Sayt 2012-ci il fevral ayının 14-də Bakı şəhərində gerçəkləşdirilən "Çağdaş Azərbaycan ədəbiyyatının inkişafına dəstək" layihəsi çərçivəsində istifadəyə verilib. E-mail: edebiyyat-az.com@mail.ru, Əlaqə telefonu: 051 795 44 33 Ünvan: Azərbaycan Respublikası, Bakı şəhəri

Göstərir: 1 - 16 of 16 NƏTİCƏLƏR
Azərbaycan ədəbiyyatı

Xalq şairi Nəriman HƏSƏNZADƏ.”Tələbəlik”

Post Views: 66 Durur ayrıldığım kölgəli çinar,Durur Gəncədəki bizim institut.Xəyalım bir yerdə tutmadı qərar,İlləri andırdı bir anlıq sükut. Neyləyim, unutmur insan ürəyi,Yaşadım dünyadan könlü yanıqlı.Düz dörd il geyindim köhnə pencəyi,Qolu gödək oldu, boynu yamaqlı. O pencək saxladı məni soyuqdan,Doğru danışmağı çoxu ar bilir.Əynindən çıxardıb vermişdi atan,Heç kim bilməsə də qonşular bilir. Bəzən ac da qaldım …

Azərbaycan ədəbiyyatı

Xalq şairi Nəriman HƏSƏNZADƏ.”Ölsün birdəfəlik bu adətiniz”

Post Views: 35 Toyda oynadılar,ürək açdılar,Sonra gecəyarı dağılışdılar.Yolda gileyləndi biri əlbəəl; -Qız çörək yeyirdi.-Mən ölüm?-Sən öl!-Oğlanı görmüşdüm neçə il əvvəl,-Gəzənin biriydi.-Mən ölüm?-Sən öl!-Onlar evlənsə də yaşayan deyil.Qız on yaş böyükdü.-Mən ölüm?-Sən öl! Ölməyin,ölməyin,yazıqsınınz siz,Ölsün birdəfəlik bu adətiniz.

Azərbaycan ədəbiyyatı

Xalq şairi Zəlimxan YAQUB.”Gözəllik var olan yerdə”

Post Views: 36 Çirkin dönüb göyçək olar,Qanqal dönüb çiçək olar.İnsan dönüb mələk olar,Gözəllik duyulan yerdə. Qış gəlib yaza çevrilər,Kötüklər saza çevrilər.Qarılar qıza çevrilər,Gözəllik duyulan yerdə. Ümid coşar, həsrət ölər,Yamanlığa dəvət ölər.Kin susar, ədavət ölər,Gözəllik duyulan yerdə. Könül sevər, göz vurular,Bulanlıq sular durular.Dünya saflıqdan qurular,Gözəllik duyulan yerdə. Əridərik qəzəbləri,Unudarıq əzabları.Qazanarıq savabları,Gözəllik duyulan yerdə. Nə suç, nə …

Azərbaycan ədəbiyyatı

Xalq şairi Zəlimxan YAQUB.”Dəli olmağıma bir addım qalıb”

Post Views: 257 Bilmirəm heç nəyi, lələ, bilmirəm,Mən kiməm, nəçiyəm, hələ bilmirəm.Getmişəm, özümə gələ bilmirəm,Dəli olmağıma bir addım qalıb. Ömrümün bu yaşda nağılına bax,Nağıldı, ay Allah, nağıl, ona bax!Ağılsız eşqimin ağılına bax,Dəli olmağıma bir addım qalıb. Əl açar, sevgimin əli utanmaz,Xırmanı iş görər, vəli utanmaz.Yiyəsi utanar, dəli utanmaz,Dəli olmağıma bir addım qalıb. Bilmirəm, heç neçə …

Azərbaycan ədəbiyyatı

Xalq şairi Qabil.”Çadırlara alışmayın!”

