Post Views: 28 Dəniz sakit olanda Sahilə gəldi uşaq. O baş vurdu sulara Əl-qolunu ataraq. O bilmirdi dənizdə Fırtına var, dalğa var, Suların həmləsindən Parçalanır qayalar. O nə görüb nə bilsin – Ona dərə də düzdür. Ancaq mənim gözümdə Dəniz elə dənizdir. 1960
Avqust 31, 2018
Görkəmli Azərbaycan şairi Əliağa KÜRÇAYLI.”Dənizdə nəğmə”
Post Views: 40 Üfüqlər arxasında Gün batır, axşam düşür. Dənizin aynasında Ay ulduzla görüşür. Yatır ləpələr çin-çin, Qağayılar dincəlir. Dənizdən bir nəğmənin Əks-sədası gəlir. Buludlar karvan-karvan, Ala-tala buludlar. Sonsuz səma tağından Düşür yola buludlar. İndi gözlərin sənin Ulduztək bulud dəlir, – Dənizdən bir nəğmənin Əks-sədası gəlir. Tək buruğun ziyası Uzaqda yanır-sönür. Sınır suyun aynası, Gəmi …
Görkəmli Azərbaycan şairi Əliağa KÜRÇAYLI.”Sənətin qüdrəti”
Post Views: 34 Məşhur rus rəssamı K.P.Brüllovun “Türk qızı” şəklinə baxarkən O türk qızı başım üstə Dirsəklənib yatağına, Qara saçı halə kimi Dövrə vurub qulağına. Zər bavtalı qara donu, Allah, necə tutur onu! Əyilibdir yana boynu, Kğlgə düşüb buxağına. Qaşlar – qara, göz – badamı, Dəli elər hər adamı. Bürünübdür gül əndamı Tirmə şalın saçağına. …
Görkəmli Azərbaycan şairi Əliağa KÜRÇAYLI.”Böyük Vaqifə”
Post Views: 29 Böyük Vaqif, keçdi illər, İl bir yerdə qala bilməz. Əsrlərdə hanı hünər? – Səni məndən ala bilməz! Eşq şairi! Bu eşqə bax! Şirvan, Muğan, Mil, Qarabağ Gəzir el-el, oymaq-oymaq Sərhəd bilməz, qala bilməz. Sənin eşqin, sənin dühan, Şahları da qoydu heyran. Yaxşı sözdür: “Hər oxuyan Molla Pənah ola bilməz!” Qoşmaların, qəzəllərin Əzbəridir …
Görkəmli Azərbaycan şairi Əliağa KÜRÇAYLI.”Səmadan ağır-ağır”
Post Views: 38 Səmadan ağır-ağır Dənizə yağış yağır. Damcılar iri, şəffaf, Büllur kimi təmiz, saf. Sanırsan yağış deyil, Göydən ulduz tökülür. Karvanqıran elə bil Kəhkəşanda sökülür, Göydən ulduz tökülür. Səmadan ağır-ağır Dənizə yağış yağır. Dəniz böyük, hüdudsuz, Tökülən yağış – ulduz Dənizin qucağında Qərq olaraq bir anda Çatır əbədiyyətə, Qovuşur məhəbbətə Dənizin qucağında. Yağışlar şəffaf, …
Əziz MUSA.Yeni şeirlər
Post Views: 32 Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, “İlham çeşməsi” qəzetinin təsisçisi və baş redaktoru, Azərbaycan Respublikası Prezidentinin Təqaüd Fondunun təqaüdçüsü NƏ GÖZƏLSƏN Lalə tək gözəlsən güllər içində, Meh əsir yellədir al köynəyini, Bəlkə də sevgilim sənsən artıran, Bu bağın-bağçanın gözəlliyini. Baxdıqca hüsnünə könlüm açılır, Gül gülü çağırır, bülbl bülbülü, Hər yarpaq təptəzə bir …
Kənan AYDINOĞLU.Yeni şeirlər
