Author: Delphi7
-
“Zərrələr” Qardaş Türkiyə Cümhuriyyətində
Bu gün çoxdan yolunu gözlədiyim, qələminə və qəlbinə dəyər verdiyim çox sadə görünüşlü qavim qardaşım, ” Başkənd Platform” nun Genəl Başkanı Mustafa Kurt bəy və məşhur jurnalist, yazıçı Zülfü Canpolad bəylə görüşümüz baş tutdu. Atalarımızın misallarında hər zaman bir hikmət olduğuna inanıram ” Sadəlik gözəllikdir” misalını da bu dəyərli insana və belə dəyərlərə şamil etdiklərini düşünürəm. Dünyanı gəzib dolanan türk dünyasında sevgi, barış, insanlıq, birlik carçısı olan, Mustafa Kurt bəy, mənim hər kəliməmi diqqət və hörmətlə dinləyib dünyanı mənim baxışımdan səbirlə, təmkinlə seyr etdi. İnsanlıq və humanistliyin ən uca zirvəsini gördüm baxışlarında və sayğılarında. Demək ki, dünyanın hansı bucağında olmağından asılı olmayaraq, ruhuna uyğun bəlkə də bir parçası olan insalarla mütləq görüşəcəksən. Onları zaman-zaman yaxından tanıyıb sevəcəksən. Onda insanlıq əsarət altından xilas olacaq. Onda qəlblər birləşib, könüllər çiçəkləyəcək. Elə eyni gözəlliklərdən bir pay da Zülfü bəyə düşürdü. İki saatlıq görüş müddətində dünyada və dünyamızda baş verən ən dəyərli mövzuları müzakirə etdik. Ruhumuzun barmaqları ilə tarixin ən zərif səhifəsinə imza atdıq. Bəlkə də əsirlərdən bəri ruhumuzun çəkdiyi həsrəti dağıtdıq. İnsanlıq halını yaşamaq və yaşatmaq müdrik insanların payına düşər deyirlər. Biz də müdrikləşdik, sadələşib rəsmiyyətdən qoparaq özümüzü tanıdıq. İnsanlarımızı sevdik.Və insan olduğmuzun fərqinə vararaq, üzərimizə düşən misyamızı yerinə yetirəcəyimizi planlaşdırdıq. Axı insan yer üzünə sadəcə yeyib-içib, yatıb eyni günü təkrarlamaq üçün gəlmədi. Söhbətimizin ən dəyərli yerində bir neçə ay əvvəl işıq üzü görən “Zərrələr” mizi Mustafa bəy, qardaşıma və onun təmsil etdiyi “Başkənd Platform” na hədiyyə etdim. Mustafa bəydə həmin “Platform” un fəaliyyət kitabını hədiyyə etdi. Bax beləcə ruhumuz təzələndi. Qəlbimiz birləşdi. İnşallah ki, yolumuz haçalanmadı. Yolun sonunda bəlkə də, min ümidin çırağı var… Milyonlarla insanların qurtuluşu. Dünyanın xarabalıqlarından keçmək çətin olsa da, abad olan könüllər yolumuzu gözləyir. Xoş gəldiniz qavim qardaşım. Xoş gəldiniz ömrümə. Allahın nuru və salamı olsun üzərinizə.
Sevgi və sayğılarımla Gülnarə İsrafilqızı.
-
Düşünmək qorxusu və fəsadları
Dünya getdikcə daha çox sosiallaşır. Bunun nəticəsi olaraq dünyanın bir-birinə uzaq yerlərində yaşayan insanlar belə artıq rahatlıqla hər gün bir-biri ilə əlaqə saxlaya bilirlər.
Dünya getdikcə daha çox sosiallaşır. Bunun nəticəsi olaraq dünyanın bir-birinə uzaq yerlərində yaşayan insanlar belə artıq rahatlıqla hər gün bir-biri ilə əlaqə saxlaya bilirlər. Sosial şəbəkələrin artdığı bu yeni dövrdə artıq heç yerə getmədən belə, dünyanın istənilən bölgəsindəki mühitlə, insanların yaşayışı, maraqları, ehtiyacları, düşüncələri, məqsədləri, həyat tərzləri və s. haqqında məlumat əldə etmək mümkündür. Təbii ki, bu sosiallığın bir çox mənfi-müsbət tərəfləri müzkirə oluna bilər. Lakin bu məqalədə qeyd etmək istədiyim məqamlar məsələnin başqa tərəfləridir. Qlobal sosial mühitin verdiyi geniş araşdırma prizması vasitəsi ilə biz nəzarətli mediaya alternativ olan, bəzən daha real, bəzən daha fərqli informasiyalar əldə edə bilirik. Dünyanın fərqli-fərqli ölkələrinin əhalisi arasında aparılan geniş miqyaslı sosial araşdırmalardan və şəxsi müşahidələrimdəngəldiyim qənaətləri sizlərə də təqdim etmək istəyirəm.
Bu yazıda insanların nə qədər qisminin özlərinin, dünyanın, ətraf mühitin varlıq səbəbini düşündüyünü, araşdırdığını və məqsədli yaşadığını öyrənmək üçünillərdir apardığım müşahidələrdən gəldiyim nəticə barədə yazmışam. Bunun üçün həm ətrafımda, həm də qısa müddət yaşadığım bəzi ölkələrdə müşahidə etdiklərimdən, dünyanın hər yerini gəzib – görmüş təcrübəli insanlarla söhbətlərdən, bu sahədə aparılmış elmi araşdırmalardan, sosial təcrübələrdən, həmdəinternet vasitəsi ilə sosial mühitdə dünyanın fərqli yerlərindəki hər təbəqədən fərqli insanlarla şəxsən apardığım söhbətlər zamanı əldə etdiyim ümumi nəticələrdən müşahidə etdiyim vəziyyəti sizlərə təqdim etmək istədim. (daha&helliip;)
-
İmtahan yeri: Dünya
Dünyada heç bir şey mükəmməl deyil. Belə olmasını gözləmək də çox yanlışdır. Tam olan, qüsursuz olan axirətdəki həyatdır. Hər yazımda mütləq dilə gətirdiyim kimi, dünya imtahan yeridir. Bunu yaddan çıxarmamalıyıq.
İnsanın qarşısına həmişə imtahanın tələbi olaraq çətinlik və sıxıntılar çıxacaq. Bunlarla depressiya, üsyan və kədərlə deyil, savab silsiləsi ilə qarşılaşdığımızı bilərək hərəkət etməliyik.
Qarşılaşdığımız çətinliklər o qədər təfərrüatlı qarşımıza çıxacaq ki… Möhtəşəm plan daxilində… İmtahanın vaxtı gəldikdə həmin saniyə yerimizdən durub əmr olunduğumuz işi görəcəyik, əmr olunduğumuz yerdə olacağıq. Burada əmr olunduğumuz deyə nəzərdə tutduğum, hələ insan doğulmadan öncə qədərində müəyyən edilənləri etməsidir. İnsan nə edirsə-etsin, nələrdən çəkinirsə-çəkinsin, nə qədər tədbir alırsa-alsın, yeri və zamanı gəldikdə qədərində özü üçün müəyyən edilən davranışın xaricinə çıxa bilməz. Həmin sözü söyləyər, həmin addımı atar, həmin hərəkəti edər və bütün bunlarla imtahan olunar. İmtahanın sirri də elə burada gizlidir. İnsan öz qədərində olanı edərkən imtahanın tələbi olaraq bunların hamısını özü planlayır və özü edirmiş kimi hiss edir. Halbuki əslində hamısı Allah tərəfindən müəyyən edilmiş qədər üzrə baş verir. Vacib olan bu vaxt gəlib çatdığı zaman insanın davranışıdır. Vicdanının səsinə qulaq asıb təvəkkül edib səbirli olacaq, yoxsa Allah qorusun, üsyankar olub üzüntüyə qərq olacaq?
(daha&helliip;) -
Mirzə TƏRXAN.”Biz hansı cəbhədən döyüşürük!?”
Əvvəla bilməmiz gərəkdiyi şeylərdən biri də budur ki,bu dünyada iki cəbhə var. Hər bir insan bu iki cəbhədən birində yer alır. Bu cəbhələr Allahın və şeytanın cəbhəsidir.Ta qədim zamandan , yəni, Adəmin(ə.s), İbrahimin(ə.s), Süleymanın(ə.s), Musanıın(ə.s) və digər peyğəmbərlərin(ə.s) zamanından bu yana şeytan Allahın cəbhəsində döyüşən insanların qarşısında olmuşdur. Bu hal hətta Allaın rəsulu Muhammədin(s.a.s) yaşadığı dönəmdə də belə idi və bu gündə belədir. Mövzumun məğzi keçmişin cəbhələrini araşdırmaq deyil, bu gün bu cəbhələrin hansı vəziyyətdə olmasını cəmiyyətimizə çatdırmaqdır. Böyük güc Allahın cəbhəsindən döyüşənlərdədir. Çünki bu cəbhədə iman deyilən bir məvhum var.Amma təssüflər olsun ki, şeytanın cəbhəsinin, özünü Allahın cəbhəsində hesab edən üzvləri vardır.Bu böyük problemdir.Bu günkü həyatımızda, yaşadığımız cəmiyyətdə, hər on ailədən doqquzu özlərini müsəlman hesab etsələr də,tutduqları cəbhəni doğru düzgün seçə bilmirlər. Şeytanın cəbhəsində ola-ola Allahın cəbhəsində olduqlarını zənn edirlər. Buna misal kimi, bir ailə tərkibindəki insanları göstərmək olar. Ata içgi aludəçisi, ana qiybətçi övlad isə islamı seçmiş bir müsəlman. Həmin övlad bir ailənin içərisindəki Allahın cəbhsini tutmuş birisi olsada valideynləri “bizdə müsəlmanıq,Allaha inanırıq” deməklə özlərini Allahın cəbhəsinə xas edərək şüytanın cəbhəsindən çıxış edirlər. Ona görə ki, Allahın cəbhəsini tutmuş kəslər Allahın qadağan etdiklərindən çəkinir, əmr etdiklərinə isə əməl edirlər.Valideynlərdə isə qadağadan çəkinmə və əmrə tabe olmaqəvəzinə kor-koranə cahillik vardır. Övladla valideynlər arasında bəzən bu səbəblərdən anlaşılmamazlıqlar olur. Bəzən məsələ o yerə çatır ki,valideynlər şeytanın cəbhəsindən hücma keçərək övlada bəzi qadağaları belə qoyrlar. Övlad isə Allahın cəbhəsində olduğu üçün valideynlərinə hörmət və nəzakətlə qarşılıq verərək onları öz əxlaqı ilə cəbhələrini müəyyənləşdirməyə çağırır. Bu isə valideyinlərə olduqca ağır gəlir. Axı onlar şeytanın cəbhəsində olmaqlarına baxmayaraq özlərini Allahın cəbhəsində hesab edirlər.Beləcə valideynlər övlad arasında xoşagəlməz problemlər ortaya çıxmağa başlayır.
