üçünmüş. Qısacası, bənzətmə çox müdrikcəsinə seçilib. Fərid Hüseyn ömrü Füzuli qəzəlləri kimi bütün ölçü-biçimləri yerində olan …
Rüstəm İbrahimbəyovun xatirəsinə – Xalq yazıçısı Anar yazır
Post Views: 104 Rüstəmi itirdik. Bu sözləri yazmaq çox ağırdır. Altmış il ərzində Rüstəm mənim ən etibarlı dostlarımdan idi. Yaxın dostlar arasında da hərdən-birdən xırda-para incikliklər, narazılıqlar olur. Bütün bu illər ərzində Rüstəmlə aramızda zərrə qədər də anlaşılmazlıq olmadı. Həyatının ən böyük yanlışı qısa bir müddətdə siyasətlə uğraşmasıydı. Mən bunu onun özünə deyirdim və mənimlə …
Zəlimxan Yaqubun “Əbədiyyət dastanı”
Post Views: 140 “Ulu öndərimiz, xalqımızın ölməz oğlu, millətimizin şərəfi Heydər Əliyevin müqəddəs ruhuna bağışladığım “Böyük ömrün dastanı” poeması isti-isti, birnəfəsə yazılmış acılı-şirinli bir xatirədir, elegiyadır”. Bu xatirə-elegiyanın ilk cümləsindəki səmimiyyət əsərin bütün ruhuna hakim kəsilib. Söhbət Zəlimxan Yaqubun “Əbədiyyət dastanı” poemasından gedir. Əsərin qəhrəmanının müəllif tərəfindən təqdimatına baxaq: “… bu insan tarixdə tarix yaratmağa …
Ziyalıların himayədarı olan ulu öndər Heydər Əliyev yazıçı və ədəbiyyatşünasları da həmişə diqqətdə saxlayırdı
Post Views: 108 Yaşadığı ömrünün hər anını milli dirçəlişin və bəşəri dəyərlərin inkişafına həsr edən ümummilli lider Heydər Əliyev bu işdə həm ziyalıları müdafiə edir, həm də onların dəstəyinə arxalanırdı. Bunu ikinci dəfə ölkə rəhbərliyinə gəldikdən sonra 1993-cü il sentyabrın 21-də AMEA-da ziyalılarla görüş keçirməsi də təsdiq edir. Bütün hakimiyyəti boyu ziyalıların himayədarı olan dahi …
Ədəbiyyatşünas-alim Gülnar SƏMA.”Çağdaş Azərbaycan gerçəklikləri Fikrət Qoca poemalarında”
Post Views: 103 Müasir ədəbiyyatımızın öncül imzalarından olan Xalq şairi Fikrət Qocanın “Sönən deyil bu ocaq” kitabında müstəqillik illərində yazdığı bir sıra poemaları toplanıb. Bu poemalar istər mövzu və problematikasına, istərsə də bədii dilin orijinallığına görə diqqəti cəlb edir. Həmin əsərlərin bədii xüsusiyyətlərinə nəzər salmaqla fikirlərimizi təsdiqləyə bilərik. Altı parçadan ibarət olan “Cənnətdən qovulanlar” poeması …
Əməkdar mədəniyyət işçisi Musa NƏBİOĞLU.”SƏNƏTİN AZƏR XANLAROĞLU HƏQİQƏTİ”
Post Views: 146 Ötən ilin sentyabrında Azərbaycan aşıq sənətinin sonuncu nəhənglərindən olan Ədalət Nəsibovu itirdik. Onun ardınca Xanmusa Musayev və İsfəndiyar Rüstəmov kimi ustad sənətkarlarımız dünyasını dəyişdi. Bunlar azmış kimi, sənətdə öz dəst-xətləri ilə seçilən, hələ bundan sonra da uzun illər sənətə, mədəniyyətimizə xidmət etməli olan Vüqar Mahmudoğlu və Azər Xanlaroğlu da əbədiyyətə qovuşdular. Cəmisi …
Ədalət RƏSULOVA.”Didərgin şairin Vətən nisgili”
Post Views: 125 Sovet təhlükəsizlik orqanlarının təqibindən qurtulmaq üçün Azərbaycandan didərgin düşən, özünün və ailəsinin başına faciələr gələn, dəfələrlə ölümlə pəncələşən, vətən həsrəti ilə çırpınan Almas İldırımın həyat və yaradıcılıq yolu Azərbaycan ədəbiyyatı poeziyasında özünəməxsus yeri olmuşdur. Almas İldırım 1907-ci ildə Bakının Çəmbərəkənd deyilən dağlıq hissəsində doğulmuşdur. Atası Əbdülməhəmməd və anası Nisə xanım əslən …
Əməkdar mədəniyyət işçisi Musa NƏBİOĞLU.”Təki sağlıq olsun!”
