Post Views: 36 Azərbaycan Yazıçılar Birliyinin atavan klubunda Müdafiə Nazirliyi və Azərbaycan Yazıçılar Birliyi Ağsaqqalar Şurasının nəşri olan “Qələmlə, Silahla…” adlı kitab-albomun təqdimat mərasimi keçirilib.Kitab-alboma xalqımızın yüksək mənəvi keyfiyyətlərini – Vətən sevgisi, torpağı qorumaq borcu, qələbə əzmi, yadelli işğalçılara qarşı döyüşlərdə qəhrəmanlıq, fədakarlıq, şəhidlik örnəklərini özündə əks etdirən müsahibələr, şeirlər, məqalələr və tarixi şəkillər daxil …
Fevral 2020
Əziz Mirəhmədovun 100 illik yubileyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Post Views: 30 2020-ci ildə Azərbaycan ədəbiyyatşünaslığının görkəmli nümayəndəsi, tanınmış tənqidçi və mətnşünas alim, Azərbaycan Respublikası Milli Elmlər Akademiyasının müxbir üzvü, Əməkdar elm xadimi, filologiya elmləri doktoru, professor Əziz Mirfeyzulla oğlu Mirəhmədovun anadan olmasının 100 illiyi tamam olur. Professor Əziz Mirəhmədov ömrünün altmış ilini ədəbiyyat tariximizin xüsusən XIX əsri və XX əsrin əvvəllərini əhatə edən …
Dəyərli qələm dostlarımız və ədəbiyyat maraqlıları!
Post Views: 36 Sizi 29 fevral 2020-ci il tarixində saat 12:00-da Azərbaycan Yazıçılar Birliyinin katibi, “525-ci qəzet”in baş redaktoru, tanınmış şair, jurnalist RƏŞAD MƏCİDlə görüşə dəvət edirik. Tədbirdə eyni zamanda şairin yeni nəşr olunuş “Qələmsiz yazılanlar” kitabı oxuculara təqdim ediləcək.Ünvan: Sumqayıt şəhəri, Heydər Parkı, Z.Hacıyev küçəsi-6. Poeziya Evi.
Xocalı soyqırımına həsr olunmuş səyyar sərgi
Post Views: 31 Bakı şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon MKS- inin Q.Musabəyov adına 3 №-li kitabxana filialının əməkdaşları Xocalı soyqırımı ilə əlaqədar Yasamal rayon 1№-li Telefon Qovşağında “Xocalı harayı” adlı səyyar sərgi təşkil etdilər.Tədbirdə müəssisənin əməkdaşları iştirak etdilər.Kitabxana filialının müdiri Arzu Xudayarova sərgi barədə məlumat verdi.Tədbir iştirakçıları ermənilərin törətdiyi faciədən danışaraq bildirdilər ki, artıq …
Beynəlxalq əməkdaşlıq çərçivəsində müsahibə dərc olunub
Post Views: 36 2020-ci ildə Belarus Yazıçılar Birliyinin “Heмaн” jurnalının 75 illik yubileyidir.Jurnalın yanvar nömrəsində Bakı şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) direktorunun “Dağlardan yüksək yalnız… kitablar ola bilər” («Выше гор могут быть только … книги») müsahibəsi dərc olunub. Müsahibədə müasir dövrdə kitaba və mütaliəyə marağın azalması məsələləri ümümbəşəri məsələ kimi işıqlandırılır. …
Azərbaycan Respublikasının Elm, texnika, memarlıq, mədəniyyət və ədəbiyyat üzrə Dövlət Mükafatları Komissiyasının yeni tərkibinin təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı
Post Views: 34 Azərbaycan Respublikasının Elm, texnika, memarlıq, mədəniyyət və ədəbiyyat üzrə Dövlət Mükafatları Komissiyasının yeni tərkibinin təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram: 1. Azərbaycan Respublikasının Elm, texnika, memarlıq, mədəniyyət və ədəbiyyat üzrə Dövlət Mükafatları Komissiyasının aşağıdakı yeni tərkibi təsdiq edilsin: Komissiyanın sədri …
İbrahim İLYASLI.” BİLDİM”
Post Views: 33 Dünyanın iki türlü rengi varmış,-Bildim siyah ne, ak nedir, bildim.Yavrumun dilinden bir şeyler duydum,Göğsüme vurulan dağ nedir, bildim. “Yok” tan yola çıktım, yol beni gitti,Kıt beni kıstırdı, bol beni gitti.Ben sağı giderken sol beni gitti,Sonunda sol nedir, sağ nedir bildim. Doldu piyaleler, boşaldı camlar,Sarhoş dimağımı değişti tamlar…Karanlık gönlümde yandıkca mumlarYürekten eriyen yağ …
İbrahim İLYASLI.”Məmləkətim”
Post Views: 32 Səni«dil demək» nədi?-Heç sazla daağlamaq olmur,Məmləkətim!Dərdlərinəayna tuta bilmirnə kaman, nə ud.Bizbir bəla kimidoğulduq sənə,sevgili yurd! «Can Azərbaycan!» deyibənşarkılar yazdıq adına.«Yaşa! Yaşa! Yaşa!»şüarlarındabasdırdıq səni.Şuşa deyib – Şuşadan,Laçın deyib – Laçındanasdırdıq səni.Bizbir bəla kimidoğulduq sənə,sevgili yurd! Heç bu şeirdə dəqəminə layiqağrı yoxdu,nöyütünə layiqkibrit.Xəcalət çək, ay şair,ay şeir,buradaca tükən,buradaca bit!..
