Category: Azərbaycan ədəbiyyatı

  • Xalq şairi Hüseyn Arifin arxivindən şeirlər

    10335726_630733263662185_1590584312_n

    Şairin arxivindən

    Xalq şairi, Respublika Dövlət mükafatı laureatı Hüseyn Arifin anadan olmasının 90 illiyinin keçirilməsi barədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2014-ci il mayın 2 – də sərəncam imzalamışdır. Bununla əlaqədar olaraq, Milli Arxiv İdarəsində şairə aid olan sənədləri araşdırmalı olduq. Burada biz H.Arifin oxucularımıza məlum olmayan təxminən bir kitab həcmində şeirlərinə rast gəldik…
    Hüseyn Arifin şeirləri özü kimi sadə, sadə olduğu qədər də düşündürücüdür. İlk baxışdan insana elə gəlir ki, hər bir şəxs bu misraları yazmağa qadirdir. Lakin unutmaq olmaz ki, H.Arifin misraları hər hansı söz yığımı ilə yaranmamışdır. Onun misraları ana südü kimi pak, bulaq suyu kimi durudur.
    Mən dəfələrlə şairin şeirə necə kökləndiyinin şahidi olmuşam. Belə anlarında o, heç kimi, heç nəyi “görmür”, heç nəyi düşünmək belə istəmirdi.
    H.Arif təbiətə vurğun şair idi. Ömrünün böyük bir hissəsini təbiətin qoynunda keçirən şair onun ağrı-acısını hiss edir və bu ağrı-acılarla da yaşayırdı.
    Hüseyn Arif, bir tərəfdən, təbiətin yaratdığı gözəlliyi sevinc dolu təsvir edirsə, digər tərəfdən, insanları onu qorumağı çağırır:

    Gəlin təbiəti biz də düşünək,
    O özü hər şeyi düşünən kimi.

    Şairin arxivindəki şeirlərindən kiçik bir qismini “Azərbaycan” jurnalının oxucuları ilə bölüşmək istədik.
    Hüseyn Arif yaradıcılığı ilə məşğul olan tədqiqatçılara tövsiyəmiz budur ki, arxivdə onları şairin hələ sirri açılmamış əsərlərinin tədqiqi gözləyir.
    Unutmayaq ki, “O elə şairdi bir də, tapılmaz”.

    Aslan KƏNAN (QASIMLI)

    Hüseyn ARİF

    AĞAC YENƏ AĞACDIR

    Çapıb budaqlarını
    Qabığını soyma sən.
    Çox yemisən barını,
    O ağaca qıyma sən.

    Çiçəyini qoxlayıb
    Çox batmısan ətrinə.
    Amandır belə vaxtda
    Belə dəymə xətrinə.

    Baharda çiçəkləyib
    Gülməsi yadındamı?
    Zənbil-zənbil dərdiyin
    Meyvəsi yadındamı?

    Yadındamı balalar
    Kölgəsinə qaçardı
    Quşlar da səhər-səhər
    O tərəfə uçardı?

    Dünənki əhdi bu gün
    Daşa çalmaq düzdümü?
    Qocalıb, qarğıyanı
    Gözdən salmaq düzdümü?

    Bəlkə nəyəsə möhtac,
    Bəlkə su üçün acdır?!
    Barlı-barsız həyatda
    Ağac yenə ağacdır.
    05.X.88 Ağstafa

    EHTIYACIM VAR

    Şirin söhbətə də, dadlı sözə də,
    Həzin rübaba da ehtiyacım var.
    Soyuq bulağa da, isti közə də,
    Şişdə kababa da ehtiyacım var.

    Gah gecə əyilir, gah səhər düşür,
    Axıb qulağıma nə səslər düşür.
    Fikrimə xudmani məclislər düşür,
    Tara, mizraba da ehtiyacım var.

    Dostlarla cəmləşib ülfət qılanda,
    Yaşdan keçənləri yada salanda,
    Əl gülür, əlinə kitab alanda,
    Əldə kitaba da ehtiyacım var.

    Hüseyn Arifəm, saçlarımda dən,
    Başdan zarafata alışmışam mən.
    Aqillər içində nədənsə hərdən
    Başdan xaraba da ehtiyacım var.

    11.1.89 Bakı

    DOYMUŞAM

    Eniş gözəl, yoxuş gözəl, düz gözəl,
    Nə arandan, nə yaylaqdan doymuşam.
    Sinə gözəl, söhbət gözəl, söz gözəl,
    Nə qələmdən, nə varaqdan doymuşam.

    Göz qoyduqca köhlənlərin oynuna,
    Qollarımı aparmışam boynuna.
    Sığınanda təbiətin qoynuna,
    Nə lilpardan, nə bulaqdan doymuşam.

    Yaşıl meşə yağışı nə yağışdı,
    Əlvan çəmən naxışı, nə naxışdır.
    Ürkək maral baxışı nə baxışdı,
    Nə obadan, nə oymaqdan doymuşam.

    Günəş doğar, hərarəti nə yaxşı,
    Gəlin gələr nəzakəti nə yaxşı.
    Körpə gülər, məhəbbəti nə yaxşı,
    Nə sevincdən, nə maraqdan doymuşam.

    Qohum-qardaş bir-birinə dirəkdi,
    Bir sinədə bir döyünən ürəkdi.
    Təzə mənzil, təzə bayram deməkdi
    Nə süfrədən, nə qonaqdan doymuşam.

    Hüseyn Arif, nə yanğı var canında,
    Yanmaq eşqi damarında, qanında.
    Qədir bilməz, dil qanmazlar yanında,
    Elə olub yaşamaqdan doymuşam.
    31.X.88

    ƏHMƏD CAVADA

    Zülmlə üzüldü öz cərgəsindən
    Haqsızlıq ucundan bir haqq şairi.
    -Hayıf Cavad!,
    – deyə andı çoxları
    Bu bədbəxt şairi, xoşbəxt şairi.

    Köçünü arana, yaylağa sürdü,
    Ata dərdi çəkdi, qız dağı gördü,
    Şeirdən Göy-gölə bir çələng hördü,
    Təbiət vurğunu, torpaq şairi.

    Çox sözü-söhbəti yadigar qalıb,
    Ondan nəsillərə namus, ar qalıb.
    Yurdunda qeyrətli övladlar qalıb,
    Başdan uca tutar hər vaxt şairi.

    Ala göz, uca boy, nəcib bir insan,
    Elini, gününü bağrına basan.
    İtirmək kimsəyə gəlməsin asan,
    Necə də itirdik beyvaxt şairi.

    Aman 37! Gör nələr etdi,
    Arzular, əməllər puç olub getdi.
    Min ömrün səfəri yarıda bitdi,
    Həyatdan ayrıldı həyat şairi.

    Ey Hüseyn Arif, indi ha gözdə,
    Sevinci də bizdə, qəmi də bizdə.
    Yaşar zaman-zaman xatirimizdə,
    Xalqa “düşmən” çıxan bir xalq şairi.
    3.VI.89 Ağstafa

    SÖNDÜ BIR ÇIRAQ

    Körpə yanaqların od tutub yanır,
    Qızıl şamamasan yaşıl tağ üstə.
    Mənim ətrafımda xəzan dolanır,
    Sən təzə qönçəsən tər budaq üstə.

    Gözlərim önündə söndü bir çıraq,
    Necə də çəkildi qara ağ üstə.
    Taleyin hökmünə, qərarına bax,
    Sən torpaq altdasan, mən torpaq üstə.
    22 noyabr 1988 Ağstafa

    ON ÜÇ ILDIR

    (Arifin vəfatının 13 ili münasibətilə)

    Dərya-dərya adı udub
    Gülə-gülə yaşayıram.
    Göz yaşımı sıxa-sıxa,
    Silə-silə yaşayıram.

    Taleyi yol azmış gəmi
    Fikrim göydəmi, yerdəmi?
    Öz içimdə öz dərdimi
    Bölə-bölə yaşayıram.

    Keçilməz dağlar keçildi,
    Can əridi, boy kiçildi.
    Aman Arif, on üç ildi
    Ölə-ölə yaşayıram.
    25 sentyabr 1988 Ağstafa

    OLSUN

    Elə istəyərdim əziz günümdə,
    Qapımı dəstəylə açanlar olsun.
    Oturaq üz-üzə, qabaq-qabağa
    Dillənən saz olsun, ötən tar olsun.

    Qızışa çal-çağır, qızışa meydan,
    Sağlıqlar uzana sökülüncə dan.
    Bir könül dostu da çıxmaya yaddan,
    Yaxınlar, uzaqlar bərqərar olsun.

    Qızıl çıraqlardan şəfəqlər saçaq,
    Sevincdən çağlayıb, fərəhdən uçaq.
    Dəli Alı kimi süfrələr açaq,
    Ələsgər dililə eldə car olsun.

    Görüşüb cəmləşək toyda, büsatda,
    Ömrə qənimətdir hər xoş saat da.
    Ünsiyyət sözü var bir də həyatda,
    Bu söz nəsillərə yadigar olsun.

    Yüz kənddən, şəhərdən qonağım gələ,
    Gül gülə qoşula, bülbül bülbülə.
    Ey Hüseyn Arif nə çıxar belə,
    Ürək geniş olsun, otaq dar olsun.

    22.IV.89 Bakı

    “Azərbaycan” jurnalı.Avqust 2014.

  • Hikmət MƏLİKZADƏ.Yeni şeirlər

    10304351_268609333324646_7910328543693681828_n

    Azərbaycan Yazıçılr və Jurnalistlər Birliklərinin üzvü,
    Azərbaycan Respublikası Prezidentinin Təqaüd Fondunun təqadüçüsü

    ***

    Beş deyil, on deyil, min kilodu eşq,
    Ürək necə çəksin, dayağı yoxdu.
    Nədən qınayırsan bu çılpaq ruhu,
    Görmürsən çolaqdı – ayağı yoxdu?!

    Elə bil doqqaza ipək səriblər; –
    Hər qoyun köçündən yun qalıb burda.
    Yeməli deyil ki, qəmdən dadasan,
    Qorxma, bir kündəlik un qalıb burda.

    Bir az rəng dağılıb masanın üstə,
    Qoy Şərnən Xeyirin davasın çəkim.
    Dünəndən arxamca iki göz baxır,
    Fikrim kürt düşmür ki, havasın çəkim.

    ***

    Ruhum vəcdə gəlir lal sevda kimi,
    Cismimin altında təpə oynayır.
    Sən elə süzürsən, elə bil ki, qız,
    Suların qoynunda ləpə oynayır.

    Kölgəmin tabutu elə cür durub,
    Elə bil torpağa düz xətt qoyublar.
    Sənə vermədiyim vədin altından,
    İmza əvəzinə yüz xətt qoyublar.

    Eşqdən kim yorulub, biz də yorulaq,
    Deyəsən, gün keçir, boynum üşüyür.
    Sanki xəzan vurmuş quru yarpaqdı,
    Qızlar bir-bir düşür, qoynum üşüyür.

    ***

    Səsim ərşi titrədir,
    İpi çürük zəng kimi.
    Tanrıya tuşlanıbdı
    əlim boş tüfəng kimi.

    Kefimə dəysə külək,
    Bulud yeri daşlayar.
    Odun düşdüyü yerdən,
    Təzə sevda başlayar.

    Kimsə yox damın altda
    məndən savayı, tez gəl.
    Tale baha satılır,
    Ömür havayı, tez gəl.

  • Əlirza HƏSRƏT.”Sıxdı əllərimi qışın çilləsi” (Yeni şeir)

    13314_src-300x207

    Azadlıq nəğməsi döşümə yatmır,
    Bu zalım qəfəsdə quşum var hələ.
    Xəzan gülləriylə örtün üstümü,
    Qabaqda çövğunlu qışım var hələ.

    Düşdüm sevdasına bir qərib köçün,
    Gülüb,boy göstərdi həsrətim çin-çin.
    Ayrılsaq,arxanca su atmaq üçün,-
    Gözümdə bir damla yaşım var hələ.

    Ömür nərdivandır,günlər pilləsi,
    Sıxdı əllərimi qışın çilləsi.
    Qanıma susayıb düşmən gülləsi,
    Bağrımın başında qurşun var hələ.

  • Gülnarə İSRAFİLQIZI.Yeni şeir

    234435423665547648

    İstəyirəm öz ölkəmin bayrağını

    Parça-parça bölük-bölük,
    Vətənimi istəmirəm.
    Ruspərəst, ermənipərəst,
    Vətəndaşdan,
    vətən daşı gözləmirəm.
    Xalqımı didmələyib,
    Didik-didik, məzhəblərə ayırıblar.
    Millətçilik, Dövlətçilik,
    Şüarı ilə insanların ac şüurunu,
    Doyurublar.
    Vətənimin qan qoxusu,
    Urmiyada, Borçalıda,
    İrəvanda,
    Təbriz kimi paytaxtımdan
    Qan süzülür diyarımda.
    Vətənimin başı bölük.
    Azərbaycan doğulandan
    Yaşı bölük.
    Qoltuqlara baş qoymaqdan
    usanmadı mənim xalqım,
    Öz yurduna, torpağına,
    Öz-özünə qənim xalqım.
    Bütün ölkə mənimsəyir bu torpağı….
    Qarabağı…
    Sazişlərə imza atan,
    Şərəfsizə şərəf satan,
    Vicdansızı istəmirəm.
    Şəhidlərin gözlərində yatır həyat.
    Həyatsızı,
    Ad altında bir adsızı istəmirəm.
    Vətənsizlər,
    Vətənimə gərək deyil.
    Satqın, əyyaş örnək deyil.
    İstəmirəm yad ölkənin bayrağını,
    Başım üstə dalğalansın.
    Parça-parça yaralarım,
    Birləşmədən sağalmadan parçalansın.
    İstəyirəm öz ölkəmin bayrağını,
    Parçalardan bütövlənmiş torpağımı.

    * * *

    Gətirib dərdimi yuvarlaqlayım,
    Başqa dərd içində itib batmasın.
    Əvvəlki dərdlərim gedir piyada,
    Dərdim, dərdlərimə gedib çatmasın.

    Gətirib dərdimi yuvarlaqlayım,
    Götürüb dənizə, aparsın sular.
    Yoxsa hər gün yeni dərd doğar dərdim,
    Yüküm ağırlaşar, dərdim çoxalar.

    Gətirib dərdimi yuvarlaqlayım,
    İçimdən bu dərdim bir baş yox olsun.
    Öldürər dünyamı, əzər dərdlərim,
    İçimdə böyüyən dünyam doğulsun.
    Gətirib dərdimi yuvarlaqlayım.

  • Mais TƏMKİN.”Düşəsən” (Yeni şeir)

    10646868_273655359498567_6620189188081019440_n

    Qədrini bil, hər an qədir bilənin,
    Səsləyəndə harayına gələnin..
    Can-can deyib, hər üzünə gülənin
    Sən məbadə, tez eşqinə düşəsən.

    Hər gözəldən əhdə sadiq yar olmaz,
    Əsli halalzadə eldə xar olmaz.
    Ərdən ,,boşanmış,,dan vəfadar olmaz,
    Könül, düşsən qız eşqinə düşəsən.

    Acı sözlə hər yetəni dalama,
    Şirin dillə ,,əleyk..,, söylə salama.
    Bayquş olub viranədə ulama,
    Səməndər tək köz eşqinə düşəsən.

    Yağsa da başına hey narın-narın,
    Uyma hiyləsinə yağışın, qarın.
    Zatında paklıq var nazlı baharın,
    Gül-çiçəkli yaz eşqinə düşəsən.

    Mais Təmkin, xoş ilhamla yarat, qur,
    Günəş kimi ömürlərə çilə nur.
    Boş, mənasız kəlmələrdən kənar dur,
    Hikmət dolu söz eşqinə düşəsən!

  • Gülnarə SADİQ.Yeni şeirlər

    gulnare sadiq

    Söylə o pak dünyan çoxmu gözəldi

    Dünyanı görməyən kor gözlü oğlan,
    Söylə, sənin dünyan çoxmu özəldi.
    Qaranlıq aşıqı, nur üzlü oğlan
    Söylə o pak dünyan çoxmu gözəldi.

    Hər ağrın, hər acın gözündə gizli,
    Ümidin həsrəti sözündə gizli,
    Bu işıqsız dünyan özündə gizli,
    Söylə o pak dünyan çoxmu gözəldi.

    Kainat gözlərində gen düşüb.
    Rəbbin rəhmətiylə ruhun tən düşüb,
    Işıqlı aləmə duman, çən düşüb,
    Söylə o pak dünyan çoxmu gözəldi.

    Işıq sənə həsəd, işıqsız oğlan,
    Günah sənə vurğun günahsız oğlan,
    Əzab qapısında zamansız oğlan,
    Söylə o pak dünyan çoxmu gözəldi.

    Bu dünyanın üzü yaman kirlidi,
    Yerin fəryadından göylər qəmlidi,
    Cahanın ürəyi yaman nəmlidi,
    Söylə o pak dünyan çoxmu gözəldi.

    Vuruluram sənsizliyə deyəsən.

    Son günlər gözlərim yol çəkət oldu,
    Həsrətim qəlbimi hey didər oldu,
    Vüsalım yol aldı, dərd qalan oldu,
    Vuruluram sənsizliyə deyəsən.

    Əziz bildiklərim məndən yan gəzdi,
    Gözlərim hər yanda ümidi gəzdi,
    Sənsizlik mənimlə dünyanı gəzdi,
    Vuruluram sənsizliyə deyəsən.

    Açılmadı ürəyimin düyünü,
    Çəkəmmədim ayrılığı yükünü,
    Kədərə qərq oldu ömrün hər günü,
    Vuruluram sənsizliyə deyəsən.

    Qovuşmağı gözləyənlər küsməsin,
    Sadiqin dərdinə kimsə düşməsin,
    Aşıiqlər məşuqu heç vaxt üzməsin,
    Vuruluram sənsizliyə deyəsən.

  • Fidan ABBASOVA.”mən əvvəlki mən deyiləm……” (Yeni şeir)

    10303732_671065352970864_1651485580712221988_n

    Gözlərimin həsrətini silə bilən yolum hanı?
    zaman ötdü, il dəyişdi, səndə məni yaxşı tanı
    ürəyimdən əllərimə axıb gəlmiş söz ümmanı
    tükənməzdir bilmirəm heç harda kiməm
    mən əvvəlki mən deyiləm……

    Daha yorub üzüb məni yaralama bilə-bilə
    çox qurmuşdun yollarıma mən düşmədim öz tələnə
    başqasının göz yaşına baxıb ürəkdən gülənə
    inanmıram daha birdə sabah gələn ümüdümə
    tükənməzdir bilmirəm heç… harda kiməm…
    mən əvvəlki mən deyiləm……

    Bir gün həsrət, bir gün zillət, bir gün möhlət verib mənə
    gecikmişəm , tələsmişəm, dönüb yenə gəlib sənə
    indi baxıb için -için ağlayıram saçlarıma düşən dənə
    bir bax sənsiz pərişanlıq necə cumub üzərimə
    tükənməzdir bilmirəm heç.. harda kiməm …
    mən əvvəlki mən deyiləm……

    Nahaq yerə gözləmişəm yollarına baxıb durub
    günlər keçib üzərindən o köhnəlib tez yorulub
    dərd , qəm ilə bir kaman kimi sanki bir simə sarılıb
    ağlayıram içimdə bir kövrək telim bax qırılıb
    tükənməzdir bilmirəm heç harda kiməm
    mən əvvəlki mən deyiləm……

    Onsuz həyat vəfasızdır cəfa cəkib üzülmə heç
    səndə onsuz alışmısan Fidan boşdur buyur və keç
    həyatında elə tanı elə insan özünə seç
    buraxmasın yarı yolda əbədiyən sən onu seç
    tükənməzdir bilmirəm heç harda kiməm
    mən əvvəlki mən deyiləm……

  • Fidan ABBASOVA.”Utanmayaq bir daha gələrkəndə üz- üzə” (Yeni şeir)

    10303732_671065352970864_1651485580712221988_n

    O qeder axdaracaq gülüşümü gözlərin
    qulağın həsrət qalıb eşidəcək sözlərin
    hər yanda axdardığın saxta olan üzlərin
    aynasını özün tut əlin öyrəşsin düzə
    utanmayaq bir daha gələrkəndə üz- üzə

    Deki sən düz demişdin məni sevən olmadı
    kimə inandımsa mən məni adam saymadı
    zərrə qədər hörməti insanlığı qalmadı
    etdiyin o səflərin , yalanların, üzlərin
    aynasını özün tut əlin öyrəşsin düzə
    utanmayaq bir daha gələrkəndə üz- üzə…..

    Ümüd , arzu , xəyal var bir sən yoxsan sabahda
    kim bilirki hər kəsi nə gözləyir qabaqda
    o qədər təmiz gəldin gəlin kimi duvaqda
    indi mənə dedyin acı acı sözlərin
    aynasını özün tut əlin öyrəşsin düzə
    utanmayaq bir daha gələrkəndə üz- üzə….

    Məhəbbətə bu qədər dəyər vermə həyatada
    qəlbin çürüyüb gedər sanki bir qazamatda
    canın , ruhun bir yana qalsın sağ-salamatla
    etdiyin əmələrin, incitdiyin qəlblərin
    aynasını özün tut əlin öyrəşsin düzə
    utanmayaq bir daha gələrkəndə üz- üzə…

    Mən olmasamda bilki bir gün düşər yadına
    Fidan deyə çox qızlar çıxacaqdır qarşına
    atalar düz deyibdir nə tökərsən aşına
    bir gün əlbətt çıxacaq oda sənin qarşına
    məndən uzaqda olan arzuların , izlərin
    aynasını özün tut əlin öyrəşsin düzə
    utanmayaq bir daha gələrkəndə üz- üzə……

  • Aliyə ƏSƏDOVA.Yeni şeirlər

    aliy sdova

    BİLİRƏM Kİ

    Unutmuşam yay mehini,
    bilirəm ki orda yenə sən varsan.
    İstəyirəm hər yerdən siləm
    izlərini,
    unuduram sən olan şəhərin
    adını,
    silirəm yollardakı
    izlərini,
    istəyirəm siləm
    sən olan küçələri.
    Sevmədim
    köhnələrdə dolaşmağı,
    xatirələrdə ilişməyi,
    istəyirəm unudam
    istəyirəm unutturam
    sən adlı illəri,
    istəyirəm unudam
    sən adında günləri
    Bilirəm ki
    orda yenə sən varsan,
    deyirəm bəlkə
    daha bir də olmayasan.

