Sayt 2012-ci il fevral ayının 14-də Bakı şəhərində gerçəkləşdirilən "Çağdaş Azərbaycan ədəbiyyatının inkişafına dəstək" layihəsi çərçivəsində istifadəyə verilib. E-mail: edebiyyat-az.com@mail.ru, Əlaqə telefonu: 051 795 44 33 Ünvan: Azərbaycan Respublikası, Bakı şəhəri

Göstərir: 1 - 60 of 2. 254 NƏTİCƏLƏR
Azərbaycan Prezidenti

Dünya azərbaycanlılarına

Post Views: 76 Əziz həmvətənlər! Hörmətli soydaşlar! 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günü bütün soydaşlarımızın mənəvi birliyinin rəmzi kimi hər il geniş qeyd olunur. Bu sevimli bayram ərəfəsində sizi ürəkdən salamlayır, hamınıza xoşbəxtlik və əmin-amanlıq arzulayıram. Ümummilli lider Heydər Əliyevin nəsihətlərinə əməl edən Azərbaycan dövləti başqa ölkələrdə məskunlaşmış həmvətənlərimizin taleyinə diqqətlə yanaşır, onların hüquqlarının …

Publisistika

Sumqayıt mədəniyyət müəssisələrində silsilə bayram tədbirləri keçirilib

Post Views: 29 Sumqayıt şəhər mədəniyyət müəssisələrində 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə silsilə tədbirlər keçirilib. Q.Qarayev adına Uşaq musiqi məktəbində keçirilən tədbirdə bayram əhval ruhiyyəli və vətənpərvərlik ruhunda oxunan mahnılar, müxtəlif musiqi alətlərində ifalar və rəqslər dinləyicilər tərəfindən maraqla qarşılanıb. F.Əmirov adına uşaq musiqi məktəbində skripkaçılar ansanblının ifasında “Jingle Bells” …

Publisistika

Şagirdlərin bilik və bacarıqlarının önə çıxarılması

Post Views: 32 Fəal təlim metodlari ilə keçirilən dərslər ənənəvi dərslərdən bir çox üstünlükləri ilə fərqlənir. Belə dərslərdən biri də Sumqayıt şəhər 14 saylı tam orta məktəbin ibtidai sinif müəllimi Sədayə Həmidovanın 3 d sinfinin şagirdləri ilə Azərbaycan dili fənnindən “İsim” mövzusunda hazirladığı açıq dərsdir. Dərsin ilk dəqiqələrində şagirdlər qonaqları salamladılar. Müəllim şagirdlərdə biliyi, məntiqi, …

Ana səhifə

“Azərbaycan onun bizə əmanətidir”

Post Views: 27 İnsan mənafeyi etibar, cəsarət, qürur, iftixar və digər bu kimi ülvi hisslər ilə formalaşır. Xoşbəxt o xalqdır, o cəmiyyətdir ki, öz içərisindən həmin hissləri yaşaya biləcəyi şəxsiyyətləri yetişdirmiş olsun. Bu baxımdan zamanın bütün sınaqlarından çıxmış və həyatın hər üzünü görmüş Azərbaycan xalqı sözün həqiqi mənasında xoşbəxt xalqdır. Çünki əgər biz bu gün …

Publisistika

Elnarə GÜNƏŞ.”Şaxta babaya məktub…”

Post Views: 47 Elnarə GÜNƏŞ, Gündəlik Analitik İnformasiya Agentliyinin İsmayıllı şəhəri üzrə xüsusi müxbiri, Azərbaycan Jurnalistlər Birliyinin üzvü. Şaxta baba kimdir, insanlar ona nə üçün bu qədər maraqlıdırlar? Çoxlarımız uşaq ikən bircə dəfə də olsa Şaxta babaya məktub yazmışıq. Bəs Şaxta babaya göstərilən bu etimad, sayğı nədən qaynaqlanır. Niyə uşaqlar onun mütləq bu məktuba cavab …

Azərbaycan ədəbiyyatı

Şəhla VAHİD.Yeni şeirlər

Post Views: 52 SAXLA DÜŞÜM Saxla, zaman qatarını, Tanrım, burda saxla, düşüm. Anam ilə birgə sən də, Taleyimə ağla, düşüm. Qurdun alaçıq ömrümü, Dərdlərə açıq ömrümü. Bu yarı uçuq ömrümü, Uçur, bür-bük, bağla, düşüm. Orda ruhum, burda cismim, Qalar intizarda cismim. Qalmasın məzarda cismim, Yer kürəsi, laxla, düşüm. DEYiL Üfürmə kül ürəyimə, Onsuz da közərən …

Azərbaycan ədəbiyyatı

Əliağa KÜRÇAYLI.Şeirlər

Post Views: 34 İstanbullu Kamal Londonun tən ortasında, Pikadello meydanında İstanbullu göygöz Kamal Əyləşibdir dükanında. O, bir funta aldığını Bir funt əlli pensə satır. Tiyanında atəş açan Qovurduğu şabalıddır. -Nə vaxt gəldin? -Dörd sənədir. -Niyə gəldin? -Çörək… para… Yüz “thank you” söyləyirəm Mən şabalıd alanlara. -Evlisənmi? -Əvət, əvət, Mən evliyəm, çoçuq, qarı. Şabalıdla saxlayıram Bu …

