Category: Azərbaycan ədəbiyyatı

  • Eldar Nəsib SİBİREL.Şeirlər

    ens

    VAR HƏLƏ

    Qalmır iştəyindən bu qanlı fələk,
    Bir sevinc içində min ah var hələ.
    Bir ucdan üyüdür, yenə də doymur,
    Dişinin altında iştah var hələ.

    Buraxma dərdini, gəl, öz başına.
    Yoxsa dəyər başın əhləd daşına.
    Aldanma dünyada hər göz yaşına,
    Dalında nə qədər timsah var hələ.

    Neylim, mən bu qədər təzadı, neylim?!
    Yolum yol ha deyil, qəzadı, neylim?!
    Ömür tale verən cəzadı, neylim?!
    Çəkirəm, boynumda günah var hələ.

    Bir cənnət çəmənə bir axar suydum,
    Bir şeytan yanğının vədinə uydum,
    Bu günkü döyüşü sabaha qoydum,
    Bilmədim sabaha sabah var hələ.

    Göytək dolan gözüm olmaz buludsuz.
    Fəryadım köklənməz heç vaxt sükutsuz.
    Sibirel, ömründə olma umudsuz
    Başıyın üstündə Allah var hələ.

    2.04.1999

    BU GECƏ

    Bu gecə pərvanə işığa gəlməz,
    Bu gecə işığım soyuq kimidir,
    Bu gecə ürəyim rahatlıq bilməz,
    Tufanlar qoynunda qayıq kimidir.

    Bu gecə qaranlıq gumanlarımı,
    Nurlandıra bilməz ay işığı da.
    Bu gecə təsəlli ümanlarımın,
    Mənəm böyüyü dəcəl uşağı da.

    Bu gecə tüstümü içəri təpən
    Küləklər bayırda narahat gəzər.
    Şirin xatirəmə göz yaşı səpən
    Buludlar bu gecə duzlu dad gəzər.

    Bu gecə tale də yazımı bilməz,
    Salar bədxahlığın boran, qarına.
    Üşüyən ürəyim qızına bilməz,
    İlk eşqin ilahi baxışlarına.

    Bu gecə qayatək susar harayım
    Boğulub bataram bu sükutda mən.
    Bu gecə özümü necə arayım
    Doğma ünvanda mən, doğma adda mən?

    Bu gecə-önümdə qaralan hasar,
    İşığa tutaram, hörgüsü uçmaz.
    Bu gecə bələdçi yollarım azar,
    Sayıq gözlərinin mürgüsü uçmaz.

    Bu gecə çəkdiyim qəmlər, əzablar
    Baş aça bilmərəm, kimə xoş gələr.
    Bu gecə istəyi çətin tapılar.
    Əlidolu ilham əliboş gələr.

    Bu gecə göylər də sərxoş kimidir,
    Bir qədəh ulduzu salar əlindən.
    Bircə dan yerinə dönüb ümidim
    Məni bu gecənin alar əlindən.

    1984

  • Eldar Nəsib SİBİREL.Şeirlər

    ens

    ƏYİLMƏZ BAŞINI UCA TUT VƏTƏN-1990

    Ağlama yaraşmır sənə göz yaşı,
    Qurut gözləriyin yaşını, vətən.
    Axı qalda gərək igidin başı,
    Uca tut əyilməz başını, vətən.

    Yamanca ağırmış Vətən, daşımız,
    Onu qaldırmağa “dostlar” can çəkir.
    Yox, daha oyanıb qan yaddaşımız,
    Bizi azadlığa daha qan çəkir.

    Zaman dost-düşməni bir-bir tanıdır,
    Ölməyir Əsliyçün Kərəmlərimiz.
    Sinəmiz Şəhidlər Xiyabanıdır,
    Orda dəfn etmişik ərənləri biz.

    Yolları uzundur özünü dərkin.
    O yol igidlərin qanından keçir.
    Sənin oğulların, Vətən, sevin ki,
    Döyüşdə səndən yox, canından keçir.

    Kökünün qədrini biləni varsa,
    Nəsillər sabaha ümid daşıyır.
    Azadlıq uğrunda öləni varsa
    O xalqın yaşamaq haqqı yaşayır.

    Qələbəyə saxla göz yaşlarını,
    Azadlıq boylanmır sənə yad kimi.
    O gün şəhidlər də baş daşlarını.
    Düşmənə sıxacaq avtomat kimi.

    Əyilməz başını uca tut ,Vətən
    Azadlıq arzulu igidlərinlə.
    Ömrü yaz ömrü tək qərənfilləşən,
    Məzarı – and yeri şəhidlərinlə.

    ***

    Papağı başından baha olan kəs,
    Hələ papaq qoymaq kişilik deyil.
    Özgə zəhmətiylə cibi dolan kəs,
    Cibi həyat saymaq kişilik deyil.

    Hələ dadmayıbsan qəmin duzunu,
    Gözündən su axıb yaş əvəzinə.
    Sənin bu dünyada ömrün uzunu,
    Çənən işləyibdir baş əvəzinə.

    Üstündə gəzdiyin daşın, torpağın,
    Üstündə yaşayır daş, torpaq haqqı.
    Bəs sənin nə üzlə eşilir bığın,
    Yaşatmaq haqqısa yaşamaq haqqı.

    Arvadın geyinən can köynəyini,
    Namusla qazanıb almadın, bəli!
    Burnunu yuxarı tutub gəzməyin,
    Sənə təsəllidir, ancaq təsəlli.

    Papağı başından baha olan kəs,
    Başını qaldırıb bir dünyaya bax.
    Durulmaq eşqiylə qəlbində həvəs,
    Özünü qayaya çırpan çaya bax.

    1983

  • Şəfa EYVAZ.Şeirlər

    1423756700_sefa-xanim

    Yenə bu şəhərdə üz-üzə gəldik,
    Neyləyək, ayrıca şəhərimiz yox.
    Bəlkə də biz xoşbəxt ola bilərdik,
    Bəlkə də xoşbəxtik, xəbərimiz yox…
    Ramiz Rövşən.


    Yenə bu şəhərdə üz-üzə gəldik,
    Bir-bir boy qaldırdı xatirələr də.
    Biz ki ayrılmağı heç istəməzdik,
    Bu da bir naxışmış ötən taledə.

    Neyləyək, ayrıca şəhərimiz yox,
    Hərdənbir üz-üzə gələcəyik biz.
    Dilimiz susacaq, baxışımız yox,
    Suallar verəcək nəm gözlərimiz.

    Bəlkə də biz xoşbəxt ola bilərdik,
    Yollar haçalanıb ayrılmasaydı.
    Birgə ağlayardıq, birgə gülərdik,
    Bizi başqaları paylaşmasaydı.

    Bəlkə də xoşbəxtik xəbərimiz yox,
    Bir yerdə barıtla od olardıq biz.
    Bəlkə bu görüşdən ümid çalacaq,
    Yad evdə təsəlli tapan qəlbimiz.

    10.11.2012

    Əgər…

    gülmə…
    içindən gəlmirsə,
    gülmə!
    izn vermə
    baxışın yalan danışsın.
    saxta təbbəsümlə
    aldatma dodağını,
    “necəsən?” sualına
    cavab vermə.
    əgər “yaxşı” deyilsənsə,
    yalan deyib
    aldatma düşüncələrini…
    alışdırma yalana
    onsuzda yalan
    anlamayan gözlərini.
    hüznündən utanma,
    əgər içindəki hüzünsə,
    yaşa hüznünü!
    “başqaları nə deyər?”
    desin…
    sən neçə insansan ki?
    bir ömrü
    yaşayasan
    başqalarıyçün?!
    ağla, əgər bacarırsan
    utanma,
    ağla!
    göz yaşı ən saf sudur
    günahları yumaqçün!
    Ağla ki, buludların dağılsın,
    nə zamandır
    susqun qalan
    qəlbin boşalsın
    sonra onsuzda güləcəksən,
    gül,
    əgər içindən gəlirsə…

    13.12.2013

  • Zeynəb DƏRBƏNDLİ.Yeni şeirlər

    11665411_1690704784490598_9087155491968421030_n

    Azərbaycan Jurnalistlər Birliyinin Sumqayıt şəhər təşkilatının Gündəlik Analitik İnformasiya Agentliyi və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının “Cənubi Qafqaz Xalqları üzrə xüsusi müxbir”i,
    İraq Türkmən Yazarlar Birliyinin, Dərbənd Ədəbiyyatçılar Birliyinin, Azərbaycan Yazıçılar Birliyinin üzvü

    NƏLƏRI ETMƏDIN DÜNYA

    O odu ocağı talan yurdumun,
    Meşəsi yarpağı solan yurdumun.
    Içi zibilliklə dolan yurdumun,
    Başına nələri etmədin dünya?

    Qapısını düşmən kəsən yurdumun,
    Başında qara yel əsən yurdumun.
    Körpe kimi, bizdən küsən yurdumun,
    Başına nələri etmədin dünya?

    Weir, muğamatlı,, ozan yurdumun,
    Divarından, qanlar sızan yurdumun.
    Taleyini yadlar, yazan yurdumun,
    Başına nələri etmədin dünya.

    Zeynəbin gözündə dürr, ləl yurdumun,
    Vurublar köksünə xələl yurdumun.
    Qarabağ adında, gözəl yurdumun,
    Başına, nələri etmədin dünya?

    VƏTƏN MƏNI BAĞIŞLAMA

    Sevincinə gülmürəmsə,
    Qanı sənlə bölmürəmsə.
    Torpağında ölmürəmsə,
    Vətən məni bağışlama.

    Dərdini dərdim bilməsəm,
    Cağırışina gəlməsəm.
    Sənin yolunda oöməsəm,
    Vətən, məni bağışlama.

    Kef eləyib gülsəm əyər,
    Torpağını bölsəm əyər.
    Yad torpağda əlsəm əyər,
    Vətən, məni bağışlama.

    Zeynəbəm, dəli oluram,
    Getmir gözümdən qətliam.
    Yerdə qalarsa intipam,
    Vətən, məni bağışlama.

  • Abdulla MƏMMƏD.Şeirlər

    12647929_456084107917624_702711598_n

    DİLİMDƏ KƏDƏRİM BÖYÜYÜR ALLAH!

    Dilimdə kədərim böyüyür Allah,
    Böyüyür,ağzıma sığmayır daha.
    Qədərim sevinci kürüyür,Allah,
    Ürəyim köksümə sığmayır daha.

    Daha daşdan keçən sözüm daş olub
    Yağır ürəklərin daş xarasına.
    Ümidlə yaşanan dözüm daş olub
    Atılır göz ilə qaş arasına.

    Torpaq yad əlində,qeyrət yuxuda,
    Atılan söz oxum hey daşa dəyir.
    Girəvə gözləyir qorxu pusquda,
    Hədələr önündə kədər baş əyir.

    Ağarır başımda qara günlərim-
    Yağır saçlarıma qar kimi qədər.
    Hərə öz ömrünə kəsilir qənim,
    Hərə itkilərə dözür birtəhər.

    …Mənim kədərimdir o Dərbənd qalam,
    Babamın yurdunda qonaq kimiyəm.
    Qında korşalarmış ər qala-qala,
    Dünyanın ovcunda balıq kimiyəm.

    Mənə-öz kədərim bəsimdir,mənə
    Bəsimdir Təbrizim,bəsimdir Göyçəm.
    Arazım,Samurum bəsimdir mənə,
    Bəsimdir Xocalım yerdən göyəcən!..

    Dilimdə kədərim böyüyür yaman,
    Böyüyür,sözümə sığmayır,Allah!
    Günlərim sevinci kürüyür yaman,
    Ürəyim sözümə sığmayır,Allah!

    Azərbaycan.Quba.
    25.11.1995.

    QARDAŞ ARAYIRAM,BACI GƏZİRƏM.

    Fikirli oluram,qəmli oluram,
    Həsrətdən baxışı nəmli oluram.
    Gözüm buludlanır söz-söz doluram,
    Elə ki tənhalıq alır üstümü,
    Çıxarır başımdan,vallah,tüstümü-
    Qardaş arayıram,bacı gəzirəm.

    İçimdə sızlayır tənha bir qüssə,
    Çətin ki baş aça bu dərddən kimsə…
    Dilim də gəlməyir deyim kiməsə,
    Günəşə həsrətli aya dönərək
    Oxu daşa dəyən yaya dönərək-
    Qardaş arayıram,bacı gəzirəm.

    Səhrada sızlayan tənha ağacam,
    Ağac təkliyimlə bir ehtiyacam.
    Nurlu sabahıma yol aça-aça,
    Küləyə məruzam,günə tamarzı…
    Qarşıdan hər gələn günə tamarzı,
    Qardaş arayıram,bacı gəzirəm.

    Çinar da qoşadır,bulaq da qoşa,
    Çiçək də qoşadır,alaq da qoşa.
    Yamaclar da qoşa,yaylaq da qoşa…
    Hara baxıramsa qoşa görürəm,
    Payızı ələnən qışa dönürəm,
    Qardaş arayıram,bacı gəzirəm.

    Bu bahar yol üstə daş da göyərib,
    Gümansız harayım daşda göyərib.
    Göylərdən ələnən yaş da göyərib…
    Yenə də şıdırğı yağışlar yağır,
    Yenə də gözümə yolları yığıb-
    Qardaş arayıram,bacı gəzirəm.

    Azərbaycan.Quba.
    1987-ci il.

  • Rahilə DÖVRAN.Yeni şeirlər

    rxd

    Şairə-jurnalist-publisist
    Azərbaycan Yazıçılar Birliyinin üzvü,
    “Qızıl qələm” media mükafatı laureatı,

    B İ L M İ R Ə M

    Yenə xəyal aldı öz qanadına,
    Gerçəyə, özümə dönə bilmirəm.
    Sənin atəşinə, sənin oduna,
    Alışdı ürəyim, sönə bilmirəm.

    Yetməzmi bu qədər intizar, kədər,
    Ayımız, ilimiz sovrulur hədər.
    Bu həsrət çəkəcək daha nə qədər?
    Quruyub dil, dodaq, dinə bilmirəm.

    Əl çəkmir yaxamdan fikir, düşüncə,
    Bir ilə bərabər sənsiz hər gecə.
    Bu dərdi sınıq qəlb,daşısın- necə?
    Niyə küsdün gülüm?-yenə bilmirəm.

    Çox Gəzdim Kərəmtək kədər düzünü,
    Dövrana göstərmə soyuq üzünü.
    Ümidim duymaqdır,-qayıt sözünü,
    Dönəcəkmi üzün, mənə bilmirəm.
    29.01.2016.

    SƏN OLMASAYDIN

    Sonetlərim- silsiləsindən

    Heç nəyə həyatda nail olmazdım ,
    Əgər taleyimə pay olmasaydın.
    Adını mən sənin qəlbimə yazdım,
    Dərə olmaz idim, çay olmasaydın.

    Könül təqvimimin baharı oldun,
    Mən sənsiz qurumuş gülə bənzərdim.
    Boş qalmış qəlbimə eşq olub doldun,
    Sənsiz Məcnun olub çöldə gəzərdim .

    Bizim saf sevgimiz bir ömrə yetməz,
    Sənsiz keçən həyat bir quruş etməz .
    Birlikdə çirmədik sənlə qolları.

    Vüsalın yolları uzundur, uzun,
    Eşqimiz əritdi dağların buzun.
    Beləcə keçdik biz uzun yolları.

    30.01.2016.

  • Aysel ABDULLAZADƏ.Yeni şeirlər

    12607218_940774069370199_1120366057_n

    * * *

    İçimdə özləm dalğası var
    Ağ ləpələri sovurur, sanki, qəlbimdəki tənhalığı
    Nəyəsə darıxıram, kimisə gözləyirəm
    Gələn olacaq mı bilmirəm…
    İçimdəki burxulmuşluq nədir anlamıram
    Təklik mi sıxır məni?
    Gülməlidir, axı, mən həmişə tək olmuşam.
    Kimsə var, kimsə gələcək
    onun təlaşəsindəyəm, sanki.
    İçimdə ona hazırlıq görülür,
    Ürəyimin çırpıntısı boğazımda döyünür.
    Kimədir bu özləm?
    Kimdir özlədiyim?
    İçimdəki boşluq nədən?
    Qəlbimdəki hiss niyə bu qədər çalxalanır?
    Arzularım coşub kimin üçün haçalanır?
    Nədirsə, kimdirsə gəlsin, artıq
    Dayanmağa gücüm, gözləməyə səbrim yox
    Baxmağa gözüm, duymağa qəlbim yox
    Hamısı çıxıb məndən
    Kimsənsə, gəl artıq
    Səndə döyünəcək ürəyim,
    səndə baxacaq gözlərim
    Məni tərk edir hər şey
    Bədən üzvlərim, içimdəki hisslərim…

    01.05.2015

    Pərdəsi çəkilmiş otaqda
    üşüyən adamlar var –
    çılpaq,
    divardan asılmış
    rəngli çərçivəyə salınmış
    adamlar…
    Günəşin düşmədiyi bu odada
    buz kəsilmiş qəlblər var
    çılpaq,
    sevgisiz,
    mərhəmətdən çox ötədə…
    Sərin duyğular var
    bu qaranlıq çökmüş dörd divar arasında
    Və ümiddən tükənmiş arzular yatır
    döşəksiz yatağın quru taxta qucağında…

  • Ceyhunə Hüseynovanı doğum günü münasibətilə təbrik edirik! (31 yanvar 1980-ci il)

    12654599_228708734132105_3951042401906068306_n

    Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının Gündəlik Analitik İnformasiya Agentliyi Sizi, yeni nəsil Azərbaaycan gəncliyinin istedadlı nümayəndəsini, gənc xanım yazarını, Gündəlik İnformasiya Agentliyinin və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Yönətim Kurulunun Fəxri üzvünü və əməkdaşını doğum gününüz münasibətilə səmimi qəlbdən təbrik edir, Sizə uzun ömür, möhkəm cansağlığı, xoşbəxtlik, ailə səadəti, ədəbi-bədii yaradıcılığında bol-bol uğurlar diləyir! Sevib, sevdiyiniz insanların əhatə dairəsində olun!

    Mətbuat xidməti

  • Nəriman ZEYNALZADƏ.Yeni şeirlər

    SƏN SEVƏNİN NAZIYAM

    Elə gəldin qəlbim gülşən, gül oldu,
    Dedim allah, bu bağçanın yazıyam.
    Yar yolunda dara məni çəksələr,
    Gündə ölüb dirilsəm də razıyam.

    Telin sazda sarı simdir ay allah,
    Görən deyir bu qız kimdir, ay allah,
    Çal mizrabı, asta dindir, ay allah,
    Sinən üstə sən gözəlin sazıyam.

    Unutmuşam bu dünyanın dərdini,
    Gül üstünə açıb sərdim dərdimi,
    Sinən üstə axan inci tərdimi,
    İndi gəl çək, sən sevənin nazıyam.

    02.11.2015

    BƏLKƏ BİR GÜN GÖRÜŞDÜK

    Tanrı yazan bu yazıya nə deyim,
    Ayrılığın son anını bölüşdük.
    Məndən saxla bu şeiri xatirə,
    Qismət olar, bəlkə bir gün görüşdük.

    Sənə sevgim tükənmədi, bitmədi
    Çətin sönər, bir ümmandı, dənizdi.
    Keçənlərin, olanların hər anı,
    Mənim üçün necə doğma, əzizdi.

    Donub qaldı gözlərində gozlərim,
    Bu sevgiyə necə qıydın, bilmədim.
    Mən ki, sənə ürəyimi vermişdim,
    O ürəyi necə qırdın, bilmədim.

    Bir gün gələr ağrıyanda ürəyin,
    Sözlərimi bir həb kimi içərsən.
    Peşmanlığın qapısında duranda,
    Bu şeiri göstərib sən keçərsən…

    Tanrı yazan bu yazıya nə deyim,
    Ayrılığın son anını bölüşdük.
    Məndən saxla bu şeiri xatirə,
    Qismət olar, bəlkə bir gün görüşdük.

    27.11.2014

  • “Biologiya” mövzusunda əyləncəli biologiya gecəsinin ssenarisi

    “Gəlin təbiəti biz də düşünək
    O, özü hər şeyi düşünən kimi!”
    Hüseyn Arif

    Biologiya dərslərinin səmərəsini artırmaq üçün məktəbdə ekskursiyalar təşkil etmək , herbari düzəltməklə yanaşı vaxtaşırı biologiya tədbiri keçirmək də vacibdir. Əyləncəli biologiya tədbirinin keçirilməsi şagirdləri təşəbbüskar olmağa müstəqil düşünüb nəticə çıxarmağa alışdırır
    Bu təsadüfi deyildir. Çün ki , müstəqillik şagirdlərdə öz qüvvəsinə və bacarığına inam kimi iradi keyfiyyətlər formalaşdırır , onu başqalarının təsiri altına düşməkdən çəkindirir. Qarşıya çıxan məsələyə dair öz fikrini bildirməyə sövq edir. Biologiya dərslərində şagirdlərə təbiət haqqında məlumat veririk , təbiətə qarşı məhəbbətlərini artırmağa səy göstəririk. Belə qərara gəldim ki , “Gəlin təbiəti biz də düşünək. .
    O , özü hər şeyi düşünən kimi !” .
    adlı əyləncəli biologiya tədbiri keçirdim. .Bunun üçün iki aparıcıdan istifadə edirəm.
    Aparıcılar tədbiri açıq edirlər.

