Sayt 2012-ci il fevral ayının 14-də Bakı şəhərində gerçəkləşdirilən "Çağdaş Azərbaycan ədəbiyyatının inkişafına dəstək" layihəsi çərçivəsində istifadəyə verilib. E-mail: edebiyyat-az.com@mail.ru, Əlaqə telefonu: 051 795 44 33 Ünvan: Azərbaycan Respublikası, Bakı şəhəri

Göstərir: 1 - 8 of 8 NƏTİCƏLƏR
Azərbaycan ədəbiyyatı

Xalq şairi Süleyman RÜSTƏM.Seçilmiş sevgi şeirləri

Post Views: 282 EŞQİN ÜRƏYİMİN YARASINDADIR Dinlə şairini, təbrizli gözəl, Yenə həsrətinlə alışır sinəm. Tarixi uzundur bu ayrılığın, Əzizdir qəlbimə, doğmadır bu qəm. Dünyanı versələr etmərəm qəbul, Könlüm vüsalını istəyir ancaq. Səni qul doğmayıb təbrizli anan, Sənindir qan sızan o ana torpaq. Silkin, qoy dağılsın başının üstdən, Sənə gün verməyən qara buludlar. Torpağın altından boylansın …

Azərbaycan ədəbiyyatı

Xalq şairi Zəlimxan YAQUB.”Hüseyn ARİF haqqında xatirə şeirləri”

Post Views: 63 HÜSEYN ARİF HAQQINDA XATİRƏ ŞEİRLƏRİ Hüseyn Ariflə, ustadımızla, Hər yerdə Kərəmlə Lələ kimiydik. Baş-başa verərdik eldə-obada, Ruhlara saçılan şölə kimiydik. Sərbəst dolanardıq, azad yaşardıq, Kövrək duyğularla dolub daşardıq. Vurğundan deyəndə vurğunlaşardıq, Günəş ətrafında halə kimiydik. Kür üstə Yəhya bəy Dilqəm olardıq, Qəmli könüllərə həmdəm olardıq. Ağrıya, acıya məlhəm olardıq, Yaralar üstündə pilə …

Azərbaycan ədəbiyyatı

Xalq şairi Balaş AZƏROĞLU.”Sən narın yağış kimi”

Post Views: 255 Sən narın yağış kimi Elə hopmusan qəlbimə Sakit-sakit,aram-aram Yağış yağar, yer doymaz Mən də səndən doymaram Gözüm gözündən doymaz Qulağım səsindən… Sinəm nəfəsindən… Deyirlər bu dünyada ən ülvi sevgi, Səssiz, sözsüz məhəbbətdir… Axı dilə-ağıza salmaz sevən-sevəni. Mənə də sənin eşqin kifayətdir. Nəyə lazım hamı bilə, sevirəm səni. İstəmirəm şıdırğı yağış kimi, Selə …

Azərbaycan ədəbiyyatı

Xalq şairi Söhrab TAHİR.Seçilmiş şeirlər

Post Views: 76 Qoşa qundaq idi iri əlləri, İri əllərinə qundaqlanmışam. Beşikdən çıxanda uşaq illərim Ata sərtliyinə pardaqlanmışam. Nə vaxt dəliləşib şuluq salardım, Xəmir yoğurardı qulaqlarımdan. İti dişlərimin yeri qalardı. Zəhimli əlinin qıraqlarında. İri bir xırman idi, düyünlü bir vəl, Mindim taleyimin xırman vəlinə. Bir gün mənə tərəf uzansa o əl Səcdəyə enərəm onun əlinə. …

Azərbaycan ədəbiyyatı

Xalq şairi Rəsul RZA.Seçilmiş şeirlər

Post Views: 98 ANAMIN GƏLİN QIZI Bilmirəm ki, tabutun şamdır, yoxsa arçandır. Sənin son səfərindir; bizim səfər haçandır?! Səninlə biz, bir arçan əkmişdik məhləmizdə; yasəmən çiçəkləyib, qızılgüllər açanda. Mən bilmirəm tabutun o arçandan çəkilib, sarı kəhrəbadandır, ya mərcandan çəkilib. Bəlkə qan yaş gözümdür onu mərcan tək görən, anamın gəlin qızı! Anamın gəlin qızı. yadındamı, bir …

Azərbaycan ədəbiyyatı

Xalq şairi Nigar RƏFİBƏYLİ.Seçmə şeirlər

Post Views: 347 AYRILIQ Mən ki, doymamışdım heç vüsalından, Mənə zülm elədi yaman ayrılıq. Nə olardı bir gün durub yuxudan Görəydim ki, olub yalan ayrılıq… Biz ki, bir ruh idik iki bədəndə, O gülüb-sevinsə gülərdim mən də, Vüsalın bülbülü uçub gedəndə, Daş kimi gəlbimdə qalan ayrılıq. Kim qıydı dostların bahar elinə? Mehriban sözünə, şirin dilinə, …

Azərbaycan ədəbiyyatı

Xalq şairi Cabir NOVRUZ.Seçmə şeirlər

Post Views: 85 Sən elə bir vaxtda rast gəldin mənə, Qurumuş bulağam, bulanmış suyam… Sən elə bir vaxtda rast gəldin mənə, Oxunmuş nəğməyəm, çalınmış toyam. Nə gücüm çatdı ki, səndən yapışım, Nə gücüm çatdı ki, səndən qaçam mən… Nə odum oldu ki, yanam, alışam, Nə sehrim oldu ki, cavanlaşam mən… Sən elə bir vaxtda rast …