Publisistika

Kamran MURQUZOV.”Heydər Əliyev və yeni nəsil Azərbaycan gəncliyi”

Post Views: 28 Son zamanlar dövri mətbuatda yeni nəsil Azərbaycan gəncliyinin nümayəndələrinin yazıları istər mətbu orqanlarda, istərsə də elektron orqanlarda yayınlanaraq facebook və twitter kimi dünyanın ən nəhəng sosial şəbəkələrində ictimaiyyət nümayəndələrinin nəzərinə çatdırılır. Bununla da, Çağdaş Azərbaycan ədəbiyyatının tərkib hissəsi olan yeni nəsil Azərbaycan gəncliyinin nümayəndələrinin əsərlərinin təbliği, müasir ədəbi prosesə cəlb edilməsi, dünyanın …

Azərbaycan ədəbiyyatı

Kənan AYDINOĞLU.”Ortasındayam”

Post Views: 29 Qüvvətsiz qoluma qüvvət verən o, Allahla “Quranın”ortasındayam. Ana tək qulağa layla deyən o, Allahla “Quranın” ortasındayam. Kafiri boynuma şər ata bilməz, Qaçsa da arxamca o çata bilməz, Söykənsəm Allaha heç bata bilməz, Allahla “Quranın” ortasındayam. Möminə heç zaman yetirməz xələl, Şirin gəlməz ona heç də cah-cələl, Tutduğu hər işi yazdırar əməl, Allahla …

Azərbaycan ədəbiyyatı

Şəhla RAMAZANQIZI.”Gizli xəstəlik” (Hekayə)

Post Views: 32 Bu gün də adi günlərdən biridir. Axşamdan yağan şiddətlə yağan yağış sabaha doğru zəiflədi, tədricən kəsildi. Jalə həmişəki kimi bu gün də böyük həvəs və zövqlə işə getməyə hazırlaşır. Küləkli yağan yağış təmirə ehtiyac duyan işıq tellərini sıradan çıxarıb. Ona görə də işıq yanmır. Jalə tədbirli qızdır. O axşamdan işlərini qaydasına qoyur …

Azərbaycan ədəbiyyatı

Fidan ABBASOVA.”Hər sabah günaydın deyərək bizə”

Post Views: 42 Hər sabah günaydın deyərək bizə günəşdə eşikdən boylanır bu gün çəməndə lalələr əyilib dizə sanki qirmizi don geyib büsbütün.. Qoxusu yayılır ətrafa inan sanki sənin ətrin sənin baxışın qəlbimə düşmüsən sevgilim yaman sanki doğma gəlir yenə bu qışım. Üşütmür qar məni, dumanda çəndə Sənin xəyalına qonaq gedirəm Elə bir hiss var ki, …

Azərbaycan ədəbiyyatı

Mayisə ƏSƏDULLAQIZI.Yeni şeirlər

Post Views: 25 Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, “İctimaiyyət və təhsil” qəzetinin təsisçisi və baş redaktoru, “Qızıl qələm” media mükafatı laureatı ƏNGƏRDƏ DAYANAN ƏSGƏR Oyanmışıq top səsinə, İgidlərin nərəsinə. Murov, Tülküdərəsində, Hərdənbir gözün yol çəkər. Səngərdə dayanan əsgər. Qorxutmur nə qar, nə yağış, Səni verənə min alqış. Yaman gəldi bu ilki qış, Qarda, çəkmənin …

Azərbaycan ədəbiyyatı

Gülnarə İSRAFİL.Yeni şeirlər

Post Views: 24 Dünya Gənc Türk Yazarlar Birliyi və “Gənc Ədiblər Məktəbi3″ün üzvü * * * Varla yoxun arasında sonsuz çalardı insan. Rənglər, xarakterlər bitmir sinir ucluqlarında. Özünü qavrayandan sevgi axtarışında, sevgisizlik xətlərinə qədər uzanan yolu qət etməkdə fırçalanır, boyanır yeni mənzərələrə. 0;1 intervalıdı xəyallar. klassikləşmiş düşüncələrin təkanı nəfəsini içinə çəkməkdi. Avanqard sevgilərin əlaməti qucaqlaşmaq …

Azərbaycan ədəbiyyatı

Rüfət AXUNDLU.Yeni şeirlər

Post Views: 27 AYB və DGTYB üzvü, “Gənc Ədiblər Məktəbi”nin müdavimi, Azərbaycan Respublikası Prezidentinin Təqaüd Fondunun təqaüdçüsü Gizlənmişəm Bir yerdə bənd almayan, Köçümdə gizlənmişəm. Mən bu qamət, bu boyda, Biçimdə gizlənmişəm. Qaraya ağ demişəm, Nahaqqa haqq demişəm, Haqqa nahaqq demişəm, Suçumda gizlənmişəm. Özümdən geri qaçıb, Qırxımdan diri qaçıb, Yeddimdən bəri qaçıb, Üçümdə gizlənmişəm. Tarixi daşlaşdırıb, …

