Sayt 2012-ci il fevral ayının 14-də Bakı şəhərində gerçəkləşdirilən "Çağdaş Azərbaycan ədəbiyyatının inkişafına dəstək" layihəsi çərçivəsində istifadəyə verilib. E-mail: edebiyyat-az.com@mail.ru, Əlaqə telefonu: 051 795 44 33 Ünvan: Azərbaycan Respublikası, Bakı şəhəri

Göstərir: 1 - 5 of 5 NƏTİCƏLƏR
Azərbaycan ədəbiyyatı

Emin Pirini doğum günü münasibətilə təbrik edirik! (8 sentybar 1986-cı il)

Post Views: 32 Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının Gündəlik Analitik İnformasiya Agentliyinin və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Rəhbərliyi Sizi, yeni nəsil Azərbaycan gəncliyinin istedadlı nümayəndəsini, Azərbaycan Yazıçılar Birliyinin və Gənclər Şurasının üzvünü, Prezident təqaüdçüsünü, Gənclər mükafatçısını doğum gününüz münasibətilə səmimi qəlbdən təbrik edir, Sizə uzun ömür, möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə, ədəbi-bədii yaradıcılığınızda bol-bol …

Azərbaycan ədəbiyyatı

Kənan AYDINOĞLU.”Gedim, getməyim?”

Post Views: 31 Dayağım,pənahım desin Allahım -Kəlbəcər yoluna gedim,getməyim? Gözümə un kimi kədər ələyən, Sağına-soluna gedim,getməyim? Murovdağ,Qoşqar da olub narahat, Yaxşı görünməyir heç də bu həyat, Allah ömrümüzə versin amanat, Çəpərli yoluna gedim,getməyim? Kənanam,dərdimə dərman olmayan, Ömrün özünə də güman qalmayan, Sızlayıb firqətdən yaman ağlayan, Yaralı qoluna gedim,getməyim? 2008-ci il.

Azərbaycan ədəbiyyatı

Kənan AYDINOĞLU.”Elimə mənim”

Post Views: 31 Kədər də, qüssə də qonaq olubdu, Bu gün qan ağlayan elimə mənim! Nədəndir, bilmirəm, qəh-qəh eyləyib, Gülürlər bükülmüş belimə mənim?! Zarafat xoşlamır özü həyatın, Hərdən gülümsəyir üzü həyatın, Çətindi hər anı ,düzü, həyatın, Əl vurmaq istəyir telimə mənim! Fəqət hər işinə qarışmadımsa, Gizlində arxanca danışmadımsa, İkiyə bölməyə çalışmadımsa Yenə toxunmayın dilimə mənim. …

Azərbaycan ədəbiyyatı

Nisə QƏDİROVA.Yeni şeirlər

Post Views: 24 GEDƏCƏYƏM Xəyallar elə bil yuxu kimiydi, Yazıya, qismətə çatdıq, ayıldıq. Üzü dönük oldu zalım fələyin, Gör neçə danışdıq, neçə ayrıldıq. Kəsir duyğularım qılınctək məni, Özümü gəzirəm hər addımbaşı. Qollarım meyvəsiz budağa bənzər, Bədənim tək-tənha bir məzar daşı. Küsdürüb taleyin vəfası məni, Ömür söyləmirəm ayrılıqlara. Sıxır bu dünyanın havası məni, Dönüb gedəcəyəm…bilirsən hara?!… …

Azərbaycan ədəbiyyatı

Nisə QƏDİROVA.Yeni şeirlər

Post Views: 34 GECİKDİM Bir gözümə sürmə çəkdim, Biri ağladı, ağladı. Ömrümə hey nisgil yağdı , Ümid yağmadı, yağmadı. Ötdü ayım, ötdü ilim, Bəyaz qardı indi telim. Qapımı açdı öz əlim, Fələk bağladı, bağladı. Bu səbrimdən vallah bezdim, Sətirlədim, sapa düzdüm, Anlayana qədər dözdüm, Əcəl haqladı, haqladı. SEÇMƏDİM Bağlı qapı arxasından boylanıb, Olmayasan məntək dərdin …