12242312_961671070559387_189159540_n

Zirvələri soraqlayıb,
Ulduzlara səfər etsəm,
Asimanı daraqlayıb,
Günəşidə gedib ötsəm.
Gecə ayı haraylayıb,
Onu qucsam, hara getsəm.
Öz elimə qayıdaram,
Vətənimə qayıdaram.

Yollarımı duman alsa,
Qarşısında dayanmaram.
Yüz yaşasam , min yaşasam,
Vətənimdən doyammaram.
Qurbət bit el cənnət olsa,
Yenə orda qalammaram.
Öz elimə qayıdaram,
Vətənimə qayıdaram.

Mən arzuma , kama yetsəm.
Nakam üçün darıxaram,
Bir gecəlik dağa getsəm.
Anam üçün darıxaram.
Vətənimdən uzaq düşsəm.
Vətənimçün darıxaram.
Öz elimə qayıdaram,
Vətənimə qayıdaram.

Gərək vicdan, qeyrət olsun.
İnsanln öz mayasında.
Köçüb getsəm bu dünyadan.
O, axirət dünyasında,
Bir zərrəcə imkan olsa.
Mən ruhumun duhasında.
Öz elimə qayıdaram.
Vətənimə qayıdaram.

Müəllif: Etibar VƏLİYEV
1985