Azərbaycan ədəbiyyatı

Afət VİLƏŞSOY.Yeni şeirlər

Post Views: 44 Azərbaycan Yazıçılar Birliyinin üzvü, Prezident təqaüdçüsü Bu şəhər Açıb ürəyimi sərdim önünə, Bu şəhər sümürdü qanımı mənim. O kənddən quzutək fağır gəlmişdim, Qurbanlıq elədi canımı mənim. Palaza bürüyüb ellə sürüdü, Qadına döndərdi təzə-tər məni. Əlimi ətəkdən uzun saxladı, Yarımcan elədi bu şəhər məni. Bir də ayıldım ki, otuz ikim var, Kəsdirib böyrümü …

Azərbaycan ədəbiyyatı

Təvəkkül GORUSLU.Yeni şeirlər

Post Views: 23 QƏMƏR ÜZÜDÜ Əfsanə yazmıram, nağıl yazmıram, Yazdığım şeirdi, qəlbin sözüdü. Düşüb labirintə gedib azmıram, Nədən bəhs edirəm…onun özüdü! Sevməyən ürəyin təpəri olmaz, Sevirsə qınağın çəpəri olmaz, Sevmirsə sevgidən xəbəri olmaz, Deməli, yazdıran eşqin közüdü! Gördümsə gözünü, düşdümsə oda, Bu odda yanmağa razısa o da, Məni xilas edən, yetəcək dada, O, maral baxışlı …

Azərbaycan ədəbiyyatı

Nəcibə İLKİN.Yeni şeirlər

Post Views: 26 Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, “Azad qələm” ədəbi-bədii, ictimai-publisistik qəzetinin və “Ali Ziya” ədəbi-bədii, elmi-publisistik jurnalının təsisçisi və baş redaktoru Yuxuma gəlmişdin…. Yuxuma gəlmişdin yenə bu axşam, Gördüm ki, yamanca qaşqabaqlısan. İstədim oxşayıb könlünü alam, Əsdi güclü külək, şığıdı leysan. Bilmədim sən harda, mən harda qaldım, Qaçdım gah o yana, gah …

Azərbaycan ədəbiyyatı

Zeynəb DƏRBƏNDLİ.Yeni şeirlər

Post Views: 31 Azərbaycan Jurnalistlər Birliyinin Sumqayıt şəhər təşkilatının Gündəlik Analitik İnformasiya Agentliyi və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının “Cənubi Qafqaz Xalqları üzrə xüsusi müxbir”i, İraq Türkmən Yazarlar Birliyinin, Dərbənd Ədəbiyyatçılar Birliyinin, Azərbaycan Yazıçılar Birliyinin üzvü Yenə məni xeyal aldı apardı Yenə məni xeyal aldı apardı, Yenə gözlərimdə susdu kainat. Həsrət məni məndən çəkdi qopardı, …

Azərbaycan ədəbiyyatı

Əziz MUSA.Yeni şeirlər

Post Views: 77 Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, “İlham çeşməsi” qəzetinin təsisçisi və baş redaktoru, Azərbaycan Respublikası Prezidentinin Təqaüd Fondunun təqaüdçüsü ÖYRƏŞDİ O dağlardan köç edənlər, Gəlib şəhərə öyrəşdi. Ömrümüzü puç eyləyən, Qəmə, qəhərə öyrəşdi. Düşmənlə cəngə girənlər, Köksünü dərdə gərənlər, O xoş günləri görənlər, Acı xəbərə öyrəşdi. Dağlarda deyib, gülənlər, Torpağın qədrin bilənlər, …

Ana səhifə

Deyişmə: Çingiz KÜRDƏMİRLİ və Nail DAĞLAROĞLU

Post Views: 48 Bu qıfılbənd Çingiz Kürdəmirlidən gəldi, açması Nail Dağlaroğludan Çingiz Kürdəmirli: Sual verim fikirləş cavabını, Göstərginən dözümünü, tabını. Çəkməginən cəhənnəm əzabını, Söylə görüm sən kimə baş əyirsən? Nail Dağlaroğlu: Sual verdin, mən də verim cavabı, Göstərəcəm məndə canımda tabı. Çəkməməkçün cəhənnəmdə əzabı, Namaz üsdə Allaha baş əyirsən! Çingiz Kürdəmirli: Dörd ünsürü nə cəmləyir …

Azərbaycan ədəbiyyatı

Qalib ŞAMXALOĞLU.Yeni şeirlər

Post Views: 49 Şaxta baba, sən Allah, gəlmə biz tərəflərə! Bizə qaz çəkilməyib, odun da yoxdu vallah Tək odun dərdi deyil, qayğımız çoxdu vallah! Sənin hənirin gəlir, dəhşət soyuqdu vallah , Bizdə sıfırdı rifah, gəlmə biz tərəflərə , Şaxta baba, sən Allah, gəlmə biz tərəflərə! Bir az külək əsəndə işığı söndürürlər , Məmurlar bu milləti …

Azərbaycan ədəbiyyatı

Rahilə DÖVRAN.Yeni şeirlər

Post Views: 23 Şairə-jurnalist-publisist Azərbaycan Yazıçılar Birliyinin üzvü, “Qızıl qələm” media mükafatı laureatı, GƏZƏCƏK MƏNİ “Könül dəftərim” – silsiləsindən Görünür sevdamız, bura qədərmiş, Bu eşqin nəsibi qüssə, kədərmiş. Yaşanmış bunca il, heçmiş, hədərmiş Nəfsin eyləsə də, hərcayi səni, Gözlərin hər yerdə, gəzəcək məni. Uydun mala, mülkə,vara, sərvətə, Meyl etdin sevgisiz, cahil şəhvətə. Vətəni dəyişdin, uzaq …