Bu günki cəmiyyətimizin bu probleminin əsası cəbhələrin müəyyənləşdirilməsi üçün maarifləndirmə işlərinin aparılmamasıdır. Əgər bu istiqamətdə maarifləndirmə olarsa insanlar hansı cəbhədən döyüşdüklərini asanlıqla anlayarlar.Özümüz müsəlman ola ola cəmiyyətimizdəki müsəlmanlara xor baxmağımızın əsəas səbəblərindən biri məhz elə döyüşdüyümüz cəbhəni düzgün seçə bilməməmizdir.Allah bizi doğru cəbhədən döyüşənlərdən etsin,amin! -
Nəfsimizə məğlub olmamaq üçün çalışmalıyıq
İnsan nəfsi hər cür mənfi hissə açıqdır. Çünki dünya bir sınaq yeridir. Allah dünyadakı imtahana uyğun olaraq nəfsimizi neqativ hisslərə meyilli yaradıb. Əsəbləşmək, küsmək, incimək, qısqanmaq, intiqam alma hissi… Bunların hamısı imtahanın tələbi olaraq ruhumuza hiss etdirilir.
İmanlı, Allahdan qorxan, Allahı çox sevən insanların üstünlüyü bu hisslərə qarşı göstərilən iradə ilə ortaya çıxır.
Demək olar ki, hər insana doğulduğu andan etibarən şüursuzca verilən bir təlqin var: ruhunda nə hiss edirsə, ona uyğun reaksiya vermək. Məsələn, bir uşağın ürəyi sıxılırsa, qaşqabaqlı oturmalı olduğunu öyrənir. Əsəbləşdikdə qışqırması, nəzarətsiz hərəkətlər etməsi sözlə olmasa da, davranışla ona öyrədilir. Kədərləndiyində ağlamağın normal olduğu düşüncəsi aşılanır.
Mənfi də olsa bu reaksiyaların ortaq olması və demək olar ki, hər kəs tərəfindən edilməsi uşaqların yanlış əxlaqa asanlıqla adaptasiya olmasına səbəb olur. Bu kimi insanlar həyatları boyunca da uşaqlıqdan qazandıqları bu mənfi təcrübələrin əziyyətini çəkirlər. (daha&helliip;)
-
“Zərrələr” Naxçıvan Yazıçılar Birliyinə hədiyyə edildi
Hər şeyin ilki gözəldir. İnsan arzularla yaşayır. Zaman -zaman bu arzularının həyata keçməsi üçün böyük iradə və əzmlə çalışır. Sonda isə o arzuya çatdıqdan sonra özünü dünyanın ən xoşbəxt insanı hesab edir. Bu gözəl işlərdən biri də DGTYB-nin üzvü, gənc yazar, Bakı Slavyan Universitetinin yaradıcılıq fakultəsinin tələbəsi Gülnarə İsrafilqızının təşkilatçılığı ilə nəşr olunan və 49 şairin yer aldığı “ZƏRRƏLƏR” antologiyası oldu. Antologiya Azərbaycan Dövlət kitabxanalarına, Naxçıvan Yazıçılar Birliyinə hədiyyə edildi. Arzu edərdim ki, bu kitab gələcəkdə həm Azərbaycan ədəbiyyatı, həm də gənc yazarlar üçün bir stimul və ədəbiyyatda qazanacaqları uğurların başlanğıcı olsun. Uğurlar!
İlkin ABBAS,
Azərbaycan Jurnalistlər Birliyinin Sumqayıt şəhər təşkilatının elektron orqanları
Gündəlik İnformasiya Agentliyinin və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının
Yönətim Kurulunun Fəxri üzvü və əməkdaşı -
Aytən QULİYEVA.Yeni şeirlər
ONUN QÜDRƏTİDİR
Zərif tut yarpağın atlas eyləyən,
Onun qüdrətidir, onun qüdrəti.
Dəryada balığa üzmək öyrədən,
Onun qüdrətidir, onun qüdrəti.Susuz çöl, çəmənə yağmur göndərən,
Ay, günəş yoluyla işıq göndərən,
Kiçik bir toxumu çinar eyləyən,
Onun qüdrətidir, onun qüdrəti.Meyvəyə dad verən, ətirlər verən,
Nazik bir budaqda üzüm, nar verən,
Sonsuz nemət verən, bərəkət verən,
Onun qüdrətidir, onun qüdrəti.Alimlər heyrandır onun elminə,
Bağbanlar məftundur onun sehrinə,
Düşünməyi verən insan beyninə,
Onun qüdrətidir, onun qüdrəti. (daha&helliip;) -
Aytən QULİYEVA .”Əziz müəllimlər!”
Həyatda görüblər çətinlikləri,
Elmdə üzüblər dərinlikləri,
Çatdırıblar bizə hər bilikləri,
Sənəti əzizdir hər bir müəllimə.Qarlı qış günündə, yağış yağanda,
Məktəbə tələsib yorğun vaxtında,
Yolların ağrısı dabanlarında,
Bu yollar əzizdir hər bir müəllimə.Hər şagird uğuru onun sevinci,
Əlləri qızıldır, gözləri inci,
Şərəf lövhəsində adı birinci,
Şagirdi əzizdir hər bir müəllimə.Onlardır həqiqət, bilik mənbəyi,
Vətəni, torpagi,yurdu sevməyi,
Onlardan öyrəndik vətən sevməyi,
Öz xalqı əzizdir hər bir müəllimə.Aytən, təbrik edir sizi ürəkdən,
Xoş günlər dilədim sizə ürəkdən,
Müqəddəs bu günü yazdım ürəkdən,
Bu gün çox əzizdir hər bir müəllimə. -
Şəfa VƏLİYEVA.”Yolçusu sevilməz ki…”
AYB, DGTYB və “Gənc Ədiblər Məktəbi”nin üzvü,
Azərbaycan Respublikası Prezidentinin Təqaüd Fondunun təqaüdçüsüHər səs gələn tərəfin
Yolçusu sevilməz ki…
Payız boyda qəhərin
Sarısı silinməz ki…Saçlarını yolmağa
Başlayıbdı ağaclar…
Bu mövsüm Xan bağında
Oturmağa ürək var?Yaxşı ki, yolun düşmür
Bu aralar Gəncəyə…
Baxışımdan üşüyüb
Küsərsən gəlməyinə…Gərək mən də tez qaçım…
Bakı, Qazax… ya səbr!
Durum qapını açım:
-bu sənsən, oktyabr? -
Şəfaqət CAVANŞİRLİ.”Sevginin gözləri” romanının XVII hissəsi
Kərim axşam oğlunun evinə gəldi. Həqiqətləri oğlundan gizlətdiyi üçün peşman olmuşdu. Əgər Fidanın vəziyyətini bilsəydi, imkan verməzdi oğlu Lamiyə ilə evlənsin. Lamiyə qaynatasını yaxşı qarşıladı, görüşdülər. Səfər qonaq otağında kitab oxuyurdu. Atasının onu soruşduğunu eşidəndə qapının ağzına gəldi.
Səfər – Axşamın xeyir.
Kərim – Axşamın xeyir. Səninlə söhbətim var.Kərim gəlininə baxdı, sözünə davam elədi.
– Tək olsaq yaxşı olar.Lamiyə pərtliyini bildirməmək üçün gülümsədi:
– Mən sizə çay süzüm.
Kərim etiraz elədi.
– Lazım deyil. Çox qalmayacam onsuzda. Oğlumla söhbət edib gedəcəm.Lamiyə bilirdi ki, Səfərlə evləndiyi üçün qaynatasının gözündən düşüb. Onunla əvvəlki kimi görüşmür, soyuqdur.
Lamiyə – Yaxşı, mən otağıma gedirəm. Gecəniz xeyrə.
Səfər – Gecən xeyrə.
Lamiyə ikinci mərtəbəyə qalxdı. Kərim oğluyla qonaq otağına keçdi.
Səfər – Lamiyəyə qarşı soyuqluğunu bir kənara qoy, ata.
Kərim – Səndən istifadə etdiyi üçün onu heç vaxt bağışlamayacam. Nə isə… Mövzumuz Lamiyə deyil. Fidan haqqında danışmağa gəlmişəm.
– Ata, Fidan nə etdisə özünə etdi.Ağlı olsaydı, bugün arvadım olardı.
– Sən də vaxtında qıza toxunmasaydın, bugün başqasının ailəsi olardı.Səfər atasının dediklərinə mat-məətəl qalmışdı.
– Sən bunu hardan bilirsən? Ümumiyyətlə bu nə söhbətdi edirsən? Aramızdakı pərdəni götürmək istəmirəm. Fidan keçmişdə qaldı. İndi mənim pis-yaxşı ailəm var.
– Fidan heç vaxt sənə xəyanət etməyib. Hal-hazırda Təhminə ilə birlikdə yaşayır. Fidanı aldadıb o evə aparıblar, şəkilini də çəkiblər.
