Gulnarexanim

Ölüm dəfn olunmaq deyil…
Cəsədini daşımaqdı..
Ayaq üstə yeriməkdi
Danışmaqdı, kiriməkdi.
Hər gün bir az əriməkdi..
bir az özünü aldatmaq
Bir mədəni dilənməkdi…
əzilməkdi, əyilməkdi..
Əylənməkdi, dinlənməkdi, dillənməkdi…
Öz halına öyrənməkdi….
Ölüm-ölüm sellənməkdi…
Od yeri, ocaq yeridi…
Köhnə dayanacaq yeridi…
Bəlkə də həsrət qaldığın,
sevginin sıcaq yeridi..
Bəlkə də bir təbəssümdü
Aldanışdı, yalvarışdı, davranışdı…
Hər addımdı, hər qarışdı.
Ölüm dəfn olunmaq deyil.
Ölüm dəfn olunmaq deyil.