Kitabxanaçılar ”Ana harayı“ abidəsini ziyarət etdilər
Post Views: 42 Bu gün, Azərbaycanın XX əsr tarixinin ən faciəli səhifələrindən biri olan Xocalı soyqırımının iyirmi səkkizinci ili tamam olur. Bununla əlaqədar, Bakı şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) M.Ş.Vazeh adına Mərkəzi Kitabxanasının əməkdaşları və Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin tələbələri “Ana harayı” abidəsini ziyarət etdilər. “Ana harayı” abidəsi 1992-ci …
26 fevral 1992-ci il-XOCALI Soyqırımı
Post Views: 53 Xocalı soyqırımı 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı dəstələri SSRİ dövründə Xankəndi (Stepanakert) şəhərində yerləşdirilmiş 366-cı motoatıcı alayının zirehli texnikası və hərbi heyətinin köməkliyi ilə Xocalı şəhərini zəbt etdilər.Hücumdan əvvəl, fevralın 25-i axşam çağından şəhər toplardan və ağır zirehli texnikadan şiddətli atəşə tutulmağa başlamışdır. Nəticədə şəhərdə yanğınlar baş vermiş …
Abdulla Şaiqin məzarı ziyarət edildi
Post Views: 37 Yasamal rayon MKS-inin A.Şaiq adına 2 №-li kitabxana filialı və ədibin ev-muzeyinin təşkilatçılığı ilə gorkəmli şair, yazıçı, dramaturq, pedaqoq Abdulla Şaiqin doğum günü ilə əlaqədar Fəxri Xiyabanda ədibin məzarı ziyarət edildi. Tədbirdə kitabxananın və Abdulla Şaiqin ev-muzeyinin əməkdaşları, kitabxananın fəal oxucuları, ədibin ailə üzvləri iştirak etdilər. Anım tədbirində ev-muzeyinin direktoru Ülkər …
“Xocalıya ədalət, mərhəmət gərək!”
Post Views: 36
Beynəlxalq Ana Dili Gününə həsr olunmuş tədbir
Post Views: 62 Bakı şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon MKS-inin M.Ş.Vazeh adına Mərkəzi Kitabxanasının əməkdaşları A.Məmmədov adına 38 №-li tam orta məktəbdə 21 fevral – Beynəlxalq Ana Dili Günü ilə əlaqədar tədbir keçirdilər. Tədbirdə kitabxananın fəal oxucusu BDU-nun Hüquq fakültəsinin tələbəsi Nuray Araz, kitabxanada təcrübə keçən Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin kitabxanaçılıq informasiya …
Udmurtiya Milli Kitabxanasında Azərbaycan güşəsi yaradılacaq
Post Views: 33 Rusiya Federasiyası Udmurt Respublikasının Milli Kitabxanası 2018-ci ilin payızında 100 illik yubileyini qeyd etdi. Elə həmin ildən Udmurt Milli Kitabxanası Bakı şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşmiş Kitabxana Sisteminin (MKS) Mərkəzi Kitabxanası ilə əlaqələr qurmuş və iki kitabxana arasında beynəlxalq əməkdaşlığı genişləndirməyə başlamışdır. Beynəlxalq əməkdaşlıq çərçivəsində Udmurt Milli Kitabxanasında 2020-ci ildə …
31 Mart – Azərbaycanlıların soyqırımı günü
Post Views: 68 1813-cü və 1828-ci illərdə imzalanmış Gülüstan və Türkmənçay müqavilələri ilə Azərbaycan xalqının parçalanması və tarixi torpaqlarımızın bölünməsinin əsası qoyulub, sonrakı dövrdə isə həmin torpaqların özgəninkiləşdirmə prosesinə başlanılıb. Qısa müddətdə ermənilərin kütləvi surətdə Azərbaycan torpaqlarına köçürülməsi həyata keçirilib. İrəvan, Naxçıvan və Qarabağ xanlıqlarının ərazilərində məskunlaşdırılan ermənilər orada yaşayan azərbaycanlılarla müqayisədə azlıq təşkil etmələrinə …
Xocalı soyqırımı
