Nəyə güvənirsən bilmirəm daha
yolun uzun olsa ömür qısadır
Gümanım hər zaman olub sabaha
məni bu dünyada sevgim yaşadır…
Rahat gecələri yatıram inan
ruhumda azadır kövrək quş kimi
elə bir vaxt olur güldüyüm zaman
bəzəndə titrəyir qəlbimin simi…
Sən məni bu qədər düşünmə barı
Yazıqdır gəncliyin hədər getməsin
zamanla sağalan eşq yaraları
əsil sevgidirsə axsın bitməsin…
Fidan sanma dünya belə qalacaq
bir gün var olanlar bizi tərk edər
gedənin yerinə biri dolacaq
gələni bəs niyə insan gec sevər…..?