Post Views: 44 Könlüm quşu qanad çalmaz, sənsiz bir an, Azərbaycan Xoş günlərin getməz müdam xəyalımdan Azərbaycan Səndən uzaq düşsəm də mən eşqin ilə yaşayıram Yaralanmış qəlbim kimi, qəlbi viran Azərbaycan Bütün dünya bilir sənin qüdrətinlə, dövlətinlə Abad olub, azad olub, mülkü-İran, Azərbaycan Bisütuni-İnqilabda Şirin-Vətən üçin Fərhad Külüng vurmuş öz başına zaman-zaman Azərbaycan Vətən eşqi …
Sentyabr 24, 2016
Bulud Qаrаçоrlu Səhənd.”Şərqin axşamı”
Post Views: 45 Axşamın süpürgǝsi Ağacların kölgǝsin Yollardan süpürürdü. Mǝğribin lül gözlǝri, Əzǝl dǝniz rǝngli idi. Vǝrǝmlǝmiş mǝşriqin Qanlı tüpürcǝyinden, Dǝnizin rǝngi döndü. Şǝrqǝ doğru yürüyǝn, Gǝminin yǝlkǝninǝ Bir kǝllǝ rǝsimlenmiş, Mǝqqarǝ gözlǝrinin Hǝr biri min adamcıl Əjdǝhanin yuvası. Günǝş Bu gǝzǝyǝnti, Bu min üzlü sǝlitǝ Sallanır, cumur gedir. Uzaq dağlar dalına Qaş elǝyir, Göz …
Süleyman RÜSTƏM.”Təbrizim”
Post Views: 64 Baxdıqca hüsnünə doymayır gözüm, Təbrizim, Təbrizim, gözəl Təbrizim! Qoymaram yadları girsin qoynuna, İzin ver qolumu salım boynuna! Sənin bayramına, sənin toyuna Dili bir, qanı bir qardaşın gəlib, Dərdinə aşina sirdaşın gəlib. Sən çıxdın qarşıma duzla, çörəklə, Bağından dərdiyin güllə, çiçəklə, İkiyə bölünməz saf bir ürəklə, Təbrizim, Təbrizim, aman Təbrizim, Yox olsun başından …
Söhrab TAHİR.”Xalq”
Post Views: 30 Hamı xalq adından danışsın, ancaq Xalqın inamına inamı varsa. Dünyada ən güclü adam olacaq, Kim onu özünə inandırarsa. Xalq səngər kimidir, çətin işində Hamı boğazacan onda gizlənir. Adam var əlinə bir iş düşəndə Xalqa minnət vurur, xalqa hirslənir. Xalq ümid deməkdir, gələcək demək, Ümidsiz nə varsa ondan uzaqdır. Dünyada hər bir şey …
Balaş AZƏROĞLU.”İnqilab şairiyəm”
Post Views: 35 Mən nə şah, mən nə sultan, nə yaraşıq, nə ziynət, Nə əfsanə, nə mələk, nə saray, nə səltənət, Nə qədim əsrləri yada salıb ağlayan, Nə ömrünü qəzələ, mərsiyəyə bağlayan, Nə dövrün hakiminə şeir yazıb pul alan, Nə cəlladlar önündə həyat üçün alçalan, Nə peymana, nə saqi, nə sərab şairiyəm, Azadlığın carçısı inqilab …