Sayt 2012-ci il fevral ayının 14-də Bakı şəhərində gerçəkləşdirilən "Çağdaş Azərbaycan ədəbiyyatının inkişafına dəstək" layihəsi çərçivəsində istifadəyə verilib. E-mail: edebiyyat-az.com@mail.ru, Əlaqə telefonu: 051 795 44 33 Ünvan: Azərbaycan Respublikası, Bakı şəhəri

Göstərir: 1 - 60 of 150 NƏTİCƏLƏR
Azərbaycan ədəbiyyatı

Rahilə DÖVRAN.Yeni şeirlər

Post Views: 25 Şairə-jurnalist-publisist Azərbaycan Yazıçılar Birliyinin üzvü, “Qızıl qələm” media mükafatı laureatı, DONUB SÖZLƏRİM “Könül dəftərim” – silsiləsindən Yenə də bürüyüb qəlbi sis, duman, Dikilib yollara nəmli gözlərim. Həmdəmim, təsəllim lal, dinməz güman, Dildə buz bağlayıb, donub sözlərim. Ömür təqvimimdən, asılıb kilid, Sənsiz keçən günü, yaşamıram mən. Paslanıb saatın əqrəbi, mili, Isti yuvamızı sən …

Azərbaycan ədəbiyyatı

Abdulla MƏMMƏD.Yeni şeirlər

Post Views: 30 TANRIM,MƏNİ O DÜNYAYA BAĞIŞLA! Bu dünyanı talan-saldı düyünə, Allı-güllü yalan saldı düyünə. Köçən köçdü,qalan qaldı bu günə, Tanrım,məni o dünyaya bağışla. Kimə baxsan-ürək dolu,göz dolu, İş görəndən vəd verən çox-söz dolu, Sevinənim,gülənim yox göz dolu, Tanrım,məni o dünyaya bağışla. Nə insaf var,nə mürvət var dünyada, Haqqı danan hərəkət var dünyada, Daşdan çıxan …

Azərbaycan ədəbiyyatı

Saqif QARATORPAQ.Yeni şeirlər

Post Views: 27 Mən də yağışa qoşulsam pis olmaz Yenicə çıxmışdıq elə küçəyə Bir qəfil yağışa düşdük,nə düşdük… Elə islandıq ki yağışın altda Yayın ortasında birdən üşüdük. Dodağın şeh düşən çiçəyə döndü, Yapışdı əyninə sarı köynəyin… Bilmirəm,əllərim nə üçün əsdi Ürəyim bəs niyə belə göynədi? İslandı yağışda baxışlarımız, Nəfəsin üzümə elə toxundu… Özümdən xəbərim yoxdu,əllərim …

Azərbaycan ədəbiyyatı

Kənan AYDINOĞLU.Şeirlər

Post Views: 29 DURAYDIM YANINDA SƏSSİZ-SƏMİRSİZ Bəzən də oturub düşünürəm ki, Salammı söyləyək keçən günlərə?! Qəlblərdən süzülüb xatirə kimi, Narahat boylanan köçən günlərə. Axı ömrümüzün dünən, bu günü, Gəlib qapımızın önündə durur. İnan ki, özümdən qabaq qələmim, Gizlində də “Sevgi sarayı” qurur. Yeni söz ordumun hər bir əsgəri, Yolunu gözləyir səndən xəbərsiz. Qayıdıb gəlsəydin sarayına …

Azərbaycan ədəbiyyatı

Rafiq ODAY.”Bir dəmi gəlsin”

Post Views: 33 Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, Azərbaycan Jurnalistlər Birliyinin Sumqayıt şəhər təşkilatının sədri, ”Möhtəşəm Azərbaycan” müstəqil ictimai-siyasi, ədəbi-bədii qəzetinin təsisçisi və baş redaktoru, ”Qızıl qələm”, “Həsən bəy Zərdabi”, “Qafqaz-Media” mükafatları laureatı, Əməkdar jurnalist Uydum ulduzların ən qəlbisinə, Çətin bu ulduzla bu qəlb isinə, Nə qədər gəzdirsin daş qəlbi sinə? – Nə qədər …

Azərbaycan ədəbiyyatı

Qafqaz ƏVƏZOĞLU.”Şəhidlərə”

Post Views: 52 Süleyman Rəhimov adına Qubadlı rayon ədəbi ictimai birliyinin sədri, ”Sözün Sehri” qəzetinin təsisçisi, ”Qızıl qələm” və “Qızıl kitab” mükafatları laureatı Bu Vətən naminə varsa ölən kim, Həmişə bizimlə yaşayacaqdır! Ən uca zirvədə qərar tutub o, Şəhidlik adını daşıyacaqdır! Bu adın önündə baş əyirəm mən, Durub üz tutduğum qibləgahımdır. Dünən özlərini şəhid edənlər, …

Azərbaycan ədəbiyyatı

Nisə QƏDİROVA.”Döndü”

Post Views: 32 Azərbycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, “Qızıl Qələm” Media Mükafatı laureatı, “Möhtəşəm Azərbaycan” müstəqil ictimai-siyasi, ədəbi-bədii qəzetinin redaktoru, Bu sevgiyə mənim dedim, Sevgim selə, suya döndü. Odu söndü ürəyimin, Qaranlıq quyuya döndü. Dərd gətirir axar sular, Gah bulanar, gah durular. Bir dar ağacı qurula, Bəlkə yatan küyə döndü. Haqqı satıb yeyən vardı, …