Post Views: 37 Cərgə-cərgə, düzüm-düzüm,Görüb qan ağlayır gözüm…Millətimə budur sözüm:Çadırlara alışmayın! Nə gen-bolu, nə də darı,Nə qırışı, nə hamarı…Yığışdırın bu bazarı,Çadırlara alışmayın! Vurun, deşin dolu kimi,Qırın tikan kolu kimi,Uzaqlaşan dəli kimi…Çadırlara alışmayın! Əski-üskü dam-daşımız?!Burda xeyir-şər aşımız?!Qaraçı da yoldaşımız?!Çadırlara alışmayın! Burda tapmayın rahatlıq,Bir dəqiqə, bir saatlıq,Aman günü! El-elatlıq…Çadırlara alışmayın! İmarətə tən olsa da,Pəncərəsi gen olsa da,Dövrəsi …

Azərbaycan ədəbiyyatı

Xalq şairi Qabil.”Ümid sənədir ancaq, Azərbaycan əsgəri!”

Post Views: 37 Uzanır danışıqlar, imzalanır sənədlər.Xəritədə aləmə göstərilir sərhədlər.Səsimizə səs verir dünya başbilənləri;Ümid sənədir ancaq, Azərbaycan əsgəri! Dəyirmi masalarda izi var dirsəklərin,Ağla sığan söhbəti,sözü var dəstəklərin.Yardım bağlamasında özü var dəstəklərin,Lap ləl-cəvahir olsun hər yardımın dəyəri.Ümid sənədir ancaq, Azərbaycan əsgəri!!!! Diplomat cənabların hər biri hörmətlidir.Bu məqamda ölkəmə təşrifi qiymətlidir.Səyi təqdirə layiq, rəyi  ədalətlidir.Gözdən-nəzərdən salan kimdir …

Azərbaycan ədəbiyyatı

Xalq şairi Nəbi XƏZRİ.”Salatın-Rakviyem”

Post Views: 50 Baxdı atasınıntutqun üzünə,O, gördü mehribanbaxışlarda qəm.“ – Ata, Qarabağa gedirəm yenə.Ceyhun əmanəti…əyər gəlməsəm…”“ – Sən nə danışırsan?Bu sözlər nədir?Belə bəd hisslərdənay qızım, əl çək”Qızın ürəyindənaxdı bir fikir:“Həmişə güllələryan keçməyəcək!”Ata gözlərindəyaş gilələndi,Öpərək qızınıkədərlə dindi:“ – Mən oğul istədimilk övladımı,Dedim Soltan qoyumonun adını.Sən gəldin, can qızım,mehriban qızım,Mənə ilahidənərmağan qızım,Dedim ki, Soltanayaraşsın adın.Odur ki, çağırdımsəni, …

Azərbaycan ədəbiyyatı

Xalq şairi Nəbi XƏZRİ.”Gözəllik alınıb satılan zaman”

Post Views: 38 Sevgilər itirib zərurətini,Içilən andlarda həqiqət deyil!Müəllim tələbə bekarətini,Dollara alırsa fəlakət deyil? Kimsə güdür ciblər səxavətini,Onu düşündürən məhəbbət deyil!Nazir katibənin od şəhvətini,Zorla söndürürsə cəsarət deyil! Dubaya satılan nadir gözəllər,Məgər ki,dünyada rəzalət deyil?!Zərif bədənləri didən cod əllər,Tanrı qarşısında cinayət deyil? Çirkin girdablarda boğulur insan,Onun köməyinə sən yetmə,Allah!Sevgilər alınıb satılan zaman,Belə günahları əfv etmə,Allah!

Azərbaycan ədəbiyyatı

Xalq şairi Cabir NOVRUZ.”Vətən qorudun sənindir…”

Post Views: 35 Vətən qorudun sənindir,Qorumadın özgənindir,Qorumadın, yağınındır,Qorumadın axırındır… Vətən qorudun sənindir,O, bayraq tutan əlindir,Basılmaz qalan, dağındır,Qorumadın göz dağındır… Vətən qorudun sənindir,Yoxsa gədə-güdənindir,Yoxsa başsız sürünündür,Bir ovuc sağ ölünündür… Vətən qorudun sənindir,Allahın, peyğəmbərindir,Anan, qardaşın, balandır,O, indi talan-talandır… Vətən qorudun sənindir,O tay-bu taylı ünündür,İki ağlayan gözündür,Dərbəndindir, Təbrizindir… Vətən qorudun sənindir,Qorumadın kəfənindir,Qorumadın qübarındır,Murdarlanmış məzarındır…

