21 Noyabr 2015-ci il tarixində, saat 15:00-da, Bakı şəhərində yerləşən “Kitabevim” mağazasında yeni nəsil Azərbaycan gəncliyinin nümayəndəsi, istedadlı qələm sahibi, “Vehdet.Org” saytının təsisçisi və baş redaktoru, gənc xanım yazar Gülnarə Sadiqin “Yuxuların günahı olmur” adlı ilk şeirlər kitabının təqdimatı keçiriləcək.Kütləvi informasiya vasitələrinin nümayəndələrinin iştirakı nəzərdə tutulub.İştirak etmək istəyən hər kəs dəvətlidir.
Qeyd edək ki, gənc nəslin nümayəndəsi Gülnarə Sadiqin “Yuxuların günahı olmur” adlı ilk şeirlər kitabı Bakı şəhərində, “Elm və Təhsil” nəşriyyatı tərəfindən 120 səhifə həcmində, 1500 tirajla işıq üzü görüb.Kitabın redaktoru Azərbaycan Jurnalistlər Birliyinin üzvü,
“Yenilik Press” beynəlxalq ictimai-siyasi qəzetinin təsisçisi və baş redaktoru, şair-jurnalist Məhəmməd Nərimanoğludur.Geniş oxucu auditoriyası üçün nəzərdə tutulan kitabın oxucular tərəfindən rəğbətlə qarşılanacağına inanırıq.
Azərbaycanın Mədəniyyət və Ədəbiyyat Portalının Mətbuat xidməti