    CƏNAB VƏKİL

    Susqunluğunda
    yarımçıqların baxışları,
    bu yer kimi aləmdən təcrid
    məkan bağlılıqları,
    sakit nəfəsin danışıqları.
    Burdan keçən məsafələr
    həssaslıqlar,titrəmələr
    burda üşüyən həyat
    bağlı yollar
    kəsişən nöqtələr,
    üçbucaq, dördbucaq işarələr,
    çarpaz məsafələr…
    bilirsən ki hardasan-
    bu da ki dayanacaq.
    İfadəsiz düşüncələr,
    yorucu anlatmalar-
    eşitməyə məhkumsan.
    Cənab vəkil! buyur keç
    indi hakim danışacaq.

    ADIMI ÇƏKMƏ

    Məni görürsənmi?
    bir bax
    bax bu tərəfə-
    rus küknarlarına tərəf,
    ordayam,
    gülümsə,
    elə bil ki məni gördün
    gözünü çəkmə.
    Ətirləri sevirsənmi?
    Sevdiyini qoxla, iylə
    Paris havasında-
    ordayam,
    elə bil ki o mən idim
    xatırla,xatırla
    olduğum yerlərdə,
    adımı çəkmə.

    BAĞIŞLA

    Səni sabahda axtarmışdı
    ayın oğrun nəfəsi,
    danışmağa cəsarətin olmadı,
    Bilirsənmi,
    ləpələr üşüyəndə
    səni səsləmişdim
    Sənsə….
    -“qəddarsan”-demişdin.
    Dalğalar səni boğanda
    məni haraylamışdın
    Mənsə…
    indi bilmirəm hardasan,
    qəddarlığıma görə
    məni bağışla.

    Suad üçün

    (Suad Topçuyeva üçün)

    Gözlərin
    körpədir hələ,
    Böyüyəcəksən,
    əvvəl böyük sonra kiçik
    görəcəksən dünyanı-
    necə varsa elə,
    dünyanın özü qədər.
    Eşidəcəksən
    hərədə bir söz
    hərədə bir hekayət
    dəyişəcək hal-əhval
    hərədə bir ehtimal
    xəyanət görəcəksən.
    Hələ ki körpəsən,
    Suad,
    dinəcəksən,
    danışacaq ürəyin
    nağılın sözü qədər,
    əsəcək ürəyin
    sözün həzin mehində.
    Uzaqları göstərən
    bu balaca əllərin
    bu körpə ürəyin
    ovucların qədər,
    görəcəksən
    eşidəcəksən
    dinəcəksən.
    Baxdığın gözlərin
    uzatdığın əllərin
    danışdığın sözlərin
    dünyanın özü qədər.

    29. 09.2013.(yazdığım tarix)

  • Gülnarə İSRAFİLQIZI.”Ömür yolundan bir gün”

    20140910_163732-225x300
    Kolleci bitirdikdən sonra Gəncə şəhərinə az-az gedirdim. Bu il dəyərli qələm yoldaşlarımla görüşmək üçün Gədəbəydən Gəncəyə səfər etməli oldum. Küçələr mənə keçəl görünürdü. Tanıdığım bir yer vardı qarkomun qabağı, univermağın yanı gəncəlilərin dili ilə desək “qlavnı” vəssəlam ayrı bir yer tanımırdım. Dediklərinə görə Gəncənin gəzməli yerləri çoxdur. Mən gəzməmişəm. Heç kollecdə oxuyanda da, gəzməyi sevmirdim. Gəncə müəllimlər insititunun qabağında gündə bəlkə də on xarici maşın dayanırdı. Hər dəfə maşının səsi gələndə qızlar pəncərənin qabağına toplaşıb oğlanlara baxır çox vaxtda göz qaş edirdilər bir birlərinə… Mənsə sadəcə qızların bu əmməllərini seyr edib, düşünürdüm. Allahım nədən bu qızlar bu haldadırlar? O vaxtlar mənim iyirmi yaşım vardı…kolleci bitirənə kimi çoxu ərə getdi. Bir neçə qız isə gedib boşandı. Qrupumuzda bir qız vardı. Şəmkir rayonundan, adı Aygün idi. Bir oğlanla güya nişanlı idilər gəzmədikləri getmədikləri yer yox idi. Ilin sonunda oğlan Aygünü tərk etdi. Adı da bu oldu ki, oğlan nişanı qaytardı…nəisə sözüm bu deyil. Gəncə şəhəri o illərdən bu illərə çox dəyişmişdi küçələr tər-rəmiz yeni binalar tikilib, Heydər parkları salınıb, yol kənarı dükanlar hamısı sökülüb. Təkcə dəyişməyən Abbas səhətə işləyən üç nömrəli maşurut idi. Bu qədər inkişafın qarşısında əhali saat axşam yeddi oldumu, piyada iki km yol qət etməli olur. Hər kəs bilir ki, üç nömrə artıq işləmir. Təkcə demə mən bilmirəmmişəm üç nömrəli maşrutun halını. 2004-cü ildən bəri unutmuşdum. Qlavnıya getmək üçün gedib dayanacaqda dayandım ən azı bir yarım saat. Gördüm yox bu üç heç gələnə oxşamır beş nömrədə əyləşən sərnişinlərə yaxınlaşdım. Bağışlayın üç nömrə işləmir? Sərnişinlər hamısı bir ağızdan dilləndilər ay xanım siz gərək küçənin başına gedib iki nömrəli maşuruta minəsiz üç bu vaxtlar işləmir. Dedim; bəs bu əhali nə edir? dilləndilər əhalidə idman edir axşamlar nə etməlidirlər ki? Dedim heç nə Allah sağlamlıqlarını artırsın. Küçənin başına çatana qədər ən azı qırx dəqiqə ötmüşdü. Qayıdıb geri gələndə də gəncə sərnişinləri demiş çox mükəmməl idman etdim. Neçə gün Gəncədə qaldımsa eləcə idmanla məşğul oldum. Hava dəyişgənliyindəndimi bilmirəm Gəncə torpağına getdiyim gündən yemək yeyə bilmirdim üç gün idi ac idim axır çox gərginlik keçirməyə başladım düşündüm ki, bir gün yıxılacam küçəyə heç qaldırıb xəstəxanaya aparan da olmayacaq. Sağ olsun Şəfanı tortla çay aldı bir az toxtadım amma yenə də başım hərlənməyə başladı. Dəyərli yoldaşlarla xan bağında əyləşmişdik. Gördüm Məşədi İbad demiş “ Bu həna o hənadan deyil” heç hənanın yeridir? Gəncə kimi əzəmətli şəhərdə əyləşəsən ac qarına sonra da başın gicəllənsin. Yoldaşlara dedim ki, vəziyyətim yaxşı deyil. Bəlkə nəsə bir şeylər sifariş verək? dedilər hə əlbətdə nə sifariş verək? dedim yaxşısı budur baxın görək menyuda nə var… dönər yemirəm, lahmacun olsa yeyərəm afisantı çağırdıq. Ay oğlan lahmacun varmı? Dedi: bəli var. Dedim; bir ədəd gətirin amma qaynar olsun. Üstündən düz bir saat ötdükdən sonra soyumuş lahmacun masanın üstünə gəldi. Dedim ay oğlan mən sizə dedim axı isti olsun. Üzümə qayıtdı istidir də…. yox axı isti deyil? Dedi: Bizim ixtiyarımız yoxdur isitməyə yoldaşlar müdiri çağırdılar. Necə yəni ixtyarımız yoxdur? Siz buraya gələn müştərilərin hamısı ilə bu cür rəftar edirsiniz? Müdir gəldi nə lazımdır. Dedim lahmacunu isitmək lazımdır. Müdir dedikdən sonra lahmacun azacıq isidildi. Bu dəfə lahmacunun dadı damağımda qaldı. Bilmədim it əti idi ya inək… ətin üstünə də o qədər ədvalar əlavə olunmuşdu ki, lahmacundan başqa nə desən dad verirdi. Heç indiyə qədər Gəncə Lahmacunu qədər dadlı lahmacun yeməmişdim. Daha neyləyə bilərdim başım fırlanır ya lahmacunu yeməliyəm yada küçəyə yıxılıb xəstəxanalıq olmalıyam. Lap əsgərlik həyatı yadıma düşdü. Bir neçə il əvvəl qohumlardan biri əsgərlik həyatından danışdı… Füzulidə xidmət etmişdi. Dedi bir gün biyabanlıqda o qədər bərk acmışdıq ki, üstümüzdə olan yemək azuqəsi də bitmişdi. Bilmədik nə edək ilan tutub başından bir qarış, quyruğundan da, bir qarış kəsib od qalayıb bişirib yedik iki nəfər idik çasta geri dönənə qədər bizi aclıq ölümündən xilas etdi. Elə mən də bu hekayəni xatırlayıb xan bağında yediyim lahmacunu sona çatdırdım. Dörd gün dəyərli qələm yoldaşlarımla görüşüb müəyyən planlar hazırladıq. Nəhayət Gədəbəyin saf sularından içməyə, gecələr sud kimi ayın doğduğunu seyr etməyə qayıtdım. Payız ayları yayda olan gözəllikləri əvəz etməsə də, yenə də gözəlliklərlə dolu olan bu məkan insanın əhvalını yüksəldir. Quşların cəh-cəhi, otların kökündən süzülən sular diş qamaşdırır. Həm bu suların malicəvi əhəmiyyəti də çoxdur. Amma qızıl mədəninin zəhərli tullantıları əhalini cana gətirib. Havanları zəhərləyir. Mədənə yaxın kəndlərin heyvanları mədən gölünə çatar çatmaz başını yerə qoyur. Yenə də Gədəbəy ecəzkar bölgələrdən biridir. Bu ecazkar bölgəni erməni daşnaqlarıdan qoruyan şəhidlərimizə Allah rəhmət eləsin amin.

  • Əbil HƏSƏNOV.Hekayə

    ebil1

    Axşam düşürdü. Qaranlıq qara pərdələrini yavaş-yavaş şəhərin üzərinə çəkirdi. Şəhər sakinləri a
    – “Nə durmusan? Qaç canını qurtar! Görmürsən qaranlıq gəlir?!” – deyərək yox oldu.
    Bayaqkı səs-küydən əsər əlamət qalmamışdı. Təkcə küləyin vıyıltısı eşidilirdi. Məni vahimə bürümüşdü. Birdən kimsə arxadan amiranə səslə mənə :
    – “Dayan” dedi.
    Mən arxaya baxdım. Bir nəfər mənə yaxınlaşaraq özünü təqdim edib sənədlərimi istədi.
    Onun adı və soyadı mənimki ilə eyni idi. Sənədlərimi təqdim edib diqqətlə ona baxdım və özümü görüb qorxdum. O , “mən” idi.
    Sənədlərimə diqqətlə baxıb dedi:
    – Mənimlə getməlisən
    – Hara? Axı mən evə tələsirəm.
    – Hara lazımdırsa ora. Düş qabağıma , az danış – deyərək qollarımı qandalladı. Mən mübahisənin əbəs olduğunu görüb «Mən»in əmrinə tabe oldum. Biz dar küçələrlə irəliləyib , pilləkanlarla aşağı düşüb bir zirzəminin qabağında dayandıq. O, qapını aıb mənə : “Keç içəri” – dedi. Məni dəmir barmaqlıqlar arasına salıb qapını bağladı. Qorxu içində idim.
    – “Bura haradır? Məni niyə bura gətiriblər?” – deyə fikirləşirdim ki, birdən zirzəmidə zəif işıq yandı. İçəriyə bir neçə nəfər də daxil olub yerlərində oturdular. Qəribəsi o idi ki, onlar da “mən” idilər.
    “Mən”lərdən biri ayağa qalxaraq uzun-uzadı danışıb mənim günahlarımı saymağa başladı. Bu qədər günahımın olduğunu heç özüm də bilmirdim. Sonra başqa “mən” məni müdafiə etmək üçün ayağa qalxdı , çox qısa danışıb oturdu.
    Bayaqdan “mən”lərə qulaq asan “Mən” məndən soruşdu:
    – Deyilənlərlə razısınızmı?
    Mən cavab vermək istəyirdim ki, yerdən səslər ucaldı:
    – Bəli , bəli , bəli.
    Mən səs gələn tərəfə baxdım , onlar da “mən” idilər. “Mən” “ çağırıb məni öldürməyi əmr etdi. “Mən” əlindəki xəncəri bir neçə dəfə ürəyimə sancdı. Ürəyimdən qapqara qanlar axmağa başladı və damcılar yerə düşməmiş əcaib varlığa çevrilib yox olurdular. Həmin o əcaib varlıqlar da “mən” idilər.
    Mən gözlərimi açanda hava işıqlanırdı. Günəş üfüqdən boylanıb şüaları ilə məni salamlayırdı.

  • İradə Əlilinin yeni kitabının Ankarada təqdimatı keçiriləcək

    kitab

    Yüce Erek Türk dünyası aylik fikir kültür araşdırma dergisinin yazı işlər müdürü Zaim Gök “”Mənim sevgi dünyam” seir kitabini türkiyə türkcəsinə çevitdirmiş və türkiyə oxucularını İradə Əlilinin yaradıclığı ilə tanış etm\k istəyir.Bu məqsədlə seir kitabi artiq imza gününə hazırdır.imza gününü Zaim Gök Ankarada Yüce Erek Türk dünyası aylik fikir kültür araşdırma dergisinin yazı işlər müdürü Zaim Gök “”Mənim sevgi dünyam” seir kitabini türkiyə türkcəsinə çevitdirmiş və türkiyə oxucularını İradə Əlilinin yaradıclığı ilə tanış etm\k istəyir.Bu məqsədlə seir kitabi artiq imza gününə hazırdır.imza gününü Zaim Gök Ankarada
    Kızılayda Kurtuba Kitabeviində keçiriləcək
    20 eylul saat 15 00 da imza günüdə kitabın satışı Qarabağ qazısı Ruxsarə Cumatevanın əməliyyatının hesabına köçürələc bundan əlavə
    “Dünya sevənlərindir “adlı yeni şeir kitabının da bu keçiriləcək imza günüdə oxuculara təqdimatı olacaq və qardaş ölkənin oxucularına hədiyyə olunacaq.
    İradə əlili bədii yaradıcılilqla bərabər həm də elmi araşdırmaçıdır
    “Müasir dövr Azərbaycanada ekoloji ədəbiyyatın biblioqrafik informasiya təminatı “mövzusunda araşdırma ışını bu ilin sonuna bitirməyi düşünür
    Bakı Dövlət Universiteinin kitabxana -informasiya fakultəsinin müəlliməsidir
    Gənclərin də intellektual mədəni düşüncəsnin formalaşmasında yönümündə də bir müəllimə bir ictimaətçi xanım kimikimi əməyi vardır

  • Nəcibə İlkinin yeni kitabının təqdimat mərasimi keçiriləcək

    1318

    18 sentyabr 2014-cü il tarixdə saat 11:30-da, Bakı şəhərində Beynəlxalq Mətbuat Mərkəzində Çağdaş Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, “Azad qələm” qəzetinin və “Ali Ziya” jurnalının Baş redaktoru, Dünya Azərbaycanlılarının Mədəniyyət Mərkəzinin Mətbuat xidmətinin rəhbəri, Azərbaycan Respublikasının Kütləvi İnformasiya Vasitələrinin Həmkarlar İttifaqının “Qızıl qələm”, “Xan qızı Natəvan”, “Xalqın nüfuzlu ziyalısı” media mükafatları lauretaı,Gündəlik İnformasiya Agentliyinin və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının “Elektron kitablar” və “Yeni nəşrlər” bölməsinin Baş redaktoru, şairə, jurnalist, publisist Nəcibə İlkinin “Son görüş, son zəng, son təbəssüm” kitabının təqdimat mərasimi keçiriləcək.Kütləvi informasiya vasitələrinin nümayəndələri də iştirak edəcək.İştirak etmək istəyən hər kəs dəvətlidir.

    Ünvan: Azərbaycan Respublikası, Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, “Azərbaycan” nəşriyyatı ilə Bakı Dövlət Universitetinin arasında.
    İyirmi yanvardan 29 saylı avtobus gedir.

  • Doğum gününüz mübarək!

    Fidan Abbasova.jpg

    Gündəlik İnformasiya Agentliyinin və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Rəhbərliyi Sizi, Çağdaş Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsini, Gündəlik İnformasiya Agentliyinin Baş redaktorunu, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Rəhbərini,”Hüseyn Arif” Ədəbi Birliyinin üzvünü doğum günü münasibətilə səmimi qəlbdən təbrik edir, sizə uzun ömür, möhkəm cansağlığı, xoşbəxtlik, ədəbi-bədii yaradıcılığınızda bol-bol uğurlar diləyir! Uca Tanrı Sizi qorusun!

    Mətbuat xidməti

    Susaq danışmayaq qoy gözlər dinsin
    anlatsın ən gözəl gördüyü hissi
    üzümə bir gülüş təbəssüm qonsun
    aparsın sanki qoy dünyadan bizi….

    Bir azda uzağıq qəmdən və dərtdən
    onu tapmaq üçün yaşamırıq ki,
    insanın ürəyi olmalı ətdən
    onu boş – boşuna daşımırıq kii….

    Bizdə xoşbəxtliyin dadını bilək
    nə qədər sevinc var bax önümüzdə
    olmasa da belə hər gün diləyək
    bəlkədə yaxındır taleyimizdə……

    Min dünya neməti sərsən önümə
    əvəz edə bilmir ürək sevgisin
    sən mənim yazııldın sanki ömrümə
    qoy ömrümü sənin sevgin bəzəsin…

    Tutaq əllərimiz soyumasın qoy
    baxanlar heyrətlə desin bəxdəvər
    hər günümüz sanki çılçıraqlı toy
    evimdə bir gözəl nəğmə gətirər…

    Sən mənim yuxumun sirin payısan
    Nə olar ayılsam gözümdən itmə
    Fidanın qəlbində sevgi payısan..
    ağlaram daima uzağa getmə…….

  • Saqif QARATORPAQ.”Bəs kimə deyəcəksən” (Yeni şeir)

    Saqif QARATORPAQ

    Gülüm, qəddi dərd əyir, elə-belə əyilmir
    Sirr var ki, anaya da, bacıya da deyilmir.
    Söz var ki, neçə batman bal ilə də yeyilmir,
    Əgər mənə deməsən, bəs kimə deyəcəksən?!

    Bu möhnət üzər səni, sıxılarsan uzaqda:
    Kövrəlib üşüyərsən təklik adlı sazaqda.
    Kimsə anlamaz səni, duymaz oğul-uşaq da,
    Əgər mənə deməsən, bəs kimə deyəcəksən?!

    Mən sevinc topasında qəmi seçə bilirəm,
    Dərd arısı verəcək nə vaxt beçə, bilirəm.
    Hər səhvinə göz yumub, üstdən keçə bilirəm,-
    Əgər mənə deməsən, bəs kimə deyəcəksən?!

    İllər köçür durnatək, günlər sözə baxmayır,
    Səngidir ocaqları, oda-közə baxmayır.
    Dostlar daha yan keçir, qardaş üzə baxmayır,
    Əgər mənə deməsən, bəs kimə deyəcəksən?!

    Ürək yaman kövrəlir yaş ötəndə bilirəm,
    Qarmı gəlir, yağışmı yel əsəndə bilirəm.
    Ürəyində nə varsa, deməsən də bilirəm,-
    Əgər mənə deməsən, bəs kimə deyəcəksən?!

  • Azərbaycan yazarlarının şeirləri Türkiyə mətbuatında

    10678523_498449133633131_6744606839625652614_n (1)

    10615609_498449816966396_40858336752559261_n

    10461957_498449936966384_4854406229357727360_n

    Gündəlik İnformasiya Agentliyinin Mətbuat xidmətinin yaydığı məlumata görə, “Pirsultan” elm və sənət dərgisinin Avqust buraxılışında Çağdaş Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, Azərbaycan Jurnalistlər Birliyinin Sumqayıt şəhər təşkilatının sədri, şair, jurnalist Rafiq Odayın “Havadan ayrılıq qoxusu gəlir”, “Gəl, Dədə!” və Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, Dünya Azərbaycanlılarının Mədəniyyət Mərkəzinin Mətbuat xidmətinin rəhbəri, “Azad qələm” qəzetinin və “Ali Ziya” jurnalının təsisçisi və baş redaktoru Nəcibə İlkinin “Dözmürəm soyuqluğuna”,”Bu yağış” şeirləri dərc olunaraq ictimaiyyətin nəzərinə çatdırılıb.

  • Gülnarə İSRAFİLQIZI.”Bərk-bərk tutub, əllərimdən” (Yeni şeir)

    1399377238_1399354517_1399118025_10312028_1471761573041474_1534860754_n

    Dodağımda daş əriyir,
    Nəfəsimdən…
    Hər gün bir az daşlaşıram.
    Közərirəm, alışıram,
    Ah səsindən.
    Mən özümə yadlaşıram.
    Quruyuram saman kimi,
    Yapışıram ətəyimdən.
    Bağlanıram günahlara,
    Biləyimdən.
    Günahlarım dolan kimi…
    Gözlərimə, sözlərimə,
    Üz dərimə.
    Alır məni mənliyimdən.
    Dilimə söz dolaşır.
    Keçmir dilin, ilgəyindən.
    Ətə gəlir, cana gəlir,
    Günahlarım…
    Düşmür yerə,
    Əl götürmür,
    Sallanıbdır ətəyimdən.
    Daşa dönür yuxularım.
    Gecələri ovuduram.
    Çəkib başdan lap yuxarı,
    Dağıdıram.
    Gözlərimdə yaş quruyur,
    Gilə- gilə.
    Canım boğazıma gəlib,
    Əməlimdən.
    Gecə-gündüz yıxır məni,
    Çəkir özünə tərəf.
    Bərk-bərk tutub, əllərimdən.