    I aparıcı:
    Bütün elmlərin öz sirri , öz gözəlliyi var. Biologiya elmi öyrəndiyi predmetə görə bütöv elmlərdən yüksəkdə dayanır .Ona görə ki, biologiya elmi dünyanın ən mürəkkəb laboratoriyası olan canlıları öyrənir.

    II aparıcı : .
    Vernadskinin dediyi kimi canlı varlıqlar yarandığı gündən geniş yayılmışdır . Bu müxtəliflik ümumi sahəsi 510 milyon kvadrat kilometr olan Yer səthindən 20 min metr yüksəkliyə və 11 min metr dərinliyə qədər hüdudlarda dəyişir. Təbiəti mühafizə etmək və onun nemətlərindən səmərəli istifadə etmək devzini Hüseyn Arif obrazlı şəkildə belə qələmə almışdır :
    Gəlin təbiəti biz də düşünək ,
    O , özü hər şeyi düşünən kimi !.. .

    I aparıcı : .
    İnsanın əqli , şüuru , təfəkkürü artdıqca onun təbiətə qarşı qəddarlığı güclənmişdir. Öz ilk beşiyi olan təbiətə qarşı qəddar olan insanın acgözlüyü , xəbisliyi və digər bu kimi mənfi xüsusiyyətləri biosferə mənfi təsirlər göstərmişdir. Xalq şairi B . Vahabzadə bu hisləri belə qeyd etmişdir: .
    Yaranışdan biz övladıq o , ana , .
    Bu sitəmi necə qıydıq biz , ona ? ,
    Hara gedir , o , fırlana – fırlana , .
    Sinəsində çalın – çarpaz yarası! .
    Səhnəcik: “ Bitkilərə qulluq etmək bizim borcumuzdur “. .
    II aparıcı : .
    Son 35 – 40 il ərzində biotik , abiotik və antropogen amillərlə əlaqədar olaraq təbiətin ayrı – ayrı sərvətlərinə təsirlər güclənmişdir . Təbii sərvətlərin istifadəsindəki plansızlığı B. Vahabzadə belə qələmə almışdır: .
    Təbiətin sümüyünə dirəndik , .
    İliyini sorasıyıq , sorası , .
    Əlimizlə bu anamız torpağın , . Dağlanmamış görən qaldı harası ?.. .

    I aparıcı :
    Yer planetində yaşayan əhalinin 15 % ərzaqla təmin olunur, 35% orta səviyyədə dolanır , 50% isə aclıq çəkir. Hər il Yer kürəsində 40 min uşaq ölür. Bu fəlakətlərin qarşısını almaq üçün ətraf aləmi qorumaq hər birimizin borcumuzdur.
    Engels demişdir: ”Gəlin təbiət üzərində çaldığımız qələbə ilə öyünməyək , hər bir belə qələbə üçün təbiət bizdən intiqam alır !”
    Söz səhnəciyindir : “Bir kişinin beş oğlu “

    II aparıcı :
    Bildiyimiz kimi ilk dəfə həyat su mühitində yaranmışdır. O zaman Yer Günəş tərəfindən intensiv olaraq radioaktiv şüalanmaya məruz qalırdı. Bu şüaları su mühiti udaraq zəiflədə bilirdi. Ona görə də canlıların ilk dəfə suda yaranmışdır. Canlıların ilk dəfə su mühitində yaranmasını Ziba Məmmədova belə qələmə almışdır:
    Canlılar yaranmış əvvəlcə suda .
    Çox geniş yayılmış , sonra quruda.
    Torpaq tükənməyən böyük sərvətdir,
    Canlıya “bazisdir”, bu nə hikmətdir?!
    Söz səhnəciyindir : “ Yerin Mərkəzi “

    I aparıcı :
    Biosferdə mövcud olan varlıqlar əbədi deyil, onların birinin məhv olması , digər canlının yaranmasına — yeninin əmələ gəlməsinə səbəb olur. Bu qanunauyğunluqları B . Vahabzadə belə söyləmişdir:
    Saxlasaq bir anlıq yolundan onu ,
    Həyat təzələnməz , Yer təzələnməz ,
    Nəyinsə ilkidir , nəyinsə sonu,
    Dünya fırlanmasa son ilkə dönməz.

    II aparıcı :
    Biokütlənin əmələ gəlməsində dəyişkənliyin və təbii seçmənin mühüm rol oynamasını görkəmli Azərbaycan klassiki N . Gəncəvi belə təsvir etmişdir:
    Qüvvətlə yuxarı daş atsan əgər ,
    O , yerə düşüncə işlər dəyişər..!

    I aparıcı:
    Biosferdə torpağın əmələ gəlməsini , sonra isə mövcud olan varlıqların iearxiya şəklində sadədən – mürəkkəbə və ibtidaidən aliyə doğru inkişaf etdiyini, canlıların ali əşrəfinin insan olduğunu Azərbaycan klassiki Nizami Gəncəvi obrazlı şəkildə qələmə almışdır :
    Birinci qarnıdır aləmin bu Yer ,
    Sonuncu qarnı da gördüyün bəşər !..

    II aparıcı :
    H . Arifin şerini söyləmək:
    I aparıcı :
    Biologiya elminin bəzi məqamlarını Ziba Məmmədova aşağıdakı kimi təsvir etmişdir:
    “Bios” –həyat , “loqos” – elm , söylədi,
    “Botanio” – bitki , ota neylədi ?

    “Zoon” – heyvanat aləmini öyrədir,

    Bioloji elm bizə gərəkdir,
    Sırf bioloq , elə həkim deməkdir.
    .
    Anatomiya , orqanların quruluşun,
    Fiziologiya , hər bir işin gərdişin,
    Gigiyena , sağlamlığın vərdişin.
    Öyrədən bioloji elm gərəkdir,
    Sırf bioloq ,elə həkim deməkdir.

    Sitologiya hüceyrənin açarı,
    Toxumadır dörd tərəfi, hasarı,
    Çox mürəkkəb, sirli olur anları,
    Bioloji elm bizə gərəkdir,
    Sırf bioloq , elə həkim deməkdir.

    Canlıları koaservat damladan,
    Dəyişkənlik, irsiyyətdir yaradan.
    Təkamüldür seçən ağı – qaradan, Bioloji elm , bizə gərəkdir,
    Sırf bioloq , elə həkim deməkdir.

    Zülal , həyat amilidir əzəldən,
    Canlıları kim yaradıb, düzəldən?
    Doymaq olmaz təbiətdən, gözəldən,
    Bioloji elm , bizə gərəkdir, Sırf bioloq ,elə həkim deməkdir.

    II aparıcı :

    Şagirdlərə belə bir tapmaca söyləyirəm :
    Mən aşiqəm adı yox ,
    Aşiq deyər adı yox.
    O , nədir ki , insanda , (burunun altında olan çökəklik)
    Özü vardır , adı yox. ( Ziba Məmmədova .)

    \I aparıcı :
    Uşaqlara başqa bir tapmaca söyləyirəm :
    Mən aşiqəm bir – iki ,
    Aşıq deyər, bir – iki .
    O, nədir ki, barmağında,
    Dödü-üçdü , biri iki. ( Ziba . Məmmədova. )

    II aparıcı:
    Səhnəcik : “İmtahanda “
    IX – XI sinif şagirdlərinə bir tapmaca ünvanlayırıq :
    Reseptorlar hər an oyaq
    Keşik çəkir əsgər sayaq.
    Duyğulardır ona dayaq, (refleks)
    Bəs necə bunu anlayaq? ( Ziba Məmmədova. )

    I aparıcı
    Şagirdlərə növbəti tapmacanı ünvanlayırıq:
    Üç qişadır hamarı var,
    Torlu , buynuz , damarı var,

    Billuru saf san ki , şüşə, ( göz )
    Bənzəri var , bil günəşə. ( Ziba Məmmədova.)

    II aparıcı:
    Şagirdlərə bir – birinə tapmaca söyləyir:

    I şagird:
    Üç hərfdən yaranır o ,
    Al – qırmızı boyanır o ,
    Dörd qrupda yerləşir,
    Hər an edir hay – həşir,
    Ölsə insan bil dayanır, (qan )
    Bu şey necə adlanır?!.. ( Ziba Məmmədova.)

    II şagird:
    Üç hərfdən yaranmış qan ,
    Al – qırmızı boyanmış qan,
    Dörd qrupda qalır müdam
    Dövr etməsə ölər insan. ( Ziba Məmmədova )

    I aparıcı:
    Növbəti tapmacanı söyləyirik:
    O , qoruyur bütün canı ,
    Öz ünvanı etmiş qanı ,
    Yad cismə edir hücum ,
    Onu tutub , yeyib , udum ,
    Deyə gəzib, dövr eyləyir, (LEYKOsit )
    Adı nədir , kim söylə (Ziba Məmmədova )

    I I aparıcı:
    Tədbir iştirakçılarına növbəti tapmacanı söyləyirik:

    O , nədir ki , insanda
    Hey dolanır , axır qanda,
    Nüvəlidir doğulanda
    Elə ki , düşür damara,
    Oksigen verir orqana.
    Nimçə olur forması,
    Dəmirdəndir “ torbası “
    Qaraciyər qəbiristanı,
    Bu nədirsə adını, (eritrosit )
    Söylə , qoy bilsin hamı.
    ( Ziba Məmmədova .)
    Səhnəcik: “Anam güclə göndərir “

    I aparıcı :
    Növbəti tapmacanı söyləyirik :
    Çəpər çəkib o ,tor qurur,
    Fermentləri qana vurur
    Laxtalanıb qan da durur (trombosit )
    Adı nədir tapın görək?
    Bilməsəniz kömək edək. ( Ziba Məmmədova . )

    II aparıcı:

    Unutmayaq ki , yaşadığımız dövrün ümumbəşər qayğılarından olan ekoloji problem , canlı aləmin zirvəsi sayılan insanın biosferə hədsiz müdaxiləsinin nəticəsidir. İnsan təkamülcə ali məxluq olsa da, antropogen təsirlərə qarşı zəif və dözümsüzdür.

    I aparıcı :

    Yer üzərində yaşayan insanlar öz xilasları naminə təbiəti ekoloji partlayışdan qorumağa borcludur, əks təqdirdə təbiətlə yanaşı insanlar da məhv ola bilərlər. Heç vaxt təbiətə qalib gəlmək mümkün olmamışdır. Odur ki, gəlin təbiəti qoruyaq !
    Gəlin təbiəti biz də düşünək
    O, özü hər şeyi düşünən kimi !…
    .

    Ağsu Rayon R . Hüseynov adına Kəndoba kənd tam orta məktəbin biologiya və kimya müəlliməsi , metodbirləşmənin sədri, Məmmədova Ziba Əziz qızı.

    Biologiya

    İNTEQRASİYALI MOTİVASİYA.

    FƏAL təlimin həyata keçməsi üçün bir sıra metodlar mövcuddur. Bu metodları fərqləndirmək üçün müxtəlif terminlərdən istifadə edirik. Əgər müəllim yenilikləri qəbul edə bilirsə, öz üzərində işləməyi bacarırsa deməli nəticə əldə edə biləcəkdir. Əsas məqsədimiz şagirdlərimizə yaxşı təhsil verməklə yanaşı, onları əsl vətəndaş kimi yetişdirməkdir.
    Müasir təlimin ən doğru yolu şagirdyönümlü interaktiv təlim metodlarından yararlanmaqdır. Tədris etdiyim dərslərdə fəndaxili və fənlərarası inteqrasiyaya xüsusi yer verirəm. Müasir interaktiv təlimin ən vacib mərhələlərindən biri də motivasiyadır. Adi halda motivasiyanı qurmaq sadə görünə bilər. Lakin dərin düşünərkən aydın olur ki, motivasiya mərhələsində ən azı iki – üç fənnə inteqrasiya edilməlidir ki, dərs tam əhatə olunsun.
    Biologiya fənnindən VI sinifdə “Kökün quruluşu, növləri sistemləri “ mövzusunu tədris edərkən inteqrasiyalı motivasiyanı aşağıdakı kimi yaradıram:
    Əvvəlcə köklü ağac şəklini şagirdlərə təqdim edirəm və sual verirəm:
    1. Gördüyünüz şəkildə bitkinin hansı orqanları təsvir təsvir olunmuşdur və bu orqanlar hansı funksiyanı yerinə yetirirlər?
    Köklü və yarpaqlı ağacın şəklini verməklə biologiyanın təsviri incəsənətə inteqrasiyasını yaradıram.
    Sonra şagirdlərə başqa bir sual verirəm:
    2. Sözün kökü ilə bitkinin kökünü nə əlaqələndirir?
    Bu sualın verilməsi ilə biologiyanın Azərbaycan dilinə inteqrasiyasını yaradıram.
    Azərbaycan dilində sözün dəyişməyən hissəsinə kök deyilir. Sözün kökü dəyişmir, şəkilçi qəbul edərək yeni sözlər əmələ gətirdiyi kimi , bitkinin kökü də bitkini torpağa bərkidir. Bitki yerini dəyişmədən bir vegetasiya müddətində həmin ərazidə ( yerdə ) yaşayır və yeni pöhrələr əmələ gətirir. Deməli sözün kökü ilə bitkinin kökünün ortaq cəhəti hər ikisinin dəyişməz olmasıdır və hər ikisinin yenini əmələ gətirməsidir.
    Başqa bir sualla şagirdlərə müraciət edərkən kimya və fizika fənlərinə inteqrasiya yaratmış oluram:
    3. Bitki kökləri ilə necə qidalanır, su və mineral duzlar kök vasitəsi ilə necə udulur?
    Su və suda həll olmuş mineral duzlar kökün əmici telləri vasitəsi ilə udularkən əvvəlcə su kökün dəricik hüceyrələrinə , oradan kökün qabıq hüceyrələrinə, oradan isə kök borucuqlarına keçərək kök təzyiqi hesabına ( osmos – diffuziya hadisəsi ) yarpaqlara qədər çatdırılmasının izahatı zamanı fizikaya inteqrasiya yaranır.
    Yarpaqlar ağızcıqları vasitəsi ilə atmosferdən karbon qazını udur. Günəş işığının təsiri altında yarpağın xlorofil dənəciklərində fotosintez ( qeyri – üzvi maddələrdən üzvi maddənin sintez olunması ) prosesinin izahatı zamanı kimya fənninə inteqrasiya yaranır.
    Kök sistemləri təsvir olunmuş tablonu (Kök insan, çuğundur, yerkökü, mil kök sistemi və saçaqlı kök sisteminə aid şəkilləri) şagirdlərə nümayiş etdirməklə yenə biologiyanın təsviri incəsənətə inteqrasiyasını yaradıram.
    Başqa bir sualla şagirdlərə müraciət edirəm:
    4… Hansı kök sistemlərini tanıyırsınız?
    Bu formada müxtəlif fənlərə inteqrasiya edərək motivasiya yaratmaq induktiv ( yeni biliyə əsaslanan)
    Dərsi tam əhatə edir, təfəkkür prosesini aktuallaşdırır.
    Bundan başqa biologiyadan x sinifdə “Həyatın yaranması haqqında müasir təsəvvürlər “ mövzusunu tədris edərkən şagirdlərin diqqətini dərsə yönəltmək üçün sinfə daxil olduqdan sonra belə bir beyt söyləyirəm
    Canlılar yaranmış əvvəlcə suda,
    Çox geniş yayılmış, sonra quruda!…
    Bu misranı söyləməklə həm biologiyanın ədəbiyyat fənninə inteqrasiyasını yaratmış oluram, həm də ilk canlının su mühitində yaranmış olduğunu şagirdlərin diqqətinə çatdırıram. Sonra isə şagirdlərə sualla müraciət edirəm:
    Nə üçün qədim dövrlərdə həyat quruda yarana bilməzdi?
    Bu sualın açıqlaması zamanı biologiyanın astronomiyaya inteqrasiyası yaranır. Günəşin öldürücü təsirə malik şüaları yer səthini intensiv olaraq işıqlandırılırdı . Ona görə də qədim dövrlərdə həyat quruda yarana bilməzdi.
    “ Üzvü aləmin inkişafı “na aid olan sxemi şagirdlərə nümayiş etdirərək təsviri incəsənətə inteqrasiya yaradıram. Sonra isə belə bir sual verirəm:
    İlkin atmosferdə oksigenin toplanması hansı proseslərlə nəticələndi?
    Bu sualın aşıqlaması zamanı kimya fənninə inteqrasiya olunur.
    İlkin atmosferi təşkil edən elementlərdən – hidrogenin oksigenlə qarşılıqlı təsirindən su , azotla birləşməsindən ammonyak , karbonla birləşməsindən metan yarandı. Yerdə hidrogen – sianid , karbon qazı , hidrogen molekulu kimi müxtəlif birləşmələr meydana gəldi . Bu birləşmələr canlı orqanizmin tərkibinə daxil olan üzvi maddələrin əsasını təşkil etmişdir. İlkin atmosferdə
    Oksigen yalnız birləşmələrin tərkibində olmuşdur .Digər bir sualla şagirdlərə müraciət edirəm:
    Fotosintezin meydana gəlməsi quru mühitində hansı dəyişikliklərin yaranmasına səbəb oldu?
    Bu sualın izahı zamanı coğrafiya , astronomiya və kimya fənlərinə inteqrasiya olunur.
    Su mühiti ultrabənövşəyi şüaları uda bildiyi üçün əvvəllər həyat yalnız suda mümkün idi. Fotosintez prosesi nəticəsində sərbəst oksigenin ayrılması və onun bir hissəsinin quruya çıxaraq ionlaşdırıcı şüaların təsirindən ozona çevrilməsi ultrabənövşəyi şüaların təsirini zəiflətdi. Nəticədə , quruda həyat üçün əlverişli şərait yarandı. Beləliklə , müasir interaktiv təlimin mərhələlərindən biri olan motivasiyanın düzgün qoyulması
    Vacib məsələdir. Bunun üçün müəllimdən müəyyən hazırlıq və səriştə tələb olunur. Arzulanan nəticəyə aparan yol məqsədin düzgün qoyulmasından başlayır .

    Müəllif: Ağsu rayon R .Hüseynov adına Kəndoba kənd tam orta məktəbin biologiya və kimya müəlliməsi Məmmədova ZİBA Əziz qızı .

  • 2 fevral Gənclər günü münasibətilə Bakı və Sumqayıt şəhərlərində fəaliyyət göstərən ədəbi gəncliyin nümayəndələri ilə görüş keçirilib

    Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının elektron orqanı Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Mətbuat xidmətinin yaydığı məlumata görə, yanvar ayının 30-da “28 May” diyarşünaslıq evində Sumqayıt şəhər Mədəniyyət və Turizm idarəsinin təşəbbüsü, Ə.Kərim adına “Poeziya” klubunun təşkilatçılığı ilə Dünya Gənc Türk Yazarları Birliyinin 2 fevral Gənclər günü münasibətilə Bakı və Sumqayıt şəhərlərində fəaliyyət göstərən ədəbi gəncliyin nümayəndələri ilə görüş keçirilib.
    Tədbiri giriş sözü ilə açan Ə.Kərim adına “Poeziya” klubunun direktoru şair İbrahim İlyaslı tədbir haqqında məlumat verib və gəncləri təbrik edib, yaradıcılıq uğurları arzulayıb. Daha sonra çıxış edən DGTYB-nin sədri Əkbər Qoşalı tədbirin təşkilatçılarına öz təşəkkürünü bildirib və təşkilatın fəaliyyəti haqqında qısa məlumat verib. Gənclər gününün qeyd edilməsi ilə bağlı təşəbbüsünün məhz DGTYB-yə aid olduğunu qeyd edən Ə.Qoşalı bildirib ki, gənclərin əziyyətini dəyərləndirmək və uğurlrını qiymətləndirmək hər bir gəncə stimul verir.
    Daha sonra “Türk dünyasında söz verib söz almaq onun birliyinə səbəb olacaq” deyən AYB Sumqayıt Bolməsinin sədri şair Sabir Sarvan DGTYB-yə fəaliyyətində uğurlar arzulayıb.
    Sumqayıt şəhər Mədəniyyət və Turizm idarəsi adından çıxış edən Arif Vəliyev çıxış edərək idarə rəisi Mehman Şükürovun gənclərə təbriklərini çatdırıb, yaradıcılıq uğurları arzulayıb.
    Tədbirdə iştirak edən şairlər, Dəyanət Osmanoğlu, Qafqaz Əvəz oğlu, Almaz Sahilə, Eyyub Qiyas, Əli Nəcəfxanlı, Sumqayıt MKS-in direktoru Yeganə Əhmədova və digərləri çıxış edərək gənclərdə vətənpərvərlik duyğusunun önəmli olduqunu bildirib, qeyd ediblər ki, cəmiyyətin gənc ziyalılara böyük ehtiyacı var və gənclər cəmiyyətin nəbzini tuta bilsələr layiq olduqları zirvəyə çata biləcəklər.
    Daha sonra gənc şairlər Ülkər Piriyeva, Şəhanə Müşfiq, İntiqam Yaşar, Çinarə Ömrə, Fuad Cəfərli, Sərvər Kamranlı, Ruslan Naib və digərlərinin ifasında şeir nümunələri tədbir iştirakçıları tərəfindən maraqla dinlənilib və alqışlarla qarşılanıb.
    S.Rüstəmov adına UİM-in Skripkaçılar qrupunun rəngarəng musiqi nömrələri, aşıq Anar laçınlının ifasında “Ruhani” aşıq havası tədbiri daha da rövnəqləndirib.
    Sonda gənc yazarlar və S.Rüstəmov adına Uşaq incəsənət Məktəbi DGTYB –nin fəxri fərmanları ilə təltif edilib.