Post Views: 173 Telefonuma zəng gəldi. Nömrə tanış olmasa da, zəng edənin səsinin şirinliyi və doğmalığı diqqətimi çəkdi. Amma etiraf edim ki, əvvəlcə tanıya bilmədim. Vəziyyəti duyubmuş kimi, xəttin o başındakı adam – tanımadınmı? – deyə soruşdu və məni çox da intizarda qoymadan əlavə etdi ki, Ələddin müəllimdir, Ələddin Borçalı! Sizi tanımamaq olarmı, – dedim, …
2020-2021-ci illərdə Azərbaycanın bölgələrində yaranan ədəbiyyata bir baxış – Gülnar SƏMA
Post Views: 162 10.03.2022 11:47 | 1638 dəfə oxunub AA+A-Digər AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun “Ədəbi proses” məruzələri sırasında bölgələrdəki ədəbiyyatın sistemli şəkildə öyrənilməsinə 2015-ci ildən başlanılıb. 2015 və 2016-cı illərdə “Bölgələrdə ədəbi həyat”ı Vaqif Yusifli tədqiq edib. Sonra iki il Nizami Hüseynov “Bölgələrdə ədəbi həyatın daha bir davamı” (2017) və “Bölgələrdə ədəbi həyat – 2018” …
Gülnar SƏMA.”Xocalı soyqırımı poemalarımızda”
Post Views: 101 Düz 30 il öncə, 26 fevral 1992-ci ildə ermənilər tərəfindən azərbaycanlılara qarşı amansız soyqırım törədildi. Tarixə Xocalı soyqırımı kimi düşmüş bu faciə demək olar ki, ədəbiyyatın əksər janrlarında təcəssümünü tapdı. Müstəqillik dövründə yazılmış Azərbaycan poemalarında isə xüsusilə qabardılıb. Ermənilərin məqsədli şəkildə türklərə qarşı həyata keçirdikləri həmin soyqırımın bədii əksi olan poema nümunələrinə …
Mənim səadətim – Şəfa Vəli yazır
Post Views: 107 Qapıların açıldığı bütün otaqlar insanın özünə tikdiyi zindandır… Bu qapıların üzbəüzündə pəncərələr varsa, zindan daha betər olur. “Qapısız-pəncərəsiz otaqmı olar?” – deməyin… Otaqları sevməyin… Ya da elə sevin ki, onun üzünə qapını, pəncərəni bağlamayın; qoyun içinə çəksin dünyanı… Yalnız o zaman o otaqlar sizin dünyanız olar… O dünyanızın içində də heç vaxt …
Arzu ÇİNGİZQIZI.”Şəhid ömrü-örnək həyat”
Post Views: 88 Şəhid ömrü – örnək həyat Şəhidlik ən ali məqamdır. Şəhid bilərəkdən, şüurlu şəkildə özünü millətinə və vətəninə qurban edən şəxsdir. Qürur duyuruq ki, bizim də ölkəmizdə özünü vətənə qurban edən və hər an qurban olmağa hazır olan oğullar var. Şuşa, eləcə də 30 ilə yaxındır, erməni işğalı altında olan torpaqlarımız …
Adilə NƏZƏR.”SİZ ÖZÜNÜZLƏ DANIŞIRSINIZ?”
