kitab

Yeni nəsil Azərbaycan gəncliyinin nümayəndəsi, istedadlı qələm sahibi, “Ədəbiyyat işığı”Müstəqil ədəbi-bədii portalının Baş redaktoru, gənc yazar Əli Musanın “Sevgidir yaşadan məni” adlı ilk kitabı “Orxan” Nəşriyyat və Poliqrafiya müəssəsinin mətbəəsində 104 səhifə olmaqla, 500 tiraj həcmində işıq üzü görüb.Kitabın ön sözünün müəllifi Mingəçevir Turizm Kollecinin təlim-tərbiyə işləri üzrə direktor müavin,i dramaturq, yazıçı-publisist Əşrəf Bayram oğlu Əsgərovdur.Redaktorları Azarbaycan Jurnalistlər Birliyinin üzvləri şair-jurnalist Ruslan Ələkbərli və Təhminə Çaxmaqlıdr.Kitabda müəllifin dövri mətbuatda dərc edilmiş şeir və publisistik məqalələri yer alıb.
Kitab müəllifin oxucularla ilk görüşüdür.Geniş oxucu auditoriyası üçün nəzərdə tutulub.Poeziyasevərlər tərəfindən rəğbətlə qarşılanacağına ümid edirik.
Gündəlik İnformasiya Agentliyinin Rəhbərliyi adından sayğıdəyər dostumuz, istedadlı qələm sahibi Əli Musaya yeni yaradıcılıq uğurları və fəaliyyəti diləyirik!

Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Mətbuat xidməti