  • Səməd VURĞUN.”Azərbaycan”

    70cf712475

    El bilir ki, sən mənimsən,
    Yurdum, yuvam, məskənimsən,
    Anam doğma vətənimsən!
    Ayrılarmı könül candan?
    Azərbaycan, Azərbaycan!

    Mən bir uşaq, sən bir ana,
    Odur ki, bağlıyam sana,
    Hanki səmtə, hanki yana
    Hey uçsam da yuvam sənsən,
    Elim, günüm, obam sənsən!

    Çox keçmişəm bu dağlardan,
    Durna gözlü bulaqlardan!
    Eşitmişəm uzaqlardan
    Sakit axan arazları,
    Sınamışam dostu, yarı…

    Fəqət səndən gen düşəndə,
    Ayrılıq məndən düşəndə,
    Saçlarıma dən düşəndə.
    Boğar aylar, illər məni,
    Qınamısan ellər məni.

    Dağlarının başı qardır,
    Ağ örpəyin buludlardır.
    Böyük bir keçmişin vardır.
    Bilinməyir yaşın sənin,
    Nələr çəkmiş başın sənin.

    Düşdün uğursuz dillərə,
    Nəs aylara, nəs illərə.
    Nəsillərdən nəsillərə,
    Keçən bir şöhrətin vardır.
    Oğlun, qızın bəxtiyardır…

    Hey baxıram bu düzlərə,
    Ala gözlü gündüzlərə.
    Qara xal ağ üzlərə,
    Könül istər şeir yaza;
    Gəncləşirəm yaza-yaza…

    Ölməz könül, ölməz əsər,
    Nizamilər, Fizulilər
    Əlin qələm, sinəm dəftər,
    De gəlsin hər nəyin vardır.
    Deyilən söz yadigardır.

  • Süleyman RÜSTƏM.”Dost kimi, qardaş kimi”

    116

    Meşədə quşlar artıq oxumur kef-damaqlı,
    Günəş üstdə bulud var göz üstündə qaş kimi.
    Payız gəlib… çəmənlər görünür qaşqabaqlı,
    Hərdən yağış çiləyir torpağa xaşxaş kimi.

    Cığırların al-əlvan, rəngbərəngdir örtüyü,
    Havalara sovrulur yuvalardan quş tükü.
    Görünür gözlərimə palıdların kötüyü
    Bərkə-boşa dözümlü qaya kimi, daş kimi.

    Sabah yəqin hər tərəf bürünəcəkdir qara,
    Qoynu çəmənli dağlar, dözməkçün soyuqlara,
    Qışdan sonra bir daha qovuşmaqçın bahara –
    Verəcəkdir baş-başa dost kimi, qardaş kimi.

    Uca dağlar qoynunda – Lerikdəyəm mən yenə,
    Payız öz nəfəsiylə qəm gətirib gülşənə.
    Hərdən günəş doğanda, görünür aydın mənə-
    Savalanın təpəsi çalpapaqlı baş kimi.

    Canlanır göz önümdə hər an başqa mənzərə,
    Yağan yağış altında yuyunduqca dağ-dərə –
    Yarpaqların ucundan damcılar düşür yerə
    Gözdən axan yaş kimi.

    Qış qapını kəsdirib yurd salacaq bu yerdə,
    Küləklərin mahnısı qalxacaq pərdə-pərdə.
    Şaxta baba əliylə bütün pəncərələrdə
    Min naxış çəkəcəkdir mahir bir nəqqaş kimi.

    Gün gah çıxır, gah batır, sıxır qəlbimi hicran,
    Yürüyür dağlar üstə buludlar karvan-karvan.
    Yol çəkən gözlərimi çəkmirəm Savalandan.
    Qanı qanımdan olan qardaşım Balaş kimi!

  • Süleyman RÜSTƏM.”Azərbaycana gəlsin!”

    116

    Vətənimin seyrinə çağırıram elləri,
    Sərvət görmək istəyən Azərbaycana gəlsin!
    Bəzənib başdan-başa şəhərləri, kəndləri
    Cənnət görmək istəyən Azərbaycana gəlsin!

    Qanımızda dövr edən sədaqətdir, sədaqət,
    Günəşdən də parlaqdır gözümdən bu həqiqət.
    Dostuna, qardaşına təmənnasız məhəbbət,
    Hörmət görmək istəyən Azərbaycana gəlsin!

    Gözəlliklər Vətənə gözəllərindən gəlir,
    Dostluğun-qardaşlığın təməllərindən gəlir,
    Könüllərin nıüqəddəs əməllərindən gəlir,
    Qüdrət görmək istəyən Azərbaycana gülsin.

    Saysız qəhrəmanların
    Qurub yaradanların,
    Qocasında, gəncində, bu sadə insanların
    Şöhrət görmək istəyən Azərbaycana gəlsin!

    Payızında, qışında, baharında, yazında
    Dinir dostluq nəğməsi konüllərin sazında.
    Sabaha addımlayan mərd oğlunda, qızında
    Qeyrət görmək istəyən Azərbaycana gəlsin!

    Zavalsızdır ömürlük qoynundakı bağça, bağ,
    Məhəbbəti, şöhrəti dolaşır oymaq-oymaq,
    Al bayraqlar altında alnıaçıq, üzüağ,
    Millət görmək istəyən Azərbaycana gəlsin!

  • Süleyman RÜSTƏM.”Olmasaydı”

    116

    Dinməzdi mahnım mənim, gəlməzdi şerim cana,
    Günəş bayraqlı min-min səhərim olmasaydı,
    Çinar kimi qol-budaq atmazdım dörd bir yana,
    Bakıtək bir qəhrəman şəhərim olmasaydı.

    Çaşbaş olub qalardım mən yollar ayrıcında,
    Gözəl ana yurdumun torpağında, daşında.
    Qanım kimi qaynayan bulaqların başında,
    Açılan sufrələrdən xəbərim olmasaydı.

    Yaramı qara gündə mahnılarımla sardım,
    Dalğaları avartək bu əllərimlə yardım.
    Mən ürək sözlərimi hara, hara yazardım,
    Milyon-milyon ürəklər dəftərim olmasaydı!

    Könüllərdən silinib adım unudulardı.
    Ürəyimə dünyanın qəm-qüssəsi dolardı.
    Payız çiçəkləritək mahnılarım solardı,
    Zəhmətimin sonunda zəfərim olmasaydi.

    Gənclər sahil boyunca xəyala dalardımı?!
    Mənim şeirlərimdə bu ahəng olardımı?!
    Gözəllərin gözləri maviyə çalardımı
    Şəhərimin aynası Xəzərim olmasaydı?!

    Ürəyimdən keçəni açıq deyim sizə mən:
    Gəncliyimdən vurğunam günəşli gündüzə mən,
    Çıxmazdım el içinə, görünməzdim gözə mən,
    Beş-üç nəzərə çarpan əsərim olmasaydı!..

    Çoxdandır bir vüsalın sevdası var başımda,
    Yaxşı bilir bu sirri dostum da, qardaşım da.
    Mən cavan görünərdim inanın bu yaşımda.
    Dərdli Arazla bağlı kədərim olmasaydı!

    Xalqımçün qazanmışam şöhrəti mən, adı mən.
    Eşqimdən yaratmışam bu gözəl həyatı mən.
    Mahnılarla bəzərdim bütün kainatı mən,
    Bir gün torpaq altına səfərim olmasaydı!

  • Mirzə Ələkbər SABİR.”Millət necə tarac olur olsun, nə işim var?! “

    sabir

    Millət necə tarac olur olsun, nə işim var?!
    Düşmənlərə möhtac olur olsun, nə işim var?!
    Qoy mən tox olum, özgələr ilə nədi karim,
    Dünyavü cahan ac olur olsun, nə işim var?!

    Səs salma, yatanlar ayılar, qoy hələ yatsın,
    Yatmışları razı deyiləm kimsə oyatsın,
    Tək-tək ayılan varsa da, həq dadıma çatsın,
    Mən salim olum, cümlə cahan batsa da batsın,
    Millət necə tarac olur olsun, nə işim var?!
    Düşmənlərə möhtac olur olsun, nə işim var?!

    Salma yadıma söhbəti-tarixi-cahani,
    Əyyami-sələfdən demə söz bir də, fılani,
    Hal isə gətir meyl eləyim dolmanı, nani,
    Müstəqbəli görmək nə gərək, ömrdü fani;
    Millət necə tarac olur olsun, nə işim var?!
    Düşmənlərə möhtac olur olsun, nə işim var?!

    Övladi-vətən qoy hələ avarə dolansın,
    Çirkabi-səfalətlə əli, başı bulansın,
    Dul övrət isə sailə olsun, oda yansın,
    Ancaq mənim avazeyi-şənim ucalansın;
    Millət necə tarac olur olsun, nə işim var?!
    Düşmənlərə möhtac olur olsun, nə işim var?!

    Hər millət edir səfheyi-dünyadə tərəqqi,
    Eylər hərə bir mənzilü məvadə tərəqqi,
    Yorğan-döşəyimdə düşə gər yadə tərəqqi, —
    Biz də edərik aləmi-röyadə tərəqqi;
    Millət nесə tarac olur olsun, nə işim var?!
    Düşmənlərə möhtac olur olsun, nə işim var?!

  • Maria Miraglia.”Bu necə sevgidi”

    Çağdaş İtalyan şairi

    Üzünü axtarıram adamların içində,
    Gözlərində həyəcan parıltısı,
    Gecə mayakı kimi.
    Əllərinin toxunuşu,
    Sənin səsin
    Hətta sükutun belə…
    Min məna ilə dolu.
    Min deyilməmiş kəlmə,
    Söyləyir ki, mənimsən,.
    Bu necə sevgidi axı,
    Ümidlər elə hey susur,
    Xatirələr gözü yolda.
    Yenə yaddaşı oxumaq,
    Duyğuları oyadınca gözləmək.
    Düşünürsən uzaqdasan,
    Zamanın dumanı çökən daglarda.
    Yenə orda, sinəndəki gizlinlər
    Güclüdürlər.
    Zamanın səsləri yenə,
    Yenə sənin tərəfindən
    Təzədən kəşf ediləcək.
    Sonra başlayacaq qələbəsinə,
    Güclü çırpınınca ürək.

    Tərcümə edəni: Təranə Turan Rəhimli
    Filologiya üzrə fəlsəfə doktoru, Prezident təqaüdçüsü

  • Şair-jurnalist Rafiq Odayın şeiri “Kümbet” dərgisində çap olunub

    kumbet39

    Çağdaş Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, Azərbaycan Jurnalistlər Birliyinin Sumqayıt şəhər təşkilatının sədri, respublikanın Əməkdar jurnalisti cənab Rafiq Odayın “Gedim” şeiri Qardaş Türkiyə Cümhuriyyətinin Tokat şəhərində fəaliyyət göstərən TOSAYAD (Tokat Şairler ve Yazarlar Derneği) rüblük orqanı “Kümbet” eğitim, kültür, sanat ve edebiyat dergisinin yeni sayında dərc olunub.
    Qeyd edək ki, bundan öncə 2015-ci ilin noyabr ayında işıq üzü görən “Kümbet” eğitim, kültür, sanat ve edebiyat dergisinin 38-ci sayında dərc olunaraq, ictimaiyyət nümayəndələrinin nəzərinə çatdırılmışdı.

    Gülnarə ŞÖHRƏDDİNQIZI,
    “Möhtəşəm Azərbaycan”

  • Rafiq ODAY.Yeni şeirlər

    rafiqoday

    Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü,
    Azərbaycan Jurnalistlər Birliyinin Sumqayıt şəhər təşkilatının sədri,
    ”Möhtəşəm Azərbaycan” müstəqil ictimai-siyasi, ədəbi-bədii qəzetinin təsisçisi və baş redaktoru,
    ”Qızıl qələm”, “Həsən bəy Zərdabi”, “Qafqaz-Media” mükafatları laureatı,
    Əməkdar jurnalist

    BAĞIŞLA MƏNİ

    Bu dünyanın sevincindən,
    sevgisindən
    soyuyan könlüm,
    Baş söykəyib bir ağının çiyninə
    uyuyan könlüm,
    Ovuda bilmədim, bilmədim səni,
    Bağışla məni.
    Dünyanı çiynində daşıyan ilham,
    Dünyanın dərdinə aşiyan ilham,
    Beləcə içində alış, yan, ilham,
    Tanıda bilmədim, bilmədim səni,
    Bağışla məni.
    Həsrəti gözündə saralan sevgim,
    Hicranın boynuna sarılan sevgim,
    Bir naşı əlində xar olan sevgim,
    Unuda bilmədim, bilmədim səni,
    Bağışla məni.

    GÖZƏLLİYİNİN HAVASINA OYNAYAN GÖZƏL

    Gözəlliyinin havasına
    oynayan gözəl,
    Səninçün hələ ağ da
    elə qara kimidi.
    Qoşulub gözəlliyinə
    gedirsən elə,
    Barı bilirsənmi bu gedişlə
    mənzilin hara kimidi?
    Gözəlliyinin havasına
    oynayan gözəl,
    Oynayıb-oynayıb bu oyundan
    bəzəndə vay.
    Oynayıb-oynayıb
    bir də görəcəksən ki,
    əllərin qalıb dizində, vayyy!

  • Rafiq ODAY.Yeni şeirlər

    rafiqoday

    Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü,
    Azərbaycan Jurnalistlər Birliyinin Sumqayıt şəhər təşkilatının sədri,
    ”Möhtəşəm Azərbaycan” müstəqil ictimai-siyasi, ədəbi-bədii qəzetinin təsisçisi və baş redaktoru,
    ”Qızıl qələm”, “Həsən bəy Zərdabi”, “Qafqaz-Media” mükafatları laureatı,
    Əməkdar jurnalist

    GÖRÜŞƏ GƏLMİŞDİN

    Görüşə gəlmişdin bu gecə,
    Bir ilin ayrılığından sonra.
    Saçlarında fələyin əli,
    Gözlərində kədər heykəli.
    Əlində ağ yaylıq,-
    Son görüş kimi.
    Haradan gəldi ağlına,
    Bürünüb bir gecə nağılına
    Yuxuma gələsən,
    Deyəsən gəl barışaq.
    Ağ yaylıq – ağ ayrılıq,
    Ağ yaylıq – ağ barışıq.
    Bu da bir cürə sevinc,
    Bir az kədər qarışıq.

    YALNIZ SƏNİN AYAĞINA
    Bir də axıb-axıb durula bilsəm,
    Bir də dünya adlı bu müəmmaya
    vurula bilsəm,
    Bir də düşə bilsəm sevgi deyilən
    bu sərsəm yolların ağına,
    Gətirəcək yenə də
    yalnız sənin ayağına.

  • Kənan AYDINOĞLU.”Qıymaram”

    Photo Kenan

    Yenə də fırlanır bu yer kürəsi,
    Günəşdən ayrılıb ulduza çatır.
    Gözümün önündə bir nağıl kimi
    Yumub gözlərini nigarım yatır.

    Duyurdum gizlində öz-özlüyümdə,
    Durubdu həyatla üz-üzə bu gün.
    Həyatın özünə imtahan verib,
    Tapmış cavabı suallar üçün.

    Qiymət yazıbdılar həyat elmindən,
    Cavab axtaranda suallarım o.
    Sevinc tökülərmiş mən indi bildim,-
    Yenə can atanda vüsallara o.

    Səhərdən-axşama döyünən qəlbi,
    Vüsal istəyibdi özündən qabaq.
    “Yanmışam oduna illər uzunu”,-
    Dili söyləyərmiş gözündən qabaq.

    Əvvəli sevgiylə başlanan günün,
    Görən düşünürmü bəs nədi sonu?!
    Üst-üstə yığılan kitabla birgə,
    Görünür, yorubdu bu yollar onu.

    Üzündə, gözündə vüsalın eşqi,
    Yatsa da, yenə də donub buz kimi.
    Həsrətli yollara “sevgi” sözünü,
    Düzüb naxış-naxış bir ulduz kimi.

    Duyub yaşadıqca ömrün gününü,
    Sevincdən titrəsin qəlbinin simi.
    Həyata yazılan “Əla” sözünü,
    Saxlasın qəlbində bir ilham kimi.

    Dəyməsin xətrinə həyatın özü,
    Axı çox həssasdı kəlmədən ötrü.
    Mən özüm gördüm ki, nələr çəkibmiş,
    Illər arxasında hey məndən ötrü.

    Gərək ki, özü də itib-batmasın,
    Qaldırıb qoynuna alan dünyada.
    Qıymaram özgəsi açıb qapını,
    Yerindən səsləyib onu oyada.

    1 may 2010-cı il.Bakı şəhəri.

  • Gənc yazar Kənan Aydınoğlunun məqaləsi “Olaylar” İnformasiya Agentliyinin saytında dərc olunub

    27 yanvar 2016-cı il tarixində Yeni nəsil Azərbaycan gəncliyinin istedadlı nümayəndəsi, Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının Gündəlik Analitik İnformasiya Agentliyinin Mətbuat xidmətinin rəhbəri, Azərbaycan Jurnalistlər Birliyinin üzvü, şair-jurnalist, gənc yazar Kənan Aydınoğlunun Çağdaş Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Azərbaycan Yazıçılar Birliyinin üzvü, “Qızıl qələm” media mükafatı laureatı, şairə-jurnalist-publisist Rahilə xanım Dövranın yaradıcılıq fəaliyyəti ilə bağlı qələmə aldığı “Rahilə Dövranın zəngin yaradıcılıq fəaliyyəti” adlı məqaləsi “Olaylar” İnformasiya Agentliyinin saytında dərc olunub.
    Qeyd edək ki, bundan öncə 2014-cü ilin sentyabr ayının 18-də Çağdaş Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Azərbaycan Respublikasının Xalq şairi, Azərbaycan Respublikası Prezidentinin Fərdi təqaüdçüsü, Azərbaycan Aşıqlar Birliyinin sədri Zəlimxan Yaqubun yaradıcılıq fəaliyyəti ilə bağlı “Zəlimxan Yaqub yaradıcılığında türk-islam əxlaqı” adlı məqaləsi “Olaylar” İnformasiya Agentliyinin saytında dərc olunaraq, ictimaiyyət nümayəndələrinin nəzərinə çatdırılmışdı.

    Kamran MURQUZOV,
    Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Mətbuat xidmətinin rəhbəri,
    Azərbaycan Jurnalistlər Birliyinin üzvü

  • Əziz MUSA.Yeni şeirlər

    em

    Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü,
    “İlham çeşməsi” qəzetinin təsisçisi və baş redaktoru

    ƏSGƏR ANASI

    Gecələr yuxusu çəkilər göyə,
    Gözünü yollara, izlərə dikər,
    Birdən əsgər oğlu qayıdar deyə,
    Süfrədə oğlunun payını çəkər.

    Evinin qapısın bağlamaz heç vaxt,
    Pəncərə önündə xəyala dalar,
    Qar, yağış yağanda olar narahat,
    Bir əsgər görəndə gözləri dolar,

    Gözünün yaşını gizlicə silər,
    Qəlbini yandırar şəhid xəbəri.
    Hərdən xəyalına ölüm, qan gələr,
    Dirigözlü açar hər gün səhəri.

    İsti yatağında qızışa bilməz,
    Axı səngərdədi sevimli oğlu.
    Qürurlu gəzsə də, ürəyi gülməz,
    Bilir hamar deyil əsgərin yolu.

    Allaha yalvarar o, gecə-gündüz,
    Oğlunun şəklini oxşayar hər gün.
    Gözaltı eyləyər qonşuda bir qız,
    Ehtiyat toplayar toy, düyün üçün.

    Oğlu əsgərliyə gedəndən bəri,
    Hanıya can deyər, xoş dinər ana.
    Gələr qulağına güllə səsləri.
    Əsən bir mehdən də diksinər ana.

  • Əziz MUSA.Yeni şeirlər

    em

    Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü,
    “İlham çeşməsi” qəzetinin təsisçisi və baş redaktoru

    DEYİM Kİ

    Ocaq közdən alışar,
    Ürək gözdən alışar,
    Məclis sözdən alışar,
    Yanmayım neyləyim ki.

    Saz sinədə ağlayar,
    Gözəllik dil bağlayar,
    Bulaq daşdan çağlayar,
    Bəs mən nə söyləyim ki.

    Ölüm-itimdi dünya,
    Vallah yetimdi, dünya,
    Söz-söhbətimdi dünya,
    Haqqı necə əyim ki.

    Gəl sinəmə çəkmə dağ,
    Sevgidən gül açar bağ,
    Axı qatıq ağdı ağ,
    Necə qara deyim ki.