Azərbaycan ədəbiyyatı

Firdovsi CƏFƏRXAN.”Məni də götür”

Post Views: 27 Azərbaycan Jurnalistlər Birliyinin üzvü, “Yeganə yol” qəzetinin təsisçisi və baş redaktoru, “Qızıl qələm”, “İti qələm”, “Vicdanlı qələm”, Nizami Gəncəvi adına “Bəşəri sərvət” media mükafatları laureatı Dəli sevdam bülbül kimi hey ötür, Getmə, gedirsənsə, məni də götür. İstər al canımı, ömrümü bitir, Getmə, gedirsənsə, məni də götür. Getsən bağçamızda güllər solacaq, Könüllər kövrəlib, …

Azərbaycan ədəbiyyatı

Polad SABİRLİ.”Bico”

Post Views: 31 Bico Keçdiməzin böyük qardaşı, Yeni bir tarixdir onun hər daşı. Tarixin sınağından çıxıb üzü ağ Bico, Xainlərin qəlbinə hər vaxt vurub dağ Bico. Neçə-neçə şəhidlər qurban verib torpağa, İman yerim,din yerim müqəddəs torpaq Bico. Sığınmışıq qoynuna, yetişmişik ərsəyə, Saxlayıb başı üstə üç rənğli bayraq Bico. Təbiət hər fəsildə gülüb onun üzünə, Sanqalan …

SOCAR «Azərikimya» İB

«Azərikmya» İB-də Yaponiyanin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Tsuquo Takahaşi ilə görüş keçirilmişdir

Post Views: 26 Sentyabrın 28-də “Azərikimya” İstehsalat Birliyində Yaponiyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Tsuquo Takahaşi ilə görüş keçirilmişdir. Qonağı səmimi salamlayan, Yaponiyanın Azərbaycan üçün iqtisadi tərəfdaş və dost ölkə olduğunu, iki olkə arasında uzunmüddətli, səmərəli əməkdaşlığın mövcudluğunu, Yaponiya şirkətlərinin SOCAR tərəfindən həyata keçirilən bir sıra beynəlxalq miqyaslı layihələrdə uğurla iştirak etdiyini vurğulan «Azərikimya» İstehsalat …

Azərbaycan ədəbiyyatı

Rahilə DÖVRAN.”Ozan dövran”

Post Views: 31 Şairə-jurnalist-publisist Azərbaycan Yazıçılar Birliyinin üzvü, “Qızıl qələm” media mükafatı laureatı, “Mənim dünyam” – silsiləsindən Duyğularım zərif çiçək, Hisslər incə, ləçək- ləçək. Toxunulsa ələnəcək, Bir şairəm , sevgi dölu. Nəğməkardır hər bir anım, Şeir, qoşma ruhum, canım. Dağ çayıtək,coşur qanım, Getdiyim yol,-“Samanuolu”. Hər bir sözüm qəlb nidası, Könüllərin nur qidası. Duyanlara- Haqq sədası, …

Azərbaycan ədəbiyyatı

Rahilə DÖVRAN.”Gedəndən bəri”

Post Views: 33 Şairə-jurnalist-publisist Azərbaycan Yazıçılar Birliyinin üzvü, “Qızıl qələm” media mükafatı laureatı, “Könül dəftərim” – silsiləsindən Qəlbim bulud kimi, yaman dolubdur, Sevdalı dünyamın, rəngi solubdur. Sənsiz keçən ömrüm, hədər olubdur, Sən məni tərk edib, gedəndən bəri. Yatmıram gecələr, çəkilib yuxum, Sənsizlik,- həyatda, ən böyük qorxum. Birdə baxarsan ki, həyatda yoxum, Sən məni tərk edib, …

Azərbaycan ədəbiyyatı

Abdulla MƏMMƏD.”Həsrət qoxulayır sevgi çələngim”

Post Views: 35 Başımın altına qoyulan balış, Başımın üstünü alan dumansan. Sözü göz yaşında uyudan naxış, Bir əlçim buluda dönən gümansan. Düşüb şübhələrin bəd ayağına, Sözümün nurunu alıb getmisən. Sənsiz kölgə çəkir həsrət ağlıma, Məni öz gününə salıb getmisən. Dərdimdən çıxara bilmirəm səni, Gözümdə gizlənib qalmısan, gülüm. Özündən çıxmısan- bölərək məni, Bilərək gözümdən salmısan, gülüm. …

Azərbaycan ədəbiyyatı

Abdulla MƏMMƏD.”Sənin gözlərinə baxa bilmərəm”

Post Views: 44 Sənin gözlərinə baxa bilmərəm, Sənin gözlərindən günahım axır. Mən bu cazibədən çıxa bilmərəm, Ürək sındırmışam-bir ürək axı… Sənli xatirələr üzülər qəmdə, Yanına gəlməyə üzüm də olmaz. Görəndə sarsilib üzülərəm də, Bir kəlmə kəsməyə sözüm də olmaz. Bağışla demərəm, sarsılsam belə, Sən ki büdrəmisən, yıxılan mənəm. Bilirəm-qəlbində yerim var hələ, Çox da ki …