Azərbaycan ədəbiyyatı

Abdulla MƏMMƏD.Yeni şeirlər

Post Views: 50 MƏNİM NAĞILIM (“GƏRÇƏK YUXULAR SİLSİLƏSİNDƏN”) Mənim nağılımın əvvəli ölüm, Mənim nağılımın sonu kədərdir, Mənim nağılımda sürünmək zülüm, Ölərək yaşamaq ondan bətərdir. Mənim nağılımda yollar ikili, Mənim nağılımda yollar qarışıq. Durmuşam gözləri yola dikili, Özümdən xəbərsiz dərdlə barışıb. Qırxıncı otağı üzümə bağlı, Ümid qapısından kilid asılıb. Göylər tək qaralıb bəyaz nağılım, Mavi səmasından …

Azərbaycan ədəbiyyatı

Polad SABİRLİ.Yeni şeirlər

Post Views: 28 Dünyanın Hər işi görəsən öz zamanında, Çox böyük hökmü var hər bir anın da, Gör kimlər üyüdü dəyirmanında, Sehirli dünyanın, sirli dünyanın. Gah bal kimi şirin, gah ilan dişi, Gah bir az sərt olur, gah xoş vərdişi, Gahdakı baş-ayaq gedir gərdişi, Sehirli dünyanın, sirli dünyanın. Bəzən də haqsıza verir fürsəti, Haqlının boynuna …

Azərbaycan ədəbiyyatı

Mais TƏMKİN.Yeni şeirlər

Post Views: 27 Qalsın Əhvalını xoş eyləyim, Qanad verim, quş eyləyim. Sənə günəş bəxş eyləyim, Sisliyin qalsın özünə. Ələkdən ələyim səni, Allahdan diləyim səni. Qızıla bələyim səni, Misliyin qalsın özünə. Didib məni didim-didim, Qoyma heç göyərim, bitim. Gəl, sənə yaxşılıq edim, Pisliyin qalsın özünə. Gözlərin Xətrini həmişə əziz tutduğum jurnalist xanım dostum, Yeganə Bağırova üçün …

Azərbaycan ədəbiyyatı

Müzəffər MƏZAHİM.Yeni şeirlər

Post Views: 57 ÖMÜR TƏSƏLLİDİR… Payız günəşinin dalında qış var, İananma yalançı işartısına. Sevincin qapısı qəmə açılar, Baxmaz gözlərinin yaşartısına. Yoxuşa dirənir enişin sonu, Ağlı-qaralıdır həyatın özü. Uğur gətirməz ki, hər işin sonu, Bərabər yaranıb əyrisi, düzü. Gülüşün izini yuyur göz yaşı, Şirinin yerini acılar tutur. Ömür təsəllidir, insanlar naşı, Hər kəsin öz dərdi özünə …

Azərbaycan ədəbiyyatı

Sumqayıtda şair Nüsrət Kəsəmənlinin 70 illiyinə həsr edilmiş tədbir

Post Views: 40 Respublikamızda tanınmış şair Nüsrət Kəsəmənlinin 70 illiyinə həsr edilmiş silsilə tədbirlər keçirilməkdədir. Bu silsilədən Sumqayıt şəhər M.Ə.Sabir adına kitabxana filialda da “Bir sevda ağlayır içimdə mənim” adlı tədbir keçirildi. Tədbirdə Azərbaycan Yazıçılar Birliyinin Sumqayıt təşkilatının nəzdində fəaliyyət göstərən “Zərif qadın” ədəbi məclisinin üzvləri, kitabxananın fəal oxucuları iştirak etdilər. Tədbiri giriş sözü ilə …

Azərbaycan Prezidenti

24 dekabr Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevin doğum günüdü

Post Views: 47 İlham Heydər oğlu Əliyev 1961-ci il dekabrın 24-də Bakı şəhərində anadan olmuşdur. 1967-1977-ci illərdə Bakı şəhərində orta məktəbdə oxumuşdur. 1977-ci ildə Moskva Dövlət Beynəlxalq Əlaqələr İnstitutuna (MDBƏİ) daxil olmuşdur. MDBƏİ-ni bitirdikdən sonra 1982-ci ildə Moskva Dövlət Beynəlxalq Əlaqələr İnstitutunun aspiranturasına daxil olmuşdur. 1985-ci ildə dissertasiya müdafiə edərək, tarix elmləri namizədi dərəcəsi almışdır. …

AJB Sumqayıt şəhər təşkilatı Azərbaycan ədəbiyyatı

Rafiq ODAY.”Ali Baş Komandanım!”

