isko

Nur oldun, şam kimi yandın ömrümə,
Mələk tək səmadan yendin ömrümə,
Yüz nəzir, niyazla döndün ömrümə
Ta vermə həsrətə , hicrana aman
Yaman darıxmışam səninçün, yaman ! .

Dostdan daldalayıb, eldən gizlədib,
Dərdiyim çiçəkdən , güldən gizlədib,
Qəlbimdən keçəni dildən gizlədib,
Özünə deyəcəm, görüşən zaman,
Yaman darıxmışam səninçün, yaman ! .

İslam nə umur ki , bir vüsal dəmi
Özündə təpər tap, konlüm həmdəmi
Qalıb bir görüşə bu işin çəmi,
Sevgiyə nə yağış, nə sis , nə duman ?!
Yaman darıxmışam səninçün,yaman !