Azərbaycan Milli Elmlər Akademiyası Nizami adına Ədəbiyyat İnstitutunun əməkdaşı

XX əsr Azərbaycan ədəbi bədii fikrinin və ictimai mədəni həyatının zənginləşməsində diqqətə layiq xidmətləri olan təkrarsız şəxsiyyətlərdən biri də Xalq yazıçısı,
Əməkdar incəsənət xadimi, görkəmli nasir və dramaturq İlyas Əfəndiyevdir.İlyas Əfəndiyevin yaradıcılığı daim yüksələn xətt üzrə inkişaf etmişdir.Səksəninci illərin əvvəllərindən başlayaraq onun bədii axtarışlarında xalqımızın yaxın tarixi keçmişinə,ziddiyyətli inkişaf yoluna,mədəni və mənəvi həyatın müxtəlif sahələrində tapdıqlarımıza və itirdiklərimizə marağı daha da güclənmişdir.Yazıçının yetmişinci illərin sonu səksəninci illərin əvvələrində bir-birinin ardınca tarixi mövzuda yazdığı “Şeyx Məhəmməd Xiyabani”,”Xurşidbanu Natavan”,”Mahnı dağlarda qaldı”, “Bizim qəribə taleyimiz”və.s.pyesləri onun yaradıcılığında sosial-ictimai hadisələrin , daha da genişləndiyini, xarakter və obrazların zənginliyini göstərirdi.İlyas Əfəndiyev ədəbiyyata gəldiyi ilk illərdən qələmə aldığı hekayə,roman və dram əsərlərinin əksəriyyətini Qarabağ mövzusuna həsr etmişdir.Ömrünün sonuna qədər də bu mövqeyini qoruyub saxlamışdır.
Cəfər Cabbarlıdan sonra nəcib təbiətli qadın obrazları yazıçının dramaturgiyasında bir silsilə təşkil edir və onun pyeslərində xüsusi cazibədarlıq və maraq yaradır.
Bütövlükdə yazıçının Qarabağ mövzusunda yazdığı həm kiçik həcimli həm də nisbətən geniş əsərlərui epik janra keçmək baxımından əhəmiyyətlidir.İlyas Əfəndiyev insan xarakterində yeniliyi həssaslıqla araşdırırdı. Bədii ideya yeni mərhələdə qarşıya çıxan problemlərin həlli, maneələrin ləğvi ilə bağlı çətinlik və ziddiyyətlərin konflikti maraqla ifadə edilirdi. İlyas Əfəndiyev əsərdən-əsərə püxtələşir, mənalı konfliktlər tapmağa diqqətini artırırdı. Bu baxımdan yazıçının axtarışları 1964-cü ildə yeni bir əsərin “Sən həmişə mənimləsən”lirik-psixoloji dramını meydana gətirir.Əsərdəki surətlərin daxili aləmi maraqlı
açılsa da əsərdə gərgin psixoloji situasiyalar yaradır.İkinci bir dram əsəri olan”Atayevlər ailəsi”bütövlükdə psixoloji dramdan çox satirik, publisist dram janrının yaxşı nümunəsi kimi sayılmışdır
Yazıçının bədii ustalıqla mənəvi-sosial problemləri
qaldıran dram əsərləri Azərbaycan Dövlət Akademik
Dram Teatırında uğur qazanmışdır.Heç təsadüfi deyil-
dir ki,İlyas Əfəndiyevin dram əsərləri müxtəlif xalqların
dillərinə tərcümə olunaraq böyük müvəffəqiyyət qazan-
mışdır.
İlyas Əfəndiyev “Büllur sarayda” dramında güclü müasir-
lik ruhu aşılayır. Bu dram Ağa Hüseyn Nəcəfovun yaylaq
mülkündə cərayan edir.Min bir gecə nağıllarındakı
malikanələri xatırladan bu imarət halal zəhmətlə yox,
əyri yollarla mənimsənilən sərvətin, rüşvətin hesabına
ucaldılmışdır.