  • Gənc xanım yazar Gülnarə İsrafilqızı BSU “Ədəbi Yaradıcılıq” fakültəsinə qəbul oldu

    1399377238_1399354517_1399118025_10312028_1471761573041474_1534860754_n

    Gündəlik İnformasiya Agentliyinin Mətbuat xidmətinin yaydığı məlumata görə, Çağdaş Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Gündəlik İnformasiya Agentliyinin Baş məsləhətçisi, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Baş redaktoru, Dünya Gənc Türk Yazarlar Birliyinin üzvü, gənc xanım yazar Gülnarə İsrafilqızı Bakı Slavyan Universitetinin “Ədəbi Yaradıcılıq” fakültəsinə qəbul olub.Bu münasibətilə Sayğıdəyər dostumuzu səmimi qəlbdən təbrik edir, uzun ömür, möhkəm cansağlığı, xoşbəxtlik, ədəbi-bədii yaradıcılığınızda bol-bol uğurlar diləyirik!

  • Gənc xanım yazar Fidan Abbasonın şeirləri Qardaş Türkiyə Cümhuriyyətində dərc olunacaq

    kapak-say-17

    Gündəlik İnformasiya Agentliyinin Mətbuat xidmətinin Qardaş Türkiyə Cümhuriyyətinin Tokat şəhərində fəaliyyət göstərən Tokat Şairler ve Yazarlar Derneğine istinadən yaydığı məlumata görə, Tokat Şairler ve Yazarlar Derneğinin rüblük orqanı “Kümbet” eğitim, kültür,sanat, edebiyyat dergisinin 34-cü buraxılışında Çağdaş Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Gündəlik İnformasiya Agentliyinin Baş redaktoru, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Rəhbəri, “Hüseyn Arif” Ədəbi Birliyinin üzvü, gənc xanım yazar Fidan Abbasovanın şeirləri dərc olunaraq ictimaiyyətin nəzərinə çatdırılacaq.

  • Gənc yazar Teymur Həbibinin şeirləri Türkiyə türkcəsinə tərcümə olunub

    998812_145406895661140_1155015413_n

    Gündəlik İnformasiya Agentliyinin Mətbuat xidmətinin yaydığı məlumata görə, Çağdaş Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Gündəlik İnformasiya Agentliyinin və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Baş redaktor müavini,
    “Hüseyn Arif” Ədəbi Birliyinin üzvü, gənc yazar Teymur Həbibinin şeirləri Azərbaycan türkcəsindən Türkiyə türkcəsinə tərcümə olunub.Çevirməni Gündəlik İnformasiya Agentliyinin Direktoru Kamran Murquzov edib.

  • Kənan AYDINOĞLU.Yeni şeirlər

    Photo Kenan

    HƏM YUNUSSUZ, HƏM RUMİSİZ DÜNYADA

    Necə qəlbim alışmasın, yanmasın?!
    Necə qəlbim ömrü suçlu sanmasın?!
    Necə qəlbim tək Allahı anamsın?!
    Həm Yunussuz, həm Rumisiz dünyada?!

    Ustadlara mən ehtiram bəslədim,
    Cavanları Haqq yoluna səslədim.
    Həsrət çəkib mən Mehdini gözlədim,-
    Həm Yunussuz, həm Rumisiz dünyada!

    Dərinkən bir fəlsəfəni anladım,
    Günahlardan öz-özümü danladım,
    Həzin-həzin nəğmələrin dinlədim,-
    Həm Yunussuz, həm Rumisiz dünyada!

    Parça gətir gözlərimi bağlayım,
    Dəsmal gətir bir azca mən ağlayım,
    Ustadlara bu gün mən yas saxlayım,-
    Həm Yunussuz, həm Rumisiz dünyada!

    MƏNİM HƏR YAZILAN KÖRPƏ ŞEİRİM

    Görəsən, İlahi, xoşbəxtdirmi bəs,
    Mənim hər yazılan körpə şeirim.
    Kədəri özünə doğma bilibmi,
    Mənim hər yazılan körpə şeirim?!

    Əhdindən dönməyən qızlara bənzər,
    Qəlbi ovsunlayan gözlərə bənzər,
    Dodaqdan süzülən sözlərə bənzər,
    Mənim hər yazılan körpə şeirim.

    Allahdan süzülüb, “Quran”dan keçib,
    Kürboyu Muğandan, Arandan keçib,
    Metedən bu yana Turandan keçib,
    Mənim hər yazılan körpə şeirim.

    Bir candan bir ruha hopub gələcək,
    Çevrilib tufana qopub gələcək,
    Sevgili yarını tapıb gələcək,
    Mənim hər yazılan körpə şeirim.

    Hökmdar oğludu, böyük saraydı,
    Qəlbimə, ruhuma hopan haraydı.
    Ömrümə nur saçan günəşdi, aydı,
    Mənim hər yazılan körpə şeirim.

  • “AYBkitab.az” saytının təqdimat mərasimi keçiriləcək

    aybkitab2

    10 sentybar 2014-cü il tarixdə, saat 14:00-da, Azərbaycan Yazıçılar Birliyinin Natəvan klubunda “AYBkitab.az” saytının təqdimat mərasimi keçiriləcək.Layihənin rəhbəri Azərbaycan Yazıçılar Birliyinin Mətbuat xidmətinin rəhbəri, Gənclər Şurasının sədr müavini Xəyal Rzadır.
    İştirak etmək istəyənlər dəvətlidir.Kütləvi informasiya vasitələri də iştirak edəcək.
    Qeyd edək ki, AYBkitab layihəsi yeni kitabların nəşri, təqdimatı, online satışı üçün nəzərdə tutulub.

  • “Gənc Ədiblər Məktəbi”nin növbəti toplantısı keçiriləcək

    resad_mecid

    Gündəlik İnformasiya Agentliyinin Mətbuat xidmətinin Azərbaycan Yazıçılar Birliyi ilə Mədəniyyət və Turizm Nazirliyinin birgə layihəsi olan “Gənc Ədiblər Məktəbi”nə istinadən yaydığı məlumata görə, yaxın günlərdə “Gənc Ədiblər Məktəbi”nin növbəti toplantısı keçiriləcək. Toplantıda “Gənc Ədiblər Məktəbi”nə yeni üzvlər qəbul olunacaq.Tədbirin Azərbaycan Yazıçılar Birliyinin Natəvan Klubunda keçiriləcəyi gözlənilir.
    Qeyd edək ki, “Gənc Ədiblər Məktəbi” 2008-ci ildə Azərbaycan Yazıçılar Birliyi ilə Azərbaycan Respublikası Mədəniyyət-Turizm Nazirliyinin birgə layihəsi çərçivəsində yaradılıb. “Gənc Ədiblər Məktəbi”nə Azərbaycan Yazıçılar Birliyinin gənclər üzrə katibi, ” 525-ci qəzet”in baş redaktoru Rəşad Məcid rəhbərlik edir.Məsul katibi Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycan Respublikası Prezidentinin Təqaüd Fondunun təqaüdçüsü, gənc yazar Emin Piridir.

  • AYB-yə yeni katib təyin olundu

    picture

    29 avqust 2014-cü il tarixdə Azərbaycan Yazıçılar Birliyində növbəti toplantı keçirilib.Toplantıda Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar, Azərbaycan Yazıçılar Birliyinin I katibi, Xalq şairi Fikrət Qoca, Azərbaycan Yazıçılar Birliyinin gənclər üzrə katibi Rəşad Məcid və digər qonaqlar iştirak ediblər. Tədbiri giriş sözü ilə açan Azərbaycan Yazıçılar Birliyinin sədri Anar tədbir iştirakçıları salamlayıb, sonra Azərbaycan Yazıçılar Birliyinə yeni katibin seçilməsinə dair fikir mübadiləsi aparıb.Sonda Azərbaycan Yazıçılar Birliyinin Rəhbərliyinin qərarına əsasən, Azərbaycan Yazıçılar Birliyinin aylıq ədəbi-bədii orqanı “Ulduz” jurnalının baş redaktor müavini İlqar Fəhmi Azərbaycan Yazıçılar Birliyinin yeni katibi təyin olunub.

  • Vüqar Əhmədin yeni kitabı işıq üzü gördü

    1da96ddede20d53af8b306ee9d717fcd

    Şair,nasir, filologiya elmləri doktoru, professor Vüqar Əhmədin növbəti əsəri barədə isti-siti məlumatı oxuculara təqdim edir.
    Qeyd edək ki, bu əsər 31-cu kitabı və üçüncü romanıdır. Əsər üç hissədən ibarət trilogiyadır.
    Vüqar Əhməd bu əsərdə Şah İsmayıl Xətainin dövründən günümüzə qədər, təxminən 500 illik bir dövrü əhatə etmiş, Azərbaycan xalqının etnogezində iştirak edən, sonradan Qaradağlılar adlanan ustaclıların Azərbaycanın tarixində nə qədər müstəsna rol oynadıqlarını canlı səhnələrlə, əlvan cizgilərlə göstərmişdir. Birinci hissəsi bilavasitə Səfəvilər dövlətinin yaranmasında, böyüməsində, inkişaf etməsində iştirak edən ustaclılalardan, ikinci hissəsi Şuşa şəhərinin salınmasından, Şuşa qalasını inşa etdirən Pənahəli xan Cavanşirdən, onun oğlu İbrahim Xəlil xandan, əsasən isə Ustaclı soyundan, Qaradağlı nəslindən olan alim, şair, tərcüməçi, xəttat, tarixçi, müəllim Həsənəli Xan Qaradağidən, üçüncü hissəsi isə Azərbaycan xalqının qəlbində əbədi yaşayan məhşur diktor Aydın Qaradağlıdan və onun ailəsindən danışır.
    Lakin bununla yanaşı əsərdə Şah İsmayıl Xətainin dövründən başlayaraq müharibələr, Çar Rusiyasının Azərbaycanı işğal etməsi, daşnakların xalqımıza qarşı apardığı soyqırım siyasəti, Şura hökumətinin vətənimizə gətirdiyi bəlalar öz əksini tapmışdır. Vüqar Əhmədin bu əsərində oxucular üçün olduqca maraqlı tarixi faktlar, məcaralı mənzərələr, dramatik löhvələr vardır. Əsər geniş oxucu kütləsi üçün nəzərdə tutlmuşdur.

  • Fidan ABBASOVA.”Min ümidim, dərgahım var…” (Yeni şeir)

    10511227_651676324909767_7394785085176257866_n
    Qara bəxtə ağ yazmayan,
    İlk eşq üçün yas saxlayan
    Körpə kimi hey ağlayan
    Ümidün ona bağlayan
    Bir kimsəm yox , Allahım var
    Min ümidim, dərgahım var….

    Səfi düzə çevirən o
    Dərdi sevinc edəndə o
    Susuz səhra yaradan o
    Onsuz həyat sevgisi yox
    Amma mənim Allahım var
    Min ümidim, dərgahım var…..

  • Azərbaycanın ən məşhur rus dilli qəzeti olan«Зеркало» qəzetinin nəşri dayandırıldı

    загруженное

    27 avqust tarixində ən məşhur rusdilli qəzet olan «Зеркало» və «Айна» qəzetlərinin baş redaktoru Elçin Şıxlinski redaksiyanın kollektiv heyətini toplayaraq, onlara daha qəzetin nəşrinin dayandırıldığını bildirib.Bundan əlavə o qeyd edib ki, özü də jurnalistlikdən uzaqlaşır.
    Səlahiyyətli mənbələr bildiriblər ki, 2005 – ci ildə parlament seçkilərindən sonra hakimiyyət Şıxlinsikiyə «Зеркало» qəzetinin hökumətyönlü etməyi təklif edib və qəzet ətrafında bu söhbətlər 1 ilə qədər davam edib.Lakin Şıxlinski bu təklifi rədd edib. Bundan sonra Şıxlinskiyə redaksiyanı satmaq özünün isə istefa verməyi təklif olnusa da, Şıxlinski bunu da rədd etmişdir.
    Mənbə bildirib:”Bundan sonra qəzetdə maliyyə və kadr problemləri meydana çıxmağa başladı. Hökumətin sifarişi ilə demək olar ki, bütün bütün reklam şirkətləri «Зеркало» qəzetini rədd etdilər, həmçinin müxtəlif dövlət qurumları və hökumətyönlü medialar qəzetin əməkdaşlarına böyük maaşlar təklif etməyə başladılar və nəticədə qəzetin bir çox aparıcı jurnalistləri “oğurlandı””.
    Lakin ən ciddi problemlər qəzetin əməkdaşı Rauf Mirqədirovun həbs olunmasından sonra başladı. MTN və Baş Prokurorluq əməkdaşları reaksiyada və Şıxlinskinin evində axtarış aparmış, avadanlıqları və hətta baş redaktorun şəxsi kompüterini götürmüşlər. Bundan sonra Şıxlinski qəzetin nəşrini dayandırmaq məcburiyyətində qalıb və çox ümid edir ki, onun dostu jurnalist Rauf Mirqədrovun həbsi yalnışlıqdır.Lakin hökumtə Mirqədirova qarşı onu erməni xəfiyyəsi adlandıraraq, çox ağır ittiham irəli sürür.
    Qeyd edək ki, qəzetin əsası 1990 – cı ildə qoyulub. Elçin Şıxlinski Azərbaycanın Milli Yazıçısı ismayıl Şıxlinskinin oğludur.

  • Gənc yazar haqqında yeni saytın istifadəyə verilməsi nəzərdə tutulub

    993489_1380227388895188_811667389_n

    Gündəlik İnformasiya Agentliyinin Mətbuat xidmətinin Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalına istinadən yaydığı məlumata görə, yaxın günlərdə Gündəlik İnformasiya Agentliyinin Mətbuat xidmətinin rəhbəri, “Hüseyn Arif” Ədəbi Birliyinin üzvü, gənc yazar Kənan Aydınoğlu haqqında yeni saytın istifadəyə verilməsi nəzərdə tutulub.Layihənin rəhbəri Gündəlik İnformasiya Agentliyinin Direktoru Kamran Murquzovdur. Əsas məqsəd gənc yazarın bu günə qədər müxtəlif mədəniyyət və ədəbiyyat yönümlü portallarda, mətbu orqanlarda dərc olunan yazılarını bir araya gətirməkdən ibarətdir.Saytın yazarın doğum günü ərəfəsində istifadəyə veriləcəyi ehtimal olunur. Saytın adı söylənilməsə də, Çağdaş Azərbaycan ədəbi elektron məkanında fəaliyyət göstərən müxtəlif mədəniyyət və ədəbiyyat yönümlü portallardan fərqli olacağı ilə bağlı tədbirlər planı hazırlanıb.
    Qeyd edək ki, Kənan Aydınoğlu bu günə qədər yazarlara dəstək olmaq üçün müxtəlif məqsədyönlülüyü layihələr hazırlayıb gerçəkləşdirərək öz töhfəsini verib.

  • Fidan ABBASOVA.”Bəlkə də gördüyüm yuxu deyilsən…” (Yeni şeir)

    10653715_660169980727068_1443034128335092797_n

    Sonsuz ümüd kimi doldun gözümə
    uğurlu yol bilib düşdüm izinə
    bir halal ocağın yanmış közünə
    bənzəyir gözlərin , əllərin və sən
    bəlkə də gördüyüm yuxu deyilsən…..

    Sıxır boğazımı acı bir qəhər
    dözürəm bunada yenə birtəhər
    ayılıb görərkən səni hər səhər
    üzündə bir gülüş gözlərin və sən
    bəlkə də gördüyüm yuxu deyilsən….

    Tutub əllərimdən dartıb yanına
    düşmüsən elə bil damar, qanıma
    nə olar əbədi çıxma sonuma
    nə acı , nə həsrət nə dəki bir sən
    bəlkə də gördüyüm yuxu deyilsən….

    Uca bir dağ kimi qarlı dayanma
    kiminsə esqiylə alışıb – yanma
    bu gözəllik sənlə əbədi sanma
    qocalar sifətin, hisslərin və sən
    bəlkə də gördüyüm yuxu deyilsən….

    Bir qonaq kimisən gəldin və getdin
    ömrümə qəm verib , yaş alıb getdin
    Fidanı nələrdən sən məhrum etdin
    bu həyat , bu ürək və birdəki sən
    bəlkə də gördüyüm yuxu deyilsən

  • Debüt: Teymur HƏBİBİ (Gürcüstan Respublikası).Şeirlər

    998812_145406895661140_1155015413_n

    Teymur HƏBİBİ (Teymur Bayramov Rzaqulu oğlu) 9 iyul 1986-cı ildə Gürcüstanda – Qarayazı mahalının Ağtəhlə kəndində ziyalı ailəsində anadan olub. Ailənin ikinci övladıdır.
    1989-cu ildən ailə üzvləri ilə birlikdə Bakıda yaşayır. Erkən yaşlarından ədəbiyyata sevgisi olan Teymur şeir, sənət ocağının qoynunda böyüyüb. Ona bu istedad soykökündən, hələ məktəb illərindən müxtəlif mövzularda şeirlər yazan, ədəbiyyatı çox sevən anası Nisə xanımdan keçib.
    O, 1993-2004-cü illərdə 143 saylı məktəbdə orta təhsilini, 2004-2008-ci illər də isə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin “Kulturologiya” fakültəsinin Beynəlxalq Mədəni Əlaqələr ixtisasının əyani şöbəsində ali təhsilini fərqlənmə diplomu ilə bitirib.
    Teymur Həbibinin mətbuatda ilk çap olunmuş şeirləri 2005-ci ildə “Müxəmməs” və “Namə” olub. O, 2006-2007-cı illərdə bir ilə yaxın mətbuatda çalışıb, “Qulluğunda hər an durum”, “Xəyalımdan keçən gözəl”, “Bir salamdır aramızdakı söhbət”, “Xatirəli bir gecə…”, “Səni axtarıram, yar, haradasan?” şeirləri mətbuatda çap olunub.
    Elə həmin ildə də “Ağla, mənim gözü yaşlı məhəbbətim” başlığı altında “İsmi-Teymur” (Avtobioqrafik şeir), “Kitabi-mehrim”, “Biz ad günümüzü bir qeyd edirik”, “Müxəmməs”, “Gözəl”, “Bu həyatdan cavan köçdün, sevgilim”, “Xəstəyəm, dərmanım yardır” və s. şeirləri də mətbuatda çap olunub. O, mətbuatda birinci korrektor vəzifəsində çalışıb, Heydər Əliyev “Xalqa bağışlanan ömür” X kitab, Hacı xanım Rövşanə “Əllərimi Allaha açdım”, Şükufə Göyçəli “Səni ömrümə yazmışam”, Zeynal Qoca “Zindandı dünya”, Ramiz Məmmədzadə “İşıq günü”, və s. kitablarda adı çıxıb.
    Sonradan müxbir vəzifəsində çalışıb, İlyas Əfəndiyev – 92 “Unudulmaz xalq yazıçısı”, “Kulturologiya” fakültəsi “ADMİU-nun öndə gedən fakültələrindən biri”, Mikayıl Müşfiq “30 illik ömür karvanı”, Bir olan Allahın izni ilə! “İslam inciləri”, Poetik məclislər “Onların yaranma və inkişaf tarixi, poetik məclis üzvləri”, Aşıq Ələsgər “Ustadın ömür səhifələri”, Mirzə Şəfi Vazeh “XIX əsrin birinci yarısı Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrindən biri”, Xaqani Şirvani “Öz dövrünün ustadı”, Nizami Gəncəvi “Ustadın həyatı və yaradıcılığı”, Mənisə Xatın Məhsəti Gəncəvi “XII əsr Azərbaycan ədəbiyyatında yeni bir şeir məktəbinin, şeir sərgisinin təsisçilərindən biri” və s. məqalələri və bunlarla yanaşı, yeni yazdığı şeirləri də mətbuatda çap olunub.
    Teymur Həbibi tələbə olarkən universitetin “Tələbə Həmkarlar İttifaqı” Komitəsinin nəzdində fəaliyyət göstərən “Ədəbi Məclis”in üzvü olub və bu məclis üzvləri ilə bərabər 2007-ci ildə mətbuatda “Darıxmışam” şeiri çap olunub.
    Teymur Həbibi 2008-2009-cu illərdə (“Xidməti xasiyyətnamə” ilə təltif olunmuş) Qusar rayonunda hərbi xidmətdə olduğu müddətdə “Ana”, “Xəstəyəm, bu ürək darıxır sənsiz”, “Küsəyən qız”, “Ayrılıq”, “Əsgər məktubu”, “Şahdağ”, “Şeir yazmaq istəyirəm”, “Gülüşlərin” və s. şeirlərini qələmə alıb.
    2010-2011-ci illərdə Azpress.az saytında (Azərbaycan press video-foto faktoru jurnalı) müxbir, rejissor, montajçı vəzifəsində çalışıb.
    2010-cu il oktyabırın 28-də müəllifi olduğu “Həbibi dünyası…” şeirlər kitabı işıq üzü görüb. Elə həmin il dekabrın 21-də isə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin dəstəyi və təşkili ilə “Səda” tədris teatrında kitabının təqdimat gecəsi keçirilib.
    Xatırladaq ki, “Həbibi dünyası…” müəllifin ilk kitabıdır. Burada müəllifin özünün dediyi kimi, ikinci dəfə ədəbiyyata gəldiyi dövrdən, indiki son dövrə qədər yazdığı şeirlərinin bəziləri salınmışdır. Kitab dörd fəsildən (“Şeirlər”, “Tarixsiz şeirlər”, “Bayatılar”, “Natamam sətirlər”) ibarətdir. Kitabın adından bəlli olduğu kimi müəllifin öz dünyası var…
    O, 2011-2012-ci illərdə AzTV və ATV televiziya kanallarında “Səhər” Proqramı Redaksiyasında müxbir vəzifəsində işləyib.
    2012-ci ildə “Süleyman Rəhimov” adına Qubadlı rayon Ədəbi İctimai Birliyinin, “Gənc Yazarlar” Ədəbi Birliyinin, “Hüseyn Arif” Ədəbi Birliyinin, “Ziyalı Ocağı” İctimai Birliyinin, “Ziyalı Ocağı” İctimai Birliyinin elektron orqanı Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Birinci Qurultayında Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Redaksiya, Yaradıcı, Nümayəndə Heyətlərinin üzvü, “Azərbaycan ədəbiyyatı”, “Türkiyə ədəbiyyatı”, “Publisistika”, “Elektron kitablar” bölmələrinin əməkdaşı seçilib.
    Bununla yanaşı gənc şairin şeirləri “Sözün Sehri”, “Möhtəşəm Azərbaycan” qəzetlərində, “Ziyalı Ocağı” jurnalında, müxtəlif ədəbiyyat, o cümlədən “Mədəniyyət və Ədəbiyyat” portalında dərc olunub.
    Kitab və kitabın elektron versiyası sosial şəbəkələrdə (Facebook.com, Oдноклассники.ru, Twitter.com), respublikanın bir çox şəhər və rayon mərkəzi kitabxanalarında (“Gənclik” Elektron Kitabxanası, M.F.Axundov adına Azərbaycan Milli Kitabxanası, bineqedi-mks.az,azlibnet.az, C.Cabbarlı adına Respublika Gənclər Kitabxanası, Ağdaş rayon Mərkəzi Kitabxanası, Bərdə rayon Mərkəzi Kitabxanası, Hacıqabul rayon Mərkəzi Kitabxanası, Neftçala rayon Mərkəzi Kitabxanası, Qubadlı rayon Mərkəzi Kitabxanası, Gəncə şəhər Mərkəzi Kitabxanası, Qusar rayon Mərkəzi Kitabxanası və.s), internet saytlarında (alinino.az, Kitabxana.net, Azpress.az, edebiyyat-az.com, Kitab klubu) yerləşdirilib.
    Hal-hazırda Teymur Həbibinin şeirləri dövri mətbuat səhifələrində müntəzəm olaraq dərc olunmaqdadır.

