10489008_656731897746790_1282121067_n

DEMƏ HEÇ NƏ!

Olub keçənlər gerçəkdi,
Hər xatirəm bir çıçək.
Eşqimdən qəlbin nə çəkdi,
Sözünmü var deyəcək?
Demə heç nə,heç nə demə .
Demə solğun bənizindən,
Demə ağlayan gözündən.
Yarımçıq qalmış sözündən,
Bir hərf belə söyləmə,
Demə heç nə, heç nə demə.
Onsuz olanlar olmuşdur
Sevda yükü çəkilməz.
Yazın payız tək solmuşdur,
İndi çiçək əkilməz
Demə heç nə, heç nə demə.
Oxudum qəmli gözündən,
Qəlbindən keçənləri.
Seçirəm artıq sözündən,
Bir vaxt sən seçənləri,
Özünü gəzən özündən
Demə mənə nələr çəkdin
Demə heç nə ,heç nə demə!
Demə heç nə!

HARDAN BİLƏSƏN!

Xətrimə mənim yaman dəymisən
Baxıb gözlərimə bir yol dinmirsən
Pərişan halimi nədən sezmirsən!?
Ah! Nə çəkdiyimi hardan biləsən!

Özümsüz olmuşam həsrətinlə mən
Dərd uzaq deyildir yanan ürəkdən
Bəlkə, bu həsrəti duyub dinəsən!
Nələr çəkdiyimi hardan biləsən!

Bəlkə bu könlümdür sənə gərəksiz
Gözündən həsrətin çəkilməz mənsiz
Gumansiz gumanla qaldım çarəsiz
Bu qəlbin ahını hardan biləsən!

Ahım içimdədir aman içində
Pərişan ürəyim yüklü ,yar, mənim
Sənin gözlərinə qurban etməyə
Təkcə bir sevdalı könlüm var mənim
Sevda cövrünü çəkdim hardan biləsən
Yuxum oldun yozulmamış, sətir oldun
yazılmamış,
Hicran dolu talehimə bir yazısan
pozulmamış,
bunu hardan biləsən!

ELƏ BİL…

Elə bil yelkənsiz bir qayığam mən
Çaşmışam xəyalən əsən küləkdən
Necə anladım kı açıla yelkən
Sinəmdə alışıb yana ürəkdən

Sənə demədiyim çox sözlərim var
Ürəkdə köz kimi yanğısı sızlar.
Sənə demədiyim bu lal sevdalar
Kədərlə baş başa qaldığım anlar

Eh, necə yuxutək ötüşdü hər an
Səni bax beləcə itiriəm mən…
Heç doymaq olmadı baxışlarından
Ömrümü beləcə bitirirəm mən

Ayrılıq nədir ki, hicran nədir ki
Gül üstə şeh kimi düzülər anlar…
Sənə demədim ki, deyəmmədim ki….
Sənlə hər dərdə dözməyə nə var…

NƏVƏM

Yanıma gəl əziz nəvəm
Sənə öyüd verəcəyəm
Həm vəsiyyət həm nəsihət
Arzum bəyan edəcəyəm
Ana adlı bir Vətən var
Sıx sinənə sevginlə sar
Yağıların nəfəsindən
Kəm baxanın kəm gözündən
Nəfisindən onu qopar
Onu qoru özün kimi
Qoru onu gözün kimi
Şirin dilin sözün kimi.
Əziz nəvəm
Ana adlı bir Vətən var
Onsuz ocağın qalanmaz
Ruhun qəlbində dayanmaz,
Ruhunu kimsə oxşamaz .
Səs – ününü duyan olmaz
Vətənsiz ruhsuz bədənsən
Anla onsuz didərginsən
Bilki onsuz sən heç kimsən.
Sən Vətənlə bölünməzsən
Əziz nəvəm Tomrisimi
Babəkimi sən unutma
Düşmənlərə sitəm edən
Mübarizi gəl unutma !
Heç bir zaman sən unutma
Anan adlı Vətənini.