Azərbaycan ədəbiyyatı

Müzəffər MƏZAHİM.”Gələn Baharadək”

Post Views: 30 İndi bu sahillər səssiz, kimsəsiz, Qırçın ləpələr də fərəhsiz, qəmgin. Burda xatirədir hər ləpir. hər iz, O qayğısız günlər düşüb didərgin. Payızın hökmünə uyub təbiət, İlıq nəfəsi də qəribsəyibdir. Ayrılıq dəmini duyub təbiət, Qağayı səsi də qəribsəyibdir. Baxıb arxasınca köçən quşların, Sükuta qərq olub boz sərçələr də. Yollarda iz silən ağ yağışların. …

Azərbaycan ədəbiyyatı

Müzəffər MƏZAHİM.”Suçum çox”

Post Views: 29 Dupduru, saf suyun da, Dibində çirkabı var. Ömrün də, ölümün də, Hesabı, əzabı var. Bu ömür yağışından, Taleyimə kir damır. Ürəyimə damır ki, Ürəyimdən sirr damır. Suçum çox, bənzəriyəm, İnsanlığa qıyanın. Qoruya bilməmişəm, Salığını dünyanın. Bu dünyada qəribəm, Hər şey mənə yad gəlir. Köçdən qalan ocağam, Hələ tüstüm yüksəlir.

Türkiyə ədəbiyyatı

KÜMBET DERGİSİ 42. SAYISI: SÖZ KONUSU VATANSA GERİSİ TEFERRUATTIR

Post Views: 45 KÜMBET dergisi 42. sayısı okuyucuları ile buluşuyor. 2016 yılının son sayısı olarak gündeme gelen dergimizin bu sayısında neler olduğunu editörden şöyle okuyoruz: Yeni bir sayı, yeni dosyalar, araştırma yazıları ve şiir bahçesinde açan rengârenk çiçekler. 2016 yılının son sayısıyla daha iyiye, daha güzele duygularının verdiği azimle karşınızdayız. Bu süreç içinde 15 Temmuz …

Türkiyə ədəbiyyatı

Könül ORDUBADİ.”NƏ SƏN UNUDA BİLMİSƏN… “

Post Views: 38 Bir ömrün yolunda qəfil görüşdük, Tale yollarımız ayrı olsa da… Üz-üzə dayandıq, göz-gözə gəldik. Xatırə yükündən gözlər dolsa da. O dalgın gözlərdə özümü gördüm Sankı həyatımı sən vərəqlədın. “Sevirəm” dediyin sözünü duydum, Üzümə sən baxıb, sən gülümsədin. İllər yaman ötüb, çox qocalmısan, Bu sevgim ölməyib qocalmayıbdır. Məgər bilmirsən mi sən sevdiyimi, Gözlərim …

Azərbaycan ədəbiyyatı

Şair-jurnalist Rafiq Odayın şeiri “Kümbet” dərgisində çap olunub

Post Views: 28 Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının maliyyə dəstəyi ilə həyata keçirilən “Çağdaş Azərbaycan poeziyasının inkişafına dəstək” layihəsi çərçivəsində Çağdaş Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, Azərbaycan Jurnalistlər Birliyinin Sumqayıt şəhər təşkilatının sədri, respublikanın Əməkdar jurnalisti cənab Rafiq Odayın “Kimi” şeiri Qardaş Türkiyə Cümhuriyyətinin Tokat şəhərində fəaliyyət göstərən TOSAYAD …

Azərbaycan ədəbiyyatı

Şair Abdulla Məmmədin şeiri “Kümbet” dərgisində çap olunub

Post Views: 30 Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının maliyyə dəstəyi ilə həyata keçirilən “Çağdaş Azərbaycan poeziyasının inkişafına dəstək” layihəsi çərçivəsində Çağdaş Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının Gündəlik Analitik İnformasiya Agentliyinin və Azərbaycanın Mədəniyyət və Portalının Redaksiya heyətinin üzvü, istedadlı şair Abdulla Məmmədin “Canımda can,Azərbaycan,anam,can!” şeiri Azərbaycan türkcəsində Qardaş Türkiyə …

Azərbaycan ədəbiyyatı

Nisə QƏDİROVA.Yeni şeirlər

Post Views: 44 Azərbycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, “Qızıl Qələm” Media Mükafatı laureatı, “Möhtəşəm Azərbaycan” müstəqil ictimai-siyasi, ədəbi-bədii qəzetinin redaktoru, Bir gün Bir gün unudular sənin də adın, Başına- gözünə döyərsən sən də. Bağrını yandıran alovun, odun Tüstüsü gözünə dolar güləndə. Bir gün əməllərin çıxar qarşına, Başını yamanca qatar bu dünya. Üstündə əsdiyin hər …

Azərbaycan ədəbiyyatı

Polad SABİRLİ.Yeni şeirlər

Post Views: 32 Əbədi yaşayacaq, Sevənlər,sevilənlər. Nə xoşbəxtdir həyatda, Eşqinə güvənənlər. Məhəbbətin qüdrəti, Müqəddəsdir, uludur. Mükəmməl bir ailə, Sevginin məhsuludur. Sevginin əzabından, Qətiyyən usanmadım. Ülvi duyğudur bu hiss , Bu duyğunu danmadım. Çıxmaq istəmirəm heç, Sevginin təsirindən. Əksik etmə nazını, Məhəbbət əsirindən. Necə ki,yer fırlanır, Günəşin dövrəsində, Məndə qalmışam elə, Eşqin cazibəsində. Gül kimi safsan …