Yazıçının aktuallığı “Tənha iydə ağacı”dramında
hadisələrin Türkiyədə mühacirətdə olan Kərim bəyin
malikanəsində cərayan etsə də əsas ideya və süjet
Azərbaycanın tərkib hissəsi olan Qarabağla sıx
əlaqədardır.Əsərdə Azərbaycanın azadlığı,müstəqilliyi,
bütövlüyü problemi ön plandadır.Diqqət mərkəzində
olan iki nüfuzlu şəxsin -həkim Kərim bəylə,Professor
Behbud bəyin obrazı,nəcib arzu və xəyallarla yaşamış
iki səmimi dostun görüşü və söhbətləri bir çox tarixi
və hyati həqiqətləri yazıçı kəsgin drammatik məqamlar-
la açıqlayır.Biri vətəni tərk etməli,digəri vətəndə qalmalı
olduğu üçün xoşbəxtliyini itirən bu iki şəxsin taleyi sovet
rejiminin fəlakətli nəticələrini real faktlarla əyaniləşdirir
Qarabağa ata-baba yurduna səyahətə getmiş Sürayyə xanım da (Kərim bəyin böyük qızı) mülklərində salamat
qalmış tənha iydə ağacının doğurduğu hisslər, yaratdığı
təsirli vətən məhəbbəti ilə dolu motivlər əsərə daha da
rəngarənglik vermişdir.
Sovet imperiyasının dağılma ərəfəsində xalqımızın
taleyinə işıq salmaq,ən ibrətli hadisələri gənc nəslə çat-
dırmaq ədibin ümdə vəzifələrindən biri idi.
Şeyx Məhəmməd Xiyabani ədəbiyyatımızda Azər-
baycan xalqının birliyi probleminə həsr olunmuş ilk
dram əsəri idi.Sovetlər dövründə Şeyx Məhəmməd Xiya-
bani hərəkatına milli deyil, dini hərəkat kimi baxırdılar.
Əslində isə yazıçının təbirincə desək,Xiyabani hərəkatı
bu taydakı Demokratik Respublikanın bilavasitə təsiri
ilə cənubda yaşayan Azərbaycanlıların hüquqları uğrun-
da mübarizəyə qalxmışdır.Xiyabaninin pyesdə səslənən
monoloqları milli qeyrət vəmübarizə,Azərbaycan sevgisi ilə doludur.O,deyir :-“Ey qüdrətli Azərbaycan xalqı! ey
azadlıq uğrunda çarpışan mücahidlər! Bu alqışlar verdi-
yin qurbanların səsidir.Qoy bu qüdrətli səslər sənin ürə-
yində güclü tufanlar qopartsın! Mənim əzablar,sitəmlər
çəkmiş böyük xalqım! And olsun sənin şərəfinə,heç bir
hədə-qorxu bu qiyamı sarsıda bilməyəcəkdir! Biz şəhid
olacağıq,lakin bu yoldan dönməyəcəyik”:
– “Alovlu sözlərlə xalqa üz tutan Xiyabani oxucu və
tamaşaçı tərəfindən hədsiz bir məhəbbətlə qarşılanırdı.
Bu qarşılanma yazıçının qələbəsi və uzaqgörənliyi idi.
Cəmi iki il sonra Ermənistanın Qarabağ torpağına iş-
ğalçı hücumu başlananda Xiyabaninin bu sözləri gənclə-
ri torpaq uğrunda döyüşlərə səfərbər edən çağrış kimi
səslənirdi.Şeyx Məhəmməd Xiyabani obrazı azadlıq və
müstəqillik uğrunda şəhidliyi belə şərəf kimi qəbul edən
misilsiz bir vətənpərvər obrazı idi.
Bu mövzunu yazıçının “Unuda bilmirəm”,”Məhv ol-
muş gündəliklər”,”Büllur sarayda”pyeslərində də gör-
mək olar.