Post Views: 84 Xocalı soyqırımı Ermənistanın Azərbaycana qarşı işğalçılıq müharibəsinin gedişində dinc azərbaycanlı əhaliyə qarşı törədilmiş soyqırımı cinayətlərinin ən dəhşətlisidir. Bundan əvvəl, Azərbaycanın Ermənistanla həmsərhəd Qazax rayonunun Bağanis Ayrım kəndinin, Dağlıq Qarabağda azərbaycanlılar yaşayan İmarət Qərvənd, Tuğ, Səlakətin, Axullu, Xocavənd, Cəmilli, Nəbilər, Meşəli, Həsənabad, Kərkicahan, Qaybalı, Malıbəyli, Yuxarı və Aşağı Quşçular, Qaradağlı kəndlərinin işğalı zamanı …
20 Yanvar faciəsi
Post Views: 37 1990-cı il yanvar faciəsinə aparan yol azərbaycanlıların Ermənistandakı tarixi torpaqlarından növbəti kütləvi deportasiyasının, Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi cəhdlərinin geniş vüsət aldığı 1987-ci ildən başlayıb. Artan xətt üzrə davam edən gərginliyin qarşısını almaq əvəzinə, Sovet rəhbərliyi Azərbaycan xalqına qarşı dəhşətli cinayət işlədib. 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə birbaşa Sovet İttifaqı Kommunist …
Elvin Əlizadəni doğum günü münasibətilə təbrik edirik! (20 fevral 1988-ci il)
Post Views: 41 Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının Gündəlik Analitik İnformasiya Agentliyinin və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Rəhbərliyi Sizi, yeni nəsil Azərbaycan gəncliyinin istedadlı nümayəndəsini, Azərbaycan Yazıçılar Birliyinn üzvü,Sumqayıt Regional Mədəniyyət İdarəsi nəzdindəki Poeziya Evininin əməkdaşı Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının Gündəlik Analitik İnformasiya Agentliyinin və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Sumqayıt …
Ustadım Dərviş Yunus ƏMRƏ
Post Views: 62 Yunus Əmrə (d.1238 Sarayköy, Milhalıççıq, Əskişəhər – ö.1321 Sarayköy, Milhalıççıq, Əskişəhər) — Anadoluda türkcə şeirin banilərindən biri[7]; sufi; İslam filosofu; təsəvvüf və xalq şairi; Türk-İslam mütəfəkkiri. 1991-ci ildə UNESCO tərəfindən Yunus Əmrənin 750 illik yubileyi qeyd olunmuşdur. Həyatı Tapdıq Əmrə ilə tanış olması Həyatı və özü haqqında çox az şey məlum olan Yunus Əmrə, Rum sultanlığının dağılmağa və Anadolunun[10] müxtəlif yerlərində bəyliklərin yaranmağa başladığı …
Həzrət Mövlana Cəlaləddin RUMİ
Post Views: 59 Mövlana Cəlaləddin Balkhi (fars. مولانا جلال الدین محمد رومی Mevlānā Celāl-ed-Dīn Muhammed Balkhi; 1207, Bəlx, Əfqanıstan – 1273) — İslam və təsəvvüf dünyasında tanınmış fars[2][3][4][5][6]şair, mövləvi yolunun öncülü, vəhdəti-vücud (panteizm) fəlsəfəsinin tanınmış nümayəndəsi. Həyatı Əsl adı Muhamməd Cəlaləddindir. Xudavəndiyar, Sultanul-Aşiqin (aşiqlər sultanı), Sultanul-Muhibbin (sevgililər sultanı) ləqəbləri ilə də tanınmışdır. Mövlana ləqəbi isə ona hələ gənc yaşlarında ikən Konyada dərs verməyə başladığı zamanlarda verilmişdir. Mövlana ləqəbini ilk dəfə …
F.İ.Nəcəfovun “Şöhrət” ordeni ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Post Views: 42 Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram: Azərbaycan mədəniyyətinin inkişafında xidmətlərinə görə Fazil İmamverdi oğlu Nəcəfov “Şöhrət” ordeni ilə təltif edilsin. İlham Əliyev Azərbaycan Respublikasının Prezidenti Bakı şəhəri, 15 fevral 2020-ci il.
Sumqayıtlı gənc yazarların nəzərinə!