Azərbaycan ədəbiyyatı

Kənan AYDINOĞLU.Şeirlər

Post Views: 37 BİR QARIŞ TORPAQ OLA Yəhərli atın üstə üzəngini basanda, “Allahu əkbər” sözlü əlimdə bayraq ola. Qoynunda övlad kimi kiçik şair oğlunu, Dərdi-sərdən qoruyan bir qarış torpaq ola. Bir damlaya çevrilib axıb çaya qarışan, Taleyin qismətiylə yenə-yenə barışan. Sevənlərin qəlbində təməl kimi alışan, Dünən, bu gün sabah da sönməyən ocaq ola. Leylinin həsrətindən …

Azərbaycan ədəbiyyatı

Mais TƏMKİN.Yeni şeirlər

Post Views: 28 Hikməti sözündə axtar(kitab) Təcnis Yığılın başıma, yığılın, dostlar , Sizə söhbət açım bir şux gözəldən. Vəsfini çəkməyə qələm acizdi. Əl gözdən gözəldi, həm də, göz əldən. Onsuz qaranlıqdır mənə hər yarın, Yanlışsa sözlərim, sinəmi yarın. Həsrətini çəkmək ilə o yarın, Düşübdü saçıma necə gözəl dən. Həm yaşıl yaraşır, həm də, ağ- yara, …

Azərbaycan ədəbiyyatı

Müzəffər MƏZAHİM.Yeni şeirlər

Post Views: 31 KÖÇKÜN Gözünə görünməz itirdikləri, Çəkər gecə-gündüz quru yurd onu. Gəzər düşüncəli, qovar kədəri, Pərişan üzünün açılmaz donu. Gözləri yol çəkər, ürəyi nisgil, Axıdar içinə dərdi-sərini. Dayanar hamıdan kənarda, “küskün”, Tapammaz “qürbətdə” işin çəmini. Məzəmmətli sanar, qınaqlı sanar, Üzünə dikilən baxışları o. Bircə sərt kəlmədən ürəyi sınar, Boğar içindəki “yağışları” o. Duyulmaz səsində …

Azərbaycan ədəbiyyatı

Mirvarid DİLBAZİ.”Bölümdə qaldıqca vətən torpağı”

Post Views: 37 Yasəmən gül açıb, bəzəyib bağı, Qönçəyə dolubdur gülün budağı, Bölümdə qaldıqca vətən torpağı Mən bu gözəlliyi duya bilmirəm, Bahar sevincinə uya bilmirəm. Sarmaşıb çəməndə yenə gül-gülə, Nəğməli quşlar da gəliblər dilə, Mən elə qəmliyəm, qəmliyəm elə, Bu gözəllikləri duya bilmirəm, Bahar sevincinə uya bilmirəm. Şuşam, Qarabağım, dağlar maralı! Siz də yaralısız, mən …

Azərbaycan ədəbiyyatı

Hüseyn ARİF.”Meşəbəyi”

Post Views: 222 Kef üstündə kefimizi Gəldi, sordu meşəbəyi. -Buyur!- dedik, atdan enib, Bardaş qurdu meşəbəyi. Qamçısını atdı sola, Çantasını çəkdi dala. Şirin-şirin, bala-bala Bizlə vurdu meşəbəyi. İsti kabab , təzə fətir. Doymaq olmur,yenə gətir. Bığlarını arada bir Eşib burdu meşəbəyi. Altmışını verib yelə, Düşməyibdir ruhdan hələ. Qarşıdakı bir gözələ Göz də vurdu meşəbəyi. Yatdı …

Azərbaycan ədəbiyyatı

Osman SARIVƏLLİ.“Əlifba dərsi”

Post Views: 34 Yolum kəndimizə düşdü bir səhər, O gün də məktəbi görməyə getdim. Açıb darvazanı çox ehtiramla O böyük binanı ziyarət etdim. Uşaqlıq çağımı saldım yadıma Şeir dəftərimə xatirə yazdım. Məcid müəllimin öz şagirditək Əyləşib dərsinə qulaq da asdım. Onu da deyim ki, Məcid müəllim İrəli qaçmağı heç xoşlamazdı… Əvvəl köhnə dərsi təkrar etdi …

Azərbaycan ədəbiyyatı

Nüsrət KƏSƏMƏNLİ.”Qəhrəman şəhər”

Post Views: 74 Dörd il açılmayıb burda könüllər, Dörd il Bakıda da yaz olmayıbdır. Qəhrəman şəhərlər çəkdiklərindən Bakının çəkdiyi az olmayıbdır. Oynamaq olmazdı çiçəklə, güllə, Onu ana Vətən haraylayırdı. Cəbhədə birinə atılan güllə Arxada bir nəsli yaralayırdı. Bakı qılınc kimi qalmadı qında, Sıyrıldı kədərin, min qəmin üstə, Tankın, təyyarənin motorlarında Bakı yeriyirdi düşmənı üstə. Axırdı …

Ana səhifə

Nəriman HƏSƏNZADƏ.”Ürəyim ananı istəyir, qızım”

