Sayt 2012-ci il fevral ayının 14-də Bakı şəhərində gerçəkləşdirilən "Çağdaş Azərbaycan ədəbiyyatının inkişafına dəstək" layihəsi çərçivəsində istifadəyə verilib. Əlaqə telefonu: 051 785 44 33, E-poçt: edebiyyat-az.com@mail.ru Ünvan: Azərbaycan Respublikası, Bakı şəhəri

Göstərir: 1 - 5 of 5 NƏTİCƏLƏR
Azərbaycan ədəbiyyatı

Görkəmli şair Rasim KƏRİMLİ.”Verilmədi”

Post Views: 220 Yetirin dərdimi naşı təbibə,Deyin ki, dərmanım düz verilmədi.Sərraflar əlindən düşməyən zərəMisgər bazarında üz verilmədi. İstəsən qəlbinə nur ələsin dağ.Zirvəyə qartalın gözləriylə bax.Günəşin nurunu sevməz yapalax.Əzəldən bayquşa göz verilmədi. Rasim, tək olanda hünər də laldı,Yalqızın talehi gümana qaldı.Qarğa qarıldadı, mükafat aldı.Biçarə bülbülə söz verilmədi Mənbə: https://manera.az/

Azərbaycan ədəbiyyatı

Görkəmli şair Rasim KƏRİMLİ.”Əlindən”

Post Views: 211 Hər incə mətləbi anlamaz naşı,Tez düşər, tez düşər kaman əlindən.Könlüm zirvələrlə görüşmək istər,Yol tapa bilmirəm duman əlindən. Ziyarət etdirən bağı bar imiş,Ən uca dağların başı qar imiş.Nə yaxşı, dünyada yaxşı var imiş,Yoxsa tərk olardıq yaman əlindən. Rasim, bu dünyanın nurudur insan,Kim bilməz qədrini yaratsan, yansan.Sən elin, Vətənin haqqını dansan,Yıxılsan tutarmı zaman əlindən? …

Azərbaycan ədəbiyyatı

Görkəmli şair Rasim KƏRİMLİ.”Səndən savayı”

Post Views: 134 Məftunu olmayıb könlüm heç kəsin,Ay xumar baxışlım səndən savayı.Sığındım eşqinə bir pay görmədim,Dumandan savayı, çəndən savayı. Qaytar eşq havası çalan günləri,Ağlımı başımdan alan günləri.Ömürdən saymıram qalan günləriOduna yandığım gündən savayı. Hanı sədasına uçduğum o səs,Dərdə düşməyənlər dərdimi bilməz.Tərk etdin Rasimi, demədinmi bəsYoxdur bir kimsəsi məndən savayı. Mənbə: https://manera.az/

Azərbaycan ədəbiyyatı

Görkəmli şair Rasim KƏRİMLİ.”Qurban olum”

Post Views: 304 Vətən sənin torpağınınQüdrətinə qurban olumKoroğlunun, BabəkininQeyrətinə qurban olum Nurlu yolu, haqqın yolu,Bir sahilsiz çayın qoluDünya dolu, tarix doluŞöhrətinə qurban olum Dəfinə var dənizində,Hər dağında, hər düzündəNəyin yoxdur yer üzündəSərvətinə qurban olum Aşıb-daşan illərinin,Nəğmə qoşan dillərininNur çeşməli göllərininHikmətinə qurban olum Yaz arzulu, yaz diləkli,Duz-çörəkli, düz çörəkliRasim deyər, dağ ürəkliMillətinə qurban olum Mənbə: https://manera.az/

Azərbaycan ədəbiyyatı

Görkəmli şair Rasim KƏRİMLİ.”Min yaşasın”

Post Views: 171 Dünya mərdlər dünyasıdır,Ərənləri min yaşasın.Sinəsini tufanlaraGərənləri min yaşasın. Nə gözəldir dağ qüruru,Bulaq kimi gözlər duru.İnsanlara həyat nuruVerənləri min yaşasın. Öz adı var el yanında,Yaxşının da, yamanın da.Hər bir kəsi öz donundaGörənləri min yaşasın. El tanınar çörəyiylə,Torpaq gülü, çiçəyiylə.Nəbzi xalqın ürəyiyləVuranları min yaşasın. Könül gülər beşiyində,Öz evində, eşiyində.Həqiqətin keşiyindəDuranları min yaşasın. Mənbə: https://manera.az/