Post Views: 37 Əli Kərim adına Poeziya Evi Azərbaycanın gənc yazarlarının Sumqayıtda keçiriləcək toplantısına hazırlıq məqsədilə sizləri qeydiyyatdan keçməyə və hazırlıq görüşünə dəvət edir. Görüş 23 fevral 2020-ci il tarixində saat 12:00-da Poeziya Evində keçiriləcək.Ünvan: Sumqayıt şəhəri, Heydər Parkı, Zülfü Hacıyev 6Əlaqə telefonları: 044 208 01 61; 055 887 51 61E-mail : sumqayitpoeziya.evi@mail.ru
“Açık Kara” dergisinin 23. sayısı yayında
Post Views: 25
Bağçada “ucadan oxu” keçirildi
Post Views: 40 18 fevral tarixində Bakı şəhər Mədəniyyət Baş İdarəsi M.Ş.Vazeh adına Yasamal rayon Mərkəzi Kitabxanasının əməkdaşları Sevil Namazova, İradə Hüseynova və Dəniz Vətəni 94 №-li Körpələr Evi Uşaq – Bağçasında “Ucadan oxu” keçirdilər. S.Namazova uşaqlara Mixail Zoşenkonun “Ağıllı meymun” nağılını oxudu. O, izah etdi ki, bu nağıl hesablama əməlinin yaxşı qavranılması və …
“Vahidəm, xəlqimin qəzəl şairiyəm”
Post Views: 31 Yasamal rayon MKS-inin Ə.Vahid adına 1№-li kitabxana filialında Azərbaycan qəzəl məktəbinin görkəmli nümayəndəsi, “Füzuli yadigarı”, qəzəlxan-şair Əliağa Vahidin 125 illiyi ilə əlaqədar “Vahidəm, xəlqimin qəzəl şairiyəm” adlı tədbir keçirildi. Tədbirdə “Vahid” Poeziya Məclisinin sədri Hacı Rafiq Əliyev, “Məcməüş-şüəra” məclisinin sədri, professor, qəzəlxan-şair Şahin Fazil, məclis üzvləri Elman Qasid, Adilə Nəzərova, Azər Cəbrayılov, …
Kitabxanada Xalq şairi Nəriman Həsənzadəyə həsr olunmuş kitab sərgisi açılıb
Post Views: 50 Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Xəzər rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 5 saylı filialı Xalq şairi, dramaturq Nəriman Həsənzadənin doğum gününə həsr olunmuş kitab sərgisi təşkil edib. İdarədən AZƏRTAC-a bildirilib ki, tədbirdə əvvəlcə Nəriman Həsənzadənin həyat və yaradıcılığı haqqında məlumat verilib. Bildirilib ki, 1953-cü ildən mətbuatda çıxış edən şairin əsərləri keçmiş SSRİ və bir …
Bolnisi rayon rəhbərliyi Xalq şairi Zəlimxan Yaqub adına Poeziya evinin tikintisi üçün torpaq sahəsi ayırıb
Post Views: 24 Gürcüstanda Azərbaycanın Xalq şairi, saz və söz ustadı Zəlimxan Yaqubun adına anadan olduğu Bolnisi rayonunun Kəpənəkçi kəndində Poeziya evinin inşası üçün torpaq sahəsi ayrılıb. Kənd ağsaqqalı Ramiz Bəkirov AZƏRTAC-a bildirib ki, Bolnisi rayonunun rəhbəri David Şerazadaşvili Kəpənəkçidə olub, ziyalılarla görüşüb. O deyib ki, rayon rəhbərliyinin qərarı ilə Xalq şairinin adının əbədiləşdirilməsi və onun …
Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin regional idarələrinin ərazi mənsubiyyətinin bölgüsü təsdiq edilib
Post Views: 29 Nazirlər Kabineti Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin regional idarələrinin ərazi mənsubiyyətinin, ştat sayının müəyyən edilməsi və bununla bağlı maddi-texniki təminat məsələlərinin həlli haqqında qərar imzalayıb. Dövlət Xidmətindən AZƏRTAC-a bildirilib ki, qərara əsasən, “Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin …
TOŞAYAD (Tokat Şairler ve Yazarlar Derneği) yayın organı “Kümbet” eğitim, kültür, sanat ve edebiyat dergisinin 53. sayısı yayında
Post Views: 74 Kümbet Dergimiz 2020 yılına 53. sayı ile merhaba dedi. EDİTÖRDEN Yeni bir yıl, yeni bir sayı ile siz değerli okuyucularımızın karşısındayız. 2020 yılının tüm dünyaya ve ülkemize hayırlar getirmesi, huzur bulması en büyük dileğimizdir. Ekonomik sıkıntıların bu yılda devam etmesi kültür ve sanat dünyamıza yansımaları nedeniyle elbette bazı tedbirlerin, tasarrufların alınmasına ihtiyaç …