    Düz görürəm işimi,
    Pozmaram vərdişimi,
    Namərdi, nakişini,
    Axı necə öyüm ki.

    BU QIZ

    Nə qəşəng camalı var, sanki bir ceyrandı bu qız,
    Nə qəşəng bir pəridi, ətirli reyhandı bu qız,
    Nə qəşəng ləhcəsi var, necə mehribandı bu qız,
    Nə qəşəng geyinibdi, elə bil şükrandı bu qız,
    Nə qəşəng yerişi var, elə bil sultandı bu qız.

    Nə qəşəng Aydı, Gündü, yerin, göyün bəzəyidi,
    Nə qəşəng yaranıbdı, sanki cənnət çiçəyidi,
    Nə qəşəng canlar alır, Tanrının bir mələyidi,
    Nə qəşəng baxışı var, dünyanın tül-ipəyidi,
    Nə qəşəng dürdanədi, mürşüdi-xubandı bu qız.

    Nə qəşəng saçları var, elə bil ki şəlalədi,
    Nə qəşəng gözləri var, yanaqları al lalədi,
    Nə qəşəng duruşu var, müqəddəs bir ilahədi,
    Nə qəşəng nur çiləyir, Aya, Günə bir halədi,
    Nə qəşəng siması var, qaşları kamandı bu qız.

    Nə qəşəng bəzənibdi, elə bil ki, bir yaz gəlib,
    Nə qəşəng deyib, gülür, ömrümüzə bir naz gəlib,
    Nə qəşəng nəğmə deyir, gör nə gözəl avaz gəlib,
    Nə qəşəng qəlb oxşayır, sanki bir sehirbaz gəlib,
    Nə qəşəng ruh oynadır, hakimi loğmandı bu qız,

    Nə qəşəng gülüşü var, ağlımı başımdan alır,
    Nə qəşəng naz eyləyir, aşiqi odlara salır,
    Nə qəşəng nazənindi, görəndə dərd-qəm azalır,
    Nə qəşəng sevgilidi, hərdən bir xəyala dalır,
    Nə qəşəng, Əziz Musa dərdinə dərmandı bu qız.

  • Rahilə DÖVRAN.Yeni şeirlər

    12091354_1653537131524991_3860076084131834097_o

    Şairə-jurnalist-publisist
    Azərbaycan Yazıçılar Birliyinin üzvü,
    “Qızıl qələm” media mükafatı laureatı,

    OLARMISAN

    Aşiqinəm,-deyən cavan,
    Düşün, tayım, olarmısan?
    Uzun, zülmət gecələrdə,
    Nurlu ayım, olarmısan?!

    Heyran edib bu aləmi,
    Olub könül, qəlb həmdəmi.
    Unutdurub dərdi, qəmi,
    Sevgi payım, olarmısan?!

    Könül sevən, qəlbə yatan,
    Ömrə, günə nəşə qatan.
    Xoşbəxt olub, kama çatan,
    Hay- harayım, olarmısan?!

    Mələksimam, aynaqabaq,
    Alnı açıq, hey üzü ağ.
    Dağ çayıtək coşqun, şaqraq,
    Yazım, yayım, olarmısan?!

    Qaçırma məndən gözünü,
    Söylə ürək, qəlb sözünü.
    Gəl Dövrana de düzünü,
    Ilim, ayım, olarmısan?!…
    Olarmısan?!…
    Olarmısan?!…

    24.01.2016.

    ŞAHDIR MƏNƏ

    Sən gözümün ilk ovusan,
    Könül odu, alovusan.
    Sevgi dolu, eşq dolusan,
    Sənsiz həyat, yoxdur mənə.

    Səba yelim, küləyimsən,
    Xoş arzumsan, diləyimsən.
    Könül sevən,mələyimsən,
    Nə eyləsən, çoxdur mənə.

    Ala gözlər, sakit dənız,
    Xallı yanaq,ayna bəniz.
    Qıyma sönsün, eşqim sənsiz,
    Kipriklərin oxdur mənə.

    Nə gecəm var, nə gündüzüm,
    Yanaqda yaş, düzüm- düzüm.
    Tapammıram dərdə çözüm,
    Hər keçən an, ahdır mənə.

    Görməsə də səfasını,
    Dövran çəkər cəfasını.
    Yar göstərsin vəfasını,
    Görsün sevdam, şahdır mənə.

    25.01.2016.

  • Rahilə DÖVRAN.Yeni şeirlər

    12091354_1653537131524991_3860076084131834097_o

    Şairə-jurnalist-publisist
    Azərbaycan Yazıçılar Birliyinin üzvü,
    “Qızıl qələm” media mükafatı laureatı,

    ƏCƏB YARAŞIR DÖVRANA

    Sıgal verib qızil telə,
    Salma bizi dildən-dilə.
    Qız,gələrsən bədnəzərə,
    Qurşaq sarma incə belə.

    Çiyində saçlar şəlalə,
    Açıb yanaqlarda lalə.
    İnsaf eylə zalım qızı,
    Salma məni haldan-halə.

    Alma ələ qızıl gülü,
    Qısqandırma gəl bülbülü.
    Yaraşığın göz çıxarır,
    Qönçə gülsən sən bükülü.

    Ey nazlanan zərif çiçək,
    Boyu bəstə,özü göyçək.
    Bədnəzərlər yaxar səni,
    Ələnərsən ləçək-ləçək.

    Əhsən səni yaradana,
    Huri bəxş edib cahana.
    Görən hər kəs söyləyir ki;-
    Əcəb yaraşır Dövrana.

    22.01.2016.

    MƏNİM OL

    Gəl ürəkdən qəm, qüssəni təmizlə,
    Eşqimizi, xoş vüsalı sən izlə.
    Mən çiçəyi tax telinə əzizlə,
    Incə bellim,mələk üzlüm, mənim ol.

    Yetər bunca sardı bizi dərd, qübar,
    Biz də dadaq eşqimizdən bir nübar.
    Alın yazım, qismətimsən, ey nigar,
    Lalə yanaq,bulaq gözlüm, mənim ol.

    Bir atəş ki, adı sevgi, eşq ola,
    Əhdi- peyman, ülfət ilə, çıx yola.
    Öz sevdanla sarmaş gülim, qol- qola,
    Ətirşahım, Qızılgülüm, mənim ol.

    Qıyma hicran qəsd eləsin bu cana,
    Saf eşqimiz səda salsın hər yana.
    Xoş gülüşün məlhəm olsun Dövrana,
    Vəfadarım, doğru sözlüm, mənim ol…

    23.01.2016.

  • Rahilə DÖVRAN.Yeni şeirlər

    12091354_1653537131524991_3860076084131834097_o

    Şairə-jurnalist-publisist
    Azərbaycan Yazıçılar Birliyinin üzvü,
    “Qızıl qələm” media mükafatı laureatı,

    YÜKSƏLDƏK BAYRAĞIN AZƏRBAYCANIN

    Hüzündən – zəfərə!

    Düşmən güvənməsin fəndi-felinə,
    İgidlər qalxacaq Qırat belinə.
    Dağ,qaya dayanmaz türkün selinə,
    Parlasın günəşim,parlasın danım-
    Hücum əmrini ver ,Baş Komandanım!

    Şuşam,Qarabağım intizardadır.
    Ağdamım,Laçınım gör nə haldadır.
    Vaqifin,Zakirin gözü yoldadır,
    İntiqam hissiylə qaynayır qanım-
    Hücum əmrini ver ,Baş Komandanım!

    Alaq qisasını uşaq,qocanın,
    Birə-min əvəzin tökülən qanın.
    Yüksəldək bayrağın Azərbaycanın,
    Qurbandır vətənə,fədadır canım-
    Hücum əmrini ver ,Baş Komandanım!

    Titrətsin yağını “Cəngi” nin səsi,
    Səfərbər eyləyək yurdda hər kəsi.
    Hücuma hazırdır Odlar ölkəsi,
    Qəzəbli şimşəklər hiss-həyəcanım-
    Hücum əmrini ver ,Baş Komandanım!

    20.01.2016.

    İKİ GÜNƏŞİM

    Dünyada mənimçün iki günəş var,
    Biri göydə yanır,biri sinəmdə.
    Biri yer üzünə hərarət yayır,
    Biri canımdadır,döyünür həm də.

    Günəşlə həmdəmdir çölüm,çəmənim,
    Çıxandan-batana dolaşar,gəzər.
    Eşqimsə, qəlbimə hakimdir mənim,
    Hökm edər,əzizlər,ruhumu bəzər.

    Göydəki günəşim,hər axşam batar,
    Yenidən şəfəqə bürünmək üçün.
    Üfüqə baş qoyub dincələr,yatar,
    Daha cazibədar görünmək üçün.

    Dövranın günəşi,- sönməyən eşqi,
    Öz könül dünyasın nura bələyir.
    Ömürlük doğubdur,sönməz atəşi.
    Bu günəş məhəbbət, sevgi ələyir.

    21.01.2016.

  • Elnarə GÜNƏŞ.Yeni şeirlər

    eg

    Siz ki dünyada ən varlı adamsız.

    Üzülməyin dünya malı kəmdirsə,
    Kəmi sevinc, bol olanı qəmdirsə,
    Aləminiz başqa bir aləmdirsə,
    Düz amallı, düz İlqarlı adamsız,
    Siz ki, dünyada ən varlı adamsız!

    Qartal, tək qanadla uça bilmədi,
    Nə yazıq ki, bəxt üzünə gülmədi,
    Nə qədər çağırdın anan gəlmədi,
    Əli qabar, qəlbi qubarlı adamsız,
    Siz ki, dünyada ən varlı adamsız!

    Xalq eşqiylə qanı coşan oğullar,
    Analar sizləri az-az doğurlar
    Çəksəniz də iztirablar, ağrılar,
    Sözü bütöv, etibarlı adamsız,
    Siz ki, dünyada ən varlı adamsız!

    Dünyanın nisgili şairə qalıb,
    Dumanı, çisgini hər yanı alıb.
    Şairlər çox zaman dərdlə ucalıb,
    Bəşəriyyət qayğılarlı adamsız,
    Siz ki, dünyada ən varlı adamsız!

    Mətləb Məmmədoğlu, gileylənmə gəl,
    Saf sənət mülkün var hər şeydən əvvəl.
    Arzumuzdur, dahiliklərə yüksəl,
    Söz qalalı, söz hasarlı adamsız,
    Siz ki, dünyada ən varlı adamsız!

    Cənab Prezident

    Yurdumun sevimli rəhbəri oldu,
    Ordunun ən igid əsgəri oldu.
    Dünyanın dilinin əzbəri oldu,
    Haqqın carçısıdır, Cənab Prezident.

    Ali baş komandan, millətə dayaq,
    Hər bir çətinliyi qarşılayaraq.
    Hansı ölkə rəhbəri var siz sayaq?
    Lider yolçusudur Cənab Prezident.

    Meydan oxudunuz haqsız cahana,
    Ramili gətirdiz Azərbaycana.
    Sizin qədər millət sevən insana
    Təşəkkür sonsuzdur Cənab Prezident.

    Siması daima gənclərə örnək,
    Hər sözü, söhbəti ədəbi dərnək.
    İlham Əliyevi zirvədə görmək,
    Xalqın arzusudur Cənab Prezident.

  • Elnarə GÜNƏŞ.Yeni şeirlər

    eg

    Altında

    Qan qoxulu işlər ləngimədikcə,
    Acizik, ”bəlkə”nin, ”kaş”ın altında
    Cəbhədə döyüşlər səngimədikcə
    “Yasdıq daşa dönür” başın altında.

    Oyaqkən yatanlar asan oyanmaz,
    Var olanın dəyərini duyanmaz.
    Qaş yerində qərar tutub dayanmaz,
    Göz rahat durmasa qaşın altında.

    Xalqımızı soy –kökündən qırdılar,
    Böhtan atıb üzümüzə durdular.
    “Başımıza kül töküb, daş vurdular”
    Baş da ucalarmı daşın altında?

    Millətimi Allah özü qorusun!

    Haqsızları Haqq əli ilə vurulsun,
    Ədalətin tərəzisi qurulsun
    Vətənimə silah çəkən yağılar,
    Silah tutan qollarınız qurusun.

    Mərdlər üçün çox qurulub planlar,
    Məşəqqətlər, fitnə-fəsad yalanlar.
    Düz ilqarı, düz məsləyi olanlar,
    Mümkün deyil peşəsindən yorulsun.

    Lazım gəlsə oğul kimi, ər kimi,
    Mən də döyüşərəm bir əsgər kimi,
    Görüm bizim məsum şəhidlər kimi,
    Düşmənimin bütün xalqı qırılsın.

    Tarix boyu sinə gəldik dərdlərə,
    Erməni tək çaqqallara, itlərə.
    Gücümüz bəllidir çox millətlərə
    Millətimi Allah özü qorusun!

    Neyləsin?

    Dayanmadan hey axırsa göz yaşı,
    Dünya yazıq qocalmasın neyləsin?
    Şan-şöhrətçün qırır qardaş-qardaşı
    Dünya yazıq qocalmasın neyləsin?

    Nə qədər başına döyəsidir o,
    Zamanla qəddini əyəsidir o,
    Adəm babamızın dayəsidir o,
    Dünya yazıq qocalmasın neyləsin?

    Hər əməli düz görəndi dünyamız,
    Üzü yumşaq, üz verəndi dünyamız.
    Olmağına siz görəndi dünyamız,
    Dünya yazıq qocalmasın neyləsin?

    Əgər unudarsa adını bir gün,
    İtirər ağzının dadını bir gün.
    Yağdırar göylərdən odunu bir gün,
    Dünya yazıq qocalmasın neyləsin?

    Elə bil ki, dağılmağa az qalıb,
    Top-tüfəng səsinə donub süst olub.
    Laçını, Şuşanı düşmənlər alıb.
    Dünya yazıq qocalmasın neyləsin?

  • Rafiq ODAY.”Sol çiçək, sağ da çiçək”

    rafiqoday

    Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü,
    Azərbaycan Jurnalistlər Birliyinin Sumqayıt şəhər təşkilatının sədri,
    ”Möhtəşəm Azərbaycan” müstəqil ictimai-siyasi, ədəbi-bədii qəzetinin təsisçisi və baş redaktoru,
    ”Qızıl qələm”, “Həsən bəy Zərdabi”, “Qafqaz-Media” mükafatları laureatı,
    Əməkdar jurnalist

    Sol çiçək, sağ da çiçək,
    Açılıb bağda çiçək,
    Mən aranda gəzirdim,
    Bitibdi dağda çiçək.
    Dağda gülün xətrinə,
    Batdım gülab ətrinə.

    Dağ çiçək, aran çiçək,
    Baxırsan hər yan çiçək,
    Görsə də günəş görsün,
    Görməsin boran çiçək.
    Üzü günəşə çiçək,
    Düz çiçək, meşə çiçək.

    Yol çiçək, döngə çiçək,
    Kol çiçək, tingə çiçək,
    Bir balaca şiv əkdim,
    Yetirdi çəngə çiçək.
    Çiçəyim çəngə-çəngə,
    Azdısa, bir də dön gəl.

    Un çiçək, unca çiçək,
    Açıbdı yonca çiçək,
    Eyvana bir gül əkdim,
    Yetirdi onca çiçək.
    Çiçəyim undu-undu,
    Əlimə unu qondu.

    Yun çiçək, yunca çiçək,
    İncədən-incə çiçək,
    Dolaşdım dörd bir yanı,
    Görmədim bunca çiçək.
    Çiçəyim yundu-yundu,
    Yağış yağdı, yuyundu.

    Tər çiçək, tərcə çiçək,
    Düzülüb cərgə çiçək,
    Yar bağa gəlib deyin,
    Açılıb hərcə çiçək.
    Çiçəyim tərcə-tərcə,
    Gəlsən, bir dəstə dər, gəl.

    Lək çiçək, kərdi çiçək,
    Gör, neçə vərdi çiçək,
    Sinəmi bağ eylədim,
    Yar gəldi, dərdi çiçək.
    Çiçəyim kərdi-kərdi,
    Açsa, Arazdı, Kürdü.

    Bar çiçək, var da çiçək,
    Açıbdı nar da çiçək,
    Təbiətdə gücə bax,
    Bitirib qarda çiçək.
    Çiçəyim qardı-qardı,
    Günəş gəldi, qopardı.

    Ağ çiçək, ağca çiçək,
    Bağ çiçək, bağça çiçək,
    Gəzdim söz xəzinəmi,
    Dərdim bir boğça çiçək,
    Dostum, bir gəl bağçama,
    Qonaq ol söz boğçama.

  • Rafiq ODAY.”Qar yağır”

    rafiqoday

    Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü,
    Azərbaycan Jurnalistlər Birliyinin Sumqayıt şəhər təşkilatının sədri,
    ”Möhtəşəm Azərbaycan” müstəqil ictimai-siyasi, ədəbi-bədii qəzetinin təsisçisi və baş redaktoru,
    ”Qızıl qələm”, “Həsən bəy Zərdabi”, “Qafqaz-Media” mükafatları laureatı,
    Əməkdar jurnalist

    Qar yağır,
    Qar yağır ağır-ağır,
    Dərələr, dağlar fağır,
    Bağçalar, bağlar fağır.

    Qar yağır,
    Qar yağır ağır-ağır,
    Qar yağır sevgi-sevgi,
    Qar yağır nağıl-nağıl.

    Qar yağır,
    Qar yağır ağır-ağır,
    Göylərdən arzu yağır,
    Ümid yağır, var yağır.

    Qar yağır,
    Qar yağır ağır-ağır,
    Elə bil ki, təbiət
    Buludların döşündən
    Ağappaq ulduz sağır.

    Qar yağır,
    Qar yağır ağır-ağır,
    Ulduzların dalınca,
    Baxıram, gözüm axır.

    Qar yağır,
    Qar yağır ağır-ağır,
    Dərələr, dağlar fağır,
    Bağçalar, bağlar fağır.

  • Şair-jurnalist Rafiq Odayın şeirləri “Olaylar” İnformasiya Agentliyinin saytında dərc olunub

    26 yanvar 2016-cı il tarixində Çağdaş Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, Azərbaycan Jurnalistlər Birliyinin Sumqayıt şəhər təşkilatının sədri, respublikanın Əməkdar jurnalisti cənab Rafiq Odayın Müasir Azərbaycan dövlətinin qurucusu və memarı, Azərbaycan xalqının ümummilli lideri, ictimai-siyasi xadim Heydər Əlirza oğlu Əliyevin anadan olmasının 90 illik yubileyi münasibətilə qələmə aldığı “Sən ulu öndərisən bu xalqın, bu millətin” və Azərbaycan Respublikasının Prezidenti, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Ali Baş Komandanı, Yeni Azərbaycan Partiyasının sədri, cənab İlham Əliyevə həsr olunmuş “Ali Baş Komandanım!” şeirləri “Olaylar” İnformasiya Agentliyinin saytında dərc olunub.
    Qeyd edək ki, bundan öncə şair-publisist cənab Rafiq Odayın şeirləri Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının Gündəlik Analitik İnformasiya Agentliyinin saytında dərc olunaraq, ictimaiyyət nümayəndələrinin nəzərinə çatdırılmışdı.

    Gülnarə ŞÖHRƏDDİNQIZI,
    “Möhtəşəm Azərbaycan”

  • Rafiq ODAY.”Qar yağır”

    rafiqoday

    Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü,
    Azərbaycan Jurnalistlər Birliyinin Sumqayıt şəhər təşkilatının sədri,
    ”Möhtəşəm Azərbaycan” müstəqil ictimai-siyasi, ədəbi-bədii qəzetinin təsisçisi və baş redaktoru,
    ”Qızıl qələm”, “Həsən bəy Zərdabi”, “Qafqaz-Media” mükafatları laureatı,
    Əməkdar jurnalist

    Qar yağır,
    Qar yağır ağır-ağır,
    Dərələr, dağlar fağır,
    Bağçalar, bağlar fağır.
    Qar yağır,

    Qar yağır ağır-ağır,
    Qar yağır sevgi-sevgi,
    Qar yağır nağıl-nağıl.
    Qar yağır,

    Qar yağır ağır-ağır,
    Göylərdən arzu yağır,
    Ümid yağır, var yağır.
    Qar yağır,

    Qar yağır ağır-ağır,
    Elə bil ki, təbiət
    Buludların döşündən
    Ağappaq ulduz sağır.
    Qar yağır,

    Qar yağır ağır-ağır,
    Ulduzların dalınca,
    Baxıram, gözüm axır.
    Qar yağır,
    Qar yağır ağır-ağır,
    Dərələr, dağlar fağır,
    Bağçalar, bağlar fağır.

  • Saqif QARATORPAQ.Yeni şeirlər

    saqif muellim

    * * *

    Mən,hamının unutduğu
    Bir uçuq komadan betər.
    Zalım ,sənin yollarına
    Göz dikmişəm axşam-səhər.

    Barı bir yol ayaq saxla,
    Bircə dəfə qanrılıb bax!
    Bir də gördün daş üstündə
    Heç daşım da qalmayacaq.

    Bircə isti baxışınla
    Suya dönər bu buz,bu qar.
    Ürəyimin oyuğundan
    Bənövşələr baş qaldırar.