Post Views: 29 Azərbaycan Respublikasının Prezidenti, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Ali Baş Komandanı İlham Əliyev cənablarına Bütün türk dünyasının gözü dikilib sana, Türk dünyası bir yana, Azərbaycan bir yana, Yüz milyonluq millətə Azərbaycan bir ana, O mənim görən gözüm, o mənim cismim, canım, Ali Baş Komandanım! Şəhərlər kəndə dayaq, kəndlər şəhərə arxa, Ay gecəyə nur …

Azərbaycan ədəbiyyatı

Sabir Sarvanın 60 illik yubiley gecəsi keçirilib

Post Views: 27 Sumqayıt şəhər Əli Kərim adına Poeziya evində Sumqayıt şəhər İcra Hakimiyyətinin dəstəyi və şəhər Mədəniyyət və Turizm idarəsinin təşkilatçılığı ilə AYB Sumqayıt bölməsinin sədri, şair Sabir Sarvanın 60 illik yubiley gecəsi keçirilib. Gecəni giriş sözü ilə açan şair Əjdər Ol Sabir Sarvanın həyatı və yaradıcılığından danışıb. “Hər bir şair milli ruhun daşyıcısıdır. …

Publisistika

Yaradıcı şəxsiyyət və vətəndaş formalaşdirmaq hər bir müəllimin işinin əsası olmalıdır

Post Views: 34 Bu gün respublikamızın təhsil sahəsində müxtəlif istiqamətlərdə islahatlar həyata keçirilir. Bu islahatlardan biri də ibtidai təhsil sistemində artıq təsdiq edilmiş şagirdyönümlü, nəticəyönümlü, tələbəyönümlü təhsil proqramlarıdır (kurikulumlar). Azərbaycan Respublikasında ümumi təhsilin Konsepsiyası (Milli Kurikulumu) sənədində şagirdin bir şəxsiyyət kimi formalaşması üçün lazım olan bütün təlim şəraitinin yaradılması əsas məsələ kimi qoyulur. Kurikulumun modeli …

Azərbaycan ədəbiyyatı

Rahilə DÖVRAN.Yeni şeirlər

Post Views: 22 Şairə-jurnalist-publisist Azərbaycan Yazıçılar Birliyinin üzvü, “Qızıl qələm” media mükafatı laureatı, İNCİDİR MƏNİ “Könül dəftərim” – silsiləsindən Məni- məndən alıb, kənara atdın, Tökülən xəzantək, tonqala çatdın. Şirin, bal dünyama, sən zəhər qatdın, Vurduğun yaralar, incidir məni. Gəlin saçlarımı, şövqlə hörmədim, Könül, qəlb bağından çiçək dərmədim. Bu zalım dünyada, nələr görmədim? Vurduğun yaralar, incidir …

Azərbaycan ədəbiyyatı

Şəfa VƏLİYEVA.”Kirkirə” (Hekayə)

Post Views: 49 “Gənc Ədiblər Məktəbi”nin müdavimi, AYB və AJB üzvü, Prezident təqaüdçüsü, Gənclər müfakatçısı Kənddə Xıdır İlyas gününə möhtəşəm hazırlıqlar gedirdi. Qonşular seçilmiş buğdaları xəlbirləmək üçün bir-birini çəpərin üstündən haraylayırdılar. Usta İbrahim Allahın rəhmətinə gedəndən təkadamlıq xəlbirlər qıt olmuşdu. Usta özündən sonra dünyanın bu üzündə tez qırılan hacatı düzəldə biləcək bir şəyird qoymamışdı. Odur …

Azərbaycan ədəbiyyatı

Abdulla MƏMMƏD.Yeni şeirlər

Post Views: 53 BİR DÜNYA QÜSSƏSƏN GÖZÜMDƏ MƏNİM. Dedin:”Yol acıqdır üzünə sənin,” Dünya gözlərimdən düşdü bir anda. Utandım baxmağa gözünə sənin, Sözlərin üşütdü həyamı canda. Nə idi istəyin,nə idi,de nə? Payız tək saraldım bahar gözümdə. Qınadım özümü hey dönə-dönə, Sanki heçə döndü- nə var gözümdə. Oduna qalanıb yolunda yandım, Üstümə bir zərrə su çiləmədin. Dərdinin …

Azərbaycan ədəbiyyatı

Müzəffər MƏZAHİM.”Atacan”

Post Views: 36 Vardın, ömrüm şirin idi noğultək, Həyat mənə görünürdü nağıltək… İstəyinə layiqəmsə oğultək, Halal eylə onda məni, atacan. Zəhmətinlə, qayğın ilə böyüdüm, Sevgin ilə, sayğın ilə böyüdüm, Ən müqəddəs duyğun ilə böyüdüm, Yaşadıram canda səni, atacan. Ocağımda hərarətin qalıbdır, Saf süfrəmdə bərəkətin qalıbdır, Ürəyimdə məhəbbətin qalıbdır, Cücərtmişəm sevgi dəni, atacan. Sənsizliyə kürəyibdir ömrümü, …

Publisistika

“Şagirdlərə şəxsiyyət kimi yanaşmaq lazımdır”

Post Views: 24 Peşəsini müəllimlərinin timsalında sevən İlhamə Güləliyeva artıq 30 ildir ki, ibtidai sinif müəllimi işləyir. Bu şərəfli, eyni zamanda məsuliyyətli peşənin yollarında İlhamə Güləliyevanın hər zaman bir amalı, bir məqsədi olub: yalnız təhsilli deyil, kamil, bacarıqlı, sözün həqiqi mənasında vətənpərvər şəxsiyyətlərin formalaşdırılmasının təməlini əsaslı şəkildə qoymaq. Hazırda İlhamə Güləliyeva Sumqayıt şəhər 14 saylı …

"Yeni nəşrlər"