Nəriman Nərimanovun 150 illik yubileyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Post Views: 42 Nəriman Nərimanovun 150 illik yubileyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı 2020-ci ilin aprel ayında Azərbaycanın görkəmli yazıçısı və dövlət xadimi Nəriman Nəcəf oğlu Nərimanovun anadan olmasının 150 illiyi tamam olur. Nəriman Nərimanov məşhur yazıçı, dramaturq, publisist və maarifçi kimi Azərbaycan ədəbiyyatının qabaqcıl ideyalarla və demokratik fikirlərlə zənginləşməsində böyük rol oynamışdır. …
Kitabxananın oxucuları “Könüllülər ili” çərçivəsində işlər görürlər
Post Views: 26 Bakı şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) M.Ş.Vazeh adına Mərkəzi Kitabxanası və bütün kitabxana filialları koronavirusla əlaqədar könüllülərlə fəaliyyəti genişləndirirlər. Kitabxanaların oxucuları könüllülər sırasına qoşularaq kitabxanalarda keçirilən tədbir və sərgiləri təbliğ edir, koronavirusla əlaqədar kitabxanalarda hazırlanan məlumat vərəqələrini əhaliyə çatdırırlar. Son on gün ərzində kitabxanaların oxucuları koronavirusla …
Ədəbiyyat İnstitutunda “Ədəbi cərəyanlar: poetikası və estetikası” adlı II elmi sessiya keçirilib
Post Views: 34 Azərbaycan Milli Elmlər Akademiyası Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda “Ədəbi cərəyanlar: poetikası və estetikası” adlı II elmi sessiya keçirilib. Sessiyada “Azərbaycan” jurnalının əməkdaşı Südabə Ağabalayeva da iştirak edib. Sessiyanı giriş sözü ilə AMEA-nın birinci vitse-prezidenti, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəyli açaraq ədəbi cərəyanlar və onların Azərbaycan ədəbiyyatındakı yeri …
Beynəlxalq Kitab Bağışlama Günündə Yasamal rayonunun müəssisələrinə kitablar bağışlandı
Post Views: 40 Bakı şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon M.Ş.Vazeh adına Mərkəzi Kitabxananın əməkdaşları Sevil Namazova, Kifayət Hüseynova kərimova Səbirə 14 fevral – Beynəlxalq Kitab Bağışlama Günü ilə əlaqədar “İntellekt A”, ”Balaca Alim” uşaq bağçalarında oldular. Onlar Uşaq Bağçalarının kitabxanalarına Gülzar İbrahimovanın “Burda bir padşah vardı…”, “Ciddi ol! 585 yumor”, Sevinc Ağa Xəlilqızının “Bu …
Əsmər Əliyevanı doğum günü münasibətilə təbrik edirik! (14 fevral 1989-cu il)
Post Views: 23 Azərbaycan Jurnalistlər Birliyi Sumqayıt şəhər təşkilatının Gündəlik Analitik İnformasiya Agentliyinin və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Rəhbərliyi və kollektivi Sizi, Əsmər Əliyevanı, Gündəlik İnformasiya Agentliyinin və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Bakı Bürosunun Rəhbərini və əmədaşını doğum gününüz münasibətilə səmimi qəlbdən təbrik edir, dodaqlarınızdan gülüş, yanaqlarınızdan təbəssüm əskik olmasın! Sizə uzun ömür, …
Kitabxanalar sosial şəbəkələrdə faydalı məlumatlar yerləşdirilir
Post Views: 65 Bakı şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) təşəbbüsü ilə Facebook sosial şəbəkəsində “Sərhədsiz informasiya tribunası” qrupu fəaliyyət göstərir. Layihəyə 18 sentyabr 2018-ci il tarixində start verilmişdir.Müasir dövrdə cəmiyyətin inkişafı bilavasitə informasiya ilə bağlıdır. İşinin xarakterindən asılı olaraq insan fəaliyyətinin müxtəlif sahələrində: elmi-texniki, iqtisadi, siyasi, idarəetmə, kommersiya və s. sahələrə aid …
Kitabxanaya kitab hədiyyə edildi
Post Views: 47 Bakı şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon MKS-inin M.Ş.Vazeh adına Mərkəzi Kitabxanasına yeni kitab hədiyyə edildi. Kitab Aşıq Ələsgərin anadan olmasının 200 illik yubiley tədbirləri çərçivəsində nəşr olunmuşdur. “Yazarlar” jurnalının xüsusi buraxılışı olan ”Dağlar” adlı almanaxda ilk dəfə olaraq dağlara həsr olunmuş bir çox şeirlər toplanmışdır. Kitab xeyriyyəçilik məqsədilə çap olunmuşdur. Layihənin …
