EYLƏMƏ
Ömürümü qəm -kədərə, ey gözəlim, yar eyləmə
Həsrətlə vermə bada , qüssə ilə var eyləmə
Ölüyə məzardı onsuzda bu fani dünya
Sağ ikən cahanı mənə sən məzar eyləmə
Qəlbimə od salan o qarə gözlərin yenə
Nazını çəkim mən , yetər ki ahu-zar eyləmə
Eşq şərabından süzürəm sən də iç bir badə
Sevgidən sərxoş olmağı özünə ar eyləmə
Yükü yaman ağır oldu, istəyim sıxır məni
Mənim dünyam , mənim qəlbim, dünyamı dar eyləmə
Vüqarım dağ kimi, demə zirvə olur bəyaz
Saçıma dən salaraq siyah teli qar eyləmə
Dinlə bir az son sözünü Əziz desin müxtəsər
Əğyarə vermə könül, mən aşiqi xar eyləmə
…UZAQSAN MƏNƏ
Nəzərim dikilib siyah telinə
Ümüdüm var hələ susan dilinə
Əlimi uzatsam çatar əlinə
Bu qədər yaxınkən uzaqsan mənə
Ürəyim ocaqtək həmşə yanardı
Göz yaşı söndürər eşqi sanardı
Xəyalın önümdə, cismin kənardı
Bu qədər yaxınkən uzaqsan mənə
Payızı mən olsam, yayı da sənsən
Çeşməsi mən olsam, çayı da sənsən
Tanrının bəxtimə payı da sənsən
Bu qədər yaxınkən uzaqsan mənə
Vüsalı duymadım, hicranı daddım
Qüssəli sevincə, həsrəti qatdım
Bizləri ayırır təkcə bir addım
Bu qədər yaxınkən uzaqsan mənə
Özümü unutdum səni sevəndə
Eşqinlə ağardı saçımda dən də
Nə üçün demirsən qəlbində sən də
Bu qədər yaxınkən uzaqsan mənə?!
YAXŞI Kİ, DOSTLARIM YANIMDA İMİŞ
Ağ vərəqəm mənə qara düşəndə
Çovğuna, yağışa, qara düşəndə
Hərdən bir çətinə dara düşəndə
Yaxşı ki dostlarım yanımda imiş
Köhnə xayirələri birgə ananda
Özgə odunda alışıb yanada
Mələk də çiynində məni dananda
Yaxşı ki dostlarım yanımda imiş
Damcılar birləşib yağış olanda
Açan güllər, tər qönçələr solanda
Günlər , aylar bir birini qovanda
Yaxşı ki dostlarım yanımda imiş
Çox qəm çəkmişəm bu cavan yaşımda
Hər acıya dözmək canımda imiş
Əzbın çəkəndə sevgi qəminin
Yaxşı ki dostlarım yanımda imiş
ŞAir, yaşadın iyirmi baharı
neçə qış ömürə yağdırıb qarı
Kəsmə dostlarından əhdi ilqarı
Yaxşı ki dostlarım yanında imiş
QƏMLİ GÖZLƏRİNLƏ BAXMA SƏN MƏNƏ
Bu həsrət qəlbindən qaşlara dolsun
Hicran çox parladı , indi də solsun
Odlanıb yanıram insafın olsun
Qəmli gözlərinlə baxma sən mənə
Qəm yeməkdən doyub, qəlbin tox olub
Sevincdən payın az, kədər çox olub
O gülən gözlərin hara yox olub
Qəmli gözlərinlə baxma sən mənə
Muğani deyir ki , sayılmaz dənin
Ələnir üstümə dumanın , çənin
Baxışın ox kimi sancılır sənin
Qəmli gözlərinlə baxma sən mənə
Xatirələr
Səhvim də yoxdu yada salası
Bilmirəm nədir başımın bəlası
Həvəslə qurduğum sevgi qalası
Dedilər dağılıb tökülsün yerə
İncimərəm sakit əsən küləkdən
Ümüd doğar hər ölməmiş diləkdən
Nakam sevgi axacaqsa ürəkdən
Yox olsun, əbədi əkilsin yerə
Dilimiz susun, danışmasın sözləri
Ürəkdən qoparaq yanar közləri
Gözlər baxmasın, gözrməsin gözləri
Nəzərlər ömürlük dilkilsin yerə
Həsrətin alovu bükməsin dizləri
Süzülən baxışlar atsın bizləri
Yağaraq yağışlar,silsin izləri
Xatirələr su tək çəkilsin yerə