İlyas Əfəndiyevin xalqımızın taleyi və birliyi poble-
mini əks etdirən ən yaxşı tarixi əsərlərindən biri də
Qarabağ xanının qızı Xurşidbanu Natavanın həyatına
həsr olunmuşdur. Bu əsər səksəninci illərin əvvəllərində
böyük ədəbi hadisəyə çevrilir.Geniş aidatoriyasının
rəğbətini qazanır.İlyas Əfəndiyev ilk dəfə olaraq qadın
surətini tarixi dramın baş qəhrəmanı kimi seçmişdir.
Dramın uğur qazanmasının bir səbəbi tarixi hadisələrin
müasir səslənməsidirsə,digəri yazıçının yetgin sənət-
karlıq məharəti olmuşdur.
Xurşidbanu Natavan sonuncu Qarabağ xanının qızı
həm də təmiz və bəşəri hisslərin qadın duyğularının incə
nəğməkarı olan bir şairədir.Onun hüzn və kədərlə yazdı-
ğı qəzəlləri öz ağır taleyinin həmçinin Qarabağ xanlığının
XIX əsrin birinci yarısındakı süqutunun ağırlığını ifadə
edir.Onun əsərlərindəki kədər sosial səciyyə daşıyır.Elə
yazıçını da Natavanın taleyinin məhz bu tərəfi daha çox
cəlb etmişdir.Dramaturqun əsas niyyəti Natavanı həm
içtimai xadim həm də elinə obasına bağlı şairə kimi ro-
mantik obrazını yaratmışdır.Əsərdə dramatik konflikt ən çox Natavanın taleyi üzərində qurulur.
Yazıçı əsərdə Natavandan başqa Knyaz Xasay,Seyid
Hüseyn, şair Mamayı,Nəvvab,Qafqaz canişini və başqa
obrazlara da xüsusi yer vermişdir.Xurşidbanu Natavan
dramında yazıçı sovet dövlətinin dağılma ərəfəsində
cəmiyyəti narahat edən əsas məsələ xalqımızın azadlığı
və gələcək taleyi barədə düşündürürdü.Məhs bu problemi xalqımızın tarixi keçmişinə münasibət baxımından yenilikçi
və cəsarətli bir obraz kimi vermişdir.O,Natavan pyesində
özünə məxsus uzaqgörənliklə Qarabağda yuva salmış
mənfur erməni millətçiliyinin fitnəkar təbiətini xalqımız
üçün təhlükə olmasını göstərə bilmişdir.
Sovet ideyalogiyası şəraitində bu mövzunun yazıçı
tərəfindən qələmə alınması təqdirə layiq bir hal kimi
qiymətləndirilmişdir.
Ter-Vahan surəti torpaqlarımıza göz dikən xristian
dünyasına özünü qurban kimi qələmə verən erməni fit-
nəkarlarının ümumiləşdirilmiş obrazıdır.Onun yaltaqlığı,
hər dəqiqə bir cildə girib ağı qara kimi qələmə vermək
xüsusiyyəti erməni millətçiliyinin əsas obrazı kimi ümu-
miləşir.
Əsərdə İlyas Əfəndiyev Xan qızı Natavanın şəxsi tale-
yini ümumi Qarabağın taleyi ilə eyniləşdirmişdir.Onun
yaratdığı Natavan obrazı şimali və cənubi Azərbaycanın
taleyi və dərdi ilə yaşayır.İmperiyaların süngüsü ilə ikiyə
parçalanmış vətəni bütöv görmək istəyir.Bu motiv pyesdə
Natavanın həm Rusiya imperiyası,həm də İran dövlə-
ti səfirləri ilə görüşlərində daha açıq və qüvvətli səslənir.
Natavan bu iki qonşu dövləti Azərbaycanın azadlığı və
müstəqilliyi üçün təhlükə sayır və bu təhlükənin dəf edil-
məsi üçün böyük diplomatik məharət göstərir. O, öz
xalqına dərin tellərlə bağlı sadə kəndlilərin problemləri
ona rahatlıq vermir.O, Qafqaz canişini ilə görüşüb Qara-
bağ xanlığının bütün torpaqlarını və mülkünü tələb
edəndə canişin soruşur: -Bu qədər torpaq sənin nəyinə
lazımdır?