    SƏN DÖNYAYA YARAŞIRSAN

    Zeynəb bibinin nəvəsi balaca Zeynəbə

    Hər ananın arzusudur,
    Qismət olsun ona nəvə.
    Hər atanın arzusudur,
    Qismət olsun ona nəvə.

    Gözləri göy, xumar Zeynəb,
    Hər kəs sənə baxar, Zeynəb.
    Baxan gözlər axar, Zeynəb,
    Sən dünyaya yaraşırsan.

    Saçı, qaşı sarı qızdır,
    Özü şirin, yaşı azdır,
    Hər hərəkəti bir nazdır,
    Sən dünyaya yaraşırsan.

    Sevir səni atan, anan,
    Hər zaman dərdinə yanan.
    Böyüdükcə, sən də inan,
    Sən dünyaya yaraşırsan.

    Gülüşün özüntək gözəl,
    Gəl qucağıma, uzat əl.
    İlk dediyin söz “Ata, gəl”,
    Sən dünyaya yaraşırsan.

    Həbibi səntək gözələ
    Şeir yazdı gülə-gülə.
    Sən də yaşa gülə-gülə,
    Sən dünyaya yaraşırsan.

    15.06.2003.Gürcüstan

    XƏYALIMDAN KEÇƏN GÖZƏL

    Gecələr çox tənha idim,
    Bir şərab, bir badə idim,
    Xəyallarda səni sevdim,
    Xəyalımdan keçən gözəl.

    Şahısan yuxularımın,
    Şöhrətisən sən şanımın,
    İlhamısan qəm dünyamın,
    Xəyalımdan keçən gözəl.

    Arzular var ürəyimdə,
    Məhəbbətdir istəyimdə,
    Sənsən mənim diləyim də,
    Xəyalımdan keçən gözəl.

    Dağdan axan şəlaləsən,
    Eşq şamıma pərvanəsən,
    Sən mənimçün bir dənəsən,
    Xəyalımdan keçən gözəl.

    Badə doldu göz yaşımla,
    Tufan qopdu harayımla,
    Vida etdim xəyalımla,
    Xəyalımdan keçən gözəl.

    02.07.2003.Bakı

    O QIZI UNUTMARAM MƏN

    Gozlərim bir gozəl gordu,
    Məni gorub o da suzdu,
    Naz eləyib, həm də uzdu,
    O qızı unutmaram mən.

    Aşiq oldum zumrud gozə,
    Həsrət qaldım şirin sozə,
    Deyin, bu dərdə kim dozər,
    O qızı unutmaram mən.

    Urəyimdə arzu qaldı,
    O qız canımdan can aldı,
    Duşduyum bu hal nə haldır,
    O qızı unutmaram mən.

    Həbibi yaralı oldu,
    Gozləri əzabdan doldu,
    İnsan məhəbbətə quldur,
    O qızı unutmaram mən.

    12.06.2003.Gürcüstan

    XOŞBsXT OLSUN BU EKE GsNC

    Yığışmışıq bu məclisə,
    Xoşbəxt olsun bu iki gənc.
    Səbəbkarlar Faiq, Govhər,
    Xoşbəxt olsun bu iki gənc.

    İki urək bir doyunur,
    Ata-analar sevinir.
    Arzu-istəklər boyuyur,
    Xoşbəxt olsun bu iki gənc.

    Sevən tapar, sevdiyini,
    Faiq tapdı sevgisini,
    Govhərtək sevgilisini,
    Xoşbəxt olsun bu iki gənc.

    Sevən sevəndən ayrılmaz,
    İnsan sevgisiz yaşamaz,
    Həbibi də onda yazmaz,
    Xoşbəxt olsun bu iki gənc.

    13.06.2003.Gürcüstan

  • Debüt: Günel XƏZAN (Salyan).Köşə yazısı

    10637760_1468438966740957_653630014_n

    Günel XƏZAN (Yəhyayeva Günel Nazim qızı) 1995-ci il iyul ayının 14-də Salyan rayonunda anadan olub.2000-ci ildə A.Pənah adına 1 saylı Humanitar liseyinə daxil olub.2012-ci ildə həmin liseyi bitirib.2014-cü ildə Bakı Asiya Universitetinin Tarix fakültəsinə qəbul olub.2014-cü ildən Gündəlik İnformasiya Agentliyinin və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Baş redaktor müavinidir.

    * * *

    Bəlkədə həqiqəti çox cətindir,anlamağı,yaşatmağı,uzun ömür sürdürməyi çox çətindir və bunu qeyd etmekdə həmçinin…Doğularsan ana bətnində olduqda belə kiçicik qəlbin döyünməyə başlar və o andan sevginin qığılcimları başlayar o kiçik qəlbində.Anani sevərsən ilk.Səni qoruyan,sevənin tək o, olduğunu zənn edərsən.Yatdıqda belə ona ehtiyac duyarsan.Valideynini sevərsən,Vətənini sevərsen,ağacı,quşu,çiçəyi sevərsən.Sevərsən,sevərsən və sevgiyə alışarsan.
    Elə bir zaman olar ki,ya nağıllarda ki, kimi ən çətin vaxtında ya filmlərdə ki kimi ən təsadüfü halda ya da kitablarda kı kimi ən çətin sevgini yaşayarsan.Baxarsan eyni ağac,eyni budaq,eyni yarpaqdir.Yox!!! Bu ki eyni deyil! Sevərsən amma böyük sevgi ile,toxunmadan,həsrətini çəkərək sevərsən.Bu eyni bildiyin ağac böyüyər,kötüyü qalinlaşar eyni bildiyin budaqlardan budaq törəyər yarpaqlarını töküb yenisi daha gözəl,daha six yaranar.Eyni bu sənin sevginin böyüdüyü kimi.İlk sevgin olmaz amma ilk atan qəlbin olar.Bütün günü düsünərsən,xalqa rüsvay olarsan deyə qorxarsan amma sevgindən qorxmazsan heç düşünməzsən belə.Qəlbində yaşadarsan bir taxt qurarsan sevdiyini orada əyləşdirib padişah edərsən.Hər dəfəysə qəlbinə boylanarsan onun üçün göz yaşı töküb diz çöküb yalvarir ona amma baxarsan ki,onun qəlbində bir başqası var onun üçün döyünür.Bax o zaman budaqların sınar,yarpaqların tökülər,qəlbin daş bağlar amma ondan dönməz hey ona boylanar belkə bir baxışını görərəm deyə.Yenə xeyalların puç olar amma fikirlərin ölməz…
    Bir dərd olar qəlbinə.Zamanla unudarsan zənn edərsən.Bəlkədə unutmaq üçün cəhd edərsən başqa gönüllərdə taxt qurarsan lakin o taxta çıxmamış enərsən bir başqasına sığınarsan beləcə ömrün keçər.Dönüb geriyə baxarsan sehvlərin bir romana dönmüş.Beləcə ömrün ötər,o qara torpağa cismini qurban verərsən sevgin uğrunda.Qəlbindəki o əbədi sevgi çökər torpağa yaranan torpaq insanları böyüyər o əbədi sevgidən…Beləcə neçə sevgi dolu ömürlər keçər gedər sevgi dolu dünyadan…

  • Hüseyn ARİF.Şeirlər

    huseyn_arif

    BİR “DOSTUM” DA VAR

    Dostlar arasında bir “dosdum”da var,
    Heç vaxt beləsilə zarafat olmaz.
    Nə qədər ad alıb, nişan qoparda,
    Yenə dirsəklənib, o rahat olmaz.

    “Xeyirxah” lələsi düşüb get-gələ,
    Çoxların tovlayıb, salıb əngələ,
    Şöhrət dəlisinə deyən yox hələ
    Belə mükafatdan mükafat olmaz!

    Ey Hüseyn Arif, həyat həyatdı,
    Ömür müvəqqəti, gün amanatdı
    Müdrik bir kəlam da bir kainatdı,
    Şair şer yazar, diplomat olmaz.

    A TÜLKÜ

    Özgə qoltuğuna pənah gətirib,
    Özünü başbilən bilmə, a tülkü,
    Birinə aşkara yumruq göstərib,
    Birinin tozunu silmə, a tülkü.

    Qədəmin necə də ağır qədəmdi,
    Hardasa Allahın ölümü kəmdi
    Nə sevincin sevinc, nə qəmin qəmdi,
    Yalandan ağlayıb, gülmə, a tülkü.

    Tutmuşam üzümü zirvəyə sarı,
    Ələnib üstümə dağların qarı,
    Mən az görməmişəm fırıldaqları –
    Hüseyn Arifə gəlmə, a tülkü.

    “QAYIDAR” DEDİM

    Payız getdi qış qabağı
    Yaz olar, qayıdar dedim,
    Gül ətirli may küləyi
    Yuxudan oyadar, – dedim.

    Ürəyimdə həsrət oxu,
    Baş götürüb qaçdı yuxu.
    Gəlib keçdi ömrün çoxu,
    – Görüşməyə az var, – dedim.

    Hüseyn Arif düşdü oda
    Ala gözlər yumulanda.
    Bircə dəfə həmin anda
    Mən ona “beyilqar!” – dedim.

    AY ALİ MƏFTUN

    Başdan huş dağıldı, könüldən fərəh,
    Can gücü itirdi, ay Alı Məftun!
    Nə əkib, nə biçmək arzulayırdıq,
    Fələk nə bitirdi, ay Alı Məftun!

    Haraya baxırıq, yox bir təsəlli,
    Hanı o gülər üz, o şirin dilli?..
    Ömür yelkənini taleyin əli
    Möhnətə yetirdi, ay Alı Məftun!

    Neyləyək dəli yel əsəndə, ay dost,
    Qabağı çən-çiskin kəsəndə, ay dost,
    Günah nə məndədir, nə səndə, ay dost,
    Baxt belə gətirdi, ay Alı Məftun.

    GÖR NƏ MEHRİBANDIR BİZİM ADAMLAR

    Tanı yurd-yuvanı, dərindən tanı,
    Hər cansız daşı da, canLı yadigar,
    Dolaş qarış-qarış Azərbaycanı,
    Gör nə mehribandır bizim adamlar!..

    Qocalar əlini sıxar, qocalar,
    Qalın saçlarında dağların qarı.
    Bacılar qarşına çıxar, bacılar,
    Sevincdən gül açar tər yanaqları.

    Balalar hamıdan oyanar erkən,
    Kimisə arzular, kimisə anar.
    Qonaq həsrətilə gözü yol çəkən
    Nənələr ocağı alovlandırar.

    Bu onun, o bunun qucar boynunu,
    Ötər hər sinədə bir sədəfli saz
    Yorğunlar unudar yorğunluğunu,
    Qəmlilər bir kəlmə qəmdən söz açmaz.

    Necə can sirdaşı, könül həmdəmi,
    Ucalar yanında ucalır insan.
    Açsan hər qapını bir ata kimi,
    Neçə qız taparsan, oğul taparsan.

    Atalar, analar, babalar şirin,
    Oğullar, nəvələr, nəticələr şən,
    Açıqdır süfrəsi doğma ellərin,
    Keçmə samovarın zümzüməsindən.

    Əhdini, andını pozmayıb hələ,
    Nə yalan satandı, nə rüşvət alan,
    Bir dəfə duz-çörək kəsdi səninlə,
    Dağa arxalanma, ona arxalan.

    Özgənin işinə qarışan deyil,
    Yaşar öz yerində, öz torpağında.
    Dəyib-dolaşmasan, dolaşan deyil,
    Dəyib-dolaşdınmı, döz qabağında.

    Bir qeyrət sözü var, bir də etibar –
    Uca zirvələrin ucası saydım.
    Gör nə mehribandı bizim adamlar,
    Onlara yaraşan adam olaydım.

    KÖLGƏ ÖZ KÖLGƏM İMİŞ…

    Ha səslədim, səslədim,
    Bilmədin ki, bilmədin.
    Ha gözlədim, gözlədim,
    Gəlmədin ki, gəlmədin.
    Bu necə ağrı-acı,
    Bu necə sitəm imiş?..

    Verib hökmünü bir qəm,
    Sağı, solu bağladı.
    Neçə bəndi, bərəni,
    Neçə yolu bağladı
    Nə bilim ki, axırda
    Bu qəm öz qəmim imiş.

    Tezdən eyvana çıxdım,
    Eynim açılsın, deyə.
    Baxdım, heyrətlə baxdım
    Qəfil düşən kölgəyə,
    Nə gedən, nə gələn var –
    Kölgə öz kölgəm imiş…

    QAYIDAQ GƏLİN

    Günümüz mehriban, ayımız şirin,
    O günə, o aya qayıdaq gəlin
    Dost dostun necə də bilərdi qədrin,
    O haqqa, o saya qayıdaq gəlin.

    Axşamdan sabaha közərən ocaq,
    Pəncərə önündə alışan çıraq,
    Siyasətdən uzaq, riyadan uzaq
    O dürlü dünyaya qayıdaq gəlin.

    Qarlı zirvələrdən silinməz izim,
    Enişdə, yoxuşda bərkiyib dizim.
    Başqadı kökümüz, soyumuz bizim,
    O kökə, o soya qayıdaq gəlin.

    Qəm də yeriş etdi, dərd də ələndi,
    Dərələr çiskinə, çənə bələndi,
    İyid nərəsindən dağ silkələndi,
    O haya, o hoya qayıdaq gəlin.

    Alovlar qoynunda açdıq səhəri,
    Dağıldı yadların çalı, çəpəri,
    Stanbul səfəri, Tokat səfəri –
    O qola, o boya qayıdaq gəlin.

    Torpaqdan hədiyyə, yurddan pay olmaz,
    Kişilik satılıb, mərdlik pozulmaz,
    Hanı “Qəhrəmanı”, hanı telli saz,
    Abbasa, Alıya qayıdaq gəlin.

    Ey Hüseyn Arif, hikmət vaxtıdı,
    Məhəbbət, mərhəmət, hörmət vaxtıdı,
    İndi hünər vaxtı, qeyrət vaxtıdı,
    Cəngi Koroğluya qayıdaq gəlin.

    SƏN QOCALMA

    Ana Kürün sahilində boy atdım,
    Ceyran çölü, Qarayazı ovladım.
    Gah Gülülü, gah Aveyi dolaşdım,
    Damcılıdan gəldi səsim, sorağım.

    Göyəzənin sağı, solu tamaşa,
    Qeyrət yağıb bu torpağa, bu daşa,
    Köhlənimi çox sürmüşəm birbaşa,
    Xatirəyə çevrilibdi o çağım.

    Başa kimi bu dünyada kim qalıb,
    Kim şadlanıb, kim çağırıb, kim qalıb?
    Vurğun getdi, Hüseyn Arif qocalıb,
    Sən qocalma, mənim doğma Qazağım.

    BELƏ GÖRMƏMİŞDİM

    Sular birdən-birə coşdu bulandı,
    Qəm-qüssə çulğadı eli, obanı.
    Yüz oyundan çıxıb satqın qonşular
    Nə kökə saldılar yurdu, yuvanı.

    Qəfil yapışdılar ayağımızdan,
    Soruş həqiqəti oğuldan, qızdan,
    Bir şəhər silindi torpağımızdan,
    Köksündə illərin ahı, amanı.

    Belə bir zamanda, belə bir gündə
    Mərmilər ələndi bərəyə, bəndə,
    Yazıq anaların gözü önündə
    Axdı balaların günahsız qanı.

    O bağçaya hayıf, o bağa hayıf,
    Şuşada qaralan ocağa hayıf.
    Ağdama, Tovuza, Qazağa hayıf,
    Sədası, sorağı tutdu hər yanı.

    Bir vicdanı təmiz, əməli düz yox,
    Səbrimiz tükəndi, dözümümüz yox.
    Qonaq qabağına çıxası üz yox,
    Bazar yağsız qalıb, evdə ət hanı?

    Aç təzə dəftəri, Hüseyn Arif,
    Yaz bu dərdi-səri, Hüseyn Arif,
    Sözün müxtəsəri, Hüseyn Arif,
    Belə görməmişdim mən bu dünyanı.

    SƏHƏR OYANMADINSA

    Üfüqün dan şöləsi
    Yerin əlvan naxşıdı.
    Enən qızıl şəfəqlər
    Gül-çiçək yağışıdı.

    Sabahın xoş rüzgarı
    Günün sevinc nübarı,
    Gülüş ömrün baharı,
    Kədər qarlı qışıdı.

    Yorğan-döşəkdə batan,
    Günortayacan yatan,
    Gözəlliyə naz satan
    Ya xəstə, ya naşıdı.

    Vədə gödək, vaxt qısa
    Çatışmır toya, yasa.
    Səhər oyanmadınsa,
    Oyanmasan yaxşıdı.

    AĞSTAFA

    Könül qartala bənzər,
    Ovlağı Ağstafa.
    Dilim qələmə bənzər,
    Varağı Ağstafa.

    Çox şeyin vaxtı bitdi,
    Vaxt daşları əritdi,
    Uşaqlıq uçdu getdi,
    Sorağı Ağstafa.

    Deyin o gündən, deyin.
    Neyləsin ürək, beyin?!.
    Alovlu gəncliyimin
    Novrağı Ağstafa.

    Sevinc uzaq, qəm yaxın,
    Dövrün hökmünə baxın,
    Darıxanda arxamın
    Dayağı Ağstafa.

    Nə deyim belə hala,
    Bu dərdə, bu məlala
    Uyuyur Arif bala,
    Yaşağı Ağstafa.

    “Ulduz” jurnalı, İyul 2014

  • Debüt: Təhməz ZABİT (Salyan).Yeni şeirlər

    944311_496173427158745_1419221550_n

    Təhməz ZABİT (Əlizadə Təhməz Zabit oğlu) 1993-cü il sentyabr ayının 1-də Salyan rayonunun II Varlı kəndində anadan olub. 1999-2004-cü illərdə II Varlı, 2004-2008-ci illərdə I Varlı, 2008-2010-cu illərdə M.İsmayılov adına Yolüstü kənd orta məktəblərində təhsil alıb. 2010-2014-cü illərdə Azərbaycan Müəllimlər İnstitutunun Salyan filialının “Azərbaycan dili və Ədəbiyyatı” fakültəsində bakalavr dərəcəsi üzrə ali təhsil alıb.Həmin filialin Tələbə Gənclər Təşkilatının sədri, Azərbaycan Tələbə Gənclər Təşkilatı İttifaqının (ATGTİ) üzvü, Tələbə Elmi Cəmiyyətinin V və VII konfronslarının iştirakçısıdır.
    Şeirləri “Möhtəşəm Azərbaycan”, “Yeni Axtarış”, “İlham çeşməsi” qəzetlərində, müxtəlif ədəbiyyat, o cümlədən mədəniyyət və ədəbiyyat portallarında dərc olunub.
    2013-cü ildən Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Fəxri üzvüdür.Dünya Gənc Türk Yazarlar Birliyinin Mərkəzi Dənətim Kurulunun üzvüdür.

    İSTƏMİRƏM MƏN

    Vaxtinda qocalmaq gözəl bir həyat,
    Cavankən qocalmaq istəmirəm mən.
    Ucalıb kimsəyə yük olacamsa,
    Heç zaman ucalmaq istəmirəm mən.

    Zaman da ağladır bir vaxt güləni,
    Döyüş meydanında göstər hünəri,
    Bir kimsə verəndə mənə dəyəri,
    Qiyməti üç almaq istəmirəm mən.

    Qarabağ ürəkdə yara,oxdu ki,
    Sorunun həlli də,çara çoxdu ki,
    Səbr edib dözürük! Deyən yoxdu ki,
    Zamanı uzatmaq istəmirəm mən.

    TURANDIR

    Yaradandır qurandır,
    Yıxılarsa durandır,
    Türkün bircə yurdu var
    Onun adı TURANdır.

    Haramım olsun

    Bütövlük! Bütövlük sorağındayam
    Görəvin sonunda Turanım olsun.
    Dünyaya yenidən nur saçmaq üçün
    Əlimdə müqəddəs “Quran”ım olsun.

    Bir parça elimdən qoparan olsa,
    Xainlər yurduma gər ayaq salsa,
    Xainin ayağı yurdumda qalsa,
    Düşməni boynundan vuranım olsun.

    Nə qədər bölünüb olacağam tən,
    Cücərdib yenə də torpağında dən,
    Səninçün çalışa bilməsəm, Vətən,
    Bu vətən çörəyi haramım olsun.