– Nədi? Deyirsən indi o şəkil məcbur çəkilib? Fidan o şəkildə gülümsəmişdi.
– Otur, sənə hər şeyi danışacam. Coşmağın mənası yoxdur.Səfərlə atası üz-üzə stol arxasında oturdular. Kərim dərindən nəfəs alıb təmkinlə oğluna hər şeyi izah etməyə başladı.
(daha&helliip;) -
Saqif QARATORPAQ.”Nəsə yaz,göndər.”
Zalım,hərdən mənə
nəsə yaz,göndər.
ya bircə söz,
ya ondan az göndər.Əllərinin ətri qalan
bir ağ varaq da bəsimdi.
Göndər,küləklər gətirən
bircə soraq da bəsimdi.Gülüşünü qoy bir zərfə,
nolar lap eləcə göndər.
Uşaqlar yüyürsün bizə,
“məktubun gəldi”-desinlər…Səndən gələn bir ismarıc
döysün qapımı bir sabah.
Elə eylə aradabir
qoy gözəl olsun darıxmaq. -
“Azərikimya” İB-də kadr hazırlığı işi həmişə diqqət mərkəzində saxlanılır – MÜSAHİBƏ
“Azərikimya” İB-nin İcraçı direktorunun Kadr, rejim və informasiya texnologiyaları üzrə müavini Xalıq Mustafayevlə müsahibə
– Xalıq müəllim, kadr hazırlığı işi dedikdə, ümumiyyətlə, nələr nəzərdə tutulur?
– Kadr hazırlığı işi özlüyündə çox geniş anlayışdır və bir neçə mərhələni əhatə edir. Bura ehtiyac duyulan sahələr üzrə kadrların sifarişinin verilməsi, kadr ehtiyatının yaradılması, təlimlərin keçirilməsi, təhlillərin aparılması ilə bərabər, işçilərin ixtisasartırma, ixtisasdəyişmə və yeni ixtisasa yiyələnmə kurslarında iştirakının təşkili, bilik səviyyələrinin yoxlanılması, əməyin ödənilməsi dərəcəsinin artırılması, eyni zamanda karyera yüksəlişi üçün attestasiyaların keçirilməsi, digər şirkətlərlə – əsasən də istehsal xüsusiyyətlərinə görə yaxınlıq və uyğunluq təşkil edən şirkətlərlə təcrübə mübadiləsinin təşkili, işçilərin vəzifə standartlarının hazırlanması və s. daxildir.– Son illər Karyeranın idarə edilməsi sistemindən geniş bəhs edilir. Ümumiyyətlə, bu məfhum özündə nəyi ehtiva edir?
– Son dövrlər SOCAR-da vəzifə təlimatlarının hazırlanması və karyera inkişaf sisteminin tətbiqi ilə bağlı müasir tələblər və beynəlxalq təcrübəyə uyğun olan yeni standartların hazırlanması istiqamətində mühüm işlər görülüb. Bunlardan biri də 2013-cü ildə SOCAR-ın Ekologiya İdarəsi və İnformasiya Texnologiyaları və Rabitə İdarəsində “Karyeranın idarə edilməsi sistemi”nin pilot layihə kimi tətbiq olunmasıdır. (daha&helliip;) -
Sumqayıt kimya sənayesinin ən məsuliyyətli sahəsini 52 il çiyinlərində daşımış insan
Qorxmaz Tağıyevlə tanışlığımın tarixçəsi 12 il bundan öncəyə – 2003-cü ilə təsadüf edir. Həmin ildən Azərbaycan Jurnalistlər Birliyinin Sumqayıt şəhər təşkilatının sədri seçildiyimdən təşkilatın qeydiyyatında olan birlik üzvlərinin hesabatını aparır, kimin hansı sahədə fəaliyyət göstərdiyini saf-çürük edirdim. Məqsədim 60 nəfərdən artıq jurnalisti öz ətrafında birləşdirən təşkilatın məlumat-sorğu kitabçasını hazırlamaq idi. Onu da öyrəndim ki, “Azərikimya” Dövlət Şirkətinin “Azərbaycan kimyaçısı” adında qəzeti nəşr olunur və bu qəzet də ətrafında İbrahim Abdullayev, Bəhmən Abışov, Beydulla Bilalov və Rasim Zamanov (foto-müxbir) kimi tanınmış jurnalistləri birləşdirir. O vaxta qədər Qorxmaz müəllimi tanımırdım. Tanışlığımız da elə təşkilatımızın ofisində – “Möhtəşəm Azərbaycan” qəzetinin redaksiyasında oldu. Əlində SSRİ Jurnalistlər İttifaqının üzvlük vəsiqəsini tutmuşdu. Məlum oldu ki, imkan edib vəsiqəsini dəyişdirə bilməyib. Eşidəndə ki, AJB-nin Sumqayıt şəhər təşkilatı yaradılıb, ona görə də vəsiqəsini yeniləməyə gəlmişdi. İlk baxışdan asta yerişli, aram danışıqlı bu adam mənə qəribə təsir bağışlamışdı. Tanış olandan sonra gördüm ki, bu sakit təbiətli insanın qəlbində hər an püskürməyə hazır olan bir vulkan yatır. Bir neçə saatlıq söhbət əsnasında bunu da anladım ki, Qorxmaz müəllimin gördüyü işləri, çoxşaxəli fəaliyyətini bir insan ömrünə sığışdırmaq qeyri-mümkündür. (daha&helliip;)
-
Eldar Nəsibli Sibirel.Şeirlər
QƏRİBSAMİŞƏM-1972
Bu axşam nədənsə yaman kövrəyəm
Közərib od alır fikrim, xəyalım.
Bu axşam həsrətlə vuran ürəyəm.
Dağılıb, pərişan olubdur halım,
Sənsən, doğma yurdum, könlümə düşən,
Bu gün səndən ötrü qəribsəmişəm.Hanı bir mahnının tilsimiylə mən,
Bir yaşıl çəməndə yatıb qaldığım?
Qaçan cüyürlərin çəhrimiylə mən,
Yorub yollarını əldən saldığım,
Ay damğacı düzüm, ay yanıq meşəm,
Bu gün səndən ötrü qəribsəmişəm.Hanı dalğa-dalğa coşub-kükrəyən
Sevgi fərəhimin uçan gülüşü?
Zalım qardaşından qorxub titrəyən
Bir qız dodağının qaçan gülüşü?
Görüşə gecikən, gözü-bənövşəm,
Bu gün səndən ötrü qəribsəmişəm. (daha&helliip;) -
Şəfa VƏLİYEVA.”Göydə ulduz əlçim-əlçim”
AYB, DGTYB və “Gənc Ədiblər Məktəbi”nin üzvü,
Azərbaycan Respublikası Prezidentinin Təqaüd Fondunun təqaüdçüsüGöydə ulduz əlçim-əlçim,
Gözlərimə baxar, gedər…
Bu həsrətə dözəcək kim,
Həsrət məni yaxar, gedər…Göydə ulduz qatar-qatar,
Sərnişini xəyalındı,
Bəxtim elə yatar, yatar,
Röyası da hicranındı…Göydə ulduz birər-birər,
Hərəsi bir güvən, ümid…
Məni məndən alar gedər,
Vüsaldan üzülən ümid…Göydə ulduz düzüm-düzüm,
Unutdurar məni mənə…
Daha yoxdur sənə sözüm,
Qaytar ver özünü mənə… -
İslam dünyası
Yanlış bilinən gerçək İslam
İslam dünyası xurafat və radikalizm təhlükəsi ilə uzun müddətdir ki, mübarizə aparır. İslama xurafatı daxil etməyə çalışanların sayı çox olmasa da bu azlığa inanan insanların sayı çoxdur. Hətta mediada da bu insanlar “müsəlman” kimi tanıdılır. Həmin insanlar adətən nifrət, təhdid, qorxu və qəzəblə ön plana çıxan və şiddət tətbiq edərək gündəmdə qalan insanlardır. «Müsəlman» deyildikdə yada bu insanların sevgisiz üzləri gəlir. Bu da müharibə, nifrət və qəzəbə səbəb olur.
Müsəlman olduqlarını iddia edən xurafatçılar dinlərini İslam deyə tanıdıblar. Halbuki bu dinin İslamla heç bir əlaqəsi yoxdur. Bu kimi insanların böyük əksəriyyəti əslində necə bir xətanın içində olduqlarını bilmirlər. Bu insanlar Quranla müəyyən edilən halalları və gözəllikləri haram etmək, İslam dünyasına keyfiyyətsizliyi gətirmək və sülh dini İslamı müharibə və nifrət dini kimi göstərmək üçün geniş fəaliyyət göstərirlər. Dinə daxil etdikləri xurafatların mənbəyi haqqında soruşduqda isə heç vaxt Qurandan dəlil gətirə bilmirlər. Bir çoxu bilgisi olmadan Quranın təriflədiyi gözəllikləri özlərinə və müsəlmanlara haram edərək uca Rəbbimizin “Ey iman gətirənlər! Allahın sizə halal buyurduğu pak nemətləri (özünüzə) haram etməyin və həddi aşmayın. Doğrudan da, Allah həddi aşanları sevməz!” (Maidə surəsi, 87) ayəsinə zidd hərəkət edirlər. Nəticə etibarilə də nifrət formalaşdırırlar. (daha&helliip;) -
Mayisə ƏSƏDULLAQIZI.Yeni şeirlər
Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü,
“İctimaiyyət və təhsil” qəzetinin təsisçisi və baş redaktoruŞƏHİDLƏR XİYABANI
Şəhidlər Xiyabanı,
Mənim Məkkəm, Mədinəm!!
Doğma övladlarındı,
Körpə qanadlarındı,
Sənin qoynunda yatan…
Onlar olub nahaqqın başına
Kəmənd atan!
Onlar olub düşmənə,
Şeytan bilib daş atan!!