Şair Gülşən Mustafanın “Kəpənək ömrü” adlı yeni şeirlər kitabı işıq üzü görüb

Post Views: 40 Çağdaş Azərbaycan ədəbiyyatının nümayəndəsi, istedadlı şair Gülşən Mustafanın”Kəpənək ömrü” adlı yeni şeirlər kitabı “Elm və təhsil” nəşriyyatı tərəfindən 128 həcmində, 300 tirajla işıq üzü görüb. Kitabın redaktoru və ön sözün müəllifi Çağdaş Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Azərbaycan Yazıçılar Birliyinin üzvü, araşdırmacı şair Namiq Hacıheydərli, məsləhətçisi Əbülfəz Ülvi, korrektoru Nadir Qədimli, Dizayner rəssamı …

Azərbaycan ədəbiyyatı

Şair Gülşən Mustafanın “Kəpənək ömrü” adlı yeni şeirlər kitabının təqdimatı mərasimi keçirilib

Post Views: 29 Çağdaş Azərbaycan ədəbiyyatının nümayəndəsi, istedadlı şair Gülşən Mustafanın”Kəpənək ömrü” adlı yeni şeirlər kitabının Atatürk mərkəzində təqdimat mərasimi keçirilib. Təqdimatı mərasimini tənqidçi, şair Balayar Sadiq aparıb.Təqdimatda kitabın redaktoru Namiq Hacıheydərli, Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, “Qızım Qələm” Media Mükafatı laureatı, Dünya Azərbaycanlıları Mədəniyyət Mərkəzinin idarə heyətinin və Qadınlar Şurasının üzvü şairə jurnalist …

Azərbaycan ədəbiyyatı

Qiymət MƏHƏRRƏMLİ.Yeni şeirlər

Post Views: 63 EY BAŞI BƏLALI VƏTƏN! Gör kimlər başına nə cür iş açır, Əzəldən ey başı bəlalı Vətən! Bütün cavabdehlər cavabdan qaçır, Kimə ünvanlayaq sualı, Vətən? De, sənin haqqını kimlər yeyibdir? Kim zərə bürünüb, kim bez geyibdir? Elə bil aqillər boşa deyibdir Bu qədər öyüdü, misalı, Vətən! Səni tox görənlər içdən yanıblar, Haqqı batil …

Azərbaycan ədəbiyyatı

Qaratel AZƏRİ.Yeni şeirlər

Post Views: 23 YENƏ GÖZLƏYİRƏM Gözləmək olubdur əzəldən peşəm, Nə qayğım qurtarır, nə də əndişəm. Elə bil dünyaya dərdə gəlmişəm, Sevginə deyiləm naşükür, Allah. İnsan var, unudur, ölüm günü var, Dünyanı düz minib, tərsinə çapar, Nə abır saxlayar, nə də ar qanar, Sevginə deyiləm naşükür, Allah. Hər kəsin yolunu bilib saxlayan, Kimsəsiz ömrünə gülüb, ağlayan, …

Azərbaycan ədəbiyyatı

Şəfa EYVAZ.Yeni şeirlər

Post Views: 44 * * * Mən həsrətə bu qədər yaxınkən Tutmursansa əllərimdən, Uçurum başındayam, ürəyim, Hər an yıxıla bilərəm… Sənsizliyin ən qaranlıq dibinə Nə dəli bir məhəbbətdi bu?! Ağlımı alırsa başdan, Hələ yaşanacaq illərmi var?! İnanmıram ötəm bu yaşdan… Gedəm üzə gələn ilinə * * * Hər şey fərqlidir, Bilirsənmi?! İndi Günəş belə Əvvəlki …

Azərbaycan ədəbiyyatı

Gülnarə İSRAFİL.Yeni şeirlər

Post Views: 29 Dünya Gənc Türk Yazarlar Birliyi və “Gənc Ədiblər Məktəbi3″ün üzvü * * * Mehribanlıqda sığallanmaq, əzizləndikdə canlanmaqdı sevgi. Toxunmayan barmaqların müqəddəsliyi… Fərdilikdə əzməməkdi yaşamaq. Ayrılıqdan sığındığını qazanmağa addımlayan, istəklərin həvəsi… Bu sən deyilsən bu mənim uğursuzluğumdu. Xoş sözlərin ölüşünü qollarımda daşımağa alışdım. Yad ümidlər, öpməməli göz yaşımı. Toxunduğum hər şeydə sən olmalı… …

Azərbaycan ədəbiyyatı

Nəcibə İLKİN.Yeni şeirlər

Post Views: 47 Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, “Azad qələm” ədəbi-bədii, ictimai-publisistik qəzetinin və “Ali Ziya” ədəbi-bədii, elmi-publisistik jurnalının təsisçisi və baş redaktoru EŞQİMİN QIŞ HARAYI Payız elə gəldi, qış belə getdi, Ayrılıq küləyi əsdi bir ucdan. Görüşə bilmədik bu necə dərddi? Qar da yolumuzu kəsdi bur yandan. Sanki acıq çıxır təbiət bizdən, Görüşmək …