Azərbaycan ədəbiyyatı

Xalq şairi Cabir NOVRUZ.”Mən necə yaşayım ölü günləri?… “

Post Views: 40 Demə bu məhəbbət, demə bu sevgi,Ötəri hiss imiş, ötəri həvəs.Yox imiş təməli, yox imiş kökü,Dəyəri bir qara qəpiyə dəyməz. Özün bu sevdaya sövq etdin məni,Sonra öz əlinlə özün dağıtdın,Özün hicrana öyrətdin məni,Özün bu kitabı açdın, bağladın. Özün də axırda dandın sözünü,O andlar, amanlar de, harda qaldı?Sən gəldin, yollardan çəkdim gözümü,Sən getdin, gözlərim …

Azərbaycan ədəbiyyatı

Xalq şairi Məmməd ARAZ.”Ağarma, saçım, ağarma!”

Post Views: 127 Nə erkən sənə dən düşdü,Niyə düşdü, nədən düşdü?Beynimmi qüvvədən düşdü?Ağarma, saçım, ağarma! Arzu sonsuz, ömür yarı…Artdı alnın qırışları,Səndə insaf olsun barıAğarma, saçım, ağarma! Məni qəmgin görsə əgərDüşmən gülər, dost qəm yeyər,Qızlar baxıb “dayı” deyər,Ağarma, saçım, ağarma! Daşdır qəlbin, daşdır canın,Yoxdur, duyğun, yoxdur qanın.Hələ gəncəm, sən vicdanınAğarma, saçım, ağarma! Ömür keçir, yaman keçir,Qəlbimdən …

Azərbaycan ədəbiyyatı

Xalq şairi Məmməd ARAZ.”Sən getdin”

Post Views: 49 Sən mənim yazıma birinci yağış,Sən mənim qışıma sonuncu qardın.O mənim qəlbimdə ünvan tapmamış,Pərişan bir eşqi hara apardın… Sən getdin, təbiət bir səs itirdi,Bir sevgi dastanı qaldı yarımçıq.Bir ulduz əbədi buluda girdi,Bir çiçək göyərib soldu yarımçıq. Sən getdin, son həsrət eşqi gözündənQəlbimə axmadı sözlə, qılıqla.Bəlkə oğurlayıb səni özümdənSənə qaytarırdım bu ayrılıqla… Son dəfə …

Azərbaycan Prezidenti

Azərbaycan Milli Elmlər Akademiyasının Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin 80 illiyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Post Views: 52 Azərbaycan Milli Elmlər Akademiyasının Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin 80 illiyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı 2020-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasının Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin 80 illiyi tamam olur. Milli Azərbaycan Ədəbiyyatı Muzeyi ötən müddət ərzində xalqımızın çoxəsrlik mədəniyyətinin və böyük ədəbi irsinin tədqiqi …

Mədəniyyət

Fəxri oxucular “Eşq və Ölüm” baletinin tamaşaçısı oldular

Post Views: 46 Bakı şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) M.Ş.Vazeh adına Mərkəzi Kitabxanasının Fəxri və fəal oxucuları tanınmış müğənni və bəstəkar, Xalq artisti Polad Bülbüloğlunun 75 illik yubileyi ilə əlaqədar onun “Eşq və Ölüm” tamaşasında iştirak etdilər. “Kitabi-Dədə Qorqud” dastanının motivləri əsasında səhnələşdirilmiş balet oğuzların mərdliyindən və şücaətindən, vətənə sevgisindən …

Mədəniyyət

Pərvanə Bayramqızının “Yaza bilməyən yazıçı” kitabının təqdimatı keçirildi

Post Views: 39 Bakı şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) M.Ş.Vazeh adına Mərkəzi Kitabxanasının əməkdaşı, yazıçı Pərvanə Qarayevanın (Bayramqızı) “Yaza bilməyən yazıçı” adlı kitabının təqdimatı keçirildi. Tədbiri giriş sözü ilə kitabxananın direktoru Lətifə Məmmədova açaraq bildirdi ki, Pərvanə Bayramqızı bu kitabında son iki il ərzində mətbuatda və saytlarda dərc edilmiş ictimai-sosial …