Onları tanımayan,
İnsanlıqdan kənardı,
Məzarları başında,
Vətən sevgisi vardır!
Onları tanımayan ,
Bizləri nə anlayar?!.
Nadanların işidi,
Dünyanı qandallayar!!
…Şəhidlər Xiyabanı,
Mənim Məkkəm, Mədinəm!!
Onlar olub nahaqqın başına
Kəmənd atan!
Onlar olub düşmənə,
Şeytan bilib daş atan!!
Doğma balalarındı,
Sənin qol-qanadındı,
Vətən, qoynunda yatan!!ATALAR
Ata evimin varı, könlümün pənahıdır,
Tanrının bəxş etdiyi ocağımın şahıdır.
Odur bu ürəyimdə, parlayan, yanan günəş,
Odur tənha qəlbimə yaşamaq üçün atəş.
Odur halal süfrəmin suyu, çörəyi, duzu,
Odur min zəhmət ilə boya çatdıran bizi!
Ta körpə vaxtlarımdan duaların sevmişəm,
Bəlkə də duasıdır, mən kitaba dönmüşəm!!
Ahıl yaşlı atalar, gözünüz nurla dolsun,
Zəhmətiniz gül açsın, Tanrı sizə yar olsun!! -
Aytən QULİYEVA.Yeni şeirlər
ATAM
Zəmanə nə çətin, nə ağır gəlib,
Kələksiz bir nəfər tapılmır, atam.
İllərdən illərə dərd ağır gəlib,
Sinədən sökülüb atılmır, atam.Dəlallar çoxalıb, dünya dağılır,
Qocalmış analar evdən atılır,
Körpələr atılır , körpə satılır,
Kor olub vicdanlar sızlamır, atam.Bu gündən sabaha ümid qalmayıb,
Əvvəlki sədaqət , hörmət qalmayıb,
Cox əfsus, rəhmli insan qalmayıb!
Zamanla yaramız sağalmır, atam.Səmum küləkləri əsir durmadan,
Cəlladlar boyunlar kəsir durmadan,
Hər yanda şər toxum əkir durmadan,
Rüşvətsiz bir işə baxılmır, atam.İsmətli insanı şərə salırlar,
Qeyrətli olanı tora salırlar,
Silahın gücüylə torpaq alırlar,
Haqlılar haqqına çatammır, atam.Yorulub Aytənin, yorulub yaman,
Bu dünya yalanmış, kökündən yalan,
Bir günün içində qocalır insan,
Dərd var ki qələmlə yazılmır, atam.
Yazı var heç çürə pozulmur, atam.SEVMƏ EY KÖNÜL
Gör kimin dərdiylə yandın-yaxıldın,
Səni sevməyəni sevmə ey könül.
Pərvanə misali odlara yandın,
Səni sevməyəni sevmə ey könül.Axdı gözlərindən ruhun çeşməsi,
Fələkdən qəm aldı həsrət nəğməsi,
Bu dərdin dedilər yoxdur çarəsi,
Səni sevməyəni sevmə ey könül.Sevgi ucuz deyil, satma bilməzə,
Tökmə göz yaşını dəyər-dəyməzə,
Qara sevda səni gətirər dizə,
Səni sevməyəni sevmə ey könül.Yolub saçlarını, dizinə döymə,
Bir bağlı qapını boş yerə döymə,
Dəyməz onun üçün bu qədər ölmə,
Səni sevməyəni sevmə ey könül.Yığma kürəyinə hicran qəlpəsi,
Özgə birisidir onun qibləsi,
Çürüdər qəlbini həsrət naləsi,
Səni sevməyəni sevmə ey könül.Ay kimi bölünüb, ay kimi tənsən,
Şam kimi əriyib, dən-dən itərsən,
Aytən, bu dünyadan təmiz bezərsən,
Səni sevməyəni sevmə ey könül.
Səni sevməyəni sevmə ey könül. -
Zeynəb DƏRBƏNDLİ.”Atdı bizi”
Gündəlik İnformasiya Agentliyinin və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının
“Cənubi Qafqaz Xalqları üzrə xüsusi müxbir”i, Azərbaycan Yazıçılar Birliyinin üzvüTülküyə qardaş dedik.
Lələlər atdı bizi.
Quyruğundan yük asıb.
Şələlər atdı bizi.Yoxdur evi,eşiyi.
Çaqqal çəkir keşiyi.
Kor qoyublar beşiyi.
Belələr atdı bizi.Zeynəb, çoxdur yalanlar.
Kef eləyir ilanlar.
Ağa olub nadanlar.
Külələr atdı bizi. -
Mais TƏMKİN.Şeirlər
Hikməti sözündə axtar(kitab)
Təcnis
Yığılın başıma, yığılın, dostlar ,
Sizə söhbət açım bir şux gözəldən.
Vəsfini çəkməyə qələm acizdi.
Əl gözdən gözəldi, həm də, göz əldən.Onsuz qaranlıqdır mənə hər yarın,
Yanlışsa sözlərim, sinəmi yarın.
Həsrətini çəkmək ilə o yarın,
Düşübdü saçıma necə gözəl dən.Həm yaşıl yaraşır, həm də, ağ- yara,
Qaranlıq zülməti gərək ağ yara.
İşdi, birdən qismət olar əğyara, (daha&helliip;) -
Nail DAĞLAROĞLU.Şeirlər
Təcnis
Qəm içində qorxu düşüb canama,
Yarım məni qəm qoynana ay ata.
Diləsəmdə imdad uca göylərdən,
Səsim çatmaz ulduza ta, aya ta.Nanəciblər gülü bağdan dərdimi?,
Sirdaşım yox açam deyəm dərdimi.
Qara bəxdim bağlı qalan “dərdimi”?,
Qorxum budur yatan bəxdim a yata.Mən Nailəm, dəli könlüm nəsazdı.
Sinəmdəki kökdən düşən nə sazdı?.
Sevən könlüm nə xəsdədi, nə sazdı,
Rəbbim yetiş yatan bəxdi ayat a. (daha&helliip;) -
Elnur ABDİYEV.Yeni şeirlər
Yaşaram
Gün-gün qoydu,yaş üstünə yaş adım,
Ötüb keçdi tutmadı bu yaş aram.
Dünənimi bu gün üçün yaşadım,
Bu günümü sabah üçün yaşaram.Öz səhvini gözlərində böyüd, ər,
Düzlərini nöqsan-nöqsan böyü, dər.
Hər insanda həyat dünya böyüdər,
Mən özüm də ya kürəyəm,ya şaram.Ol dəryada qəvvas, Coşqun,inciyə.
Ləl-ləl bəzə ömrü qoyma, inciyə.
Məğlub olsan,dönəcəksən inciyə,
Qalib ol ki,deməsinlər,yaşa ram.\ (daha&helliip;) -
Elnur RƏSULOĞLU.”Ruslan Dost Əlinin “Xanım” şeirinin çatışmayan cəhətləri”
Ruslan Dost Əlinin gənc “şairlər”in “mənəvi anası” Fərqanə Mehdiyevaya ünvanlayıb doğum günü hədiyyəsi kimi qələmə aldığı “Xanım” şeirinin çatışmayan cəhətləri:
1. Şeirdən əvvəl leksik-lüğəvi mənası izah edilmiş “fərqan” sözünün və Özbəkistanın xatırladılan Fərqanə şəhərinin “Fərqanə” adı ilə heç bir əlaqəsi yoxdur.
2. Şeirin 4-cü bəndinin sonuncu – axırıncı – 4-cü misrasından başqa, yerdə qalan bütün bəndlərin sətirləri kiçik hərflərlə başlayır.
3. İlk baxışdan bilmək olmur ki, bu şeir “Xanım” rədifli gəraylıdır, yoxsa bəndlər şəklində olan 8-lik.
4. Şeirin 1, 2 və 4-cü bəndlərinin sonuncu – axırıncı – 4-cü misralarında hecaların sayı 8 olmalı olduğu halda, 7-dir.
4. 1. Şeirin 1-ci bəndinin sonuncu – axırıncı – 4-cü misrası “axşamın xeyir, xanım!” deyil, “Axşamınız xeyir, xanım!” şəklində olmalı idi.
4. 2. Şeirin 2-ci bəndinin sonuncu – axırıncı – 4-cü misrası “allah nə deyir, xanım?” deyil, “İlahi nə deyir, xanım?” şəkilndə olmalı idi.
4. 3. Şeirin sonuncu – 4-cü bəndinin axırıncı – 4-cü misrası “Şeirdi.. Şeir xanım” deyil, “O, şeirdir… Şeir xanım” şəklində olmalı idi.
5. Şeirin 2-ci bəndinin 1, 2 və 3-cü sətirlərində 4+4 şəklində olan misradaxili bölümü – təqtisi pozularaq 3+5 formasında təqdim edilmişdir.
6. Şeirin 4-cü bəndinin 2-ci misrasında “deyil” təkriri – təkrar olunan sözü “deyir” kimi səhv getmişdir.Əziz dostlar, Ruslan Dost Əlinin gənc “şairlər”in “mənəvi anası” Fərqanə Mehdiyevaya həsr etdiyi “Xanım” şeirini olduğu kimi Sizə təqdim edirəm:
Fərqan: odu görən, işığı seçən deməkdir.
Ferqane xanım, ürəyinizin odunu, gözlərinizin işığını tanrı tükətməsin!