Post Views: 46 Ürəyim ananı istəyir, qızım, sən yaşa dünyada qəmsiz, kədərsiz. Bir səs qulağıma döz deyir, qızım, Mən dözdüm, yaş ötdü məndən xəbərsiz. Qaşlarım qaradı, saçlarım ağdı, təbiət şəklimi çəkir yenidən. Hamı bu dünyada qocalacaqdı amma tək qocalmaq dərd verir hərdən. “Dağlar” deyə-deyə mən dağ şamışam, Hanı tale dostum, ürəkdən gülən?! Dünyada yaşayıb dünyalaşmışam, …

Azərbaycan ədəbiyyatı

Məhəmməd Hüseyn Şəhriyar.”Azərbaycan”

Post Views: 44 Könlüm quşu qanad çalmaz, sənsiz bir an, Azərbaycan Xoş günlərin getməz müdam xəyalımdan Azərbaycan Səndən uzaq düşsəm də mən eşqin ilə yaşayıram Yaralanmış qəlbim kimi, qəlbi viran Azərbaycan Bütün dünya bilir sənin qüdrətinlə, dövlətinlə Abad olub, azad olub, mülkü-İran, Azərbaycan Bisütuni-İnqilabda Şirin-Vətən üçin Fərhad Külüng vurmuş öz başına zaman-zaman Azərbaycan Vətən eşqi …

Ana səhifə

Bulud Qаrаçоrlu Səhənd.”Şərqin axşamı”

Post Views: 45 Axşamın süpürgǝsi Ağacların kölgǝsin Yollardan süpürürdü. Mǝğribin lül gözlǝri, Əzǝl dǝniz rǝngli idi. Vǝrǝmlǝmiş mǝşriqin Qanlı tüpürcǝyinden, Dǝnizin rǝngi döndü. Şǝrqǝ doğru yürüyǝn, Gǝminin yǝlkǝninǝ Bir kǝllǝ rǝsimlenmiş, Mǝqqarǝ gözlǝrinin Hǝr biri min adamcıl Əjdǝhanin yuvası. Günǝş Bu gǝzǝyǝnti, Bu min üzlü sǝlitǝ Sallanır, cumur gedir. Uzaq dağlar dalına Qaş elǝyir, Göz …

Azərbaycan ədəbiyyatı

Süleyman RÜSTƏM.”Təbrizim”

Post Views: 64 Baxdıqca hüsnünə doymayır gözüm, Təbrizim, Təbrizim, gözəl Təbrizim! Qoymaram yadları girsin qoynuna, İzin ver qolumu salım boynuna! Sənin bayramına, sənin toyuna Dili bir, qanı bir qardaşın gəlib, Dərdinə aşina sirdaşın gəlib. Sən çıxdın qarşıma duzla, çörəklə, Bağından dərdiyin güllə, çiçəklə, İkiyə bölünməz saf bir ürəklə, Təbrizim, Təbrizim, aman Təbrizim, Yox olsun başından …

Azərbaycan ədəbiyyatı

Söhrab TAHİR.”Xalq”

Post Views: 30 Hamı xalq adından danışsın, ancaq Xalqın inamına inamı varsa. Dünyada ən güclü adam olacaq, Kim onu özünə inandırarsa. Xalq səngər kimidir, çətin işində Hamı boğazacan onda gizlənir. Adam var əlinə bir iş düşəndə Xalqa minnət vurur, xalqa hirslənir. Xalq ümid deməkdir, gələcək demək, Ümidsiz nə varsa ondan uzaqdır. Dünyada hər bir şey …

Azərbaycan ədəbiyyatı

Balaş AZƏROĞLU.”İnqilab şairiyəm”

Post Views: 35 Mən nə şah, mən nə sultan, nə yaraşıq, nə ziynət, Nə əfsanə, nə mələk, nə saray, nə səltənət, Nə qədim əsrləri yada salıb ağlayan, Nə ömrünü qəzələ, mərsiyəyə bağlayan, Nə dövrün hakiminə şeir yazıb pul alan, Nə cəlladlar önündə həyat üçün alçalan, Nə peymana, nə saqi, nə sərab şairiyəm, Azadlığın carçısı inqilab …

Azərbaycan ədəbiyyatı

Hüseyn Cavid.”Qız məktəbində”

Post Views: 43 — Quzum, yavrum! Adın nədir? — Gülbahar. — Pəki, sənin anan, baban varmı? — Var. — Nasıl, zənginmidir baban? — Əvət, zəngin, bəyzadə… — Öylə isə, geydiyin geyim neçin böylə sadə? Yoxmu sənin incilərin, altun bilərziklərin? Söylə, yavrum! Heç sıxılma… — Var əfəndim, var… lakin Müəlliməm hər gün söylər, onların yox qiyməti, …

Azərbaycan ədəbiyyatı

Əhməd Cavad.”Çırpınırdın Qara Dəniz”

Post Views: 79 “Çırpınırdın Qara Dəniz Baxıb Türkün Bayrağına. Ah deyərdin, heç ölməzdin Düşə bilsəm ayağına! Ayrı düşmüş dost elinden İllər var ki çarpar sinən. Vəfalıdır gəldi gedən Yol ver Türkün bayrağına! Dost elindən əsən yellər Mənə şer, salam söylər. Olsun bizim bütün ellər Qurban Türkün bayrağına! İncilər tök gəl yoluna, Sırmalar düz sağ-soluna, Fırtınalar …