    Nə olacaq, aldat məni ,
    Bircə dəfə yalan danış,
    Bəlkə elə ömrümüzü
    Uzadacaq bu aldanış.

    Eh…nə deyim sənə daha,
    Bağışla yoldan elədim,
    Gərək dilim quruyaydı,
    Bunu sənə niyə dedim?!

    * * *

    Nə elə mürgülü,nə də oyaqsan;
    Uçursan yuxuda əlimdən tutub.
    Unutdum özümü”sevirəm” dedim,
    Ya da sən söylətdin dilimdən tutub.

    Kəsir aramızı qəfil bir bulud,
    Qışqırıb deyirsən “ehey,hardasan?!”
    Gəzib tapammırıq bir-birimizi,
    İslanır göy üzü göz yaşlarından.

    Özün öz səsinə oyanıb birdən,
    Hıçqıra-hıçqıra qalxıb yuxudan;
    Yandırıb işığı,baxıb güzgüyə,
    Görürsən yaş axır yanaqlarından…

    ,,,Nə qədər ağlasan səssiz-səmirsiz,
    Tükənməz bu həsrət,bitməz bu acı.
    Bəsdir ağladığın!Gecdi,yat daha,
    Deyəsən islanıb,çevir balıncı.

    Sevsən məni beləcə sev…

    Mən gizlicə öz içində əriyən şam,
    Tərif üçün bir misra da yazmamışam.
    Şahidimdi batan günəş,düşən axşam,
    Sevsən məni beləcə sev…

    Eh,nə deyim belə doğub anam məni,
    Darılmaram çox olsa da danan məni.
    Heç olmasa sən qınama,sonam,məni,
    Sevsən məni beləcə sev…

    “Of” demərəm dağ üstündən çəksən dağı,
    Axı,neynim bacarmıram yalvarmağı…
    Mən hələ də bir sədəlöv kənd uşağı,
    Sevsən məni beləcə sev…

    Çoxu kimi dondan dona girəmmədim,
    Qəmnən özgə sənə heç nə verəmmədim.
    Sənin üçün bircə gül də dərəmmədim…
    Sevsən məni beləcə sev…

    Eşqdən özgə,sözdən özgə,de,nəyim var?!
    Nə bir arxam,nə də elə köməyim var.
    Sənin üçün çarpan bircə ürəym var,
    Sevsən məni beləcə sev…
    Beləcə sev…

  • Saqif QARATORPAQ.Yeni şeirlər

    saqif muellim

    * * *

    Bilirəm ki,kədərdən
    hər gün göynəyir için.
    Bir söz tapa bilmirəm
    sənə təsəlli üçün.

    Neyləyim,bir az ağla
    səni boğanda qəhər.
    Mən də sinəmi tutub
    dözəcəyəm birtəhər.

    İcazə ver yanına
    hərdən gəlim…nə olar.
    Gözlərinin yaşını
    bir yol silim…nə olar.

    Sevincimiz,dərdimiz
    qarışsın bir-birinə.
    Bəlkə axan göz yaşım
    təsəlli ola sənə…

    Bir Dostuma

    Çevirmək istəyirəm
    dərdimizi sözə mən.
    Bir hürkmüş ceyran kimi
    neynim qaçır söz məndən.

    Heç bilmirəm bitərmi
    könlümüzün nisgili.
    Sevincli günümüz də
    göy əskiyə bükülü…

    Sən dərdini mənə de,
    qoy dərdimə tay olsun.
    Mənim dərdim- gecədi,
    sənin dərdin ay olsun.

    Qoy hərdən qoşalaşsın
    fikrimizin kəməndi.
    Bir az da sən dilə tut,
    tora salım bu bəndi.

    Heyif,yollar uzaqdı,
    orda qəribdi yerin.
    Ürəyin üşüyəndə
    çək üstünə bu şeri.

  • Aysel ABDULLAZADƏ.Şeir-Esselər

    12607218_940774069370199_1120366057_n

    Filoloq-yazar, YeniBaxis.Az saytının baş redaktoru Aysel Abdullazadənin şeir-esseləri.

    “Mən öldürdüyünüz qadınam…”
    Mən öldürdüyünüz qadınam
    15 yaşında ərə verib
    kitablarımdan ayırdığınız
    arzularımı boğduğunuz
    yumşaq oyuncağımla yatmadığım gün
    məni öldürdünüz…

    Mən öldürdüyünüz qadınam
    16 yaşında ana olan
    özüm uşaq ikən
    özümdən bir uşaq dünyaya gətirən zaman öldüm.
    Yaşıdlarım məktəbə gedərkən
    mən qızımı bələyəndə öldüm,
    Onlar küçədə gizlənqaç oynayarkən
    məni ərim zorladığında oldum…

    Mən öldürdüyünüz qadınam
    Dəftər yerinə əlimdə bir külfətin qazan qaşığı
    Məzun geyimi əvəzində ağ gəlinlik libası geydirdiyiniz
    kəfən misalı…
    Mən öldürdüyünüz qadınam
    diri-diri torpağa basdırdınız
    ocağa atıb yandırdınız
    daşladınız, dışladınız
    yetmədi, külümü göyə sovurdunuz…

    Mən öldürdüyünüz qadınam
    Qız olduğu ucun abort olunmuş körpənin çığlığıyam
    Ər qorxusu ilə o masada
    canından balasını çıxaran ananın içindəki fəryadıyam.
    Bütöv deyil,
    hissə-hissə doğrayan cərrah bıçağının iti baxışıyam…

    Mən öldürdüyünüz qadınam
    Əsir bildiyiniz, cariyə etdiyiniz
    Bir gecədə 30 dəfə təcavüz etdiyiniz
    Saçından asdığınız, ruhunu qırbacladığınız
    mənəviyyatını öldürdüyünüz qadınam…

    O qadınam,
    gecə küçəyə çıxsam, pozğun dediyiniz
    evə gec qayıtsam, “adamı” var dediyiniz
    boşanarsam, potensial fahişə kimi gördüyünüz
    Dilinizlə, dininizlə, belinizlə
    Öldürdüyünüz qadınam.
    Amma bu gün ayaqda duran
    Çalışan, qazanan, övlad yetişdirən
    Topluma açılan, söz sahibi olan,
    oxumuş, bilgili, kültürlü
    Canına oxuya bilmədiyiniz,
    daşlayamadığınız,
    dışlayamadığınız,
    yandıramadığınız,
    Bitirəmədiyiniz bu qadınam mən!
    Mən ölürəmədiyiniz qadınam!

    *****

    Yelken ol, kürek ol
    Dümen ol
    Balık ol, su ol
    Git, gide bildiyin yere… (Nazım Hikmetdən etkilənərək)

    Bir adam
    dalğaların qayaya vuran yerində
    İçi ümidsizliklərlə qaplanmış
    Diləklərini ürəyinin ən dərininə gömmüş
    Canı acıyan bir adam düşünür:
    … – Buludlara uzatsam əlimi,
    çatarmı bəyazlığını hiss etməyə
    Suya toxunsam,
    qulağımda çınlayarmı şırıltısı
    Ya da gəmiyə minsəm,
    gedə bilərəmmi arzuların limanına

    Yosun olsam,
    yapışsam heç qopmadan dilək qayasına
    Gəmi olsam,
    dərdləşə bilsəm, ən uzaq dənizlərin suları ilə
    Ya da balıqmı olsam,
    getsəm, ta uzaqlara gedə bildiyim qədər…

    Balıq oldum, ey dəniz, al məni də qoynuna
    Sənə gəldim,
    yaşat məni ıssız sularında…

    *****
    Bilirsənmi, gedənlər heç də həmişə unudanlar olmur
    Bilirsənmi, gülüşlər həmişə xoşbəxtlikdən deyil
    arzular hər deyəndə çin çıxmır
    xəyal hər zaman gerçəyə dönüşmür
    yaxşılıq həmişə yadda qalmır,
    pislik isə tez yaddaşa hopur…

    Bilirsənmi, xəstəxanalar həmişə can qaytarmır,
    can satılır bəzən bu “bazarda”.
    məscidlər bütün duaları göylərə ötürmür
    O’na evindən səslənmək belə, avantaj olmur insanlara
    vağzallar ayrılıqları daha çox yaşayıb
    vidaların əl sallayan görüntüsündən bezib bəlkə də.
    gəmilər hər zaman geri qayıtmır…

    Bilirsən, yandırılan hər siqaret əfkarı dağıtmır
    siqaret yandıran bütün adamlar da darıxmır
    alışqanın ucundakı alovla siqar yandırdığını düşünərsən,
    əslində yanan ciyərin olar
    içinə çəkdiyin o tüstü ciyərlərinə can verər
    bir qadının özləmi qalxar göyə kişi dodaqlarının arasından…

    bilirsənmi, yanaqlardan süzülən göz yaşında
    qəlbin qanaxması başlayar
    kliniki ölüm keçirər bütün hissiyyata məhkum orqanlar…
    bilmirsən ki, bir ürəyin ağrısı insandan keçər
    ya varlığından
    ya da yoxluğundan əzab verər.

  • Ülkər DƏNİZ.”Qocalır atam…”

    uxp

    Gündəlik Analitik İnformasiya Agentliyinin Baş redaktor müavini

    Baharı yaşayıb yetişir qışa,
    İndi tellərinə qar alır atam.
    Elə yaşadığı əzab içində,
    Qocalır İlhai, qocalır atam.

    Baxışı çıraqdı, Odu çıraqdı,
    Müqəddəs bir sevgi qəlbinə axdı.
    Bu da bir, alnıma yazdığın baxtdı,
    Qocalır, İlahi qocalır atam.

    İllər yarpaq-yarpaq uçur ömründən,
    Şaxtalar, sazaqlar keçir ömründən.
    Zaman öz qanını içir ömründən,
    Qocalır, İlahi qocalır atam.

    Sənin ömüründə qurulan həyat,
    İsti baxışında axtarır nicat.
    Əlləri gör necə oloubdur, çat-çat,
    Qocalır, İlahi, qocalır atam.

    Hələ, sabahlara çəkir yaşını,
    Görür həyatında bəxt savaşını.
    Haqlayır günbəgün ömrün qışını,
    Qocalır, İlahi, qocalır atam.

  • Şəfa VƏLİYEVA.Yeni şeirlər

    sv

    AYB, DGTYB və “Gənc Ədiblər Məktəbi”nin üzvü,
    Azərbaycan Respublikası Prezidentinin Təqaüd Fondunun təqaüdçüsü

    * * *

    Ürəyindən nə keçirsə
    Gətir dilinə…üzülmə…
    Bilirsən ki, nə söyləsən
    Inanıram kəlmə-kəlmə…

    Heç eybi yox… bu günün də
    Sənsiz axşamı qoy gəlsin…
    Boynum şəklinin önündə
    Tükdən də betər incəlsin…

    Fikir eləmə, bir dənəm…
    Qaş-qabağına yanıram…
    Mən hələ böyüməmişəm…
    Sən nə desən inanıram…

    Yuxum

    Hərdən yuxum sürgün olur,
    Üz tutur sənin qoynuna.
    Gah da qəfil yolu düşür,
    “Səninlə mənim toyuma”.

    Yeyir, içir, sağlıq deyir,
    Utanmayıb oynayır da.
    Hamını özütək bilir,
    “Sən”li, “mən”li bu dünyada.

    Eh…bezdirir çoxunu,
    Arzumu gizləməliyəm.
    İnsaf et, qaytar yuxumu,
    Səhər işə getməliyəm.

  • Şəfa VƏLİYEVA.”Ağarmış gün”

    sv

    AYB, DGTYB və “Gənc Ədiblər Məktəbi”nin üzvü,
    Azərbaycan Respublikası Prezidentinin Təqaüd Fondunun təqaüdçüsü

    Səndən ayrılmaq
    səninlə yaşamaqdı əslində
    sonsuz kədərləri…
    Səni unutmaq
    əbədilik qazandırmaqdı əslində
    yaddaşımdakı xatirələrə…
    Səni sevmək
    Dünyadan bac almaqdı əslində
    açılmayacaq sabahlara…
    Sənsiz ölmək
    ağarmış günlərə bürünməkdi əslində
    kəfən əvəzinə…
    Bağışla…
    Sözündən çıxdım yenə də…
    Ağartmadım günlərimi…
    İstərsən,
    Bağışlama…
    Və bir daha heç kimi
    Yollarına baxmaqdan qarasını itirən
    göz kimi
    Ağarmış günə yollama…

  • Rafiq ODAY.Yeni şeirlər

    rafiqoday

    Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü,
    Azərbaycan Jurnalistlər Birliyinin Sumqayıt şəhər təşkilatının sədri,
    ”Möhtəşəm Azərbaycan” müstəqil ictimai-siyasi, ədəbi-bədii qəzetinin təsisçisi və baş redaktoru,
    ”Qızıl qələm”, “Həsən bəy Zərdabi”, “Qafqaz-Media” mükafatları laureatı,
    Əməkdar jurnalist

    KƏRƏM ET

    Mən kim anlayar de, səndən özgə,
    Dada çağırıram səni, kərəm et.
    Onsaz da vədəsiz qar ələnibdi,
    Artırma saçımda dəni, kərəm et.

    Kim məhkum eylədi bu baxta məni,
    Cismin əsir etdi otaqda məni.
    Bir də kim qaldırar bu taxta məni,
    Gəl salma taxtımdan məni, kərəm et.

    Qəsdləmi canıma qəsd eyləyirsən,
    Yoxsa iradəmi test eyləyirsən?!
    Bircə baxışınla məst eyləyirsən,
    Sarırsan ömrümə çəni, kərəm et.

    Baxmırsan şöhrətə, ada yaxırsan,
    Baxmırsan doğmaya, yada yaxırsan,
    Sanki bilə-bilə oda yaxırsan,
    Ruhdan ayırırsan təni, kərəm et.

    Gün boyu gör neçə dərd məndən keçir,
    Toplu məndən keçir, fərd məndən keçir,
    Bir az da sevgini qat – məndən keçir,
    Bu qədər çətindi yəni? – kərəm et!

    KİM SEVƏR Kİ

    Mən haqqa aşiq biriyəm,
    Haqqım yox susam, kiriyəm,
    Açılmaz tanrı sirriyəm,
    Məni özgə kim sevər ki…

    Xəzan aldı ilk baharı,
    Puç eylədi arzuları,
    Saçımdakı dümağ qarı,
    Dəni özgə kim sevər ki…

    Yelə verdik son gümanı,
    Baş çəkir qəlbə damanı.
    Ruhlara çökən dumanı,
    Çəni özgə kim sevər ki…

    Bir «yox» var, bir də «bəli» var,
    Çiynimdə bir dost əli var.
    Yer üzündə bir dəli var –
    Səni özgə kim sevər ki…

  • Şair-publisist Asif Asimanın doğum günü münasibətilə tədbir keçirilib

    Yanvar ayının 23-də Azərbaycan Jurnalistlər Birliyinin Sumqayıt şəhər təşkilatında Azərbaycan Yazıçılar Birliyinin üzvü, şair-publisist Asif Asimanın doğum günü münasibətilə tədbir keçirilib.Kütləvi informasiya vasitələrinin nümayəndələrinin iştirakı ilə keçirilən tədbirdə şairin qələm yoldaşları və dostları yaxından iştirak ediblər.Tədbiri giriş sözü ilə açan Azərbaycan Jurnalistlər Birliyinin Sumqayıt şəhər təşkilatının sədri, respublikanın Əməkdar jurnalisti Rafiq Oday ilk növbədə, tədbir iştirakçılarını salamlayaraq, şair-publisist Asif Asimanın keçdiyi şərəfli ömür yolundan ürəkdolusu danışıb.Sovet hakimiyyəti illərindən ədəbi-bədii yaradıcılığa başladığını,dövri mətbuatda müntəzəm olaraq, şeirlərinin və publisistik məqalələrinin dərc olunduğunu, ədəbi mühitdə istedadlı şair kimi qəbul olunduğunu tədbir iştirakçılarının diqqətinə çatdırıb.Müxtəlif illərdə qələmə aldığı şeirlərindən səsləndirib.
    Tədbirdə iştirak edən şairin qələm yoldaşları və dostları da şair haqqında ən xoş xatirələrini bölüşüb, arzu və istəklərini dilə gətiriblər.Yeni yaradıcılıq uğurları və fəaliyyəti diləyiblər.Düzənlənən tədbirin yüksək səviyyədə təşkil olunduğunu bildirən tədbirin səbəbkarı şair-publisist Asif Asiman Azərbaycan Jurnalistlər Birliyinin Sumqayıt şəhər təşkilatının sədri, şair-publisist cənab Rafiq Odaya müraciət edərək, yaradılan şəraitə, göstərilən diqqət və qayğıya, sevgi və sayqıya görə sonsuz təşəkkürünü və minnətdarlığını bildirib.Ömrünün ən xoşbəxt anlarını məhz qələm yoldaşları və dostları ilə keçirdiyinə görə, çox xoşbəxt olduğunu dilə gətirib.Tədbirin sonunda isə xatirə şəkilləri çəkdirilib.

    Gülnarə ŞÖHRƏDDİNQIZI,
    “Möhtəşəm Azərbaycan”

  • Yalçın YÜCEL.”Fırtına Gelirken”

    175054_178868168822977_4360000_o

    Azerbaycanın Kültür ve Edebiyat Portalının Türkiye temssilcisi

    Ne zamandır bir sıkıntı var havada
    Dargınlık gelecek gibi yeniden
    Sis kapatacak gibi güneşi
    Gün doğmakla batmak arasında tedirgin
    Fırtına geldi gelecek
    Toparlayıverdim şiirlerimi masadan
    Bir sözün kaldı yalnızca
    Kelimelerin korkulu fırtınadan
    Cam kenarı çiçeklerin sessiz
    Kırmızı gül işlemeli yeleğin yalnız
    Sitem eder gibi bakıyor duvardaki resmin
    Karardı iyice gökyüzü
    Her şey kaçar gibi bir şeylerden
    Fırtına ha koptu ha kopacak
    Değişmeyen duvar ve tavan kaldı sanki
    Sözcükler yerden yere vuruyorlar kendilerini
    Beyin zarları gerilmiş davul derisi gibi
    Tokmak olmuş sinirler
    Çalıyorlar sevginin son izlerini
    Yekinmişte gidiyorsun arkana bakmadan
    Pişirdiğin yemek ocakta kalmış fırtınasız.

  • Təvəkkül Görüşlünün yeni kitabı işıq üzü görüb

    2130

    Çağdaş Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, istedadlı şair Təvəkkül Görüşlünün “Bu sevgi bir əbədiyyət” adlı yeni şeirlər kitabı 2016-cı ildə Bakı şəhərində, “Elm və təhsil” nəşriyyatı tərəfindən 194 səhifə həcmində, 300 tirajla işıq üzü görüb.
    Kitabın redaktoru və ön sözün müəllifi Çağdaş Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, “Qızım Qələm” Media Mükafatı laureatı,Dünya Azərbaycanlıları Mədəniyyət Mərkəzinin idarə heyətinin və Qadınlar Şurasının üzvü və DAMM-ın və katibi, “Azad qələm” ədəbi-bədii, ictimai-publisistik qəzetinin və “Ali Ziya” ədəbi-bədii, elmi-publisistik jurnalının təsisçisi və baş redaktoru, şairə-jurnalist Nəcibə İlkindir.
    Kitaba müəllifin son zamanlar qələmə aldığı ədəbi-bədii nümunələri, poeziya örnəkləri toplanıb.Kitab müəllifin oxucularla sayca ikinci görüşüdür.Geniş oxucu auditoriyası üçün nəzərdə tutulub.
    Poeziyasevərlər tərəfindən rəğbətlə qarşılanacağına ümid edirik.
    Qeyd edək ki, bundan öncə istedadlı şair Təvəkkül Görüşlünün “Xaraba kəndim” adlı şeirlər kitabı işıq üzü görmüşdü.

    Gülnarə ŞÖHRƏDDİNQIZI,
    “Möhtəşəm Azərbaycan”

  • Təvəkkül GÖRÜŞLÜ.Yeni şeirlər

    tm

    GÜNƏŞ DOĞSA GÜLƏR ALƏM

    Duman alar dağ başını,
    Qüssə, kədər, qəm gətirər.
    Gələr, çalar, ağ, başını,
    Sevincini kəm gətirər.

    Dərələrə yatar duman,
    Su götürər, artar duman,
    Zirvələrə çatar duman,
    Özü ilə nəm gətirər.

    Gecə olsa , çıxarsa ay,
    Üzün yuyub, baxarsa ay,
    Nurun yerə sıxarsa ay,

    Ulduzları cəm gətirər.
    Günəş doğsa, gülər aləm ,
    Qalmaz qüssə, nə də ki, qəm,
    Qucaqlaşar yerlə bahəm,
    Həyat üçün dəm gətirər.

    13. 01. 2016

    . . QAZIRAM

    Gah dərddən yazıram, gah da sevincdən,
    Könlüm nə deyirsə onu yazıram.
    Həsrətdən yazıram, gah da sevgidən,
    Sevdada batıram, eşqdə azıram.

    Soyuğu vursa da çölümü qışın,
    Nisgili çöksə də canıma yaşın,
    Köksümə sıxıb da həyatın daşın,
    Odlu bir baxışı tutub qızıram.