Post Views: 87 Filologiya üzrə fəlsəfə doktoru,Azərbaycan Yazıçılar Birliyinin üzvü, “Kitab Evi” İctimai Birliyinin sədri Dərgilərdən birinin “Özüylə söhbət” rubrikasına yazı vermək təklifi aldığımda ilk ağlıma gələn rubrikanın adının anlamı oldu. Və düşündüm ki, hər bir insan başqası ilə söhbət edə bilmək üçün öncə özü ilə söhbət etməyi bacarmalıdır. Haradasa oxumuşdum ki, insan psixoloji baxımdan …
Xalq şairi Nəriman HƏSƏNZADƏ. “Akademik Y.E.Bertels yazıçı Mir Cəlalın evində”
Post Views: 103 Böyük Azərbaycan şairi Nizami Gəncəviyə həsr olunmuş Elmi Konfransda (6 iyun, 1947) iştirak etmək üçün Bakıya gələn məşhur Sovet alimi, Sovet türkologiya məktəbinin əsasını qoyan, ona rəhbərlik edən, Nizami epoxası, həyatı və yaradıcılığının tədqiqatçısı kimi tanınan akademik Yevgeni Eduardoviç Bertels (1890-1957) “Nizaminin poetikası” mövzusunda geniş elmi məruzə ilə çıxış etmiş və respublikanın …
Xuraman HÜSEYN.”Payız: gözəlliyin təntənəsi”
Post Views: 802 Payız: gözəlliyin təntənəsi Payızdır. Pessimist ovqata köklənməkdənsə son baharın gözəlliklərini görmək daha yaxşıdır. Təbiət bu gözəllikləri bir də düz bir ildən sonra bizə bəxş edəcək. Yaşıl, sarı, qırmızı, xınalı yarpaqlar al-əlvan çiçəklər qədər gözəldir. Hər fəslin öz gözəlliyi var, əlbəttə. Amma payızın gözəlliyi bir başqadır. İnsanın kədərli payız ovqatından sıyrılıb tədricən rəngini …
Ədalət RƏSULOVA.”NOVRUZ GƏNCƏLİ”
Post Views: 151 NOVRUZ GƏNCƏLİ XX əsrin 80-ci illərində yazıb-yaratmağa başlamış ziyalılardan biri də Novruz Gəncəli olmuşdur. Sadıqov Novruz İsmayıl oğlu 1921-ci il sentyabr ayının 12-də Bakının Maştağa kəndində anadan olmuşdur. Səkkiz yaşında olarkən atasını vaxtsız itirən Novruz böyük qardaşı Qulamhüseynin himayəsində yaşayır. O, 1934-cü ildə H.Z. Tağıyev adına Toxuculuq fabrikinin nəznində olan 63 …
Nizami CƏFƏROV.”Ədəbiyyatşünasın dünya meredianları”
Post Views: 115 Əsgər Zeynalov-70 Filologiya elmləri doktoru, professor Əsgər Zeynalov artıq neçə on illərin məhsuldar araşdırmaları ilə təsdiq etmişdir ki, o, həmkarlarının çoxu üçün səciyyəvi sayıla biləcək məhdud bir sahənin tədqiqatçısı deyil. Və onun nəşr edilmiş kitablarının adları da bunu göstərir: “Fransız ədəbiyyatında Şərq” (1996), “İrəvan ziyalıları” (1999), “Şərq Volter yaradıcılığında” (2001), “Azərbaycan bayatıları …
Milli düşüncə tariximizdə Mir Cəlal – Elnarə AKİMOVA
Post Views: 87 XX əsrin əvvəlləri Azərbaycan tarixinə sovet istilası dövrü kimi daxil olsa da, ədəbiyyat tariximiz üçün bu mərhələ böyük önəm kəsb etmiş, ədəbiyyatşünaslığımızın inkişafı istiqamətində əhəmiyyətli addımlar atılmışdır. Əsrin 20-ci illərindən başlayaraq Azərbaycan ədəbiyyatının klassik irsinin toplanması, tədqiqi, Azərbaycan ədəbiyyatı tarixi və onun dövrləşdirilməsi ilə bağlı konsepsiyaların işlənməsi, müxtəlif nəzəri müddəaların irəli sürülməsi, …
