Post Views: 35 Sinəmizdə əbədi qövr edən eşqin közüdür, Adəmdən Xatəmədək vəhy olan eşqin sözüdür. Bizə can bəxş eləyən eşqə mücərrəd nə demək?! Bizi ali məqama çatdıran eşqin özüdür. Əsil insan odu ki, bircə üzə qail ola, O da nurdan yaranan saf və pak eşqin üzüdür. Hər şeyə dörd göz ilə baxmağa görməkmi denir?! – …
İyul 11, 2018
Rafiq ODAY.”Bu əruz adlı dərin nəhridə kim var gəlsin”
Post Views: 30 Bu əruz adlı dərin nəhridə kim var gəlsin, Adbaad söyləmirəm, bəhridə kim var gəlsin. Dünyanın gərdişi bu – hər zaman hökmdə qalar, Göy ilə yer arası dəhridə kim var gəlsin. Od salar xanəsinə, könlünü qəhrdə tutar, Zili qəmdi, bəmi qəm, qəhridə kim var gəlsin. Nicat Allah işidir – yönünü əzmlə çevir, İxfa*nı …
Rafiq ODAY.”Vaxtıdı”
Post Views: 33 Bir az ağır olun, nolar, Batman gəlməyin vaxtıdı. Savalandan yola çıxıb, Atnan gəlməyin vaxtıdı. Görüb oxu – kürəkdəki, Kimdi əsən külək təki?! Yaşanarmı ürəkdəki Çatnan, gəlməyin vaxtıdı. Dərd sinədə sırıq-sırıq, Sirr verdiyin ağzıcırıq, Düşmən neylər ki, bu qırıq Zatnan, gəlməyin vaxtıdı. Dözməklə kar aşandımı? Ruhsuz bir gün yaşandımı?! Barışmaq yaraşandımı Matnan?- Gəlməyin …
Şəfa VƏLİYEVA.”burax, əllərində ölsün qırışlar”
Post Views: 39 “Gənc Ədiblər Məktəbi”nin müdavimi, AYB və AJB üzvü, Prezident təqaüdçüsü, Gənclər müfakatçısı burax, əllərində ölsün qırışlar, çərçivə olmasın baxışlarına… mənə çoxdan “xala” deyir uşaqlar, nə tez “nənə” oldun, ay naxış anam?! Mən elə bilirdim, qocala bilməz mən boyda “körpəsi” olan bir qadın… Daha günlərimdən borc ala bilməz, “olmazlar”… Dilimdə təkbirdi adın… burax, …
Şəfa EYVAZ.”Yorğun ürəyimi də götürüb”
Post Views: 41 Yorğun ürəyimi də götürüb, hüzuruna gəlmişəm, Tanrım… o qədər yolu yorğun yoldaşla gəlmək necə çətindir, bilirsənmi?! bir kədərdən perikib ürkmüş arzularımı toplayıb gətirmişəm… görə bilirsənmi, Tanrım, neçəsini itirmişəm? ümidlərim qalaqlanıb, satın alan yoxdu, əlimdə qalıb, Tanrım, alırsanmı? tükəndim, Tanrım, görmürsənmi?! tükəndim… 06.07.2018