    Çəkib də köksümə bulud, dumanı ,
    Yaradıb içimdə dərya, ümmanı,
    Gözləyib vaxtını, tutub zamanı,
    Ormanda bulaq tək axıb, sızıram.

    Çəkdim acısını qismət, taleyin,
    Ömrü biçən yoxdu zamandan yeyin,
    Könlüm kökləyibsə kədərin neyin,
    Səssizcə çalmağa daha hazıram.

    Sözlərdən saraylar tikmək istərəm,
    Sözlərlə tablolar çəkmək istərəm,
    Sözlərdən səadət əkmək istərəm,
    Qələmim əlimdə artıq qazıram.

    12. 01 2016

  • Təvəkkül GÖRÜŞLÜ.Yeni şeirlər

    tm

    …BİR GÜN KİMİ

    Ömür keçir bir gün kimi,
    Sübhü, danı, səhəri var.
    Doğuluşu sürgün kimi,
    Göz yaşları, qəhəri var.

    Başlanğıcı hər həyatın,
    Təzə çıxan günə bənzər.
    İnsan minər ömür atın,
    Həyat adlı bağda gəzər.

    Zaman ilə gücü artar,
    Gün işığı artan kimi.
    Ömür yarı pikə çatar,
    Günortaya çatan kimi.

    Sonra isə qürub gələr,
    Qapıları döyər axşam.
    Qaranlığı son kəs dələr ,
    Günəş işin edər tamam.

    Axşam gedər, gecə gələr,
    Gələr, başlar qaranlıqlar.
    Bir ömür bir günə bənzər,
    Tam oxşarmış bu sonluqlar!

    16. 01. 2016

    BİR LƏLƏK OLAYDIM QUŞ QANADINDA

    Bir lələk olaydım quş qanadında,
    Nə çəkim olaydı, nə də ki, canım.
    Yüksəkdə olardım uçan anında,
    Nə qəlbim olardı, nə də ki, qanım.

    Bir lələk olaydım quş qanadında,
    Nə acım olardı, nə də ki, ağrım.
    Açılıb qolunda quşun yanında,
    Gözlərim olmazdı, yanmazdı bağrım.

    Bir lələk olaydım quş qanadında,
    Səmada süzəydim, pərvaz edəydim.
    Nadanlıq artanda, kin çoxalanda,
    Uçub uzaqlara quşla gedəydim.

    Bir lələk olaydım quş qanadında,
    Uçub da fəzanı dəlib keçəydim.
    Fırlanıb zirvənin ağ dumanında,
    Buludda nəmlənib, sisdən içəydim.

    Bir lələk olaydım quş qanadında,
    Olaydım bəzəyi, həm güvən yeri.
    Bir lələk olaydım quş qanadında,
    Ataydım kədəri, həm dərdi – səri.

    15. 01 2016

  • Eldar Nəsib SİBİREL.Şeirlər

    ens

    Gəl

    Baxdım, ömrüm boyu yoluna baxdım,
    Yaş olub özümün gözümdən axdım.
    Bu sənli dünyada sənsiz darıxdım,
    Gəl, qara günümü bəyaz eylə, gəl.

    Gəl, ötən günlərim hay vermir mənə,
    Gələnlər gün vermir, ay vermir mənə.
    Həsrətin dəryası boy vermir mənə,
    Gəl, qəm dəryasını dayaz eylə, gəl.

    Gəl ağı qaradan seçməkdən ötrü,
    Qəlbimə, gözümə köçməkdən ötrü.
    Həsrəti zəmi tək biçməkdən ötrü,
    Gəl, mənim qolumu dəryaz eylə, gəl.

    Gəl, gətir bir azca ötən günümdən,
    Pəncərən önündə bitən günümdən.
    Əlim gülüşünə yetən günümdən,
    Gəl, mənə də nəzir-niyaz eylə, gəl.

    Gəl, sənsiz Sibirel qalıbdır yalqız,
    Sevgi laylası çal mənə bir ağız.
    Önümü qış kəsib, arxamı payız,
    Gəl, mənim ömrümü, gəl, yaz eylə, gəl.

    Ay dağlar, ay dağlar

    Gözümə qonan çəndimi?
    Kəsib bərəmi bəndimi.
    Dərddən lal olan bəndəni
    Dindir, ay dağlar, ay dağlar.

    Laləni yolumda yandır,
    O da mən tək bağrı qandır.
    Məni başına dolandır,
    Döndər, ay dağlar, ay dağlar.

    Qəlbim köklənib qəm üstə,
    Kim qınanıb sitəm üstə?!
    Şimşəyini sinəm üstə
    Söndür, ay dağlar, ay dağlar.

    Sənsən ucam, sənsən qəlbim,
    Yoxdur saxtan, yoxdur qəlpin.
    Sənnən dağ-dağ olan qəlbim
    Təndir, ay dağlar, ay dağlar.

    Sanma ürək daş-dəmirdir,
    Yanıb… qalanım kömürdür.
    Bu da belə bir ömürdür,
    Gündür, ay dağlar, ay dağlar.

    Zamanın fitnə-felləri,
    Köksümə çəkdi milləri.
    Gözümdə daşan selləri
    Sendir, ay dağlar, ay dağlar.

    Arzum qovruldu sacımda,
    Külü ağardı saçımda.
    Hazırmı dar ağacında
    Kəndir, ay dağlar, ay dağlar?

    Sibirel dönsə qəribə,
    Qıymasan onu qəbirə,
    Onda təzədən Sibirə
    Göndər, ay dağlar, ay dağlar.

  • Eldar Nəsib SİBİREL.Şeirlər

    ens

    SİBİR ZÜLMÜ GÖRƏN MƏNƏM-1998

    Hər üzünü görüb gəldim,
    Dünya, catmaz əlin mənə,
    Məni məndə tapsan əgər,
    Xəbər eylə, gülüm mənə.

    Sinəm xənçər sözün-qını,
    Qovar tülkünü, faqqını.
    Haqdan söz demək haqqını,
    Verib obam, elim mənə.

    Baş qoyub ölləm sazıma,
    Kərəm tək tərsə qızına.
    Uyub, yanmadım nazına
    Ad gətirə gülüm mənə.

    Səbir zülmü görən-mənəm,
    Sibir zülmü görən-mənəm.
    Qəbir zülmü görən-mənəm,
    Ləzzət verir zülüm mənə.

    O dünyanı görüb gəldim,
    Dərdini hönkürüb gəldim.
    Ölümü öldürüb gəldim,
    Neyləyəcək ölüm mənə?!

    VAY HALINA

    Şeir ürək istəyir,
    Ürəksiz yanmaq olmur.
    Uşaq çörək istəyir,
    Onsuz dolanmaq olmur.
    Fikirlər al qanımı
    Sorur, sorur zəli tək.
    Haçalanıb, ilahi,
    Yolum ilan dili tək
    Bu yollar ayırıcından
    Başlayır “bəlalarım”.
    Birində şerim durur,
    Birində balalarım.
    Birisi-söz mülkündə
    Əyilmə, şax ol, deyir,
    Birisində ehtiyac
    Şaha məddah ol, deyir.
    Yox, tüpürüm şahların
    Sərvətinə, malına.
    Şairi məddah olan
    Millətin vay halına.

  • Mehri ƏLİYEVA.Yeni şeirlər

    me

    NƏ QƏDƏR ŞƏHİDİ OLAR VƏTƏNİN?

    (20-yanvar şəhidlərinə,)

    Qələmi götürdüm,mən fıkrə getdim.
    Nə qədər şəhidi olar vətənin?
    Başı çox bəlalı,olubdu elim.
    Araşdırdım elin şəhidlərini.
    Nə qədər şəhidi olar vətənin?

    Biz şəhid verdik “iyirmi yanvar”da,
    İgidlər itirdik biz Qarabağda.
    Dövlətçilik,müstəqillik yolunda.
    Araşdırdım elin şəhidlərini.
    Nə qədər şəhidi olar vətənin?

    Yazdım bəzilərin,qələmə aldım.
    Yazdıqca,oxuyub yandım,yaxıldım.
    Bir-bir şəhidləri gəzdim,aradım.
    Araşdırdım elin şəhidlərini.
    Nə qədər şəhidi olar vətənin?

    Ancaq hamısını yaza bilmədim.
    Haqqında məlumat tapa bilmədim.
    Yazdıqca,yaş ilə doldu gözlərim.
    Araşdırdım elin şəhidlərini.
    Nə qədər şəhidi olar vətənin?

    Güldə düzdüm şəhidlərin büstünə.
    Su çilədim yaralı sinəsinə.
    Düşdüm şəhidliyin ölməz elinə.
    Araşdırdım elin şəhidlərini.
    Nə qədər şəhidi olar vətənin?

    Qəbri nurla dolsun şəhidlərimin!
    Qoy təki sağ olsun başı,vətənin!
    Yolları açılsın qərib ellərin.
    Araşdırdım elin şəhidlərini.
    Nə qədər şəhidi olar vətənin?

    Günəş doğar bir gün,Qarabağımda.
    Bir cənnət yaranar cülüstanımda.
    Şəhid rahat yatar,öz torpağında.
    Araşdırdım elin şəhidlərini.
    Nə qədər şəhidi olar vətənin?

    Məni bağışlasın yazmadıqlarım.
    Çoxunun haqqında yazı tapmadım.
    Mehriyəm,kitabı qələmə aldım.
    Araşdırdım elin şəhidlərini.
    Nə qədər şəhidi olar vətənin?

    Kiyev 26-01-2015

    BİRDƏ DOĞULARMI SƏXAVƏT,GÖRƏN?
    Sən elin fəxriydin,muğamlarınla
    Birdə doğularmı Səxavət,görən?
    Səsinə səs verdin,Damcı bulaqla.
    Ağdamlı balası,səslə öyünən,
    Birdə doğularmı Səxavət,görən?
    Abdal Gülablıdan efirə çıxdın,
    Qızıl fonda düşüb,adını yazdın,
    Sevimli oğluydun,səndə bu xalqın.
    Bir gün musiqiylə torpağa düşən,
    Birdə doğularmı Səxavət,görən?
    Bir quş oldun,bir gün yuvandan uçdun,
    Cismini elində torpağa qoydun,
    Dayandı bir anda sənin vücudun.
    Mehri yazdı göz yaşıyla,bilirsən?
    Birdə doğularmı Səxavət,görən?
    Kiyev 04-06- 2015

  • Aqil SABİROĞLU.”Qarabağım”

    asm

    Torpağını öpüb qoydum gözlərimin qarasına,
    Suyun,havan məlhəm oldu dərdlərimin çarasına.
    Doluxsundum boynubükük bənövşəni öpən zaman,
    Ətirli el gözəlinin qan sızırdı dodağından.

    Qaraxallı lalələrim sitəmimə təkan verdi,
    Görüş yeri,yenə o qız…Unutmaqmı belə dərdi?!.
    Hanı o qız,əsirmidir,girovmudur yad əllərdə,
    Dağlardamı,daşlardamı,əriyibmi ya sellərdə?

    Qarabağım,alan zaman qarış-qarış torpağını,
    Daşımışam sinəmdəki ağır yükü,qəm dağını.
    Bir sonasan Qarabağım,namusuna toxunulmuş,
    Yüz qəzəl var,şikəstə var hüsnü-sənə oxunulmuş.

    Ölüm aman versin bir an,bu torpağı azad görüm,
    Gözəllərin saçlarına öz əlimlə çələng hörüm.
    O nazənin lalələri meh əsdirsin əsim-əsim,
    Yenə gəlsin görüşümə mənim əsmər Firəngizim!

  • Qalib ŞAMXALOĞLU.Yeni şeirlər

    qsm

    ANA VӘTӘN HAQQINDA

    Biz Cavanşir , Babək nəsli , Koroğlu xələfiyik
    Haqsızlığa qarşı çıxan ədalət tərəfiyik ,
    Oğuz boyu Türk oğlu Türk , qızılbaş səfəviyik ,
    Şücaətlə coşar , çağlar qaynardı türk qanımız ,
    Dastan olub tarix boyu şöhrətimiz, şanımız!

    Həm Zəngəzur , həm Göyçəli, həm də Qarabağlıyıq ,
    Aranında aranlıyıq , dağlarında dağlıyıq
    Hər birimiz bir qəhrəman Azərbaycan oğluyuq ,
    Ana yurda bağlanıbdı ruhumuzla canımız ,
    Dastan olub tarix boyu şöhrətimiz, şanımız!

    Mənfur yağı pusqudadır hər an izləyir bizi ,
    Qalib deyir , əsir yurdlar müdam səsləyir bizi ,
    Hələ döyüş qarşıdadır zəfər gözləyir bizi ,
    Doğulacaq Mübariztək neçə qəhrəmanımız
    Dastan olub tarix boyu şöhrətimiz, şanımız!

    19 yanvar 2016

    Gözəl şairəmiz Südabə xanıma

    Təbrik eyləyirəm , Südabə xanım ,
    Anadan olmağın mübarək olsun .
    Tikanlar olmasın heç həyatında
    Daima qismətin gül , çiçək olsun .

    Tanrı özü olsun arxan , köməyin ,
    Boş durmasın savab yazan mələyin .
    Çin olsun hər zaman hər bir diləyin ,
    Uğurlar ömrünə bər-bəzək olsun .

    Yayılsın şöhrətin düzdə yel kimi
    Dinirsən qəlblərdə sarı tel kimi .
    Təbin ömür boyu coşsun sel kimi ,
    Әdəbi mühitdə tər ləçək olsun .

  • Rəhim MEHNƏT.Yeni şeirlər

    rm

    QAŞINDASAN

    İstəmirəm heç ağlayım,
    Gözlərimin yaşındasan.
    Cismin uzaqda olsada,
    Ürəyimin qaşındasan.

    Yollarını gözləyirəm,
    Ətirini özləyirəm.
    Gəlişini izləyirəm,
    Gözüm üstə, qaşımdasan.

    Sən dahisən, sən ucasan,
    Əsirlərin yaşındasan.
    Tanımadım səndən uca,
    Zirvələrin başındasan.

    Sən sevginlə müqəddəssən,
    Ölüncə daşınan hissən.
    Namus, qeyrət, şan-şöhrətsən,
    Üzüyümün qaşındasan.

    15.01.2015

    SEVƏ BİLMƏRƏM

    Sevgin ürəyimə elə hopub ki,
    Mən sevə bilmərəm səndən özgəsin.
    Həsrətin hicrandan elə qopub ki,
    Mən sevə bilmərəm səndən özgəsin.

    Gecələri yola verirəm sənsiz,
    Xəyalını gerçək bilirəm sənsiz.
    Yuxuda da sənə gəlirəm sənsiz,
    Mən sevə bilmərəm səndən özgəsin.

    Sənsizlik incidər, ağlar ürəyim,
    Yoxluğun köz olar dağlar, ürəyim.
    Sevginlə kükrəyər, çağlar ürəyim,
    Mən sevə bilmərəm səndən özgəsin.

    Həyat budağıma qonan sevdalım,
    Qəlbimdə çıraq tək yanan sevdalım.
    Solumda ürəklə vuran sevdalım,
    Mən sevə bilmərəm səndən özgəsin.

    21.01.2016

  • Müzəffər MƏZAHİM.Yeni şeirlər

    mm

    ŞƏHİDLƏR XİYABANINDA

    Bu lal xiyabandan keçirəm sakit,
    Keçirəm fikirli, qüssəli, qəmli.
    Müqəddəs şəhidlər bu yerə sakin,
    Burdan yaz da keçir payız qədəmli.

    Bura gələnləri sükut qarşılar,
    Burdan gedənləri yola salan yox.
    Bu daş qapıları döyər yağışlar,
    Açıb kimliyini xəbər alan yox.

    Dünənki gülüşlər, dünənki səslər,
    Donub, şəkil kimi hopub daşlara.
    Yarımçıq arzular, sonsuz həvəslər,
    Pərvanə eşqini çapıb daşlara.

    Hələ şəhidlərin yarası qanlı,
    Hələ də torpaqda qan ləkəsi var.
    Bu dağ üstü “Parkın” başı dumanlı,
    Kökündə zəlzələ təhlükəsi var.

    Vətənin ucalan başının üstə,
    Bu ölüm şimşəyi haradan çaxıb?
    Baki, hər qranit daşının üstə,
    Nə qədər qərənfil yağışı yağıb.

    Oğul qeyrətinə sığınmış torpaq,
    Bu gün göz yaşına , al qana təşnə.
    Ha sinəyə çırpaq, ha dizə çırpaq,
    Düşmən sevinəcək döyüb döşünə.

    Şəhid məzarının ağırlığından,
    Burda yer inləyir, göy ağı tutub.
    Bu yurd zarımayıb sağırlığından,
    Bu xalq əyilməyi çoxdan unudub.

    Bura and yeridir, inam qibləsi,
    Sınaq imtahanı, qeyrət dərsidir.
    Burda hakim olub hər ruhun səsi,
    Bu haray tarixin ibrət dərsidir.

    Bir az asta yeri, asta gəz burda,
    Yarası göynədir Ana torpağın.
    İçirt göz yaşı da, içirt vurar da,
    Qoyma qəlbi dərddən yana torpağın.

    Bu lal xiyabandan keçirəm sakit,
    Keçirəm fikirli, qüssəli, qəmli.
    Müqəddəs şəhidlər bu yerə sakin,
    Burdan yaz da ötür payız qədəmli…

    20 YANVAR

    Bu gün arzumuzun azadlıq günü,
    Bu gün azadlığın zurvə günüdür.
    Ulu babaların səpdiyi dəni,
    Göyərdən millətin zərbə günüdür.

    Bu gün min illərlə gələn yollarıın,
    Sabaha açılan hür qapısıdır.
    Haqqını istəyən mərd oğulların,
    Şərəflə keşdiyi nur qapısıdır.

    Bu gün yer üzündə ən qədim xalqın,
    Özünə yenidən dönüm anıdır.
    Vətəni canından çox sevənlərin,
    Vətən qarşısında imtahanıdır.

    Bu gün hüzün günü, qəm günü deyil,
    Fəxarət günüdür, qürur günüdür.
    Xalqın varlığını təsdiq eləyən,
    Şərafət günüdür, möhür günüdür.

    Bu gün öz qanıyla yazdı bu millət,
    Ən yeni tarixin salnaməsini.
    Ucaldı müqəddəs şəhidləriylə,
    Çatdırdı dünyaya haqqın səsini.

    Bu gün azadlığın, müstəqilliyin,
    Qan ilə yazılmış təməl günüdür.
    Ölümün üzünə dik baxa-baxa,
    Özgür yaşamağın bədəl günüdür.

    Bu gün ürəklərdən qorxunun, xofun,
    Ölümün əliylə çıxan günüdür.
    Millətin divləri, əjdahaları,
    Birliyin gücüylə yıxan günüdür.

  • Abdulla MƏMMƏD.”Sən mənim yolumu gözləyəcəksən”

    yt

    Hər axşam qoşulub tənha qüssənə.
    Qəmini qəlbində közləyəcəksən.
    Elə od qoyacaq intizar sənə,
    Bu odu hamıdan gizləyəcəksən,

    Sən mənim yolumu gözləyəcəksən.
    Gündüzlər qəlbində yaşaran ümid.
    Gecələr yuxunu ərşə çəkəcək.
    Donacaq gözündə yaşaran ümid,

    Qəmli baxışın da hey yol çəkəcək,
    Sən mənim yolumu gözləyəcəksən.
    Gözünün odunu alacaq yollar,
    Yenə düyünlənib baxışlarına.

    Bu yollar həsrəti gözünə yollar…
    Düşərək xatirə yağışlarına,
    Sən mənim yolumu gözləyəcəksən.
    Mənə qalan olsa-gözün qalacaq-

    Sevinci,kədəri yaradan baxış.
    Sənin o günlərdə gözün qalacaq,
    Gözündən gələcək yar atan baxış,
    Sən mənim yolumu gözləyəcəksən.

    Nə qədər gec deyil-bir daşın,düşün,
    Nə qədər düşməyib işlər düyünə.
    Belə at oynatma,atından düşüb
    Üz tutub qarşıdan gələn hər günə,
    Sən mənim yolumu gözləyəcəksən!

    Azərbaycan.Quba.
    1985-ci il.

  • Vüsal YURDOĞLU.Yeni şeirlər

    Qayıt gəl

    Uzaqdaykən dolub həsrət gözümə,
    Bu günəcən gəlməmişəm özümə.
    Gözləmişəm vura-vura dizimə,
    Gözləyirəm mən hələ də, qayıt gəl!

    Qayıt mənə, gəl, gözümün işığı,
    Dərinləşir ürəyimin uçuğu.
    Düşəcəyəm uçurumdan aşağı,
    Olacağam eşq qurbanı, qayıt gəl!

    Qar əriyib, yaz da geri qayıdır,
    Əriməyən sənsizliyin qarıdır.
    Dünya nakam aşiqlərlə doludur,
    Qayıt, nakam qoyma məni, qayıt gəl!

    Batacaqdır eşqimizin gəmisi,
    Kirlənəcək ruhumuzun təmizi.
    Ürəyimdə bir arzu var cəmisi,
    Ümidimdən üzmə məni, qayıt gəl!