Böyük zəfərin tərənnümü – Nizami CƏFƏROV
Post Views: 99 Azərbaycan poeziyası özünün müxtəlif nəsillərdən olan nümayəndələrinin yaradıcılığı timsalında istər müstəqil Azərbaycan ərazisinin beşdən birinin keçən əsrin doxsanıncı illərinin əvvəllərində namərdcəsinə qəsb olunub əhalisinin qurbanlar verərək qaçqın-köçkün düşməsini, istər uzun illər ərzində xalqın keçirdiyi ağır iqtisadi, mənəvi-psixoloji sarsıntılarla yanaşı, göstərdiyi ardıcıl siyasi-ideoloji mübarizə əzmini, istərsə də dövlət başçımız İlham Əliyevin Ali Baş …
“Eşitsək ki, ömür – yarı…” – Şəfa Vəli yazır
Post Views: 90
Şair-publisist Əli Rza XƏLƏFLİ.”ALLAH ƏDALƏTSİZLƏRİ BEŞ DƏFƏ BAĞIŞLASA BELƏ, ƏDALƏTSİZLİKLƏRƏ HAQQ QAZANDIRANLARI BİR DƏFƏ DƏ BAĞIŞLAMIR…”
Post Views: 88 Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycan Respublikası Prezidenti Təqaüd Fondunun təqaüdçüsü, “Kredo” qəzetinin Baş redaktoru Babəkin bu günkü düşmənlərindən soruşmaq istərdim… … bəlkə kişiyana deyəsiniz : Babəkə görə sizə nə qədər pul boyun olublar… Bütün ərəb xilafəti və IX əsr Babəkə qalib gələ bilməyibsə… sən uşaq pulu təbliğatınla Babəkə qalib gələ bilməzsən… İnsafən …
Elnarə AKİMOVA.”Ədəbi tənqid və nəsr münasibətləri: dünəndən bugünə”
Post Views: 113 Təranə Turan Rəhimlinin “Azərbaycan nəsri və tənqid” monoqrafiyası sovet epoxası daxilində xüsusi mərhələ təşkil edən 1960-1970-ci illər nəsrinin ədəbi tənqiddəki mənzərəsini görükdürmək, bütöv dövrə, dövrün ədəbiyyatında müəyyən təbəddülatlara məruz qalmış nəsrin inkişaf özəlliklərinə, həmçinin həm nəsrin, həm də ədəbi tənqidin keyfiyyət dəyişiminə verilən elmi-nəzəri baxışın aspektlərini meydana qoymaq baxımından əlamətdar işdir. Əvvəlcə …
Günel MUSA.”Şuşanın ruhunu hiss etmək üçün”
Post Views: 102 Zirvələri göy üzünü qucaqlayan dağların arasında dolanbaclı yollarla üzü Allaha ən yaxın şəhərə, Şuşaya qalxırıq. Bizi Azərbaycanın mədəniyyət paytaxtına aparan Zəfər yolunu qürurla, fərəhlə qət edirik. Yolda əslən şuşalı olan həmkarım bizə Zəfər yolunu gedən ilk heyət olduğumuzu bildirir. Bu yol Füzulidən birbaşa Şuşaya çəkilən ən qısa yoldur. Səmasında müqəddəs ruhların dolaşdığı, …
İsa HƏBİBBƏYLİ.”Böyük Qayıdışın ədəbi və əbədi təntənəsi”