14 fevral-Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının (http://edebiyyat-az.com) 8 yaşı tamam olur
Post Views: 28 Sayt 2012-ci il fevral ayının 14-də Bakı şəhərində gerçəkləşdirilən “Çağdaş Azərbaycan ədəbiyyatının inkişafına dəstək” layihəsi çərçivəsində istifadəyə verilib. E-mail: azerbaycanedebiyyati@gmail.com, edebiyyat-az.com@mail.ru Əlaqə saxlamaq üçün 051 785 44 33; 051 795 44 33. Ünvan: Azərbaycan Respublikası, Bakı şəhəri
Rafiq ODAY.Yeni şeirlər
Post Views: 42 HƏR GÜN BİR İLMƏ DƏ SÜZÜLÜR ÜMİDİN ƏTƏYİ Yerdən-göydən əllərini üzüb,ümidin ətəyindən yapışanlarınsayı çoxaldıqca,Hər gün bir ilmə də süzülürümidin ətəyi.Bir soran tapılmır ki,bu əllərin bu ətəkdə ölümü nə?! –Beləcə fərman verilirümidlərin ölümünə.“Ən son ölən ümidlərdir” deyimininhəqiqət olduğuna inansaq,Demək ki,sonu yaxınlaşır hər şeyin,Sonu yaxınlaşıriçimizdəki sevgilərin,pisliklərin, kötülüklərin.Sonu yaxınlaşırcəllad baltalarının,Üstündə çubuq döğranankötüklərin –Və beləcə… sonu …
Təhminə VƏLİYEVA.”Nəsillərə örnək ömür yolu”
Post Views: 58 Sevmək, onun yolunda vuruşmaq və onun uğrunda göz qırpmadan canını vermək əsl aşiqlərin işidir. Bütöv bir Vətəni sevmək, onun hər qarışı üçün vuruşmaq, bir deyil, neçə-neçə millətin, xalqın taleyi, rifahı üçün cəbhəyə atılmaq və sonadək mübarizə aparmaq İkinci Dünya Müharibəsi qəhrəmanlarını tarixin qızıl səhifələrinə yazdırdı. Təbii ki, bu, Vətən eşqi ilə döyünən …
İradə AYTEL.”Qərib Çinar”
Post Views: 57 (Qərib Mehdinin “Duel” kitabı haqqında…) Gəncə nə qədər Gəncədərsə, bir o qədər də Xocalıdır! Gəncə nə qədər Gəncədərsə, bir o qədər də Kəlbəcərdir! Gəncə nə qədər Gəncədərsə, bir o qədər də Şuşadır! Gəncə nə qədər Gəncədərsə, bir o qədər də Ağdamdır!”(Q. Mehdi -“12 atəş”)Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi Qərib Mehdidən söz açmaq böyük …
İradə AYTEL.”Bilsən…”
Post Views: 48 Bilsən…Bilsən, necə həsrətəmNecə həsrətəm sənə!İçimdə bir adAdımı çəkmə deyir!O adı sıxmaqdanDişlərim ağrıyır,Dilim göynəyir,İlahi, niyə dar edirsənGeydirdiyin bu köynəyi?!Bir müqəddəs çəməndə,Yaralı, uralı bir ağac kötüyünəSöykənibO adı hayqıracam!Göylərin naləsi –Göylərin göz yaşlarının səsiSəsimə qarışacaq,Sən bizə açacaqsan bir çəmən qucaq…Ona şeir söyləyəcəm“Gəl, sənə bir nağıl söyləyim,O nağıl ömrümün noğulu idi…”İlahi, necə susduracaqsanİçimdəki bu göynəyi?!İçimdə bir …
İradə AYTEL.”Bilsəm, bir axşamçağı”
Post Views: 34 ***Bilsəm, bir axşamçağıQayıdacaqsan mənəAcıq verib ömrümün səni məndən qoparanBaharına, qışınaSevincimi şərabtək qaldıraram başıma!Dolanaram başına! Bilsəm, bir axşamçağıQayıdacaqsan mənəSəni“Vaktindən çok sonra gələnSevdalı yagmur kibi”Sıxaram ürəyimə.Yanmaram diri-diri,Ay könlümün Sən yeri!Barmaqlarım titrəyər saçında dilim-dilimKösöy olar ağzımda, kösöy olar lal dilimBircə kəlmə “ah” çıxar sinəmdənən sonuncu səs kimirəqs edərik durmadanrəqs edərik can geyərpəncərələr önündə“kurumuş çiçekler” de.Yeni bir …
İradə AYTEL.”Günah işləyəsən xirtdəyə qədər”
Post Views: 37 Günah işləyəsən xirtdəyə qədər,Tutunub çıxmağa yer də qalmaya!Bütləri sındırıb, qan eləyəsən,Arzu bağlamağa pir də qalmaya! Mələklər hər yana salalar soraq,Savab axtaralar əllərdə çıraq.Göy yerə tökülə, hey varaq-varaq,Nə “Quran”, nə “Zəbur” sirr də qalmaya! Öləsən, bir əsgər qoşunnan çıxa,Əməl qul Əcəlin huşunnan çıxa,Allahın tüstüsü başınnan çıxa,Qanın bu qadalı yerdə qalmaya!
