Post Views: 34 Şairə-jurnalist-publisist Azərbaycan Yazıçılar Birliyinin üzvü, “Qızıl qələm” media mükafatı laureatı, “Mənim dünyam” – silsiləsindən Sönmür nə həsrəti,nə məhəbbəti, Qulaqda sırğadır hər nəsihəti. Olmayıb kimsəyə bir qəbahəti, Gülərüz,mehriban,ailəyə həyan- O,mənim babamdı,məşəltək yanan. Yaxşıya heç zaman yaman demədi. Atəşdən,alovdan köynək geymədi. Ömründə bir tikə haram yemədi, Harama düşməndi,Haqqa inanan- O,mənim babamdı ,məşəltək yanan. Elin …
Oktyabr 22, 2016
Rahilə DÖVRAN.”Olmusan”
Post Views: 26 Şairə-jurnalist-publisist Azərbaycan Yazıçılar Birliyinin üzvü, “Qızıl qələm” media mükafatı laureatı, “Könül dəftərim” – silsiləsindən Nə zamandır gülmürəm, Öləmmirəm, ölmürəm. Heç səbəbin bilmirəm, Niyə, zalım olmusan? Sevgi oyuncaq deyil, Kimə salmısan meyil? Dön dinə, Haqqa əyil, Niyə, zalım olmusan? Bilməm, nəymiş günahım? Necə üzünə baxım? Dağ – daşı yaxır ahım, Niyə, zalım olmusan? …
Abdulla MƏMMƏD.”Buludlarla salamlayır göy yeri”
Post Views: 43 “Qubanın təbiəti” silsiləsindən Şahdağından,Babadağdan yön alan, Çaylarının nəğməsi min avazlı. Dərələrdən cığırlara boylanan Nərğiz nazlı,lalə nazlı-ğül nazlı. Burda dağın duruşunda bir vüqar, Yaşıl meşə Əlçapanın kürkümü? Şahdağının çal saçları dümağ qar Bu mənzərə təbiətin hökmümü?! Möcüzəmi daş üstündə ağaclar, Burda ot da daş üstündə göyərir. Sanki sirdir bu yerlərdə nə ki var- …
Abdulla MƏMMƏD.”Qurban olduğun”
Post Views: 24 Sən kimi sevirsən heç bilirsənmi? Qəlbi qara daşdır qurban olduğun. İlanı yuvadan çıxarar dillə, Şeytana qardaşdır qurban olduğun. Sənə ünvanlanan sözünə bəndsən, Sözündən daha çox özünə bəndsən, Oğrun baxışına,gözünə bəndsən, Sevən qəlbə daşdır qurban olduğun. Ona fərq eləməz sənsən,ya qeyri, Sözündə düz olmaz gözündən əyri… Yüz yol söyləsəm də sənə,nə xeyri? Desəm:”Qəlbi …
Mais TƏMKİN.”Qəbir üstü düşüncələr”
Post Views: 31 Ağı deyib, məni səslər, Göz yaşında oxşar, bəslər, Dərd-qəmimə susan kəslər, Dil açar sinəm üstündə. Seçib haqqın dərgahını, Səsləyəcək Allahımı. Əfv etməkçün günahımı, Əl açar sinəm üstündə. Qalammarıq nə sən, nə mən, Biz gedərik, dünya həmən… Üstündə gəzdiyim çəmən, Gül açar sinəm üstündə!
Mais TƏMKİN.”Mənə bir şəkil göndər”
Post Views: 47 Sən mənə bir şəkil göndər, Baxıb ona, dəli olum. İçimdə yanan ocağın, Alovlanan dili olum. Sən mənə bir şəkil göndər, Öz-özümə aşıb-daşım. Gecə-gündüz qoy şəklinə Baxmağa qarışsın başım. Sən mənə bir şəkil göndər, Can alıb, dursun qəsdimə. Öpüm, şəkildə üzündən, Basım sinəmin üstünə. Səni sənsiz belə sevmək, Bir az mənə rahat olur. …
Müzəffər MƏZAHİM.”Qorxuram”
Post Views: 35 Ölüm mənə vız gəlir, Mən ömürdən qorxuram. Sükutu kiridirəm, Səs-səmirdən qorxuram, Bu düyünlər, bu sirrlər, Hisslərimi əzirlər… Pambıqla baş kəsirlər, Mən dəmirdən qorxuram. Dünya cığal, qəlbqıran, İti qurda qısqıran… Çoxluca su aparan, Bu xəmirdən qorxuram. Məramımı ləngidən, Hövsələmi təngidən, Yollarımı səngidən, Bu səbrdən qorxuram. Sevinc dərdə əriyir, Təsəllilər kiriyir… Cəmlər birdən törəyir, …
Müzəffər MƏZAHİM.”Səadətdir azadlıq”
Post Views: 31 Öyrəş müstəqilliyə, Dirçəl a xalqım mənim. Çox bəlalar çəkibdir, Bu gülüstan Vətənim. Qoru bu gülüstanı, Əziz tut ki , canından. Su içib hər ləçəyi, Şəhidlərin qanından. Qandan-qadadan keçən, Əmanətdir azadlıq. Məhəbbətdən su içən, Səadətdir azadlıq.