Sayt 2012-ci il fevral ayının 14-də Bakı şəhərində gerçəkləşdirilən "Çağdaş Azərbaycan ədəbiyyatının inkişafına dəstək" layihəsi çərçivəsində istifadəyə verilib. E-mail: edebiyyat-az.com@mail.ru, Əlaqə telefonu: 051 795 44 33 Ünvan: Azərbaycan Respublikası, Bakı şəhəri

Göstərir: 1 - 8 of 8 NƏTİCƏLƏR
Azərbaycan ədəbiyyatı

Xalq şairi Vahid ƏZİZ.”MƏN…”

Post Views: 42 …Nə olsun ki, gecə keçir,Zaman axır ömrümüzdən,Vaxt onsuz da gedəcəkdirYatmasam da, yatsam da mən. Dünya adlı bu yerdə mənMüvəqqəti yəhərdəyəm,Düşəcəyəm yedəyindənYeddi əlnən tutsam da mən. Cahan kimə yoldaşdı ki,Kimə sirrini açdı ki?Oğurluqdan yaxşıdı ki,Xırda-xuruş satsam da mən! Gör, haradan-hara vardın,Şahlar şahı nə apardın?Arzulardan kam alardım,Bircəsinə çatsam da mən. Mən göylərin öz oğluyam,Gedəm, …

Azərbaycan ədəbiyyatı

Xalq şairi Musa YAQUB.”Taleyin qisməti”

Post Views: 70 Taleyin qisməti rast saldı bizi.Yolumuz hardasa qırılacaqsa,İtirəcəyiksə bir birimizi,Xatirəm yadında qalmayacaqsa,Bu əllər mənimki olmayacaqsa,Bu tellər mənimki olmayacaqsa,Sən allah,özünə oyrətmə məni,Hicran qoxusuyla göynətmə məni.Əlimi əlinə öyrətmə belə,Gözümü gözünə öyrətmə belə,Üzümü üzünə öyrətmə belə.Mən bir az baharlı budaq kimiyəmBir azda sadəlövh uşaq kimiyəm,Bala anasına qovuşan kimi,Leylək yuvasına qovuşan kimi,Arı gül-çiçəyə uyuşan kimi,Eh,mən də adama …

Azərbaycan ədəbiyyatı

Xalq şairi Ramiz RÖVŞƏN.”Yavaş yavaş sevdim səni”

Post Views: 47 Yavaş-yavaş sevdim səni,Hər gün bir az da sevdim.Ən çox bu qış sevdim səni,Qarda, ayazda sevdim. Gör bir nə tez isinişdikHavalar soyuyanda.Adamlar qalın geyinib,Ağaclar soyunanda. Qar altından baş qaldıranÇiçəktək sevdim səni.İstisinə qızındığımOcaqtək sevdim səni. Hələ bu cür sevməmişdimÖmrüm boyu heç kimi.Səni sevdim qar üstündəYem axtaran quş kimi. Qorxa-qorxa bu sübh çağıNə baxırsan göyə …

Azərbaycan ədəbiyyatı

Xalq şairi Osman SARIVƏLLİ.”Günah onun özündədir”

Post Views: 55 Dostum, incə barmaqlarınSədəflərin üzündədir.Mənim meylim bir sazında,Bir də şirin sözündədir. Qarayazı meşəsində,Cavan ovçu həvəsində,Qulağın maral səsində,Gözün ceyran izindədir. Tarixi var hər daşın da,Tərlanın on beş yaşında,Bəzən qarlı dağ başında,Bəzən Muğan düzündədir. Baxan kimi sərraf gözün,Təmtəraqlı yalan sözünCanı yoxdur, dedin özün,Məna sözün düzündədir. Zaya getməz alın tərin,Bir gün bitər şah əsərin,Arzuların, diləklərinHələ sənin …

Azərbaycan ədəbiyyatı

Xalq şairi Hüseyn ARİF.”AĞAC YENƏ AĞACDIR”

Post Views: 44 Çapıb budaqlarınıQabığını soyma sən.Çox yemisən barını,O ağaca qıyma sən. Çiçəyini qoxlayıbÇox batmısan ətrinə.Amandır belə vaxtdaBelə dəymə xətrinə. Baharda çiçəkləyibGülməsi yadındamı?Zənbil-zənbil dərdiyinMeyvəsi yadındamı? Yadındamı balalarKölgəsinə qaçardıQuşlar da səhər-səhərO tərəfə uçardı? Dünənki əhdi bu günDaşa çalmaq düzdümü?Qocalıb, qarğıyanıGözdən salmaq düzdümü? Bəlkə nəyəsə möhtac,Bəlkə su üçün acdır?!Barlı-barsız həyatdaAğac yenə ağacdır.05.X.88 Ağstafa

Azərbaycan ədəbiyyatı

Xalq şairi Süleyman RÜSTƏM.O taylı gözələ”

Post Views: 55 Heç bilirsənmi səninçin nə qədər ağlamışam? Bürüyübdür məni hicrində kədər, ağlamışam. Durnalarla sənə göndərdim ürək sözlərimi, Almayıb səndən, aman, yaxşı xəbər ağlamışam. Səpmişəm göz yaşımı şeh kimi Təbriz yoluna, Bağrıqanlar bilər ancaq nə təhər ağlamışam! Evi zindanlar olub orda bu gün haqlıların, Kimsəsiz evlərə saldıqca nəzər, ağlamışam. Vəslinin həsrətidir can evimin ilk …

Azərbaycan ədəbiyyatı

Xalq şairi Nəriman HƏSƏNZADƏ.”Azərbaycan”

Post Views: 49 Od ürəkli , od nəfəsli diyarımsanOcağına canım qurban , Azərbaycan !Əzilsən də , əyilməyən vüqarımsanBu çağına canım qurban , Azərbaycan ! Savaşlardan alnıaçıq çıxan zamanTarixlərə bağışladın neçə qurban.Hər qonşuda bir parçası əsir qalanTorpağına canım qurban , Azərbaycan ! Neçə gizli sərvət yatır qucağında ,Neçə ölkə od aparır ocağından .Azadlığın al rəmzi var …

Azərbaycan ədəbiyyatı

Xalq şairi Zəlimxan YAQUB.”Sığal”

Post Views: 57 Qәlbim pәrişandı, könlüm nigaran,Ruhumu meh vursun, yel sığallasın.Dәrdimi başımdan dağıtmaq üçünSaçımı bir yumşaq әl sığallasın. Dönsün sevgilimә, dönsün yarıma,Sevgi mәlәklәri gәlsin karıma.Sәslәr sığal çәksin duyğularıma,Tәzәnә xal vursun, tel sığallasın. Alın әllәrindәn ağrının, yasın,İtmәsin içindә ürәk his-pasın.Şair әllәrinә tikan batmasın,Şair barmaqları gül sığallasın. Vurulan durnatәk çıxsam sıradan,Toz kimi әriyib getsәm aradan,Yarıda bilmәsә mәni …