Post Views: 107 Kök üstə budağı neçədir, bildim,Budaqda yarpağı neçədir, bildim,Salxımı,saçağı neçədir, bildim,Bu yaşıl ağacın altı bizimdir. Saçağı tərpənir tellərin kimi,Yarpağı oynaşır əllərin kimi,Düyməsi açılıb tüllərin kimi,Bu yaşıl ağacın altı bizimdir. Bu sevgi,bu layla,bu beşik bizim,Çəkər növbəmizi bu keşik bizim.Nəyimizə lazımdır ev-eşik bizim?Bu yaşıl ağacın altı bizimdir. Su içər sevginin kökü ömürdən,Sevgi əl üzməsin təki …
May 26, 2026
Azərbaycan Aşıqlar Birliyinin sədri Məhərrəm QASIMLI
Post Views: 133 05 avqust 1958-ci ildə Tovuzun Alakol kəndində anadan olmuşdur. 1975-ci ildə orada orta məktəbi bitirdikdən sonra 1975-1980-ci illərdə Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsində təhsil almışdır. 1983-cü ildə AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutunun aspiranturasına qəbul olunmuş, 1987-ci ildə “Şah İsmayıl Xətayinin poeziyası” mövzusunda namizədlik, 1997-ci ildə isə “Aşıq Sənəti: qaynaqları, təşəkkülü və mühitləri” …
Həmişəyaşar aşıq dastanları
Post Views: 114 Qədim türk-oğuz epik ənənəsi ilkin ibtidai çağlardan erkən orta yüzilliklərəcən poetik düşüncə və bədii təxəyyülün gücüylə türk mənəvi-mədəni sisteminin, atlı həyat tərzindən doğan etnik yaşam biçiminin, bahadırlıq, cəngavərlik ruhunun daşınması və yaşaması işinə xidmət etmişdir. Qədim türk epos mədəniyyəti içərisində önəmli yer tutan oğuznamələrdəki etnik yaşantılar bu tarixi gerçəkliyin danılmaz görüntüsüdür. Epik …
Babaların əmanətini əsrin saxlancında qoruyaq
Post Views: 126 Artıq UNESCO səviyyəsində bəşəriyyətin qiymətli mədəni irsini təşkil edən Azərbaycanda aşıq sənəti özünün tarixi kökləri və milli ruh aşılaması ilə öyünə bilər. Dövlət səviyyəsində qayğı göstərilən sahələrdən biri də məhz ozan-aşıq sənətidir. Kollektiv mahiyyətli el yaradıcılığı, xalq istedadı hər zaman sevilib. Qopuz çalıb, dastan bağlayan, söz qoşub, mahnı oxuyan, ürəkləri, zehinləri işıqlandıran …
Aşıq sənətinin uğurları və qayğıları
Post Views: 99 Azərbaycan xalq ədəbiyyatının, bütövlükdə mədəniyyətimizin qədim tarixə və zəngin ənənələrə malik qollarından biri ozan-aşıq sənətidir. Min illərdir ki, xalqı sevgiyə, mübarizəyə səsləyən bu sənət sadə, xəlqi olduğu qədər də zəngindir, özündə mürəkkəb ifaçılıq mədəniyyəti strukturunu birləşdirir. Son illərdə mədəniyyətimizin inkişafı, milli-mənəvi sərvətlərimizin qorunub saxlanması və dünya mədəniyyət inciləri sırasında öz layiqli yerini …
Xalq şairi Vahid ƏZİZ.”Od-alov rəssamı”
Post Views: 135 Görkəmli Xalq rəssamı Sakit Məmmədova Bu da belə ov oldu,tor tutdum – tilov oldu.Adı – Sakit olanınÖzü od-alov oldu. Yer çiçəkli, göy aydın,Yaz şehi gömgöy, aydın.Müşfiq rəssam gəzənə –Kaş, dünyada olaydın. Ay doğub-batan oldu,Oyanıb-yatan oldu.Cəhrəmdə ip əyirdim –Ölümsüz kətan oldu. Kətana boya çəkdi,Qalmadı saya – çəkdi.Mübarək fırçasıylaSakit bir dünya çəkdi… 16.04.2026 Mənbə: https://edebiyyatqazeti.az/
Şeir saatı – Nərmin Hüseynin şeirləri ilə
Post Views: 126 “Ədəbiyyat və incəsənət” portalının Şeir saatı rubrikasında bu gün sizlərə yeni imza tanıtdıracaöıq: Nərmin Hüseyn. Səninlə şərabın başqadır dadı… Masada təkliyin rəsmini cızdım,Sən gələn yollara adını yazdım. Qədəhi doldurub, sükutu pozdumSəninlə şərabın başqadır dadı… Gələrsən deyərək, şamları yaxdım.Alovun rəqsində kölgəni tapdım,Ruhumu ən qəmli nəğməyə satdımSəninlə şərabın başqadır dadı… Sükut boy veribdir boş otağımda,Yenə xatirələr …
Nurcan Sandal – Uzaqların səsi
Post Views: 146 Şəhərlər dəyişirdi, amma bəzi insanlar insanın içində olduğu yerdə qalırdı. Qatar vağzallarında, yad dillərin içində, siqaret tüstüsünə qarışmış gecələrdə, hostel pəncərələrindən görünən boz küçələrdə… Hər yerdə bir az onu axtarırdı. Bir dəfə dəniz qırağında oturmuşdu. Soyuq idi. Dalğalar sahilə vurduqca elə bil zaman geri çəkilirdi. Çantasından köhnə şəkli çıxardı. Şəkildə ikisi də …