  • Nəcibə İLKİN.Yeni şeirlər

    1318

    BU YAĞIŞ

    Döyür pəncərəmi payız yağışı,
    Dəli sevgimizin göz yaşı kimi,
    Səni arzulayır kövrək baxışım,
    Neçə min illərin sirdaşı kimi.

    Elə möhtacam ki, bax bu an sənə,
    Qəlbimin ağrısın yağış da duyur.
    Səngimək bilməyə bu yağış yenə
    Bəlkə sevgimizin günahın yuyur.

    Həsrət ünvanlıdı, vüsal gileyli,
    Mənə gizli-gizli baxan bu yağış.
    Baxışı Məcnundu, gedişi Leyli,
    Sevdalı qəlbimə axan bu yağış.

    Gəl tut əllərimdən ürəyimizi –
    Yağışın altında boşaldıb, doyaq.
    Gizlədək, yağışdan gileyimizi,
    Özümüz sevginin günahın yuyaq.

    MƏNƏ BİR NAĞIL DEYİN

    Könlüm nağıl istəyir
    Bir məhəbbət nağılı,
    Mənə bir nağıl deyin.
    Lap nənəmin nağlı tək
    O nağıl ki,
    içində qalım yarla təkbətək…
    Kaş nənəm sağ olaydı…
    Başımı dizi üstə
    qoyaydım sübhə qədər.

    Nağıllaşan dünyamda
    əriyəydi gecələr.
    Dinləyəydim nənəmin
    şirin nağıllarını,
    Onun nağıllarında tapır
    yar öz yarını.
    Mənə sevmək öyrətdi,
    Nənəm nağıllarıyla,
    qalıbdı yaddaşımda
    nənəm nağılları tək,
    düz əhdi-ilqarıyla.
    Mənə bir nağıl deyin.
    O nağıl ki, orada
    görüm özüm – özümü
    deyə bilim sözümü.
    Gəlsin Ağ Atlı oğlan
    Məni alsın tərkinə,
    Dözsün bu məhəbbətin
    əzabına, ərkinə.
    Bağrını yara-yara
    qalxsın ağ buludlara,

    Aparsın bu dünyadan
    məni çox uzaqlara.
    Keçək ağ buludlardan
    olaq ayrı aləmdə.
    Bax, ayılam bu dəmdə.
    Göydən üç alma düşə,
    Biri mənim, biri nənəmin
    Biri də mənim kimi
    sevib-sevilənlərin.

    ÇOX BAXACAQSAN

    Küsmüşəm barışan deyiləm daha,
    Çıxıb gedəcəyəm bir qərib yerə.
    Sənsiz gözlərimdə doğan sabaha,
    Baxıb hönkürəcəm gülüm min kərə.

    Boylanıb qəlbimin pəncərəsindən,
    Dikəcəm yoluna həsrət gözümü.
    Diksinib qalxacam qəfil səsindən,
    Yenə axtaracam özüm – özümü

    Gecələr bürünüb hicran donuna
    Vüsal yuxumuza lay-lay çalacam.
    Yenə yuxularda qaçıb yanına.
    Yenə də bir anlıq sənin olacam.

    Ayılıb həsrətin qəm yuxusundan,
    Eh… məni o qədər axtaracaqsan.
    Yapışıb könlümün lal yaxasından,
    Mən gedən yollara çox baxacaqsan.
    Mən gedən yollara çox baxacaqsan.

    SƏN GETDİN

    Sən getdin göynədi sinəmdə ürək,
    Yox olub əridi ömrün illəri.
    Soldu qucağımda arzularım tək,
    Dərib gətirdiyin sevda gülləri.

    Sən getdin… arxanca baxan gözlərim –
    Su səpdi yoluna aydınlıq üçün.
    Dilimdə ilişib qalan sözlərin,
    Bir haray salmadı, bilmədim neyçün?

    Sən getdin… eşqinin bahar naxışı,
    Min ilmə toxudu payız ömrümə.
    Gözümdən süzülən sevda yağışı.
    Sanki qılıncını çəkdi könlümə.

    Get gülüm, – qınama sənsiz səbrimə,
    Küləklər yan alar, sellər yan alar.
    Get barı, tez qayıt, mənim xətrimə,
    «Sənsizlik» dərd olub məndən can alar.

    EŞQİMİN QIŞ HARAYI

    Payız elə getdi, qış belə gəldi,
    Ayrılıq küləyi əsdi bir ucdan.
    Görüşə bilmədik, bu necə dərddi?
    Qar da yolumuzu kəsdi bir yandan.

    Sanki acıq çıxır təbiət bizdən,
    Görüşmək vədəmiz uzanır yaman.
    Həsrət də qar kimi gözlərimizdən,
    Yağıb sinəmizdə qoparır tufan.

    Bölündük sevginin fəsillərinə,
    Eşqimiz, baharkən, özümüz qışıq.
    Bəlkə ömrümüzün son illərindən,
    Bəxtin yollarına atılmış daşıq?!

    Eh… yenə səbrimin üstünə əsir,
    Sənin göndərdiyin şaxta, qar, boran.
    İnan ki, yolumu eşqimiz kəsir,
    Yoxsa, bu yollarda kimdi ki, duran?!

    “Ulduz” jurnalı, İyun 2012

  • Hikmət MƏLİKZADƏ.Yeni şeirlər

    10304351_268609333324646_7910328543693681828_n

    Azərbaycan Yazıçılar və Jurnalsitlər Birliklərinin üzvü,
    Azərbaycan Respublikası Prezidentinin Təqaüd Fondunun təqaüdçüsü.

    ***

    Torpaqdı, – sonunda bir ovuc küldü,
    Nəyinə gərəkdi ad, qəbirlərin?
    Ölmə, qəbrin üstə bir gül bitər ki,
    Sevdası titrəyər yad qəbirlərin.

    Başını dik saxla düz ağac kimi,
    Heç kim köç aramır yolun altında.
    Gedəndə, elə get, büdrəmə, yoxsa,
    Üç yerdən əzilər qolun, altında.

    Onsuz da bu ömür köç yolu deyil, –
    Tanrı, bu həyatı cır da, pul kimi!
    …Mən sənə sevgimi ütülə dedim,
    Demədim, çölə at xırda pul kimi.

    ***

    Yaram qaysaq tutub, dərim dartılır,
    Hicran sinəm üstə sac qoyub sanki.
    Ruhum öz-özünü elə qınayır,
    Üç körpə balasın ac qoyub sanki.

    Gəl, gözüm ağrıyır, baxışını sürt,
    Canımı canına sığışdır, gedək.
    Daha yaşamalı halı da yoxdur,
    Bu evi sil-süpür, yığışdır, gedək.

    Gəl, birgə üz tutaq Allaha, soraq: –
    Nədən zülm eləyir bəndə özünə?
    Bizim günahımız ayrı-ayrıdır,
    Mən özümə baxım, sən də özünə.

    ***

    Ömür nə şeydi ki, – bir göz qırpımı,
    Gəlmək də, getmək də bir anlıq olur.
    Tale hər adama rəhm eləmir, qız,
    Sevdasız ürəklər viranlıq olur.

    Mən hələ yatıram – ruhum yuxulu,
    Sübh tezdən üfürür şamı dan, xəlvət.
    Dünyanın son günü bir xəstə qızla,
    Kəbin kəsdirəcəm hamıdan xəlvət.

    Nə çox boylanırsan bu yalqız kəndə,
    Bu kəndin bir-iki pir adamı var.
    Hardasan, ay ölmüş, gəl, qapımı aç,
    Desinlər, bunun da bir adamı var.

    ***

    Ərini nifrətə bulayıb
    Özgə kişiyə meyl edən qadının
    İştahı qədərdi sevgi.
    Kama çatan kimi qurtarır.

    ***

    Ömür yanımdan ötür,
    Bir kölgə, bir fon kimi.
    Arzular çəp görünür,
    Sonuncu vaqon kimi.

    Deyən, dərdə xoş gəlir,
    Sifətimin ağlığı.
    Nə qədər gözləyəcəm,
    Burax bu uşaqlığı.

    Ürəyin ağ varaqdı,
    Bir kəlmə yaz, uzat, qız.
    Mən gəlməyən yollara,
    Gözünü az uzat, qız.

    ***

    Mən də tərs sevdanın əsiri oldum,
    Eşq məni çürütdü – leş elədi, qız.
    Mən dörddən dörd çıxdım, sıfır elədi,
    Sən birdən bir çıxdın, beş elədi, qız.

    Məəttəl qalacaq bu sirrə hamı,
    Yer tabut çoxaldır sinəsi üstdə.
    Sənin beş arzunun çiçəyi açdı,
    Mənim dörd arzumun binəsi üstdə.

    Ömür hər adama bir qucaq yükdür,
    Adamın ölüdən daş fərqi var, qız.
    Sən vaxtı dayandır, mən sənə çatım,
    Bizim aramızda yaş fərqi var, qız.

    ***

    Ruhum vəcdə gəlir lal sevda kimi,
    Cismimin altında təpə oynayır.
    Sən elə süzürsən, elə bil ki, qız,
    Suların qoynunda ləpə oynayır.

    Kölgəmin tabutu elə cür durub,
    Elə bil torpağa düz xətt qoyublar.
    Sənə vermədiyim vədin altından,
    İmza əvəzinə yüz xətt qoyublar.

    Eşqdən kim yorulub, biz də yorulaq,
    Deyəsən, gün keçir, boynum üşüyür.
    Sanki xəzan vurmuş quru yarpaqdı,
    Qızlar bir-bir düşür, qoynum üşüyür.

    BİLMİRƏM

    Həsrət – yoxluğu anmaqdır,
    Sevmək – taleyi danmaqdır.
    Ruhun sevdası yanmaqdır,
    Yanım, yanmayım, bilmirəm.

    Bəxt ki var, məzədir, meydir,
    Lütdü, dur ruhumu geydir.
    Həyat da pir kimi şeydir,
    Danım, danmayım, bilmirəm.

    Üstünə çıxma yaş daşın,
    Olmur həyanı daş daşın.
    Yuxuma girir başdaşın,
    Anım, anmayım, bilmirəm.

    ***

    Çoxdur təbiətin bakirə yeri,
    Hər yol öz ağlığın saxlaya bilmir.
    Dərdin kağızında imza yeri yox,
    Dərd çürük diş kimi laxlaya bilmir.

    Bir pəri boylanır hər səhər göydən,
    Ona əl uzadın, şən ola bilsin.
    Başının altına kətil qoyun ki,
    Boyu kölgəsilə tən ola bilsin.

    Baxma, mığmığalar şivən qoparır,
    Bəzən pir sayılır su başı, adam.
    Madam ki, üstündə gəzdirə bilmir,
    Nə üçün saxlayır bu başı adam?

    “Ulduz” jurnalı, Avqust 2013

  • Rafiq ODAY.”Ali Baş Komandanım” (Şeir)

    Rafiq Oday foto

    Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının sədri,
    “Möhtəşəm Azərbaycan” qəzetinin təsisçisi və baş redaktoru,
    “Azərikimya” İstehsalat Birliyi Mətbuat xidmətinin rəhbəri,
    AYB və AJB üzvü, şair-publisist, «Qızıl qələm», «Həsən Bəy Zərdabi» və «Qafqaz Media» mükafatları laureatı

    Bütün türk dünyasının gözü dikilib sana,
    Türk dünyası bir yana, Azərbaycan bir yana,
    Yüz milyonluq millətə Azərbaycan bir ana,
    O mənim görən gözüm, o mənim cismim, canım,
    Ali Baş Komandanım!

    Şəhərlər kəndə dayaq, kəndlər şəhərə arxa,
    Ay gecəyə nur çilər, günəş səhərə arxa,
    Şükür, yenə su gəldi bir vaxt su gələn arxa,
    Azadlıq naxışıyla zinətlənir hər anım,
    Ali Baş Komandanım!

    Yacuc-Macuc «yan»ların – boyuna qibtəsi var,
    Min illik Dədə-Qorqud boyuna qibtəsi var,
    Vətən, millət sevdalı soyuna qibtəsi var,
    İnam, güvənc yerimsən – bunu mən necə danım,
    Ali Baş Komandanım!

    Neçə yüz milyonların çörəyi səndən keçir,
    Cahanın qan paylayan ürəyi səndən keçir,
    İlləri aydan soruş, ayları gündən keçir,
    Gör hansı kürsülərdən təriflənir ad-sanım,
    Ali Baş komandanım!

    Heydər baba naxşı var yurdun hər qarışında,
    Dünya baş əymiş ona siyasət yarışında,
    Bir çözümü olmalı sülhün də, barışın da,
    BMT-yə, ATƏT-ə nəsə qaynamır qanım,
    Ali Baş Komandanım!

    Bizə dostu düşməndən 20 Yanvar seç dedi,
    Şovinist ocağında neçə «yan» var – seç dedi.
    Önündə bir körpü var – bu körpüdən keç dedi,
    Qoy yazılsın tarixə haqq sədalı ünvanım,
    Ali Baş Komandanım!

    Xocalı faciəsi tarixin dərsi bizə,
    Neçə tale çarxının fırlandı tərsi bizə,
    Bizi ərzə tanıtdı, tanıtdı ərzi bizə,
    Bircə anda yetişdi dada Şahi-Mərdanım,
    Ali Baş Komandanım!

    İyirmi faiz torpağım yağıda qala bilməz,
    Çala, çapa, talaya, dağıda – qala bilməz,
    Bundan artıq millətim ağıda qala bilməz,
    Gülsün artıq çöhrələr, sevinsin dörd bir yanım,
    Ali Baş Komandanım!

    Vətənə layiq oğul, Sizə sadiq əsgərik,
    Haqqa qılınc çalanın qollarını bükərik,
    Yurdun hər kədərinə, sevincinə biz şərik,
    Vətən qürur mənbəyim, Vətən şərəfim, şanım,
    Ali Baş Komandanım!

    Azərbaycan güvənir müzəffər ordusuna,
    Qoymaz yağı önündə bu xalqı ordu, sına,
    İstər tufanda yoxla, yağışda, qarda sına,
    Bir nərə çək, dəniztək aşıb-daşsın meydanım,
    Ali Baş Komandanım!

    Ulu öndər eşqinə qılıncı qından çıxar,
    Gündə min dona girən iblisi dondan çıxar,
    Qanı qanla yuyarlar, bu xalqı qandan çıxar,
    Ucalsın haqq bayrağım, zəfərlə doğsun danım,
    Ali Baş Komandanım!

  • Ruslan Dost ƏLİ.”Uşaqlıq himi” (Yeni şeir)

    10557202_516664981811596_1592662451939323226_n

    Dünya Gənc Türk Yazarlar Birliyinin üzvü

    hərə bir züm-zümə edir keçmişdən,
    hərə içində bir bəstə saxlayır.
    məni bu od-ocaq qızdırmır daha,
    məni xatirələr isiti saxlayır.

    gəlib məhləmizdə az tutmayıblar,
    qızlar gəlinciyi, donu əlimdə.
    mən də böyüməyə tərəf qaçardım,
    qarqı atım vardı, onun belində.

    gedib kitablarda quş axtarardım,
    rəsm dəftərimə şəkil çəkməyə.
    “klas”a bir yastı daş axtarardım,
    indi daş gəzirəm bir ev tikməyə …

    deyimmi xəlvətcə ağac başına
    çıxıb yuvaları yoxlamağımı?
    körpə budaqlardan yay-ox düzəldib,
    günahsız göy üzün oxlamağımı?

    canım bahasına ala bilmərəm,
    suyu qiymətinə satdıqlarımı.
    sonradan səngərdə döyüşən gördüm,
    taxta aftomatla atdıqlarımı …

    götürüb üstünə adımı yazdım,
    bir arxa tulladım, getdi, gəlmədi-
    mənim uşaqlığım, ax… uşaqlığım,
    kağız gəmilərdə batdı, gəlmədi …

  • Doğum gününüz mübarək!

    elmeddin nicat

    Elməddin Nicat 1982-ci il avqust ayının 23-də Kəlbəcər rayonunun Zeylik kəndində anadan olub.1999-2003-cü illərdə Gəncə Dövlət Universitetinin Tarix fakültəsində bakalavr dərəcəsi üzrə ali təhsil alıb.2007-ci ildə ailə həyatı qurub.
    2013-cü ildən Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Fəxri üzvüdür.
    Şeirləri müxtəlif mətbu orqanlarda, o cümlədən mədəniyyət və ədəbiyyat portallarında dərc olunub.”Dağlar, yuxunuz çin olsun” şeirlər kitabının müəllifidir.AYB və DGTYB üzvüdür.

    ***

    Qayğılar zamana yükdü,
    Saatım geriyə dönmür.
    Məndən ona sevda yolu,
    Ondan bəri yol görünmür.

    Kimsə düşüb dalımıza,
    Hay-haraynan kimdi elə.
    Qara bəxtim, qara vaxtım
    Əvvəlim, ilkimdi elə.

    Yolumu ağlım aparır,
    Ürək məni sənə çəkir.
    Ağardın ağlım, bilmədin,
    Nə çəkir ürək, nə çəkir.

    Hərdən bir qız əl eyləyir,
    İllərin o tərəfindən.
    Yaman tez-tez ağrı qalxır,
    Sinəmin sol tərəfindən.

    ELƏ GÖZƏLDİ Kİ

    Bəzən dünya tarimardı,
    Bəzən elə gozəldi ki!…
    Bu nizamı yerbəyernən,
    Düzən elə gözəldi ki!…

    Ürəkdən, candan oxuyan,
    Damardan, qandan oxuyan.
    Əhli-irfandan oxuyan,
    Ozan elə gözəldi ki!…

    Xəyalım dağda, aranda,
    Nələr olmur bircə anda.
    İçini boşluq saranda
    Azan elə gözəldi ki!…

    Tanrı soyuq baxdı bizə,
    Qarğadı kim bəxtimizə?!
    Bu dərdi kəm bəxtimizə
    Yazan elə gözəldi ki!…

    OTUZ YAŞIN İLK ŞEİRİ

    Bu günlərin qara günü,
    Dünənin ağ yolu dərdim.
    Doluların boş ünvanı,
    Boşluqlardan dolu dərdim.

    Kök-köməcli sal qara daş,
    Kəsərli dil, havalı baş.
    Qapısında qul-qaravaş—
    Özü sevda qulu dərdim.

    Səpilməyib qan toxumu,
    Ruhum qada, qan qoxumur.
    Ürəyimin qan qohumu,
    Ululardan ulu dərdim.

    Arzularım bala quşdu,
    Ağrın, acın bala tuşdu.
    Səndən gələn bəla xoşdu,
    Nə göndərsən olu dərdim.

    Yellər əsdi başındaca,
    Kəklik oxur daşındaca.
    Ömrün otuz yaşındaca,
    Sipsilə, dopdolu dərdim.

    BU AXŞAM…

    Bu axşam səmada buludlar saya,
    Boylanır gecədən ulduzlar qərib.
    Ya qismət, bir daha ola-olmaya,
    Yaxşı ki, bəxt bizə xoş üz göstərib.

    Bəlkə də bir ömür bəs edər bizə.
    Bu siyah gecədə doğulan sevgi.
    Açılar sabaha , çıxar gündüzə,
    Ən acı qəhərdən boğulan sevgi.

    Xurmayı saçların sığala yatar,
    Zərif əllərində bir əl yeri var.
    İlahi sevgilər nağıla yatar,
    Ürəyin bir aləm dərdi-səri var.

    Bəyaz sifətinə baxıb bu ayın,
    Min sevda nəğməsi oxumaq olar.
    Qara gözlərinə baxıb arxayın,
    Sevgini hüsnünə toxumaq olar.

    BU DƏRDİ KİMƏ DANIŞSAM…

    Bu dərdi kimə danışsam,
    Göynəyib göylərə çıxar.
    Dilində sızlar bayatı,
    Yanğısı neylərə çıxar.

    Qar tutdu eşqin gədiyin,
    Bircə səndin güvəndiyim.
    Ah tutar, qoca kötüyün
    Ağrısı şüylərə çıxar.

    Dərdin acı dərdin atmaz,
    Dərdbiləni dərd unutmaz.
    Sevdalanan qərar tutmaz
    Baş alıb köylərə çıxar.

    QARAGÖZLÜM

    Başlayar yaz yağışları,
    İslanarsan, qaragözlüm.
    Bir yağışnan sığallanıb—
    Süslənərsən, qaragözlüm.

    Həsrətiyik gör nələrin,
    Yaz yağışlı gecələrin.
    Ölərəm olmaz xəbərin
    Yaslanarsan, qaragözlüm.

    Bəhsə girib dərd ölümnən,
    Zara gəlib dərd əlimnən.
    Uzaqlaşma, dərd ələmnən—
    Bəslənərsən, qaragözlüm.

    Tuşmu gəldik qarğışlara,
    Bəd nəzərli baxışlara.
    Məni yazda yağışlara
    Qısqanarsan, qara gözlüm.

    GETMƏ

    İçimdəfırtına, bayırda tufan,
    Üstümə bir acı yel əsib, getmə.
    Bu yolu gecikə-gecikə gəldin,
    Bu yolu tələsib, tələsib getmə.

    Qıyma ki, xəyalım sürgünlük olsun,
    Körpə duyğularım süngülük olsun.
    Gedişin birgünlük, beşgünlük olsun
    Aradan bir uzun il asıb getmə.

    Heç mənə gəlmədi səndən gedənlər,
    Ömürdən gedənlər, gündən gedənlər.
    Yaman uzaq gedir məndən gedənlər,
    Yol çəkən gözümdən yol asıb getmə.

    KÖNLÜMÜN ƏFƏNDİSİ

    İbrahim İlyaslıya

    İlahi eşqin yolçusu,
    Dərd əhli, dərdiş əfəndim.
    Könlü haqqa bağlamaqdan
    Olmaz ki, mərd iş, əfəndim.

    Şam gözləyir bu ağ şamdan
    Nağıl olmaz bu oxşamdan.
    Bu sabahnan, bu axşamnan
    Fırlanır gərdiş, əfəndim.

    Can istər sədam olmağı,
    İçimdə edam olmağı.
    Adamnan adam olmağı
    Eylədim vərdiş əfəndim.

    Dünyanın kölgə yönümü
    Pozmaya keşgə yönümü.
    Tutub da eşqə yönümü
    Etdim pərəstiş, əfəndim.

