Sayt 2012-ci il fevral ayının 14-də Bakı şəhərində gerçəkləşdirilən "Çağdaş Azərbaycan ədəbiyyatının inkişafına dəstək" layihəsi çərçivəsində istifadəyə verilib. E-mail: edebiyyat-az.com@mail.ru, Əlaqə telefonu: 051 795 44 33 Ünvan: Azərbaycan Respublikası, Bakı şəhəri

Göstərir: 1 - 5 of 5 NƏTİCƏLƏR
Azərbaycan ədəbiyyatı

Mirvarid DİLBAZİ.”Bölümdə qaldıqca vətən torpağı”

Post Views: 37 Yasəmən gül açıb, bəzəyib bağı, Qönçəyə dolubdur gülün budağı, Bölümdə qaldıqca vətən torpağı Mən bu gözəlliyi duya bilmirəm, Bahar sevincinə uya bilmirəm. Sarmaşıb çəməndə yenə gül-gülə, Nəğməli quşlar da gəliblər dilə, Mən elə qəmliyəm, qəmliyəm elə, Bu gözəllikləri duya bilmirəm, Bahar sevincinə uya bilmirəm. Şuşam, Qarabağım, dağlar maralı! Siz də yaralısız, mən …

Azərbaycan ədəbiyyatı

Hüseyn ARİF.”Meşəbəyi”

Post Views: 222 Kef üstündə kefimizi Gəldi, sordu meşəbəyi. -Buyur!- dedik, atdan enib, Bardaş qurdu meşəbəyi. Qamçısını atdı sola, Çantasını çəkdi dala. Şirin-şirin, bala-bala Bizlə vurdu meşəbəyi. İsti kabab , təzə fətir. Doymaq olmur,yenə gətir. Bığlarını arada bir Eşib burdu meşəbəyi. Altmışını verib yelə, Düşməyibdir ruhdan hələ. Qarşıdakı bir gözələ Göz də vurdu meşəbəyi. Yatdı …

Azərbaycan ədəbiyyatı

Osman SARIVƏLLİ.“Əlifba dərsi”

Post Views: 34 Yolum kəndimizə düşdü bir səhər, O gün də məktəbi görməyə getdim. Açıb darvazanı çox ehtiramla O böyük binanı ziyarət etdim. Uşaqlıq çağımı saldım yadıma Şeir dəftərimə xatirə yazdım. Məcid müəllimin öz şagirditək Əyləşib dərsinə qulaq da asdım. Onu da deyim ki, Məcid müəllim İrəli qaçmağı heç xoşlamazdı… Əvvəl köhnə dərsi təkrar etdi …

Azərbaycan ədəbiyyatı

Nüsrət KƏSƏMƏNLİ.”Qəhrəman şəhər”

Post Views: 74 Dörd il açılmayıb burda könüllər, Dörd il Bakıda da yaz olmayıbdır. Qəhrəman şəhərlər çəkdiklərindən Bakının çəkdiyi az olmayıbdır. Oynamaq olmazdı çiçəklə, güllə, Onu ana Vətən haraylayırdı. Cəbhədə birinə atılan güllə Arxada bir nəsli yaralayırdı. Bakı qılınc kimi qalmadı qında, Sıyrıldı kədərin, min qəmin üstə, Tankın, təyyarənin motorlarında Bakı yeriyirdi düşmənı üstə. Axırdı …

Ana səhifə

Nəriman HƏSƏNZADƏ.”Ürəyim ananı istəyir, qızım”

Post Views: 46 Ürəyim ananı istəyir, qızım, sən yaşa dünyada qəmsiz, kədərsiz. Bir səs qulağıma döz deyir, qızım, Mən dözdüm, yaş ötdü məndən xəbərsiz. Qaşlarım qaradı, saçlarım ağdı, təbiət şəklimi çəkir yenidən. Hamı bu dünyada qocalacaqdı amma tək qocalmaq dərd verir hərdən. “Dağlar” deyə-deyə mən dağ şamışam, Hanı tale dostum, ürəkdən gülən?! Dünyada yaşayıb dünyalaşmışam, …