Gündəlik İnformasiya Agentliyinin Rəhbərliyi Sizi, yeni nəsil Azərbaycan gəncliyinin nümayəndəsi, istedadlı qələm sahibi, Gündəlik İnformasiya Agentliyinin və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Baş redaktor müavini, Azərbaycan Yazıçılar Birliyinin, “Gənc Ədiblər Məktəbi”nin, Dünya Gənc Türk Yazarlar Birliyinin üzvü, Azərbaycan Respublikası Prezidentinin Təqaüd Fondunun təqaüdçüsünü doğum gününüz münasibətilə səmimi qəlbdən təbrik edir, Sizə uzun ömür, möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə, ədəbi-bədii yaradıcılığınızda bol-bol uğurlar diləyir!
Dodaqlarınızdan gülüş, yanaqlarınızdan təbəssüm əskik olmasın! Sevib, sevdiyiniz insanların əhatə dairəsində olun!
Mətbuat xidməti
Şəfa VƏLİYEVA (Şəfa Elxan qızı Vəliyeva) 1988-ci il iyulun 22-də Göyçə mahalının Dərə kəndində dünyaya göz açıb.2005-2009-cu illərdə Azərbaycan Müəllimlər İnstitutunun Gəncə filialının “İbtidai təhsilin metodikası və pedaqogikası” fakültəsində bakalavr dərəcəsu üzrə ali təhsil alıb. İlk kitabı kiçik həcmli hekayələrdən ibarət olan “Ümiddən olan qurbanlar” 2010-cu ildə işıq üzü görüb. “BUTA” -2012 Qadın yazarlar seminarının iştirakçısıdır.
2012-ci ildə Azərbaycan Respublikası Gənclər-İdman Nazirliyi tərəfindən maliyyələşdirlilən və Dünya Gənc Türk Yazarlar Birliyi tərəfindən həyata keçirilən ”Bölgə yazarlarına dəstək” layihəsi çərçivəsində “Bölgələrdən səslər” kitabında hekayəsi dərc olunaraq ilk dəfə olaraq Respublika səviyyəsində ictiamiyyətin nəzərinə çatdırıldı.
2014-cü ildə Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondu tərəfindən maliyyələşdirilən və həyata keçirilən “Vətən sevgisi sərhəddən başlamır, sərhəddə bitmir” layihəsi çərçivəsində işıq üzü görən “Bitməz könlümüzün Vətən sevgisi” antologiyasında şeiri dərc olunaraq ictimaiyyətin nəzərinə çatdırılıb.Həmin layihədə fəal iştirakına görə Sertifikata layiq görülüb.
2015-ci ildə “Zərrələr” layihəsi çərçivəsində işıq üzü görən “Zərrələr” antologiyasında şeirləri dərc olunaraq ictimaiyyətin nəzərinə çatdırılıb.
Gündəlik İnformasiya Agentliyinin və Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Baş redaktor müavini və “Nəsr” bölməsinin redaktorudur.Azərbaycan Yazıçılar Birliyinin, “Gənc Ədiblər Məktəbi”nin, Dünya Gənc Türk Yazarlar Birliyinin üzvüdür.Azərbaycan Respublikası Prezidentinin Təqaüd Fondunun təqaüdçüsüdür.
XƏZAN GÜLÜ
Payızda gəldin ömrümə,
Payızda getmə, nə olur.
Sənsizliyi taleyimə
Xəzəltək tökmə, nə olur.
Ağlasam, özüm oluram,
Güldür, olum istədiyin.
Ayrılsan, dözüm oluram,
Getmə, yoluna küsdüyüm.
Bu payızın gülüyəm mən,
Rəngim sarı, qönçəm yarı.
Yarpaqların diliyəm mən,
Nəğməm yarı, ömrüm qarı.
Sarı güllər ayrılığın
Rəmziymiş, söylədin mənə.
Payız yazdığım nağılın
Özüymüş, söylədin mənə.
Getdinsə, götür özünlə,
Xatirən nəyimə gərək.
Bu xəzanda sarı gülü
Sevməyə bir ürək gərək.
QAYTAR YUXUMU
Hərdən yuxum sürgün olur,
Üz tutur sənin qoynuna.
Gah da qəfil yolu düşür,
“Səninlə mənim toyuma”.
Yeyir, içir, sağlıq deyir,
Utanmayıb oynayır da.
Hamını özütək bilir
“Sən”li, “mən”li bu dünyada.
Eh…bezdirir çoxunu,
Arzumu gizləməliyəm.
İnsaf et, qaytar yuxumu,
Səhər işə getməliyəm.
ADINI DEYIB GƏLMIŞƏM
Bir qədəh sevinc icmişəm
sağlığına… sağlığına…
Utanmayıb oynamışam
yoxluğuna… yoxluğuna…
Adını deyib gəlmişəm,
düşmüşəm yolun ağına…
Adımı yaza bilmişəm
çəkdiyin həsrət dağına…
Bağışla… Ömrüm günahdı…
Batırma eşqi günaha…
Dilimdəki bu son “ah”dı…
Badədir, sağlığına…
FALÇI DEYIB GƏLIŞINI…
Dərdi yanına sal gətir,
Yeni görüşə gələndə…
Özünə eynək al gətir…
Böyütsün məni gözündə…
Bəxtimin kiçik qızıyam…
Falçı deyib gəlişini…
Qəlbində ağrı, sızıyam,
Qoru üzdə gülüşünü…
Mənə “Qırmızıpapaq” al,
Öz içimdədi canavar…
Nağıl dünyandaca qal…
Ölsəm bundan sənə nə var?
Unutmuşdum…Bu görüşə
Sevgini gətirmə, yaxşı?
Nolsun söylənirik dərddən,
Nə sən aşıq, nə mən naşı…
İkimiz də uduzmuşuq…
Sən sevgini…Mən də səni…
Ayrılığı unutmuşuq…
Görüşə səslədim səni?
Ehh…Qırmızı şal gətir,
Tamamlansın bəzəyim də…
Özünə eynək al gətir…
Böyütsün məni gözündə…
Gəncə