Natavan ona belə cavab verir:-“Mənim xalqım var”
Bu ideyya əsər boyu Natavanın fəaliyyətinin qayəsi
kimi diqqəti cəlb edir.
Natavan xalq üçün Şuşaya su çəkdirir,kəndli balaları
üçün məktəb açdırır,yollar çəkdirir.
Pyesin əvvəlindəki monoloqunda Natavan deyir: – Əgər
bu dünyada xoşbəxtlik deyilən bir həqiqət varsa o da
yalnız insanın öz vətəninə,öz ləyaqətinə sahib çıxma-
sındadır.Mən azadlığın qüdrətinə inanıram.İnsan ləya-
qətinin yüksəlişi üçün həqiqi vicdan azadlığı lazımdır”.
Bu sözlər “Xurşidbanu Natavan” tarixi dramındakı
müəllif fikrini yığcam şəkildə əks etdirir.
İlyas Əfəndiyevin sonuncu dram əsəri olan “Hökm-
dar və qızı” onun Qarabağa sonsuz məhəbbətindən,
dramaturgiyaya tükənməz sədaqətindən xəbər verir:
Yazıçının İbrahim xanın həyatına həsr etdiyi faciə
dramı Milli Akademik Dram Teatrının səhnəsində uğur-
la tamaşaya qoyulmuşdur. Əsərdə cərəyan edən hadisə-
lər XVIII əsrin ictimai-siyasi mühitini əks etdirir.
Dramaturq Azərbaycanın müstəqil xanlıqlardan
ibarət olduğu bir zamanı təsvir etmişdir.
Azərbaycanı öz dairəsinə almaq üçün Rusiya ilə İran
arasında amansız müharibə gedir.Rusiya-İran müharibə-
si Rusiyanın xeyrinə bitir.Rusiya Azərbaycanı öz himayə-
sinə keçirmək adı altında xanlıqların torpaqlarını bir-bir
zəpt edir.Milli bütövlük uğrunda mübarizə, xanlıqların
birləşməsi ideyası gerçəkləşə bilmir.
Dramaturq Cavad xanla İbrahim xanın qarşıdurmasın-
da milli müstəqillik, milli birlik idealı ilə mövqeyini qarşı-qarşıya gətirir.Əsərin əsas ideyası Cavad xanın müstəmlə-
kə əleyhinə apardığı dönməz mübarizələrin əleyhinə açı-
lır.”Hökmdar və qızı”əsəri dramaturqun tarixi mövzuda
yazılmış sonuncu kamil səhnə əsəridir.Əsər “Qarabağ-
namə”adı altında şöhrət qazanmışdır.
Azərbaycan torpağının gözəlliyi, Azərbaycan dilinin
şirinliyi Vətən adlı nemətin müqəddəsliyi və toxunulmaz
lığı ürəyində yurd məhəbbəti,vətən qeyrəti daşıyanların
qürur mənbəyinə çevriləcək.
Yazıçının həqiqətin geniş meydan açdığı bir dövrdə öz gənclik təravətini və romantikasını qoruyub saxlayan əsər-
ləri illər keçdikcə daha da öz aktuallığını qoruyub saxlayır.
Dramaturgiyanın mübarizə ənənələrinə xalqımızın
keçmişdə öz istiqlaliyyəti uğrunda apardığı mübarizəyə həsr olunmuş “Qarabağ” mövzusu səhnədə və dramaturgi-
yada nəcib vətənpərvərlik ideyalarının təcəssümü üçün
əvəz olunmaz yaradıcılıq təcrübəsi idi.
İlyas Əfəndiyev şəxsiyyəti zaman keçdikcə pərəstişkarla-
rı tərəfindən oxunacaq və yad ediləcəkdir.