Xatırladım ki, Özbəkistan’ın bir şəhəri ilə də adaşsız …
Ayrıca sizin bir adınız da ŞEİRdir, mənə görə!DOĞUM GÜNÜNÜZ MÜBARƏK, ŞEİR XANIM!
necəydisə elə gəldi,
al körpəni bələ, gəldi,
bu axşam da belə gəldi,
axşamın xeyir, xanım!özümü, səni bilirəm,
bilirsən məni, bilirəm.
bəndə deyəni bilirəm,
allah nə deyir, xanım?yığışdır üz süfrəsini,
o bir cüt göz süfrəsini.
gəl açaq söz süfrəsini,
hamı çörək yeyir, xanım..bu qan mənim qanım deyil,
hər kimindi “canım” deyir.
o Fərqanə xanım deyil,
Şeirdi.. Şeir xanım … -
Bəstəkar-jurnalist Elmir Mədətoğlu “Cəsarətli qələm” diplomu ilə təltif olunub
Gündəlik İnformasiya Agentliyinin və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının “Şərqi Slavyan Xalqları üzrə xüsusi müxbir”i, istedadlı qələm sahibi, bəstəkar-jurnalist Elmir Mədətoğlu “Dövri mətbuatda cəsarətli qələm sahibi olduğuna görə” “Qafqaz-Media” İctimai Birliyinin təsis etdiyi “Cəsarətli qələm” mükafatına layiq görülüb.
Qeyd edək ki, bundan öncə şeirləri “Zərrələr” antologiyasında dərc olunmaqla, ilk dəfə olaraq, respublika səviyyəsində ictimaiyyət nümayəndələrinin nəzərinə çatdırılıb.Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Mətbuat xidməti
-
Xuraman Camalqızı “Qızıl qələm” media mükafatına layiq görülüb
17 Sentyabr 2015-ci il tarixində Çağdaş Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, istedadlı qələm sahibi, Gündəlik İnformasiya Agentliyinin və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Yönətim Kurulunun Fəxri üzvü və əməkdaşı, şairə Xuraman Camal qızı Abbasovaya Azərbaycan Respublikası Kütləvi İnformasiya Vasitələri İşçiləri Həmkarlar İttifaqı Rəyasət Heyətinin qərarı ilə “Qızıl qələm” media mükafatı təqdim olunub.
Qeyd edək ki, bundan öncə şeirləri Çağdaş Azərbaycan ədəbi mühitində fəaliyyət göstərən müxtəlif mədəniyyət və ədəbiyyat yönümlü portallarda dərc olunaraq, ictimaiyyət nümayəndələrinin nəzərinə çatdırılıb.Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Mətbuat xidməti
-
Şairə-publsist Mayisə Əsədullaqızı “Təşəkkürnamə” ilə təltif olunub
23 Sentyabr 2015-ci il tarixində Çağdaş Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Gündəlik İnformasiya Agentliyinin və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Məsul katibi, Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, “İctimaiyyət və təhsil” qəzetinin təsisçisi və baş redaktoru, “Qızıl qələm” media mükafatı laureatı, şairə-publisist Mayisə Əsədullaqızı Respublika əlil və şəhid ailələrinin “Vətənpərvərlik” cəmiyyətinin Ulu öndərimiz Heydər Əliyev və Azərbaycan Respublikasının Prezidneti İlham Əliyevin adına təsis etdiyi “Vətənpərvərlik hisslərinin aşılanmasında və Milli dəyərlərimizin qorunmasında əvəzsiz xidmətlərə görə “Təşəkkürnamə” ilə təltif olunub.
Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Mətbuat xidməti
-
Şafa KAMİLLİ.”Unutmaq gərək…”
Mən nə yaza bilirəm ,nədə danişa ,
Qəlbimdə bir daşa dönmüsən ,
Ey qeddar insan ..
Özündə daşsan ,
Bu qədər ,qeddarsan ,bu qeder qəddar ,
Qəlbimdə bir daşa dönmüş ,qubarsan ,
Nə etdim unuba bilmədim səni ,
Dəyərmi bu qədər sevqiye du daş ?
Qəlbimi ,qanimi ,dondirdun , getdin ,
Dəyərmi İlahi ?
Yetmədimi ,daha ?
Unudmaq buqeder cetnmiş demək ?
Nə cətin ,nə əzba ,nə zülüm imiş ,
Bu boyada sevqiyə laqid olmayan ,
Bəs niyə bu qeder sevilir Allah ?
Özü daş ,qəlbi daş ,insafsiz biri ..
Bu qeder sevgiyə laiqmi görən ?
Untmaq bu qədər ezabmiş demək ..
Sevəni sevəsən dünyada qerek ..!
Sevməyən daşları unudmaq qərək !
Nə qeder cetin olsada belə,
Qelbi daş insani sevməmk gerek ….
Sevgiyə ,inama ,laiq olmayan ,
Qəlbin donduran ,qeddar birini
Cox cetin olsada , unutmaq qerək !
Unutmaq qerək !……..27.09.2015.
-
Mayisə ƏSƏDULLAQIZI.”Bu həyat yolunda”
Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü,
“İctimaiyyət və təhsil” qəzetinin təsisçisi və baş redaktoruNeçə ürəkləri varaqlamışam,
Neçə çəmənləri oraqlamışam.
Neçə sevənləri soraqlamışam.
Heç demə naşıyam, ruhum bir incim,
Dünya sevncimdən olub bir əlçim.
Mən sevən biriyəm, sözə bağlıyam,
Cüt qoşa qanada, gözə bağlıyam,
Kədəri, qüssəni atmağa nə var,
Ürəyi sevgiylə vuran insanın,
Ruhuna bulaqtək axmağa nə var?!
Qəlbini bir sözlə almağa nə var?!
Yurdumun bu ilıq, od nəfəsindən,
Mən ilham alaraq cilalanmışam,
Qəlbi bədxahların daş qəfəsindən,
Kədərdən ələmdən uzaqlaşmışam.
Çəməndə çiçəklə, aranda güllə,
Meşədə kəkliklə, bağda bülbüllə,
Dərələr keçmişəm, dağlar aşmışam,
Qayada bulaqla dodaqlaşmışam.
Uzaq səfərlərdə yaraqlaşmışam.
Bu həyat yolunda bulaqlaşmışam.
Kədəri, qüssəni atmağa nə var,
Ürəyi sevgiylə vuran insanın,
Ruhuna bulaqtək axmağa nə var?!
Qəlbini bir sözlə almağa nə var?! -
Ülviyyə VAHİD.Yeni şeirlər
UNUDA BİLSƏN
Bir sevgi əkmişdik,ümid bağında,
Saralıb məhv oldu gözəl cağında,
Bitdi ömrü baharın da, yazın da,
Unut məni, əğər unuda bilsən.Talan olub,məhv oldusa bu sevgi,
Zəhər olub, içildisə bu sevği,
Ömrümüzə qonaqmışsa bu sevği,
Unut məni, əğər unuda bilsən.
Həyatın oyunu sərtdi, bilirsən,Artıq yolun sonu,sən də bilirsən.
Unudulmaq yaman dərddi,bilirsən,
Unut məni, əğər unuda bilsən.
Artıq unut məni, unuda bilsən…
(daha&helliip;) -
Şəfaqət CAVANŞİRLİ.”Sevginin gözləri” romanının XVI hissəsi
Kərim indi elə bir vəziyyətə düşmüşdü ki, bilmirdi oğluna nə desin. Cəmilə mətbəxdə Kərimə Aynurla birlikdə gördüklərini ərinə danışanda Kərim utandığından Aynurun qarşısına çıxa bilmirdi.
– Səfərin boyunu yerə soxum. Axı, o qızı sevmirdi, nə məcbur idi?
Cəmilə Kərimi sakitləşdirməyə çalışırdı.
– Niyə yalan deyim,mən də gözləmirdim. Səfər içkili olub, qızı zorlamayıb. Qızın da canında az olmayıbda. Düzdür, Lamiyəni Səfərə yaraşdırırdım, amma belə gözləmirdim. Çoxbilmiş qız imiş.
– Fikrin nədir?
– Necə yəni nədir? Oğlunu evləndir. Birinci qızın toyunu eləmək lazımdır.
Kərim əsəbləşdi, Cəmilənin üstünə acıqlandı.
– Bir dəqiqə, nə olub? Bu nə qaçaqaşdır? Hələ qızını kim istəyir bilmirik. Oğlanla maraqlanmalıyam. Bəlkə narkomanın biridir.
– Aybəniz deyir ki, ata-anası rayonda qalır.
Kərim hər şeyi başa düşür.
– Aydındır, oğlan ya tələbədir, ya da fəhlə işləyən biridir. İndidən deyim ki, fəhləyə qız vermərəm.
– Ali təhsilli oğlandır. Kirayə qalır Bakıda.
– İxtisası nədir?
– Axırıncı kursda oxuyur. İmkan yaradılsa yaxşı mühəndis ola bilər.
– Aybənizin də könlü varsa, razıyam. Gəlsinlər. Bircə qızımı xoşbəxt eləsin, nə lazımdırsa kömək edərəm. İndi getməliyəm, işim var.
– Hara gedirsən gecə vaxtı?
– İşim var. Əvvəlcə Səfərlə danışmalıyam.Kərim oğlunun otağının qapısını döyüb içəri keçdi. Səfər başını salmışdı aşağı, hərəkətindən utanırdı.
– Qarşında xəcalət çəkirəm ata. Vicdanıma and olsun…
– And içmə, inanıram sənə. İndi necə edək?
– Məcburam ata, evlənməyə məcburam.
– Bəs Fidan?
(daha&helliip;) -
Əlirza HƏSRƏT.Yeni şeirlər
QUZEY BƏNÖVŞƏSİ
Bənövşə gözləri gülür baharın,
Götürüb aləmi quşların səsi.
Tumurcuq-tumurcuq çıxır canından,-
Çılpaq ağacların soyuqdəyməsi.Gecənin yuxusu ərşə çəkilib,
Bənövşə ətrinə elçi düşüb dan.
Gözümdə qışlanan həsrət çiçəyim,-
Səni də tanıdım ayrılığından.Quzey bənövşəsi bir az gec solur,
Sevən ürəkləri sərinlətməyə.
Dağların döşünə yatıb ki ahım,-
Üzünə bənövşə nəfəsi dəyə. (daha&helliip;) -
Gülnarə İSRAFİLQIZI.”Yaddaşımızı təzələmək”
Yaddaşımızı təzələmək
udduğumuz nəfəs boydadı
qısa və uzun.
uzandıqca
özümüzü daha çox qətlə yetiririk.