    Mən özümə qayıdaram qayıtsan,
    Mən sözümə qayıdaram qayıtsan.
    Gəlib çıxsan, ürəyimi ovutsan,
    Çıxıb getsən, dillənərəm, -“Qayıt gəl!”

    Sən havamsan, mənəm sənin havalın,
    İtib gedib gözümdəki xəyalın.
    Daha dözmür tənhalığa Vüsalın,
    Mələk gözlü, ürəyimə qayıt gəl!

    Apar məni

    Günəş qalxar, üfüqlərdə yer eylər,
    Üfüqlər də buludluqda sirr eylər.
    Məhəbbətin gözlərimi kor eylər,
    Apar məni məhəbbətdən uzağa!

    Apar məni gözdən iraq məkana,
    Apar məni sözdən iraq məkana.
    Ürəyimdə niskili var illərin,
    Apar məni kədərimdən uzağa!

    Öz ömrümü sənə görə yaşadım,
    Sən olaydı əzəl gündən kaş adım.
    Tək qalandan diləyimi boşadım,
    Apar məni diləyimdən uzağa!

    Dilim yenə həsrətindən sözləyir,
    İçim yanır, ətraflarım közləyir.
    Ürəyimin sınıq yeri sızlayır,
    Apar məni ürəyimdən uzağa!

    Tənhalığı sevə bilsəm sən qədər,
    Sevinərəm kədərimə tən qədər.
    Arzulamaz kimsə səni mən qədər,
    Apar məni istəyimdən uzağa!

    Sanırdım ki, gözlərimin nurusan,
    Yurdoğlunun mələk gözlü yarısan.
    Sən də elə sevincim tək yarısan,
    Apar məni sevincimdən uzağa!

    Hamı Allah sevgisindən danışsın

    Ürək istə, beyin düşün, qələm yaz,
    Dil deyəndə göz etməsin etiraz.
    Saz səsində rədif tapıb xeyli söz,
    Sətir-sətir, duyğu-duyğu qarışsın,
    Şair Allah sevgisindən danışsın!

    Sınıb səddlər, sal qayalar önündə,
    Dura bilməz bəndələri genində.
    Sevdası var dağdan düşən selin də,
    İstəyir ki, küləklərlə yarışsın,
    Bizə Allah sevgisindən danışsın!

    Hər övladın bir yarı var,-anası,
    Məhəbbətdən qurulubdur binası.
    Ülviyyətlə dolub daşır sinəsi,
    Könül dilər, sözüm ona yaraşsın,
    Sözüm Allah sevgisindən danışsın!

    Bu gün qismət, yaşadığım dünəndi,
    Axşam düşdü, necə oldu gün endi.
    Ümidimdən əl üzməyib mən indi,
    Şeir yazdım, sabahlara yol açsın,
    Yolum Allah sevgisindən danışsın!

    Günəş gülsün, xoş gün gəlsin ellərə,
    Ad-sanımız dastan olsun dillərə.
    Ay Yurdoğlu, baxıb ötən illərə,
    Gör doğrunu, gözün nurdan qamaşsın,
    Gözün Allah sevgisindən danışsın!

    Yazdın, amma səndən küsər möhürbənd,
    Qəlbindəki məhəbbətə qoyma hədd!
    Uca rəbbin elçisidir Məhəmməd,
    Cühud duysun, xristian barışsın,
    Hamı Allah sevgisindən danışsın!

    Ruhum

    Fələk öz çarxına doladı bizi,
    Dolandıq, hər dərdin qonağı olduq.
    Yalanlar bürüdü əhatəmizi,
    Yaşadıq, dövranın qınağı olduq.

    Arzular itirdik, şirin arzular,
    Dərddən qaça-qaça dərdə də düşdük.
    Ömürdə yaşadıq hər il bir bahar,
    Dörd fəslin üçündə ayrı ötüşdük.

    Amma ayırmadı bizi fəsillər,
    Həyatın mənasın vüsalda gördük.
    Amma ayırmadı səni mənimlə
    Bu uzun cığırlar, yollar bir günlük.

    Həmişə canıma, qanıma doldun,
    Özümü içimdə təsdiq elədin.
    Mən sadiq olanda sən sadiq oldun,
    Mən sevməyən şeyi sən də sevmədin.

    Uzaq olmağınla ən yaxınımsan,
    Kinim varsa söylə, yoxsa söyləmə!
    Sən mənim özüm tək tanıdığımsan,
    Məni bu inamdan məhrum eyləmə!

    Qəlbimin içindən çıxma kənara,
    Yol vermə, yerini şübhələr alsin.
    Mənimlə dilək tut gələn bahara,
    Səninlə görüşüm bahara qalsın!

    Ruhum, azad olma zəif bədəndən,
    İlhamlı qəlbimi eşqim ucaltsın!
    Yapışım özümdən, yapışım səndən,
    Hər səhər varlığın məni oyatsın!

    Mənimlə birgə ol, mənimlə eyni,
    Son ümid şamını birgə yandıraq.
    Sən məni bağışla, mən, ruhum, səni,
    Dünyanı sevgiylə işıqlandıraq!

  • Toğrul CƏLİL.Yeni şeirlər

    DƏNİZİM

    Bu dəfə ümidsiz gəldim yanına,
    Ey məni dərdləri pünhan dənizim.
    Nə olar məni də al qollarına,
    Qalmasın dünyada qoy ayaq izim.

    Dalğalar özünü sahilə çırpır,
    Onu azadlığa səsləyir külək.
    Ruhumu cismimdən sanki qoparıb
    İtkin bir adaya aparır fələk.

    Adada bir mənəm, bir də ki sənsən,
    Nə dəftərim vardı, nə də qələmim.
    Oxu, bu şeirimi gözümdən oxu,
    Mənim dərdlərimə şərik dənizim.

    Sən və mən

    Sən
    Bir nağılsan,
    Mən də oxucu.
    Sən
    Bir xalısan,
    Mən də toxucu.
    Sən
    Bir yağmursan,
    Mən susuz torpaq,
    Sən yağ,
    Mən gizlədim damlalarını.
    Həyatımız olsun
    Dərin bir sual,
    Gəl birlikdə
    Tapaq cavablarını.
    Sən
    Bir gözəl şeir,
    Mən kor bestekar
    Tellərinə toxunaraq yazım mahnılar.
    Sən
    Bir günəşsən,
    Mən sənə həsrət qalan,
    Hər gecə səni görməyə can atan bir ay.
    Sən
    bir dənizsən,
    Mən
    Susuz bir balıq.
    Biz bir xeyalıq
    Hardasan, gəl birlikdə
    Xəyala dalaq.

  • Gənc xanım yazar Ülkər Dəniz şeir müsabiqəsində bu həftənin qalibi elan olunub

    uxp

    Yanvarın 21-də Xəzər Televiziyasında canlı olaraq, yayımlanan “5-də 5” verilişinin növbəti buraxılışı gənc fəal nəslin istedadlı nümayəndələri arasında keçirilən şeir müsabiqəsinə həsr olunub.
    Respublikanın müxtəlif bölgələrində yaşayıb, bədii yaradıcılıq fəaliyyəti ilə məşğul olan yeni nəsil Azərbaycan gəncliyinin nümayəndələri Zaur Kamalın aparıcısı olduğu verilişin yeni buraxılışında iştirak ediblər.Müxtəlif illərdə qələmə aldıqları şeirləri tamaşaçılar üçün səsləndiriblər.Sonra peşəkar münsiflər heyəti tərəfindən qəbul edilmiş qərara əsasən, müsabiqəni üç iştirakçı tərk edib.
    Müsabiqənin şərtlərinə görə, hər həftə müsabiqəni üç iştirakçı tərk etməlidir.
    Birinci və ikinci yerləri tutan iştirakçılar isə növbəti mərhələyə vəsiqə qazanırlar.
    Tanınmış şair Vahid Əziz və Əməkdar artist Könül Xasıyevadan ibarət münsiflər heyətinin üzvləri tərəfindən qəbul edilmiş qərara əsasən, Yeni nəsil Azərbaycan gəncliyinin istedadlı nümayəndəsi, Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının elektron orqanları Gündəlik Analitik İnformasiya Agentliyinin və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Baş redaktor müavini, Bakı
    Slavyan Universitetinin Yaradıcılıq fakültəsinin II tələbəsi, Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi ilə Azərbaycan Yazıçılar Birliyinin birgə layihəsi olan “Gənc Ədiblər Məktəbi”nin müdavimi, Dünya Gənc Türk Yazarlar Birliyinin üzvü, şairə-jurnalist-publisist Ülkər Dəniz bu həftənin qalibi elan olunub və növbəti mərhələyə vəsiqə qazanıb.
    Qeyd edək ki, Xəzər Televiziyasında bir neçə həftədir ki, canlı yayımlanan “5-də 5” verilişinin növbəti buraxılışı gələn həftənin cümə axşamı keçiriləcək.

    Gülnarə ŞÖHRƏDDİNQIZI,
    “Möhtəşəm Azərbaycan”

  • Şəfa VƏLİYEVA.Yeni şeirlər

    sv

    AYB, DGTYB və “Gənc Ədiblər Məktəbi”nin üzvü,
    Azərbaycan Respublikası Prezidentinin Təqaüd Fondunun təqaüdçüsü

    ****

    Unutmuşdum…Bu görüşdə
    Sevgini gətirmə, yaxşı?
    Nolsun söylənirik dərddən,
    Nə sən aşıq, nə mən baxşı…

    İkimiz də uduzmuşuq…
    Sən sevgini…Mən də səni…
    Arsızmışıq…Huşsuzmuşuq…
    Görüşə səslədim səni?

    Ehh…Qırmızı şal gətir,
    Tamamlansın bəzəyim də…
    Özünə eynək al gətir…
    Böyütsün məni gözündə…

    ***

    Unutduğun bu çiçəyin ətrinə,
    Sözlərinin zəhrini də qatmışam…
    Ayrılığın yaman dəyib xətrimə,
    Qırılmışam…Ümidimi atmışam…

    Arzunu göndərib dağ bulağına,
    Qəmbəri asmışam ürək yerindən…
    Düşüb sənli ömrün qəm sorağına,
    Dedim bir bayatı çəkək yerində…

    Çağırın imdada Qaracaoğlanı,
    Diriltsin sazıyla ümidlərimi…
    Gəlsin bu taleyin oyun pozanı,
    Gətirsin özüylə istədiyimi…

    Yuxum

    Hərdən yuxum sürgün olur,
    Üz tutur sənin qoynuna.
    Gah da qəfil yolu düşür,
    “Səninlə mənim toyuma”.

    Yeyir, içir, sağlıq deyir,
    Utanmayıb oynayır da.
    Hamını özütək bilir,
    “Sən”li, “mən”li bu dünyada.

    Eh…bezdirir çoxunu,
    Arzumu gizləməliyəm.
    İnsaf et, qaytar yuxumu,
    Səhər işə getməliyəm.

  • Şəfa EYVAZ.Şeirlər

    1423756700_sefa-xanim

    Çıx get ürəyimdən

    Gəl çək öz köçünü duyğularımdan,
    Çıx get ürəyimdən,daha sevmirəm.
    Yuxuydun yox oldun sən həyatımdan,
    Çıx get ürəyimdən,daha sevmirəm.

    Döndün ümidimin göz yaşına sən
    Aldandın kiminsə göz-qaşına sən
    Köçdün taleyimin yaddaşına sən,
    Çıx get ürəyimdən,daha sevmirəm.

    Sevmək,sevilmək də yalanmış demə
    Sevgin özü boyda yükdü qəlbimə,
    Sən layiq deyilsən mənim sevgimə
    Çıx get ürəyimdən,daha sevmirəm.

    2006

    MƏNİM YARIMÇIQ ŞEİRİM…

    Dağınıq fikirlərim kimisən bu gün
    yarı gözümdə, yarı beynimdə, yarı qəlbimdə
    yarı başqa yerdə, başqa evdə, başqa aləmdə…
    İş masamın üstünə düzülüb xəyalların…
    Bütün kağızların bir tərəfində
    sənin şifrələnmiş adın,
    bir tərəfində mənə aid cızma-qaralar…
    Eynən duyğularım tək qarma-qarışıq…
    Yağış döyən pəncərəmdə görünür bir ara üzün,
    Diksinib baxıram… “yanıldım” yenə o hüzn…
    Bir tərəfdə sırf özəl əşyalar,
    gizlədilmiş bir neçə qeyd, rəsimlər, köhnə kağızlar…
    Soldakı çərçivədə rəsm – sonuncu xəyal,
    kiçik bir ailə, kiçik ev, məsum uşaqlar…
    Önümdə yazdığım bir neçə sətir –
    hələ tamamlanmamış yarımçıq şeir…
    nədənsə istəmirəm sonuncu cümləni yazmaq…
    dağınıq fikrilərim kimisən bu gün
    yarı gözümdə, yarı beynimdə, yarı qəlbimdə
    yarı başqa yerdə, başqa evdə , başqa aləmdə…
    Sən mənim yarımçıq şeirim kimisən
    heç vaxt son cümləsi yazılmayacaq…

  • Xəyalə SEVİL.Yeni şeirlər

    12111937_472520186252742_297742977754560256_n

    Azərbaycan Yazıçılar Birliyinin və “Gənc Ədiblər Məktəbi”nin üzvü,
    Azərbaycan Respublikası Prezidentinin Təqaüd Fondunun təqaüdçüsü

    Anladım ki uzaqsan

    Və günlərin bir günü,
    Nə yaxşı ki gec olmamış,
    Anladım ki uzaqsan…
    Arxamızca əl eyləyən
    Yarpaqlar da töküldü.
    Küçələr də boşaldı,
    Pərdələr də çəkildi.
    Başımızın üstündə
    Yanıb-sönən ulduz da
    Söndü, daha yanmadı.
    Gözlərimin yaşına
    Qoşulub qaçdı həsrət,
    Qaçdı və dayanmadı.
    Anladım ki uzaqsan.
    Uzaqlıq
    Tək məsafəylə deyil ki…

    Qocalıq

    Beli bükülmüşdü.
    Indi dünyadan çox
    Torpağa baxırdı qarı.
    Əlində əsası,
    Əsə-əsə gəzirdi
    Birdən torpağın
    Xətrinə dəyər deyə.
    Gözləri bir cüt yas yeri,
    Kiprikləri qara lent kimi.
    Bir gözündə cavanlığı ölmüşdü,
    O birində ümidləri.
    Ağ saçlarını
    Ağ bayraq kimi qaldırmışdı başına,
    Təslim olmuşdu qocalığa…

  • Şəfaqət CAVANŞİRLİ.”Sevginin gözləri” romanının XXXII hissəsi

    http://s017.radikal.ru/i405/1601/36/333ddbb0f8b0.jpg

    Səfər həyətə çıxıb Fidanın ev nömrəsini yığdı. Fidan telefona cavab verdi.
    – Allo
    – Nə olub?
    – Səfər, atan bizə zəng eləmişdi. Təhminəni soruşurdu.
    – Nə danışırsan? Yaxşı, atamla kim danışdı?
    – Eldar danışdı.
    – Nə bilirsən atamdı?
    – Səfər, Təhminənin atandan başqa tanıdığı Kərim yoxdur. Yaxşı ki, əriylə xaricə gedib.

    Səfər təəccübləndi: – Təhminə ailə həyatı qurub?
    – Hə, ailə qurub. Xahiş edirəm, Kərim dayıya de ki, birdə bizi yığmasın.
    – Yaxşı, narahat olma.

    Bir müddət Fidan da, Səfər də telefonda susdular. Danışmağa söz tapmırdılar. Səfər telefondakı sükutu pozdu.
    – Özün necəsən?
    – Yaxşıyam. Bəs sən? Sənin yaraların sağalıb?
    – Hə, sağalıb.
    – Sözün yoxdursa…
    – Fidan, təssüf ki, sənin günahsız olduğunu gec bildim.

    Fidanın gözləri doldu.
    – Necə bildin?
    – Fərqi nədir? Onsuzda gecikmişəm. Sənə qarşı etdiklərim isə, kişilikdən deyildi. Heyf!… Çox heyf!…
    – Xoşbəxt ol Səfər.

    Səfərin də gözləri doldu.
    – Məndən keçdi Fidan. Məndən keçdi.

    Səfər telefonu cibinə qoyub, iki barmağıyla gözlərini ovuşdurdu. Evə qayıtmaq üçün qayıdanda Lamiyənin pəncərədən ona baxdığını gördü.
    Lamiyə əllərini qoynuna qoymuşdu, kədərli baxışlarla Səfərə baxırdı.
    Səfər telefonu cibinə qoydu, evə girdi. Hazırlanmış süfrəyə yaxınlaşıb başda oturdu. Lamiyə mətbəxdən qazanı gətirdi, süfrəyə qoydu. Səfərin qarşısındakı boşqabı götürüb bişirdiyi mərcidən bir-neçə çömçə boşaltdı. Lamiyə özünü gülərüz aparırdı ki, Səfər şübhələnməsin.

    Cəmiləni Fidanın zəng edib oğlunu soruşması narahat etmişdi. Kərim evə gələndə Cəmiləyə salam verdi. Cəmilə pəncərədən həyətə fikirli baxdığı üçün yoldaşının salamını almadı.
    Kərim sakitcə Cəmiləyə yaxınlaşdı.
    – Cəmilə
    Cəmilə adını eşidəndə diksindi.
    – Qorxutdun məni.
    – Yenə nə olub fikirlisən?
    – Fidan zəng eləmişdi.
    Kərim qaşlarını çatdı.
    – Hansı Fidan?
    – Çiçəyin qızı Fidan evə zəng eləmişdi. Səfərin nömrəsini istədi məndən.
    – Səndə verdin?
    – Səfərin ev nömrəsini verdim.
    – Heç olmasa cib telefonunun nömrəsini verərdin. Evi nömrəsini verməklə düzgün iş görmədin.
    – Nə bilim e, baş qoymusunuz ki məndə? Bilmirəm kimin dərdini çəkim.

    Cəmilə deyinə-deyinə qonaq otağından çıxdı.
    Kərim Cəmilənin otağına girdiyinə əmin olandan sonra ev telefonunu götürdü, oğlunun ev nömrəsini yığmağa başladı.

    Səfər ev telefonun zənginə süfrədən yarımçıq qalxdı
    – Allo
    Kərim səsini qısaraq danışırdi. Kürəyi qonaq otağının qapısına tərəf idi. – Neynirsən?
    – Çörək yeyirdim. Yaxşı ki,zəng eləmisən ata. Onsuzda səni yığacaqdım

    Lamiyə çörəyini yeyirdi, özünü fikir vermirmiş kimi aparırdı.

    Səfər – Ata, Fidangili yığma. Təhminə… Təhminə ailə qurub.
    Kərim kədərləndi – Necə?
    – Ailə qurub. Yoldaşını da tanıyıram.
    – Başa düşdüm, sonra danışarıq.
    – Eşidirsən ata? Xahiş edirəm, lazım deyil.

    Kərim dəstəyi yerinə qoydu. Səfər yarımçıq qoyduğu süfrəyə qayıtdı.

    Lamiyə – Kərim dayı, kimin evini yığmışdı?
    – Heç, tanış vardı, onları yığmışdı

    Lamiyə maraqla soruşdu:
    – Niyə?
    – İşi vardı.
    Səfərin onu gic yerinə qoyması Lamiyəni hirsləndirirdi.
    – Bəyaq Fidanın adını eşitdim. Siz Fidanla görüşürsüz?
    – Əlbəttə yox. Fidan ərdədir, bir oğlu da var

    Lamiyə “oğlu” sözünü eşidəndə qaşıqı əlindən yerə saldı.
    Lamiyə qaşıqı yerdən götürmədi. Səfərin gözlərinin içinə baxdı.
    – Sən hələ də onu sevirsən?
    – Bu sualı vermək üçün çox gecikmisən.
    Səfər sakitcə süfrədən qalxdı, mətbəxə tərəf getdi. Mətbəx qapısınıa yaxın yerdəki çörək qırıntılarını görəndə Lamiyənin Fidanla telefonla danışdıqlarını eşitdiyinə əmin oldu.

    Gecə Eldar evə gələndə Fidan da, oğlu da yatmışdılar. Eldar qonaq otağında divanda oturub siqaret çəkirdi.
    Gecə-gecə ev telefonuna zəng gəlməyi onu fikirlərindən ayırdı.
    Eldar telefonun dəstəyini götürdü.
    – Allo
    Dəstəyin o biri tərəfindən kobud, Eldarın tanımadığı kişi səsi eşidildi.
    – Hədiyyəmi aldın?
    Eldar əsəbi deyildi, kinayə ilə dedi:

    – Əlbəttə, səsini tanımasam da hədiyyən ürəyimcə oldu.
    Eldar cibindən balaca bıçağı çıxardıb baxa-baxa sözünə davam elədi.
    – Onda bilməmiş olmarsan. Borclu qalmağı sevmirəm.
    – Əksinə, mən sənə borcluyam. Təbrik edirəm, cavan arvadın, oğlun var.

    Bəyaqdan təmkinini qoruyan Eldar bu dəfə əsəblərini cilovlaya bilmədi.
    – Köpəkoğlu, gec – tez tapacam səni

    Qarşı tərəf dəstəyi yerinə qoydu.