Azərbaycan ədəbiyyatı

Cəfər Cabbarlı.”Ana”

Post Views: 49 Əgər bütün bəşəriyyət ədüvvi-canım ola, Ürək süqut eləməz aldığı mətanətdən. Ricavü xəvfə məkan vermərəm gər alimlər Min il də vəz edələr dəhşəti-qiyamətdən. Pələnglər tuta dövrüm, çəkinmərəm haşa, Və ya ki, vəd edələr dövləti-cahanı mənə Ki, bir kəsə baş əyib əczimi bəyan eləyim, Əyilmərəm nə ki yer, versələr səmanı genə. Yanımda gər dura …

Azərbaycan ədəbiyyatı

Mikayıl Müşfiq.”Yеnə o bağ olaydı”

Post Views: 432 Yеnə o bağ olaydı, yеnə yığışaraq siz O bağa кöçəydiniz. Biz də muradımızca fələкdən кam alaydıq, Sizə qonşu olaydıq. Yеnə o bağ olaydı, səni tеz-tеz görəydim, Qələmə söz vеrəydim, Hər gün bir yеni nəğmə, hər gün bir yеni ilham… Yazaydım səhər-aхşam. Arzuya baх, sеvgilim, tеllərindən incəmi? Söylə, ürəyincəmi? Yеnə o bağ olaydı, …

Azərbaycan ədəbiyyatı

Almas İldırım.”Əsir Azərbaycanım”

Post Views: 837 Nərdə məni gül qoynunda doğuran, Xəmirimi göz yaşıyla yoğuran, Beşiyimdə, lay-lay balam, çağıran, Azərbaycan, mənim bəxtsiz anam, oy! Neçə ildir həsrətinlə yanam, oy!.. Xəbər alsam, Muğanımdan, Milimdən, Nazlı Bakım, o neft qoxan gülümdən, Kim demiş ki, düşmüş adın dilimdən, Azərbaycan, mənim eşsiz yurdum oy, Ölməz eşqim, içimdəki dərdim, oy!.. Salam versəm, rüzgar …

Azərbaycan ədəbiyyatı

Molla Pənah Vaqif.”Mən cahan mülkündə, mütləq, dоğru halət görmədim”

Post Views: 83 Mən cahan mülkündə, mütləq, dоğru halət görmədim, Hər nə gördüm, əyri gördüm, özgə babət görmədim. Aşinalar ixtilatında sədaqət görmədim, Biətü iqrarü imanü dəyanət görmədim, Bivəfadan lacərəm təhsili-hacət görmədim. Xah sultan, xah dərvişü gəda bilittifaq, Özlərin qılmış giriftari-qəmü dərdü fəraq, Cifеyi-dünyayədir hər еhtiyacü iştiyaq, Munca kim, еtdim tamaşa, sözlərə asdım qulaq, Kizbü böhtandan …

Azərbaycan ədəbiyyatı

Molla Vəli Vidadi.”Еy həmdəmim, səni qanə qərq еylər”

Post Views: 105 Еy həmdəmim, səni qanə qərq еylər, Gəl tərpətmə yaralanmış könlümü. Ayrı düşmüş vətənindən, еlindən, Həmdərdindən aralanmış könlümü. Könül vеrdik hər bivəfa yadlara, Hayıf оldu ömür gеtdi badlara, Fələk saldı dürlü-dürlü оdlara, Şan-şan оlmuş, paralanmış könlümü. Qanlı yaşım gündən-günə bоllandı, Aхdı-aхdı sinəm üstə gölləndi, Yеnə qəm səməndin mindi yоllandı, Hеç bilmədim bərələnmiş könlümü. …

Azərbaycan ədəbiyyatı

Məhəmməd Süleyman oğlu Bağdadi Füzuli

Post Views: 43 Məni candan usandırdı, cəfadan yar usanmazmı? Fələklər yandı ahimdən, muradım şəmi yanmazmı? Qəmu bimarinə canan dəvayi-dərd edər ehsan. Nəçin qılmaz mənə dərman, məni bimari sanmazmı? Qəmim pünhan tutardım mən, dedilər yarə qıl rövşən Desəm, o bivəfa bilməm, inanarmı, inanmazmı? Şəbi-hicran yanar canım, tökər qan çeşmi-giryanım Oyadar xəlqi əfğanım, qara bəxtim oyanmazmı? Güli-rüsxarinə …

Azərbaycan ədəbiyyatı

Şah İsmayıl Xətai.”Ey müsəlmanlar, bu gün оl yari-pünhan ayrılır”

Post Views: 192 Ey müsəlmanlar, bu gün оl yari-pünhan ayrılır, Uçdu ruhim, getdi əqlim, gövdədən can ayrılır. Ayrılır оl yari-sərdarım, gedir, qоymuş məni, Səd hezaran dadü bidad bəndədən can ayrılır. Ey könül, fəryadü nalə vəqtidir, eylə fəğan, Şimdi şəhrindən sənin оl şahü sultan ayrılır. Zar qıl bülbül kimi, çak et yaxanı gül kimi, Şоl əzəldən …

Azərbaycan ədəbiyyatı

Seyid Əli İmadəddin Nəsimi.”Dilbəra, mən səndən ayru ömrü canı nеylərəm?”