özümüzü dərk etməyə
gücümüz çatmır.
əvvəl öyrəndiklərimiz
sonra əzbərlədiklərimiz
kəsir ömrümüzü addım-addım.
nə adəmi düşünə bilirik
nə xatəmi.
“İzimlər” -i yaşayırıq.
“bizimlər”-i yaşayırıq.
özümüzü yaşasaq,
görəsən adı nə olacaq?! -
Elnur ABDİYEV.Yeni şeir
Cismi yoxdan var edib,varlığa döndərdi o var,
Bu kasıb cismimizə ruhu verdi sanki o,var.Məni dərk eyləməyən dərkidir, məni mənimin,
Bu məni məndə tapar,məndə də idrakım ovar.Ey naşı ovçu dayan, dəyməsə bu ox hədəfə,
Ovçuluqdan utanar,eyləyər ovdan bu ov ar.Zərrə dərk et ki,bunu zərrədə küllər bölünür,
Bax o tam küllə bölünməz,et abır ardan ov, ar.Coşqun, eşq qibləsidir,qəlbinə həkk olmuş o ad,
O adı ki o adın tərkibi kök,bircə o, var. -
Rəhim MEHNƏT.Yeni şeirlər
GERÇƏK NAĞILIM
Sən mənim taleyim, alın yazımsan,
Sən mənim həsrətim, çoxum-azımsan.
Sən mənim qəlbimdə sözüm, sazımsan,
Sən sonu butməyən gerçək nağılım.Bir payız günündə gələn yayımsan,
Ömrümə şərikim, günüm-ayımsan.
Tanrının verdiyi şirin payımsan,
Sən sonu bitməyən gerçək nağılım.Damaqda dadımsan, ağızda dilim,
Ziyarət etdiyim ocağım, pirim.
Təsəllim səndədir, sənsən and yerim,
Sən sonu bitməyən gerçək nağılım. (daha&helliip;) -
Günel ƏJDƏRQIZI.”Şahid” (Hekayə)
Yenə qızlar arasına pıç-pıç düşdü.”Dəli gəldi”- deyə Sənanı göstərib öz aralarında qeybət etməyə başladılar. Universitetdə çoxları onu sevmirdi. Hətta fakültə dekanı da tez-tez onu səbəbsiz yerə acılayırdı. Bəlkə də bu onun azərbaycanlı olmasından irəli gəlirdi. Ukraynada qohumlarının evində qalırdı. Heç kimlə ünsiyyət saxlamırdı. Rus və ingilis dillərini mükəmməl bilirdi. Gözəl rəsmlər çəkirdi. Arada tələbələrin əl işlərinin sərgisi olanda onun da rəsmləri nümayiş olunurdu. Rəsmlərində qəddarlıqla qətlə yetirilmiş uşaq şəkilləri geniş yer tuturdu. Sənanın böyük peşəkarlıqla insan ölümünü belə təsvir etməsi tələbələrin ürəyində qorxu yaradırdı. Axırıncı dəfə dekan onu tənqid etmiş, başqa mövzularda rəsm çəkməyi tövsiyyə etmişdi.
Ertəsi gün rəsm sərgisi olacaqdı. Sərgi üçün yarımçıq qalmış iki əsərini tamamlamalı idi. O, həm də sərgidə çıxış etməli idi. Dərslər qurtardıqdan sonra tələbələr şəhəri gəzməyə getsələr də, o tez evə qayıtdı. Günorta yeməyini yedikdən sonra öz otağına çəkildi. Rəsm fırçasını əlinə aldı. Özünü o sehrli aləmin ağuşuna atdı. Saniyələrin, dəqiqələrin necə keçdiyini bilmədi. Əvvəlcə barmaqları vəhşicəsinə çıxarılmış körpə qızcığacın vahimə dolu sifətini, əzablarını, yaşamaq üçün yazıq-yazıq baxıb imdad istəyən gözlərini çəkdi. Əsərin birini yekunlaşdırıb yarımçıq qalmış o birisinə keçdi. Gecə yarısına kimi yorulmadan işlədi. Qışın soyuğunda yarıya kimi soyundurulmuş və qarnına kimi papiros kötükləriylə damğalanmış 5 yaşlı qızın iztirablarını əks elədi. Fırçası kimi özünün də gözlərindən damla-damla yaş axdı. Nəhayət sərgidə göstərmək istədiyi 2 əsəri yaratdı və bir gecənin içində tamamladı. Otağından çıxanda yorğunluğdan başı gicəlləndi. Gecə yenə də anası onun yuxusuna girdi. Ağlayırdı. Al –qanların içində kömək istəyirdi. Sənan qan-tər içində yuxudan oyanıb divar saatına nəzər saldı. Saat altı idi. Sənan gördüyü yuxunun təsirindən ayrıla bilmirdi. Bir anlıq o gecəni xatırladı. Həyatını alt-üst edib, onu tənhalığa məhkum edən qətlyamı unuda bilmirdi. Hər şey gözlərinin qarşısında baş vermişdi. Sənan özünü ələ alıb yerindən qalxdı. Səhər yeməyini yedikdən sonra əl işlərini götürüb sərgiyə getdi və nümayiş üçün təqdim etdi. Bir müddət keçdikdən sonra jurnalistlər və əcnəbi vətəndaşlar da buraya axın etməyə başladılar. Sərgidə ilk olaraq universitetin dekanı çıxış etdi və o tələbələrin nəaliyyətlərindən söz açdı. Sərgidə ən çox bəyənilən əsər Sənanınkı olmuşdu. Çoxları əsərin müəllifinin kim olduğunu öyrənməyə çalışırdı. İnsan ölümünü əks etdirən azərbaycanlı tələbənin əsərləri onlarda böyük təəccüb yaradırdı. Sənan çıxış etmək istəmirdi. Amma arxada dayanan erməni tələbənin “azərbaycanlılar öldürməyi çox sevirlər, ona görə də əsərlərində də yaxşı tərənnüm edirlər”- deməsi onu qəzəbləndirdi. O, özünü ələ almağa çalışdı. Qonaqları salamladıqdan sonra neçə yaşından rəsm çəkməsindən danışdı. Və nəhayət əsas məqsədinə gəlib çatdı və rus dilində təkcə özünün deyil, böyük bir millətin sözünü başqa xalqların nümayəndələrinə çatdırdı.”Mənim rəsmlərim hansısa rəssamın beyninin aylarca düşünüb fırçalarla ağ kağızlara köçürdüyü fantaziyası deyil, öz gözləriylə vəhşiliklər görən, qan tökməkdən gözləri doymayan ermənilərin 5 yaşlı körpə bacısının dırnağlarının çıxarılmasının, anasının süngüləndiynin şahidi olan bir insanın üsyan dolu həyat hekayəsidir. Mən Xocalı varisi, həm də Xocalı şahidiyəm. Fəxr edirəm ki, burada erməni cəlladlarının xalqımın başına gətirdiyi soyqırım gününü bütün insanlara çatdırıram. Bu bizim haqq səsimizdir. Əminəm ki, düşməndən qisasımızı alacağıq. Torpağlarımızı geri qaytaracağıq. Vətəndən pay olmaz”. Sənanın çıxışı alqışlarla qarşılandı. Onun çiyinlərindən ağır yük götürülmüşdü. Xalqının haqq səsini əcnəbi insanlara çatdırdığı üçün çox sevinirdi.23.09.2015
-
Nəğməkar-şairə Zeynəb Dərbəndli “Cəsarətli qələm” diplomu ilə təltif olunub
Azərbaycan Jurnalistlər Birliyinin Sumqayıt şəhər təşkilatının electron orqanları Gündəlik İnformasiya Agentliyinin və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının “Cənubi Qafqaz Xalqları üzrə xüsusi müxbir”i, Azərbaycan Yazıçılar Birliyinin üzvü, nəğməkar-şairə Zeynəb Dərbəndli “Dövri mıtbuatda Cəsarətli Qələm sahibi olduğuna görə” “Qafqaz-Media” İctimai Birliyinin təsis etdiyi “Cəsarətli qələm” diplomu ilə təltif olunub.
Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Mətbuat xidməti
-
Şəfaqət CAVANŞİRLİ.”Sevginin gözləri” romanının XV hissəsi
Rafiq Kərimin tapşırığı ilə etibar etdiyi iki oğlanla Mahmudun evinə gəldilər. Rafiq qapını döyəndə qapını cavan bir qız açdı.
Rafiq – Salam xanım. Mahmud evdədir?
– Yoox. Kim idi soruşan?
Rafiq qızdan icazə istəmədən içəri girdi. İki oğlan da içəri keçdilər. İçəri keçən axırıncı oğlan qapını örtdü. Digər otaqdan sarışın, dolu qadın çıxdı.
– Siz kimsiz? Nə lazımdı sizə?
Rafiq – Səsini kəs, otur bir yerdə.
Qadın Rafiqin üstünə gələndə digər oğlan onun qolundan tutub qonaq otağına gətirdi, divana itələdi və dedi.
– Mane olsan Mahmud gələnəcən pis günə düşəcəksən
Qapını açan qız qorxusundan səsini çıxatmadı, sakitcə sarışın qadının yanında oturdu. Rafiqnən birlikdə gələn digər oğlan otaqları gəzirdi. Otaqların birində şkafların siyirmələrini açıb, yoxlayırdı. Axırıncı siyirməni açanda bir-neçə qadın vəsiqələri tapdı. Vəsiqələri otaqdan çıxıb Rafiqə verdi. Rafiq vəsiqələrə bir-bir baxanda Fidana məxsus olan vəsiqəni götürdü.
– Belə də bilirdim.
Rafiq üzünü qadınlara tutdu.
– Hara gedib Mahmud.
Sarışın qadın gözlərini süzdü.