Post Views: 89 Azərbaycan Respublikasının Prezidenti, qalib Ali Baş Komandan kimi İlham Əliyevin qədim Azərbaycan torpağı olan Qarabağı erməni işğalından azad etməsi ölkəmizin çoxəsrlik tarixinin misilsiz və nadir tarixi hadisəsidir. Bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla həyata keçirilməkdə olan Böyük Qayıdış hərəkatının işığında Molla Pənah Vaqifin erməni qəsbkarları tərəfindən dağıdılmış məqbərəsinin əsaslı şəkildə …
Şəfa VƏLİYEVA.”Gül və onun “GÜL”ü”
Post Views: 90 “Gənc Ədiblər Məktəbi”nin müdavimi, Azərbaycan Yazıçılar Birliyi Gənclər Şurasının və Azərbaycan Jurnalistlər Birliyinin üzvü, Prezident təqaüdçüsü, “İlin gənci” müfakatçısı, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Baş redaktoru Mən həmişə özgüvən duyğumun yetərincə olmamasından əziyyət çəkmişəm.Elə bilmişəm ki, nə etsəm, nə danışsam, mütləq alternativ variantı vardır. Bu variant isə ancaq və ancaq peşmanlıq gətirir …
Vaqif Poeziya Günlərinin bərpası – təkrarlanan tarixi missiya – Elnarə AKİMOVA
Post Views: 99 Şuşada Vaqif poeziya günlərinin keçirilməsi o qədər böyük hadisədir ki, bundan layiqincə danışmaq üçün ilk növbədə özümüzün şüuraltımız idrak etməlidir. Bu tarixi hadisə ilk növbədə, 1982-ci ilin 14 yanvarında Ümummilli liderimiz Heydər Əliyevin Şuşada Molla Pənah Vaqif məqbərəsinin açılışının bir növ başqa formada, amma eyni missiya çərçivəsində təkrarlanması nöqteyi-nəzərindən əhəmiyyətlidir. Aradan keçən …
Şair İbrahim İLYASLI.”Şuşada təəssürat olmur, heyrət olur…”
Post Views: 118 Heydər Əliyev Fondundan zəng gəldi ki, adınız Şuşada keçiriləcək “Vaqif Poeziya Günləri”nə gedəcək heyətin tərkibinə daxil edilib. Həmin anda, Şuşa azad edilməmişdən bir neçə gün öncə Fesbuk səhifəmdə paylaşdığım “Alo… Alo… Şuşaya cavab ver!” mətnli qısa, ancaq qürur və həyəcan dolu statusumu xatırladım. Və eyni həyəcanla da: “Bu cür mübarək dəvətin qarşısında, …
Xalq şairi Nəriman HƏSƏNZADƏ.”Şuşalı günlər”
Post Views: 89 Biz bu dəfə Vaqif Poeziya Günlərində Şuşanı mənfur işğalçıdan azad eləyən, qəhrəman Azərbaycan ordusuna başçılıq edən qalib Ali Baş Komandanın özü ilə bir yerdəyik. Birinci vitse-prezident Mehriban Əliyeva ilə bir yerdəyik. Şuşada! “Gözəl Şuşa! Sən azadsan!..” – bu tarixi sözləri ilə ilk dəfə deyən də qalib Ali Baş Komandanın özüydü. Mən Şuşada …
Şair-publisist Əli Rza XƏLƏFLİ.”HƏR ÜRƏKDƏ KİTABIN VAR…”
Post Views: 86 Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycan Respublikası Prezidenti Təqaüd Fondunun təqaüdçüsü, “Kredo” qəzetinin Baş redaktoru ( Ustad şair İsmayıl İmanzadəyə məktub) Əziz dostum İsmayıl İmanzadə… oxudum ki, kitablarını axtarırsan… çox yaxşı…öz arxivində bir neçə nüsxənin olmaı vacibdir… Doğrusu sənin kitabların , əlbəttə , məndə vardı… axırıncı ikisini redaksiyada özün müəllif qeydinlə bvermişdin… Birincini …