Şairə-publisist Nəcibə İLKİN.“Dəli bir ağlamaq keçir könlümdən”
Post Views: 39 “Dəli bir ağlamaq keçir könlümdən” Mərhum həmkarımAli Mustafayeve xitaben Dağlar boyda həsrət bitib gözümdə,Qasırğası, tufanı var izimdə,Bu həsrətdən üzülmüşəm özüm də,El dağıldı, oba köçdü yerindən,“Dəli bir ağlamaq keçir könlümdən”. Gör nə qədər biçilmişik zəmi tək,Dəryalarda qərq olmuşuq gəmi tək,Telli sazın qəm oxuyan simi tək,Köklənmişəm “Kərəm üstə” zilindən,“Dəli bir ağlamaq keçir könlümdən”. Nə …
Şairə-publisist Nəcibə İLKİN.”Yol gedir ümidlərim”
Post Views: 38 Bu gecə intiharaYol gedir ümidlərim.Ögey baxışlarımdaGüzgülənir dərdlərim. Azalır dodağımdaGülüşümün sayları.Hər gün ölüb gedirlərÜrəyimin tayları. Gözlərimin işığıÜrəyimdən güc alır.Əllərimdə üşüyənArzularım qocalır.
Şair-publisist Hikmət MƏLİKZADƏ.”Onsuz da böyrümdən ürkək keçirdin”
Post Views: 31 Onsuz da böyrümdən ürkək keçirdin,Getdin könül verdin yadamı sən də?Mən özüm-özümü bir heç sayıram,Boş ver bu mənasız adamı sən də. Barmaq qorxusu var könül tarının,Mizrab tərpəndikcə sim umud tapar.Sənin inamın yox, mənim də tabım,Eh, belə sevgidən kim umud tapar? Əzabın bəlkə də istisi çıxmır…Nədən tüstü boğur közünü, canım?Eşqdən yanıq qəlbdə qəm oylağ …
Şair-publisist Hikmət MƏLİKZADƏ.”Ey qələm qaşlı, yuxum qeybə çıxıb, dur, bəri gəl”
Post Views: 35 Ey qələm qaşlı, yuxum qeybə çıxıb, dur, bəri gəl, Orda, qəm sarmış o pak qəlbə qıfıl vur, bəri gəl. Eh, bu dağ çayları çox gurdu, könül bağlama ki,Bəlkə heç axmayacaq ömrü boyu gur, bəri gəl. Gəl, dua eylə, günah vəsf eləyər çöhrəni, gəl,Bir də gördün ki, qəfil kimsə çalır sur, bəri gəl. …
Əziz MUSA.”Sənsiz”
Post Views: 32 Aya, Günə dəyişmərəm mən səni,Səni gözəl yaradıbdı, Yaradan.Səni görüb, eşidəndə səsini,Qəlbim gülür, rahatlanır ürək, can Baxışların alovludur, odludur,Bir baxmaqla ürək yanır, göz yanır,Sənsiz artır gözlərimin buludu,Göz yaşlarım yanağımda oynayır. Dilim susur, baxışlarım danışır,Ay insafsız, bir kəlmə də demirsən,Həsrətindən qəlbim yanır, alışır,Dünya sənsən, həyat sənsən , ömür sən.
Əziz MUSA.”Boz sərçələr”
Post Views: 45 Durnalar, qaranquşlar,Vallah gəldi, gedərdi.Onların sevgisi də,Elə yaz, yay qədərdi. Nə bilir ki, qış nədir,Axı köçəri quşlar.İstı yerləri sevir,Durnalar, qaranquşlar. Onların dözümü yox,Nə qara, nə yağışa,Rahatlıqla vururlar,Ömürlərini baça, Dözümü, məhəbbəti,Boz sərçələrdən soruş.Qar nədir, soyuq nədir,Hardan bilsin qaranquş. Sevək boz sərçələri,Qayğılarına qalaq,Gəlin boz sərçələrə,Abidələr ucaldaq. Bizimlə hər əzabı,Boz sərçələr daşıdı.Sərçələr bu vətənin ,Yurdun vətəndaşıdı.