Azərbaycan ədəbiyyatı

Rəhim MEHNƏT.Yeni şeirlər

Post Views: 42 YAXIN GƏL Hər gecəni xəyalınla yatıram, Yuxulara yuxuları qatıram. Dan üzünə həsrətinlə çatıram, Paltarımda qalıb ətir qoxun, gəl. Hicranınla od qaladım sinəmdə, Sənsiz heçəm, qalxıb-enməz sinəm də. Bu sevgiyə layla denən sinəndə, Dodağınla yanağıma toxun, gəl. Sən Tanrıdan mənə düşən payımsan, Ulduzumsan, Günəşimsən, Ayımsan. Bu qış vaxtı qəlb qızdıran yayımsan, Dodağımda eşq …

Azərbaycan ədəbiyyatı

Əziz MUSA.Yeni şeirlər

Post Views: 70 Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, “İlham çeşməsi” qəzetinin təsisçisi və baş redaktoru, Azərbaycan Respublikası Prezidentinin Təqaüd Fondunun təqaüdçüsü BİR GÜN GECİKƏRSƏN Sən bir bəhanə tap, gecik görüşə, Ürəyim həsrətlə çırpınsın bir az. Gecik əllərimdə solsun bənövşə, Qoy məni ağlatsın bu işvə, bu naz. Axtarsın gözlərim elə hey səni, Xəyalım dalınca yollara …

Publisistika

“ÖLÜMSÜZ ÖMÜRLƏR”

Post Views: 38 (Xalqımızın ürəyində özünə əbədilik taxt quran, ölümsüz xalq şairi Məmməd Arazın yaradıcılığına həsr edirəm) Ömrünün məhsuldar çağları yataqda keçsə də, yenə yazdın, yaratdın! Ürəyinin “dağ kimi qabaran dərdləri” ürəyini yandırıb kösövə döndərdi, üəryinin qabaran atəşi kösövə od vurdu, təzədən oddadı! Qəlbinin əsil dostu, sirdaşı – respublikamızın xalq həkimi, gözümüzün nuru Hacı Cəfər …

Azərbaycan ədəbiyyatı

Qaratel AZƏRİ.Yeni şeirlər

Post Views: 30 AĞ TUT AĞACIMIZ VARIDI Ağ tut ağacımız varıdı, Meyvəsi qənd-şəkər, balıdı, Babamızdan yadigardı. Budaqları elə böyük, Götürərdi nə qədər «yük». Yetişib bar verən zaman, Çırpıb qablara yığardıq, Qonşulara paylayardıq. Allahdan babama rəhmət, Diləyirdi hər tut yeyən. Tut paylamaq savabını Qazanardı Zeynəb nənəm. Tutu qablara yığardı, Ev-ev mənə payladardı. Uşaqların gözlərində, İşıq, sevinc …

Publisistika

Şükür etməyin əhəmiyyəti

Post Views: 28 İnsanların digər insanlarda sevdiyi və dəyər verdiyi xüsusiyyətlərdən biri də bir insanın qədirbilən olmasıdır, yəni edilən yaxşılığı unutmamasıdır. İnsanların digər insanlarda sevdiyi və dəyər verdiyi xüsusiyyətlərdən biri də bir insanın qədirbilən olmasıdır, yəni edilən yaxşılığı unutmamasıdır. Düşünün ki, siz bir insanı çox sevirsiniz, ona nə qədər yaxşılıq etmisiniz, əlinizdən gələn hər cür …

Publisistika

Gələcəyimizə sahib çıxaq

Post Views: 43 İnsanın ən böyük qəfləti: özünü mərkəzdə görmək, öz mərkəzli olmaq, ən çox öz maraqlarını, öz istəklərini tətmin etməyə çalışmaq. İnsanın ən böyük qəfləti: özünü mərkəzdə görmək, öz mərkəzli olmaq, ən çox öz maraqlarını, öz istəklərini tətmin etməyə çalışmaq. Öz ailəsi, öz işi, öz övladı və saysız “öz”ləri… Hər şey ailədən başlayır. Əvvəl …

Publisistika

Zamanda səyahət

Post Views: 28 Bu gecə kitablarımın arasından illərdir yığışıb qalmış lazımsız kağızları, dəftərçələri seçib bir az yır-yığış, təmizləmə aparırdım Bu gecə kitablarımın arasından illərdir yığışıb qalmış lazımsız kağızları, dəftərçələri seçib bir az yır-yığış, təmizləmə aparırdım. Təmizləmə əməliyyatı zamanı əlimə orta məktəbin son illərində istifadə etdiyim 2-3 qeyd dəftəri düşdü. Köhnəlmiş dəftərçədən o dövrə aid bəzi …

Publisistika

Bu gün dünyada uşaqlar

Post Views: 25 BMT-nin Uşaq Fondunun yaxın zamanda təqdim etdiyi hesabat vəziyyətin ciddiliyini və həllinin nə qədər təcili olduğunu bir daha xatırladır. Bu gün dünyada çox sayda uşaq təhlükə və çətinliklə üz-üzədir, bu gün dünyada uşaqlar: – Yaxın Şərqdə davam edən münaqişə və müharibələrdə bombaların hədəfi olurlar. – Qaçqın düşərgələrində təcavüzə məruz qalırlar, yaxud pul …

