* * *
bu pulun olmayan vaxtı,
deyirəm nola, bircə vədə
yeyib-içəsən, deyələrhttp://edebiyyat-az.com/wp-admin/post.php?post=11645&action=edit&message=10#
hesabı şeirnən ödə.
ömrün-günün qara vaxtdı,
şeiri bir bəyaz boya san.
bircə səhər üzün gülə:
məktəbə gedən oğlunun
cibinə şeir qoyasan…
yazmağa həvəsin ola,
nəyəsə yaraya şeir.
bir ovuc küldən ötəri
özünü yandırmayasan,
basasan yaraya şeir.
qəm eləmə qoca şair,
hərif-hərif oxuduğun
alnınsa… yaxşı olacaq!
fikrimi satışa qoymuşam,
alınsa yaxşı olacaq…
* * *
hərə bir züm-zümə edir keçmişdən,
hərə içində bir bəstə saxlayır.
məni bu od-ocaq qızdırmır daha,
məni xatirələr isti saxlayır …
gəlib məhləmizdə az tutmayıblar,
qızlar gəlinciyi, donu əlimdə.
mən də böyüməyə tərəf qaçardım,
qarqı atım vardı, onun belində.
gedib kitablarda quş axtarardım,
rəsm dəftərimə şəkil çəkməyə.
“klas”a bir yastı daş axtarardım,
indi daş gəzirəm bir ev tikməyə …
deyimmi xəlvətcə ağac başına
çıxıb yuvaları yoxlamağımı?
körpə budaqlardan yay-ox düzəldib,
günahsız göy üzün oxlamağımı?
canım bahasına ala bilmərəm,
suyu qiymətinə satdıqlarımı.
sonradan səngərdə döyüşən gördüm,
taxta aftomatla atdıqlarımı …
götürüb üstünə adımı yazdım,
bir arxa tulladım, getdi, gəlmədi-
mənim uşaqlığım, ax… uşaqlığım,
kağız gəmilərdə batdı, gəlmədi …