    Sən, o eşqin ta kəndisi,
    Səndə qalıb tükəndisi.
    Ay könlümün əfəndisi
    Sevdalı dərviş əfəndim.

    DƏRDİNİ YAĞIŞA DANIŞ

    Dərdini yağışa danış,
    Yuyub acısın aparsın.
    İçini kəsib doğrayan
    Qara sancısın aparsın.

    Cücərməz içimdə sevinc,
    Soyuq döyür, şaxta kəsir.
    İynə ucu ümüdim var,
    Ondan tale, baxt da kəsir.

    Dərd içini yandırdımı,
    Qamışa de neyə dönsün.
    Budağı puçurlamasın
    Saralmış güneyə dönsün.

    Haqqa yol alsın sevdalar,
    Qayıtmasın yer üzünə.
    Çöküb dərdin boğazına
    Elədiyin vur üzünə.

    Mən də səndən gələn yolam,
    Tükənərmi məndə yolun?!
    Bir məktub var eşqimə ver
    Nə vaxt düşsə kəndə yolun.

  • Qabil ƏDALƏT.Yeni şeirlər

    Qabil_edalet (2)

    * * *

    Gecə telefonda,
    başımı başına söykəyib,
    dərdlərindən aldığım payımı
    başımın altına qoyub,
    səsindəki təbəssümə bürünüb,
    ümidimi qucaqlayıb yatdım.
    Qoparıb ruhumu bədənimdən
    sənə sarı gəldim.
    Sevginlə məst idim bir az dumanlı…
    Əllərim uzalı qalmışdı saçlarına gecə gözlüm…
    Ümidlərim qucagı boş qayıtmışdı qoynuma.
    Bu gecə də telefondan
    nefes kimi asıldım.
    Günəş yavaş yavaş əritdi gecəni.
    Geriyə bir nağıl qaldı gecədən…

    AĞLAYAN ŞEIR

    Qırıldım.
    Eşitmədin.
    Çiliklərim doğradı içimi, sızıldadım.
    Kədərlənməyəsən deyə,
    Gülüşümü sərdim
    ağrılarımın üstünə..
    Qarşılıqsız bir sevginin,
    səfil xəyallarına dala-dala
    unutmuşam özümü.
    Axır bir gün
    Çiliklərim doğrayacaq hisslərimi,
    Yaxşısı, toxunma.
    Yığışdır addımbaşı unutduğun ümidləri,
    yığışdır.
    Yeriməyim çətin olur.
    Dolaşır ayağıma ümidlərin.
    Toxunma yalqız qalmaq istəyim var.
    Bu şeirdə qarşılıqsız bir sevgimə ağladım .
    Ağladım…Ağladım…
    Göz yaşımda həsrət üzdü
    ümidimin sahilinə çatmağa.

    AYIN GÜNƏŞƏ SEVGİ ETİRAFI

    Günəş yer üzünü
    işıqlandırdığı,
    torpağı isidib,
    dənizi qabartdığı tək,
    o gözəl çöhrən
    dünyamı işıqlandırır,
    qanımı qaynadır
    sinəmi qabardır…
    Həsrət qalmışıq bir-birimizə,
    qovuşmağımız imkansız.
    Sən olanda mən olmuram,
    mən olanda sən.
    Gecəylə gündüz, günəşlə Ay kimi
    Seyrək – seyrək
    görüşürük
    onu da çox görürlər bizə.
    Hərə əlinə bir qazan
    bir dəmir alıb
    döyəcləyib bizi ayırır,
    Çünki qovuşsaq
    dünya bitər…

  • Əbil HƏSƏNOV.”Ananın fəryadı” (Hekayə)

    ebil1

    Ananın övladları neçə illər idi ki,əsirlikdə idilər.Özü isə yarımcan idi.Bədənini bir hissəsi düşmən gülləsinə tuş gəlmişdi.Ancaq buna baxmayaraq, çətinliklə də olsa da,düşmən əlindən sağ salamat çıxarmış oğlanlarını böyüdürdü ki,onun qisasını alsınlar,əsirlikdə olan bacılarını xilas edib,düşmən tapdağında olan torpaqlarımızı azad etsinlər.Oğlanları böyüdükcə ana daha da sevinirdi.Axı necə sevinməsin ki,qisas günü yaxınlaşırdı.Oğlanları tərbiyəli, mərifətli uşaqlar idilər.Hər ikisi də biri birinə oxşayırdı.Anadan başqa heç kim onları seçə bilmirdi.Oğlanlar ibadətlə məşğul olmağa başladılar.Ana oğlanlarına baxıb fərəhlənirdi. Oğlanlar Allaha “yaxınlaşdıqca” bir birlərindən uzaqlaşırdılar.”Qardaş”ların sayı artdıqca, aqardaşlar arasında münasibətlər korlanırdı.İş o yerə gəlib çatdı ki,namazı da fərqli fərqli qılmağa başladılarArtıq zahiri görünüşləri də dəyişilmişdi.Əvvəlki oxşarlıqdan əsər əlamət qalmamışdı.Hərə özünü haqlı sayır,doğru yolda olduğunu bildirirdi.Dəfələrlə aralarında mübahisələr olurdu.Ancaq ananın vaxtında müdaxiləsi mübahisənin münaqişəyə çevrilməsinə imkan vermrdi.Ananın qəlbindəki sevinci kədər əvəz eləmişdi. Günlərin bir günü oğlanlardan biri anaya yaxınlaşaraq:-”Ana mən Suriyaya gedirəm.Orada “qardaşlarımızı “qırırlar.Onlara kömək etmək lazımdır.”-dedi. Ana:-”Ay oğul sənin orada nə işin var.?Sənin bacıların əsirlikdədirlər.Vətənin bir hissəsi düşmən tapdağı altındadı.Bəs onları kim azad edəcək?.Mən sizi böyütdüm ki onları azad edəsiniz.”-deyərək ağlamağa başladı.Ana çox yalvardı,oğul eşitməyib getdi. Bir neçə gündən sonra o biri oğul anaya dedi:-”Ana mən də Suriyaya gedirəm. Ana sevindi.Elə bildi ki oğlu qardaşını gətirməyə gedir.O sevincək oğluna:-” Get ay bala,yolun açıq olsun, qardaşını da götür gəl.Onun orada nə işi var.”-dedi. -”Yox ay ay ana mən onu gətirməyə getmirəm.”-deyə cavab verdi. -Bəs niyə gedirsən ay bala?-Sual dolu baxışlarla oğlunun gözlərinə baxdı.Oğlu qardaşının boş çarpayısını göstərərək;-”Bunlar orada baş qaldırıblar.Onları yerində oturtmaq üçün “qardaş”lara kömək etmək lazımdır.Onlarda gəlib bizə kömək edəcəklər”-deyib,anasının sösünə məhəl qoymayıb getdi. Suriyadan hər iki oğlanlarının ölüm xəbəri gəldi.Ana ağladı,fəryad etdi.Heç kim ananın fəryadını eşitmirdi.Eşitmək də istəmirdi.Ana ğorxurdu ki,sinəsi nə vaxtsa “qardaş”ların hərb meydanına çevirilə bilər.

  • Qazax rayonunda M.P.Vaqifin yaradıcılığına həsr olunmuş tədbir düzənlənib

    10350422_324691647699627_1623358342168779945_n

    10589788_324852017683590_1938076167_n

    1902880_324691714366287_1647150863610721632_n

    10583778_324692144366244_225251748459530332_n

    10397811_324691894366269_8717229632175465416_n

    10632737_324692481032877_4435875803791586372_n

    997054_324691991032926_8945297208594417958_n

    1618447_324692301032895_1646923362627624319_n

    22 avqust 2014-cü il tarixdə Qazax rayonunda Azərbaycan Yazıçılar Birliyinin Qazax Bölməsinin sədri, Əməkdar incəsənət xadimi Barat Vüsalın təşkilatçılığı ilə Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, şair Molla Pənah Vaqifin yaradıcılığına həsr olunmuş tədbir keçirilib.Tədbiri giriş sözü ilə açan Azərbaycan Yazıçılar Birliyinin Qazax Bölməsinin sədri Barat Vüsal ilk növbədə tədbir iştirakçılarını salamlayıb, sonra isə Molla Pənah Vaqifin həyat və yaradıcılığı haqqında tədbir iştirakçılarını bilgiləndirib.Kütləvi informasiya vasitələrinin də iştirak etdiyi tədbirdə Azərbaycan Yazıçılar Birliyinin üzvü, “Hüseyn Arif” Ədəbi Birliyinin Başkanı Saqif Qaratorpaq, yazıçı-jurnalist Firdovsi Heydərli, DGTYB və AYB üzvü, “Gənc Ədiblər Məktəbi”nin müdavimi, gənc yazar Rüfət Axundlu, “Gənc Ədiblər Məktəbi”nin üzvü, gənc xanım yazar Pərvanə Nizaməddin, Dünya Gənc Türk Yazarlar Birliyi Yönətim Kurulunun üzvü, gənc yazar İntiqam Yaşar, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycan Respublikası Prezidentinin Təqaüd Fondunun təqaüdçüsü, “Ulduz” jurnalının “Poeziya” şöbəsinin müdiri Fərqanə Mehdiyeva və digər qonaqlar iştirak ediblər.Düzənlənən tədbirə qatılan qonaqlar XVIII əsr Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, şairi, məşhur siyasi və ictimai xadimi Molla Pənah Vaqif haqqında öz fikir və düşüncələrini bölüşüblər, öz şeirlərini səsləndiriblər.Tədbirin sonunda xatirə şəkilləri çəkdirilib.

    Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Mətbuat xidməti

  • “Azərbaycanımın Qəhrəman qızı”

    10602995_1516489595235338_1887332412_n

    10631699_1516490118568619_2071655357_o

    Adınla yaşayıram
    Pəncərəmi sənin,
    Əlinlə döyür külək.
    Taqqıltı eşidəndə,
    Yamanca ovunuram.
    Tələsik addımlarla,
    Gedib qapıya tərəf.
    Sənin yerişin sanıb,
    Özümü unuduram..
    Qayıdıb asta-asta,
    Üz-üzə dayanıram,
    Şəkillə, gəlmək üçün.
    Sənsizliyin içində,
    Səninlə ölmək üçün.
    Gecənin qaranlığı,
    Sarılır otağıma.
    İsti, ilıq nəfəsin,
    Baş qoyur yatağıma.
    Hər otağın küncündə,
    Xatirələr bağırır.
    Günümə, saatıma,
    Dəqiqəmə dağılır.
    Masa üstü kitabın.
    Millətə, xalqa,
    Böyütdüyün övladın.
    Adımı kölgə kimi,
    Adında daşıyıram.
    Ey ilk və son sevdiyim,
    Adınla yaşayıram.

    Gülnarə İSRAFİLQIZI

  • Tural ADIŞİRİN.Yeni şeir

    378318_508394119221817_1971439614_n

    Dünya Gənc Türk Yazarlar Birliyinin üzvü

    * * *

    O göyçək əlindən tutmağım çətin-
    öz evin,öz süfrən,çörəyin-duzun…
    Mənim ürəyimdə sənin həsrətin,
    Sənin qucağında-körpəcə qızın…

    Bir nazlı ayrılıq əlində şərbət,
    Qapım bağlanandan qapımı döyür.
    Mənim nəfəsimlə bir lal məhəbbət,
    Sənin nəfəsinlə bir qız böyüyür.

    Sənin işığından umacağım yox,
    O körpən gülürsə-dünya gözəldir
    Mənim yerim-yurdum,od-ocağım yox,
    Mən yol adamıyam bəlkə yüz ildir.

    Bəlkə də….eh,bəsdir,daha zarıma,
    Bu ömrün əvvəli,sonu şikəstə.
    Adın qonaq gəlir dodaqlarıma,
    Gözüm süfrə açır yanağım üstə.

  • Gündüz SEVİNDİK.”Şeirimizdən, türkümüzdən savayı?” (Yeni şeir)

    5f7ccfdb87f0c47b4ffb151a4f84cea0

    Kara gəlməz bu gördüyüm röya da,
    Bir balığam, səbr udmuşam dəryada…
    Bizdən sonra nə qalacaq dünyada,
    Şeirimizdən, türkümüzdən savayı?

    Bir sevginin qaldı ahı ortada,
    Mən adlı bir nökər-şahı ortada…
    Nə yaşadıq? Nə var axı ortada –
    Tənəmizdən, ərkimizdən savayı?

    Çılğın könül ülvi eşqin odası,
    Nə uzaqmış bu Məhəbbət Adası?…
    Mənim üçün bu dünyada, qadası,
    Bir kimsə yox, ikimizdən savayı…

  • Doğum gününüz mübarək!

    Səbinə Dəniz (Məmmədova Səbinə) 1989-cu ild avqust ayının 21-də Sumqayıt şəhərində anadan olub.1996-cı ildə Sumqayıt şəhər 26 saylı orta məktəbinə daxil olub.2007-ci ildə həmin məktəbi bitirib.2008-2012-ci illərdə Azərbaycan Universitetinin filologiya fakültəsində ali təhsil alıb.

    Universitet illərindən başlayaraq dövri mətbuatında yazıları çap olunur. Həmçinin əməkdaşlıq etdiyi “168 saat” qəzetində araşdırma və başqa türlü yazılarla ardıcıl olaraq çıxış edir.
    2012-ci ildə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Şurası tərəfindən maliyyələşdirlilən və Dünya Gənc Türk Yazarlar Birliyi tərəfindən həyata keçirilən ”Bölgə yazarlarına dəstək” layihəsi çərçivəsində “Bölgələrdən səslər” kitabında şeirləri dərc olunaraq ilk dəfə olaraq Respublika səviyyəsində ictiamiyyətin nəzərinə çatdırıldı.

    Yer altından notlar

    Yerin altı… Havasızlıq… Qəribə qoxu… İnsan axını… Yüzlərlə, minlərlə insan, fərqli simalar, bənzərsiz talelər, bənzəyən talelər… yad baxışlar, doğma insanlar, tanımadıqlarımız, tanıdıqlarımız və ya tanımadığımız tanışlarımız, yaralı qəlblər, ümid və sualla dolu gözlər, gözləntilər…
    Hamısı bir arada. Hər gün eyni qatarın içərisinə doluşub, tələsirlər…Qatarlar dolub boşalır, elə insanların qəlbləri kimi, qatarlar tələsir, elə insanların özləri kimi… Yanımdan sürətlə ötüb keçən qatarlar ömrümün günləri kimi, ayaq altda qalmış, külək vıyıltısından vərəqləri çevrilən, kitababənzəyir… Kimisə evinə, kimisə arzusuna, kimisə məqsədinə, kimisə ölümə aparır bu qatralar. Dolub-boşaldıqca o təkcə insanların yükünü çəkmir, həm də, onların qəlblərinin, arzularının, ümidlərinin və günahlarının yükünü çəkir… Daha da içəri keçdikcə hər bir simada fərqli bir “MƏN” görürəm.

    Bir az kinli, bir az soyuq, bir az ilıq, bir az doğma, bir az yad, bir az yüklü… Kimisi əlində qəzet – olmuşları və olacaqları vərəqləyir, kimisi musiqi dinləyir, kimisi yorğunluqdan yuxuya keçib, kimisi düşünür, kimisi gülür, kimisi kədərli, kimisi qeybət edir, kimi də eynəyini gözündə saxlayır, bəlkə də gözlərini, bəlkə özünü ya da bəlkə göz yaşlarını gizlətmək üçün… Biri isə köhnə və cırıq ayaqqabılarını gizlətmək üçün ayaqlarını gizlətməyə çalışır. Kimisi də qarnını sıxaraq aclıqdan gələn səsi gizlətməyə çalışır.. Bir başqası isə yanındakılarının nəzərlərindən qorxub, öz tox qarnını, cibini qabartmış, öz haqqı olmayan bir xeyli pulu gizlətməyə çalışır. Bütün bu gerçəklikləri isə Qatarlar gizlətməyə çalışır..Bu uzunsov qutularin içərisində çox şey baş verir.
    Dispetçerin səsi gəlir:
    – 20 Yanvar staniyası.. Növbəti stansiya Memar Əcəmi!

    Möcüzə

    Saatlarla ona baxmaqdan doymuram. O, çox gözəldir. Füsünkardır, valehedicidir, sakitləşdiricidir… Ona baxdıqca mənə elə gəlir ki, sanki o, ucsuz-bucaqsızdır, sonsuzdur… O, canlılara həm həyat verir, həm də ölüm bəxş edə bilir… O, dərdləri dinləyir… Ən yaxın sirdaş kimi milyonların qəlbindəkiləri bilir… Hələ də açılmayan sirləri bilir…
    O, minlərlə sevginin, ehtirasın, əhd-peymanın şahidi olub… O, aşiqlərin görüş məskəni olub… Fırtınalı, soyuq günlərdə coşub-daşıb… Həddindən artıq yüklüymüş kimi, sanki hər şeydən yorulmuş, bezmiş kimi fəryad edib… Bəzən isə inanılmaz sakitliyi olub… Bu sakitlik həm vahiməli, həm də ürəkaçıcı olub. O, çox şeylərin şahidi olub. Yaşı bilinməyən bu varlıq mənə sadəcə hüzur verir…
    Hər kəs ən pis anında ona qaçır… Çox maraqlıdır – ölümü seçəndə belə insanlar ona üz tuturlar… O, hamıya vəfalı dost və sadiq yoldaşdır. Bir çoxları onun görüşünə gəlir… Bəzilərini bəlkə də çox sevdiyindən o öz ağuşuna alaraq sonsuza qədər içində saxlayır, buraxmır… Çoxları ondan qorxur, hürkür, çəkinir…
    Budur, indi mən onun hüzurundayam …Diqqətlə ona baxıram. Məni özünə tərəf səsləyir, mən isə tərəddüd edərək, sadəcə ətrafı seyr edirəm. O, kimisinə xoşbəxtlik, kimisinə bədbəxtlik bəxş edib. Minlərlə insanın doğmasını özündən ayırıb. O günahkardırmı?! Qatildirmi?! Əsla yox…!
    O, sevdiklərini özü ilə saxlayır. Öz içində milyardlarla canlıya həyat verir. Lakin, hər gün minlərlə insan onu zəhərləyərək damla-damla öldürür, məhv edir. Ona baxdıqca hər damlasında göz yaşı, etiraflar, pıçıltı ilə deyilmiş sevgi sözləri və təəssüf ki, yorğunluq hiss edirəm. Bəli, yorğunluq… O, artıq ağır-ağır addımlayır… Hər gün dünyadakı haqsızlıqları, günahları görür, məzlumların ahını eşidib, özünü sərt qayalara çırpır. Şüşə parçası kimi çiliklənən damlalar, ətrafa səpələnir… Bu isə öz doğmalarından və sevdiklərindən ayrı düşmüş insanlara bənzəyir.
    O da, insanlar kimi bəzən gizlənməyə çalışır… Bəzən bəlkə də gizlicə, biz onu görməyəndə ağlayır. Lakin göz yaşlarını içinə axıdır, damlalara qarışır…
    Dili yoxdur fərz edirik, lakin hər gün görüşünə gələn hər kəslə danışır, dərdləşir, söhbətləşir… O bəşəriyyətin möcüzəsidir. Allahın bizə verdiyi bir lütfüdür. Gəlin onu qoruyaq..!
    Birdən qulağıma bir qadın səsi gəlir:
    – Dəniz, Dəniz qaçma yıxılarsan..

  • Tural SAHAB.”Sevginin şeirini yazacam mən” (Yeni şeir)

    1545553_10203040697648544_1046483349_n

    Sevginin şeirini yazacam mən
    inanmadığınız
    istəmədiyiniz
    gizli- gizli yandığınız sevginin
    bir dəstə sevgi ilə
    bir mələk göndərəcək, Tanrı
    öpmək üçün göz yaşımdan
    silmək üçün kini, nifrəti
    yaddaşımdan
    bürünəcəm sevgiyə
    sevgi qoxulu
    sevgi rəngli

    Seirin sevgisini yazacam mən
    gözəl sözlərlə toxunacam
    sevginin qəlbinə
    insan ürəyindəki
    nifrətin bəndinə
    Göy qurşağı kimi rəngli
    yağacaq yağmurlar
    Göy qurşağı təki rəngarəng
    ümidlər

    Bir quşun qanad çırpmasını
    bir çiçəyin açmasını
    İnsanın sevgi ilə yaşamasını
    həyatdan ölümə qaçmasını
    sevginin şerini
    şeirin sevgisini yazacam mən

  • Doğum gününüz mübarək!

    resad_mecid

    Rəşad Məcid 1964-cü il avqust ayının 21-də Ağcabədi rayonunda anadan olub. 1979-cu ilədək Ağdam şəhərində yaşayıb, həmin vaxtdan Bakıya köçüb. 1988-ci ildə Bakı Dövlət Universitetinin jurnalistika fakültəsini bitirib. 1985-ci ildən “Elm və həyat” jurnalında korrektor kimi əmək fəaliyyətinə başlayıb, sonra 1990-cı ilədək həmin jurnalın müxbiri işləyib. 1990-1991-ci illərdə Azərbaycan Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzində sədr müavini vəzifəsində çalışıb. 1991-1992-ci illərdə əvvəlcə “Ədalət” qəzetində, sonra isə “Azərbaycan” qəzetində baş redaktorun birinci müavini olub. 1992-ci ildə “525-ci qəzet”i təsis edib. 1993-cü ildə “Azərmətbuatyayımı” İstehsalat Birliyinin rəisi olub. 1994-1995-ci illərdə Azərbaycan Tərcümə Mərkəzində məsul katib vəzifəsində çalışıb. 1995-ci ildən “525-ci qəzet”in baş redaktorudur.Azərbaycan Jurnalistlər Birliyinin H.Zərdabi adına mükafatına layiq görülüb.
    2004-cü ildə Azərbaycan Yazıçılarının XI qurultayında Birliyin gənclərlə iş üzrə katibi seçilib.
    Bakı Mətbuat Klubunun həmtəsisçisi, Dünya Qəzetçilər Assosiasiyasının (WAN) və Dünya Redaktorlar Forumunun (WEF) icraçı üzvüdür.
    Ölkə mətbuatında bədii və publisistik yazılarla çıxış edir. 1993-cü ildə “Hələ ki vaxt var” adlı şeirlər, 2004-cü ildə “10 sentyabr” adlı hekayələr kitabı çapdan çıxıb.