Publisistika

İslam dini sosial ədalətin təminidir

Post Views: 51 Dövrümüzdə insanların böyük hissəsi ağır şəraitdə yaşayır, yaşamaq uğrunda mübarizə aparır. Dövrümüzdə insanların böyük hissəsi ağır şəraitdə yaşayır, yaşamaq uğrunda mübarizə aparır. Ən zəngin ölkələrdə belə küçədə yaşayan, zibilliklərdən yemək axtaran insanlar görməyimiz mümkündür. Bu görüntülər vicdan sahibi olan hər kəsi narahat edir. Bu narahatlığı yaşayan insanların arzusu eynidir: aclıq, yoxsulluğun bitməsi, …

Publisistika

İnsanı ucaldan xüsusiyyət – təvazökarlıq

Post Views: 39 İnsanların bəzən fərqinə varmadan yoluxduqları mənəvi xəstəliklərdən biri də təkəbbürdür İnsanların bəzən fərqinə varmadan yoluxduqları mənəvi xəstəliklərdən biri də təkəbbürdür. Bəlkə də, bu xüsusiyyətə çox fikir vermirik, ancaq bu hər bir insanın çox diqqətlə çəkinməli olduğu və geniş yayılmış xəstəlikdir. Ona görə də bu dəfəki məqaləmdə bu xüsusiyyəti təhlil etməyə çalışacağam. İlk …

Azərbaycan ədəbiyyatı

Rahilə DÖVRAN.Yeni şeirlər

Post Views: 31 Şairə-jurnalist-publisist Azərbaycan Yazıçılar Birliyinin üzvü, “Qızıl qələm” media mükafatı laureatı, AŞİQ OLMUŞAM Artıq qərarlıyam, bu gün deyəcəm, Qoy hamı bilsin ki, mən vurulmuşam. Öz alın yazıma boyun əyəcəm, Görsünlər mən sənə, aşiq olmuşam. Gül olub yolunun üstə bitəcəm, Bülbültək eşqimə nəğmə ötəcəm. Könlümdə nə varsa, açıb tökəcəm, Görsünlər mən sənə, aşiq olmuşam. …

Azərbaycan ədəbiyyatı

Əlirza HƏSRƏT.Yeni şeirlər

Post Views: 32 DAĞLARA Duman zirvələri əsir götürüb, Qonmağa yer tapmır quşum dağlara. Gəl quzey qarında şəkil çəkdirək, Bir az da qarışsın başım dağlara. Qərib yuvasıdır bu koğuş da,ah! Nə yolda iz qoyur,nə baxışda,ah. Yolub qanadını çəkir quş da ah, Zalımlar sıxanda qurşun dağlara. Dumansız dağların belindən yapış, Sənə arxa duran elindən yapış. Mizrab vur,bu …

Azərbaycan ədəbiyyatı

Polad SABİRLİ.Yeni şeirlər

Post Views: 31 Eşq ağacım bar verir hər gün Sənə yaxın gəldim yandırdın məni, Uzaq dayandıqca donub buz oldum. Güldürdün üstümə dostu, düşməni, Niyə bəs səninçün çox ucuz oldum? Sən idin əzəldən düşkünüm axı, Bəs niyə sonradan düşdüm gözündən? Baş-ayaq fırlanır fələyin çarxı, İndi də küsmüsən özün-özündən. Göyün yerə eşqi sirri üfiqin, Bizimsə sirrimiz tək …

Azərbaycan ədəbiyyatı

Abdulla MƏMMƏD.Yeni şeirlər

Post Views: 32 ŞƏKƏR BALAM (Məmmədov Cavid Abdulla oğluna) Mərhəmətli və Rəhimli ALLAHIN adı ilə. Həzrət ƏLI(Ə) buyurmuşdur: “Mən 3dəfə bu dünyanın təlaqını vermişəm.” Dərdimə acıyan- özüm, Dərdimin acıyam-özüm. Kimiyə acıyam özüm, Kimisinə şəkər-balam, Şəkər balam. Qəlbə daman-HAQQDAN damır, Ocaqların damı damır. Dəyişir ruzunun tamı, Qarışdıqca şəker bala, Şəkər balam Dünya fani-yarı YALAN, Yarı viran,yarı …

Azərbaycan ədəbiyyatı

Müzəffər MƏZAHİM.Yeni şeirlər

Post Views: 27 ÇATMIR Nə maaş alırıq, nə də təqaüd, Əlimiz dayazdan dərinə çatmır. Arada-sırada pul olanda da, Heç hansı dərdinə-sərinə çatmır. Nisyə dəftərində adımız başda, Düşmür başımıza havayı daş da, İldə bircə dəfə dəmlənən aş da, Birinə çatanda birinə çatmır. Pul kimin yoluna işıqlar saçdı, Kiminin də bağlı baxtını açdı, Biz əl çirki dedik, …

Müsahibə

Qeyri-rəsmi müsahibə – hüquqşünas, filosof Ellada Bayramova

Post Views: 46 Layihəmin bugünkü qonağı ilə Fərdi İnkişaf təliminin təqdimatı zamanı tanış olsaq da, qısa zamanda yaxın və xoş ünsiyyət yaranmışdır. Bəlkə də oxşarlığımız və ortaq cəhət, fikirlərimiz çoxdur deyə. Bəlkə də, maraqlarımız və ortaq və dəyərli dostlarımız var deyə. Çünki bu cür tədbirlərə yoldankeçmə hər kəs gəlmir, fərd olaraq inkişaf etmək istəyən insanlar …