– Mən nə bilim hara gedib? (daha&helliip;) -
Mirzə TƏRXAN.”Dön özünə bax”
Bir dəli oğlanam dünya gözümdə
Beş qəpik dəyəri verməyir inan.
Məni fikirləşən dərdimi çəkən
Get öncə özünün dərdlərinə yan.Bax dünya kürkünə bürünmüsən sən
Bu kürkü soyunsan sanki ölərsən.
Amma bilginən ki, mütləqdir bir gün
Kürkünə arxasınca baxıb gülərsən.Bu gülüş içinin ağrısı olar
Həqiqət mülkünün oğrusu olar.
Sənin heç bir zaman düşünmədiyin
Yalançı dünyanın doğrusu olar.Bax… nə qədər ki gec deyil oyan
Haqqa doğru yolun üstündə dayan.
Əgər sarparsansa bu yoldan kənar
O zaman haqqındır, cəhənnəmdə yan. -
Şəhriyyə QƏZƏNFƏRQIZI.”Körpə sənsizlik”
Sakit, sükut dolu dəniz. Sahili belə məni görərkən qəribə təlatümə gəlir. Sanki düşmənini görürmüş kimi dalğalarıyla məni sahildən qovmağa çalışır, hiddətindən alışır. Dalğalar sahilə elə bir hirslə çırpılırlar ki, hər dəfə ayağımı bir addım arxaya atıram. Gerilədikcə sahildən çox uzaqlaşdığımın fərqinə varıram. Uzaqdan dəniz yaxındakından daha fərqli görünürdü. Dalğaların sahilə hücumu sanki xüsusi rəqsdi. Eyni çılğınlıqla edilən rəqs. Rəqsin zərbəsindən su torpaqla qarışır. Bulanlıq, çirkli dalğalar sanki çirkabıyla mənə olan nifrətini bildirirdi. O dalğaların içində bir sənsizlik vardı. Üstümə gələrək məni boğardı. Geri çəkilməsəm, məni öz qoynunda boğa biləcək qədər qəzəbli dəniz. Ya bu dəniz yox, sənsizlikdi məni boğan?
Qağayıların qığıltısı gəldikcə dalğalar kiçilməyə başlayır. Dalğalarıyla məni boğmağa çalışan dəniz qəflətən sakitləşir. Bir an içində çılğını ram edən qağayılar. Ya bu qığıltılar sənə həzin layla kimi gəldi? Beşiyinə uzanan körpə sənsizlik.
-
İradə ƏLİLİ.Yeni şeirlər
DEMƏ HEÇ NƏ!
Olub keçənlər gerçəkdi,
Hər xatirəm bir çıçək.
Eşqimdən qəlbin nə çəkdi,
Sözünmü var deyəcək?
Demə heç nə,heç nə demə .
Demə solğun bənizindən,
Demə ağlayan gözündən.
Yarımçıq qalmış sözündən,
Bir hərf belə söyləmə,
Demə heç nə, heç nə demə.
Onsuz olanlar olmuşdur
Sevda yükü çəkilməz.
Yazın payız tək solmuşdur,
İndi çiçək əkilməz
Demə heç nə, heç nə demə.
Oxudum qəmli gözündən,
Qəlbindən keçənləri.
Seçirəm artıq sözündən,
Bir vaxt sən seçənləri,
Özünü gəzən özündən
Demə mənə nələr çəkdin
Demə heç nə ,heç nə demə!
Demə heç nə! (daha&helliip;) -
Təranə Turan RƏHİMLİ.Yeni şeirlər
DAŞ «GÖZƏLLƏMƏ»Sİ
Ürəksizə «daşsan» deyib daşın ürəyinə dəymə,
Daş var ki, əsrlər döyüb, başını o daşa döymə.
Daşa versən əməyini heç vaxt səni xar eləməz,
Söz var desən daş əriyər, qəlb var ona kar eləməz.Adamın unutduğunu daşın yaddaşı unutmur,
Kimsə haqsız daşa tutur, haqsız atılan daş tutmur.
Axar suya yuxu danış, sirrini qara daşa de,
Daş – son mənzildəki dostun, məzarının qardaşıdı.Bağlı-bağlı qapıları döydüyümüz daşlar açdı,
Daşlar tikdi evimizi, yolumuzdan daşlar qaçdı.
Dostun, yadın səbri çatmır, dərdimizi daş dinləyir,
Bu dünyanın gərdişinə daş ağlayır, daş inləyir. (daha&helliip;) -
Kənan AYDINOĞLU.”Tabloda rəqəmlər dəyişir, Ustad!”
XX əsr Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, o taylı, bu taylı şair Ustad Məhəmmədhüseyn Şəhriyara sevgi və sayqılarla!
Tabloda rəqəmlər dəyişir, Ustad!
Halım da dəyişir qoca dünyaya,
Baxdıqca hər dəfə öz pəncərəmdən.
MüəllifƏzəldən dünyayla sözüm çəp gəldi,
Gəl mənim halımı sorma, ay Ustad!
Bu dünya onsuz da düzələn deyil,
Çox da öz-özünü yorma, ay Ustad!Hər dəfə yurduma qış gələn günü,
Mən ki öz sözümlə Səni anmışam.
Rəsmini tabloda gördüyüm gündən,
Eşqinlə, ey Ustad, alovlanmışam.Şimalın Cənubla görüş anı tək,
Gözümün yaşını töküb ağladım.
İnandım bir zaman görüşəcəyik,
Yenə Haqq Allaha ümid bağladım.Şükürlər olsun ki, Uca Allaha,
Ümidim yenə puç olmadı heç.
Ustadsan, şagirdəm həyatım boyu,
Bir suçum var isə gəl suçumdan keç.Vahid Azərbaycan övladlarıyıq,
Səngərdə əsgərlər döyüşür, Ustad!
Yeni il gəldikdəkcə hər dəfə, düzü,
Tabloda rəqəmlər dəyişir, Ustad!
-
Müzəffər MƏZAHİM.”Payızın”
Yenə silkələyib duyğularımı,
Oyatdı yuxudan əli payızın.
Atıldım qoynuna bir uşaq kimi,
Qayğıkeş payızın, dəli payızın.Hissimin yetişmiş nəğmə barını,
Könül bağçasının ilk nübarını,
İki sevən gəncin toy-mağarını,
Ərməğan gətirdi yeli payızın.Bu yay məni yaman yorğun elədi,
Coşğun xəyalımı durğun elədi…
Könlümü özünə vurğun elədi,
Yağışlı, küləkli əli payızın. -
Aqil SABİROĞLU.Bayatılar
Mən aşiqəm,erməni,
Orda yemə şorbanı.
Durma,köç gəl Bakıya-
Ayağın altda kəsim,
Qoçdan-moçdan,qurbanı.Hamı məndən yan gedir,
Etmirəm üsyan,gedir.
Erməni gələn yola,
Neçəsi qurban gedir.Gəl etmə umu,küsü,
Qov qübarı,sil hisi.
Bakıya yaraşıqdır,
Erməninin axçisi.Gülü ona tər verək,
Elə bu səhər verək.
Bu gələn düşmənlərə,
Yeni bir şəhər verək!Üzüyin qaşı düşün,
Taxmasın naşı,düşsün.
Haykanuş gələn günə,
Yarımın daşı düşsün. -
Abdulla MƏMMƏD.”Payız löhvəsi”
Yaman qaş-qabağın töküb göy üzü,
Bəyaz buludların qanı qaralıb
Sükutu küləyin götürmür gözü,
Xofdan ağacların rəngi saralır.Külək yel atını dördnala çapır,
Önündə ağaclar baş əyir qul tək.
Qatıb qabağına qayaya çırpır,
Selləmə yağışı bu çılğın külək.Sıyırıb qınından şimşək xəncəri
Yazıq buludların cumur üstünə.
Köçəri quşların dolur gözləri,
Küləyin quşlarla görən qəsdi nə?!Yenə bulud-bulud ağlayır səma,
Yenə də çayların gözü bulanır.
Könlünü günəşə bağlayan səma,
Şimşək qəzəbindən oda qalanır.Yaşıl yarpaqların qızarır üzü,
Qızarır həyalı qız bənizi tək.
Kipriyi ləçəkli güllərin gözü,
Dərdini ağlayır hey ləçək-ləçək.Döyür pəncərəmi şıdırğı yağış,
Oyadır yuxudan xatirələri.
Bu payız yağışı günümə naxış,
Bu yağış payızın Tanrı qədəri.Yaşıl ümidlərin yaşarır gözü,
Saralan yarpaqlar yaşarmır daha
Qızılı payızın yaşaran üzü
Şıdırğı yağışla başarmır dahaBu payız həsrətin yarı yarpaqlar,
Daha pıçıldamır öz arasinda.
Qızılı yarpaqlar,sarı yarpaqlar
Vurnuxur qaş ilə göz arasında.Bu payız-əlləri hənalı uşaq,
Yağışı payızın söz qismətidir.
Yaşıl libasını dəyişən torpaq-
Saralan yal-yamac yaz həsrətidir…Azərbaycan.Quba.
16.09.2015. -
Elnur ABDİYEV.Yeni şeirlər
ADAM
Sənlə söhbətimə giriş verməyə,
Mənə qənd gərəkdi,sənə duz,adam.
De,mənim dərdimə əriyərsənmi?
Ey şaxta fikirli,hissi buz adam!Gözündən yağan şit baxış qorxulu,
Gizlin fikirlərin yarıyuxulu.
Çölün yaz ətirli,bahar qoxulu,
İçində soluxub son payız, adam!Xəcalət çəkməyir cibin əlindən,
Kef elə kəlməsi düşmür dilindən.
Məntək yorulmadın arzu selindən,
Sənlə nə danışım,ey ucuz adam?!Baxsam dünəninə dünənin sönük,
Arxanda qoyduğun günlərə çönük.