Post Views: 75 Dilbəra, mən səndən ayru ömrü canı nеylərəm? Tacü təхtü mülkü malü хanimanı nеylərəm? Istərəm vəsli-camalın ta qılam dərdə dəva, Mən sənin bimarınam, özgə dəvanı nеylərəm? Еy müsəlmanlar, bilin kim, yar ilə хoşdur cahan, Çünki yardan ayru düşdüm, bu cahanı nеylərəm? Çoх dualar qılmışam mən хaliqin dərgahına, Çün muradım hasil olmaz, mən duanı …

Azərbaycan ədəbiyyatı

Müzəffər MƏZAHİM.”Şax-şax”

Post Views: 48 Dəng eyləməyin qoy qazanım pulları şax-şax, Gərdiş eləyim “Cip”lər ilə yolları şax-şax. Dövlət pulunu həzm edirəm min cür üsulla, Mədəm əridir avro, manat, dolları şax-şax. Hər harda ola yağlı bir aş orda başam mən, Açsın mənə millət yenə də qolları şax-şax. Arvad-uşağım keyf eləyir qışda Dubayda, Yayda gəzirik Karlovıda xolları şax-şax. Bir …

Azərbaycan ədəbiyyatı

Müzəffər MƏZAHİM.”Deyən, çox yaşadım ”

Post Views: 36 Deyən, çox yaşadım, qocaldı dünya, Məni saxlamağa taqəti yoxdur. Onu da çaşdırdı gördüyüm röya, – Xaliq özü vardı, xilqəti yoxdu… Şəffafmı əlində tutduğu qələm? Hərdən tərsə düşür sıralaması. Güya bərabərmiş sevinclə ələm, Bizik Tanrımızın qaralaması. İşıqlı dünyaya can atırıq biz, Divlar aləmidir bu zülmət dünya. Qırxıncı otaqdır hələ qəbrimiz, Sirrini saxlayıb məhşərə …

Türkiyə ədəbiyyatı

Yalçın YÜCEL.”Sevdim mi”

Post Views: 34 Azerbaycanın Kültür ve Edebiyat Portalının Türkiye temssilcisi Ben seversem, tam severim Acıkmış bir çocuğun ısırması gibi, Tırmanışı gibi bir dağcının, Özgürce koşar şu bendeki yürek. Sevdam desen, Derin izler bırakıp da geçer. Yeter ki, sevsin bu gönlüm, Mayhoş bir durum alır yaşamım. Dost deyince de böyleyimdir, Tam isterim bu duyguyu. Ne bir …

Türkiyə ədəbiyyatı

Yalçın YÜCEL.”Kara Beyazı Sevdim”

Post Views: 29 Azerbaycanın Kültür ve Edebiyat Portalının Türkiye temssilcisi Beyaz bir kuğunun Boynundan mı dökülüyor Yoksa Ağaran saçları mıdır gökyüzünün Bir beyaz sessizlik ki Bir sevdayı uyandırıyor tekrar içimde Yüreğim üşüyor yeniden Unutmuştum, çıkardınız onları, kar taneleri Yine sarıverdi her yanımı bu sevda Kar beyazı bir gelinlikti Ne kadar da yakışmıştı üstüne Tez düştü …

Türkiyə ədəbiyyatı

Harika UFUK.”Merhaba Hayat”

Post Views: 30 Azerbaycanın Kültür ve Edebiyat Portalının Türkiye temssilcisi Bir çığlık ve ardından bir ağıtla başlar yaşam… Hemen her insan bu dünyaya gelirken ağlar. Düşünüyorum da çekeceğimiz çileler bizlere malum mu oluyor da doğarken ağlıyoruz? Ölürken insanın bütün yaşamı bir film şeridi gibi gözünün önünden geçermiş derler ya ben de acaba doğarken yaşayacaklarımız mı …

Türkiyə ədəbiyyatı

Harika UFUK.”Artık Yıllar”

Post Views: 35 Azerbaycanın Kültür ve Edebiyat Portalının Türkiye temssilcisi Bir otomobilin penceresinden geçiyor Son kullanma tarihi geçmiş zamanlar… Palmiyeler yolcu ediyor, Sıra sıra dizilmiş askerler gibi Saygıyla selâmlayarak yaşanmışlıkları! Gökyüzü cayır cayır yanıyor, Seyhan gölünde martılar kıpırtısız, Doğduğum, doyduğum, yaşadığım Dünyadaki en güzel yer! Sevda türküleriyle yıkanmış Seyhan’dan Bereket yüklü Yüreğir’e doğru Yeşille mavinin …

Türkiyə ədəbiyyatı

Harika UFUK.”19 EYLÜL GAZİLER GÜNÜ KUTLU OLSUN”

Post Views: 29 Azerbaycanın Kültür ve Edebiyat Portalının Türkiye temssilcisi Bugün 19 Eylül… Gaziler Günü… Bu tarihin ne zaman ve niçin gaziler günü olarak seçildiğini merak ettim ve biraz araştırma yaptım. Edindiğim bilgileri sizlerle paylaşmak istiyorum. Sakarya Meydan Muhaberesi’nin kazanılmasından sonra, 19 Eylül 1921 tarihinde, Türkiye Büyük Millet Meclisince Başkomutan Mustafa Kemal Atatürk’e, “MAREŞAL” rütbesi …