    YASTIQ

    Doğulan kimi
    Başının altına yastıq qoydular.
    Oturan kimi
    Böyrünə-başına yastıq qoydular.
    Yeridi – düzdülər keçdiyi yola.
    Sonra noğul yastığı,
    Sonra nağıl yastığı.
    Başı üşüyəndə papağı yastıq,
    Əli üşüyəndə bayrağı yastıq,
    Qəbri üşüyəndə torpağı yastıq.
    Ağrıyan dişinə yastıq qoydular
    Ləngiyən işinə yastıq qoydular
    Axırda yastığa öyrəncəlilər
    Çarxın gərdişinə yastıq qoydular.
    Çarxın gərdişinə yastıq qoydular
    Yuxulatdı bu adamı,
    Günün günorta çağında
    Yuxu tutdu bu adamı.
    … Yatıb yuxuda gördü ki,
    ipək yastığı daşlaşıb,
    ayağına dolaşıb.
    Addımını ha atır, ata bilmir,
    Ayağını ha dartır, darta bilmir.
    Yastıq çəkir onu quyutək.
    Ayağı balacalaşır,
    Boyu balacalaşır.
    … Diksinib ayıldı yuxudan.
    Başı yastıqdan düşmüşdü.
    Çəkdi yastığı başının altına…

    FUTBOL OYNADIĞIM YADIMDAN ÇIXIB

    Yüz yol yıxılardım, dəyib daşlara,
    əllərim, qollarım yaralanardı.
    Gah dizim, dirsəyim paralanardı.
    Süzülüb axardı tər dabanımdan.
    İndi unutmuşam,
    O günüm, o çağım yadımdan çıxıb.
    Son dəfə
    Futbol oynadığım yadımdan çıxıb.
    O gündən bəriyə nəyim qalıb ki?
    Bu qollar, ayaqlar mənimki deyil.
    Qovulan o toplar mənimki deyil,
    Dirəklər, dayaqlar mənimki deyil.
    Vurulan topların, dəyən daşların
    Daha sızıldamır yeri canımda.
    Daha yüyürmürəm yıxılanacan,
    On il, on beş ilin
    təri canımda.
    On il, on beş ildi topsız-filansız,
    Yenə də yıxılan, əzilən mənəm.
    Amma yıxılanda dizim qanamır,
    Amma yıxılanda qolum əzilmir.
    Çünki yıxılıram ürəyi üstə,
    Futbol oynamağı yadırğayandan.

    AĞLA, QAQAŞIM, AĞLA

    Sevdaya tutulub bu cavan oğlan,
    Oturub ağlayır, durub ağlayır,
    Gəzdiyi yolları görmür ayağı.
    Ömrün yaşılında, ömrün yazında
    Necə ağlamaqdı bu, hönkür-hönkür,
    Necə ağlamaqdı məcnunsayağı?!
    Bu göz yaşlarından utanma, qardaş –
    Ağla, ağlamağa vaxtın tapılmaz,
    İndi üzə gülən baxtın tapılmaz.
    Hələ oturmusan şahlıq taxtında,
    Səni bu taxtdan da düşürəcəklər,
    Bir də belə yerin, taxtın tapılmaz.
    Hər kişi ömründə bir dəfə yəqin
    Bax belə – sənin tək zar-zar ağlayıb.
    Aşkarda, gizlində ağlayıb,
    İçində, üzündə ağlayıb –
    Amma ağlayıb.
    İndi yaşamalı sənin halındı,
    İndi ağlamalı bizim halımız.
    And içsə inanma, desə inanma,
    Bir vaxt ağlamışıq bizim hamımız.
    İndi də sən ağla,
    Ağla, qaqaşım, ağla.
    Bu sirrin içində, sehrin içində
    Hələ xəbərin yox, ömür gödəkdi.
    Bax elə bu həsrət bircə çərəkdi,
    Qovuşdun, sevgin də tükənəcəkdir.
    Duasan, cadusan başdan ayağa,
    Ağlasan, tilsimlər söküləcəkdir.
    Ağla, qaqaşım, ağla.
    Hələ xəbərin yox bu yer üzündə
    Ömür gözləmədi, ömür – dözümdü.
    Ömür elə uzun, elə uzundu –
    Həsrətlər, sevgilər sığışa bilir,
    Həsrətlər, sevgilər yadlaşa bilir.
    Bir gün nağıl kimi, ya xəyal kimi,
    Adama təzədən yanaşa bilir.
    Hələ qarşıdadı qəmin yekəsi,
    Hələ qarşıdadı dağ-divar hələ –
    Sənə bu sevginin, bu ağlamağın
    Gülməli görünən vaxtı var hələ.
    Bu ən şirinidi ağlamağların,
    Ağla, qaqaşım, ağla.

    KİMSƏSİZ EV…

    Kimsəsiz ev eyvanından bəlli.
    Qəlbimdə
    boş otaqların
    qulaq tutulan səssizliyi –
    Üzümdən bəlli sevmədiyim.

    O YA ƏFSANƏYDİ…
    (zarafat)
    «Qarşıdan bir sona keçdi»
    Bir payız anına gəlmişdi bahar –
    Küçələr, səkilər yırğalanırdı.
    Bağlı pəncərlər, sakit eyvanlar,
    Heyrətli gözlərdə sırğalanırdı –
    Ağzını ayırıb baxırdı şəhər.
    Qəfil təkərlərin əyləc səsləri,
    Karıxan sürücü baxışı – harın.
    Küçəni keçməyə çatmaz hünəri –
    İşığı yansa da işıqforların.
    Bəzəkli maşında əyləşən oğlan,
    Bahalı siqnalın «xoruz» buraxar.
    Ötəri həvəsi gözündə qalan
    Bu bahar səni də yalqız buraxar –
    Ağzını ayırıb baxarsan elə.
    Boynu əyri bitib yeyin gedənin,
    Arxada qalanlar tələsiyirdi.
    Küylü uşaqların içində biri
    Qonşusu çıxmağa həvəsiyirdi –
    Ağzını ayırıb baxırdı şəhər.
    İşığa düşmüşdü bir oğlan gözü,
    Bilmir yanındakı nə söyləyirdi.
    Qolundan yapışan dilavər qızın
    Barmağı böyrünü dürtmələyirdi –
    Ağzını ayırıb baxırdı oğlan.
    Çağrışı boş idi o tumsatanın
    Eh, indi o səsi eşidən hanı?
    Xəbəri yox idi əsgər oğlanın,
    Cibində qalmışdı tum stəkanı,
    Ağzını ayırıb baxırdı şəhər.
    Elə addımlayır, elə gedirdi –
    İşvəli sənəmlər, qəmzəli qızlar
    Həsəd aparmırdı, heyrət edirdi.
    Çəkdi bir şəhəri o cün çarmıxa,
    O ya əfsanəydi, ya da bir tilsim.
    Ağzını arayıb söz soruşmağa,
    Ağzını ayıra bilmədi heç kim
    Ağzını ayırıb baxırdı hamı.

    QİSAS

    Adamı göyə qaldırıb
    Sonra ki, yerə vururlar.
    Elə bir sıfır artırıb
    Sonra sıfıra vururlar.
    Gedir, qalmır izi, tozu,
    Hər gələn bir yerə yozur,
    Adını lap başdan pozub
    Lap, lap axıra vururlar.
    Kündə kimi ovxalayıb,
    Əzib, büküb, buxovlayıb,
    Qışda buz üstə tullayıb,
    Yay vaxtı qıra vururlar.

    QAYIDIR

    Yenə nəğmələr qayıdıır, –
    Hər sətri səs-səs dirilir,
    Damarımda qan tərpənir,
    Canımda nəfəs dirilir.
    Yadırğadığım o sözlər
    Yenə geri dönür bir-bir.
    Çoxdan unutduğum hisslər
    Gizli-gizli boy göstərir.
    Yenə hamıdan gizlicə
    Çəkdiyim təlaş qayıdır.
    Yenə ürəimə həsrət,
    Gözlərimə yaş qayıdır.
    Yenə dünya yaşıllaşır,
    Payızın düz ortasında.
    Yenə uşağa dönürəm
    Ömrümün günortasında.
    Taledən ən dadlı töhfə,
    Ən ləzzətli bar qayıdır.
    Tanrı, insafına şükür,
    Yenə də bahar qayıdır.

    DÖNDÜM

    Səndən qıraqda həyat yox,
    Desələr d vardı – döndüm.
    Qaçdı ağzımın ləzzəti,
    Damağımın dadı, döndüm.
    Nə cadular, nə ovsunlar,
    Gücləri yox, saxlasınlar.
    Məni ən gözəl oyunlar,
    Əyləncələr yordu, döndüm.
    Bir nəfəs qalmadı canda,
    Dörd bölündüm darıxanda –
    Qol bir yanda, baş bir anda
    Mənəm – məğlub ordu, döndüm.

    GET
    «- Nə olar, qal da bir az
    – Burda nə var ki, qalım».
    «Sağ ol» demə, vida etmə,
    Zamandısa, vaxtdısa, get.
    Getməyini gərəkliyi
    Qalmağından çoxdusa, get.
    Bir mən qalım, bir dərd-sərim
    Hədər oldu çəkdiklərim.
    Pıçıltıyla dediklərim
    Yaddaşından çıxdısa, get.
    Qaysaqlanar yenə yaram,
    Sızlamaram, ağlamaram
    Səni yoldan saxlamaram –
    Soldusa get, sağdısa get.
    Bir sözünlə mənalıydı,
    Gülüşünlə mənalıydı.
    Mənə sənlə mənalıydı
    Sənə məna yoxdusa, get.

    RUS QARISI

    Birdən, söhbət düşdü,
    sifətindəki
    Alışan, parlayan atəşi gördü.
    Çiynində bərq vuran qanadlarını,
    Gözündən boylanan Günəşi gördü.
    Gördü qəlbindəki bu davanı o,
    Duydu uzaqdanca bu havanı o.
    Mənim də hər qeylü-qalımı bildi.
    Üzümü görmdən halımı bildi.
    Bildi ki, ruhumun sənsən yarısı,
    Səndən həssas imiş
    bir rus qarısı.
    ***
    Sən məni çox istə,
    çox sev nə olar
    Sən elə istə ki, burda qalmayım
    Çəksin maqnit kimi ürəyin məni
    Götürüb Sibirin bu şaxtasından
    Qızdırsın, isitsin istəyin məni.
    Dayana bilməyim,
    qala bilməyim
    Vəhşi tək darıxıb qaçım yanına
    Söyüb bu şaxtaya, soyuğa, qara
    Sonra təpik vurub bu şampanlara
    Tullanıb da «arxı» qaçım yanına.
    Sən mən çox istə,
    çox sev nə olar.

    SAATIM QURULUB SƏNİN VAXTINLA

    Saatım qurulub sənin vaxtınla
    Mənim günortamdı sənin səhərin
    Yerini bilirəm saata baxıb
    Harasındasansa qoca şəhərin.
    Görürəm yuxudan oyanmağını,
    Görürəm yuyunub daranmağını
    O rus qarısına çay verməyini,
    Evdən çıxmağını, yol getməyini
    Mən burda məşğulam
    hər addımınla –
    Saatım qurulub sənin
    vaxtınla.

    ***

    Sənsiz qaldım, qəlbimin
    Artdı qəmi – darıxdım.
    Yanına qayıtmağın
    Yetdi dəmi – darıxdım.
    İnsafı yox gecənin
    Qərib, soyuq gecənin
    Oyanaraq gecənin
    Bir aləmi – darıxdım.
    Yer sıxdı birdən-birə,
    Dərd axdı birdən-birə
    Darıxdım birdən-birə
    Vəhşi kimi darıxdım.

  • Hikmət MƏLİKZADƏ.Yeni şeirlər

    10304351_268609333324646_7910328543693681828_n

    Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü,
    Azərbaycan Respublikası Prezidentinin Təqaüd Fondunun təqaüdçüsü.

    ***

    Xəstə baxışların
    qaba sızıltılara sürtür özünü,
    ürəyinin ritmi pozulur
    tez-tez kökdən düşən
    piano kimi.
    Gözlərin hələ də can verir
    yad baxış altda.
    Nə vaxtsa
    səni istəyənlərin sayı
    indi sənə köhnə palaz kimi
    baxanların sayı qədər olub
    yəqin ki…
    Sən də, bir az ayıq ol,
    Axsaq, lüt-üryan kölgələrə
    rəhm eləmə.
    Taleyin heç kimə
    yazığı gəlmir.
    …Bilirsən,
    səni,
    bir gün aldadacam deyə
    sevmədim…

    ***

    İçimin odu qurtarır,
    Güc ver da, Xudam, arada.
    Bəzən örtük ola bilmir,
    Başıma bu dam, arada.

    Kimdi ki, əzrayıl, kimdi?
    Nola, əlimə düşə tək…
    Güddüyüm alagöz qızın,
    Baxışı sınır şüşətək.

    Allah da zülümün kəsmir,
    Ömür də dada gəlmir ki…
    Gedirəm, kölgəm arxamca,
    Ya gəlir, ya da gəlmir ki…

    Adam olmaqdan bezmişəm,
    Çiynimdə heybə, gedirəm.
    Soruşma, yolun haradır?
    Mən artıq Qeybə gedirəm.

  • Debüt: Bahadur QOBUSTAN (Qobustan rayonu).Şeirlər

    10363926_845257905502955_2798938368722294118_n

    Bahadur QOBUSTAN (Seyidov Bahadur Eyub oğlu) 1984-cü il 1 avqust tarixində Qobustan rayonunun Bəklə kəndində anadan olub. Orta məktəbi Doğulduğu kənddə başa vurub. 2002 ci ildə Gəncə Dövlət Ünveristetinə qəbul olub və 2006 cı ildə bu həmin Univeristetdən məzun olub. Unvristet illərində (2002-2006) Töhfə qəzetində müxbir kimi çalışıb. 2006-2007 ci illrdə hərbi xidmətini başa vurub. 2007-2011 ci illərdə Qobutan rayon Bəklə kənd orta məktəbində tarix müəllimi kimi fəaliyyət göstərib. 2011 İldə Anews.az saytında müxbir kimi fəaliyyət göstərib. 2012-ci ildən etibarən Azad Azərbaycan Müstəqil Teleradio Şirkətində (ATV) redaktor kimi çalışır.
    500-dən çox şeir, 20 hekayə, bir roman müəllifidir. Əsərləri müxtəlif almanaxlarda, qazet və jurnallarda, Elektron dərgilərdə mütamadi olaraq dərc olunub. Bir tərcümə kitabının müəllifidir.
    Azərbaycan Yazıçılar Birliyi ilə Mədəniyyət və Turizm Nazirliyinin birgə layihəsi olan ” Gənc Ədiblər Məktəbi”nin üzvüdür.
    Dokkuziklim.net ədəbiyyat saytının baş redaktorudur.Ailəlidir. Iki uşaq atasıdır.

    Bahadur Qobustanın müxtəlif illərdə yazdığı bir neçə şeirini sizə təqdim edirik.

    Qaralar bizi dərdilər

    Qaralar bizi dərdilər,
    Ağ yuyub qara sərdilər
    Bizə bir tikə verdilər
    Bizim milyon tikəmizdən

    Bağladı qapı-bacalar
    Çözülmədi tapmacalar
    Qırıldı bap-balacalar
    Zərbə gəldi yekəmizdən

    Hərə bir tikə götürdü
    Qalnın yekə götürdü
    Vətən də ləkə götürdü
    Vicdandakı ləkəmizdən

    Böyümədi adamlar

    Beləcə illər ötdü,
    Bir udum ay yedi dünya
    Bir udum günəş yedi…
    Yenə də insan oğlu
    Tikana qarğış etdi,
    Gülə alqışlar dedi.

    Beləcə keçdi ömür…
    İnsanın atdığı daş
    Dəyişdi yavaş-yavaş
    Daha da ağır oldu
    Böyümədi adamlar
    Bitmədi göz yaşları
    Yenə quru yer üstə
    Elə o yerdən ötrü
    Düşdü insan başları.

    Beləcə bir-birinə
    Zənci dedi adamlar
    Rus, ingilis, türk dedi
    Sığındığı kölgəyə
    Güclü dedi admlar.
    Biri özünə uca
    O biri böyük dedi.
    Beləcə illər ötdü,
    Bir udum ay yedi dünya
    Bir udum günəş yedi.

    Beləcə kölgə oldu
    Dünyanın hər bir yanı.
    O dedi günəş hanı
    Bu dedi ay necoldu
    Yenə sevgi qazandı
    Yenə dünyadan ötrü ölənlər gülünc oldu
    Beləcə illər ötdü,
    Bir udum ay yedi dünya
    Bir udum günəş yedi.

    Və ən axrıcı dəfə
    Yığşdılar adamlar
    Məzar üstə əl açıb
    Göylərə boylandılar
    Allah düşdü yadına
    Hər günahkar adamın
    Sonra torpaqladılar üstünü yavaş yavaş
    Qədirbilməz qonşular
    Laqeyid qohum-qardaş
    başladılar övgüyə
    Biri dedi ay idi
    Bir dedi günəş idi
    Beləcə illər ötdü,
    Bir udum ay yedi dünya
    Bir udum günəş yedi.

    O qız desəydi

    Görüb onu bircə kərə
    Vurulmuşdum birdən-birə…
    Bütün aləm ağlasaydı,
    Sözünü salmazdım yerə
    Gülərdim, o qız desəydi.

    Çox sevirdim mələyimi,
    Puç elədi diləyimi…
    Tikə böldüm deməsə də…
    İki yerə ürəyimi
    Bölərdim, o qız desəydi.

    Heç kəsə inanmaz idim,
    Mən ürəkli qanmaz idim…
    Cəhənnəmdə yurd salsaydı,
    Yanına yubanmaz idim
    Gələrdim, o qız desəydi.

    İndi ondan təmənna yox,
    O qızla bağlı dünya yox..
    Sadəcə bir təsəlli tək
    Məni sevərdimi ya yox
    Bilərdim, o qız desəydi.

    Bulud var şimşək çaxmayıb,
    O su bu arxa axmayıb…
    Allahın yazığı gəlib
    Şükür, dilindən çıxmayıb
    Ölərdim, o qız desəydi.

    Görünmür

    Həyatda çırpışır xeyir ilə şər,
    Biri hökm edərkən biri görünmür.
    Əzəldən qəribə yaranıb bəşər,
    Qəribə dünyanın sirri görünmür.

    Ömür yollarında mənalar dərin,
    Pislər zəpt eyləyib yaxşının yerin,
    Mənim gözlərimdə tük seçənlərin,
    Gözündə nadanlıq tiri görünmür.

    Adam var düz deyil heç bir sözündə,
    Kiçilib düzlərin itir izində,
    Amma nədəndirsə onun gözündə,
    Dünyada özündən iri görünmür.

    Dolanır səhranı şölü dirilər,
    Üzmür bu həyatdan əli dirilər,
    Yaşayır dünyada ölü dirilər,
    Ölərkən yaşayan diri görünmür.

    Mənasız fikirlər satılır baha,
    Insan asi çıxır indi Allaha,
    Istərəm dünyadan köçüm mən daha,
    Neyləyim bir ümüd yeri görünmür.

    Gəncə 2002 oktyabr.

    Yavaş-yavaş

    Yaman dəyişmisən bilmirəm nədən,
    Bir zaman eşqimə cavab verdin sən,
    Indi gül üzünü alıb duman, çən,
    Əllərin buz olub ürəyinsə daş,
    Daha ayrılırıq biz yavaş-yavaş.

    Inciyib küsürsən hər bir sözümdən,
    Olmaq istəyirsən uzaq gözümdən,
    Məni çıxarırsan niyə özümdən,
    Hər gün bir iztirab, hər gün bir təlaş,
    Daha ayrılırıq biz yavaş-yavaş.

    Səni ayrılığa səsləməsəm də,
    Ürəyimdə nifrət bəsləməsəm də,
    Mən bu ayrılığı istəməsəm də,
    Ürəyimdə kədər gözlərimdə yaş,
    Daha ayrılırıq biz yavaş-yavaş.

    Gözümün yaşları sel kimi axır,
    gözlər… o gözlər nə məlul baxır,
    Ayrılıq qəlbimi yandırıb yaxır,
    Bu sevgi məhəbbət olmayaydı kaş,
    Daha ayrılırıq biz yavaş-yavaş.

    Axı niyə

    Axı niyə məndən qaçırsan belə,
    Yoxsa ki eşqimi yalan bilirsən,
    Bəlkə də çoxları kimi sən hələ,
    Məni də vəfasız oğlan bilirsən.

    Ürkək baxışlarla baxırsan hərdən,
    Qısqanır gözümü gözünə çoxu,
    Səni sevdiyimi soruşma məndən,
    Səni sevməyimi gözümdən oxu.

    Gedirəm deyirsən

    Gedirsən, bir addım uzaqlaşdıqca,
    Köksümü yerindən qoparırsan sən,
    Təmanna ummadın məndən sadəcə,
    Vuran ürəyimi aparırsan sən.

    Baxışın qəlbimdə dönüb dənizə,
    Ürək bu dənizdə qəm adlı ada,
    Istərəm qovuşaq bir-birimizə,
    Sən atlı olmusan, mənsə piyada.

    Bəlkə alnımıza belə yazılıb,
    Bəlkə qismətimiz bu imiş bizim,
    Düşüb dərinlikdə yolunu azıb,
    Sevgimiz quruyan su imiş bizim.

    Gedirəm deyirsən dilində ancaq,
    Gözlərin başqa cür söz deyir mənə,
    Yanır orda ümüd adlı bir çıraq,
    Hələ gözlə deyir, döz deyir mənə.

    Mənimçün nə qədər olmasa asan,
    Hələ bu sevgidən alıram qida,
    Indi iki yolun ayrıcındasan,
    Gəlsən xoş gəlmisən, getsən əlvida.