Post Views: 32 Gündəlik Analitik İnformasiya Agentliyinin Mətbuat xidmətinin rəhbəri, Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü. * * * Natəvan tək göz yaş tökən qəzəllərdən danışginən, Vaqifimin gözəlləri, öz yarınla barışginən. Sürmə çəkib gözlərinə siyah telli gözəllərim, Öz hüsnünlə gül-çiçəyə sən də bu gün qarışginən. Vüsal çağı yetişibdi, ayrılıqdan əlamət yox, Bu gün, sabah qurulacaq …
Qafqaz ƏVƏZOĞLU.Yurd həsrətli şeirlər
Post Views: 40 Süleyman Rəhimov adına Qubadlı rayon ədəbi ictimai birliyinin sədri, ”Sözün Sehri” qəzetinin təsisçisi, ”Qızıl qələm” və “Qızıl kitab” mükafatları laureatı YADIMA DÜŞÜBDÜ Yurd-yuvamda keçirtdiyim hər günüm, Ötüşən il, ay yadıma düşübdü! Bir səs olcaq ayağından başacan, Kəndə düşən hay yadıma düşübdü! İşdən-gücdən yorğun-arğın qayıdıb, Dincələrdik körpələri oynadıb. Qapımızda samavarı qaynadıb, Dəmlədiyim çay …
Ədəbiyyatşünas-tərcüməçi Çingiz Hüseynovun “Seçilmiş əsərləri” işıq üzü görüb
Post Views: 32 “Kitab Klubu” nəşriyyatı tərəfindən Çağdaş Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrindən biri Azərbaycan Yazıçılar Birliyinin üzvü, filologiya elmləri doktoru, professor, Azərbaycan SSR Əməkdar incəsənət xadimi, nasir, tənqidçi, ədəbiyyatşünas, tərcüməçi Çingiz Hüseynovun “Seçilmiş əsərləri” 434 səhifə həcmində, 50 tirajla işıq üzü görüb. Kitaba ədəbiyyatımızın patriarxı nasir, tənqidçi, ədəbiyyatşünas, tərcüməçi Çingiz Hüseynovun üslub baxımından müxtəlif seçilmiş …
Yazıçı-dramaturq İqor Mojeykonun “27 möcüzə” adlı yeni kitabı işıq üzü görüb
Post Views: 37 “Kitab Klubu” nəşriyyatı tərəfindən Çağdaş Rusiya ədəbiyyatının görkəmli nümayəndələrindən biri, tarix elmləri doktoru, SSRİ Dövlət Mükafatı laureatı, yazıçı-dramatuq, ədəbiyyatşünas, şərqşünüs, ssenarist İqor Mojeykonun “27 möcüzə” adlı əsəri 272 səhifə həcmində, 50 tirajla işıq üzü görüb. Əsəri Rus dilindən Azərbaycan türkcəsinə uyğunlaşdıranlar T.Əliyev və Ç.Hacıyevdir. Qədim yunanlar belə hesab edirdilər ki, dünyanın yeddi …
Yazıçı-dramaturq Rəşad Nuri Güntəkinin “Dodaqdan qəlbə” adlı yeni kitabı işıq üzü görüb
Post Views: 40 “Kitab Klubu” nəşriyyatı tərəfindən Çağdaş Türkiyə ədəbiyyatının görkəmli nümayəndələrindən biri, yazıçı-dramatuq Rəşad Nuri Güntəkinin “Dodaqdan qəlbə” adlı yeni kitabı 320 səhifə həcmində, 50 tirajla işıq üzü görüb. Əsəri Türkiyə türkcəsindən Azərbaycan türkcəsinə uyğunlaşdıran Məryəm Axundovadır. Roman kiçik yaşlarında çoxlu əziyyət və məşəqqətlər yaşayan Hüseyn Kənanın həyatından bəhs edir. Uşaqlığı çətin keçən Kənan …