Türkiyə ədəbiyyatı

Harika UFUK.”EŞİTLİK VE ADİL OLMAK”

Post Views: 27 Azerbaycanın Kültür ve Edebiyat Portalının Türkiye temssilcisi Son günlerde “Hayat hiç de adil değil.” Sözünü çok sık duyar olduk. Ne olursa olsun hayat acısıyla tatlısıyla yaşanmaya değer. Ancak bu hayatı daha güzel yaşamak ve adil hale getirmek bir bakıma bizim elimizdedir. Elimize bir taş alıp denize attığımızda taşın düştüğü yer merkez olmak …

Türkiyə ədəbiyyatı

Prof. Dr. Tamilla Abbashanlı-Aliyeva.”BOYNU BÜKÜLÜ MENEKŞENİN MASALI…”

Post Views: 57 Bu yollardan daha geçen değilim, Ayak izim bu yolların yarası. Boynu bükülü menekşeyim bu günden, Aman Allah’ım! Bana dokunan olmasın… Bu mısralar çağdaş Azerbaycan şiirinin tanınmış kadın şairlerinden olan Feride Hacıyeva’nın Boynu Bükülü Menekşeyim Bu Günden şiirinden alınmıştır. Feride Hanıma hüzün şairi desek yanılmayız. Şiirlerinin çoğunda keder kendine yer bulmuştur. Belki okurlarımız …

Azərbaycan ədəbiyyatı

Sumqayıtda Şəhər Mədəniyyət Evində 18 sentyabr Milli Musiqi qünü və dahi bəstəkar Üzeyir Hacıbəyovun anadan olmasının 131 illiyi münasibətilə “Üzeyir ömrü” adlı tədbir keçirilib

Post Views: 25 Sumqayıtda Şəhər Mədəniyyət Evində 18 sentyabr Milli Musiqi qünü və dahi bəstəkar Üzeyir Hacıbəyovun anadan olmasının 131 illiyi münasibətilə “Üzeyir ömrü” adlı tədbir keçirilib. Azərbaycan Respublikasının Dövlət Himninin ifası ilə başlanan tədbirdə Üzeyir bəyin həyat və yaradıcılığı haqqında geniş məlumat verilib. Daha sonra mədəniyyət evinin “Xəyal” instrumental ansamblının (bədii rəhbəri Allahverdi Xəyal, …

Azərbaycan ədəbiyyatı

Əziz MUSA.Yeni şeirlər

Post Views: 38 Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, “İlham çeşməsi” qəzetinin təsisçisi və baş redaktoru, Azərbaycan Respublikası Prezidentinin Təqaüd Fondunun təqaüdçüsü MƏN YAŞDA OLANLAR Durnaların köç vaxtıdı, Qatarlarlaşıb dağlar aşır, Tay mən yaşda olanların, Dili yox,, gözü danışır. Qüruba gedən günəşəm, De səni necə isidim, Mənə elə soyuq baxdın, Üşüdüm, vallah üşüdüm. İstəsən mənə …

Azərbaycan ədəbiyyatı

Rahilə DÖVRAN.”İki cahan sənin olsun”

Post Views: 29 Şairə-jurnalist-publisist Azərbaycan Yazıçılar Birliyinin üzvü, “Qızıl qələm” media mükafatı laureatı, “Mənim dünyam” – silsiləsindən Ömür boyu öz ruzimi, Zəhmətimlə qazanmışam. Qoruyaraq od,közümü, Kül altında hey yanmışam. Qeyrət,namus altun tacım, Qorumuşam gözüm kimi. Çox olsa da ağrım,acım, Sındırmışam hər tilsimi. Fələk qıcardıb dişini, Hey payını alıb gedib. Zaman görüb öz işini, Yel atını …

Azərbaycan ədəbiyyatı

Rahilə DÖVRAN.”Tək ALLAH bilər”

Post Views: 45 Şairə-jurnalist-publisist Azərbaycan Yazıçılar Birliyinin üzvü, “Qızıl qələm” media mükafatı laureatı, “Mənim dünyam” – silsiləsindən Görsək də dövranın qanlı gərdişin, Sayan yox fələyin qıcarmış dişin. Sükansız gəmidə hamı sərnişin. Fırtına,təlatüm bir anda gələr- İnsanın talehin tək Allah bilər. Kimsə güvənməsin vara,puluna, Rəbb yazıb qismətin çoxdan alına. Vaxt varkən dönməli Haqqın yoluna Xəlbirdən keçirər,ələkdən …

Azərbaycan ədəbiyyatı

Abdulla MƏMMƏD.”Ağrılı bayatılar”

Post Views: 30 Yurdum yağıda inlər, Dərdim ağıda inlər. Kimi kefdə,damaqda. Kimi yuxuda inlər. Sel gələndə dərd aşır- Atır-tutur dərd daşın.. Gözdən axan yaş deyil, Yurd həsrətli dərd daşır. “Göy üzü daş saxlamaz” Gül yanaq yaş saxlamaz. Vətəni gedən oğul Çiynində baş saxlamaz. Başını daşdan qoru, Daşı daş-başdan qoru. Yurdunu satanların Başını daşdan qoru. Daş …