Üzün sabahına arxana dönük,
Belə addımlama,hey,quduz adam!Zaman ucaldıbdı tox alçalmışı,
Yoxa da hə deyib,çox əl çalmışı.
Azmı gördün varkən yox ucalmışı,
Duzdan qayıdanda söylə duz adam!* * *
Yerləri yandırır ahlar,
Göy su yağacaq bu oda.
Yer-yer cızz edib öləcək,
Tanrını sıxacaq o da.Canım ruhumda bir kabab,
Ah od qalayıb yox hesab,
Bu ömür bir qədəh şərab,
Dağıtsan axacaq o da.Bətnimdə sözüm hamilə,
İzində gözüm hamilə.
Əyriyə düzüm hamilə,
O doğsa,doğacaq o da.Qaldırın yerə düşəni,
İçimdə içim üşənir.
Yollara həsrət döşənir,
Sonuma çıxacaq o daQəlbimdə çatdı tonqalı,
Hicrin doğradı vüsalı,
Ay Elnur, bir el misalı,
Baxıbsan,baxacaq o da
-
Fidan ABBASOVA.”Meğer sende beni çokdan unutdun?!”
Huzur buldum yureğimin sesiyle
seni sevdim bir sevda hevesiyle
vurulmuşdum tek sevgi kelmesiyle
budur işte bir hatìran bir suçum
meğer sende beni çoxdan unutdun.Yaşamaya sen güc verdin dik durdum
ben yokdum ki sen gelince ben oldum
şimdi yoksun seni aradìm sordum
budur işte bir hatiran bir sucum
biliyorum beni çokdan unutdun.Fidan hayat acımasız bir yuva
her kes düşer bir gün yolu oraya
eğer birde gelseydm bu dunyaya
severdim bene biliyorum bu suçun
sense beni ebediyen unutdun. -
“Zərrələr” Qazax Ədəbiyyat Muzeyində
Şairlər vətəni bizim tərəflər deyəndə, Qazax yada düşür. Zərrələrimizlə şairlər vətəninə qədəm qoyduq. İlk olaraq, Qazax ədəbiyyat müzeyinə baş çəkdik. Düzü surpiriz etmək istəyirdik Barat Vüsala oda alınmadı. Həmin gün Barat müəllim xəstələnmişdi. Amma gözəl və ziyalı yazar, ” Məni haraylayır gəmi qayası” adlı kitabın müəllifi Mustafa Rasimoğlu ilə tanış olduq çox maraqlı söhbətimiz oldu. Şeirdən tutmuş şairə kimi müzakirə etdik. Ən azı saat yarım görüşümüz davam etdi. Mustafa müəllimlə qısaca sağollaşıb. Rayon mərkəzi kitabxanasına üz tutduq. Əsərlərini uşaqlıqdan oxuduğum və sevdiyim Vidadi Babanlının qohumu Qazax MKS-nin direktoru Solmaz Babanlı ilə görüşdük. Gəlişimizin səbəbini açıqlayınca çox şad oldu. MKS-nin digər işciləri Direktor müavini Münəvvər Süleymanlı və kitabxanaçı Elnarə Məmmədova kitabişləməni yekunlaşdırıb fonda daxil etdilər. Biz yenidən Mustafa müəllimlə sağollaşıb xoş təsüratla ayrıldıq. Ümid edirəm ki, Qazax rayonunun dəyərli şairləri zərrələrimizi sevə-sevə oxuyacaq, Zərrələr, öz yazıları ilə yaddaşlara həkk olunacaq… Zərrələrin hər birinə uğurlar diləyirəm.
Hörmətlə: Layihə rəhbəri və tərtibatçısı Gülnarə İsrafilqızı
-
“Zərrələr” Gədəbəydə
Zərrələrlə bu dəfə də doğulduğum və boya başa çatdığım rayona qədəm qoyduq. İlk olaraq Gədəbəy rayon mərkəzləşdirilmiş kitabxananın direktoru Azər Abdullayevlə görüşdük kitab haqqında məlumat verdik. Sonra isə digər işçilər direktor müavini Elnarə Həsənova və xidmət şöbəsinin müdiri Şöhrət Osmanova kitabla tanış oldular. Kitab yüksək rəğbətlə qarşılanıb fonda daxil edildi. Zərrələrə uğurlar.
Hörmətlə: Layihə rəhbəri və tərtibatçısı Gülnarə İsrafilqızı
-
SSRİ-nin Əməkdar İxtiraçısı: “Mənə dedilər ki, “Azərikimya”dan səni axtarırlar.”
Azərbaycan kimya sənayesi -70
Gənclərə örnək şəxsiyyət – Azərbaycanın Əməkdar səmərələşdiricisi Maqsud Eyvazov
Azərbaycan kimya sənayesinin 70 illik yubileyinin keçirilməsi bizlər – mətbuat nümayəndələri üçün də böyük əhəmiyyət kəsb edir. Etiraf edək ki, bu vaxta qədər bizim kimya sənayesi ilə bağlı fəaliyyətimiz görülən işləri, keçirilən tədbirləri, aparılan yenidənqurma, modernləşmə işləri ilə əlaqədar icra olunan layihələri informasiya xarakterli qısa və lakonik yazılarla işıqlandırmaqdan ibarət olmuşdur. Əslində bir minnətdarlıq da, kimya sənayesinin 70 illik yubileyini keçirmək qərarına gələnlərə bizdən düşür. Çünkü araşdırmalar aparmaqla kimya sənayesinin 70 illik tarixini mükəmməl öyrəndik. Bir sənaye şəhəri kimi Sumqayıtda mövcud olmuş 10-dan yuxarı kimya zavodları, onların istehsal sahələri, istehsal olunan məhsullar, bu məhsulları dünyanın və keçmiş Sovetlər birliyinin yüzdən artıq şəhərinə göndərilməsi haqqındakı bilgilərimizi təkmilləşdirdik. Bu istiqamətdə irihəcmli tarixi-xronoloji yazılar, bədii-publisistik oçerklər yazmaqla iqtisadiyyatın bu ağır sahəsi ilə bağlı bilik və təcrübələrimizi təkmilləşdirərək, qələmimizi bir az da püxtələşdirdik. Digər yandan onu da öyrəndik ki, bu müəssisələrdə Azərbaycanın hər bir bölgəsindən gələn on minlərlə kimyaçı çalışmış, bu səbəbdən də “gənclər şəhəri”, “beynəlmiləl şəhər” adlanan Sumqayıta həm də “kimyaçılar şəhəri” adı verilmişdir. Bu insanlar iş şəraitinin ağırlığına, bəzi hallarda dözülməzliyinə, ekoloji vəziyyətin gərginliyinə baxmayaraq gecələrini gündüzlərinə qataraq yorulmadan çalışmış, o dövr üçün insan amilindən də öndə dayanan plan və tapşırıqları artıqlaması ilə yerinə yetirməklə iqtisadiyyatın inkişafına öz töhfələrini vermiş, yeni ixtiraları və səmərələşdirici təklifləri ilə çalışdıqları müəssisənin, ümumilikdə isə respublikanın büdcəsinə milyardlarla manat xeyir gətirmişlər. Təqdirəlayiq haldır ki, bu insanların çəkdikləri zəhmət yerdə qalmamış, 70 illik bir dövr ərzində kimya sənayesini şöhrətləndirən minlərlə kimyaçının əməyi fəxri adlarla, orden və medallarla qiymətləndirilmişdir. (daha&helliip;)
-
Şəfaqət CAVANŞİRLİ.”Sevginin gözləri” romanının XIV hissəsi
Səfər cəld pilləkanlardan aşağı düşdü, nişanlısını sirkələdi.
– Fidan, Fidan oyna, gözünü aç.
Fidan əliylə başını tutub zarıdı.
– Başım çox pis ağrayır.
Səfər Fidanın ayağa qalxması üçün kömək edirdi.
– Qalx ayağa, səni aparacam həkimə. Səni bu vəziyyətdə qoya bilmərəm.
Fidanın üzü-gözü qan içindəydi.
– Lazım deyil.
– Qalx deyirəm, həkimə getməliyik. Üzün-gözün də pis gündədir. Özümü idarə edə bilmədim.
– Bizi yaradana and olsun, sənə xəyanət eləməmişəm.
Səfər artıq daha da əsəbləşirdi.
– Səsini kəs, eşit məni. Gedirik.
Səfər Fidanı xəstəxanaya gətirdi. Həkim Fidanın üzünə baxıb Səfərin yanında soruşdu:
– Səni kim bu günə qoyub belə?
Səfər başını aşağı salmışdı, Fidan yalan danışmalı oldu. İstəmirdi sevdiyi kişini pis vəziyyətdə qoysun.
– Yolda siqanlar pulumu istədilər vermədim. Tökülüşdülər üstümə.
Həkim – Vəhşi uşağı, vəhşi
Tibb bacısı Fidanın üzünə dərman vurdu.
Tibb bacısı – Bu dərmanı vururam ki, üzünün şişi tez yatsın.
Fidan – Çox sağ olun.
Müayinədən sonra məlum oldu ki, Fidan başından zədə almayıb. Səfər həkimə yaxınlaşdı.
– Həkim, dəqiq heç nəyi yoxdur? Yəni, lazımdırsa xəstəxanada yata bilər.
– narahat olmayın, nişanlınızda ciddi elə də heç nə yoxdur. Bir az üzü göyərəcək, o da iz qalmayacaq.
– Çox sağ olun.
Səfər lazım olan xərcləri xəstəxanaya ödəyəndən sonra Fidanla birlikdə maşında oturdular. İkisi də susurdu. Səfər maşını Fidangilin məhləsindən bir az aralıda saxladı. Fidan uşaq kimi ağlayırdı.
– Mən sənə xəyanət etməmişəm. Həmişə sadiq qalmışam.
Səfər cibindəki şəkili çıxardıb Fidana uzatdı.
– Sənin yerində olsaydım, utandığımdan susardım.
Fidan şəkili almamış baxdı. (daha&helliip;)