İnsanlara inanmayın!
Sözlər yalan, mimika yalan,
Jestlər yalan, əməl yalan,
Baxışlara aldanmayın!
Hisslər yalan, qəlbi yalan, geyib maska…
Astarı özündən baha…
Axtarma onlarda vicdan…
Hamısının üzü içindədir,
Gizli qalıb özlərinə…
Niyyət yalan, arzu yalan,
Məqsəd yalan, seçim yalan,
Verdikləri qərar yalan…
Çox toxunar qəlbimə,
İnciyirəm mən o zaman,
Deyəndə kimsə, yazma, baş qoşma,
Yazdıqların verməz fayda…
Etmə tərbiyə, vermə təklif,
Genlərində varsa, yalan, təsir etməz…
Dilləri çoxunun uzanıb beş metrə,
Dil-dil ötür, vermir aman…
Çıxanda önlərinə onlardan betər,
Olur quzu, olur dovşan,
Rast gələndə zəiflərə,
Olur tülkü, şir, canavar…
Hamının iç üzü çox dərindədir…
Qardaş, bacı, ana, ata, qohum, qonşu,
Ər-arvad…
Qalmayıb indi xoş münasibət, doğmalıq, hamı olubdur bir-birinə yad…
Paylaşa bilmirlər nəyi, kimisə, bilmirəm nə veriblər, ala bilmirlər…
O, bunu didir, parçalayır,
yeyir, çeynəyir, bu da onu…
Kənardan baxıram, ağlamaq istəyirəm,
onlardan edirəm ehtiyat…
Şeytan, cin, iblis qorxutmur məni,
Əsl iblis insanın içində yaşayar…
Tənha, tək qalmağım, mənim seçimim,
Rahatdır mənə, ağrımaz başım, sakitçilikdir…
Zahirən “huri-mələk” görsənir insan,
İçində Şeytandır, cindir, İblisdir…
Bir neçə sima yaşayır insanın içində…
Simasının sayını itirir simalar içində…
Güzgü önünə keçir, şoka düşür, tanımır özünü…
Yalanı da, düzü də indi çox dərindədir…
Düşməni kənarda gəzməyin,
Din, imanı yeritməyin…
Ruhunuzu siz əzməyin…
Allahı göydə gəzməyin…
Ruhun, dinin, imanın, Allahın, sevgin…
Qaraltdığın, korladığın içindədir, qəlbindədir…