    Gərək sevməyəydim

    Bir dəfə qoymadın ürəkdən gülüm,
    Saxla nəzabını, saxla yadında,
    Sən mənə bu boyda dünyada gülüm,
    Kiçik çəmən idin, sevgi adında,
    Haçan baxsam gördüm çiçəksiz səni,
    Gərək sevmıyıydim gərəksiz səni.

    Tale sevgi adlı şirin barını,
    Nə olar aşiqə kal gətirməsə?
    Dolanıb boşuna gəzən arını,
    Qutuya qoymazlar bal gətirməsə,
    Mənsə qarşıladım pətəksiz səni,
    Gərək sevməyıydim gərəksiz səni.

    Keçdi hər dəqiqəm qəmdə, təlaşda,
    Getdin özgəsinin baxtına düşdün,
    Mən səni sevməzdim indiki yaşda,
    Ağlımın kəsməyən vaxtına düşdün,
    Tapmışdım arzusuz, diləksiz səni,
    Gərək sevməyəytdim gərəksiz səni.

    Getmisən demirəm geri dön sənə,
    Qayıt yaraları dərinə qoy get,
    Deyirəm bir dəfə geri dön yenə,
    Barı ürəyimi yerinə qoy get,
    Mən axı qoymazdım ürəksiz səni,
    Gərək sevməyəydim gərəksiz səni

  • Sentyabr ayında “Elimiz.Günümüz” qəzeti fəaliyyətini bərpa edəcək

    600885_3772078239984_990912053_n

    Çağdaş Azərbaycan ədəbi mühitində fəaliyyət göstərən mədəniyyət və ədəbiyyat yönümlü mətbu orqanlar içərisində daha çox yazarların ədəbi-bədii nümunələrini, poeziya örnəklərini, məqalələrini, publisistik qeydlərini, poemalarını səhifələrində dərc etməklə ictimaiyyətin nəzərinə çatdıran “Elimiz.Günümüz” qəzetinin təsisçisi və baş redaktoru, Azərbaycan Milli Elmlər Akademiyasının aparıcı elmi işçisi, filologiya elmləri üzrə fəlsəfə doktoru, dosent Qiymət Məhərrəmli jurnalistlərə açıqlamasında bildirib ki, bir müddət öncə müəyyən səbəblərdən öz fəaliyyətini dayandırmış “Elimiz.Günümüz” qəzeti sentyabr ayından etibarən, fəaliyyətini bərpa edəcək.
    Yazılarının mətbu orqanda dərc olunmasını istəyən yazarlar öz ədəbi-bədii nümunələrini, poeziya örnəklərini, məqalələrini, publisistik qeydlərini, poemalarını dərc olunmaq üçün aşağıdakı ünvanla əlaqə saxlaya bilərlər:

    Ünvan: Azərbaycan Respublikası, Bakı şəhəri, Yasamal rayonu, Mətbuat prospekti, 529-cu məhəllə, “Azərbaycan” nəşriyyatı, yeddinci mərtəbə.
    E-mail : qiymet_549@box.az

  • Saqif QARATORPAQ.”Çarəsizlik” (Hekayə)

    Saqif QARATORPAQ

    Bu bizim hekayəmizdi-sənin və mənim.Düzünü desəm sənin, ömrümün köhnə divarına yazdığın bir eşq hekayəsi.Ona əndrabadi adlar da qoya bilərik.Əgər istə-
    sən…Məsələn, “Vurulmuşlar”, “Dəli kimi sevənlər” və sairə və ilaxır.Ancaq mə-
    nim təmtəraqlı adlardan xoşum gəlmir.Ona görə də”Çarəsizlik”qoydum.Bilmirəm,
    xoşuna gələcəkmi?Bircə onu bilirəm ki,bəyənsən də,bəyənməsən də bacardığım
    budur.Neyləmək olar.Varını verən utanmaz.Nə isə…Deyəsən mətləbdən uzaq düş-
    düm.Bir az çərənçilik elədim.Uzun-uzadı müqəddimələrdən elə uşaqlıqdan zəhləm
    gedib,istər həyatda olsun,istərsə də hekayədə və ya romanda.
    Elə bilmə ki ayrı bir məqsədim var.Yaxud səndən cavab gözləyirəm.Qətiyyən!
    Əsla!Heç ağlına belə gətirmə.Bunu özünə dərd eləmə.Heç vaxt istəmərəm ki,sən
    dərd çəkəsən,özü də mənə görə.Onu da deyim ki sənin “nə” və “necə” cavab ver-
    məyin heç nəyi dəyişməyəcək.Əgər iyirmi il əvvəl-mənim dəliqanlı vaxtlarımda
    olsaydı,bəlkə də hər şey başqa cür qurtarardı…Bağışla,filosofluq elədim.
    Sadəcə ürəyimi boşaltmaq istədim.Bəlkə bir az yüngülləşim deyə.
    Sən o gün ağlamasaydın,heç bu hekayə də yazılmayacaqdı.
    …O gün iclas zalı ağzınacan doluydu.Məmmədkərim demiş,iynə atsaydın yerə
    düşməzdi.Yeni layihələr müzakirə olunurdu.Sənin də layihən müzakiryə çıxarıl-
    mışdı.Heç özündə-sözündə deyildin.Qar kimi ağarmışdın.Layihələr bir-bir mü-
    zakirə olunur,əvvəl mütəxəsislər,sonda isə baş direktor öz rəyini bildirirdi.Növbə
    sənin layihənə çatdı.Hamının “ifritə” adlandırdığı şöbə müdiri birinci çıxış etdi.
    Və sənin layihəni alt-üst elədi.Elə coşdu ki,etika qaydalarını belə- pozdu.Təhqirə
    keçdi.
    -Rasim müəllim,mən belə işçini bir gün də işdə saxlamazdım.Əgər belə getsə…
    -Kifayətdi.Əyləşin! Aman verin başqa yoldaşlar da öz fikirlərini bildirsinlər.
    “İfritə” susmağa məcbur oldu.Rasim müəllim üzünü qocaman mühəndis Məm-
    Mədkərim müəllimə tutdu:-Sənin fikrin nədir?Məmmədkərim müəllim elə bil
    yatmışdı,yuxudan oyandı.Dili topuq vura-vura:-Hə,deməli,deyəsən…bu la…la…
    Rasim müəllimin zəhmli sifətinə bir xoş təbəssüm yayıldı.Tarıma çəkilən əsəb-
    lər yumşaldı.Hamı bir yüngüllük hiss elədi.Sənin ağarmış üzün birdən birə qıp-
    qırmızı oldu.Qısa bir pauza yarandı.
    Bir də onda ayıldım ki,ayaq üstəyəm.Səni müdafiə eləyirəm.Özüm özümə mat
    qalmışdım.Çünki mən iclaslarda hələm-hələm çıxış eləməzdim.Hələ indi də yadı-
    ma sala bilmirəm ki,bu necə baş verdi.Ha fikirləşirəm,bir yana çıxara bilmirəm.
    Baş direktor mənim rəyimlə razılaşdı.Xırda-para nöqsanları düzəltmək şərtiy-
    lə sənin layihən əsasən qəbul olundu,
    İlahi,sən necə sevinirdin.Ucmağa qanadın yoxdu.Gözlərini gözlərimdən çəkmədən gülümsəyirdin.Utanmasaydın bəlkə də yüyürüb məni qucaqlayıb
    öpərdin…Heyif ki öpmədin…
    İclas başa çatdi.İş saatının sonuna beş dəqiqə qalmışdı.Mən iş stoluma əl gəz-
    dirib,aşağı-yeməkxanaya düşdüm ki,heç olmasa bir stəkan çay içim.Yarıyolda
    səninlə qarşılaşdım.Daha doğrusu sən qarşımı elə kəsdin ki,aradan çıxmağa macal
    tapmadım.Əlini mənə tərəf uzatdın və dedin:
    -Çox sağ olun,Hafiz müəllim!Heç bilmirəm Sizə necə təşəkkür edim.
    Məni xilas elədiniz.
    Əlin əlimi yandırdı.Mənə elə gəldi ki,əlin bax indicə ovcumda əriyib yox
    Olacaq.Elə qorxdum ki!Və istədim ki…Bu an sən səssiz-səmirsiz elə ağladın ki!
    Bir anda özümü itirdim.Bilmədim neyləyim.Səni necə ovudm.Sifətimin od tutub
    Yandığını,Kürəyimdən axan soyuq tərin köynəyimi islatdığını hiss etdim.Əlin
    əlimdə ikimiz də donub daşa dönmüşdük.Elə bilirdim bu dördmərtəbəli binada
    nə qədər adam varsa,hamısı bizə baxır.Ürəyimdə”Allah-Allah”deyə pıçıldayırdım.
    Sən nələrsə danışırdın,ancaq mən heç nə eşitmirdim.Qulaqlarım uğuldayırdı.
    …Bəlkə də aradan min il ötdü desəm,yanılmaram.Bəlkə də bir dəqiqə…Yadımda
    deyil.Bircə o yadımdadı ki,Sən səssiz-səmirsiz ağlayırdın.Pərişan tellərin üzünə.
    Çiyinlərinə dağılmışdı.Nəmli,qıyıq,qara gözlərini gözlərimin içinə zilləyib durmuş-
    dun.

  • Rüfət AXUNDLU.Yeni şeirlər

    Rufet (2)

    * * *

    Sevda bizim üçün oyuncağıymış,
    Sən demə, oynayıb baş qatırıqmış.
    Oynada-oynada bu oyuncağı,
    Məcnunun ruhuna daş atırıqmış.

    Yalanla dolu bir məhəbbət üçün,
    Min hiylə, min dona girə bilmişik,
    Hələ söylənməyən həqiqət üçün,
    Nələri biz qurban verə bilmişik.

    Nələri itirib, nəyi tapmışıq?
    Bunu nə sən bilir, nə mən bilirəm.
    Yalan süstlüyündən ayılmamışıq,
    Hər yeni günümü dünən bilirəm.

    Bizə bu sevdadan nə pay düşdü ki?
    Ürəyin atəşi söndü günbəgün.
    Gözüm gözlərinə çox öyrəşdi ki,
    Əsl həqiqəti axtarmaq üçün.

    Sevda bizim üçün oyuncağıymış,
    Sən demə, oynayıb baş qatırıqmış.
    Oynada-oynada bu oyuncağı,
    Məcnunun ruhuna daş atırıqmış.

    Görmədimi

    Tarixlərdən qopan eşqim,
    Yaddaşlara hopan eşqim,
    Varlığımı tapan eşqim,
    Məni məndə görmədimi?!

    Xəzan olmuş bağ kimiyəm,
    Haqq deyiləm, haqq kimiyəm,
    Əyilməyən dağ kimiyəm,
    Çəni məndə görmədimi?

    Yoxdu səndə qayda, qanun,
    Dayansam da bəzən susqun,
    Dəli deyib, dəli Məcnun,
    Ünü məndə görmədimi?

    Dərd əyləşib dərd üstündə,
    Dərdim tarix yeni gündə,
    Köhnə Fərhad külüngündə
    Yeni məndə, görmədimi?

    Demə, sənsiz azadmışam,
    Səni azad yaşatmışam,
    Mən məndə sən yaratmışam,
    Səni məndə görmədimi?

    Gizlənmişəm

    Bir yerdə bənd almayan,
    Köçümdə gizlənmişəm.
    Mən bu qamət, bu boyda,
    Biçimdə gizlənmişəm.

    Qaraya ağ demişəm,
    Nahaqqa haqq demişəm,
    Haqqa nahaqq demişəm,
    Suçumda gizlənmişəm.

    Özümdən geri qaçıb,
    Qırxımdan diri qaçıb,
    Yeddimdən bəri qaçıb,
    Üçümdə gizlənmişəm.

    Tarixi daşlaşdırıb,
    Ruhumu yadlaşdırıb,
    Genimi kodlaşdırıb,
    Saçımda gizlənmişəm.

    Çöl üzümdə biçim var,
    Aralıqda seçim var,
    “İki dünya” içim var,
    İçimdə gizlənmişəm.

    Gedirəm

    Taleyimdən söz açandan,
    Hər gün yeni iz açandan,
    Bu dünyaya göz açandan,
    Qoymadılar Tam olmağa.

    Yanır bağrım, yanır niyə?
    Ümid qalıb bu taleyə,
    Pərvanə yaşasın deyə,
    Ürək qaçır şam olmağa.

    Sözümdə haqq, dilimdə haqq,
    Nahaqlara zülümdü haqq,
    Əzəmətli ölümdü Haqq,
    Hazıram edam olmağa.

    Əcəl iş-gücünü atıb,
    Məni yaman dilə tutub,
    Vədə yetib, məqam çatıb,
    Gedirəm adam olmağa.

  • Şəfa VƏLİYEVA.Yeni şeir

    sefa1-450x300

    -nəyi vəsf etsin bu şair?
    Ayrılıq doymaz ki sözdən…
    Nə var ikimizə dair?
    Xatirələr küsüb bizdən…

    -yazılan bütün misralar
    Yarım ümid-yarım şübhə…
    Yandırılan bəyaz şamlar
    Öləziyər üzü sübhə…

    -evimizin pəncərəsi
    Yaddan çıxıb açıq qalıb…
    Ürəyimin pəncərəsin
    Hələ açan tapılmayıb…

  • Deyişmə: Aybəniz QAFANLI və İlkin ABBAS

    10515052_1454147261518412_988404994_n

    AYBƏNİZ

    Nigaranam elə səndən,
    Danış görüm, həncərisən?
    Baxıb durma mənə gendən,
    Danış görüm, həncərisən?

    İLKİN

    Mən baxmıram sənə gendən,
    Bir saf eşq gözlərəm səndən,
    Gəl nigaran qalma məndən
    Yaxşıyam, sən həncərisən?

    AYBƏNİZ

    Əllərini üzmə məndən,
    Belə kənar gəzmə məndən,
    Sən Allah gəl bezmə məndən,
    Danış görüm, həncərisən?

    İLKİN

    Əllərini üzən kimdir?
    Səndən kənar gəzən kimdir?
    Bu sevdadan bezən kimdir?
    Yaxşıyam, sən həncərisən?

    AYBƏNİZ

    Mənsiz keçən ildən danış,
    Mənsiz bitən güldən danış,
    O obadan eldən danış,
    Danış görüm, həncərisən?

    İLKİN

    Nə danışım sənə ildən?
    Sənsiz əldə solan güldən?
    Danışaram oba eldən,
    Yaxşıyam, sən həncərisən?

    AYBƏNİZ

    Yollarıma tozmu qonub?
    Gözün üstə gözmü qonub?
    Dodağına sözmü qonub?
    Danış görüm, həncərisən?

    İLKİN

    Yoluma toz qonan deyil,
    Gözümə göz qonan deyil,
    Dilimə söz qonan deyil,
    Yaxşıyam, sən həncərisən?

    AYBƏNİZ

    Qəribsədim, gəldim axı,
    Bu hicranı sildim axı,
    Bir dillən, din, öldüm axı,
    Danış görüm, həncərisən?

    İLKİN

    Gözləyirəm, gəl, gəl daha,
    Bu hicranı sil, gəl daha,
    Mən sənsizəm bil, gəl daha,
    Yaxşıyam, sən həncərisən?

  • Gülnarə İSRAFİLQIZI.”Sənin üçün” (Yeni şeir)

    234435423665547648

    Getmə
    Gedişinlə qığılcım alışar addımlarında,
    Sarılar addımlarıma.
    Baxarsan hər addım sənsiz,
    Yeridikcə yandırır varlığımı.
    Getmə
    Susuzluğundan,
    Enər yarpaq-yarpaq,
    Tökülərəm,
    Sən gedən yollara.
    Sənin üçün,
    Nəğmə olaram dodaqlara.
    Getmə.

  • Gülnarə SADİQ.”Vətənəm” (Yeni şeir)

    03-300x225

    Mən Anayam!
    Mən Vətənəm!
    Gör nə qədər oğul dağı
    Verib mənə əzəl düşmən.
    Dərbəndimə yas tutmamış
    Borçalımı apardılar.
    Zəngəzura yas tutmamış,
    Bu həsrətə alışamamış
    Təbrizimi qopardılar.
    Bir yara var ürəyimdə,
    Şuşa adlı nazlı gəlin.
    Bir acı var ürəyimdə ,
    Laçın adlı adlı dağlar qızı.

    Bu dərdim bu kədərim,
    Babəkimin,Koroğlumun
    Qeyrətinə yaman dəyib,
    Bu ayrılıq,bu həsrətim,
    Həcərimin ürəyinə yaman dəyib.
    Mən ölmüşəm.
    Mən bitmişəm.
    Vətənsizlər vətəninə çevrilmişə.
    Xocalımın göz yaşları
    Buludları parçalayıb.
    Kəlbəcərin ah naləsi
    Ürəkləri qucaqlayıb.
    Itkin balam,
    Körpə balam.
    Ey,Fizulim!De hardasan?
    Düşman ayaqları batıb bağrına.
    Ey,bala,
    Ey,oğul!
    Halın necədi?
    Gözlərim qəlbində qalıbdı,Bala!
    Mən anayam!
    Mən vətənəm!
    Mən ürəyi dağlı Vətənəm!

  • Fidan ABBASOVA.”Nə qədər oğullar itirdin, Vətən?!” (Yeni şeir)

    10416857_651226731621393_1512149730_n (1)

    Nə qədər oğullar itirdin vətən?
    sayını artırır düşmən həmləsi
    Başın sağ olsun qoy sənin ey Vətən
    dilimizdə şüar bu söz kəlməsi…

    Analar qan tökür göz yaşı deyil
    axı bu qanların cavabı yoxmu?
    şəhid məzarına hamı baş əyir
    o dinclik , uzaqda çoxmu?

    Mən dözə bilmirəm bu haqsızlığa
    gör şəhid anası necə dözəcək
    Onlar qovuşacaq bir sonsuzluğa
    yenidən dünyaya övlad gələcək.

    Bir tale yazısı bir vətən dağı
    hər gün inlədəcək necə qəlbləri
    içində çox övlad şəhid harayı
    soyudacaq buz tək isti əlləri…

  • Mayisə ƏSƏDULLAQIZI.”Cənnətə gedəcik” (Yeni şeir)

    1533150_672733326111760_899121006_n

    Hərdən düşürsən yadıma,
    Bu vaxtacan çalışaraq qazanılan var-dövləti
    həm itirən, peşman olan insan təki,
    Üzündəki hər bir çizgin qırış-qırış,
    Bilmirəm nəyə görəsə, tale görüşdürdü bizi,
    oldun qəlbimin əzizi…
    Bu nisgilli, həm alovlu ürəyimin həm söhbəti,
    həm də sözü…
    Bir xatirə qaldı səndən,
    Saxlamışam gözlərimin qarasında,
    Sevgi ilə həsrətimin arasında!
    Axirətə getsəm belə, ruhum səni arayacaq,tapacaq,
    Səhərədək yuxundan getməyəcəm,
    Əllərindən tutacam, gözlərindən öpəcəm,
    ətrini qoxlayacam!
    Ağ atımı səsləyib, tərkinə minəcəyik,
    Həsrəti burda qoyub, cənnətə gedəcəyik!!!

    “Zəfəran ətirli Bakı gecələri” şeirlər kitabı, Bakı-2012

  • Gənc xanım yazar Gülnarə İsrafilqızının şeirləri Qardaş Türkiyə Cümhuriyyətində dərc olundu

    10366056_590660737709272_2490953218907291455_n

    Gündəlik İnformasiya Agentliyinin Mətbuat xidmətinin Qardaş Türkiyə Cümhuriyyətinin Tokat şəhərində fəaliyyət göstərən Tokat Şairler ve Yazarlar Derneğinə istinadən yaydığı məlumata görə, “Kümbet” eğitim, kültür, sanat ve edebiyyat dergisinin 33-cü buraxılışında Çağdaş Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Azərbaycanın istedadlı gənc xanım yazarı, Gündəlik İnformasiya Agentliyinin Baş məsləhətçisi, Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Baş redaktoru, Dünya Gənc Türk Yazarlar Birliyinin üzvü, gənc xanım yazar Gülnarə İsrafilqızının şeirləri Azərbaycan türkcəsindən Türkiyə türkcəsinə tərcümə olunmaqla, dərc olunub.
    Şeirləri Azərbaycan türkcəsindən Türkiyə türkcəsinə tərcümə edən Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Rəhbəri, “Hüseyn Arif” Ədəbi Birliyinin üzvü Kamran Murquzovdur.

  • Gülnarə SADİQ.Yeni şeirlər

    03-300x225

    LALƏM MƏNİM

    Bu könül baxçamda,vüsal bağımda,
    Nə gözəl açmısan tər Laləm mənim.
    Yanan ürəyimdə,solan çağımda,
    Solmaz ümidimsən,tər laləm mənim.

    Qoymaram hüsnünə baxanlar olsun,
    Baxıb da,qoxunu alanlar olsun,
    Səni eşq oduna salanlar olsun,
    Süslənən gülümsən,tər laləm mənim.

    Sadiqin qələmi hey səndən yazar,
    Baxıb camalına yolunu azar,
    Loğmansan gəl gör ki,nədir bu azar?
    Xəstəyəm,dərmanım sən,laləm mənim.

    NƏ EDİM MƏN SƏNİ SEVƏ BİLMƏDİM

    Sevgidən ürəyi yaralı quşam,
    Bağışla sevgini görə bilmədim,
    Həsrətdən çatlayan qoca bir daşam
    Nə edim mən səni sevə bilmədim.

    Qara bir gecənin boz səhəriyəm,
    Acı bir həsrətin saz dəlisiyəm,
    Yad sevdadan qaçağam yol hərisiyəm
    Nə edim mən səni sevə bilmədim.

    Nakam ömrüm tənhalığa alışqan,
    Göz yaşına,dərdi-qəmə alışqan,
    Bu ruhum ögeyliyə alışqan
    Nə edim mən səni sevə bilmədim
    .
    Söykənib eşqinə yaşamaq olmur,
    Sənin ürəyinə sığınmaq olmur,
    Qəlbimlə nəfəsinə sarılmaq olmur
    Nə edim mən səni sevə bilmədim.

    Qara taleyimin ağ vərəqləri,
    Solğun baharımın tər çiçəkləri,
    Çəkib ürəyimdən sən get əlini
    Nə edim mən səni sevə bilmədim.