    Gecə Səfər kürəyini Lamiyəyə tərəf çevirib yatmışdı. Lamiyə diqqətlə Səfərə baxırdı, öz-özünə düşünürdü. Lamiyə ayağa qalxdı, mətbəxə getmək üçün yataq otağından çıxdı, pilləkanları düşdü.
    Özünə bir stəkan su süzüb içdi. Lamiyənin gözləri doldu.
    – Səni lənətə gələsən, Səfər. Ay əclaf, hər şeyi sənə görə elədim. Kaş o uşaq səndən olaydı, kaş. Heç bilmirəm kimdəndi.

    Lamiyə ürəkdən ah çəkdi. Səfəri mətbəxə gəldiyini hiss etməmişdi.
    Səfər – Kim kimdən olaydı? – soruşanda içini çəkdi, geri döndü.
    – Sə – sə – Səfər!…
    – Niyə ağlayırsan?
    – Mən… mən ikimiz üçün ağlayıram. Taleyimə ağlayıram.

    Səfər Lamiyənin ağlamağına pis olmuşdu. Lamiyəyə yaxınlaşıb qucaqladı.

    – Düzdür, bizim evliliyimizdə ürəkaçan heç nə olmadı. Heç vaxt səni sevmədim, ürəyimdə sənə qarşı həmişə qəzəb oldu
    Lamiyə Səfərin üzünə təəccüblə baxdı.
    – İçkili vəziyyətdə səninlə yatdığım üçünmü? O səhvimi mən də özümə bağışlaya bilmirəm. Bağışlamayacamda. Bizi yaradana and olsun Səfər, Fidanla sənin ayrılmağında mənim əlim yoxdu
    – Bilirəm.
    – Onda niyə bu qəzəb?
    – İndi sənə qarşı qəzəbim yoxdur. Əksinə, normal ailəmin olmasını istəyirəm. Bəlkə uşağımız da oldu. Hər şey qismətdir.
    – Uşağımızın olmasını istəyirsən?
    – Qəribəsən. Ailəliyiksə olmalıdırda.

    Lamiyə sevincindən Səfəri qucaqladı. Çox keçmədi, yenidən Səfərə sual dolu baxışlarla baxdı.
    – Onda Fidanla niyə görüşürsən?
    – Yenə eyni söhbət!…Sənə kim dedi ki, mən Fidanla görüşmüşəm. Fidanla heç vaxt görüşməmişəm.
    – Bəs, ev nömrəmizi hardan bilir?
    – Anam verib. Sənə bir sirr deyəcəm. Aramızda qalacaq amma
    – Əlbəttə…
    – Əslində atam Fidangili yığmışdı.
    – Niyə? – Köhnə söhbətdi. Fidanın rəfiqəsi vardı, Təhminə. Ona görə.
    – Başa düşürəm. Yataq. Darıxmışam sənin üçün.
    Lamiyə Səfərin sinəsindən öpməyə başladı. Səfər Lamiyəni qucaqlayıb birlikdə otaqlarına getdilər.

    Fidan qonaq otağına gələndə Eldar divanda uzanmışdı, əlində tutduğu bıçağa baxırdı. Fidan Eldara yaxınlaşdı.
    – Sən niyə burda yatmısan?

    Eldar bıçağı bir kənara qoyub divanda oturdu.
    – Yuxudan oyatmaq istəmirdim.
    – Bu bıçza nədir?
    – Hədiyyədir.
    – Kimdən?
    – Yaxın dostumdan. Fidan, yorulmuşam, yataq . Madam ki, oyanmısan, yerimə keçə bilərəm.
    Eldar Fidanın əlindən tutub yataq otağına tərəf apardı.

    Lamiyə başını Səfərin sinəsinə qoymuşdu. Əliylə sinəsində gəzdirə-gəzdirə danışırdı.
    – Barışmağımızı möcüzə kimi qəbul edirəm. Elə bilirdim yollarımız tamamilə ayrılıbdır.
    – Qəribədir, dünənəcən səndən boşanmaq istəyirdim. Deməli, möcüzələr həmişə varmış.
    – Sinənin tüklərinə ilk dəfədir bu qədər diqqətlə baxıram.
    – Qəribə danışığın var.
    Səfər güldü. Lamiyə də gülüb qəfildən Səfərin sinəsindən bir tük qopartdı, gülərək dedi.
    – Lağ eləmə sözlərimə.
    Səfər – Yaxşı-yaxşı, özünə gəl.
    Lamiyə ovcunda Səfərin sinə tükü ayağa qalxdı. Xələtini geyinib otaqdan çıxdı.
    Səfər – Yenə hara gedirsən?
    – Hamama

    Lamiyə səhər-səhər Lamiyəni işə yola salandan sonra əl telefonunu götürdü, Zamanı yığdı.
    – Sabahın xeyir. Necəsən?
    – Yaxşı, siz necəsiz?
    – Dediyini elədim. Qaldı uşaq?
    – Narahat olmayın, bu gecə həll edəcəm.
    – Çox sağ ol, Zaman. Çox sağ ol.
    – Sin mənim üçün dəyərlisiz. Sizin üçün bunu edəcəm. Gərək əvvəldən ananızı eşitməyəydiniz.
    – Kaş eşitməyəydim. Nə isə…Uşaq sənlikdir.

    Lamiyə əl telefonunu stolun üstünə qoyub ev telefonunun dəstəyini götürdü.

    Cəmilə Kərimi qapıdan yola saldı. Ev telefonuna zəng gələndə dəstəyi Aybəniz götürdü.
    – Allo

    Lamiyə – Sabahın xeyir.
    Lamiyənin səsini eşitmək Aybənizə xoş olmadı.
    – Eşidirəm. Nə lazım idi?
    – Halınızı xəbər almaq üçün zəng eləmişdim.
    – İncimə, səninlə çənə döyməyə hövsələm yoxdur. Anamla danışarsan.

    Cəmilə qızından zəng eləyənin kim olduğunu soruşanda Aybəniz dəstəyi anasına uzatdı.
    – Gəlinindir.

    Cəmilə dəstəyi qızından aldı.
    – Allo
    – Necəsiz Cəmilə xanım?.

    Cəmilə kinayə ilə danışmağa başladı.
    – İndi xanım olduq?
    – Başa düşürəm sizi. Ola bilsin əvvəlki kimi ola bilmərik. Səfər hər şeyi bağışlayıbsa, deməli, biz də bağışlamalıyıq.
    – Səfər nəyi bağışlayıb? O sənə elə gəlir. Fidanla Səfər hələ də bir-birilərini sevirlər.

    Cəmilənin sonuncu cümləsi Lamiyəyə güllə kimi dəydi.
    – Oğlunuz Fidanı sevsəydi, Fidan da onu sevsəydi, bugün Səfərin yanında mən olmazdım.
    – Sən kağız parçasına arxayın olma. Sevgi heç nəyə baxmır.
    – Düz deyirsiniz, məhəbbət kağızla olsaydı, dünən sevimli qaynatam keçmiş sevgilisi, daha doğrusunu demək lazımdırsa, sözün əsl mənasında sevdiyi qadını yığmazdı. Siz narahat olmayın. Səfərin daha məndən gizlədəcəyi sirri yoxdur. Fidanın zəng etdiyini bilirəm. Axı, Təhminə Fidanın rəfiqəsiydi.
    – Lənətə gələsən səni!
    – Peşman elədiniz yığmağıma. Daha sizi yığmayacam. Ailəmi də dağıtmağa çalışmayın. Birdə gördünüz ana oldum, nəvə gördünüz məndən.

    Cəmilə Lamiyəyə cavab verə bilmirdi. Gözləri dolmşdu. Lamiyə qaynanasının cavab gəlməyəndə təəccübləndi.
    Lamiyə – Allo…allo…
    Cəmilə dəstəyi yerinə qoydu. Aybəniz anasının ağladığını gördü.
    – Ana, o ifritə sənə nə dedi? Nə olub?
    – Heç nə…Heç nə olmayıb.
    – İndi mən Səfəri yığaram…
    Cəmilə qızının sözünü kəsdi.
    – Qətiyyyən! Heç kimə bir kəlmə də demirsən. Eşidirsən məni?
    – Yaxşı demərəm.
    – Otağıma gedirəm. Atan gələnəcən heç kim məni narahat eləməsin.

    Cəmilə pilləkanları ağır-ağır qalxmağa başladı.

    Fidan gözlərini açanda yanında nə Eldarı, nə də Yaşarı görmədi, narahat oldu.
    Yataqdan cəld qalxıb qonaq otağına tərəf qaçdı. Heç kimi görmədi, həyətə çıxdı. Həyətdə cangüdən Samirdən başqa heç kim yox idi.
    – Samir, Eldar hara getdi?
    – Uşağı da götürüb getdi. Heç nə demədi.
    Fidan qapını örtüb yataq otağına gəldi. Pəncərənin qarşısına qoyduğu əl telefonunu götürdü, Eldarın nömrəsini yığdı. Eldar səsnini eşidən kimi həyəcanla suallar verməyə başladı.
    – Eldar hardasan? Fikirləşmədin ki, narahat olaram? Bu soyuqda uşağı hara aparmısan?
    Eldar qucağında oğlu maşınında idi.
    – Bahoo!…Səhər-səhər nə yemisən belə? Bir sualın cavabını gözləməmiş ikincisinə keçirsən. Balam, anan nə deyir belə?
    – Məni niyə oyandırmadın?
    – Bir-iki dəfə tərpətdim, gördüm yuxun dərindir.
    – Tez gəlin. Qarışıq yuxu görmüşəm. Ona görə belə narahatam.
    – Yarım saat da gəzək gəlirik. Oğlumuz deyəsən böyüyəndə maşını atasının əlindən alanlardan olacaq. Yapışıb roldan əl çəkmir.
    Fidan gülümsədi. Elə bil ürəyi yerinə gəlmişdi.
    – Siz gələnəcən mən də hazırlaşım. Bugün Təhminənin anasıyla danışacaqdıq. Yadındadır?
    – Yadımdadır.Hazırlaş gəlirik.

    Cəmilə ayna əlində özünə baxırdı. Digər əliylə gözlərinin altındakı qırışlara toxunurdu. Yanaqlarından yaş süzüldü. Öz-özünə danışmağa başladı.
    – Qədrimi bilmədin Kərim. Hələ də o qadını axtarırsan. Bundan sonra sən mənim nəyimə lazımsan? Hə? De görüm axı, nəyimə lazımsan?

    Cəmilənin gözünün qarşısına bir zaman Kərimin onu boşamaqla hədələməsi düşdü.
    Mahmudun arxasında onun olduğu ortaya çıxsaydı, Kərim boşanacaqdı.
    Cəmilə kinayə ilə gülməyə başladı.
    – Bundan sonra boşansan da, boşanmasan da mənim gözümdə dəyərin yoxdur. Sabah get görüm necə boşayacaqsan.

    Cəmilə gülməyə başladı. Güldükcə gözlərindən yaş gəlirdi.

    Eldarla Fidan maşından düşüb bir məhləyə girdilər. Yaşar Fidanın qucağında idi. Eldar məhlədən çıxan cavan oğlana yaxınlaşdı.
    – Salam.
    Oğlan Eldarın salamını aldı.
    – Salam.
    – Burda Şərifə adlı bir xanım qalmalıdır.
    – Şərifə xala..Sağ tərəfə dönün, ikinci qapı onun qapısıdır.
    – Çox sağ olun.

    Oğlan başıyla razılığını bildirdi, yoluna davam elədi. Eldarla Fidan oğlan deyən qapıya yaxınlaşdılar. Eldar qapını döydü. Əslində üz-gözü qırışmış, rəng qoymaqdan başında bir dənə də olsun bəyaz tük olmayan qadın açdı qapını. Eldar gülümsəyərək dedi:
    – Salam Şərifə xanım. Sizinlə danışa bilərik?

    Şərifə təəccüblə həm Eldara, həm də Fidana baxdı, qaşqabaqla cavab verdi.
    – Tanımadım sizi. Kimsiz?
    – İçəri girə bilərik? Söhbətimiz bir az uzun çəkəcək.

    Lamiyə qapını açanda qarşısında Zamanı gördü. Bükülmüş kağızı Zamana uzadıb dedi.
    – İçindədir. Tanışnla danışmısan?
    – Danışmışam. Bir az baha deyir.
    – Nə qədər?
    – Min dediyi adamlara, beş yüz özünə.
    – Problem yoxdur.
    – Sağ olun.
    – Ehtiyyatlı ol, Zaman.

    Zaman diqqətlə Lamiyəyə baxıb başıyla təsdiqlədi.
    Fidanla Eldar Şərifənin göstərdiyi divanda yanbayan əyləşmişdilər. Şərifə isə, stulu qarşılarına qoyub oturmuşdu.

    – Təhminə bizim başımızı yerə soxub. Onu bağışlaya bilmərəm. Camaat sonra mənə nə deyər?

    Eldar – Sizə qızınız lazımdır, ya camaat? Hamımızın səhvi olub Şərifə xanım. Qızınız düşündüyünüz kimi əxlaqsız olsaydı, dostum onunla ailə qurmazdı. O gün nahaq qızınızı qapıdan qovmusunuz.
    – Nə bilim, qohum-əqraba hərəsi bir söz deyirdi haqqında.
    – Bizim cəmiyyət əxlaqlını əxlaqsız, əxlaqsızı əxlaqlı edən cəmiyyətdir. Inanmıram ki, qızınızı görmədiyiniz illər onun üçün darıxmayasınız.

    Şərifənin gözləri doldu. Fidan Yaşarı Eldara verib ayağa qalxdı, Şərifəyə yaxınlaşdı.
    – Siz qızınızla fəxr edin. Allahın altında etdiyi yaxşılığı heyf bilmirsiz. Məni küçədə qalmaqdan qorudu. Bugün ailəliyəmsə, bunda qızınızın da rolu az olmayıb.
    Şərifə – Bizim aramızda iplər qopubdur. İnanmıram yoldaşı da görüşməyimizə razı ola.
    – Şərifə xanım, tanımadığınız kürəkəniniz haqqında danışmayın. İndi Türkiyədədilər. Gələndə gətirərəm ikisini də bura.
    Fidan – Bəlkə bir az fərqli olsun. Təhminə qapıdan içəri girəndə sizi görsün. Sürpriz olsun.

    Şərifə özünü saxlaya bilməyib hönkür-hönkür ağladı.

    Kərim evə gələndə qızı qonaq otağında nəvəsi üçün çağırdığı dayə ilə söhbət edirdi.
    Aybəniz – Neçə il bu sahə ilə məşğulsuz?
    Orta yaşlı qadın cavab verdi: – On ildir.
    – Lap yaxşı. Səhər gələcəksiniz, mən işdən qayıdandan bir saat sonra gedəcəksiniz
    – Problem yoxdur.
    – Dediyiniz maaşı da verəcəm. Xahiş edirəm, evdə adam olmayanda dost-tanışlarınızdan heç kim gəlməsin.

    Kərim nə isə demək istəsə də fikrindən daşındı. Pilləkanlarla yuxarı qalxıb otağının qapısını açdı. Cəmilə ayaq üstə dayanıb onu gözləyirdi. Ağlamaqdan gözləri qızarmışdı. Kərim Cəmiləyə yaxınlaşdı.
    – Ağlamısan sən?
    – Pencəyini soyunma. Getməliyik.
    – Hara?
    – Yolda deyəcəm.
    – Bu nə hərəkətdir? Müəmmalı danışırsan.
    – Xahiş edirəm. Son vaxtlar yaşadıqlarımız məni necə yorubsa, hələ də özümə gələ bilmirəm. Başa düş, dincəlmək istəyirəm.
    – Başa düşdüm. Yaxşı, gedək. Görünür mənim də ehtiyacım var.

    Eldar oğlunu otaqda qucağında yatızdıranda Fidan süfrəni hazırlayırdı. Ev telefonuna gələn zəng Fidanın mətbəxdən geri qayıtmasına səbəb oldu.Fidan dəstəyi götürdü.
    – Allo

    Gecə Eldarı hədələyən həmin o kişinin səsi idi.
    – Axşamın xeyir Fidan.

    Fidan təəccübləndi – Axşamınız xeyir.
    – Necəsən?
    – Kimdir soruşan?
    – Eldarın qohumlarındanam.
    – Doğrudan? Bağışlayın, indiyəcən Eldarın qohumlarından heç kim bizə zəng etməyib. Adınız nə idi?
    – Camal.

    Fidan hiss etdi ki, bədəni əsir. Telefonun dəstəyini yerinə qoydu. Telefona təzədən zəng gələndə Eldar girdi otağa, telefonun dəstəyini götürdü, susdu.
    Zəng edən həmin kişi cavab verdi.
    – Nəzakətsiz arvadın var.
    – Onsuzda səni tapacam şərəfsiz.
    Eldar hirslənib telefonu yerə çırpdı. Fidana yaxınlaşdı.
    – Sənə nə dedi o adam?
    – Camal sağdır?
    Eldar Fidanla divanda əyləşdilər.
    – Deyəcəkdim sənə.
    – Camalın sağ olduğunu niyə mənə demədin?
    – Mən onu öldürmədim.Anasına görə. Xəstə idi, Camaldan başqa heç kimi yox idi. Rəşadla onları göndərdik başqa ölkəyə. Görünür anası ölüb, o da qayıdıbdı.
    – Qisas üçün qayıdıb. İti də o zəhərləmişdi?
    – Hə
    Eldar Fidanı qucaqladı.
    – Nə qədər ki, mən sağam, heç kimdən, heç nədən qorxma.

    Fidan başını Eldarın sinəsinə qoydu, səssizcə ağlamağa başladı.

    Kərim Cəmiləni şəhərdəki restoranların birinə gətirmişdi. Yemək də sifariş vermişdilər.
    Kərim – İndi ürəyində nə varsa, de. Birinci de görüm səni kim ağladıb?
    – Sən
    Kərim təəccübləndi: – Mən niyə?
    – Təhminəni hələdə gözün axtarır.
    – Sənə bunu kim deyib?
    – Deməli təsdiqləyirsən.
    Kərim Cəmilənin sözlərinə tutulub qaldı. Cəmilə sözlərini davam etməyə başladı.
    – Necə gəldik bu vəziyyətə?
    – Səncə?
    – Məncə sən başqa qadına meyil etməsəydin, hər şey yaxşı olacaqdı.
    – Bizi daxildən parçalayan sənin təkəbbürün oldu.
    – Xəyanət etmək üçün yaxşı bəhanə tapmısan. Nə isə…Bir-iki saatı xoş keçirmək üçün gəlmişik. Hələ vaxtı deyil.

    Səfər işdən gələndə tez yatmışdı. Lamiyə yanında uzansa da narahat idi. Tez-tez telefonun saatına baxırdı.

    Fidanla Eldar birlikdə yatağa girdilər.
    Fidan – Səni and verirəm allaha, Rəşad da gəlsin evlərin ikisini də satın, köçək.
    Qorxuyla yaşaya bilmərəm.
    – Sənə dedim axı, qorxma.
    – Qorxum sənə görədir, uşaqlarına görədir. Birdən sənə nə isə etsə? Onda mən necə yaşayaram?
    – Rahat yat, heç nə olmayacaq.

    Fidan yorğanı başına çəkdi, yorğanın altında mızıldanmağa başladı.
    – Bir dəli şeytan deyir ki, köç ucqar kəndlərin birinə, qoyundan-inəkdən nə tapsan sağ.

    Eldar Fidanın dediklərin qəşş edib güldü.
    – Vallah, maraqlı adamsan. Heyvan saxlayanlar kimi danışdın lap.

    Fidan da dediklərinə gülmüşdü.

    Restorandan çıxandan sonra Cəmilə üzünü Kərimə tutdu.
    – Yadındamı, məni boşamaqla hədələmişdin?

    Kərim Cəmilənin eyhamlı dedikləri sözlərini dinlədikcə əsəbləşirdi.
    – Hədələməmişdim, xəbərdarlıq etmişdim.
    – Hə, yadıma düşdü. Təhminəyə görə. Sonra yollarınız ayrılmışdı.
    – Cəmilə, Təhminə hardan yadına düşüb bilmirəm, bilmək də istəmirəm. O qız ailə qurub.
    – Ailə dağıtmayıb ki?
    – Nə ailə dağıdıb, nə də bir qadının zorlanmasına səbəb olub.

    Cəmilə başını sakitcə yellədi
    – Gedək, üşüdüm.

    Kərimlə Cəmilə maşında əyləşdilər. Kərim maşını sürüb restorandan uzaqlaşdı.

    Başına, qara , yun papaq keçirən orta yaşlı bir kişi açıq qalan yataq otağına astaca girdi. Fidanla Eldar yatmışdılar. Fidanın üzü qapıya tərəf idi. Kişi cibindən qayçını çıxardıb, Yaşarın saçından kəsdi. Tükü gödəkcəsinin cibinə qoyub, gödəkcənin zamoqunu yuxarı çəkdi. Fidan qəfildən gözlərini açdı, oğlunun başında yad adam görəndə qışqırmağa başladı. Yad adam otaqdan qaçaraq çıxdı. Eldar yerindən diksinib ayıldı. Fidan qışqıra-qışqıra deyirdi.
    – Qaçdı… Qaçdı Eldar…

    Ardı var…