Müəlliflər kitabxanaya kitab hədiyyə etdilər
Post Views: 47 Bakı şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon MKS-inin M.Ş.Vazeh adına Mərkəzi Kitabxanasının Fəxri oxucuları olan qələm sahibləri kitablarını kitabxanaya hədiyyə etdilər. Yazıçı-publisist, şair Sevinc Ağa Xəlilqızı yeni nəşr olunmuş “Əlvida söyləmədən…” kitabının beş nüsxəsini kitabxanaya hədiyyə etdi. Kitab Dağlıq Qarabağ hadisələrinə, bu hadisələrdə qəhrəmancasına həlak olmuş Azərbaycanın igid oğul və qızlarına həsr …
Xalq şairi Nəriman HƏSƏNZADƏ.”Tələbəlik”
Post Views: 66 Durur ayrıldığım kölgəli çinar,Durur Gəncədəki bizim institut.Xəyalım bir yerdə tutmadı qərar,İlləri andırdı bir anlıq sükut. Neyləyim, unutmur insan ürəyi,Yaşadım dünyadan könlü yanıqlı.Düz dörd il geyindim köhnə pencəyi,Qolu gödək oldu, boynu yamaqlı. O pencək saxladı məni soyuqdan,Doğru danışmağı çoxu ar bilir.Əynindən çıxardıb vermişdi atan,Heç kim bilməsə də qonşular bilir. Bəzən ac da qaldım …
Xalq şairi Nəriman HƏSƏNZADƏ.”Ölsün birdəfəlik bu adətiniz”
Post Views: 35 Toyda oynadılar,ürək açdılar,Sonra gecəyarı dağılışdılar.Yolda gileyləndi biri əlbəəl; -Qız çörək yeyirdi.-Mən ölüm?-Sən öl!-Oğlanı görmüşdüm neçə il əvvəl,-Gəzənin biriydi.-Mən ölüm?-Sən öl!-Onlar evlənsə də yaşayan deyil.Qız on yaş böyükdü.-Mən ölüm?-Sən öl! Ölməyin,ölməyin,yazıqsınınz siz,Ölsün birdəfəlik bu adətiniz.
Xalq şairi Zəlimxan YAQUB.”Gözəllik var olan yerdə”
Post Views: 36 Çirkin dönüb göyçək olar,Qanqal dönüb çiçək olar.İnsan dönüb mələk olar,Gözəllik duyulan yerdə. Qış gəlib yaza çevrilər,Kötüklər saza çevrilər.Qarılar qıza çevrilər,Gözəllik duyulan yerdə. Ümid coşar, həsrət ölər,Yamanlığa dəvət ölər.Kin susar, ədavət ölər,Gözəllik duyulan yerdə. Könül sevər, göz vurular,Bulanlıq sular durular.Dünya saflıqdan qurular,Gözəllik duyulan yerdə. Əridərik qəzəbləri,Unudarıq əzabları.Qazanarıq savabları,Gözəllik duyulan yerdə. Nə suç, nə …
Xalq şairi Zəlimxan YAQUB.”Dəli olmağıma bir addım qalıb”
Post Views: 257 Bilmirəm heç nəyi, lələ, bilmirəm,Mən kiməm, nəçiyəm, hələ bilmirəm.Getmişəm, özümə gələ bilmirəm,Dəli olmağıma bir addım qalıb. Ömrümün bu yaşda nağılına bax,Nağıldı, ay Allah, nağıl, ona bax!Ağılsız eşqimin ağılına bax,Dəli olmağıma bir addım qalıb. Əl açar, sevgimin əli utanmaz,Xırmanı iş görər, vəli utanmaz.Yiyəsi utanar, dəli utanmaz,Dəli olmağıma bir addım qalıb. Bilmirəm, heç neçə …
Xalq şairi Qabil.”Çadırlara alışmayın!”
Post Views: 37 Cərgə-cərgə, düzüm-düzüm,Görüb qan ağlayır gözüm…Millətimə budur sözüm:Çadırlara alışmayın! Nə gen-bolu, nə də darı,Nə qırışı, nə hamarı…Yığışdırın bu bazarı,Çadırlara alışmayın! Vurun, deşin dolu kimi,Qırın tikan kolu kimi,Uzaqlaşan dəli kimi…Çadırlara alışmayın! Əski-üskü dam-daşımız?!Burda xeyir-şər aşımız?!Qaraçı da yoldaşımız?!Çadırlara alışmayın! Burda tapmayın rahatlıq,Bir dəqiqə, bir saatlıq,Aman günü! El-elatlıq…Çadırlara alışmayın! İmarətə tən olsa da,Pəncərəsi gen olsa da,Dövrəsi …